Göndərilib: B.e. Mar. 27, 2006 7:25 pm İsmarış mətni: Hedler, shariata gere cezalar
As Salam aleykum va rahmatullah. Bu yahinlarda bir-iki shubhe edici meseleler ile rastlashmisham. Ve bezi suallar yaranib.
Eziz muselmanlar, 4 mezhebin fikhina gere Livatta ve oz mehremi ile evlenene ne hedd dushur?
Zehmet olmasa deliler ile cevab yazin. Allah razi olsun.... Ozyum fikh-us sunne, zaadul meada, ve beyuk shafi fikhina bahdim. Hususi ile Maliki ve Hanafi mezhebin mevgeyi maraglandirir.
Ve subhanaka allahuma ve bihamdik, ashhadu alla ilaha ila llah, astagfiru ve atubu illeyk. _________________ As Salam aleykum va rahmatuLLah
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: Ç.a. Mar. 28, 2006 3:54 am İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
Livataya (homoseksuallığa) görə tətbiq olunan Şəriət cəzası.
Allaha həmd olsun!
Birincisi:Livata böyük günahlardan olub, Allahın nifrət etdiyi ən murdar əməllərdən biridir. Bu pis əməl fitrətin ləkələnməsinin, günahların çoxluğunun, zəif ağlın və dini elmin azlığının göstəricisidir. Biz Allahdan müsəlmanları bundan uzaq etməsini diləyirik.
Uca Allah Quranda bu barədə buyurur:
"Lutu da (peyğəmbər göndərdik). Bir zaman o öz tayfasına demişdi: “Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı (kişilər arasında olan cinsi əlaqəni) sizmi edəcəksiniz?
Siz qadınları atıb şəfvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da, həddi aşmış bir tayfasınız!â€
(Lut) tayfasının (bu sözə) cavabı (istehza ilə): “Onları (Lutu və ona tabe olanları) məmləkətinizdən çıxarın, çünki onlar (həddindən ziyadə) təmiz (bu cür işlərlə məşğul olmayan) adamlardır!†– deməkdən başqa bir şey olmamışdı.
Biz onu (Lutu) və ailəsini (həmçinin ona iman gətirənləri) xilas etdik. Yalnız övrəti (Vailə öz gizki küfrü səbəbilə) həlak oldu.
Onların üstünə yağış (kibrit və atəşlə yoğrulmuş əzab yağışı) yağdırdıq. Bir gör (Allaha asi olan, peyğəmbələri inkar edən) günahkarların axırı necə oldu!" (Quran, Əraf, 80-84) " (Ya Rəsulum!) Canına and olsun ki, onlar məstlikləri (küfrləri) içində sərgərdan (şaşqın) vəziyyətdə durub qaldılar. (Lutun nəsihətini qəbul etmədilər).
Şəfəq doğanda o dəhşətli (tükürpədici) səs onları bürüdü.
Onların altını-üstünü çevirdik və başlarına odda bişmiş gildən bərk daşlar yağdırdıq.
Bunda (bu əzabda) düşünüb-daşınanlar üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır!
Həqiqətən, o (Lut tayfasının yaşadığı Sədum şəhərinin xarabaları Qüreyş kafirlərinin Məkkədən Şama getdikləri) yolun üstündə hələ də durmaqdadır!" (Quran, Hicr, 72-76)
İbn Abbas (Allah ondan razl olsun!) rəvayət edir ki, Allah Rəsulu (səlləlləhu əleyhi və səlləm) buyurmuşdur:
"Lut qövmünün əməlini (livatanı) edənləri gördüyünüz (bildiyiniz) vaxt edəni də, ediləni də öldürün" Tirmizi 1456, ƏbuDavud 4462, İbn Macə 2561. Albani hədisin səhih olduğunu qeyd edir.
