Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: Çər. Mar. 29, 2006 9:40 pm İsmarış mətni: Nafilələr: Gün yaxud Ay tutulan zaman qılınan namaz.
Rəhmli Mərhəmətli Allahın adı ilə!
KÜSUF NAMAZI.
Gün yaxud Ay tutulması.
Aləmlərin Rəbbi olan Allaha həmd olsun!
Uca Allah Qurani Kərimdə buyurur:
"Günəşi işıqlı (parlaq), ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, ay üçün mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı. O, ayələrini anlayıb bilən bir tayfa üçün belə müfəssəl izah edər!"(Quran, Yunus, 5)
Həmçinin:
"Gecə və gündüz, günəş və ay Onun (vəhdaniyyətinə, qüdrət və əzəmətinə dəlalət edən) əlamətlərindəndir. Günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin! Əgər Ona ibadət edirsinizsə (heç bir şərik qoşmadan ibadət edin)!" (Quran, Fusillət, 37)
Günəş yaxud Ay tutulması Allahın iman gətirən bəndələrinə göndərdiyi nişanələrdəndir. Günəş tutulması zamanı Allah Rəsulu (səlləlləhu əleyhi və səlləm) əsəbi şəkildə məscidə getmiş və insanları da özü ilə səsləmişdi. Peyğəmbər (səlləlləhu əleyhi və səlləm) onlara (günəş yaxud ay) tutulmanın Allahın öz qullarına qorxmaqları üçün göndərdiyi nişanə olduğunu bildirmiş və əlavə etmişdir ki, bu hal insanlar üçün baş verə biləcək cəzanın xəbərçisi də ola bilər. Ona görə də Məhəmməd (səlləlləhu əleyhi və səlləm ) müsəlmanlara belə halı gördükdə namaz qılmağı, Allahı zikr etməyi, qul azad etməyi və başqa xeyrli əməlləri görməyi əmr etmişdir. Beləliklə Günəş tutulması insanların Allaha dönmələri, Onun dininə riayət etmələri üçün xəbərdarlıqdır. İslamdan əvvəl Ərəistan yarımadasında Günəşin hansısa böyük insanın ölməsinə yas tutduğu, yaxud doğulmasına sevindiyi üçün tutulduğuna inanardılar. Lakin Allah Rəsulu (səlləlləhu əleyhi və səlləm) belə inancın batil olduğunu və bu hadisənin əsas mahiyyətini insanlara açıqlamışdır:
İbn Məsud əl-Ənsari (Allah ondan razı olsun!) rəvayət edir ki, Allah Rəsulunun (səlləlləhu əleyhi və səlləm) oğu İbrahim ölən gün Günəş tutulmuşdu və insanlar "Günəş İbrahimin ölümünə görə tutulub" deyirdilər. Peyğəmbər (səlləlləhu əleyhi və səlləm) buna cavab olaraq, bildirmişdi:"Günəş və Ay - Allahdan olan iki nişanədir və onlar heç kimin ölümünə yaxud doğumuna görə tutulmurlar. Əgər (tutulmanı) görürsünüzsə, Allahı zikr etməyə və namaza tələsin" (Buxari, Müslim)
Hədisin başqa bir versiyasında "Allahı çağırın və (tutulma) qurtaranadək namaz qılın" deyilir.
Əbu Musa (Allah ondan razı olsun!) Peyğəmbərdən (səlləlləhu əleyhi və səlləm) belə rəvayət edir:"Bu nişanəni Allah kiminsə ölümü yaxud doğumu üçün göndərmir. O, bəndələrini bunlar vasitəsilə Ondan qorxmağa çağırır. Ona görə də belə bir şey (tutulmanı) gördükdə, Allahı yad etməyə, Ondan bağışlanma və kömək diləməyə çalışın." (Buxari)
...ARDI VAR...
Redaktə edən: Humeyra, son redaktə tarixi: Çər. May 31, 2006 10:00 pm, cəmi 1 dəfə
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: C. Mar. 31, 2006 1:45 am İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
Küsuf namazı.
Küsuf namazı təsdiq olunmuş (mu`akkada) Sünnədir. Bu namazın qılınmasında aşağıdakı qaydalara riayət etmək gərəkdir:
1. Küsuf namazı (gün yaxud ay) tutulma başlayandan qurtarana kimi davam etməlidir. Çünki Allah Rəsulu (səlləlləhu əleyhi və səlləm) demişdir:
"Bunu (tutulmanı) gördüyünüz zaman qurtarana kimi namaz qılın"(Müslim) 2. Küsuf namazının qılınma vaxtı Günəşin yaxud Ayın tutulduğu zamandır. Əgər bu vaxt artıq keçibsə, sonradan eyniadlı namazın qılınması düzgün deyil.
