MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Kişilərə 30 məsləhət

 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> Qardaşlar üçün
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: C.a. Apr. 28, 2005 4:55 pm    İsmarış mətni: Kişilərə 30 məsləhət Sitatla cavab ver

1. Zovcenizi hech vaxt alchaltmayin, bu onun yaddashinda uzun muddet galacag. Hetta gezeb aninda bele onun valideynlerini tehgir etmeyin, onu tekfirle ittiham etmeyin. Bele sozlerle onu alchaltsaniz ve sonra halallig isteseniz, halallig verse de bunu dille edecek, gelble yox.

2. Eger zovcenizle yaxshi davransaniz, o da size eynisi ile cavab verecekdir. Onun xoshbestliyini oz xoshbextliyinizden ustun tutdugunuzu, onun gaygisina galdiginizi ve onun uchun her cur fedakarlig etmeye hazir oldugunuzu heyat yoladishinza hiss etdirmee chalishin.

3. Unutmayın ki, zövcəniz sizin başınıza gələn bütün hadisələrdən xəbərdar olmaq istəyir, odur ki, onunla tez-tez söhbət edin. İşdən evə gələrkən qaşqabaqlı, narazı halda qayıtmayın ki, hyat yoldaşınıza qorxu və şübhə aşılamayasınız.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: B.e. Apr. 10, 2006 9:43 pm    İsmarış mətni: Sitatla cavab ver

4. Gozlemeyin ki, zovceniz sizin ixtisasinizla, ishde uzleshdiyiniz intellektual prblemlere sizinle eyni derecede marag gosterek. Meselen, eger siz astronomsunuzsa, hech vaxt umid etmeyin ki, zovcenizin de ishi-gucu ele ulduzlar, planetler olacag.

5. Hemishe achig, duz ve semimi danishan olun, onda zovceniz de size eyni cur garshilig verecek. Hedisde deyildiyi kimi:"Zovcelerinize xeyanet etmeyin ki, onlar da size xeyanet etmesin"(Teberani). Ister kuchede olsun, ister televizor ekranlarinda, nezerlerinizi yad gadinlara baxmagdan goruyun. Chunki xirda kimi gorunub sonradan boyuk aile skandallarina chevrilen meseleler adeten bundan bashlayir.

6. Zovcenizde bile-bile ve yaxud tesadufen gisganclig oyatmagdan chekinin. Hech vaxt onun yaninda hetta yaxshi niyyetle de olsa bashga gadinlari teriflemeyin. Chunki bele sheyler gadin gelbini derinden yaralayir ve onu heyecan kechirmeye, narahat olmaga mecbur edir. Bu ise onun saglamligina menfi sheilde ciddi tesir gostere biler. Neticede ailede inamsizlig kimi problemlerden bashga, mualice, xestexana ile bagli elave xercler yarana biler.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: B.e. Apr. 10, 2006 9:50 pm    İsmarış mətni: Sitatla cavab ver

7. Chalishin hech vaxt zovcenizin xarici gorunushunde ve ya xarakterinde neyinse chatishmadigini demeyesiz. Xususem de kenar adamlarin yaninda ona irad tutmayin.

8. Hemishe ozunuze gullug eleyin, xarakterinizi terbiye etmeye chalishin ve bilin ki, bu tekce gadinin size garshi vezifesi deyil. Pis verdishlerinizden el chekin. Hetta zarafatla da olsa yoldashinizin gezeblenmeyine sebeb olmayin.

9. Chalishin ozunuz uchun her gun yoldashinizin yeni-yeni gozel xususiyyetlerini tapasiniz. Onun gozel exlagi, dine bagliligi sizin de imaninizin mohkemlenmesine sebeb olacag.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: B. May 07, 2006 6:37 pm    İsmarış mətni: Sitatla cavab ver

10. Həmişə təmkinli, səbirli və sakit olmağa çalışın. Ona görə ki, qəzəb qarşılıqlı nifrətin təməlidir. Əgər zövcənizinxətrinə dəymisizsə, gecikmədən halallıq alın, ağlayırsa sakitləşdirmədən yatağa uzanıb yatmayın. Bilin ki, hirsləndiyiniz şey zövcənizin göz yaşları ilə müqayisədə xırda-para, əhmiyyətsiz bir şeydir. Qəzəblənəndə birinci işiniz "Əuzu billəhi min əş-şeytani-r-rəcim" ("şeytanın şərindən Allaha sığınıram") zikrini demək olsun. Bilin ki, zövcənizlə sizin ürəyinizdəki Allah sevgisi daha üstün olmalıdır. Heç vaxt onun haqqına girməyin.

