MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

fiqhde esassiz fikirler!
Səhifə 1, 2  Sonrakı
 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> SİZİN MÖVZU
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
ahli-wasat



Daxil ol: Ş. Noy. 26, 2005 01:58
İsmarışlar: 394

İsmarışGöndərilib: C. Dek. 16, 2005 4:08 am    İsmarış mətni: fiqhde esassiz fikirler! Sitatla cavab ver

"Azan oxuyan Iqame getirsin!" (Abu Davud, at-Tirmizi, Abu Nuaym)

Hadis zeifdir, Hadis Abdurrahman bin Ziyad al-Afriki yolu ile revayet edilmishdir.
at-Tirmizi aqabinda Abdurrahmen'in hedis ehlinin nezerinde zeif oldughunu soyleyir. Hadisin al-Baghavi(Sherh as-Sunna, 2/302), an-Navavi (al-Mecmu, 3/121) ve al-Beyhaki (Sunen al-Kubra, 1/400) zeif oldughunu soylemishler.

Ona gore de muezzinin iqame vermesi barede aramizda yayilmish bir adet sunnet deyildir ve bunu terk etmek lazimdir, inshaallah!
_________________
Doğrusunu Allah bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ahli-wasat



Daxil ol: Ş. Noy. 26, 2005 01:58
İsmarışlar: 394

İsmarışGöndərilib: C. Dek. 16, 2005 11:09 pm    İsmarış mətni: Sitatla cavab ver

"Isadan bashqa Mehdi yoxdur!"
(Ibn Mace 2/495, el-Hakim, 4/441, Ibn'ul-Cevzi, el-Vahiyyat,1447, Ibn Abd'il-ber, Camiu'l-Ilm, 1/155)

Hadis munkerdir!

Muhammed bin Xalid el-Cenedi hadisi Eban ibn Saleh'den, o da el-Hasan'dan, o da Enes'den merfu olaraq revayet etmishdir. Bu sened zeifdir ve 3 illeti movcuddur.
1. el-Hasan ul-Basri hadisi an ane sozu ile revayet etmishdir ve ozu de mudellisdir.
2. el-Hafiz ibn Hacerin de dediyi kimi Muhammed ibn Xalid mechhuldur, yani taninmir.
3. Seneddeki ixtilaf; bunu al-Beyhaqi bildirir.el-Beyhaqi Mehdinin chixmasi baresindeki hadislerin hech shubhesiz daha sahih oldughunu soyleyir.
Bu sebebden ez-Zehebi el-Mizanda bu hadisin munker oldughunu soyleyir.
es-Sagani ise esh-Shaukani'den (el-Ahadis al-Mevdua, s.195) neql etdiyine gore hadise uydurma deyir. Hafiz ibn Hacer de (Feth ul-Bari, 6/385) bu hadisin Mehdi hadislerine muxalifeti sebebi ile qebul etmemishdir.

Bu hadisi Qadiyaniyye (yani Ahmediyye'ler) tayfasi iddia etdikleri peyghamberlerine de'vet etmek uchun istifade edirler.
_________________
Doğrusunu Allah bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ahli-wasat



Daxil ol: Ş. Noy. 26, 2005 01:58
İsmarışlar: 394

İsmarışGöndərilib: Ş. Dek. 17, 2005 1:03 am    İsmarış mətni: Sitatla cavab ver

"Tesbeh ne gozel xatirlacidir.."
(ad-Deylemi, Musnedul Firdevs, 4/98)

Bu soz uydurmadir!

es-Suyuti bu hadisi el-Munha fis'Sibha (2/141) da zikr etmishdir. ash-Shaukani de (Neylul Avtar, 2/166-167) ondan neql edir, Ve her ikisi de hadis haqqinda susurlar.
Ancaq ravilerinin bir qismi bilinmir, qalanlari ise yalanla ittiham edilmishler.
Hadis ozu hem de menaca batil mena ihtiva edir;
1. Muncuqlarla olan tesbeh bid'etdir, chunki Peyghamber'in (s.a.w) zamaninda olmayib, Ondan sonra icad edilmishdir. Lughat alimleri tesbehin yeni bir kelime oldughunu ve ereblerin bu kelimeni tanimadighini soyleyirler. Bu etibarla nece olur ki, Allah Rasulu sehabelerine bunu tovsiyye ede biler...
Ibn Vaddah el-Qurtubi (el-Bid'a ven-Nehyu Anha, s.12) Salet bin Behram'dan revayet etdiyi bir eserde;
"Ibn Mes'ud muncuqlarla tesbeh cheken bir qadina yaxinlashar ve onlari qopardib atar. Sonrada dashlarla tesbeh cheken bir adama gelir ve ayaghi ile vurur. Ardindan bele deyir:" Chox ireli getdiniz! Qaranliq bid'etlere daldiniz! Muhammedin ashabini elminde kechdiniz!"
Bu eserin senedi Salet'e qeder etibarlidir. Ozu etibarli bir ravi olub, etbaut-tabiin'dendir, lakin sened munqatidir.(kesikdir, qiriqdir)
2. Muncuqlarla tesbeh chekmek Rasulullahin sunnetine muxalifdir. Bu barede Abdullah ibn Amr bele deyir: "Allah Rasulunu (s.a.w.) sagh eli ile tesbeh chekerken gordum." (abu Davud, 1/230, et-Tirmizi, 4/255 (hasan oldughunu soylemishdir), Ibn Hibban, 2334, el-Hakim, 1/547, al-Beyhaqi, 2/253, ez-Zehebi'nin ifade etdiyi kimi hadisin senedi sahihdir)
Bundan bashqa Rasulullah'in (s.a.w.) bezi xanimlarina verdiyi emre de uyghun gelmir.
"Sizlere Subhanallah, Allahu Akber deyib Allahi noqsanlardan tenzih etmeyi emr edirem. Qeflet edib de "Le ilehe illellah"i unutmayin, barmaqlarinizla tesbeh chekin, chunki onlar sorushdurulacaq ve danishdirilacaqlar."
Bu hadis hasandir.
Hadisi Abu Davud ve digerleri revayet etmishdir. el-Hakim ve ez-Zehebi hadisin sahih oldughunu soyleyirler. en-Nevevi ve el-Asqalani (Emali el-Ezkar, 1/84) hadise hasan'dir demishler. Bir de bu hadise shahid olan Aishe 'ye mevkuf olan revayeti de Abu Davud tehric etmishdir.

