Daxil ol: Ç.a. Dek. 06, 2005 08:44 İsmarışlar: 11 Şəhər/ölkə: Bakı
Göndərilib: Çər. Mar. 15, 2006 4:21 pm İsmarış mətni: Novruz Gəlir Yaz Gəlir...
Salam Aleykum,
Belə bir sual - Novruz bayramı nəyə görə müsəlman bayramı deyil və haradan yaranıb?
Müsəlman qardaşların cavabı.......
Əvvəla ona görə ki, nə Quranda nə də ki, sünnədə bu "bayramın" müsəlmanların bayramı olduğu gəlməyib. Novruz bayramı atəşpərəstlərin bayramıdır. Onlar hər şeyin 4 ünsürdən yarandığına etiqad edirdilər (od, su, torpaq və hava) və fikir versən bayram çərşənbələrinə bu adları veriblər. Möminlərin əmiri Ömər (Allah ondan razı olsun!) məcusilərin (atəşpərəst) odlarını söndürdükdən sonra onlar canlarının qorxusundan islamı zahirən qəbul etdilər və öz adət və ənənələrini qoruyub saxlamaq üçün bu "bayrama" don geyindirərək, guya ki, möminlərin əmiri 4-cü rəşidi xəlifə Əli (Allah ondan razı olsun!) taxta çıxan günü (yəni xəlifə olanda) bayram edirlər. Amma batinən baxanda görəcəksən ki, burda atəşpərəstlərin dini ayinləri və etiqadları tətbiq olunur. Müsəlmana da belə bayramları qeyd etmək haramdır və Quran və sünnəyə ziddir. Sonradan dini təhrif edərək bunu islam bayramı kimi qələmə verməyə başladılar və bu adət halını aldı. Fikir versən bir çoxları bilməməzlik üçündən bu bayramı qeyd edirlər. Bu da ki, öz növbəsində murciyələrə xasdır.
Başqa bir qardaş.......
Siz ele novruz bayraminin kechirilme shertlerine fikir versez Size aydin olar ki, bu "bayram" shirkle ve batille doludur.
Meselen bir nechesini qeyd edim.
- Od chershenbesinde ocaq qalayib uzerinden tullanmaq.. Bu novruzun od chershenbesinin shertidir. Duzdur deyeceksiz ki, bu bir adetdir ve derinden hech kes bunu shirk kimi etmir. Lakin bunu ederek dushunmeden Allah sherik qoshanlara hemrey olursunuz. Od ustunden tullananin niyyeti nedir.. Niyyeti butun agrilari, problemleri guya mifik olaraq odda yandirib yeni ile salamat kechmek.
En evvela onu deyim ki, heyatda butun agrilarin xesteliklerin yegane shefasi Allahdandir, oddan tustuden deyil. Ikinci yeni ilde guya daha hech bir problemin olmayacagina inam da kufrdur.. Allah istediyi bendesini istediyi problemle ve ya rahatliqla sinaga chekir. Ister oddan tullan isterse yox.
- Bashqa bir mesele chershenbe gunleri "qulaq falina" chixmaq. Burda artiq sherhe ehtiyac yoxdur. Falin, cadunun, baxiciligin islamda haram olmasi bellidir. Ve boyuk gunahlardandir.
- Bashqa bir mesele yazin gelishi ile her evde semeni cucerdilomesi ve onun bu bayramda simvola chevrilmesi...
Men size her birimizin mekteb illerinden bildiyimiz semeni haqda bir sher parchasini yazacam...
Semeni saxla meni
ilde cucerderem seni.
Burda da gorunur ki, semeni ele bele cucerdilmir.. Onun nese mifik quvvesi var guya... Indi deyin gore Saxlamaq, qorumaq Allahdan bashqa kimin hokmundedir.. Elbetki bu yalniz ve yalniz Allahin hokmundedir.. Semenini ona sherik qoshulur ve butleshdirilir.
- Qapiya papaq atmaq. Ve en dehshetlisi odur ki, papagi bosh saxlamaq guya ki, boyuk gunah sayilir. Bu Selefi qardashin dediyi islamdan tam kenar bir emeldir. Ne Quranda nede sunnede buna benzer emel yoxdur.
- Kosa ve kechel... Indi men sual verirem.. Kimdi kosa??? Kimdi kechel??? Onlarin ne rolu ve faydasi?? Elbet ki, yene de batil.
- Butun kusenlerin bayramda barishma mecburiyyeti... Deyeceksiz burda ne pis shey var.. Pis shey yoxdur lakin kusmek barede kamil dinimizin oz hokmleri var. Ve bu hokmleri de Allah ve Resulu bize emr edib.. Bunun uchun oturub bayrami gozlemek lazim deyil. Sunneye tabe olsan kifayetdir. Bashqa hokme ehtiyac yoxdur.