11. Zövcənizin həmişə özünə inamlı olması üçün əlinizdən gələni edin. Heç vaxt çalışmayın ki, o sizin kölgənizə çevrilsin, sizin istəklərinizi yerinə yetirsin. Əksin onun gizli qalmış bacarıq və talantını üzə çıxarmaqda, öz fikirlərini, hansısa məsələyə baxışını çəkinmədən ifadə etməyinə şərait yaradın. İşlərinizdə onunla məsləhətləşin, problemlərinizi onunla müzakirə eləyin. Onun qərarlarına hörmətlə yanaşın. Əgər bu qərarlar İslamla ziddiyət təşkil edirsə, o səhv yoldadırsa, kifayət qədər taktla, Qurandən və səhih hədislərdən müvafiq nümunələr gəriməklə bunu ona başa salın. Yox əgər çıxardığı qərarlar düzügndürsə, bunu ona bildirin, "maşaAllah" deməyi unutmayın.

12. Zövcənizin yaxşı hərəkətlərinə gözəl sözlər deyib, təəkkür etməyə heç vaxt xəsislik eləməyin. Axı Peyğəmbərimiz deyib:" Kim ki, insanlara minnətdarlıq edə bilmir, o Allaha minnətdarlıq edə bilmir" (ət-Tirmizi)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: B. May 07, 2006 6:44 pm    İsmarış mətni: Sitatla cavab ver

13. Zövənizə ünvanladığınız irad və tənqidlərin sayını kəskin şəkildə azaldın. Heç vaxt onu öz qadın qohumlarınızla müqayisə eləməyin, çalışmayın ki, zövcəniz hər şüydə onlara oxşamağa çalışıb, öz individuallığını itirsin.

14. Əgər zövcənizin təhsil almaq istəyi varsa, heç vaxt buna mane olmayın. Əksinə Şəriət qaydalarına zidd olmayan tərzdə özünüz ona bu işdə kömək edin, həvəsləndirin.

15. Əgər həyat yoldaşınız sizinlə shbət etmək istəyirsə, ona diqqətlə qulaq asın, narazıçılıq göstərməyin. Qadınlar incə məxluqlardır. Kiməsə ürəklərini açıb, onları narahat edən problemləri bölüşmək üçün ilk növbədə qarşıdakı həmsöhbətinin fikir verdiyini bilmək onlar üçün olduqca əhəmiyyətlidir.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: C. Avq. 04, 2006 5:31 pm    İsmarış mətni: Sitatla cavab ver

16. Elə edin ki, zövcəniz sizin yanınızda özünü hər cür bəladan tam təhlükəsizlikdə hiss eləsin, bilsin ki, çətin anında siz onu heç vaxt tək qoymazsınız.

17. Hətta zövcəniz sizdən maddi baxımdan varlı da olsa, onun ehtiyaclarını həmişə təmin edəcəyinizi hiss etdirin. Heç vaxt şəxsən ona öz valideynlərindən miras qalmış, ona məxsus olan əmlakı mənimsəməyə çalışmayın. Şəriət baxımından bu günah hesab olunur. Hətta o sizdən varlı da olsa, zövcənizə qarşı xəsislik eləməyin. Ona görə ki, qadın bütün hallarda hiss eləməlidir ki, artıq atasını (yəni əvvəlki vəlisini) siz əvəz edirsiniz.

18. Zövcənizə hətta baxışla da olsa xəyanət etməyin. Bu günahdır və üstəlik də bilin ki, böşanma hallarının əksəriyyəti məhz həyat yoldaşlarından ikisindən birinin xəyanətinə görə baş vaerir.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: Ş. Avq. 12, 2006 9:32 pm    İsmarış mətni: Sitatla cavab ver

19. Qoy zövcənizə olan məhəbbətiniz valideylərinizə olan sevginizə mane olmasın. Elə edin ki, onlarda bir-bilərinə qarşı sizə görə qısqanclıq yaranmasın. Heç birini digərindən əskik yaxud üstün tutmadan onları sevin və haqları olan sevgi və diqqəti əskik etməyin.

20. Zövcənizlə özünüzlə necə davranılmasını istəyirsinizsə, elə davranın. Necə ki, İbn Abbas (r.a.) deyərdi:" Mən zövcəm qarşısında gözəl görünməyi onun mənim qarşısında gözəl göründüyünü sevdiyim kimi sevirəm".

