"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!" (Qaf, 17-18)
Göndərilib: B. May 15, 2005 9:42 pm İsmarış mətni:
As salam aleikym
Barakallah fiik ,cox maragli informasiyadir.
Yassalam _________________ "Ashhadu Alla Ilaha Illa Allah Wa Ashhadu Anna Muhammadan abduhu wa Rasulu"
Daxil ol: B.e. Fev. 02, 2004 03:18 İsmarışlar: 172
Göndərilib: B.e. May 23, 2005 11:15 pm İsmarış mətni:
Ən birinci Allahu Təalanın yaratdığı, qələmdir.
Yer üzündə ən birinci dağ Əbu Qubeysdir.
Yer üzündə ən birinci qurulan məscid, Məscidül-Həramdır.
Adəmin ən birinci oğlu, Qabildir.
Cahiliyyət dövründə, oğurluğa görə ilk dəfə əli kəsən, Kə'bəyə daxil olduqda ayaqqabısını (ayağına geyindiyini) çıxardan, Vali bin Muğirədir.
Kişilərdən ilk islamı qəbul edən Əbu Bəkr, uşaqlardan (kiçik yaşlılardan) Əli bin Əbu Talib, qullardan Zeyd, qadınlardan Xədicə, Ənsarlardan Cabir bin Abdulla bin Rəbabdır.
Həbəşə ilk hicrət edən Hadib bin Amru-dur.
Mədinəyə ilk hicrət edən kişilərdən Musab bin Umeyr, qadınlardan isə Umm Gülsüm bint Ətbadır.
Ilk əzan çəkən Bilaldır.
Islamiyyətdə ilk məscid tikən Ammardı.
Islamiyyətdə ilk şəhid Sumeyyədir.
Peyğəmbərimiz (S.A.S) həyat yoldaşları:
Peyğəmbərimiz (S.A.S) bu qadınlarla sırasıyla evlənmişdir; Xədicə, sonra Sevda, sonra Aişə, sonra Həfsə, sonra Umm Sələmə, sonra Cuveyriyə, sonra Zeynəb bint Cəhş, sonra Zeynəb bint Xəzimə, sonra Umm Həbibə, sonra Safiyyə, sonra Meymunə. Xədicə və Zeynəb bin Xuzeymə, Peyğəmbərimiz (S.A.S)-in həyatda olduğu müddətdə vəfat etmişlər.
Peyğəmbərimiz (S.A.S)-in müəzzinləri:
Bilal - Sə'd – Ibn Umm Məktum – Abu Məhzura
Peyğəmbərimiz (S.A.S)-in yazıçıları (onun üçün yazanlar):
Əbu Bəkr – Ömər – Osman – Əli – Zeyd – Ubeyy – Muaviyə - Hənzalə - Xalib bin Sə'd – Əl-Alə bin Əl-Hadrami. Həmişə yazıya davam edən isə Zeyd və Muaviyə idilər.
Peyğəmbərimiz (S.A.S)-in həyatda olan müddətdə, Qur'ani Kərimi əzbər bilənlər:
Osman bin Affan – Ubeyy – Muaz bin Cəbəl – Əbu Dərda – Zeyd bin Sabit – Əbu Zeyd Əl-Ənsari – bir başqa rəvayətlərdə də Təmim Əd-Dari, Ubədə bin Samit və Əbu Əyyub.
Daxil ol: B.e. Fev. 02, 2004 03:18 İsmarışlar: 172
Göndərilib: Ç.a. May 24, 2005 11:32 pm İsmarış mətni:
Ən birinci Allahu Təalanın yaratdığı, qələmdir.
Yer üzündə ən birinci dağ Əbu Qubeysdir.
Yer üzündə ən birinci qurulan məscid, Məscidül-Həramdır.
Adəmin ən birinci oğlu, Qabildir.
Cahiliyyət dövründə, oğurluğa görə ilk dəfə əli kəsən, Kə'bəyə daxil olduqda ayaqqabısını (ayağına geyindiyini) çıxardan, Vali bin Muğirədir.
Kişilərdən ilk islamı qəbul edən Əbu Bəkr, uşaqlardan (kiçik yaşlılardan) Əli bin Əbu Talib, qullardan Zeyd, qadınlardan Xədicə, Ənsarlardan Cabir bin Abdulla bin Rəbabdır.
Həbəşə ilk hicrət edən Hadib bin Amru-dur.