İbn Abbasdan (Allah ondan razı olsun!) rəvayət edilən başqa hədisdə qeyd olunur ki, Məhəmməd peyğəmbər (səlləlləhu əleyhi və səlləm) belə demişdir:
"Allah lənət eləsin Lut qövmünün etdiyini edənə! Allah lənət etsin Lut qövmünün etdiyini edənə! Allah lənət etsin Lut qövmünün etdiyini edənə!"(3 dəfə) Əhməd 2915. Şueyb əl-Arnaut "Təhqiq əl-Müsnəd"də hədisini həsən-səhih olduğunu bildirir.
Səhabələr homoseksuallıqla məşğul olanların öldürülməsi barəsində birmənalı şəkildə qəti həmrəy olsalar da, onların Şəriətə görə hansı üsulla öldürülməsi məsələsində müxtəlif rəylərə malik idilər. Əli və Abu Bəkrin (Allah onlardan razı olsun!) görüşünə görə burda qoyulan həd (cəza) odla yandırmaq idi. İbn Abbas və digərlərinin (Allah onlardan razı olsun!) fikrinə görə isə belələrinə hündür yerdən aşağı atılmaq və sonra daşlanaraq öldürülmək cəzası tətbiq olunmalı idi.
Səhabələrdən sonra fiqh alimləri də bu barədə müxtəlif fikirlər irəli sürmüşlər. Belə ki, bəziləri tətbiq olunan ölüm cəzasının livata edənin ailəli olub-olmamasından asılı olaraq dəyişdiyini, bəziləri isə bu faktın məsələyə aidiyyatı olmadığı fikrini üstün tutmuşlar.
İbn əl-Qeyyim (Allah ona rəhmət etsin!) bu məsələni özünün"al-Jawaab al-Kaafi li man saala ‘an al-Dawa al-Shaafi"kitabında geniş şəkildə araşdırmışdır. Bu kitabdan bəzi hissələri qeyd etmək istərdik:
Homoseksuallıq cəmiyyətdə azğın və pis nəticələrə gətirib çıxardığından onun cəzası da bu dünyada və Axirətdə ən ağır cəzalardan biridir.
Alimlər bu əmələ tətbiq olunan Şəriət cəzasının zinaya tətbiq olunan cəzadan ağır, yüngül yoxsa eyni səviyyədə olması məsələsində ixtliaf ediblər. Bu baxımdan, 3 cür fikir mövcuddur:
(Səhabələrdən) AbuBəkr əs-Siddiq, Əli ibn Abu Talib, Xaalid ibn əl-Valid, Abdullah ibn əl-Zubeyr, Abdullah ibn Abbasa (Allah onlardan razı olsun!) və (fiqh üzrə alimlərdən) imam Maalik, İşaq ibn Raahavayh, imam Əhmədin daha məşhur olan iki bəyanına əsasən, imam Şafinin bəyanlarından birinə əsasən (Allah onlara rəhmət etsin!) burda tətbiq olunan hədd zinadan ağır olmalıdır və livata edənin ailəli olub-olmaması göstərici deyil.
İmam Şafii və İmam Əhmədin (Allah onlara rəhmət eləsin!) başqa bəyanlarına əsasən isə burda tətbiq olunan cəza zinakar ərə tətbiq olunan cəza ilə eyni formada olmalıdır. (daş-qalaq edib öldürmək).
İmam Əbu Hənifəyə görə (Allah ona rəhmət etsin!) isə homoseksuala tətbiq olunan hədd zinakar ərə tətbiq olunan cəzadan daha yüngül olmalı və qazi (hakim, tazir) tərəfindən təyin olmalıdır.
Cümhur birinci rəyə üstünlük verir, çünki onların fikrincə Uca Allah küfrdən Lutun qövmünü digər qövmlərlə müqayisədə daha şiddətli şəkildə cəzalandırmışdır. Allah burda başqa qövmlərin başına gətirmədiyi bütün növ cəzaları (dağıntı, yerin altını üstünə gətirərək insanların torpağın altında qalması, göydən daşların yağması, görmə qabiliyyətlərini yox etmək, davamlı şəkildə şiddət) eyni anda tətbiq etmşdir. Hətta bu cəza o qədər şiddətli idi ki, göydəki və yerdəki mələklər onlara zərə toxunmasın deyə ən uzaq yerlərə qaçmışdılar. Yer öz Rəbbinin qorxusundan lərzəyə gəlmiş, dağlar yerindən oynamışdır.
