Göndərilib: C.a. İyun 30, 2005 10:33 pm İsmarış mətni: Əgər sənin könlün varsa, könül kəbəsini tavaf et...
Übəy bin Ka`b (r.a.)`dan.Rasulullah (s.a.s.):‪übhəsiz, seirin bir qismində hikmət vardır.â€buyurmuşdur.
Tələsin insanlar,
Gecikin insanlar.
Tələsin insanlar, şadlıq görməyə,
Qəm qüssə görməyə gecikin bir az.
Tələsin insanlar deyib gülməyə,
Göz yaşı tökməkdən bezikin bir az.
Siz hərdən çıxarın xatirinizdən
Həyatda pislik var,qəm var, kədər var,
Siz hərdən çıxarın xatirinizdən
Həyatda dəhşətli faciələr var.
Xəyallar qoynunda uyuyun təmiz,
Ömr edin, yaşayın fikrinizdə nur,
Siz elə zənn edin planetimiz
Xeyirxahlıq üstə fırlanır,durur
Tələsin, tələsin tələsir zaman,
Düzəlməz işə də düzəldi deyin,
Hərdən qocaya da gəncsən cavansan,
Hərdən kifirə də gözəldir deyin.
Səs salın səmaya, suya, torpağa
Bu yola çağırın nəsilləri də,
Tələsin,adamlar əldən tutmağa,
Fəqət ev yixmaqda qalın geridə
Nə olar, bu dünya uçmayacaq ki,
Dərdli ürəklərin sevinci olun,
Siz günah yumaqda birinci, ilkin,
Günah işləməkdə mininci olun
Tələsin yaxşılıq daşımağa siz,
Onun yollarını tutub kəsməyin,
Tələsin ömr edib,yaşamağa siz,
Ölməyə, ölməyə çox tələsməyin...
Cabir Novruz (Allah ona rahmət etsin.Amin!)
Gülər üzüylə Muhammad (s.a.s.) İslam çərçivəsində zarafat həm hüzur verir, həm də insanlar arasında məhəbbətin və sevginin artmasına vəsilə olur.Zarafata yer verməmək ciddiyyət ola bilər, lakin hər şeyin dərininə getmək ifratdır və bu heç də xoş deyil.Şübhəsiz ki, zarafat da islami ölçüləri qorumaq şərti ilə olmalıdır.İslamın çox ciddi diqqət yetirdiyi müsəlmanlararası qardaşlıq, sevgi,insanlara təbliğ,dəvət, onlara mənəvi qida,qəlbləri qazanma, məhəbbət, xoşluq, və s. kimi mühüm mövqeləri əldə etmə baxımından zarafat və təbəssüm, gülər üzün əhəmiyyəti çox böyükdür.Başqa sözlə desək bunlar ibadət və sünnətdir.Cabir b. Abdullahdan (r.a.) rəvayətə görə peyğəmbər (s.a.s.): “hər cür yaxşılıq sədəqədir.†demişdir.Şübhəsiz ki,dövrümüzdə hər bir insanın ona yönəlmiş saf bir təbəssüm görməyə ehtiyacı var.Baxmayaraq ki, hazırda televizorda, internetdə, hətta yolla gedərkən insanı qəhqəhələrə boğa biləcək çox insanlar, tamaşalar, epizodlar var.Lakin bu qəhqəhədir, yəni təbəssümün ifratı.Hər ifrat isə yorucudur, ötəridir.Səmimi bir təbəssüm, xoş bir zarafat isə insana enerji verir.Dövrümüzün təhqiredici sözlərlə dolu, səmimiyyətdən və həyadan tamamilə uzaq olan “zarafatâ€ları hər dəfəsində insanları içindən yeyir və mənən öldürür. Qəlbin “kömək edin, axı mən ölürəm†kimi hayqırışlarına isə yalnız təbəssüm (rasulullahın (s.a.s.) sunnəsi) məlhəm olur.Hədis kitablarının hamısında zarafata yer verilir.Çünki Rasulullahın (s.a.s.) həyatında zarafata tez-tez rast gəlinir. Ənəs (r.a.): “ Rasulullah (s.a.s.) uşaqlarla zarafatlaşmada insanların ən qabaqcılı idi.†Rasulullah (s.a.s.) nəinki uşaqlarla eyni zamanda qadınlarla , kişilərlə, qocalarla, bir sözlə hər kəslə zarafatlaşırdı. Necə deyərlər, daima təbəssüm dolu idi. Rasulullah (s.a.s.) qaraqabaq deyildi.kafirlərin zülmünə, aclığa , əziyyətlərə, xainliklərə, münafiqlərin nifaqlarına,təhqirlərə, dağların belə qqaldıra bilməyəcəkləri yüklərə baxmayaraq üzündən heç vaxt təbəssüm əksik olmazdı.Səhabələr və Rasulullah (s.a.s.) tez-tez bir-birləri ilə zarafatlaşırdılar. Səhabələr (r.anhum) Rasulullaha (s.a.s.) : “ Ya Rasulullah , sən bizimlə zarafat edirsən!