Daxil ol: C. Yan. 07, 2005 20:36 İsmarışlar: 6 Şəhər/ölkə: azerbaycan/baki
Göndərilib: B.e. Mar. 13, 2006 7:07 am İsmarış mətni: Sigorta shirketinde ishlemek olar? Eger haramdirsa niye?
Assalamu aleykum wa rahmatullahu wa barakatuhu! Eziz qardashlar,bilmek isterdim ki, sigorta shirketinde ishlemek olar?Yeni oarada hekim -ekspert kimi ishlemeyi nezerde tuturam.Eger haramdirsa niye?Xahish edirem delillerle!Sebrsizlikle cavab gozleyirem.Assalamu aleykum wa rahamtullahu wa barakatuhu! _________________ dr_eldaniz
Redaktə edən: dr_eldaniz, son redaktə tarixi: B.e. Mar. 13, 2006 11:03 pm, cəmi 1 dəfə
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: B.e. Mar. 13, 2006 9:36 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
AsSalamu alaikum.
Fətva:
Həmd olsun Allaha!
1. Sığortanın bütün növləri ribaa (faiz, maraq, israf) olduğu üçün haramdır. Kobud dillə desək, sığorta - pul vahidinin özündən az və ya çox miqdarda olan pula (hissə-hissə) satılmasıdır. Bu isə Şəriət baxımından riba əl-fadl (faizə əsaslanmış sövdələşmə) və riba əl-nas` (ödəmə tarixi gələcəyə təyin olunmuş sövdələşmə) hökmünə girir. Belə ki, sığorta firmaları insanlardan pul alaraq, əvəzində söz verirlər ki, onlardan götürdükləri pul miqdarından daha az yaxud çox miqdarında pulu hər hansı bədbəxt hadisə baş verərəsə, onlara ödəyəcəklər. Bu ribadır və ribanın haram olması Qurani-Kərimin bir çox ayələrində qeyd olunur:
"Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!†– dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!
Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafiri, günahkarı sevməz! " (Quran, Bəqərə, 275-276)
Həmçinin Allah Rəsulu (səlləlləhu əleyhi və səlləm) eyni növ malın (istər pul vahidi olsun, istər qida və s.) özündən az yaxud çox həmin növ mala dəyişdirilməsinin qadağan olduğunu belə bildirir:
"Qızılı qızıla, gümüşü gümüşə, buğdanı buğdaya, arpanı arpaya, xurmanı xurmaya, oxşarını bənzərinə, əldən-ələ (dəyişin). Lakin kim ki, buna nəsə əlavə edərsə, yaxud azaldarsa, o riba eləmişdir. (Burda) alan da verən də eynidir (günahkardır)" (Muslim, 1584)
2. Sığortanın bütün növləri qumar(azart) oyunu əsasında qurulmuşdur. Bu da Quranda haram buyurulmuşdur:
"Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! " (Quran, Maidə, 90)
Sığorta da belə bir şeydir. Burda müştəriyə filan məbləğ pul ödəmək təklif olunur. Daha sonra əgər həmin müştərinin başına nəsə bədbəxt hadisə gəlsə, firma ona çoxlu pul verəcəyini vəd edir. Bu azart oyun deyil, bəs nədir?! Kim ki, bunun əksini iddia edirsə, bilsin ki, o, zəlalətdədir. Hətta sığorta firmalarının özləri də sığortanın risk oyunu olduğunu etiraf edirlər.
3. Sığortanın bütün növləri qətiyyətsizlik, inamsızlıq aşılayır. İnamsızlıq formalaşdıran sövdələşmə isə, qadağandır.
Belə ki, Abu Hureyrədən (Allah ondan razı olsun!) rəvayət olunduğuna görə Allah Rəsulu (səlləlləhu əlehi və səlləm) daş atmaqla yerinə yetirilən və tərəddüd gətirən sövdələşmələri qadağan etmişdir. (Müslim) ["Daş atılmaqla yerinə yetirilən sövdələşmə"- İslamdan əvvəl Əəbistan bazarlarında yayılmış sövdələşmə formasıdır, harda ki, ya alıcı satıcıya, ya da satıcı alıcıya daş atır və daş atılan şəxsə toxunarsa, svdələşmə baş tutmuş hesab olunur.
"Tərəddüd gətirən sövdələşmə"- yəni ödənilmiş pulun müqabilində təklif olunan malın (xidmətin) əkdə olunacağı qeyri-müəyyəndir.