Muncuq ve benzerileri ile tesbeh chekmenin meshru'lughuna dair Suyutinin risalesinde getirdiyi iki hadise geldikde ise:
Birinci hadis: "Sad ibn Vaqqas'dan, Ozu Allahin Rasulu ile bir qadinin yanina gederler, qadinin onunde tesbeh chekdiyi cheyirdek ve dashlar var idi. Allah Rasulu bele deyir:
"Sene bundan daha asan ve daha feziletlisini soyleyimmi? deyerek bele buyurur: Subhanallahi Adade ma xalaq fi's-sema'i..."
(Abu Davud, 1/230, et-Tirmizi, 4/277-278, Ibn Hibban, 2330)
Hadis haqqinda: ez-Zehebi ve Ibn Hacer ravilerden olan Huzeymenin taninmadighini soyleyirler. Said bin Hilal ise shuuru pozuldughundan hadisleri qarishdirmishdir. Bezi etibarli raviler de HUzeymeni zikr etmemishler. Yekun olaraq hadis baresinde hasan hukmunu veren Tirmizi ile sahih hukmunu veren el-Hakim xeta etmishdir.
Yuxarida zikr edilen illetleri bilmeden ve gormemezlikden gelen muasir hava ehli bu cur heqiqetleri bilmirlermish kimi hereket eden sheyxleri yani Abdullah el-Ghumari'yi taqlid edirler. Bu adam hadisi "Kenz" (s. 103) kitabinda revayet edir ve muridlerine muncuqlarla tesbeh chekmeyi ve boyunlarina taxmaghi caiz sayir.

Ikinci hadis: Safiyye deyir:
"Allah Rasulu onumde tesbeh chekdiyim 4000 dene cheyirdek (meyve tumu) oldughu halda yanima geldi . Dedi ki:"Ey Huyeyyenin qizi, bu nedir?" Dedim ki:"Onlarla tesbeh chekirem." Dedi ki:"Bashinin ustunde durdughum vaxti bundan chox tesbeh chekdim" Dedim ki:"ya Rasulullah, mene de oyretsene" Dedi ki:" Bele de! Subhanallahi Adede ma xalaqallahu min shey'in..." (at-Tirmizi, 4/274, Abu Bekr ash-Shafi, Fevaid (83/255/1), el-Hakim, 1/547)
at-Tirmizi hadisin zeif oldughunu bu sozleri ile ifade edir:"Bu hadis qeribdir...hadisin isnadi bilinmemekdedir."
Ravilerinden olan Hashim bin Said haqqinda Hafiz ibn Hacer zeif oldughunu soyleyir.
Ustelik bu hadisin zeif oldughuna bir bashqa delil de bu hadisin Ibn Abbas'dan sabit olmasidir ki, revayet de hech tesbeh uchun istifade olunan dashlardan sohbet getmir. Hadisin lefzi beledir:
"Cuveyriyye'den; Peyghamber (s.a.w.) Cuveyriyye onun mescidinde oldughu halda sabah namazinin aqabinda onun yanindan chixar. Duha namazini qildiqdan sonra doner ve Cuveyriyyeni oturan halda gorur ve bele buyurur:"Hele de seni qoyub getdiyim haldasanmi?" Cuveyriyye "beli" deyir. Peyghamber s.a.w bele deyir." Men senden sonra 3 dene, 4 dene kelime soyledim. Eger senin bugun soylediklerinle ckekilecek olarsa chekilerini eyni geler. Subhanallahi va bihemdihi, adede xalqihi, ve rida nefsihi ve zina arshihi, ve midede kelimetihi.."(Muslim, 8/83-84, at-Tirmizi, 4/274 (sahih oldughunu soyleyir), en-Nesai, Ibn Mace ve Ahmed)
Bu sahih hadis iki sheye delalet edir:
1. Bu hadisede ki esl adam Cuveyriyyedir, yuxarida ikinci hadisdeki Safiyye deyil.
2. Hadisede kechen dashlarla tesbeh munkerdir, bunu yuxarida Ibn Mes'udun qarshi chixmasi destekleyir. Ibn Mes'udun medresesinden mezun olan Ibrahim bin Yezid en-Nehai el-Kufi qizina tesbeh iplerini baghlamasi uchun komek elemesini qadaghan ederdi.(Ibn Ebi Sheybe, Musannef, 2/89/2, yaxshi bir senedle revayet etmishdir.)
_________________
Doğrusunu Allah bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ahli-wasat



Daxil ol: Ş. Noy. 26, 2005 01:58
İsmarışlar: 394

İsmarışGöndərilib: B.e. Yan. 02, 2006 11:40 pm    İsmarış mətni: Sitatla cavab ver

"Xatib minbərə çıxdıqda namaz da yoxdur, danışmaq da.."

Bu rəvayət batildir!
Xalq arasında bu deyim ilə məşhurdur, hətta bəzi ölkələrdə minbərlərdən də asılmışdır. Bu rəvayəti Tabərani Mucəmul-Kəbirdə İbn Ömərdən mərfu olaraq rəvayət etmişdir. Rəvayətin ləfzi belədir:
"Məscidə daxil olduğunuz zaman imam minbərdədirsə bitirincəyə qədər nə namaz vardır, nə də danışmaq."

Hədisin ravilərindən olan Əyyub ibn Nuhayq haqqında İbn Hatim söyləyir: "Bu adamın hədisi zəifdir." əl-Heysəmi bu adamın mətruk (yəni tərk edilmiş, sözünə etibar edilməyən) olduğunu və bir çox elm əhlinin onu zəif saydığını söyləyir. İbn Hacər də bu hədis zəifdir deyir. (əl-Fəthul Bari, 2/327)

Sənədin zəif olmasına baxmayaraq buna batil hökmünün verilməsi digər iki səhih hədisə müxalifəti səbəbi ilədir.

İlk hədis:
"Cümə namazına gəldikdə imam (minbərə) çıxıbsa iki rükət qılsın!"
Hədisi Buxari və Muslim Cabir (r.a.) mərfu olaraq rəvayət etmişlər.
və digər bir hədisdə:
"Rasulullah (s.ə.s) cümə günü xütbə verərkən gəlir. Rasul (s.ə.s) ondan soruşur:" Namaz qıldınmı?" O da "xeyr" dedikdən sonra peyğımbır buyurur:" O zaman qalx, iki rükət qıl!" (Muslim)

Bu iki hədis cümə günü xütbə zamanı xatibin danışmasına baxmayaraq iki rükət namaz qılmağın əmr olunduğunu göstərir. Bu zaman namaz qilmağı caiz görməyən cahillər, insanları sünnətdən çəkindirirlər.