- bayramdan 1 gun qabaq sach tukunden kesib suya vermek. Guya bunun da nese ehemiyyeti var.. Bunu etmesen sehhetinle bagli problemlerin ola biler.
Beli sehetinle bagli mutleq problemlerin olacaq.. Lakin tuku kesmemekle yox yalniz ve yalniz Ulu Yaradanin isteyi ile... Eger o istese xestelene de bilersen sagala da... Bu da bir shirk. Bir neçə savadlı insanların müsəlman gardaşların yazdiğına cavab.....
Forumçulardan xahiş edirəm bu mömzuda onlara cavab vermək üçün mənə kömək etsinlər.....
Cavab 1
Bunu yazan kimdisə bilmirəm, ancag onu bilirəm ki o indi yaman dəbə duşmüş müsəlmanlar arasındakı şaxələnmənın təsiri altında olan insandır.Bütün aşağıda sadalanan ritualların hamısı Novruzun simvolik mənasını əks etdirir.Onlar təklif olunur,lakin məcburi deyil. Məsələn mən onların demək olar ki çoxunu etmirəm,lakin bu o demək deyil ki mən Novruzu qəbul etmirəm.
Allahı sevmək lazımdır,lakin bu o demək deyil ki onun verdiyi nemətlərdən uz çevirməliyik. Məsələn : Səmənini yetişdirmək onun üstünlüyünü nəzərə çatdırmaq deyil, Allahın möcüzəsinə (cücərtisinə) - yazın gəlişınə sevinmək deməkdir. Novruzu indiki zamanda dini nogteyi nəzərincə giymətləndirmək ağlasığmazdır. Dindarin isə Novruzu geyd etməsi heç zaman gəbahət sayila bilməz....
Cavab 2
Menim fikrimce aşağıdaki fikirler ifratçı dini fkirlərdir........hetta səməni cücərdilməsini belə Allaha şirk olma kmi çox ifratçı dini fikirlərlə əlaqələndirməyə çalışıblar..........Bizə məlumdur ki,bu bayram atəşpərəstlik qalıqlarını özündə daşıyır....Amma sizcə nə etməli,,tariximizdən-bayramlarımızdan imtina edəkmi??onda biz də olarıq ərəb ...axı biz əvvəl atəşpərəst olub sonra qəbul etmişik müsəlmanlığı...dinimizə məncə sımsıx sarılmalıyıq...amma tarixi adət ənənələrimizi də unutmamalıyıq...........
Cavab 3
Bayramin yaranma tarixini coxlari bilir ve yeniden tekrara ehtiyach yoxdur Semeniye geldikde, Mene ele gelir ki, semeni bir gida remzidir. Ve tebii ki, Hec kesde shubhe yaranmir ki, semeni kimin hokmu ile cucerir ve sonradan tarladan sufrelerimize corek kimi gelir. Semeniye aid sozleri Allahin hokmine hormet alameti kimi de gebul etmek olar. Umumiyyetce,, Niyyetin ve yozmanin bu meselelerde boyuk rolu var/ XOsh niyyet ve ifrat formasina catdirilmayan yozmalar goyulan meseleleri bashga semte yonelede biler. Onda gelin biz Analara olan mehebbeti? Onlardan destek istemeyimizi de shirk adlandirag. Ola biler ki men sehf edirem. Amma menim dushuncelerime gore, bu bayrami goruyub saxlamag lazimdir. Telesik yazdim, movzunu dahada inkishaf etdirmek olardi, bir sheyi de elave etmek isteyirem? Belke de bu gunki movzudan kenar, iki nov insanlardan uzag dursag yaxshidir – elmi olub, imani olmayan, yaxud imani olub elmi olmayanlardan
Rəylərnizi gözləyirəm........ _________________ Həmd olsun Allaha , aləmlərin Rəbbinə!
Göndərilib: Çər. Mar. 15, 2006 10:17 pm İsmarış mətni:
Əssələmu aleikom, ey iman əhli!
Sitat:
Bunu yazan kimdisə bilmirəm, ancag onu bilirəm ki o indi yaman dəbə duşmüş müsəlmanlar arasındakı şaxələnmənın təsiri altında olan insandır.
İlk əvvəl bu sözün sahibləri niyyətlərini tam ifadə etsələr gözəl olardı.
Sitat:
Bütün aşağıda sadalanan ritualların hamısı Novruzun simvolik mənasını əks etdirir.