(İmam Müslimin (rəhimullah) "Səhih"indəki qeydlərdən götükülmüşdür)]. Sığortanın istisnasız bütün növləri məhz bu cür tərəddüd, inamsızlığın ən yüksək həddi üzərində qurulmuşdur. Sığorta firmaları yalnız o hallarda sığortalaşma aparırlar, hansılarda ki, bədbəxt hadisənin baş vermə ehtimalı qeyri-müəyyəndir.
Qalan bütün hallarda onlar təklifə "yox" cavabı verirlər. Məsələn, ölüm hökmü verimliş dustaqlar, hansısa bədbəxt hadisə ilə artıq üzbəüz qalmış insanlar sığorta edilmir.Bu da deyilən fikri bir daha təsdiqləyir.
4. Sığortanın bütün növləri insanların mal-dövlətini ədalətsizcə istismar edir. Bu isə Quranda haram buyurulmuşdur:
"Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin " (Quran, Nisa, 29)
Ticarətdə tətbiq olunan sğortanısının istisnasız bütün növləri insanların mal-dövlətini haqsız yemək üçün nəzərdə tutulmuş fırıldaqçı sistemdir. Alman mütəxəssislərinin apardıqları statistik araşdırmalara əsasən müəyyən olunmuşdur ki, sığorta firmaları insanlardan aldıqlarının yalnız 2,9%-ni onların özlərinə qaytarırlar.
Yuxarıda sadalananlar sığortanın Şəriətə başabaş zidd getdiyini və haram olduğunu göstərən səbəblərdən ən əsaslarıdır.
Günümüzdə bəzi sığortaçılar müsəlman "alim"ləri ilə əlbir olaraq, "İslami sığorta" adı ilə tanıtdıqları bəzi sığorta növlərini halal göstərməyə çalışırlar. Lakin bilmək lazımdır ki, adından, formasından asılı olmayaraq mahiyyət etibarəilə sığorta Allahın qadağan etdiyi hökmləri özündə cəmləşdirdiyindən, onun istəlinən növü qadağandır, haramdır. Bu tip fətvalar verən "alim"lərə isə Allahın aşağıdakı ayəsinin nəsihət olacağını ümid edirik:
"Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!" (Quran, Maidə, 2)
Khalaasah fi Hukm al-Tameen by Shaykh Dr. Sulaymaan ibn Ibraaheem al-Thaniyaan Member of faculty, Shareeah College, al-Qaseem (www.islam-qa.com)
Redaktə edən: Humeyra, son redaktə tarixi: Ç.a. May 01, 2007 3:36 pm, cəmi 1 dəfə
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: B.e. Mar. 13, 2006 9:40 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
AsSalamu alaikum.
Fətvadan göründüyü kimi, sığorta istisnasız haramdır. Haram yerdə işləmək isə İslamda "günah işdə əlbir olmaq" kimi qiymətləndirildiyində qadağandır.
Eyni qayda bank sisteminə və orda işləyənlərə də aiddir.
Daxil ol: C. Yan. 07, 2005 20:36 İsmarışlar: 6 Şəhər/ölkə: azerbaycan/baki
Göndərilib: B.e. Mar. 13, 2006 11:07 pm İsmarış mətni:
Assalamu aleykum wa rahmatullahu wa barakatuhu! Humeyra baci ,Allah sizden razi olsun!Axir ki istediyime cavab aldim.Amma chox maraqlidir ki ,Seudiyye Erebistaninda banklar ve sigorta shirketleri fealiyyet gosterir?Eger islam olkesidirse niye bele hallara yol verilir?Assalamu aleykum wa rahmatullahu wa barakatuhu! _________________ dr_eldaniz
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: Ç.a. Mar. 14, 2006 9:50 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
dr_eldaniz:
Va alaikum asSalam va RahmatuLlahi va Barakatu, qardaş.
Allah Subhanahu va Taala bütün müsəlmanlardan razı olsun...Ameen!
Mən bildiyim qədərilə, Səudiyyə Ərəbistanında banklar faizsiz sistemlə fəaliyyət göstərirlər, bu icazəlidir. Amma sığorta şirkətlərinə dair heç nə eşitməmişəm. Ola bilsin "islami sığorta" sistemindən istifadə olunur və fətvada da məhz belə şeylərə icazə verən "alim"ləri nəzərdə tutaraq, xəbərdarlıq edilir. Allahu Aleem!
Bütün hallarda, fikrimcə İslam müsəlmanların (doğru yaxud yanlış) əməlləri yox, Quran və Sünnədəki əmrlərlə ölçülür. İnsanlar isə bəşərdirlər, hərənin özünə görə səhvləri olur. Əsas olan vaxtında tövbə edib, başqalarını (imkan varsa) buna cağırmaqdır.
Allah bizə faydalı elm nəsib eləsin...Ameen!
MaasSalama
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.