İkinci hədis:
"Cümə günü imam xütbə verərkən yoldaşına "dinlə" desən, boş söz edərsən."(Buxari və Muslim)

Bu hədis imam xütbə verərkən danışmağın qadağan olduğunu göstərir, imam danışmadığı zaman danışmağa maneə yoxdur. Buna Ömər zamanındakı tətbiqat sübutdur. Saləbə bin Malik belə söylədi:
"İnsanlar Umər bin Xattab minbərə oturduğunda müəzzin susana qədər danışardılar, Umər minbərdə ayağa qalxdıqdan hər iki xütbənin sonuna qədər heç kəs danışmazdı."
Bunu Malik(Muvatta, 1/126), və ət-Tahavi (1/217) rəvayət etmişdir. İkisinin də isnadı səhihdir.(Albani)

Ona görə əziz müsəlmanlar, xütbə zamanı belə təhiyyətül məscid namazı qılınmalıdır. Bəzi kitablarda bu məsələ ixtilaflı məsələ kimi göstərilsə də həqiqətdə belə deyildir.
_________________
Doğrusunu Allah bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ahli-wasat



Daxil ol: Ş. Noy. 26, 2005 01:58
İsmarışlar: 394

İsmarışGöndərilib: Ç.a. Yan. 03, 2006 12:01 am    İsmarış mətni: Sitatla cavab ver

"Kim Cümə günü iqamət diyarından səfərə çıxarsa mələklər yolçuluğunda rəfaqətçisi olmaması üçün əleyhinə dua edərlər"
(əd-Dərakutni, əl-Əfrad)

Hədis zəifdir.

Rəvayət ibn Ləhia səbəbi ilə zəifdir. Rəvayət başqa yoldan da gəlmişdir, lakin uydurmadır. Rəvayətdə "....hacəti (ehtiyacı) aradan qaldırılmaması üçün...." əlavəsi vardır.
əl-Ğazali rəvayəti "əl-İhya"da rəvayət edir.

Səhih sünnətdə Cümə günü səyahəti qadağan edən heç bir dəlil yoxdur.

Əsvəd ibn Qeysin atasından rəvayət etdiyi bir əsərdə:
"Umər (r.a.) səyahətə çıxmaq arzusunda olan bir adam görür. Onun belə dediyini eşidər:"Bu gün Cümə günü olmasaydı çıxardım" Umər (r.a) bunu eşidəndə belə cavab verir:"Çıx, çünki həqiqətən də Cümə səyahətə maneə deyildir." (İbn Əbi Şeybə, 2/205/2) Bu hədis səhihdir, bütün raviləri siqadır.

Bəlkə aramızda cümə günü səbəbi ilə səfərə çıxmağı mən edən qardaşlar mövcuddur. Mənim özümü belə İslamda təzə olduğum zamanlar qardaşlar arasında bu gündə səfərə çıxmağı düzgün saymayanlar var idi.
_________________
Doğrusunu Allah bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ahli-wasat



Daxil ol: Ş. Noy. 26, 2005 01:58
İsmarışlar: 394

İsmarışGöndərilib: Ç.a. Yan. 03, 2006 12:18 am    İsmarış mətni: Sitatla cavab ver

"Qonşunun haqqı qırx evə qədərdir. Belə, elə və belə. sağdan və soldan, öndən və arxadan."
(Əbu Yala, Müsnəd, 10/385/5982, ibn Hibban, əd-Duəfə, 2/150)

Hədis çox zəifdir.

Qonşuluğu qırx evlə məhdudlaşdıran heç bir hədis səhih deyil, zəif hədislərdir. Lakin görünən bunun örf (adət, ənənə) ilə məhdudlaşdırılmasıdır. Yəni bunun səhih sünnətdə əsası yoxdur.
Qardaşlarımız arasında isə bunu səhih bilib, bunu yayanlar da var. Lakin inşaallah izah etdiyimiz kimi hədis zəifdir.
_________________
Doğrusunu Allah bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ahli-wasat



Daxil ol: Ş. Noy. 26, 2005 01:58
İsmarışlar: 394

İsmarışGöndərilib: Ç.a. Yan. 03, 2006 1:32 am    İsmarış mətni: Sitatla cavab ver

"Uşağı olduğu zaman kim sağ qulağına azan və sol qulağına da iqamə verərsə sıbyanlarin anasının (şeytan) ona zərəri olmaz."
(Əbu Yala, əl-Müsnəd, 4/1602, İbn əs-Sünni, Əməlul-Yəumi vəl-Leylə, 200/617)

Bu hədis uydurmadır.

Ravilərindən olan Yəhya bin əl-Əla ər-Razi və Mərvan bin Süleyman hədis uyduranlardandırlar.
Bu hədisin uydurma olduğu bir çox zikr və vird haqqında kitab yazan müəlliflərin gözündən yayınmışdır.İmam Nəvəvi rəvayətin zəifliyinə işarə etmədən belə kitabında bunu zikr etmişdir. Kitabı şərh edən ibn Allan (6/95)hədis haqqında susaraq sənədi haqqında heç bir şey söyləməz! ən-Nəvəvidən sonra gələn ibn Teymiyyə hədisi "əl-Kalimut-Tayyib"də, tələbəsi İbn Qayyim də ona tabe olaraq "əl-Vabil əs-Sayyib"də hədisi zikr edirlər. Ancaq hər ikisi də rəvayəti "yuzkəru", yəni "zikr olunduğuna görə" kəliməsi ilə başladıqlarından bu sözləri ilə hədisin zəif olduğuna işarə etmişlər. Əslində bu hədisin zəifliyinə sükut etmək məsuliyyətini qaldırsa da, hədisi kitablarında zikr etmək məsuliyyətini qaldırmaz. Çünki onların bu sözlərində hədisin uydurma olduğuna deyil, zəif olduğuna dair işarə vardır. Yoxsa elə olmasaydı hədisi kitablarına almazdılar. Bunu, hər ikisinin kitablarında izlədikləri metodlarına müttali olan hər kəs anlaya bilər.
Bu barədə səhv anlaşılma çox aydındır. Çünki onlardan sonra gələn o ikisinin bu hökmünə aldanıb deyə bilər:"hər ikisi də böyük imamdırlar, bunda bir eyib yoxdur, zəif bir hədislə "fədailul əməl"də əməl edilir". Və ya bu hədisi zənn ilə zəif sayaraq başqa bir zəif hədisə şahid tutaraq hədisi bu yolla qüvvətləndirər və bu da xoşa gəlməz hallara səbəb ola bilər.