İslam qayda-qanun dinidir, dediklərimizi dəstəkləyəcək dəlillər olmalıdır. İslam toxunulmamış heç bir məsələ buraxmayıb. İstər simvolik olsun, istərsə də qeyri simvolik, kafir bayramları ilə əlaqəli şeylər haram sayılır. Bunun dəlilləri isə təqdim olunacaq inşaallah!
Sitat:
Onlar təklif olunur,lakin məcburi deyil.
Heç kəs hələ məcburilikdən danışmayıb, təbii ki, belə bayramlar xalqın və millətin istəyinə və arzusuna görə edilir, bu dini bir məsuliyyət deyil ki məcbur olunsun. Belə arqumentlər isə yalnız sözlərlə oynamaq, mövzunun ətrafında fırlanmaq deməkdir.
Sitat:
Məsələn mən onların demək olar ki çoxunu etmirəm,lakin bu o demək deyil ki mən Novruzu qəbul etmirəm.
Maraqlıdır, bunların çoxunu nə üçün etmir?
Sitat:
Amma sizcə nə etməli,,tariximizdən-bayramlarımızdan imtina edəkmi??onda biz də olarıq ərəb ...axı biz əvvəl atəşpərəst olub sonra qəbul etmişik müsəlmanlığı...dinimizə məncə sımsıx sarılmalıyıq...amma tarixi adət ənənələrimizi də unutmamalıyıq...........
Bu adamlar başa düşmürlər ki, eyni zamanda həm Allahı, həm də Şeytanı razı salmaq olmaz! Əgər iki şey bir-birinə ziddirsə, onda onlardan birini seçmək lazımdır.
Ümumiyyətlə Şəriət bir süzgəzdir, bu süzgəcdən nə keçdisə ona əməl etmək caizdir, nə ki keçə bilmir haramdır! _________________ Doğrusunu Allah bilir!
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: Çər. Mar. 15, 2006 10:18 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
AsSalamu alaikum. NOVRUZ VƏ İSLAM.
Novruz qədim atəşpərəst hindlilərin bayramı olmuş və indiki qədim İran ərazisində yayılmış bayramdır. Bu bayramı yaz gecə-gündüz bərabərliyi günü qeyd edərdilər. Naturalist inanca əsaslanan bu bayram, insanın təbiət qüvvələrinə sitayişini xarakterizə edirdi.
Bayramın yaranma tarixi məlum deyil. İran mifologiyasına əsasən bu gündə turanlı Əfrasiyab tərəfindən öldürülmüş qəhrəman Siyavuş dəfn edilmişdir. Bu əfsanə həmçinin Avestada da qeyd edilir. (Ard-Yaşt, 17:42) ["Avesta" rus tərcüməsində (1861-1996), "Letniy sad" nəşriyyatı, 1998 s. 370].
Həmçinin Firdovsinin "Şahnamə"sində də bu barədə söhbət açılır: "Günümüzə gəlib çatan mənbələr göstərir ki, Siyavuşun dəfni günü Novruz adlandırılmışdır." [Nebiyev. A. "Novruz bayrami". Baki, "Yazici", 1990. s. 3]
Məlumdur ki, bu bayram özündə animistik (hər şeydə (canlı yaxud cansız) ruhun olmasına etiqad) elementlər daşıyır. Qədim hindlilər Novruz günü "fraşavi" adlandırdıqları ölmüş dədə-babalarının ruhuna sitayiş edirdilər. Bu adət sonralar İranın rəsmi dini olan Zərdüştlükdə (atəşpərəstlik, məcusilik) özünə yer tapmışdır. Atəşpərəstlərin 7 əsas bayramından biri olan "qışın sonu, yazın başı və əcdadların ruhunun yad edilməsi (Novruz) gecə-gündüz bərabərliyndən əvvəlki gecəyə təsadüf edirdi". [E. A. Doroşenko. "Zərdüştlər İranda." "Nauka" nəşriyyatı s. 69].
Britaniya alimi M. Boys qeyd edir ki, bütün bunlardan əlavə, zərdüştlükdə bu bayram onların güc və qüvvə mənbəyi hesab edib sitayiş etdikləri odla əlaqəli idi. "Görünür, Zərdüşt (atəştpərəstliyin banisi) qədim yaz- gecə-gündüz bərabərliyini bayramının elementlərindən istifadə edərək, Aşa -Vaxiştaya və oda həsr etmişdir. Zərdüştlük adətlərinə əsasən, bununla onlar Pis Ruhun məğlub olmasını və işıq və istilik gətirən Raptivnın qələbəsini qeyd edirdilər."[M. Boys. "Zərdüştlər. Etiqad və adtələri", səh.45].
