.:: Azerislam.com Forum ::. Forumun ana səhifəsi .:: Azerislam.com Forum ::.
"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur!
Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!"
(Qaf, 17-18)

 
 MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Mən inanıram.

 
Yeni mövzu aç   Cavab göndər    .:: Azerislam.com Forum ::. Forumun ana səhifəsi -> İslama Dəvət
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 41

İsmarışGöndərilib: C.a. Mar. 03, 2005 5:43 pm    İsmarış mətni: Mən inanıram. Sitatla cavab ver

Mən inanıram.

* * *

Sual: Allaha inanırsan?
Cavab: İnanıram.

* * *

Sual: Sən onu görmüsən?
Cavab: Yox, mən Allahı görməmişəm.

* * *

Sual: görmədiyin bir şeyə necə inana bilərsən?
Cavab: Həyatda görmədiyimiz amma varlığına əmin olduğumuz çox şey var.

* * *

Suaı: Məsələn?
Cavab: Məsələn, hər ikimiz oksigenlə nəfəs alırıq, amma oksigeni gözümüzlə görmürük. Radioya qulaq asırıq, amma radio dalğalarını görmürük. Həmçinin müxtəlif qüvvələrin (ağırlıq qüvvəsi, maqnit qüvvəsi və s.) olduğunu bilirik, amma gözümüzlə onları görmürük.

* * *
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Qonaq






İsmarışGöndərilib: C. Mar. 25, 2005 9:44 am    İsmarış mətni: Sitatla cavab ver

Salam Zehra xanım.Allahın varlığına inanmaq Allaha iman etmek deyil.Çünki Mekke müşrikleride Allaha inanırdılar.Hetda günümüzdekilerden ferqli olaraq ibadetde edirdiler.Demek istediyim odur ki Allaha iman onun TÖVHİDİNE iman demekdir.Yeni ULUHİYYETİNE RUBUBİYYETİNE ve AD ve SİFETLERİNE iman etmekdir. İnsanların daima pozduqları ULUHİYYET TÖVHİDİ olub. Rububiyyeti qebul edibler.Yeni Allahın var olmasını ruzi vermisini yeri göyü yaratmasını qebul edirdiler.Esas problemleri Allahla birlikde başqa İLAHLAR da qebul edirdiler.delil yazıram
''Həqiqətən, əgər onlardan: "Göyləri və yeri kim yaratmışdır?!" - deyə soruşsan, mütləq: "Allah!" - deyə cavab verəcəklər. De: "Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan qeyri ibadət etdikləriniz (ilahlar) Onun zərərini aradan qaldıra bilərlərmi?! Yaxud: "Əgər Allah mənə bir mərhəmət əta etmək istəsə, onlar Onun mərhəmətinə mane ola bilərlərmi?!" De: "Mənə təkcə Allah kifayət edər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edərlər!" ZUMER 39/38

''(Ya Rəsulum!) De: "Sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə sahib olan (onları yaradan) kimdir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? Hər işi düzüb qoşan (səhmana salan) kimdir? Onlar: "Allahdır!" - deyəcəklər. De: "Bəs onda Allahdan qorxmursunuz?" YUNUS 10/31
ZEHRA xanım bu yaelere diqqet etseniz göreceksiniz ki Müşrikler Allahı qebul edirdiler lakin şirk qoşurdular.Bunları yazmaqda neqsedim odur ki Allahın varlığına inanmaq hele müselman olmaq deyil.
Teşekkürler
Əvvələ qayıt
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 41

İsmarışGöndərilib: C.a. Apr. 28, 2005 5:07 pm    İsmarış mətni: Sitatla cavab ver

* * *

Sual: Yuxarıda adı çəilən şeylərin mövcu olduğunu bizə onların xüsusiyyətləri xəbər verir. Bəs Allahın xüsusiyyətləri varmı və varsa hansılardır?
Cavab: Əlbəttə var. Məsələn, pəncərədən küçəyə baxanda, evlərin, ora-bura şütüyən maşınların və s. olduğunu görmək olar. Evləri gördükdə onları kiminsə tikdiyi o dəqiqə adamın ağlına gəlir. Eləcə də səmaya, uca dağlara, minlərlə təbiət gözəlliklərinə baxdıqda da onların bir Yaradıcısı olduğu adamın ağlına gəlir. Bir qulaq verin bu barədə fəlsəfə emləri doktoru Vilyam Nabloş nə deyir:
"Dünaynın belə kamil və təkararolunmazlığı bir çox astronomları bu dünyanın Kimsə tərəfindən yaradılıdğı qənaətinə gəlməyə məcbur etmişdir. "

* * *
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 41

İsmarışGöndərilib: B. May 07, 2006 8:53 pm    İsmarış mətni: Sitatla cavab ver

* * *

Sual: Təbiət yaradıcı yaxud tanrı ola bilərmi?
Cavab: Yox.