Bu dediyimiz xətalara düşənlərdən misal verək:
ət-Tirmizi zəif bir sənədlə Əbi Rafidən onun belə dediyini rəvayət edir:
"Rasulullahı s.ə.s. Fatimə Həsən ibn Əlini doğduqda qulağına azan oxuyarkən gördüm."ət-Tirmizi deyir:"Hədis səhihdir, əməl bu hədis ilədir."
Sünən kitabını şərh edən əl-Mubarəkfuri hədisin sənədinin zəif olduğunu izah etdikdən sonra belə deyir:"Hədisin zəif olmasına rağmən necə olur ki, əməl bu hədis ilə olur? Deyirəm ki: Bəli, bu hədis zəifdir, ancaq əl-Həsən ibn Əli hədisini Əbu Yala və İbn Sünninin rəvayət etdikləri digər bir hədis dəstəkləyib qüvətləndirir."
Alimin xətasına fikir verin və düşünün necə ola bilər ki, zəif bir hədisi uydurma bir hədislə qüvvətləndirəsən!? Təbii ki, bunun səbəbi zikr etdiyimiz hədisin uydurma olduğunu bilməməsi və adını çəkdiyimiz elm əhlinin hökmünə aldanmasıdır.

Mövzu ilə əlaqədar başqa bir hədis isə:
"Peyğəmbər s.ə.s. əl-Həsən ibn Əli doğulan günü qulağına azan oxudu, sol qulağına da iqamə oxudu." (əl-Beyhəqi, əl-Şuəb)
Bu hədisin ət-Tirmizidə gələn zəif hədis üçün şahid olması imkansızdır. Çünki bu rəvayətin sənədində biri yalançı və digəri mətruk olan iki ravi var.
Lakin işin qəribə tərəfi budur ki, bu hədis haqqında əl-Beyhəqi və İbn Qayyim kimi iki böyük alimin zəif hökmü ilə kifayətlənmələridir.
_________________
Doğrusunu Allah bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ahli-wasat



Daxil ol: Ş. Noy. 26, 2005 01:58
İsmarışlar: 394

İsmarışGöndərilib: Ç.a. Fev. 07, 2006 2:16 am    İsmarış mətni: Sitatla cavab ver

Hədis 3 hissədən ibarətdir.
Mətn, sənəd(hədisi rəvayət edənlər) və tərəf (hədisin peyğəmbərimizin sözü, hərəkəti və təsdiqi ilə əlaqədar hissəsinə və ya cümlənin başlanğıc hissəsinə deyilir).
Hədis təsnifləndiyi zaman 5 növə ayrılır.
1. Müəllifinə görə:
a. Hədisi qudsi: Allahdan gələn vəhyin peyğəmbərin صلى الله عليه Ùˆ سلم öz sözləri ilə ifadəsi.
b. mərfu hədis: Peyğəmbərin صلى الله عليه Ùˆ سلم özünə aid sözlər. məs. Falan səhabə peyğəmbəri صلى الله عليه Ùˆ سلم belə deyərkən eşitdi.
c. məvquf hədis: səhabənin rəvayət etdiyi hədis. məs, biz belə əmr olunduq.
d. məqtu hədis, yəni kəsilmiş hədis. tabiindən rəvayət olunur.

2. İsnadına görə
a. müsnəd hədis: dəstəklənmiş hədis, elm öyrənməyə uyğun olduğu bir yaşda mühəddisin öz müəllimindən rəvayət etdiyi hədis, və o müəllim öz növbəsində öz müəllimlərindən rəvayət edir və bu rəvayət zənciri tanınmış bir səhabəyə qədər gəlir, və o da öz növbəsində təbii ki, Peyğəmbərdən rəvayət صلى الله عليه Ùˆ سلم edir.
b. mutassil hədis: sənədində kəsintə olmadan səhabəyə və ya tabiinə qədər gedib çıxan hədis.
c. mürsəl hədis: Tabiinin peyğəmbərdən rəvayət etdiyi hədisə deyilir, bu zaman peyğəmbər ilə tabiin arasındakı səhabə çatışmır.
d. munqati hədis: sənədində tabiindən əvvəl (hədisi rəvayət edən mühəddisə yaxın yerlərdə) kəsintisi olan hədisə deyilir.
e. muadəl hədis: hədisi rəvayət edən ravinin sənədində iki və ya daha çox ravini zikr etmədən rəvayət etdiyi hədisə deyilir.
f.muallaq hədis: sənədində heç kəsi zikr etmədən bir-başa peyğəmbərdən صلى الله عليه Ùˆ سلم rəvayət olunan hədisə deyilir.

3. İsnadının hər mərhələsindəki ravilərin sayına görə müəyyən edilən hədislər.
a. mütavatir: elə bir hədis ki, o qədər ravi tərəfindən rəvayət olunmuş ki, onların yalan üzərində birləşmələri mümkün ola bilməz.
b. əhəd hədis: mütəvatir hədisi rəvayət edən ravilərin sayına çatmayan hədislərə deyilir.
c. məşhur hədis: ikidən çox ravi tərəfindən rəvayət olunmuş hədislər.
d. əziz hədi: isnadın istənilən mərhələsində iki ravinin rəvayət etdiyi hədislər.
e. ğarib hədis: isnadın hər hansı bir mərhələsində yalnız bir ravinin rəvayət etdiyi hədis.

4. Mətninə və isnadına görə təsnif olunmuş hədislər.
a. münkər hədis: zəif ravi tərəfindən rəvayət olunmuş və səhih başqa bir hədisə zidd olan hədislər.
b. mudrəc: Rəvayət olunmuş hədisə ravi tərəfindən artırılmış əlavəyə deyilir.

5. Ravilərin etibarlılığı və hifzlərinə görə hədisləin təsniflənməsi
a. səhih hədis: etibarlı ravilər tərəfindən rəvayət olunmuş hədislər
b. həsən hədis: mənbəsi bilinən və ravilərində ikili xarakter olmayan hədislər, başqa daha güclü hədislə qüvvətləndirilmiş hədislər.
c. zəif hədis: həsən dərəcəsinə qədər qalxa bilməyən hədislər...bu müxtəlif səbəblərdən ola bilər. Sənəddəki kəsinti və ravilərin zəifliyi, etibarsızlığı, ədalətsizliyi...
d. məvzu hədis: uydurulmuş hədislər

_________________
Doğrusunu Allah bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ahli-wasat



Daxil ol: Ş. Noy. 26, 2005 01:58
İsmarışlar: 394

İsmarışGöndərilib: C.a. Fev. 09, 2006 1:51 am    İsmarış mətni: Sitatla cavab ver

