MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Mən inanıram.
Səhifə 1, 2  Sonrakı
 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> İSLAMA DƏVƏT
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: C.a. Mar. 03, 2005 5:43 pm    İsmarış mətni: Mən inanıram. Sitatla cavab ver

Mən inanıram.

* * *

Sual: Allaha inanırsan?
Cavab: İnanıram.

* * *

Sual: Sən onu görmüsən?
Cavab: Yox, mən Allahı görməmişəm.

* * *

Sual: görmədiyin bir şeyə necə inana bilərsən?
Cavab: Həyatda görmədiyimiz amma varlığına əmin olduğumuz çox şey var.

* * *

Suaı: Məsələn?
Cavab: Məsələn, hər ikimiz oksigenlə nəfəs alırıq, amma oksigeni gözümüzlə görmürük. Radioya qulaq asırıq, amma radio dalğalarını görmürük. Həmçinin müxtəlif qüvvələrin (ağırlıq qüvvəsi, maqnit qüvvəsi və s.) olduğunu bilirik, amma gözümüzlə onları görmürük.

* * *
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Qonaq






İsmarışGöndərilib: C. Mar. 25, 2005 9:44 am    İsmarış mətni: Sitatla cavab ver

Salam Zehra xanım.Allahın varlığına inanmaq Allaha iman etmek deyil.Çünki Mekke müşrikleride Allaha inanırdılar.Hetda günümüzdekilerden ferqli olaraq ibadetde edirdiler.Demek istediyim odur ki Allaha iman onun TÖVHİDİNE iman demekdir.Yeni ULUHİYYETİNE RUBUBİYYETİNE ve AD ve SİFETLERİNE iman etmekdir. İnsanların daima pozduqları ULUHİYYET TÖVHİDİ olub. Rububiyyeti qebul edibler.Yeni Allahın var olmasını ruzi vermisini yeri göyü yaratmasını qebul edirdiler.Esas problemleri Allahla birlikde başqa İLAHLAR da qebul edirdiler.delil yazıram
''Həqiqətən, əgər onlardan: "Göyləri və yeri kim yaratmışdır?!" - deyə soruşsan, mütləq: "Allah!" - deyə cavab verəcəklər. De: "Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan qeyri ibadət etdikləriniz (ilahlar) Onun zərərini aradan qaldıra bilərlərmi?! Yaxud: "Əgər Allah mənə bir mərhəmət əta etmək istəsə, onlar Onun mərhəmətinə mane ola bilərlərmi?!" De: "Mənə təkcə Allah kifayət edər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edərlər!" ZUMER 39/38

''(Ya Rəsulum!) De: "Sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə sahib olan (onları yaradan) kimdir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? Hər işi düzüb qoşan (səhmana salan) kimdir? Onlar: "Allahdır!" - deyəcəklər. De: "Bəs onda Allahdan qorxmursunuz?" YUNUS 10/31
ZEHRA xanım bu yaelere diqqet etseniz göreceksiniz ki Müşrikler Allahı qebul edirdiler lakin şirk qoşurdular.Bunları yazmaqda neqsedim odur ki Allahın varlığına inanmaq hele müselman olmaq deyil.
Teşekkürler
Əvvələ qayıt
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: C.a. Apr. 28, 2005 5:07 pm    İsmarış mətni: Sitatla cavab ver

* * *

Sual: Yuxarıda adı çəilən şeylərin mövcu olduğunu bizə onların xüsusiyyətləri xəbər verir. Bəs Allahın xüsusiyyətləri varmı və varsa hansılardır?
Cavab: Əlbəttə var. Məsələn, pəncərədən küçəyə baxanda, evlərin, ora-bura şütüyən maşınların və s. olduğunu görmək olar. Evləri gördükdə onları kiminsə tikdiyi o dəqiqə adamın ağlına gəlir. Eləcə də səmaya, uca dağlara, minlərlə təbiət gözəlliklərinə baxdıqda da onların bir Yaradıcısı olduğu adamın ağlına gəlir. Bir qulaq verin bu barədə fəlsəfə emləri doktoru Vilyam Nabloş nə deyir:
"Dünaynın belə kamil və təkararolunmazlığı bir çox astronomları bu dünyanın Kimsə tərəfindən yaradılıdğı qənaətinə gəlməyə məcbur etmişdir. "

* * *
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: B. May 07, 2006 8:53 pm    İsmarış mətni: Sitatla cavab ver

* * *

Sual: Təbiət yaradıcı yaxud tanrı ola bilərmi?
Cavab: Yox.