Zərdüştlüyün bu adətləri sonrakı dövrlərdə daha geniş yayılmağa başladı. Belə ki, Əhəmənidlərin və Sasanilərin zamanında Novruz günü məbədlərdə xüsusi şəkildə oda sitayiş mərasimləri keçirilərdi. İran hökmdarları məhz həmin gün tabeçiliyində olan ölkələrdən hədiyyələr qəbul edərdilər. [M. Boys. "Zərdüştlər. Etiqad və adtələri", s. 71]. Hər yerdə ocaq qalanardı: evlərin damlarındakı məşəllər, həyətlərdə tonqallardan tutmuş ta ki, süfrələrdə şamlaradək. [E. A. Doroşenko. "Zərdüştlər İranda. "Nauka" nəşriyyatı s. 72]. Halhazırda nəzər salsaq, görərik ki, bu adətlərdən bir çoxu hələ də saxlanılıb. Azərbaycanın bir çox rayonlarında Novruz günü "həyəytlərdə tonqallar qalanır" ["Novruz. Seyrler. Xalg oyun ve tamasalari". Baki, "Yazici", 1989. s. 106]. İnsanlar tonqalların ətrafında duraraq, müxtəlif folklor mahnılar oxuyurlar. [ "Novruz. Seyrler. Xalg oyun ve tamasalari". Baki, "Yazici", 1989. s. 106, 115]. Şamlar da Novruz günü süfrələrdən əskik olmur. [ "Novruz. Seyrler. Xalg oyun ve tamasalari". Baki, "Yazici", 1989. , s. 115].
Analoji ənənələr İranda və orta Asiyada da saxlanmışdır. Məsələn, A.N Neməti yazır ki, Səmərqənd və ətrafındakı ərazilərdə ən təntənəli qeyd olunan bayram fars təqvimi ilə Yeni İldir (Novruz).[Musalman bayramlari. Baki, "Azerbaycan", 1993 s. 38]. Gün batandan sonra insanlar həyətlərdə tonqallar qalayır, müxtəlif musiqi alətlərində ifa edib, oxuyub-oynayırlar. Qaval sədası altında insanlar əllərində məşəllər çay kənarına enib bayramı orda davam etdirirlər. Tonqal üzərindən hoppanıb, çayda çimir beləliklə ruhən və cismən təmizləndiklərinə etiqad edirlər. Tonqal üzərindən atlayan taciklər təbiətdən bol məhsul, pis ruhlardan qorunma diləyirlər. Hətta qadınlar da bu mərasimdə öz südəmər körpələri ilə iştirak edib, fikirləşirlər ki, il boyu qada-bəlalardan uzaq olacaqlar.
Zərdüştlərin bir çox başqa adətləri də günümüzə qədər saxlanılmışdır. Məsələn, onlar qabları müxtəlif arpa və buğda toxumları ilə doldurub, üstünə su tökərək, cücərdər, sonra isə evin ən xüsusi yerinə qoyardılar. [E. A. Doroşenko. "Zərdüştlər İranda. "Nauka" nəşriyyatı, s. 72]. Günümüzdə də eyni adəti Azərbaycanda, İranda və Orta Asiyada tətbiq edirlər. ["Novruz. Seyrler. Xalg oyun ve tamasalari". Baki, "Yazici", 1989. , s. 115]. Bayram günü atəşpərəstlərin süfrələrinə qoyduqları xüsui şirnilər və yaranış simvolu olan yumurta ,[E. A. Doroşenko. "Zərdüştlər İranda. "Nauka" nəşriyyatı s. 72] adəti günümüzdə də tətbiq olunur. ["Novruz. Seyrler. Xalg oyun ve tamasalari". Baki, "Yazici", 1989. s. 115].
Qədim İrandan gələn atəşpərəstlik elementlərindən başqa Novruza türklərin (turanlıların) bütpərəst adətləri də qarışmışdır. Məsələ burasındadır ki, ta qədim zamanlardan turanlılar və iranlılar arasında günümüzə qədər gəlib çıxan sıx mədəni əlaqələr mövcuddur. Bu barədə Avestada da kifayət qədər məlumat vardır. (Ard-Yaşt 17:38).
Göründüyü kimi Novruzun bütün mahiyyətini əks etdirən yuxarıda sadalananlar göstərir ki, bu bayram İslamdan əvvəl qeyd olunmuş, özündə çoxlu sayda naturalist, atəşpərəst və bütpərəst elementləri daşıyır və İslamla heç bir əlaqəsi yoxdur. Belə ki, İslam dinin mahiyyəti konservativ təkallahlılıq olduğundan təbiət yaxud başqa qüvvələrə sitayişi, onlardan nəsə dilməyəi və s. qəti şəkildə rədd və qadağan edir.