Bu pis əməldən geriyə yol olmadığından başqası ilə livata edən bu əməli ilə həm özünü, həm də (istəyərək) ediləni öldürmüş kimi olur. Lakin belə öldürmək adi qətllə öldürməkdən daha ağır cəzaya malik olmalıdır. Buna dəlil Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) "livata edəni və ediləni öldürün" məzmunlu hədisidir. Hədisdən göründüyü kimi burda kompromisə yer yoxdur. Lakin qatili qətlə yetirənin yaxınları bağışlayıb, sağ da qoya bilərlər.
Xalid ibn əl-Validdən (Allah ondan razı olsun!) rəvayət olunur ki, o ərəb qəbilələrinin birində kişilərin qadın kimi yanaşa biləcəyi bir kişiyə rast gəlmiş və bu barədə ƏbuBəkr əs-Siddiqə (Allah ondan razı olsun!) yazmışdı. ƏbuBəkr səhabələrlə (Allah onların hamısından razı olsun!) məsləhətləşdikdə onlar içərisində Əli ibn Əbu Talib (Allah onldan razı olsun!) ən güclü rəylə çıxış etmişdi:"Bildiyiniz kimi, qövmlər arasında heç bir qövm Lutun qövmü kimi şiddətli cəzaya məruz qalmayıb. Ona görə də mən fikirləşirəm ki, o (livata edən kişi) odla yandırılmalıdır". ƏbuBəkr (Allah ondan razı olsun!) bu rəyi Xalidə yazdı və həmin adamı yandırdılar.
İbn Abbas (Allah ondan razı olsun!) isə Uca Allahın Lut qövmünün başına daş yağdırmasına uyğun olaraq, livata edənin ən hündür yerdən atılması sonra isə daş-qalaq edilərək, öldürülməsi fikrini irəli sürmüşdür.
O ki, qaldı livatanın cəzasının zinakara tətbiq olunan cəza ilə eyni yaxud daha yüngül olması fikrinə (Əbu Hənifə və digərləri) qarşı cümhurun (çoxluğun) rəyinə, onlar bu fikri belə təkzib edirlər:
Peyğəmbər (səlləlləhu əleyhi və səlləm) eyni hədisdə zina haqqında, livata kimi "Lutun qövmünün etdiyini edənə Allah lənət etsin" 3 lənət deməmişdir. Bu da onu göstərir ki, baxmayaraq, zina da, livata da böyük günahlardır, müqayisə etdikdə, livata daha böyük və anoloji olaraq cəzası daha ağır günahdır.
Həmçinin Uca Allah zina barədə buyurur:
"Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!" (Quran, İsra, 32)
Livata barədə də Quranda bildirilir:
"Lutu da (peyğəmbər göndərdik). Bir zaman o öz tayfasına demişdi: “Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı (kişilər arasında olan cinsi əlaqəni) sizmi edəcəksiniz? " (Quran, Əraf, 80)
Bu iki ayəni müqayisə etdikdə, görmək olar ki, birincidə Uca Allahın zina barədə buyurduğu "böyük günah" mənasına gələn "faahişə" kəlməsi qeyri-müəyyən şəkildədir. Livata barədə buyurduğu "ən həyasız iş" mənasına gələn "əl-faahişə" kəlməsi isə müəyyən şəkildədir. Bu da iki böyük günahdan livatanın daha da murdar olduğunu göstərir."
al-Jawaab al-Kaafi (p. 260-263). Şeyx-ül-İslam ibn Teymiyyə (Allah ona rəhmət eləsin!) bu barədə belə buyurur:
"Bəzi alimlər livatada tətbiq olunan həddin zina ilə eyni yaxud zinadan yüngül olması fikrini irəli sürmüşlər. Lakin bu barədə səhabələrin ittifaq ettdikləri ən doğru rəy aktiv yaxud passiv, ailəli yaxud ailəsiz olmasından asılı olmayaraq, livata edənin də edilənin də öldürülməsidir. Buna dəlil İbn Abbasdan (Allah ondan razı olsun!) rəvayət olunan Peyğəmbərin (səlləlləhu əleyhi və səlləm) "Lut qövmünün əməlini (livatanı) edənləri gördüyünüz (bildiyiniz) vaxtda livata edəni də, ediləni də öldürün" səhih hədisidir.