Mədinəyə ilk hicrət edən kişilərdən Musab bin Umeyr, qadınlardan isə Umm Gülsüm bint Ətbadır.
Ilk əzan çəkən Bilaldır.
Islamiyyətdə ilk məscid tikən Ammardı.
Islamiyyətdə ilk şəhid Sumeyyədir.
Daxil ol: B.e. Fev. 02, 2004 03:18 İsmarışlar: 172
Göndərilib: Ç.a. May 24, 2005 11:35 pm İsmarış mətni:
Qur'ani Kərimi ilk toplayan Əbu Bəkr olmuşdur.
Nəhv elmini ilk qoyan Əbul-Əsvəd olmuşdur.
Qur'ani Kərimi ilk nöqtələyən (hərflərin nöqtəsini qoyan) Yəhya bin Ya'mur olmuşdur.
Insanlardan ən birinci qaldırılan (xaric olan) xuşu' olacaqdır.
Dinimizdən ən birinci itirəcəyim, əmanət olacaqdır.
Qiyamət gününün ilk əlaməti, günəşin qərbdən çıxması olacaqdır.
Daxil ol: B.e. Fev. 02, 2004 03:18 İsmarışlar: 172
Göndərilib: Çər. May 25, 2005 12:15 am İsmarış mətni:
4 nəfər nəsilliklə Peyğəmbərimiz (S.A.S) görüblər. Əbu Qəhafə, sonra onun oğlu Əbu Bəkr, sonra onun oğlu Əbdürrəhman, sonra onun oğlu Muhəmməd (Əba Ətiq).
Dörd qardaş olmuş və hər birinin arasında 10 yaş fərq olmuş. Bunlar, Əbu Talibin övladları olmuşlar. Talib, Uqeyl, Cə'fər və Əli. Talib, Uqeyldən 10 yaş böyük idi. Uqeyl, Cə'fərdən 10 yaş böyük idi. Cə'fər isə Əlidən 10 yaş böyük olub.
Aralarında bu qədər yaş fərqi olan hansı qardaşlar var?
Üç qardaş olmuş, onlar eyni ildə doğulmuş və eyni ildə doğulmuşlar. Həmçinin ölərkən, eyni ildə öldürülmüşlər, hamısının da 48 yaşı olmuş. Yezid, Ziyad və Müdrik, onlar Məhləb ibn əbi Səfranın övladları olub.
4 nəfər olubki, onların hər birinin 100 uşağı olub. Ənəs bin Malik – Abdullah bin Ömər Əl-Leysi – Xəlifə əs-Sa'di – Cə'fər bin Süleyman əl-Haşimi.
3 əmi oğulları olub və hamısı eyni zamanda yaşayıblar. Hər birinin də adı Əli olub. Hər birinin də bir oğlunun adı Muhəmməd olub. Oğullar da, atalar da tanınmış, şərəfli alimlərdir. Bu 3 əmi oğulları; Əli bin Huseyn bin Əli bin əbi Talib – Əli bin Abdullah bin Abbas – Əli bin Abdullah bin Cə'fərdir.
Bir qadının 7 oğlu olmuş, hamısı müsəlman olmuşlar və hamısı da Bədr savaşında iştirak etmişlər. Həmin qadın, Əfra bin Übeyddir.
Başqa bir qəribə hadisə də varki, bir qadının 4 qardaşı və 2 əmisi olub. Onlar hamısı Bədr savaşında iştirak ediblər. 2 qardaş və 1 əmi, Peyğəmbərimiz (S.A.S)-lə olub, 2 qardaş və 1 əmi isə, müşriklərlə olub.
Həmin qadın, Hind bint Umeyrdir. Iki müsəlman qardaşlar, Əbu Huzeyfə bin Utbə və Musab bin Umeyrdir. Müsəlman əmisi, Muammar bin əl-Harisdir.
Iki müşrik qardaşlar isə, Valid bin Utbə və Əbu Əzizdir. Müşrik əmi də, Şeybə bin Rabiədir.
