MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Müqəddəs Məhərrəm ayı.

 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> Ən qaynar məsələlər burada müzakirə olunur
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: C.a. Fev. 09, 2006 12:16 am    İsmarış mətni: Müqəddəs Məhərrəm ayı. Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə.

Müqəddəs Məhərrəm ayı.

Müqəddəs Məhərrəm ayı müsəlman təqvimi ilə yeni Hicri ilinin başlanğıcı hesab olunur. Bu ayda Peyğəmbər (səlləlləhu əleyhi və səlləm) öz ailəsi və yaxınları ilə Məkkədən sonradan Mədinə adlanan Yəsrib şəhərinə hicrət etmişdir.
İslam təqviminin başlanğıcı hesab olunan bu hadisə qriqoryan təqvimilə 16 iyul 622-ci ildə baş vermişdir.

Məhərrəm ayı Uca Allahın Quranda və Peyğəmbərdən(səlləlləhu əleyhi və səlləm)gələn hədislərdə bütün növ konfliktlərin, qan düşmənçiliyinin, müharibənin qadağan etdiyi 4 s aydan (Rəcəb, Zül-Kaadə, Zül-Hiccə, Məhərrəm) birdir. Məhz bu səbəbdən müsəlman bu ayları Allaha ibadətlə və sülh şəraitində keçirməlidir. Müsəlman təqviminin məhz Muhəmmədin(səlləlləhu əleyhi və səlləm) Hicrətindən etibarən hesablanması təklifini ilk dəfə miladi təqvimlə 634-cü ildə xəlifə Ömər ibn Xattab (Allah ondan razı olsun!) vermişdir.

Məhərrəm ayı və Aşura günü və onun üstünlükləri.

Məhərrəm ayının ilk 10 günü xeyirli hesab olunur. Xüsusən Məhərrəm ayının 10-cü günü Aşura günü kimi qeyd olunur.
Məhz bu gündə İbrahim peyğəmbər(a.s.) anadan olmuş və həm də bu gündə Uca Allah tərəfindən oddan xilas olunmuşdur.
İsa peyğəmbər(a.s.) bu günü göyə çəkilmişdir.
Musa Peyğəmbər(a.s.) məhz bu gün Fironun təqibindən xilas olmuşdur.
Əyyub Peyğəmbər(a.s.) Allahın iradəsi ilə bu gün dəhşətli xəstəliyin caynağından yaxasını qurtarmağa müvəffəq olmuşdur.
Nuh Peyğəmbərin (a.s.) gəmisi məhz bu tarixdə Cudi dağına toxunaraq quruya oturmuşdu.
Yunus Peyğəmbər(a.s.) balinanın qarnından xilas olmuşdur.
Süleyman Peyğəmbərə (a.s.) Uca Allah hökmdarlığı əta etmiş, küləyi, cinləri, heyvanları və quşları ona tabe etmişdir.
Yusuf Peyğəmbər(a.s.) türmədən azad olmuşdur.
Yaqub Peyğəmbər(a.s.) öz oğlu ilə bu gün görüşüşdür.

ARDI VAR....
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: C. Fev. 24, 2006 10:18 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

Aşura günü nə etməli?

Məhərrəm ayının 10-cü günü Aşura adlanır. Bu söz ərəb dilində 10 rəqəmini ifadə edən "əşəra" sözündən götürülmüşdür.
Aşura günü, həmçinin Məhərrəm ayının 9-u oruc tutmaq bəyənilən əməllərdən hesab olunur. Belə ki, bu barədə bir çox səhih hədis mövcuddur:Əbu Hureyrə (Allah ondan razı olsun!) rəvayət edir: "Mən Peyğəmbərdən soruşdum:"Fərz namazlardan sonra, hansı namaz ən yaxşı hesab olunur?". O dedi: " Gecə(təhhəccüd) qılınan namaz". Mən soruşdum:" Bəs Ramazan ayınd tutulan orucdan sonra, hansı oruc ən yaxşı hesab olunur?". O dedi: "Məhərrəm ayında tutulan oruc".
(İmam Əhməd, Əbu Davud)
Aişə (Allah ondan razı olsun!) rəvayət edir:"Qureyş qəbiləsi İslamdan əvvəl Aşura günü oruc tutardılar və Peyğəmbər də belə edərdi. Mədinəyə hicrət etdikdən sonra da o, bu əməlinə davam edər və insanları da buna dəvət edərdi. Ramazan ayında oruc tutmaq haqqında Allahdan hökm gəldikdə, Allah Rəsulu dedi: "Kim Aşura günü oruc tutmaq istəyirsə, qoy tutsun. Kim ki, bu günü oruc tutmaq istəmirsə, qoy əl çəksin."
(Buxari, Müslim)
İbn Abbas (Allah ondan razı olsun!) rəvayət edir ki, Peyğəmbər (səlləlləhu əleyhi və səlləm) Mədinəyə hicrət etdikdən sonra, Aşura günü oruc oruc tutan yəhudilərə rast gəldi və soruşdu: "Nə üçün oruc tutursunuz?". Onlar dedilər:" Bu böyük gündür. Musa peyğəmbər və İsrail oğulları bu gün düşmənlərinin təqibindən xilas olduğundan, o, oruc tutardı." Peyğəmbər dedi: Bizim Musa peyğəmbərə daha çox haqqımız var" . Və Allah Rəsulu Aşura günü oruc tutar, insanları da buna dəvət edərdi."
(Buxari, Müslim)
Əbu Musa əl-Əşəri (Allah ondan razı olsun!) rəvayət edir ki, yəhudilər Aşura gününü bayram kimi qeyd edərdilər. Allah Rəsulu (səlləlləhu əleyhi və səlləm) buyurdu: "Siz bu gün oruc tutun"
(Buxari, Müslim)
İbn Abbas(Allah ondan razı olsun!) bildirir ki, Allah Rəsulu (səlləlləhu əleyhi və səlləm) Aşura günü oruc tutar, insanları da buna sövq edərdi. Bəziləri dedilər:" Ey Allah Rəsulu! Bu günü yəhudi və xristianlar qeyd edir". O, cavab verdi:" İnşaAllah gələn il, ayın 9-u da oruc tutarıq (ki, yəhudilərə oxşamayaq)." Gələn il Peyğəmbər (səlləlləhu əleyhi və səlləm) vəfat etdi."
(Əbu Davud, Müslim)
Hədisin başqa variantında isə deyilir: "Əgər gələn il yaşasam, Aşuradan (Məhərrəm ayının 10-cü günü) başqa, ayın 9-u da oruc tutarıq.
(Müslim, Əbu Davud)

Aşura gününü Peyğəmbərin (səlləlləhu əleyhi və səlləm) etmədiyi şəkildə xüsusiləşdirmək.