†dediklərində, Rasulullah (s.a.s.) cavab vermişdi: “ Mən zarafat belə olsa, haqdan uzaqlaşmaramâ€(Tirmizi, Birr 57,Hədis :1991) Rasulullah (s.a.s.)çox çətin bir işlə vəzifələnməsinə baxmayaraq, digər “vəzifəlilərlə†muqayisədə çox şən və dostluğu nə darıxıdrıcı, nə də quru idi. Rasulullah ( s.a.s.) səhabələrin də zarafatlarına uzun müddət gülərdi. Abdullah bin Haris (r.a.): “ Rasulullahdan (s.a.s.) xoş və təbəssümlü bir adam görmədim†demişdir. Cabir bin Səmurə (r.a.): “ Müsəlman olduğumdan bəri, Rasulullah (s.a.s.) məni həmişə xeyirxah bir şəkildə qarşəlayardı, hətta onun təbəssüm etmədiyini heç görmədim.†demişdir. Ənəs (r.a.): “Rasulullah (s.a.s.) zövcələri ilə bir olanda insanların ən xoşu və ən zarafatcılı idi.†Söyləmişdir. Aişə anamızdan (Allah ondan razı olsun) rəvayətə görə Rasulullahla (s.a.s.) həmişə qaçaraq yarışardılar. Hətta birində Aişə (r.a.) ötmüşdü, digərində isə Rasulullah (s.a.s.). Yenə bir dəfə Aişə (r.a.) ilə Hz. Sevda (r.a.) anamız Rasulullah (s.a.s.) ilə birlikdə yemək yeyirdilər. Sevda (r.a.): “ Bu yeməyi xoşlamıram†dedi. Aişə (r.a.): “ Yeməsən yeməyi üzünə sürtəcəm†deyərək Sevda (r.a.)-nin üzünə,sonra da Sevda (r.a.) Aişənin (r.a.) üzünə bir barmaq sürtərək zarafatlaşmışdılar. Hz. Peyğəmbər (s.a.s.) də bunları uzun müddət gülümsəməklə izləmişdi. Rasulullah (s.a.s.) həmişə təbəssüm etməyi və nəzakətlə zarafat etməyi sevərdi. Əbu-Hureyrə (r.a.)-nin rəvayətinə görə Peyğəmbər (s.a.s.) zarafat qədər səmimi söz və davranışları ilə əshabının içində onlardan biri kimi görünərdi. Şirin lətifələr edər, zarafatlarında yalana rast gəlinməzdi. Ənəs (r.a.) Rasulullahın (s.a.s.) ona: “ Ey iki qulaqlı!†deyə müraciət etdiyini bildirmişdir. ( Tirmizi, Birr57; Əbu Davud, Ədəb-92) Səhabələr arasında zarafatlar ilə məşhur olanlar vardırş Nuayman, Əbu Hureyrə, Abdullah ibn Huzafə, Zeyd ibn Sabit və s. Hətta sərt olan Hz. Ömərin belə zarafatlarına rast gəlmək olar.
Göndərilib: C. İyul 01, 2005 10:06 am İsmarış mətni:
Assalamu aleykum.
Ənəs (r.a.)-dan :Biz uşaq olanda Rasulullah (s.a.s.) yanımıza gələr bizimlə oturardı.Mənim Əbu Umeyr adlı bir qardaşım var idi, onun çox sevdiyi və həmişə oynadığı bir quşu var idi.Quşu öləndə Rasulullah ona: “ Ey, Əbu Umeyr nuğayr (sərçə balası) nə etdi?...â€-deyərdi.(Buxari Ədəb 81,Muslim Ədəb 30, Tirmizi,Birr 57, Əbu Davud, Ədəb 69,İbn-i Macə,Ədəb 24)
Göndərilib: C. İyul 01, 2005 10:07 am İsmarış mətni:
Assalamu aleykum.
Suheyb (r.a):gözüm ağrayırdı və xurma yeyirdim.Bunu görən Rasulullah (s.a.s.): Ey Suheyb, gözün ağrıya –ağrıya xurma yeyirsən?-deyərək mənlə zarafat etdi.Mən də ona dedim ki, “Ey Rasulullah mən ağrımayan tərəflə yeyirəm.â€Rasulullah (s.a.s.) da azı dişləri görünəcək qədər təbəssüm etdi.
wassalam.
Göndərilib: C. İyul 01, 2005 10:08 am İsmarış mətni:
Assalamu aleykum.
Muhammad b.ər-Rabi`(r.a.):Mən beş yaşımda olanda, Rasulullahın (s.a.s.) bir qabdan üzümə su tökərək, mənimlə zarafatlaşdığı yadımdadır.â€-demişdir.
Wassalam.
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.