21. İmkan daxilində çalışın ki, zövcəniz bəzək-düzəkdə, kosmetikada və s. təmtərağı hiss etsin, bacardıqca israf etmədən onu keyfiyyətli kosmetika və s. ilə sevindirin. Xüsusən körpəniz doğulanadək elə edin ki, zövcəniz halal çərçivədə həyatın dadını hiss etsin, çünki sonra artıq istəsə belə, həmişə vaxtı olmayacaq.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: B.e. Avq. 14, 2006 10:36 pm    İsmarış mətni: Sitatla cavab ver

22. Zövcənizə qarşı həmişə mənəvi tərəf müqabili olun, onu dəstəkləyin. Onun valideylərini ziyarət edin, onlarla xoş, mehriban və hörmətlə davranın.

23. Çalışın ki, zövcəniz sizi işinizə qısqanmasın. Bunun üçün iş yerində lazımından artıq qalmayın, xüsusən istirahət günləri işlərinizi bir kənara qoyub vaxtınızı ailənizə sərf edin. Zövcənizi sizinlə birlikdə evinizdə yaxud başqa yerdə istirahətdən məhrum etməyin. Elə edin ki, o sizsiz qalıb darıxmasın

24. Evdən çıxarkən həmişə zövcənizdən sizi təbəssümlə yola salmağı və sizin üçün dua etməyi xahiş edin. Evə qayıdarkən, heç vaxt qəflətən daxil olmayın. Qoy həyat yoldaşınız sizi qarşılamaq üçün hazırlaşmağa, istər süfrə açmağa, istər özünü qaydaya salmağa vaxt tapsın, xüsusən əgər uzun çəkən səfərdən qayıdırsınızsa.

Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: B.e. Avq. 21, 2006 8:58 pm    İsmarış mətni: Sitatla cavab ver

25. Yaxşı olardı ki, hər ikinizin də həyata ortaq baxışınız olsun. Peyğəmbər (s.ə.s) demişdir:"Qadınlarla mülayim rəftar edin"(İmam Əhməd),"Qadınlar kişilərin ob biri yarılarıdır"(İmam Əhməd), "Öz aralarınızda qadınlar haqqında ancaq yaxşı şeylər danışın" (Buxari)

26. Çalışın ki, zövcənizə ev işlərində kömək edəsiniz. Ev işlərinin kişiyə yaraşmadığını düşünürsünüzsə, Peyğəmbərdən (s.ə.s) nümunə götürün, o bunu nəinki ayın bilmirdi, əksinə həvəslə öz zövcələrinə kömək ediridi. Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.əs.) ev işlərində bizə həmişə kömək edərdi. Namaz vaxtı gələndə isə gedib namazını qılardı" (Buxari)

27. Zövcənizin bəzi çatışmamazlıqlarına güzəştə gedin və belə hallarda onun daha üstün məziyyətləri barədə fikirləşin. Çünki Peyğəmbərimiz (s.əs.) deyərdi:"Qoy mömin biri digər möminə nifrət eləməsin. Əgər onda hansısa xüsusiyət xoş gəlmirsə, qoy başqa onun başqa xasiyyətindən razı qalsın".
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: Çər. Avq. 23, 2006 10:39 pm    İsmarış mətni: Sitatla cavab ver

28. Zövcənizlə mehriban, qayğıkeş və nəvazişkar olun, onunla zarafatlaşın və könlünü açın. Peyğəmbər (s.ə.s.) demişdir:"Bakirə qızla evlən, onunla zarafatlaş, qoy o da səninlə zarafatlaşsın və nazlansın" (Buxari) Hətta sərt xarakteri ilə seçilən Ömər ibn Əl Xattab (r.a.) deyərdi:"Kişi öz zövcəsi ilə cavan oğlan uşağı kimi olmalıdır, insanlar arasında isə yaşlı kişi kimi"

29. Zövcəniz sizi tənqid edirsə, şikayətlənirsə səbrlə qulaq asın, bir şey deməyin. Hətta Peyğəmbərin (s.ə.s.) zövcləri belə bəzən narazıçılq edirdilər, amma insanların ən yaxşısı onlardan nə inciyərdi, nə də qəzəblənərdir.

30. Övladlarınza və zövcələrinizə qarşı mehriban və mülayim olun. Peyğəmbər (s.ə.s.) deyərdi:"Sizdən ən xeyirliniz ailəsinə qarşı ən mehriban davranandır."(Tirmizi).Əgər siz onlara mehriban olsaz, onlar da sizə eynilə qarşılıq verərlər. Heç vaxt ailənizə xərc çəkməkdə xəsislik etməyin və onlara israf etmədən ən gözəl şeyləri almağa çalışın. Peyğəmbər (s.ə.s) demişdir:"Ən gözəl pul- ailəyə xərclənən puldur" (İmam Əhməd, Müslim)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> Qardaşlar üçün Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.