İslam tarixinə nəzər salsaq, görərik ki, hicrətin 61-ci ilində, məhz Məhərrəm ayının 10-da, yəni Aşura günü, baş verən mühüm hadisələrdən biri də Peyğəmbərimizin (səlləlləhu əleyhi və səlləm) nəvəsi olan Hüseyn (Allah ondan razı olsun!) Kərbəla yaxınlığındakı döyüşlərdən birində qətlə yetirilmişdir. Şübhəsiz ki, Allah Rəsulunun (səlləlləhu əleyhi və səlləm) "reyhanlarım" adlandırdığı iki nəvəsindən (Həsən və Hüseyn (Allah onlardan razı olsun!)) biri olan bu böyük səhabənin ölümü istisnasız bütün İslam aləmini kədərləndirməyə bilməz. Lakin İslamda 3 gündən artıq yas saxlamağa qadağa olduğu halda, bəzi müsəlmanların hər Məhərrəm ayını yas saxlamaqla, dinə sonradan belə bir adət əlavə etmələri, bu adəti zəncirlə vurub qan çıxarma və sairə kimi ağlasığmaz səhnələrlə bəzəmələri bidətdir.
Lakin qeyd etmək lazım olan məsələlərdən biri də bəzi müsəlmanların "Məhərrəm ayında yas tutmaq olmaz" fikrinin təmamilə əks mənada, yəni (xüsusən də Aşura gününü) bayram etmək kimi başa düşürlər ki, bu da yanlışdır.
Şeyxül-İslam ibn Teymiyyə (rəhimullah) demişdir: " Hüseynin (Allah ondan razı olsun!) qətlindən sonra şeytan insanlar arasında 2 cür bidət yaymağa başladı: birincisi- Aşura günü yas tutub, çığırıb ağlamaqla, özünə xətər yetirməkə, üz-gözünə döyməklə, müxtəlif ağı və mərsiyələr deməklə qeyd edilən mərasimlər keçirmək; ikincisi- sevinib, şənlənmək..."
("Minhəc əl-Sünnə", 4/554-556)

Beləliklə, aydın olur ki, Aşura gününü nə həddən artıq kədərlənib, şişirdilmiş yas mərasimləri ilə, nə də xüsusi bəzənib, qonaqlıqlar təşkil edib, deyib-gülməklə keçirmək İslam dinində yolverilməzdir və bu əməllərin hər ikisi bidətdir. Və bilmək lazımdır hər bir bidət zəlalətə aparır.
Allah bizi bu kimi əməllərdən qorusun...Amin!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ESEDULLAH



Daxil ol: C.a. Mar. 31, 2005 21:15
İsmarışlar: 3

İsmarışGöndərilib: B.e. Fev. 27, 2006 4:52 pm    İsmarış mətni: Sitatla cavab ver

Humeyra yazıb:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!

Aşura günü nə etməli?

Məhərrəm ayının 10-cü günü Aşura adlanır. Bu söz ərəb dilində 10 rəqəmini ifadə edən "əşəra" sözündən götürülmüşdür.
Aşura günü, həmçinin Məhərrəm ayının 9-u oruc tutmaq bəyənilən əməllərdən hesab olunur. Belə ki, bu barədə bir çox səhih hədis mövcuddur:Əbu Hureyrə (Allah ondan razı olsun!) rəvayət edir: "Mən Peyğəmbərdən soruşdum:"Fərz namazlardan sonra, hansı namaz ən yaxşı hesab olunur?". O dedi: " Gecə(təhhəccüd) qılınan namaz". Mən soruşdum:" Bəs Ramazan ayınd tutulan orucdan sonra, hansı oruc ən yaxşı hesab olunur?". O dedi: "Məhərrəm ayında tutulan oruc".
(İmam Əhməd, Əbu Davud)
Aişə (Allah ondan razı olsun!) rəvayət edir:"Qureyş qəbiləsi İslamdan əvvəl Aşura günü oruc tutardılar və Peyğəmbər də belə edərdi. Mədinəyə hicrət etdikdən sonra da o, bu əməlinə davam edər və insanları da buna dəvət edərdi. Ramazan ayında oruc tutmaq haqqında Allahdan hökm gəldikdə, Allah Rəsulu dedi: "Kim Aşura günü oruc tutmaq istəyirsə, qoy tutsun. Kim ki, bu günü oruc tutmaq istəmirsə, qoy əl çəksin."
(Buxari, Müslim)
İbn Abbas (Allah ondan razı olsun!) rəvayət edir ki, Peyğəmbər (səlləlləhu əleyhi və səlləm) Mədinəyə hicrət etdikdən sonra, Aşura günü oruc oruc tutan yəhudilərə rast gəldi və soruşdu: "Nə üçün oruc tutursunuz?". Onlar dedilər:" Bu böyük gündür. Musa peyğəmbər və İsrail oğulları bu gün düşmənlərinin təqibindən xilas olduğundan, o, oruc tutardı." Peyğəmbər dedi: Bizim Musa peyğəmbərə daha çox haqqımız var" . Və Allah Rəsulu Aşura günü oruc tutar, insanları da buna dəvət edərdi."
(Buxari, Müslim)
Əbu Musa əl-Əşəri (Allah ondan razı olsun!) rəvayət edir ki, yəhudilər Aşura gününü bayram kimi qeyd edərdilər. Allah Rəsulu (səlləlləhu əleyhi və səlləm) buyurdu: "Siz bu gün oruc tutun"
(Buxari, Müslim)
İbn Abbas(Allah ondan razı olsun!) bildirir ki, Allah Rəsulu (səlləlləhu əleyhi və səlləm) Aşura günü oruc tutar, insanları da buna sövq edərdi. Bəziləri dedilər:" Ey Allah Rəsulu! Bu günü yəhudi və xristianlar qeyd edir". O, cavab verdi:" İnşaAllah gələn il, ayın 9-u da oruc tutarıq (ki, yəhudilərə oxşamayaq)." Gələn il Peyğəmbər (səlləlləhu əleyhi və səlləm) vəfat etdi."
(Əbu Davud, Müslim)
Hədisin başqa variantında isə deyilir: "Əgər gələn il yaşasam, Aşuradan (Məhərrəm ayının 10-cü günü) başqa, ayın 9-u da oruc tutarıq.
(Müslim, Əbu Davud)