Seyyid Sabıq "Fiqhus Sunnah" kitabında qan ilə əlaqədar Əbu Hureyradan gələn hədisi rəvayət edərək (s.9) dəlil gətirir: "Əbu Hureyra namaz vaxtı bir və ya iki damla qanda eyib görməzdi." İbn Əbi Şeybə Müsənnəfdə rəvayət edib, hədis zəifdir. Ravilərindən olan Şərik ibn Abdullah əl-Qadi hafizədə zəif olduğundan hədis zəif hesab olunmuşdur. (Lakin qanın təmiz olması və dəstəmazı pozmaması fikri Buxarı və İbn Həzmin rəyidir)
_________________
Doğrusunu Allah bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ahli-wasat



Daxil ol: Ş. Noy. 26, 2005 01:58
İsmarışlar: 394

İsmarışGöndərilib: C.a. Fev. 09, 2006 2:22 am    İsmarış mətni: Sitatla cavab ver

"İnsan başqası üçün qalxar, amma Bəni Haşim istisnadır. Çünki onlar heç kim üçün qalxmazlar." (Əbu əl-Abbas əl-Asam, Hədis, 3/153, ət-Tabərani)
Hədis uydurmadır!

Ravilərindən olan Cəfər ibn əz-Zubeyr haqqında Şubə belə demişdir: "Allah Rasulu صلى الله عليه Ùˆ سلم haqqında dörd yüz hədis uydurmuşdur."

"Birbirinizə təzim üçün əcəmlərin bir-biriləri üçün qalxdıqları kimi siz də qalxmayın!" (Əbu Davud, 2/346. Əhməd, 5/252. İbn Macə, 2/431)
Hədis zəifdir. Hədisdə iddirab, zaaf və cəhalət olaraq üç illət mövcuddur.(Şeyx Albani) Lakin hədisin mənası səhihdir.

Bu barədə Şeyx əl-Qadi İzzəddin Abdurrahmən ibn Muhamməd əl-Qahiri əl-Hənəfinin gözəl bir risaləsi var: "Təzkiratul Ənam fi nəhy anil qiyam"
_________________
Doğrusunu Allah bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ahli-wasat



Daxil ol: Ş. Noy. 26, 2005 01:58
İsmarışlar: 394

İsmarışGöndərilib: Ş. Fev. 11, 2006 2:30 am    İsmarış mətni: Sitatla cavab ver

Qarın üzərində uzanmaq.
Əl-İmam Universitetinin professoru Şeyx Umər əl-Muqbilə bu barədə soruşulduqda belə cavab verdi.
Bu barədə səhih bir hədis yoxdur. Bunun məkruh olması barəsində az sayda hədis gəlmişdir, lakin bunların hamısı zəifdir.
Bunların içində ən yaxşıları Əhmədin əl-Şurayd ibn Suveyddən, onun isə İbrahim ibn Maysaradan rəvayət etdiyi hədisdir. İbrahim ibn Maysarah Amr ibn əl-Şureyddən onun Peyğəmbərin صلى الله عليه Ùˆ سلم qarın üzərində uzanmağın haram olduğunu söyləyərkən eşitdiyini rəvayət edir. Hədisin bütün raviləri siqadır, lakin hədis Peyğəmbərə صلى الله عليه Ùˆ سلم qədər gəlib çatmır. Çünki Amr ibn əl-Şureyd tabiindən olmuşdur və Peyğəmbəri صلى الله عليه Ùˆ سلم heç vaxt görməmişdir.
(əl-Taqrib, 5049)

Ona görə də bu əməlin haram və ya məkruh olduğunu söyləyə bilmərik.
_________________
Doğrusunu Allah bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ahli-wasat



Daxil ol: Ş. Noy. 26, 2005 01:58
İsmarışlar: 394

İsmarışGöndərilib: B.e. Fev. 13, 2006 3:44 pm    İsmarış mətni: Sitatla cavab ver

Quranı öpmək və gözləri üstünə qoymaq İslamda bidətdir. Bu əməlin Sünnətdə heç bir əsası yoxdur.
Bu barədə daha geniş bu mənbələrdən oxunula bilər.

al-Bid'u wal-Muhdathaat wa maa laa Asla lahu, səh 549;
Fataawa al-Lajnah ad-Daa.imah lil-Buhooth al-'Ilmiyyah wal-Iftaa. - Sual 12, Fətva No. 4172

Quran oxuduqdan sonra "Sadaqallahul Azım" söyləmək də bidətdir.
Bir çox hədisdə Peyğəmbər s.ə.s. quran oxuduqdan sonra heç bir söyləməmişdir və bu barədə nə hədis, nə də səhabədən rəvayətlər mövcüddür.

al-Bid'u wal-Muhdathaat wa maa laa Asla lahu, səh 571
Fataawa al-Lajnah ad-Daa.imah lil-Buhooth al-'Ilmiyyah wal-Iftaa. Fətva 3303
_________________
Doğrusunu Allah bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ahli-wasat



Daxil ol: Ş. Noy. 26, 2005 01:58
İsmarışlar: 394

İsmarışGöndərilib: B.e. Fev. 13, 2006 3:54 pm    İsmarış mətni: Sitatla cavab ver

Şeyx İbn Baz namazdan sonra bir çoxlarının əllərini qaldıraraq dua etməklərindən danışmışdır və bunu adət halına salmağı bidət hesab etmişdir. Ona görə də məscidlərdə bir çox qardaşın bir adət olaraq namazdan sonra əlləri qaldıraraq dua etmələrindən çəkinməyə təşviq edirik.

İbn Baz, "Silsilə Kitab əd-Da'vəh "(1)," əl-Fətava", 1/74
_________________
Doğrusunu Allah bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ahli-wasat



Daxil ol: Ş. Noy. 26, 2005 01:58
İsmarışlar: 394

İsmarışGöndərilib: C.a. Fev. 16, 2006 3:47 am    İsmarış mətni: Sitatla cavab ver

"O namazda sağ əlini sol əlinin üstünə qoyaraq göbəkdən aşağıda yerləşdirdi." (Musənnəf, 1/342. #3939)
Hədis səhihdir, lakin hədisdə illət var.