Klassik İslam təlimi keçmişdən gələn bütpərəst ideyalara kompromisə getmək tendensiyasına malik deyil. Burda nə ərəblərin, nə də qeyr-ərəblərin keçmiş bütpərəst ənənələri istisna təşkil etmir. Qısaca demək olarsa, İslamda sinkretizmə (müxalif fikirlərə) yer yoxdur. İslam ilkin mənbələrində qeyri-İslami bayram və ənənələrin İslami bayramlarla yanaşı qeyd olunmasını təsdiqləyən bir çox fakt mövcuddur. Məhəmməd peyğəmbərin hədislərini özündə cəmləşdirən nüfuzlu hədis məcmuələrində aydın və birmənalı şəkildə qeyd edilir ki, İslami heç bir vəchlə İslamaqədərki dövrün bayram və ənənələrini qəbul etmir və edə bilməz. Sözügeən mövzu ilə bilavasitə əlaqəli olan aşağıdakı hədis bu baxımdan daha maraqlıdır:
Ənəsdən rəvayət olunur: "Peyğəmbər Mədinəyə hicrət edərkən, orda camaat 2 bayram qeyd edirdilər. Bu günlər şənlik və sevinc günləri idi. Peyğəmbər soruşdu: "Bu nə günlərdir (onların mahiyyəti nədir)?". Cavab verdilər:"Cahiliyyə (bütpərəstlik) dövründə biz bu günlər əylənərdik. Peyğəmbər cavabında: "Allah bu iki bayramı daha xeyirli olan iki bayramla əvəz elədi- Qurban və Ramazan bayramları" (Əbu Davud, Salat 245(1134), Nəsai, İdayn 1, (3, 179)
Bu hədisdə diqqət olunası əsas və maraqlı fakt ondan ibarətdir ki, Peyğəmbər bu iki bütpərəst bayramını İslam dininə uyğunlaşdırmağa heç çalışmadı da. O eşidən kimi, etiraz etdi və bildirdi ki, əvəzində müsəlmanlar Peyğəmbərin sözlərinə görə onlara daha xeyir gətirəcək iki başqa bayramı qeyd edəcəklər.
Peyğəmbərin qeyri-İslam adətləri ilə kompromisə getməyən kəskin mübarizəsinin bir başqa nümunəsi isə aşağıdakı hədisdir.
Sabit ibn ad-Dahhak rəvayət edir: "Bir nəfər Buanda dəvə qurban etməyi əhd etmişdi və bu barədə Peyğəmbərdən soruşdu. Allah Rəsulu dedi:"Dediyin yerdə insanların sitayiş elədiyi hansısa büt durubmu nə vaxtsa?". Cavabında "yox"dedilər. Peyğəmbər yenə souşdu:"Bəs orda bütpərəstlərin keçirdiyi hər hansı bir mərasim olubmu?" İnsanların cavabı yenə "yox" oldu. Onda Məhəmməd dedi:"Elə isə əhdini yerinə yetir. Allah Ona verilən əhdi yerinə yetirməyənləri sevmir."(Əbu Davud, 13313)
Hədisdən göründüyü kimi, Peyğəmbər hətta İslam adətlərinin belə keçmişdə bütpərəst məkanlarının keçirildiyi yerdə keçirilməsinə etiraz etməyinin əsas səbəbi insanların istəməyərək, keçmişi xatırlayıb, azaraq, əvvəlki adətlərinə (yalançı ilahlara sitayiş) qayıtmağından qorxur.
Ortodoksal İslamın dörd məzhəb (Hənəfi, Şafii, Maliki, Hənbəli) banisinin işlərinə nəzər saldıqda da görmək mümkündür ki, Qurban və Ramazan bayramından başqa digər qeyri İslam bayramlarının qeyd olunması yolverilməzdir. Bunu fiqh kitablarında və Şəriət qaydalarını izah edən toplularda görmək mümkündür. [Zuhayli. V. "Islam fikhi ansiklopedisi" c. 2. Istanbul, "Feza yayincilik" 1994 s. 452-479].
Peyğəmbərin "Allah dinə yeni bir şey əlavə edəni lənətləyər" (Muslim, 1978) sözlərinə əsaslanaraq, demək olar ki, İslama sonradan olunan bütün əlavələr qəti şəkildə yolverilməzdir və qəbul olunmazdır. Baxmayaraq ki, (Novruz da daxil olmaqla) buna cəhd edənlər var. Bu onunla əlaqədardır ki, bəzi insanlar ata-babalarından qalan batil ənənələri birdəfəlik tərk edərək, Allahın dininə tam şəkildə itaət etmək cəsarətini özlərində tapa bilmir və buna görə də bu batil adətlərə İslam donu geydirməyə çalışırlar. Məsələn, bu barədə "Müsəlman bayramları" toplusunda belə qeyd olunur:"Bütpərəst farslar İslamaqədərki dövrdə Növruzu xüsusi təntənə ilə qeyd edərdilər və sonralar isə bu bayrama İslam rəngi verdilər" [ Musalman bayramlari. Baki, "Azerbaycan", 1993. s. 36].