Səhabələrin hamısı livata ilə məşğul olanın öldürülməsi rəyində həmfikikir idilər. Lakin belə əməl yiyəsinin necə cəza tətbiq olunaraq, öldürülməsi fikrində ixtilafları var idi.
Əbu Davud İbn Abbasın (Allah ondan razı olsun) evli olmayan kişinin livata üstündə daş-qalaq edilərək, öldürülməsini buyurduğunu rəvayət edir.
Əli ibn Əbu Talib və ƏbuBəkr Əs-Siddiq (Allah onların ikisindən də razı olsun!) odla yandırılaraq, öldürülməsi fikrini dəstəkləyirdilər.
Bəzi rəylərə görə livata ilə məşğul olan ölənədək divara döyülməli idi.
Başqa rəyə görə belələri natəmiz yerdə can verənəcən saxlanmalıdırlar.
(İbn Abbasdan söylənilən) Başqa bir rəyə görə homoseksuallar Allahınn Lut qövmünə etdiyi şiddətli cəza kimi uca bir yerdən atılmalı sonra isə daşqalaq edilmədir.
Əksər sələflər Allahın Lut qövmünə göydən yağdırdığı daş kimi homoseksualların daş-qalaq edilib öldürülmə həddini daha üstün hesab etmişlər."
al-Siyaasah al-Shariyyah, p. 138. İkincisi: Şəriət baxımından bu cəza 2 tip insana tətbiq oluna bilməz:
1. Əgər kimsə təcavüz olunaraq yaxud ölüm təhididi altında livata ilə məşğul olmuşsa;
Sharh Muntaha al-Iraadaat (3/348) 2. Əgər bu əməllə məşğul olan həddi-büluğa çatmayıbsa, yaxud ağlı başında deyilsə. Lakin həddi-büluğa çatmamış belə oğlan uşağı ciddi dissiplinada saxlanmalı, tərbiyə olunmalıdır.
Buna dəlil İbn Teymiyyənin (Allah ona rəhmət etsin!) yuxarıdakı sitatının davamı və İbn Qudaamanın (Allah ona rəhmət etsin!) "al-Mughni (9/62)" əsəridir.
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: Ç.a. Mar. 28, 2006 3:58 am İsmarış mətni:
AsSalamu alaikum wa RahmatuLLah.
Tərcüməni özüm etdiyimdən o qədər də proffesional olmaya bilər. Əsas fikri çatdırmağa çalışmışam. Ona görə əgər nəsə xəta varsa, bu nəfsimdən yaxud şeytandandır.
MaasSalama
Göndərilib: Ç.a. Mar. 28, 2006 4:59 am İsmarış mətni:
Humeyra yazıb:
AsSalamu alaikum wa RahmatuLLah.
Tərcüməni özüm etdiyimdən o qədər də proffesional olmaya bilər. Əsas fikri çatdırmağa çalışmışam. Ona görə əgər nəsə xəta varsa, bu nəfsimdən yaxud şeytandandır.
MaasSalama
Allah razi olsun baci, Hanafi ve Maliki fikhdan konkret cevab olsa, zehmet olmasa yazin. Siz yazdis ki tercume etmisiz, linki vere bilersiz? _________________ As Salam aleykum va rahmatuLLah
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: Çər. Mar. 29, 2006 6:29 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
AsSalamu alaikum wa RahmatuLlahi wa Barakatu!
Abdulla ibn Mubarak:
Allah sizdən də razı olsun...Ameen! Burdan linkin ingiliscəsinə daxil ola bilərsiz. Yoxlamaq istəsəniz, ərəb dilindəki originala da baxın.
MaasSalama.
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.