Göndərilib: Çər. May 25, 2005 11:34 am İsmarış mətni:
Shahmar yazıb:
Üç qardaş olmuş, onlar eyni ildə doğulmuş və eyni ildə doğulmuşlar. Həmçinin ölərkən, eyni ildə öldürülmüşlər, hamısının da 48 yaşı olmuş. Yezid, Ziyad və Müdrik, onlar Məhləb ibn əbi Səfranın övladları olub.
assalmu aleykum bunlar əkiz olublar ? _________________
Daxil ol: B.e. Fev. 02, 2004 03:18 İsmarışlar: 172
Göndərilib: Çər. May 25, 2005 1:54 pm İsmarış mətni:
kapitan yazıb:
Shahmar yazıb:
Üç qardaş olmuş, onlar eyni ildə doğulmuş və eyni ildə doğulmuşlar. Həmçinin ölərkən, eyni ildə öldürülmüşlər, hamısının da 48 yaşı olmuş. Yezid, Ziyad və Müdrik, onlar Məhləb ibn əbi Səfranın övladları olub.
assalmu aleykum bunlar əkiz olublar ?
Oxuduğum mənbədə ekiz olduqları yazılmayıb. Amma məncə ekiz olmayıblar, yə'qinki anaları başqa olub.
XƏBƏRDARLIQ #1: Hörmətli istifadəçi, bu sizə ünvanlanmış ilk xəbərdarlıqdır. Polemika xarakterli və istifadəçilərin heysiyyatını alçaldan növbəti 2 yazınız forumdan xaric olunmağınıza gətirib çıxardacaqdır. Diqqətli olun. _________________ İslamdan yüksək şərəf yoxdur!!! (Hz. Əli (əleyhissalam))
Göndərilib: C. İyun 24, 2005 3:43 pm İsmarış mətni:
XƏBƏRDARLIQ#2: Hörmətli istifadəçi, bu sizə ünvanlanan ikinci xəbərdarlıqdır. Növbəti, son xəbərdarlıqdan sonra forumdan xaric olunacaqsınız. Odur ki, ehtiyatlı olmağınız tövsiyyə olunur. _________________ İslamdan yüksək şərəf yoxdur!!! (Hz. Əli (əleyhissalam))
Göndərilib: C. Fev. 17, 2006 7:58 pm İsmarış mətni:
Heç bilirdinizmi ingilis dilində ərəb dilindən hansı sözlər gəlib?
admiral(əl-əmr əl-bəhr)
adobe (əl-tubə) kərpic
albacore (əl-bukr) cavan dəvə
alchemy alcohol (əl-kuhl) kuhl ərəblərdə xüsusi boyadır.
alcove (əl-qubbah) qübbə
alembic (əl-əmbiq) stil
algebra (əl-cəbr) yenidən inteqrallaşdırma, yenidən birləşdirmə
alghorithm (əl-xarəzmi)
alkali (əl-qali) kömür və ya odun kömürü
almanac (əl-manax) əndəlüslü ərəb dilində işlədilən kəlimə olub, mənşəyi bilinmir.
antimony (əl-ismid) kimyəvi maddə, tibbdə istifadə olunur
apricot (əl-burquq) ərik
arsenal (dər assənəh) istehsal evi...və ya bir şeyin düzəldiyi yer
assassin (həşhəşiin) assassin- yəni kiralıq qatil: ərəb dilində isə "həşhəşiin" kəliməsi "xaş-xaş" istifadə edənlərə deyirlər. maraqlısı bu kəlimə ilə kiralıq qatil kəliməsinin nə əlaqədə olmasıdır. Çox ehtimal ki, ismailli şiələr bu kəliməni qatillət üçün istifadə etdikləri zaman ingilis dilinə keçmişdir, indi isə bu kəlimə ingilis dilində geniş istifadəyə malikdir. :D
attar (atr) ətir
azimuth (əs-sumut) coğrafiyada istiqaməti təyin etmək üçün istifadə olunan termindir, azimus... "əs-sumut" ərəb dilində yollar, yəni səmtlər anlamına gəlir...
bezoar (bəzəhr, bu kəlimə özü isə ərəblərə farslardan keçib) ingilislər bu kəliməni tibbdə qarındakı xas olmayan, yəni kənardan gəlmə maddələrə deyirlər.
bint (bint) ingilislər bu sözü bəzən gənc qızlar üçün istifadə edirlər.
bled (bələd) geniş açıq düzənlik, məkan _________________ Doğrusunu Allah bilir!