əl-Qasim ibn Qutlubuğa "Təxric Əhədis əl-İxtiyar Şərh əl-Muxtar" kitabında Vail ibn Hucrdən rəvayət olunan hədisin sənədinin "ceyyid" olduğunu söyləyir. Abid əl-Sindi söyləyir: "Ravilərinin hamısı siqadır."
Hədis eləcə də Əbu Tayyib əl Mədəni tərəfindən "Şərh əl-Tirmizi" kitabında və əl-Mubarəkfuri tərəfindən "Tuhfəh əl-Əhvəzi" (2/75) kitabında səhih hesab olunmuşdur.
Şueyb əl-Arnavut bu hədisi özünün "Musnəd Əhməd" (31/140) kitabına yazdığı dəyərli qeydlərində səhih hesab edir.
Hədisin raviləri etibarlıdır, baxmayaraq ki, İbn Main Əlqamanın atası Vail ibn Hucrdan hədis eşitmədiyini iddia edir. (Təhzib əl-Təhzib, 3/143) Lakin İbn Mainin iddiası doğru deyildir. Əl-Turki (Musnəd əl-Tayalisi, 2/356) bu barədə qeyd edir:
"İbn Mainin iddiasına əks olaraq onun atasından hədis eşitməsi özünün atasından rəvayət etdiyi bir çox hədisdə bunu dəqiq kəlimələrlə qeyd etməsi ilə sabitdir. Bu eləcə də Buxari, Tirmizi və digərləri tərəfindən təsdiqlənmişdir. Bundan əlavə Muslim (Səhihində) Əlqamənin atasından rəvayət etdiyi hədisi qeyd edib."
Vail ibn Hucrun hədisi həqiqətən də səhihdir, lakin "göbəkdən aşağı yerləşdirmək" barədə heç bir istinad gətirilmir.

Musannəf İbn Əbi Şeybə (1/342) #3938:
Vaki -Musa ibn Umeyrdən-o isə Əlqamə ibn Vail ibn Hucrdən- o da öz atasından rəvayət edir:" Mən Peyğəmbəri صلى الله عليه Ùˆ سلم namazda sağ əlini sol əlinin üzərinə qoyarkən gördüm."Bu hədisdən sonra dərhal İbrahim ən-Nəxainin sözləri gəlir:

Musannəf İbn Əbi Şeybə (1/342) #3939
Vaki- Rabi'dən- o Əbu Məş'ərdən- o da İbrahim ən-Nəxaidən onun belə dediyini rəvayət edir:"O namazda sağ əlini sol əlinin üstünə qoyaraq göbəkdən aşağıda yerləşdirdi"Çox ehtimal ki, Musannəfin bəzi nüsxələrində mətnin bir sətri kənarda qalmış və Vail ibn Hucr hədisinin sənədi xəta olaraq İbrahim ən-Nəxainin sözlərini gətirən rəvayətin yerinə köçürülmüşdür.

Muhamməd Hayat əl-Sindi "Fəth əl-Ğarur"da qeyd edir:
""Göbəyin aşağısında" əlavə sözləri şübhəlidir. Həqiqətdə bu ehtiyatsızlıq üzündən baş vermiş bir xətadır. Mən Musənnəfin səhih nüsxəsini nəzərdən keçirdim və orada bu hədisi eynilə bu sənədlə, eyni sözlərlə tapdım, lakin "göbəkdən aşağıda" kəlimələri yox idi. Dərhal bu hədisdən sonra İbrahim ən-Nəxainin sözləri gəlir və sözlər hədisin sözləri ilə demək olar ki, eynidir. Bu sözlərin sonunda isə qeyd olunur: "...namazda göbəkdən aşağıda."
Çox ehtimal ki, oxuyucunun (yəni nüsxələri köçürən) nəzəri bir yerdən digər yerə qaçıb və bununla peyğəmbərin (صلى الله عليه Ùˆ سلم ) hədisinin sözlərini köçürmüşdür. "
(Tuhfəh əl-Əhvəzi, 2/75, Əun əl-Məbud, 2/327)

"əl-Durar fi İzhər Ğişş Nəqd əl-Surrah" kitabının müəllifi qeyd edir:
"Vail ibn Hucr hədisindən yayılmış dəlilə gəldikdə isə bu müzakirə səbəb olmuşdur. İbn Əbi Şeybə bu hədisi rəvayət edir və sonra İbrahim ən-Nəxainin hədislə oxşar sözlərini rəvayət edir. Sözlərin sonunda gəlir: "...göbəkdən aşağıda"
Nüsxələr bir-birilərindən fərqlənirlər. Bəzi nüsxələrdə hədis əllərin yeri zikr olunmadan rəvayət olunur və sonta ən-Nəxainin sözləri gəlir. Bəzi nüsxələrdə isə İbrahim ən-Nəxainin sözləri heç qeyd olunmadan peyğəmbərin (صلى الله عليه Ùˆ سلم ) hədisi "...göbəkdən aşağıda" sözləri ilə keçir.
Buna görə də fərz etmək olar ki, mövcud əlavənin səbəbi yazının ortasından təxminən bir sətri unudaraq və əvəzində peyğəmbərin (صلى الله عليه Ùˆ سلم ) hədisindən sözlərini köçürdərək yazıda xəta etməkdədir."
(Tuhfəh əl-Əhvəzi, 2/75)

Əlavə olaraq qeyd etmək lazımdır ki, Vail ibn Hucrun hədisi sözü gedən əlavə zikr olunmadan başqa hədis kitablarında da rəvayət olunur.

əl-Mubarəkfuri yazır: (Tuhfəh əl-Əhvəzi, 2/75)
"Bu alimlərin dediklərini həm də Əhmədin öz Müsnədində ibn Əbi Şeybənin gətirdiyi eyni sənədlə hədisi həmin əlavə olmadan rəvayət etməsi faktı da dəstəkləyir...Və əl-Dəraqutni də hədisi eynilə İbn Əbi Şeybənin sənədi ilə əlavəni zikr etmədən rəvayət edir."(Musnəd Ahməd, 18846, Sunən əl-Dəraqutni, 1/286 (Məktəbəh əl-Mutənəbbi))

Vail ibn Hucrun hədisi həm də əl-Tabarani (əl-Mucəm əl-Kəbir, 22/1) və əl-Beyhəqi (əl-Sunən əl-Kubra, 2/28) tətəfindən Vakinin əvəzinə Əbu Nuaym tariqi ilə eyni sənədlə Musa ibn Umayrdən, o Əlqamə ibn Vail ibn Hucrdan, o da atasından əlləri göbəkdən aşağı qoymaq barəsində heç bir şey zikr olunmadan qeyd olunur.
_________________
Doğrusunu Allah bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ENGINEER



Daxil ol: Ş. Sen. 10, 2005 08:42
İsmarışlar: 139
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: C.a. Fev. 16, 2006 7:53 am    İsmarış mətni: NAMAZDAN SONRA DUA Sitatla cavab ver

Euzi Billehi Minesh Sheytanir Recim, Bismillahir Rehmanir Rehim.
ALLAHIN SALAMI butun Muselman/Momin Baci-Gardashlarima olsun.