3. Küsuf namazı qiraətdə ucadan Quran oxunulan 2 rükətli namazdır. Birinci rükətdə qiraətdə "Fatihə" surəsindən sonra hər hansı bir uzun surə (məsələn, "Bəqərə" surəsi) oxunur, sonra uzun bir rüku edilir. Daha sonra adi namazlarda olduğu kimi qalxaraq, "SəmiAllahu limən hamidəh, Rəbbəna və ləkə-l həmd" deyilir. Sonra "Fatihə" surəsi və əvvəlkinə nisbətən qısa olan başqa bir uzun surə (məsələn, "Ali İmran") deyilərək, birinciyə nisbətən qısa olan rüku edilir. Rükudan qalxdıqda, "SəmiAllahu liman hamidə, Rəbbəna və ləkəl həmd, həmdan kəsiran teyyiban mabaraakan fih, mal`al-səmavati va mal`al-ard və mal`ma şi`ta minuta şey`in ba`d" deyilir və səcdə edilir. Edilən səcdələr uzun, iki səcdə arasındakı oturuş isə qısa olmalıdır. Sonra isə ikinci rükətə qalxıb, eynən birinci rükətdə ediləni təkrarlamalı, 2 uzun rüku və 2 uzun səcdəni yerinə yetirib, təşəhhüd və salamları demək lazımdır. Buna dəlil aşağıdakı hədisdir:
Aişa (Allah ondan razı olsun!) rəvayət edir ki, Günəş tutulması baş verəndə Peyğəmbər (səlləlləhu əleyhi və səlləm) getdi, ayağa qalxdı və Təkbir ("Allahu Əkbər") gətirdi və insanlar onun arxasında səflərə(sıralara) düzüldülər. Allah Rsəulu (səlləlləhu əleyhi və səlləm) uzun bir qiraətdən (Quran oxunuşundan) sonra uzun rüku etdi, "SəmiAllahu liməh hamidəh" deyib düz vəziyyət aldı. Sonra əvvəlkinə nisbətən daha qısa olan ikinci bir qiraət oxudu. Daha sonra "Allahu Əkbər" deyib birincidən qısa olan ikinci dəfə uzun bir rükunu yerinə yetirdi. "SəmiAllahu limən həmidəh, Rəbbəna və ləkəl həmd" deyib səcdəyə qapandı. İkinci rükəti də eyni qaydada yerinə yetirdi. Və beləliklə 4 rüku və 4 səcdə etmiş oldu. Gün tutulması isə namazdan əvvəl qurtarmışdı. (Buxari, Müslim) 4. Peyğəmbər (səlləlləhu əleyhi və səlləm) Küsuf namazını müsəlmanlarla bir yerdə qıldığından, bu namazı camaatla birlikdə yerinə yetirmək əfzəldir. Lakin buna baxmayaraq, (camaatla qəlmağa imkanı olmayan) bu namazı individual olaraq da yerinə yetirə bilər.
5. Sözügedən namazdan sonra imamın insanları yaxşı işlər görməyə, tövbə və dua etməyə çağırması bəyənilən sünnədir. Aişə (Allah ondan razı olsun!) belə rəvayət edir ki, Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) namazı qıldıqdan sonra, Allaha həmd-səna etdi və üzünü insanlara tutaraq dedi:"Günəş və Ay Allahın iki nişanəsidir və onlar kiminsə doğumuna yaxud ölümünə görə tutulmurlar. (Tutulmanı) gördükdə, Allaha üz tutun, namaz qılın və sədəqə verin..." (Buxari, Müslim) 6. Əgər namaz tutulma qurtarmazdan əvvəl sona yetirsə, onu yenidən qılmaq lazım deyil. Əksinə, belə halda bu prossesin axırınadək zikr və dua etmək gərəkdir. Əgər tutulma namazdan əvvəl sona yetirsə, namazı qəfildən kəsmək, yaxud dayandırmaq olmaz. Bu halda nisbətən qısaltmaq kifayətdir.
Daxil ol: Ş. Sen. 10, 2005 08:42 İsmarışlar: 139 Şəhər/ölkə: Baku, Azerbaijan
Göndərilib: C. Mar. 31, 2006 6:45 am İsmarış mətni: Gunesh tutulmasi
Assalamu Aleykum ve Rahamatullahi ve Barakatuhu.
Humeyra Baci, Elbegere ve yaxud Ali-Imran Suresini sonuna geder oxumag lazimdir? Yani 286 ayenin hamisni? _________________ Estegfiru-llahel aziymel-lezi la ilahe illa huvel-heyyul-gayyum ve etubu ileyhi.