Sonda qeyd etmək lazımdır ki, Novruz və başqa qeyri-İslam bayramlarına və adətlərinə İslam donu geydirmək istəyənlərin bütün cəhdləri elmi və tarixi baxımdan tam şəkildə əsassızdır. Bundan əlavə, belə bir şey etmək İslamda qadağandır. Bu həmçinin universal və qlobal din olan İslamı kor, təəssübkeş qəbilə anənələri çərçivəsində sıxmaq kimi qiymətləndirlir.
Göndərilib: Çər. Mar. 15, 2006 11:46 pm İsmarış mətni:
Bir şeyin öz əsl mahiyətini itirərək, simvolik mahiyyətini saxlaması onun hökmünə təsir etməz, bir şeyi istər yaxşı niyyətlə et, əgər dinin buna münasibəti birmənalı mənfidirsə, bundan çəkinmək lazımdır.
Buna məşhur bir misalı dəlil gətirmək istəyirəm:
Ey iman gətirənlər! “Raina†deməyin , “unzurna†söyləyin! (Allahın hökmünü) eşidin! Kafirləri şiddətli əzab gözləyir.
İbn Abbas bu ayənin təfsirində bunları söyləmişdir. İlk müsəlmanlar Allahdan əmrlər gəldikdə onları eşidib doğru anlamaları üçün peyğəmbərdən s.ə.s asta danışmağı istəyirdilər ki, vəhyi anlaya bilsinlər. Bunun üçün də "raina" kəliməsini istifadə edərdilər, bu ərəb dilində "ər-ra'a" felindən əmələ gəlir, yəni ara vermək, gözləmək, və bununla "raina" deyərkən bizləri gözlə, yavaş söylə demək istəyirdilər. (bax: əd-Durr al-Mənsur, 1/252-253)
Lakin yəhudilər eyni sözü ərəb dilində başqa bir söz olan "ra'una" sözünü kök olaraq istifadə edtdilər. Bu sözün anlamı axmaqlıq, düşüncəsizlik idi və beləliklə "bizi axmaq et!" anlamına gələn "raina" kəliməsini istifadə edərək müsəlmanları lağa qoymağa başladılar. (bax: Camiul-Bəyan, Muhəmməd ibn Cərir ət-Tabəri, 1/469-473)
Digər müfəssirlərə görə isə yəhudilərin öz dillərində bu sözün "bizə çobanlıq et!" anlamını daşıdığına görə peyğəmbəri s.ə.s. lağa qoymaq məqsədi ilə istifadə edirdilər.
Lakin bu yazılardan məqsəd "raina" sözünün əslində pis mənası yoxdur, və möminlə bunu yaxşı mənada istifadə edirdilər, lakin yəhudilər bu sözü pis mənada istifadə etdikləri üçün, Allah möminlərə bunun yerinə unzurna kəliməsini istifadə etməyi əmr edir.
Düşünənlər üçün bunda bir ibrət var, bu söz pis anlamda olmasa da, simvolik bir mahiyətə malik idi və buna görə də Allah bunu söyləməyi qadaöan etdi.
Bu məsələdə isə daha geniş məlumat bir digər yazıda gələcək, inşaallah! _________________ Doğrusunu Allah bilir!
Göndərilib: C.a. Mar. 16, 2006 1:38 am İsmarış mətni:
"O kəslər ki, yalan danışılan yerdə durmazlar, faydasız söz danışanlarla qarşılaşdıqda qürurla keçib gedərlər. "(əl-Furqan, 72)
Əbu Bəkr Xilalın "Cami" əsərində bildirdiyinə görə Muhəmməd ibn Şirin ayədə qeyd olunan "yalan danışılan yerlər" ilə məqsədin yəhudilərin "Yon Kippur" bayramı olduğunu söyləyir. Eyni mənbəyə görə Mücahid "burada müşriklərin bayramları qəsd olunur " söyləmişdir. Rabi ibn Ənəs əl-Bəkri də eyni rəyi bildirmişdir. (Bax: İbn Kəsir, cüz 3, s. 328-329)
Bununla bərabər tabiinlərin böyüklərindən sayılan İkrimə isə bunun "cahiliyyə zamanında ənənəvi bir oyun" olduğunu söylədiyi rəvayət edilmişdir. (Bax: Təfsiri-Qurtubi, c.13, s.79-80)
Alimlərdən isə Qadi Əbu Yalaya görə ayə "müşriklərin bayramlarına qoşulmağı qadağan edən bir nəhydir" Əbu Fərəcə İsfəhani zimmilərlə əlaqəli şərtləri qeyd edərkən, Dəhhaqın bu ayənin şərhində bunun "müşriklərin" bayramı olduğunu söylədiyini nəql edir.