Şeyx İbn Baz namazdan sonra bir çoxlarının əllərini qaldıraraq dua etməklərindən danışmışdır və bunu adət halına salmağı bidət hesab etmişdir. Ona görə də məscidlərdə bir çox qardaşın bir adət olaraq namazdan sonra əlləri qaldıraraq dua etmələrindən çəkinməyə təşviq edirik.

AHLI WASAT Gardash sehv etmiremse Guranda bele nir aye var: (amma degig xatirlaya bilmirem) Allah Hz. Mehemmede (s.a.s) buyururki Namazdan azad olan kimi ALLAHA dua et. Niye Namazdan sonra dua etmek bidet olsunki? Hetta Duanin gebul olunma vaxtlarindan biride Ferz Namazindan sonradir. Allah dua etmek niye bidet olsunki? Allah gece gunduz ona Dua etmeyi buyurur, Namazdan sonra etmeyi kim gadagan edib?
_________________
Estegfiru-llahel aziymel-lezi la ilahe illa huvel-heyyul-gayyum ve etubu ileyhi.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ahli-wasat



Daxil ol: Ş. Noy. 26, 2005 01:58
İsmarışlar: 394

İsmarışGöndərilib: C.a. Fev. 16, 2006 3:19 pm    İsmarış mətni: Sitatla cavab ver

Sitat:
AHLI WASAT Gardash sehv etmiremse Guranda bele nir aye var: (amma degig xatirlaya bilmirem) Allah Hz. Mehemmede (s.a.s) buyururki Namazdan azad olan kimi ALLAHA dua et.

Həmin ayəni yazsan daha gözəl olar, ayəni bilmədən bir şey söyləyə bilmərəm.

Sitat:
Hetta Duanin gebul olunma vaxtlarindan biride Ferz Namazindan sonradir.

Bax, bunu hansı dəlilə əsasən söyləyirsən? çünki bildiyimiz vaxtlarda bu vaxt yoxdur və olsa idi peyğəmbəriz hamıdan qabaq buna əməl edərdi.

Namazdan sonra dua etmək bidət deyil, duanı etmək sərbəstdir, istədiyin vaxtda edə bilərsən. Lakin hər fərz namazından sonra xüsusiləşdirərək əlləri qaldıraraq dua etmək bir "ibadət növüdür", əgər bu ibadət növünün sünnətdə əsası yoxdursa o zaman bu bir bidətdir.
_________________
Doğrusunu Allah bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ahli-wasat



Daxil ol: Ş. Noy. 26, 2005 01:58
İsmarışlar: 394

İsmarışGöndərilib: C. Fev. 17, 2006 1:56 am    İsmarış mətni: Sitatla cavab ver

Əssələmu aleykum və rahmətullah
Engeneer qardaş, əgər xəta etmirəmsə sənin nəzərdə tutduğun ayədə dua yox, zikrlərdən söhbət gedir.

Bir də bidət haqqında qısa və müxtəsər bir məlumat verim.
Bidət bəzi kateqoriyalara görə müəyyən olunur.
1. zaman 2. ədəd 3. məkan 4. cins 5. keyfiyyət və 6. yəni sonuncu səbəbə görə

1.zamana görə bidətlər, məsələn həcci ramazan ayı etmək, bu zamanda bidətdir, və yaxud, müəyyən vaxtlarda oruc tutmaq, bu zamana görə bidətdir.

2. ədəd, və ya saya görə bidət..təvaf edərkən nəzərdə tutulan saydan çox etmək, namazları 5 rükət qılmaq və s.

3. məkana görə, bu çox yayılmış bidətlərdir. Məsələn, Məşədi ziyarət etmək və ya pirlər və daha başqa yerlərə xas ibadətlər etmək...

4. cinsinə görə isə, məsələn həccdə şeytanı daşlamaq mərasimində daş yerinə tutaq ki, kimsə taxta atır, təbii ki, bu cinsinə görə bidətdir.

5. keyfiyyətdə isə, müəyyən ibadəti müəyyən olunduğu şəkildə yox, təhrif edərək başqa şəkildə yerinə yetirmək, məsələn təvafı əks istiqamətdə etmək...səcdəni rükudan əvvəl etmək.

6. səbəbə görə isə bidətlər...məhz yuxarıda sözünü etdiyimiz bu əməl bu kateqoriyaya aiddir, çünki səbəb olaraq fərz namazından sonra duaların qəbul olacağına aid bir hədis gəlməmişdir. Azan və iqamə arasına aiddir, lakin fərz namazından sonraya aid deyil!
Məhz səbəbin olmaması bu əməlin doğru olmadığını göstərir..
Lakin əhli-sunnə onu da qeyd edir ki, müəyyən şəxslər şəxsi səbəblərə görə belə əməl edirlərsə bidət etmiş sayılmazlar, çünki əməllər niyyətə görədir.
Məs: əgər kimsə borca görə problemi varsa və bu problemə görə hər fərz namazından sonra dua etmək istəyirsə, və Allahdan kömək diləyirsə və bunun bir sünnət olmadığını anlayırsa, bu zaman onun bu əməlində eyib yoxdur.
Allahu Alem!
_________________
Doğrusunu Allah bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ahli-wasat



Daxil ol: Ş. Noy. 26, 2005 01:58
İsmarışlar: 394

İsmarışGöndərilib: C. Fev. 17, 2006 2:06 am    İsmarış mətni: Sitatla cavab ver

Bəlkə də sən bu ayəni qəsd edirsən:


"Namazınızı qıldıqdan sonra ayaq üstə olanda da, uzananda da Allahı zikr edin, arxayınlığa çixdıqda isə, namazı (öz qaydasınca) qılın! Çünki namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir. " (Nisa, 103)

Gördüyün kimi Allah dua etməyi zikr etmir, lakin zikr etməyimizi buyurur, və bunu hansı halda olmağımızdan asılı olmayaraq etməyimizi buyurur.
Çünki iman bir ağaca bənzəyir, və zikr isə onun suyudur!
_________________
Doğrusunu Allah bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ENGINEER



Daxil ol: Ş. Sen. 10, 2005 08:42
İsmarışlar: 139
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: C. Fev. 17, 2006 8:02 am    İsmarış mətni: DUA Sitatla cavab ver

Euzi Billehi Minesh Sheytanir Recim, Bismillahir Rehmanir Rehim.
ALLAHIN SALAMI butun Muslelman/Momin Baci-Gardashlarima olsun.

1) Dua etmək, Allaha itaət və Onun əmrini yerinə yetirməkdir

Allah Təala belə buyurur: Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sağışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər! (Ğafir, 60)

Dua edən kimsə Allaha itaət edən və əmrinə tabe olandır.