Aşura gününü Peyğəmbərin (səlləlləhu əleyhi və səlləm) etmədiyi şəkildə xüsusiləşdirmək.

İslam tarixinə nəzər salsaq, görərik ki, hicrətin 61-ci ilində, məhz Məhərrəm ayının 10-da, yəni Aşura günü, baş verən mühüm hadisələrdən biri də Peyğəmbərimizin (səlləlləhu əleyhi və səlləm) nəvəsi olan Hüseyn (Allah ondan razı olsun!) Kərbəla yaxınlığındakı döyüşlərdən birində qətlə yetirilmişdir. Şübhəsiz ki, Allah Rəsulunun (səlləlləhu əleyhi və səlləm) "reyhanlarım" adlandırdığı iki nəvəsindən (Həsən və Hüseyn (Allah onlardan razı olsun!)) biri olan bu böyük səhabənin ölümü istisnasız bütün İslam aləmini kədərləndirməyə bilməz. Lakin İslamda 3 gündən artıq yas saxlamağa qadağa olduğu halda, bəzi müsəlmanların hər Məhərrəm ayını yas saxlamaqla, dinə sonradan belə bir adət əlavə etmələri, bu adəti zəncirlə vurub qan çıxarma və sairə kimi ağlasığmaz səhnələrlə bəzəmələri bidətdir.
Lakin qeyd etmək lazım olan məsələlərdən biri də bəzi müsəlmanların "Məhərrəm ayında yas tutmaq olmaz" fikrinin təmamilə əks mənada, yəni (xüsusən də Aşura gününü) bayram etmək kimi başa düşürlər ki, bu da yanlışdır.
Şeyxül-İslam ibn Teymiyyə (rəhimullah) demişdir: " Hüseynin (Allah ondan razı olsun!) qətlindən sonra şeytan insanlar arasında 2 cür bidət yaymağa başladı: birincisi- Aşura günü yas tutub, çığırıb ağlamaqla, özünə xətər yetirməkə, üz-gözünə döyməklə, müxtəlif ağı və mərsiyələr deməklə qeyd edilən mərasimlər keçirmək; ikincisi- sevinib, şənlənmək..."
("Minhəc əl-Sünnə", 4/554-556)

Beləliklə, aydın olur ki, Aşura gününü nə həddən artıq kədərlənib, şişirdilmiş yas mərasimləri ilə, nə də xüsusi bəzənib, qonaqlıqlar təşkil edib, deyib-gülməklə keçirmək İslam dinində yolverilməzdir və bu əməllərin hər ikisi bidətdir. Və bilmək lazımdır hər bir bidət zəlalətə aparır.
Allah bizi bu kimi əməllərdən qorusun...Amin!

Salam aleykum mene maraqlidir yaxshi yas tutmaq olmaz ,deyib gulmek olmaz yaxshi neylemek olar???
_________________
İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Hər kəs qəlbi, dili və ya əli ilə nalayiq və pis işlərdən çəkindirməyi tərk etsə, diri insanlar arasında gəzən ölüdür.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 908

İsmarışGöndərilib: Ç.a. Mar. 14, 2006 9:58 pm    İsmarış mətni: Sitatla cavab ver

Salam aleykum.

Sitat:
Salam aleykum mene maraqlidir yaxshi yas tutmaq olmaz ,deyib gulmek olmaz yaxshi neylemek olar???


Aşura günü nə etməli? bashligi altinda Peygemberin bu gunu oruc tutdugu ve sehabelerine de bunu meslehet gorduyunu oxumag olar. Biz muselmanlar da onlardan numune goture bilerik.

Salam aleykum.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 908

İsmarışGöndərilib: Ç.a. Mar. 14, 2006 10:02 pm    İsmarış mətni: Sitatla cavab ver