Yenə eyni mənbəyə əsasən Amr ibn Murra ayənin bu hissəsini şərh edərkən söyləmişdir: "Yəni onlar müşrikləri şirkləri barəsində dəstəkləməzlər, onlarla oturub durmazlar." Ata ibn Yəsar bu ayənin izahında xəlifə Ömərin belə söylədiyini rəvayət edir: " Əcəmlərin təmtəraqlı danışıq tərzləri ilə müşriklərin bayram günlərində onların kilsələrində olmaqdan çəkinin" (Abdurrazzaq, əl-Musənnəf, 1/411, hədis nömrə: 1608. Beyhəqi, Sunən əl-Kubra, 9/234, Kənz əl-Umməl, 3/886)
Bu mövzuda anlayış sahibləri üçün peyğəmbərin, səllallahu aleyhi və səlləm, digər bir sözü də bir xəbərdarlıqdır:
"Ərafat günü, Qurban günü və Mina günləri biz müsəlmanların bayram günləridir. Bu günlər yeyib-içmə günləridir." (Əbu Davud, Sünən,2418)
Hədisdən aydın olan müsəlmanlara aid bayramlar zikr olunan bayramlardır, bundan kənardakı bayramların müsəlmanlar ilə heç bir əlaqəsi yoxdur.
Digər bir hədis isə Sahiheyndə mövcud olan və Aişədən rəvayət olunan hədisdir. Hədisdə Aişənin evində oxuyan cariyələrin üstünə Əbu Bəkrin acıqlanması səbəbi ilə peyğəmbərin s.a.s verdiyi cavab diqqət çəkicidir. peyğəmbərimiz s.ə.s Əbu Bəkrə dedi: "Ya Əbu Bəkr, hər qövmün bir bayramı olduğu kimi bu da bizim bayramımızdır." yenə Buxari və Muslimdə olan digər rəvayətə görə Rasulullah s.ə.s. buyurdu. "Onlarla işin olmasın, ya Əbu Bəkr, bu günlər bayram günləridir. Bu günlər Mina günləridir." (Buxari, Fəthul-Bari, 3/606,hədis no.987)
Hədisdən aydın olan budur ki, müsəlmanların öz bayramları vardır, bu bayramlar qeyri müsəlmanlara aid olmadığı kimi, onların bayramı da bizlərə aid deyil. Novruz da atəşpərəstlərin bayramıdır. Bizim əcdadlarımızın bu bayram üzərində olmaları heç bir şeyi dəyişdirməz. Allahın hökmləri aydındır.
Sufyan-i Səvri Əbu Valid vasitəsi ilə Abdullah ibn Ömərin belə dediyini rəvayət edir: "Kim əcəm diyarında ev alaraq məskunlaşıb, onların Novruz və Mehrican kimi bayramlarını mənimsəyərsə onlara oxşayar və ölənə qədər belə qalarsa Qiyamət günü onlarla birlikdə həşr olunar." (Beyhəki, Sünən əl-Kubra, 9/234)
Buxarinin Ömərdən rəvayət etdiyi bir sözü isə belədir: "Allahın düşmənlərinin bayram mərasimlərindən uzaq durun!"
Hz. Əliyə isə Novruz bayramından bir simvol gətirdikdə bunun nə olduğunu soruşdu. Onlar cavab verdilər: "Bu Novruz gününün rəmzidir." Bu sözün cavabında Əli r.a. "Hər gününüzü Novruz sayınız!" demişdir. Əlinin sözünün mənasını başa düşmək çətin deyil, yəni belə bir günü xüsusiləşdirməyin, müəyyən bir günü bayram etməyin! Beyhəkinin kitabında qeyd etdiyinə görə Hz. Əlidən bu sözləri nəql edən Usamə Əlinin Novruz kəliməsini müəyyən bir ad olaraq deyil, qeyri-müəyyən bir ad şəklində ifadə etməsindəki incəliyə diqqət çəkmişdir. (Beyhəki,9/235)
İbn Əbi Şeybə "Müsənnəf" adlı əsərində bildirdiyinə görə bir dəfə Qabusun atası Hz. Aişəyə məcusi bir dayələrinin olduğunu və onun vasitəsi ilə atəşpərəstlərin bayramları vaxtı (çox güman ki Novruz bayramı nəzərdə tutulur) onlara hədiyə gətirildiyini söyləyir və onun hökmü barədə soruşur. Aişə r.a. isə ona belə cavab verir: "O günə aid qurbanların ətlərindən yeməyin, lakin sizə hədiyyə etdikləri meyvələrdən yeyin"!