* * *

Sual: "Yox" deyirsiniz. Bəs cavabınızı necə isbat eləyə bilərsiz?
Cavab: Biz Allahın var olduğunu bizə Onun yaratdıqlarındakı nişanələr deyir, təbiətin nəsə yartdığna dair isə heç bir nişanə, əlaməti görmürük. Məsələn, biz gözəl ev görəndə, onu tikən bənnaya necə heyran oluruqda, mavi səmanı, uca dağları, müxtəlif heyrətamiz çiçəkləri gördükdə də Tanrının hər şeyə qadir olduğunu, müdrik olduğunu qəbul edirik.
Ona görə də danışmayan, eşitməyən, insana tabe olan təbiətin yaradcı, tanrı olduğuna süura, hislərə malik olan insanları və başqa canlılrarı yaratdığına inanmaq ağılsızlıq olardı.
Həqiqətən materialistlər Tanrının düşmənləridir. Onlar bütün insanlığı alçaldaraq, onun meymundan əmələ gəldiyini iddia eləyirlər. Ateizmdən dərs deyən ateist müəllimin tələbələri ilə söbətinə və tələbələrin cavabına bir baxın:
Bu müəllim tələbələrinə belə bir sual verir?
- Siz məni görürsünüz?
Tələbələr:
- Bəli, görürük, müəllim.
Müəllim:
- Bu ona görədir ki, mən mövcudam. Bəs siz lövhəni görürsünüzmü?
Tələbələr yenə "hə" dedilər.
Müəllim:
- Bu ona görədir ki, lövhə də var, mövcuddur. Bəs siz Allahı görürsünüz?
Tələbələr:
- Yox, görmürük.
Müəllim:
- Demək o, yoxdur.
Bu cavabdan sonra itiağıllı bir tələbə yerindən qalxaraq, öz yoldaşlarına müraciətlə belə bir sual verir:
- Siz müəllimin ağlını görürsünüzmü?
Tələbələr "yox" cavabı verdikdə, gənc davam edərək belə dedi.
- Demək ki, müəllimin ağlı da yoxdur.
Tələbələr bu cavaba gülməyə başladıqda, ateist müəllim qızardı.
Kommunizmin liderləri milyonlarla inananları məhv edərək, kitab və ədəbiyyatlarını yandıraraq, məscid və məbədləri yandıraraq Tanrıya qalib gəldiklərini zənn edirdilər. Amma çox az müddət sonra onlar görülər ki, insanların qəlblərindəkinə, fitrətindəkinə qalib gəlmək qeyri mümkündür. Görün, Stalinin qızı Svetlana Stalin nə deyir:"Mən elə bir ailədə tərbiyə olunmuşam ki, orda heç kim tanrıya inanmırdı. Böyüdükcə daxilimdə bir qüvvə deyirdi:"Tanrıya inamsız həyat həyat deyil. Tanrıya inanmadan cəmiyyətdə ədalət qurmaq mümkün deyil". Və mən qəlbən inanırdım ki, insanın tanrıya inamı havaya, suya olan tələbat kimi bir tələbatdır."
Bu hətta öz qızına belə allahsızlığı aşılaya bilməmiş bir kommunist liderin aqibətidir və bu aqibət biz insanlar üçün ibrətamizdir.
Dünya elminin nəaliyyətləri insanın gözündən allahslıq pərdəsini çəkib cırır. Məşhur alimlərdən Oliver Holms deyir:
"İnsanın sahib olduğu informasiyanın həcmi artıqca, elm və din arasında əmələ gəlmiş çat da bir o qədər daralır. Elmin düzgün başa düşülməsi ilə insanların Tanrya olan inamı da artır."
Dünyada hökm sürən harmoniya və qayda-qanun müdrik insanları heyrətə gətirir. Tomas Hekseli- məşhur ingilis materialist alimi çoxlu kitablar yazar, darvin nəzəriyyəsini müdafiə edərdi. Lakin öz ətrafında Tanrının yaratdıqlarını daha geniş araşdırdıqca, bunların öz başına 2təsadüfən" yaranmadığını anladı və inananlar sırasına qatıldı. O, özünün "İnsnın təbiətdəki yeri" kitabında yazır:"Mən günəşin doğmasına baxırdım və sanki birdən ayıldım. Məgər heyrətamiz deyilmi ki, belə böyük bir cism, hər gün eyni yerdən öz başını qaldırır və zülmətin hakimiyyətini məhv eləyir?!"
Tanrı və elm bir-birini isabt eləyən iki ayırılmaz hissədir.
Əgər təbiəti tanrı hesab edən naturalist və heç bir tanrı olmadan, insanın təsadüfən heyvandan yarandığını iddia edən materialistlər üçün vacib faktor elmdirsə, onda onlara elmin də Tanrının varlığını isabt etdiyini görüb, bu həqiqəti qəbul etməkdən başqa çıxış yolları qalmır.


* * *
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər    .:: Azerislam.com Forum ::. Forumun ana səhifəsi -> İslama Dəvət Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.

Azerbaijan<!--Iravan-end>
Azerislam
Azerislam
Waytoquran