Aşura

"Aşura", "məhərrəmlik" kimi kəlmələri eşidərkən hər bir vətəndaş ilk əvvəl gözünün qabağına yas, zülm və s. Kimi fikirləri gətirir. Lakin həqiqətənİslamın bu günə necə baxdığını və nə cür önəm verdiyini insanlar savadsızlıqları ucbatndan bilmirlər. Əslən Aşura heç də bəzi müsəlmanlarn keçirdiyi kimi deyil. Aşura "aşara" sözündən olub, 10, yəni məhərrəm ayının 10-u deməkdir. İslam tarixinin bu günündə nəmli hadisələr baş vermişdir. Lakin bunlarn hamısı tarixi hadisələrdir. Tarixi hadisələrdən də müsəlmanlar yalnız ibrət kii istifadə edirlər.
Dinə gəldikdə isə şərəfli Peyğəmbərimiz Məhəmməd (səllahu aleyhi və səlləm) bizə bu günün necə keçirildiyini öyrədib. Peyğəmbərimizin (səllalahu aleyhi və səlləm) bizə verdiyi məlumata görə həmin gün Allah Təala Musa peyğəmbəri və onun qövmünü zalım Firondan və onun güclü ordusunda xilas edib. Buna şükr əlaməti olaraq, Musa peyğəmbər bir gün oruc tutur. Həmin gün də məhərrəm ayının 10-a təsadüf edir. O gündən etibarən həmin gün Aşura adı ilə tanınmağa başlayır.
İslam dininin bu günə necə baxdığına gəldikdə isə, Məhəmməd peyğəmbər(səllahllahu aleyhi və səlləm) Mədinə şəhərinə köçdükdə məhərrəm ayının 10-u yəhudilərin oruc tutduqlarını görür. Onlardan bunun səbəbini soruşduqda yəhudilər həmin gündə Allahın Musa peyğəmbərə kömək etdiyini bildirirlər. Bunu eşidən Məhəmməd peyğəmbər (səllallahu aleyhi və səlləm) yəhudilərə Musanı onlardançox sevdiyini cavab verir və yəhudilərdən fərqlənmək üçün tək məhərrəm ayının 10-u deyil, həm də 9-u, yəni 2 gün oruc tutmağı əmr edir. Bu gündən etibarən də məhərrəm ayının 9-u və 10-u, yəni Aşura günü oruc tutmaq savab əmələ çevrilir. Bu məzmunda bir çox səhih hədis Buxari, Müslim, və Əbu Davudun hədislər toplusunda mövcuddur.
Lakin bu günə həmçinin böyük tarixi hadisələr də təsadüf edir. Bunlardan da ən önəmlisi Kərbəla faciəsidir ki, bu gündə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) nəvəsi Həzrəti Hüseyn qətlə yetirilmişdir. Buna görə də bəzi müsəlmanlar bu gündə öz üzüntülərini yas saxlamaq, zəncir vurmaq, qan tökməklə bildirirlər. Lakin belə bir sual meydana çıxır ki, həqiqətən İslam dininə görə belə yas mərasimləri və insanların özünə zülm etməsi doğrudurmu?
Əslən doğru deyildir. Çünki İslam dini zülm yox, mərhəmət dinidir. Düzdür, heç bir müsəlman istəməzdi ki, şərəfli insan, böyük İslam nümayəndəsi Həzrəti Hüseyn dünyasını belə bir ölümlə dünyasını dəyişsin. Amma insanln özünə zülm verməsi, bütün ayı yasda keçirməsi İslam dini tərəfindən bəyənilməyən əməllərdəndir. Belə bir ibadət tərzini nə Allah Təala Qurani Kərimdə, nə də Onun Rəsulu (səllahllahu aleyhi və səlləm) öz hədislərində xəbər vermişdir. Əksinə olaraq, məhərrəm ayında Allah Təala insanların özünə zülm etməsini, qan tökməsini qadağan etmişdir. Belə ki, dörd ay vardır ki, bu aylarda Allah Təala qan tökməyi, insanın özünə zülm etməsini, müharibə etməyi və s. əməlləri yasaqlamışdır. Bu barədə Uca Allah Qurani Kərimdə buyurur:
" Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və hökmüdür). Ona görə də həmin aylarda özünüzə zülm etməyin. Müşriklərin hamısı sizinlə vuruşduqları kimi, siz də onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir!"(Tövbə, 36)
Bundan başqa Allah Təala pis işləri haram, yaxşı işləri isə halal buyurmuşdur:
"... (O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər). Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla (Quranın) ardınca gedənlər məhz onlar nicat tapanlardır!"" (Əraf, 157)
Bundan əlavə olaraq, biz Məhəmməd peyğəmbərin(səllallahu aleyhi və səlləm) də belə bir şey etmədiyini hədislərə əsasən bilirik. Əgər Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm( etməyibsə, bu bizə sübutdur ki, bu əməl dinə sonrada gətirilən bir şeydir. Çünki Allah Təala Quranda bizə Məhəmməd peyğəmbərə (səllalahu aleyhi və səlləm) tabe olmağı əmr edir:
"... Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir." (Həşr, 7)
Əgər belə bir yas mərasimi düzgündürsə, onda biz Həzrəti Hüseyndən əvvəl onun atası, böyük İslam sərkərdəsi Həzrəti Əliyə və ondan da layiqlisi olan Məhəmməd peyğəmbərə (səllallahu aleyhi və səlləm) yas saxlamalıyıq. Belə olsa, onda insan bütün ömrünü yasda keçirməlidir ki, bu da İslama uyğun deyil.
Bəs onda biz bu tarixi hadisədən necə faydalanmalıyıq? Əvvəldə qeyd edildiyi kimi Həzrəti Hüseynin ölümü həm üzücü bir hadisə, həm də böyük bir itkidir. Lakin biz bu hadisədən yanz ibrətlər götürməliyik. Bilməliyik ki, hakimiyyət yanğısı, Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) nəvəsi Həzrəti Hüseyn kimi şərəfli insanların öldürülməsilə nəticələnmişdir. Ona görə də insan ümumən vəzifə yanğısından, müsəlmanların qanını tökmək kimi pis əməllərdən uzaq olmalıdır. İnsan həyatda Allah və Rəsuluna (səllallahu aleyhi və səlləm) tabe olmalıdır ki, nicat tapanlardan olsun.
Son sözü isə Allahın bu kəlamı ilə bitirmək məqsədəuyğun olardı:
" Allaha və peyğəmbərə itaət edin ki, bəlkə, bağışlanmış olasınız!" (Ali-İmran, 132)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ENGINEER



Daxil ol: Ş. Sen. 10, 2005 08:42
İsmarışlar: 139
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: Çər. Mar. 15, 2006 7:37 am    İsmarış mətni: Mugeddes Meherrem ayi Sitatla cavab ver

Euzi Billehi Minesh Sheytanir Recim, Bismillahir Rehmanir Rehim.
ALLAHIN Salami butun Muselman/Momin Baci-Gardashlarima olsun.