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: Çər. Apr. 05, 2006 12:18 am İsmarış mətni:
Salam aleykum.
Mence uzun Begere, Ali Imran Nise sureleri kimi uzun sureleri bilmeyenler bildikler butun sureleri tertible deseler de olar.
Salam aleykum.
Ne Ucun Qurana Yox Mehs Hedislere Muraciet Edirsiniz ! Meger Allahin Sozderi Size Kifayet Elemir ?[/b
Birincisi, sizin yazınız mövzudan kənarlaşmadır. Növbəti dəfə sualınız olsa, bunu yeni mövzu açaraq, müzakirə edə bilərsiniz.
İkinci, səhviniz var. Mövzunu diqqətlə oxusanız görərsiniz ki, təkcə hədislərə yox, Qurana da müraciət edilmişdir. Xahiş olunur, irad irəli sürərkən, daha diqqətli olasınız.
O ki, qaldı "təkcə Quran kifayət etmirmi?" sualına, Uca Allah Quranda buyurur (təcümə):
"Həqiqətən, möminlər ancaq Allaha və Onu Peyğəmbərinə iman gətirən...kimsələrdir" (Quran, Nur, 62)
Başqa bir ayədə:
"Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur." (Quran, Nisa, 80)
Yəni Uca Allah, yalnız Peyğəmbərin sözlərinə, əmrlərinə itaət edəni mömin adlandırır. Bəs hədis nədir? Hədis Peyğəmbərin sözlərinin, əmrlərinin nəql edildiyi rəvayətlərdir. Üstəlik də bu əmrləri Peyğəmbər öz başından verməmişdir, bunlar Allahdan gələn vəhydir. Başqa sözlə əsl müsəlman həm Quranı, həm də Peyğəmbərin yolunu eyni dərcədə əsas götürməlidir. Məsəlçün, Quranda müsəlmanlara "Namaz qılın" əmr olunub. Amma namazı necə qılmaq göstərilməyib. Əgər təkcə Quran kifayət olsaydı, onda niyə namazı indi qıldığımız kimi qılırıq başqa şəkildə yox? Bunu bizə başqa salan isə Peyğəmbər olub. Başqa sözlə, əgər Allah Kəlamı Quran olmasaydı, biz bilə bilməzdik ki, namaz qılmaq lazımdır. Peyğəmbər isə olmasaydı həmin namazı necə qılmaq lazımdır bilməzdik.Ona görə də Quran və Sünnəni bir-birindən ayırıb demək ki, "mən təkcə Qurana inanıram, hədisə yox" bu ilk növbədə məntiqsizliyin nümunəsidir.
Müzakirə bitmişdir.
Ne Ucun Qurana Yox Mehs Hedislere Muraciet Edirsiniz ! Meger Allahin Sozderi Size Kifayet Elemir ?[/b]
eger beledirse onda deye bilersen Azerbaijan dilinde NAMAZ gilmag Gurani Kerimin hansi suresinde ve hansi ayesinde buyrulub. Hedisi goyag bir kenara, oz dediyinkimi mene Gurani Kerimden bir Sure ve ya aye getir. BUnu da kechdim sene, Gurani-Kerimde Namazi nece gilmag, her Namazin neche ruket olmasi, Her ruketde hansi sureni oxumag, rukuda ne demek, secdede ne demek, teshehhudde ne demek hagda bir Sure var? Butun bunlari yer uzunde olan butun muselmanlar Hedislerden oyrenmeyibler? Gel sen Sheytana elchilik etmekden el chek, dogru yola yonel, olumu unutma, ne gebrde sorgu sual zamani ne giyametgunu bizlerle etdiyin kimi mubahise ede bilmeyeceksen, o gunu xatirla, ne gederki nefes alirsan, tovbe et ve ne ozunu nede bashgalarini chashdirma. Bir misal: Xestelendikde hekime muraciet edirsen, ve hekim sene derman yazir. O hekimin sene yazdigi dermana ehtiyaci var? elbette yox, senin o dermana ehtiyacin var. eger o dermanlari gebul etmesen xesteliyin arta biler ve hetta ole bilersen. Belcede, ALLAHIN senin gildigin Namaza ehtiyaci yoxdur, o her sheye gadirdir, pak ve mugeddesdir. Senin ve elecede bizlerin Namaza ve ve saire bashga ibadetlere ehtiyacimiz varki hem gebrde, hem giyametde, hem axiretde rahatlig tapag. _________________ Estegfiru-llahel aziymel-lezi la ilahe illa huvel-heyyul-gayyum ve etubu ileyhi.
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.