2) Şübhəsiz dua bir ibadətdir

Rəsulallah (s.ə.s) belə buyurur: Şübhəsiz dua, ibadətin özüdür. (İbn Macə, 3828)

3) Dua etmək, Allah qatında ən dəyərli bir əməldir
Rəsulallah (s.ə.s) belə buyurur: Allaha duadan daha şərəfli bir şey yoxdur. (İbn Macə, 3829)

4) Dua etmək, Allahın qəzəbini aparmağa səbəbdir
Rəsulallah (s.ə.s) belə buyurur: Hər kim Allaha dua etməsə, Allah o kimsəyə qəzəb edər. (İbn Macə, 3827)

5) Dua etmək acizlikdən qurtuluş və zəka üçün dəlildir
Rəsulallah (s.ə.s) belə buyurur: İnsanların ən aciz olanı dua etməkdə ən aciz olan kimsədir. İnsanların ən paxılı salama paxıllıq edəndir. (Təbərəni (əl-Əvsat, 5587))
İnsanların görünüş baxımından ən zəifi, əzim baxımından ən aşağı olanı, bəsirət baxımından ən kor olanı dua etməkdən aciz olanıdır. Çünki dua insana əsla zərər verməz, əksinə fayda verər.
6) Dua etmək, bəla enmədən əvvəl onu dəf etmək üçün bir səbəbdir
Rəsulallah (s.ə.s) belə buyurdu: Qəzanı, duadan başqa heç bir şey geri döndərməz. (Tirmiz, 2225; Əhməd, 22476)

Əbu Musa əl-Əşari (r.a) belə dedi: Rəsulallah (s.ə.s) dua etdi və əllərini qaldırdı. Hətta qoltuq altlarının ağlığını gördüm. (Buxari, 6323)
Rəsulallah (s.ə.s) belə buyurur: Rəbbimiz çox həyalıdır və çox comərddir. Qulu Ona əllərini qaldırdığı vaxt onu bomboş olaraq geri çevirməkdən həya edər. (Əbu Davud, 1488; İbn Macə, 3865)
Rəsulallah (s.ə.s) belə buyurdu: Rəbbimiz hər gecə, gecənin son üçdə biri qaldığı vaxt dünya səmasına enər və belə buyurar: Dua edən yoxmu? Cavab verim, istəyən yoxmu? Verim, bağışlanma diləyən yoxmu? Bağışlayım. (Buxari, 1096; Muslim, 758/168)
Rəsulallah (s.ə.s) belə buyurdu: Azan ilə iqamə arasında dua rədd edilməz, dua edin (Tirmizi, 3595)

Rəsulallah (s.ə.s)-ə hansı duaya cavab verildiyini soruşuldu, O da belə buyurdu: Gecənin yarısından sonrakı və fərz namazlarından sonra edilən dua (Tirmizi,
3728)

Bax Bu Sonuncu Hedis Ferz Namazindan Sonra edilen Dua haggindadir. Yuxaridaki hedislerde ise elleri galdirarag dua etmek hagda hedis var. Artig sizler her sheyi bidet etmisiz. Bir addim ata bilmirik bidetdir, bir bu galmishdir ki Ferz Namazindan Sonra dua etmek de bidet oldu. Namazai gurtaran kimi Dua etmirik, Namaz bitenkimi ALLAHI ZIKR ETMEK, PEYGEMBERE (S.A.S) Salavat getirmek, gunahlardan tovbe etmek ve sonra Dua edirik. Ne ise. Hedislerde Ferz Namazindan sonra Dua etmeyi bidet saymir. Bu ixtilaflar bizi o yere getirib chixardib ki tamam hech kim olmayan tekliye chekilib orda yashamag, orda ibadetlerimi etmek isteyirem. Bax Sen Cume Namazi hagda ne geder deliller yazdin. Delillerin 1-i deyir olar, 1-i deyir olmaz. Sen Ahli-Wasat ozun evvel dedin olar, sonuncularda dedin meslehet deyil. Biz neyneyek? Ne ise. Kim Ferz namazindan sonra dua etmeyi bidet sayirsa ETMESIN.
Wassalam.
_________________
Estegfiru-llahel aziymel-lezi la ilahe illa huvel-heyyul-gayyum ve etubu ileyhi.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ahli-wasat



Daxil ol: Ş. Noy. 26, 2005 01:58
İsmarışlar: 394

İsmarışGöndərilib: C. Fev. 17, 2006 1:35 pm    İsmarış mətni: Sitatla cavab ver

Sitat:
Rəsulallah (s.ə.s)-ə hansı duaya cavab verildiyini soruşuldu, O da belə buyurdu: Gecənin yarısından sonrakı və fərz namazlarından sonra edilən dua (Tirmizi,
3728)


Əlhəmdulilləh, hədis səhihdir!
Qardaş, görürəm maşaallah, elm üçün çalışırsan...Allah sənin elmini artırsın! Amin! İnşaallah, elmlilər zümrəsindən olarsan, və Rasulullahın bir hədisində bildirdiyi kimi Allah səni fəqihlərdən etməklə sənə əsl xoşbəxtliyi qismət etsin!

Sənin burda qeyd etdiyin hədisə gəldikdə isə, bu hədisdə qəsd olunan dua namazda salam ilə birlikdə etdiyin dualardır, çünki alimlər bu hədisin şərhində bunları söyləyiblər, digər hədislər də buna işarə edir. Və səndənamazda bu dualardan edirsən... Allahummə inni əuzu bikə min azəbil qabr....və istədiyin kimi, öz dilində də dua edə bilərsən...
Diqqət etməlisən ki, bir yerdən məlumatı aldığın zaman bu məlumat haqqında qeyd olunan şərhləri də yerləşdirmək vacibdir. Məhz qardaşlarımızın saytında mövcud olan bu materialda bu hədis ilə bağlı aşağıdakı izahlar da var:

Fərz namazlarının sonra edilən dua (Fərz namazlarından sonra edilən dua ilə qəsdləri, namazın sonunda salamla insanın namazdan çıxacağı vaxt edilən duadır. Təbii ki, burada ediləcək duaların Rəsulallah (s.ə.s)-rən səhih və sabit olaraq rəvayət edilmiş dualar olması lazmdır (Tərcüməçi)

Bunun üçün eləcə də bax:
Fətava əl-Ləcnə əd-Daima, 7/103 və 104
Əssələmu aleikom və rahmətullah
_________________
Doğrusunu Allah bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> SİZİN MÖVZU Bütün saatlar GMT + 4 Saat
Səhifə 1, 2  Sonrakı
1 səhifə (Cəmi 2 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.