Afriya,
Hz. Ali (Allah ondan Razi olsun) ve Hz. Huseyn (Allah Ondan Razi Olsun) ve bashga sehabeler (Allah onlardan Razi olsun) hagginda yazdigda "Allah Ondan Razi Olsun" kelmesini ve ya gisaca (r.a) sozunu yaz.
_________________
Estegfiru-llahel aziymel-lezi la ilahe illa huvel-heyyul-gayyum ve etubu ileyhi.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
OLDER



Daxil ol: Ş. Avq. 05, 2006 10:28
İsmarışlar: 19
Şəhər/ölkə: BAKI

İsmarışGöndərilib: Çər. Avq. 09, 2006 7:22 pm    İsmarış mətni: Sitatla cavab ver

man bilmek isterdim. na ucun azerbaycanda maharamlik kecirdirler. onlara gadaga goymag lazimdir.bu bidatdir.
bu iranin siyasetidir. bir defe makkada hacc vaxti onlarin gulaglarini burublar.
ancag Allah Allah Allah.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: Çər. Yan. 17, 2007 12:04 am    İsmarış mətni: Sitatla cavab ver

Assalamu aleykum.
Məlum məsələdir ki, Məhərrəm ayı müsəlmanların Hicri təqviminə görə təzə bir ilə daxil olmasının başlanğıcıdır. Lakin bununla belə Azərbaycanda Məhərrəmlik dedikdə, İslamda olmayan bir çox bidətlər, yas mərasimləri, zəncirvurma, qançıxarma mərasimləri yada düşür. Bütün bunlar İslamda olmayan bidətlərdir, amma avam camaata dinin bir hissəsi kimi sırınır. Qançıxarma-zəncirvurma mərasimi xüsusi ilə sağlamlığıa zərərli olduğundan, bu il Azərbaycanda buna qarşı ciddi tədbirlər görülür, müsəlmanları bu avamlıqdan çəkindirmək məqsədi ilə çağırışlar edəcəklər. QMİ bunun qarşısını almaq üçün müstəlif tədbirlər həyata kçirmək niyyətindədir. Xüsusən, Aşura günü zəncirvurma və qançıxarma hallarının qarşısını almaqdan ötrü dindarlara müraciət ediləcək. Belə halların qarşısını tam almaq məqsədilə Respublika Talasemiya Mərkəzilə birgə qanvermə kampaniyası təşkil ediləcək.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
AZERBAYCANLI



Daxil ol: C. Dek. 29, 2006 10:38
İsmarışlar: 7
Şəhər/ölkə: QUBADLI/AZƏRBAYCAN

İsmarışGöndərilib: C.a. Yan. 18, 2007 12:46 pm    İsmarış mətni: Sitatla cavab ver

Əssalamu aleykum.
Forumda olan yazıları oxudum və bəziləri məni narahat etdi.
OLder yazır: "BU NEDIR SHIYALAR BIDAT GETIRIBLER.MAHARAMLIK TUTURLAR. ISLAMDA BELA SHEY YOXDUR. SAG OLSUN ABU BAKR MASCIDININ SHEYXI GAMET MUALLIMA GOYMUR ORAYA SHIYALAR GALSIN MAHARRAMLIK TUTSUNLAR, man bilmek isterdim. na ucun azerbaycanda maharamlik kecirdirler. onlara gadaga goymag lazimdir.bu bidatdir.
bu iranin siyasetidir. bir defe makkada hacc vaxti onlarin gulaglarini burublar.
ancag Allah Allah Allah".

Əvvəla onu deyim ki, Məhərrəmliyi tutmurlar. Bu hicri təqvimdə müqəddəs aylardan biridir.
İkincisi şiələrin inanclarında nöqsan axtarmaq sizin səlahiyyətlərinizdə deyil. Şiələr heç nəyi bidət gətirməyiblər. Bildiyinizi yazın. İftiranın nə qədər günah olduğunu yəqin ki, bilirsiniz. Sizin sağ olsun dediyiniz Qamət bəy (hamı onun kim olduğunu bilir) necə müsəlmandır ki, məscidə gələn insanların məzhəbini araşdırıb kimisə oradan qovur. Mən inanmıram ki, hər hansı bir şiə müsəlmanı o məscidə nə vaxtsa üz tutsun. Çünki Azərbaycanda şiələr üçün nəzərdə tutulan məscidlər kifayət qədər çoxdur (90%).
Digər bir tərəfdən kiminsə mərasiminə qadağa qoymaq mümkün deyil. Amma qəbul edirəm ki, bu ayda keçirilən (bunu avam camaat keçirir) bidətlər İranın siyasətidir.

- Əsaslandırılmamış, mənbəsi qeyd edilməmiş yazılar silinir.

Sonda isə Hümeyraya demek istəyirəm ki, siz, öz iftiralarına, bidətlərinə görə əhli sünnə alimləri tərəfindən həbsə atılaraq öldürülən İbn Teymiyyəyə necə rəhmət diləyib onun fikrini yazırsızın? Bu sizin saytın mənafeinə uyğundurmu? Mən bildiyimə görə sizin saytınız əhli sünnə dəyərlərini əks etdirir.

Sonda isə idarəçilərdən xahiş edirəm ki, heç olmasa bu dəfə yazımı pozmasınlar, çünki burada qaydalara riayət edilib.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: C.a. Yan. 18, 2007 5:11 pm    İsmarış mətni: Sitatla cavab ver