Göndərilib: C. Fev. 17, 2006 8:53 pm İsmarış mətni:
caliber (qalib) qəlib. (kaliber, müxtəlif qəliblər, ayaq ölçmək üçün alətlər və s.)
camise (qamis) köynək
camphor (kafur) kafur: kafur malay dilindən gəlir əslində, Asiyada bitən ağaca malayların verdiyi addır. kafurun istifadəsi genişdir, gözəl ətrə sahibdir, və nanəni xatırladan sərinləşdirici və hətta ağrı kəsici effektləri var.
candy/ sugar candy (qəndi) qəndi kəliməsi ümumiyyətlə kristallaşdırılmış, şəkərləşdirilmiş anlamına gəlir. Qənd kəliməsi özü isə əslən qamış şəkəri deməkdir. Söz mənşə etibarı ilə dravid dillərindən qaynaqlanır, bu dillər isə özünə məxsus xüsusiyyətlərə sahibdir, bu dil əsasən Cənubi Hindistan, Şri Lanka, eləcə də Pakistanın və Nepalın bəzi hissələrində, və İran və Əfqanıstanən bəzi hissələrində istifadə olunun dillərdir. 26 dili tərkibinə alır. Bu dillər qrupu heç bir dil ailəsinə aid edilmir.
carat (qirat) kiçik çəki vahidi (ərəblərə yunanlardan gəlmişdir) _________________ Doğrusunu Allah bilir!
Göndərilib: C. Fev. 17, 2006 11:29 pm İsmarış mətni:
carmine və yaxud crimson (qirməzi) al qırmızı, malina rəngi...ingilis etimoloqları bu sözün ərəb dilindən gəldiyini iddia edirlər, lakin ola bilsin ki, söz klassik ərəb dilində istifadə olunub, amma çox güman ki bu söz türk dillərindən ərəb dilinə keçmiş bir kəlimədir. lakin ərəblərdə eləcə də qirmiz adında həşərat da mövcuddur, bu həşəratda ərəblər boya alaraq istifadə ediblər.
checkmate (shah mət) yəni şahmat...kəlimə tərkib etibarı ilə fars mənşəli, lakin sonradan ərəb tərəfindən də istifadə olunan "şah" kəliməsindən və sirf ərəb dilində ölmüş, ölü anlamlarında olan "mət" dən ibarətdir.
cipher (sıfr) boş deməkdir.
coffee (qahuə) qəhvə
cotton (qutn) pambıq
dhow (dəu) bir yelkənli ərəb gəmiləri
dragoman (tarcumən) tərcüməçi
drub (darabə) vurmaq
Dura Mater bu sözün mənası əvvəlki dövrlərdə ingilis məktəblərində "ana" kəliməsi üçün istifadə olunmuşdur. Anatomiyada isə möhkəm beyin qabığına bu ad verilmişdir. sözün maraqlı tarixi var, beləki söz latin dilində avropa dillərinə gəlmişdir. lakin latın dilinə isə kalka üsulu ilə ərəb sözü olan "umm əl-ğalidəh" sözündən gəlmişdir. Hərfən sözün mənası sərt ana deməkdir.
efreet (ifrit) ifritə, əjdaha
El Cid (əl-seyyid) Ağa, Lord
elixir (əl-iksir) mənşə etibarı ilə "fəlsəfə daşı" mənasini verən bu söz ərəblərə yunanlardan keçmişdir.
fakir (fəqir) kasıb
fardel (fərdah) yük, paket, şələ, əziyyət, kədər....
fellah (fəllah) kəndli, cütçü
felluca (fulk) gəmi növü , ərəb dilində "fələqa", yumru olmaq kəliməsindən gəlmişdir.
hazard (yasara) ərəb dilində zərr oynamaq anlamında olan bu kəlimədən gəlmişdir, lakin hazard indi daha geniş anlamda işlənilir, təhlükə, riskli oyunlar, şans kimi mənaları var...
gazelle (ğəzəl) antilop növü
genie (cinni) ruh
ghoul (ğul) div, şeytan ( ğala, cəld götürmək) ingilis dilində ghoul sözü vampir, qorxunc şeylər üçün istifadə olunur, eləcədə qəbir oğrularına da bu ad verilib.
giraffe (zarafa) zürafə _________________ Doğrusunu Allah bilir!
Göndərilib: C. Mar. 03, 2006 4:55 pm İsmarış mətni:
Islam Tarixində ömrü boyu evlənməmiş alimləri tanıyırsınızmı?
Bu siyahını
1. İbn Teymiyyə ilə başlayaq, bu mübarək zat evlənməmiş və subay olaraq Rəbbinə qovuşmuşdur.