Yenə ibn Əbi-Şeybə eyni əsərdə bildirdiyinə görə əvvəllərƏbu Barzanın atəşpərəst qonşuları var idi, bunlar qədim İranın Novruz və Mehrican bayramlarında ona hədiyyələr gətirərdilər. Əbu Bərza da ailəsinə "Gələn hədiyyələr arasındakı meyvələri yeyin, lakin bundan başqa hədiyyələri qəbul etməyin"! deyərək tənbeh etmişdi.
Oğlu Abdullahın rəvayət etdiyinə görə Hənbəli Hz. Ənəs və Həsən əl-Bəsrinin Novruz və Mehrican günlərində oruc tutmanın məkruh olduğunu söylədiklərini nəql etmişdir. İbn Teymiyyə bunu Siratal-Mustəqim kitabında qeyd etdikdən sonra bunun Əhmədin rəyini göstərib göstərmədiyində tərəddüd edir.
Səməni məsələsinə gəldikdə isə yuxarıda da bu barədə və buna bənzər digər mərasimlərin simvolik olaraq qeyd olunması barədə yazmışdıq. Əbu Muhəmməd Kirmani də ibni-Mübarəkdən rəvayət edir ki, ona Allahı qəsd edərək qədim farsların "izəd" kəliməsini işlətməkləri barədə soruşurlar və O bunu dilə gətirməyi məkruh saydığını söyləyir, bunun səbəbini soruşduqda isə belə bir cavab verir: "Bu adın bir bütə aid edilib edilmədiyindən əmin deyiləm." (Bu barədə İbn Teymiyyənin "Siratal-Mustaqim" kitabında kafirlərlə əlaqəli məsələlər barəsində açdığı geniş mövzulardan oxuya bilərsiniz)
Bu cavab ilə səməni haqqında "savadlı müsəlmanların" söylədiklərini müqayisə edin, kimin iman əhli olduğu göz qabağındadır!
Əgər bu məsələdə sonrakı nəsil hənəfi alimlərinin rəyini soruşsaq onda gərək bu barədə onlarla heç söhbət də etməyək. Məşhur "Fiqh əl-Əkbər" kitabının Molla Əli əl-Qari tərəfindən şərhində bu nəsil hənəfilərə görə hətta məcusilərə Novruz bayramında hədiyyə verməyin belə insanı kafir edəcəyini vurğulayırlar.
Ona görə də bu işdə ən azından ehtiyatlı olmaq lazımdır..
Ən doğrusunu Allah bilir! _________________ Doğrusunu Allah bilir!
Göndərilib: Ş. Sen. 16, 2006 8:05 pm İsmarış mətni:
Salam aleykum va rahmatuLlahi Taala va barakatu.
Allama Aliyul Kari, Abu Hanifanin "Fikh ul Akbarin" kitabin şərhində yazib: Əl-Hulasədə belə yazilib: "Kim ki bir məçusiyə novruz günü (baharin ilk günüdü, martin dogguzunda)ir yumurta hediye etse kəfir olur. Ona gereki belı eləmək ilə ona küfründə kemek edir, azginligini artirir. Yahud hədiyə verərək onlara, bir-birilərini təbrik etməkdə (özünü) ohşadir " (bax "Şerh ul fikh ul akbar" səifə 479)
O həmçin yazir: "Məçma un Navazildə deyilir: "məçüsilər novruz günü əylənmək üçün toplanan vaht, onlari gerən müsülman: "Bu adət nə gözəl bir adətdi" desə, kəfir olur. Çünki o bu adətin islama zidd oldugunu deməkdənsə, kəfirlərin adətini gözəl görüb" (bax "Şerh ul fikh ul akbar" səifə 479)
"Fətəva as sugrada yazilib: "Kimki novruz günü bir şey alsa, o şeyi ki, başga günlərdə almazdi, və bu aliş ilə novruz gününə tazim və hörmət niyətində olsa, o kes kəfir olur. Bu aliş təsadüfən novruza düşübsə, kəfir olmaz" (bax "Şerh ul fikh ul akbar" səifə 479-480) _________________ As Salam aleykum va rahmatuLLah
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.