Va alaikum asSalam va RahmatuLlah.
AZERBAYCANLI, ilk əvvəl onu demək istəyirəm ki, əlhəmdülilləh, heç birimiz uşaq deyilik və yazılarınızdakı eyhamları və nələrə işarə vurduğunuzu anlayırıq və sözün düzü mənə sizin belə "düşmən" mövqeyi tutmağınzın səbəbi gün kimi aydındır, szöləri nə qədər ehtiyatla, sətiraltı mənalarla seçsəniz də.
OLDER adlı istifadəçi haqqqında çoxdan lazımi tədbirlər görülüb, forumda xaric edilib. Çünki o "təqiyyə" yürüdərək, guya ki, "əhli-sünnə" olub, "əhli-şiəni" pisləməklə iki tərəfin arasını vurmaq istəyirdi. Heyif ki, onun Qamət Süleymanov haqqındakı yazısı nəzərimdən qaçıb, inşaAllah indi onu da silirəm. Çünki yazısı birmənalı olaraq, böhtandan ibarətdir. Şiələrə gəldikdə isə, siz inansanız da, inanmasanız da(bu məni o qədər də maraqlandırmır), onlar AbuBəkr məscidinə gəlir, rahatca namazlarını möhürlə (camaat namazlarında bəziləri möhürü tərk edərək, icmaya qoşulurlar hətta) qılır və heç kəs də onlara mane olmur, söhbətlərə qoşulur, deyə-gülə evlərinə gedirlər. Neçə nəfər belə bacı ilə tanışam və əlhəmdülilləh, telefonlaşır, söhbətləşirik də. Və hətta tədricən onlara haqqı anlatdıqca, qəbul edir, namazı Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) qıldığı kimi, bidət və uydurmalardan uzaq şəkildə qılmağa başlayır, onlardan əsrlər əvvəl yaşayan insanlara, sağa, sola, yuxarı, aşağı lənət yağdırmaq vərdişlərindən əl çəkirlər. Əlhəmdülilləh!
Ümumiyyətlə İslamda yas tutmaq (xüsusən 3 gündən çox) bidət olduğundan kimin və nəyin xatirinə olursa olsun (istər Aşura, istər 20 yanvar), olmaz. Kimsə bunu vətənpərvərliyin yaxud dindarlığın yeganə və alternativi olmayan təzühürü kimi görürsə, bu həmin insanın konservativ düşüncə tərzinə malik olduğunu göstərir və şəxsən mənim üçün belələrinə baş qoşmaq belə mənasızdır, maraqsızdır, yazılarınıza cavab vermədən silməyimin sbəblərindən biri də məhz buna görədir. Digər səbəblər içində, yazıları əsaslandırmamaq, polemika və ixtilaflı yazıları qaldırmaq və mövzudan kənarlaşmaq da var.
İkinci məsələ, tarixi faktları yazrakən, hökmən onları bir neçə təəssübkeşlikdən kənar olan mənbələrlə əsaslandırmalısınız, əks halda onlar silinəcəkdir. Bu, Hüseynin (Allah ondan razı olsun) qətl hadisəsini təsvirinizə də şamil edilən qaydadır.
İbn Teymiyyəyə (Allah ona rəhmət etsin) ünvanladığım rəhmətə gəldikdə isə, üzr istəyirəm, amma zəhmət olmasa göstərişi o insanlara verin ki, onlar sizə buna icazə verirlər. Mən sizə belə bir icazə verdiyimi xatırlamıram, odur ki, inşaAllah, yerinizi bilin, qardaş. İkincisi,alimə rəhmət oxumaq gözəl əməldir və bu İslamda haram əməl deyil ki, kimsə bunu pisləsin, Allahın halalın haram elan etsin. Əgər bu, sizin xoşunuza gəlmirsə, istənilən anda forumu, eləcə də saytı tərk etməkdə azadsınız.
İkincisi, əgər İbn Teymiyyəyə(Allah ona rəhmət eləsin) qarşı hər hansı pretenziyalarınız varsa, onları "pisdir!" deyilən bir-iki məqaləyə əsasən çıxardığınız nəticələr əsasında hökm verib, qaralamaq əvəzinə, bu alimin əsərlərindən və kitablarından, adların, səhifələrini, nəşr yeri və tarixini qeyd etməklə müvafiq sitatları seçib onların Quran və Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) (səhih) dediklərinə zidd gəldiyini göstərib sübut edin, sonra nəsə hökm verin. Əks halda, elə-belə "pisdir", "zəlalətdir" və s. kimi ümumi sözlərlə, bağçada uşaq başı qata bilərsiniz, həddi-büluğa çatmış insanlarla müzakirə yox. Böhtan atmaq asandır, əsaslandırmaq isə niyəsə heç kəsin ağılına gəlmir, yaxud da sərf etmir. Ümumi Şəkildə isə İbn Teymiyyə (Allah ona rəhmət eləsin) haqqında aşağıdakı səhifədən məlumat əldə edə bilərsiniz.
http://www.crimean.org/islam/meshur.asp?id=13
Bu qədər, mövzu bu axarda davam edəcəksə, silinəcək, çünki əsl məğzdən kənarlaşır.
AsSalamu alaikum.

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
omar



Daxil ol: B.e. Noy. 06, 2006 20:38
İsmarışlar: 5

İsmarışGöndərilib: B. Yan. 21, 2007 3:19 pm    İsmarış mətni: Sitatla cavab ver

Əssalamun aleykum va rahmatullahu va barakatuhu
(ABU BAKR MASCIDININ SHEYXI GAMET MUALLIMA GOYMUR ORAYA SHIYALAR GALSIN MAHARRAMLIK TUTSUNLAR, ) mən deyərdim ki, bu belə deyil çünki ƏHLİ SUNNA VƏL CAMAAT (sələfi) əqidəsi belə iş eləməz eləsədə buna səbəb və dəlil olar.
Niyə başınızı ağrıdım keçim əsas mətləbə mən SAHİL qəs....də yaşayıram və qəsəbə daxilli bir məscidimiz var . Bir dəfə ora yolumuz düşdü və istədik gedək CAMAAT namazı qılaq çünki 3 nəfər idik və daxil olduq salam 2 rakət qilandan sonra istədik camaat namazına başlayaq ........sən demə hələ biz nə görmüşdük ki, çöldən sən demə bizi güdürmüşlər və bir nəfər içəri daxil oldu və dedi: siz nə edirsiz burda cam.namazı qılmaq olmaz. yəni əlbətdəki onun sözü bizə aid idi və biz təəccüblü vəziyyətdə:niyə qardaş...... uzun sözün qısası bir qədər söhbətdən sonra müəyyən oldu ki o məscid onlarlıqdır SUBHƏNALLAH bu əqidə uje məscidi öz şotlarına keçirtdilər. Allah onlara HİDAYƏT versin, birdəki qardaş bu kimi (ABU BAKR MASCIDININ SHEYXI GAMET MUALLIMA GOYMUR ORAYA SHIYALAR GALSIN MAHARRAMLIK TUTSUNLAR) üzr istəyirəm ifadəmə görə (atmackalar ) lazım deyil ƏLHƏMDULİLLƏH hər şey göz qabağındadır hansı saf və təmizdır İNŞAALLAH
(Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər də (Muhəmməd əleyhisəllam da) sizə şahid olsun. (Ya Rəsulum!) İndi yönəldiyin qibləni (Kə’bəni) yalnız Peyğəmbərə tabe olanlarla ondan üz çevirənləri bir-birindən ayırd etmək üçün (qiblə) tə’yin etdik. Bu, (qibləni Beytülmüqəddəsdən Kə’bəyə tərəf çevirmək) ağır görünsə də, ancaq Allahın doğru yola yönəltdiyi şəxslər üçün ağır deyildir. Allah sizin imanınızı (bundan əvvəl Beytülmüqəddəsə üz tutaraq qıldığınız namazlarınızı) əvəzsiz buraxmaz. Allah insanlara qarşı, əlbəttə, mehribandır, mərhəmətlidir. (əlbəqərə 143)