2. Bişr ibn əl-Haris əl-Hafi, bu alim tərk-dünyalığı ilə seçilmişdir.
3. əl-Zəməxşəri, ərəb dilinin qrammatikası üzrə mütəxəssis, və "əl-Kəşşəf" adlı Quran təfsiri kitabının müəllifi
4. Abdullah ibn Əbi Nəcih, məşhur müfəssirlərdən biri
5. Hanə ibn əl-Sirri, məşhur zahid bir alim, "Kitab əz-Zuhd" əsərinin müəllifi
6. Muhəmməd bin Cərir ət-Tabari, bu alimi tanıtmağa ehtiyac yoxdur bəlkə də, müfəssirlərin əmiri desək bəlkə də isabət etmiş olarıq
7. Əbu Əli əl-Qari, ərəb dili üzrə alim
8. Əbu Səəd əl-Səm'ani, "əl-Ənsəb" kitabının müəllifi, bu kitab nəsəb barədə yazılmış nadir kitabdır.
9. İmam ən-Nəvəvi, "əl-Minhəc" və "Riyadus-Salihin" kitablarının müəllifi, "Sahih-Muslimin" Şarihi...
Bu onlardan bəziləri idi...
Onu qeyd etmək istəyirik ki, Buxari evli olmuşdur, lakin uşağı olmamışdır. Bu barədə bax: "Marifəh Ulum əl-Hədis", əl-Hakim
Ümumiyyətlə subay alimlər haqqında Şeyx Abdulfəttah Abu Ğuddah "əl-Ulmə əl-Azab" (subay alimlər) kitabında bu alimlərin həyatı bəhs olunur...lakin bu qeyd etdiklərimiz onların içindən bəziləridir. _________________ Doğrusunu Allah bilir!
Bu işarənin tarixi Orta əsrlərə dayanır. Nəsrani rahibləri öz dəyərli perqamentlərinə qənaət etmək üçün sözləri qisaldardılar. Və bunun nəticəsində latin dilindəki "ad" kəliməsi (istiqamət, məkan, yaxınlıq bildirən nitq üzvüdür) @ kimi yazılmağa başlandı. _________________ Doğrusunu Allah bilir!
Göndərilib: C. Apr. 07, 2006 1:53 am İsmarış mətni:
Salam aleykum.
BILIRSINIZMI KI,Islamda kafirlerin adeti oldugu uchun, taxilmasi beyenilmeyen galstuk kishilerde korluga sebeb olur?
Britsh Journal of Ophalmology jurnalinda geyd olunan melumata esasen, amerikan oftalmologlarinin arashdirmalari neticesinde aydin olmushdur ki, daimi olarag galstuk taxan kishilerin 75% -de tezlikle gorme problemleri meydana chixir. Buna sebeb seligeli olsun deye berk sixilan galstukun boyundaki shah damari sixma neticesinde emele gelen gan tezyiginin birbasha goz bebeyine tesiridir.
Göndərilib: C. Apr. 07, 2006 11:06 pm İsmarış mətni:
Bu materialistlərə soruşmaq lazımdır.
50 kq. çəkidəki bir insan orqanizmi 31 kq. oksigen atomu, 10.5 kq. karbon atomu, 5 kq. hidrogen atomu, 1,5 kq. azot atomu, 1 kq. kalsium, 0,5 kq. fosfor, 125 qr. kalium, 100 qr. kükürd , 60 qr. xlor, 40 qr. natrium, 20 qr. maqnezium və 2 qr. dəmir atomundan ibarətdir. O zaman bu insan nə üçün bu qədər dəyərlidir?
Təbii ki, bizi dəyərli edən mənəviyyatımızdır. _________________ Doğrusunu Allah bilir!
Göndərilib: Ş. Apr. 08, 2006 3:54 am İsmarış mətni:
Salam aleykum.
BILIRSINIZMI Ki...
*** pishiklerin burunlari insanlarin el izleri kimi unikaldir;
*** pishikler sichanlari tutmagla her il 10 ton taxila genaet etmish olurlar;
*** Ebu Hureyre "pishiklerin atasi" demekdir;
*** pishiklerin sigallanmaga bele maragi insanlarin menfi enerjilerini chekib oz canlarina toplamaglarindan ve belelikle insanlara komek etmelerinden ireli gelir;
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.