Mən müsəlman qardaş və bacılardan çox çox üzr istəyirəm ki, bilirəm bu mövzunun burda yeri deyildi amma nəsə. təsadüfən yaziları gördüm və...........
haqqınızı halal edin İNŞAALLAH
Allah hamınızdan razı olsun və arzu edirəm ki,bizim bu təzə ilimizi (01.01 1428) ilini bizim üçün uğurlu yəni günahlarımızın bağışlanmasını və məhərrəm ayında Allah yolunda ŞƏHİD olanlar kimi Allah bizədə ŞƏHİDLİK nəsib etsin İNŞAALLAH
Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz. (ƏLBƏQƏRƏ 154.)

Əssalamun aleykum va rahmatullahu va barakatuhu
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
Qarabagli_323



Daxil ol: B. Dek. 24, 2006 18:13
İsmarışlar: 2
Şəhər/ölkə: Qarabag/Azerbaycan

İsmarışGöndərilib: B. Yan. 21, 2007 5:43 pm    İsmarış mətni: Sitatla cavab ver

- Xoş getdiniz. Dini demoqoqiya ilə dolu polemika xarakterli yazılarnızı buna icazə verilən forumlarda yerləşdirməyiniz tövsiyyə olunur.
İdarəçi.

_________________
Oz dinimle fexr edirem..........!!!!!!!!!!!!!!!!!!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: B. Yan. 28, 2007 11:09 pm    İsmarış mətni: Sitatla cavab ver

Assalamu aleykumş
Sabahdan etibarən 3 gün boyunca oruc tuturuq inşaallah, Azırbaycan təqvimlərində Aşura ikinci gündür:
https://www.azerislam.com/index.php?lngs=aze&cats=1&ids=532
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
kor arab



Daxil ol: Ş. Noy. 20, 2004 12:44
İsmarışlar: 50

İsmarışGöndərilib: Ç.a. Mar. 27, 2007 8:01 pm    İsmarış mətni: Sitatla cavab ver

- "Küləyin" hansı səmtdən "əsdiyi" aydın olduğundan fitnə xarakterli istəyiniz silinmişdir.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 908

İsmarışGöndərilib: C. May 04, 2007 3:55 pm    İsmarış mətni: Sitatla cavab ver

Sitat:
Sonda isə Hümeyraya demek istəyirəm ki, siz, öz iftiralarına, bidətlərinə görə əhli sünnə alimləri tərəfindən həbsə atılaraq öldürülən İbn Teymiyyəyə necə rəhmət diləyib onun fikrini yazırsızın? Bu sizin saytın mənafeinə uyğundurmu? Mən bildiyimə görə sizin saytınız əhli sünnə dəyərlərini əks etdirir.

Allah Subhana Taale Ibn Teymiyyeye rehmet elesin, cunki Islam aleimleri onun hagginda hegigeten, gozel reyde idiler. Olunun arxasinca danismag ise neinki muselmana, hec kisiye yarasmaz!

İbn Teymiyyə barəsində alimlərin dedikləri

İbn Teymiyyə barəsində alimlərin dediklərinə qısa baxış
Bu yaxınlarda sual cavab bölməmizdə Şeyxulİslam ibn Teymiyyə barəsində mənfi fikirlər bildirən bir sayt haqqında sual verilmişdi. Ona cavab olaraq çıx qısa şəkildə ibn Teymiyyənin həyatı kitabından ən seçmə yerlər seçilib sizin diqqətinizə çatdırılır. İnşAllah qısa zamanda, ibn Teymiyyənin həyatı və alimlərin onun barəsində fikirləri barəsində daha geniş məqaləni saytda dərc edəcəyik.
İbn Dakik əl Eyd onun barəsində belə demişdir:
"Həqiqətən o sağlam hifzə malik olan bir alimdir"
"İbn Teymiyyə ilə bir olanda, onu elmlər gözlərinin önündə olan, istədiyini alıb dilədiyini qoyan biri olaraq gördüm"
Onun müasiri olan əzZəhəbi isə Onun haqqında belə deyir:
"Səhabə və tabiinin fikirlərini bilməkdə iktidar sahibidir. Dörd məzhəbi xatırlamadan bir məsələ barəsində danışdığı çox az hal olub. Bəzi məsələlərdə onlara müxalif olmuş, bunları Quran və Sünnədən təsnif edərək (qruplaşdıraraq) dəlillər gətirmişdir" Sünnə və Sələfin yolunu tutmuşdur. Əvvəlkilərin və sonrakıların qorxub qaçdığı ifadələri söyləməyə cəsarət etmişdir. Buna görə Misir və Şam alimləri onun əleyhinə çox danışdılar. Bidətçi dedilər, mübahisə etdilər, onunla yazışdılar. O isə yenilmədi. Əksinə şöhrət tapdığı təqvası, kamil düşüncəsi və idrakı ilə ictijadının, kəskin zəkasının, sünnə və nasslarda geniş biliyinin göstərdiyi həqiqəti söyləyərdi"
Onunla bir dövrdə yaşayan Əbul Fəth bin SeyyidinNas əl Yəməri əl Misri deyir ki "Onu, elmdən pay almış kəslərdən olduğunu gördüm. Sünnə və əsər əzbərində idi. Təfsirdən bəhs etdiyində həmişə birinci olardı. Fiqhdə fətva verdikdə son sözü demiş sayılırdı. Hədis müzakirə etdikdə elmini göstərərdi. Dinlər və məzhəblər haqqında konfrans verdiyində onun fikrindən daha geniş, onun dəliləlrindən daha yüksəyini görə bilməzsən. Hər elmdə öz dövründəkilərdən üstün olmuşdur. Heç bir göz onun kimisini görmədi. Öz gözü də öz misalında heç kimi görməmişdi. Məclisində böyük bir camaat toplanar, onun dadlı dənizindən içərlər, göl kənarındakı bir baxçada onun fəzlinin ilk baharından nemətlənərdilər"
Müasiri və metodda ona yaxın olanı Kəmaləddin əzZəməlkani əşŞafii də bunları deyir:
"Bir elm sahəsində ondan sual soruşulduğunda görən və ya dinləyən, bir başqasının bu elmi bilmədiyini zənn edər, kimsənin bu mövzunu onun qədər bilmədiyinə hökm edərdi. Başqa məzhəblərdən fikhçilər, alimlər, onun məclisində olduqlarında öz məzhəbləri ilə əlaqəli, daha əvvəl bilmədikləri şeyləri ondan istifadə edərdilər. Biri ilə mübahisə edib aciz qaldığı bilinməməkdədir. Şəri elm olsun, digər elmlər olsun, bir elmdə danışdığı zaman mütləq o elmin əhli və mənsublarıdan üstünlük təşkil edərdi"
Əl KəvahibudDurriyyədə bunlar yazılmışdır:
"Həbs olunduğunda bir çox kitablar yazması çaşılacaq bir hadisədir. Bunlarda hədis və sünnəni, alimlərin sözlərini, mühhəddislər və müəlliflərlə bunların əsərlərinin adlarını xatırlamış, bunların hər birini nəql edənlərinə nisbət etmişdir. Bunların olduğu kitabların adlarını, kitabın harasında olduğunu da söyləmişdir. Bütün bunlar onun əzbərindəndir, çünki o anda yanında mütaliə edəcəyi heç bir kitabı yox idi. Bu kitablar incələnib araşdırıldı. Allaha həmd olsun ki, heç bir xəta və dəyişiklik tapılmadı. Bir hadisə baı verib ondan soruşulduqda həmin an və heyrət verici və məşhur üslubu ilə bənzərinin ortaya qoyulması imkansız bir cavab verirdi" (əl Kəvakib, səh. 154-155)
Məşhur təfsir alimi İbn Kəsir onun barəsində deyir ki : "İbn Teymiyyənin dövlət qatında inamı, əmr bil məruf və nəhy ənil munkər barəsində biliyi, xalqın ona tabe olması və ona qarşı məhəbbətləri, ona tabe olanların çoxluğu, haqqı qaldırması, elm və əməli baxımından faqihlərdən bir qismi onu sevmirdilər"
Sonra yazar Monqolların hücumundan danışaraq belə deyir:
Monqol orduları beləcə Dəməşq qapılarına qədər gəlib çıxmışdı. Əhalisi müthüş bir qorxu içərisində idi. Şafii qazısı İmamuddin, Maliki qazısı əzZəvavi və daha başqa böyük alimlərdən, qabaqcıl və şərəfli insanlardan çoxdu Misirə qaçmışdılar. Hətta iş o yerə gəlib çatmışdır ki, şəhərdə idarəçilərdən və böyük adamlardan heç kimsə qalmamışdı. Sadəcə tək bir alim xalqla bərabər qalmış, qaçmamış, şəhərdən çıxmamışdı. Çünki onun, özü ilə qaçmasının arasına girən qəlbi var idi. (İbn Kəsir, 19-cu cild, səh. 9)
İbn Teymiyyə şəhərin qabaqda gedənlərini topladı və vəziyyəti idarə altında tutmaq üçün, Dəməşqə girməkdən əl çəkmələri barəsində Monqol hökmdarı ilə söhbətə gedmək üçün onların başında durmaları barəsində anlaşdılar.
İbn Teymiyyə heyətlə birlikdə gedmiş və Monqol hökmdarı və sərkərdəsi olan Qazan xan (Monqolların dördüncü müsəlman olan hökmdarı vəfat etmişdir (703)-cü ildə) ilə görüşmüşdü. Allah İbn Teymiyyəni heybət, iman və təqva örtüsünə bürümüşdü. Bu söhbətdə iştirak edənlərdən biri deyir ki:
"İbn Teymiyyə ilə birlikdə mən də orada idim. Hökmdara qarşı ədalət barəsində Allahın ayələri, Peyğəmbər (s.ə.s)-in hədisləri ilə başladı, danışmağında səsini ucaldır və ona yaxınlaşırdı. Buna baxmayaraq hökmdar ona yönəli, dediklərinə qulaq asırdı, gözünü ona dikirdi və ondan üz çevirmirdi. Sultan, Allah Təalanın qəlbinə doldurduğu heybət və məhəbbətin şiddətindən bu alimin kim olduğunu soruşmuş və "Doğrusu mən onun nə bir bənzərini, nə də onun qədər qəlbi səbat sahibi, qəlbimdə onun sözü qədər təsir buraxan təsirli birisini görmədim. Özümü indiyə qədər onun kimi heç birinə boyun əydiyini görmədim. Elmi və əməli necə də dərindir!" demişdir" (əl Qoulul Cəlil, Mənakib, səh. 162)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> Ən qaynar məsələlər burada müzakirə olunur Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.