* * *

Sual: "Yox" deyirsiniz. Bəs cavabınızı necə isbat eləyə bilərsiz?
Cavab: Biz Allahın var olduğunu bizə Onun yaratdıqlarındakı nişanələr deyir, təbiətin nəsə yartdığna dair isə heç bir nişanə, əlaməti görmürük. Məsələn, biz gözəl ev görəndə, onu tikən bənnaya necə heyran oluruqda, mavi səmanı, uca dağları, müxtəlif heyrətamiz çiçəkləri gördükdə də Tanrının hər şeyə qadir olduğunu, müdrik olduğunu qəbul edirik.
Ona görə də danışmayan, eşitməyən, insana tabe olan təbiətin yaradcı, tanrı olduğuna süura, hislərə malik olan insanları və başqa canlılrarı yaratdığına inanmaq ağılsızlıq olardı.
Həqiqətən materialistlər Tanrının düşmənləridir. Onlar bütün insanlığı alçaldaraq, onun meymundan əmələ gəldiyini iddia eləyirlər. Ateizmdən dərs deyən ateist müəllimin tələbələri ilə söbətinə və tələbələrin cavabına bir baxın:
Bu müəllim tələbələrinə belə bir sual verir?
- Siz məni görürsünüz?
Tələbələr:
- Bəli, görürük, müəllim.
Müəllim:
- Bu ona görədir ki, mən mövcudam. Bəs siz lövhəni görürsünüzmü?
Tələbələr yenə "hə" dedilər.
Müəllim:
- Bu ona görədir ki, lövhə də var, mövcuddur. Bəs siz Allahı görürsünüz?
Tələbələr:
- Yox, görmürük.
Müəllim:
- Demək o, yoxdur.
Bu cavabdan sonra itiağıllı bir tələbə yerindən qalxaraq, öz yoldaşlarına müraciətlə belə bir sual verir:
- Siz müəllimin ağlını görürsünüzmü?
Tələbələr "yox" cavabı verdikdə, gənc davam edərək belə dedi.
- Demək ki, müəllimin ağlı da yoxdur.
Tələbələr bu cavaba gülməyə başladıqda, ateist müəllim qızardı.
Kommunizmin liderləri milyonlarla inananları məhv edərək, kitab və ədəbiyyatlarını yandıraraq, məscid və məbədləri yandıraraq Tanrıya qalib gəldiklərini zənn edirdilər. Amma çox az müddət sonra onlar görülər ki, insanların qəlblərindəkinə, fitrətindəkinə qalib gəlmək qeyri mümkündür. Görün, Stalinin qızı Svetlana Stalin nə deyir:"Mən elə bir ailədə tərbiyə olunmuşam ki, orda heç kim tanrıya inanmırdı. Böyüdükcə daxilimdə bir qüvvə deyirdi:"Tanrıya inamsız həyat həyat deyil. Tanrıya inanmadan cəmiyyətdə ədalət qurmaq mümkün deyil". Və mən qəlbən inanırdım ki, insanın tanrıya inamı havaya, suya olan tələbat kimi bir tələbatdır."
Bu hətta öz qızına belə allahsızlığı aşılaya bilməmiş bir kommunist liderin aqibətidir və bu aqibət biz insanlar üçün ibrətamizdir.
Dünya elminin nəaliyyətləri insanın gözündən allahslıq pərdəsini çəkib cırır. Məşhur alimlərdən Oliver Holms deyir:
"İnsanın sahib olduğu informasiyanın həcmi artıqca, elm və din arasında əmələ gəlmiş çat da bir o qədər daralır. Elmin düzgün başa düşülməsi ilə insanların Tanrya olan inamı da artır."
Dünyada hökm sürən harmoniya və qayda-qanun müdrik insanları heyrətə gətirir. Tomas Hekseli- məşhur ingilis materialist alimi çoxlu kitablar yazar, darvin nəzəriyyəsini müdafiə edərdi. Lakin öz ətrafında Tanrının yaratdıqlarını daha geniş araşdırdıqca, bunların öz başına 2təsadüfən" yaranmadığını anladı və inananlar sırasına qatıldı. O, özünün "İnsnın təbiətdəki yeri" kitabında yazır:"Mən günəşin doğmasına baxırdım və sanki birdən ayıldım. Məgər heyrətamiz deyilmi ki, belə böyük bir cism, hər gün eyni yerdən öz başını qaldırır və zülmətin hakimiyyətini məhv eləyir?!"
Tanrı və elm bir-birini isabt eləyən iki ayırılmaz hissədir.
Əgər təbiəti tanrı hesab edən naturalist və heç bir tanrı olmadan, insanın təsadüfən heyvandan yarandığını iddia edən materialistlər üçün vacib faktor elmdirsə, onda onlara elmin də Tanrının varlığını isabt etdiyini görüb, bu həqiqəti qəbul etməkdən başqa çıxış yolları qalmır.


* * *
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: B.e. Avq. 21, 2006 9:13 pm    İsmarış mətni: Sitatla cavab ver

* * *

Sual: Yaradan hansı xüsusiyyətlərə malikdir və onları hardan öyrənmək olar?
Cavab: Biz özümüzə və ətrafımıza baxanda Yaradanın bəzi xüsusiyyətlərinə rast gəlirik.
Məsələn, məsələn maşına baxanda, hökmən onu ixtira edənin ağllı, praktik fikirli insan olduğunu, pis və ya yaxşı texniki bacarıqlara malik olduğunu bilirik.
Eləcə də biz özümüzə, öz ətrafımıza baxanda da dərk edə bilərik ki, bizi Yaradan necə də hər şeyi biləndir, necə qüdrətlidir və müdrikdir və s.

* * *

Sual: Yaradanın xüsusiyyətləri yaratdıqlarına bənzəyə bilərmi?
Cavab: Yox. Necə ki, Yaradan özü yaratdıqlarına bənzəmir (əks halda o Yaradan ola bilməzdi), eləcə də Onun yaratdıqları öz xüsusiyyətlərinə görə heç vaxt yaradıqlarının xüsusiyyətlərinə bəzəyə bilməz.

* * *

Sual: Bəs həmin fərq nədədir?
Cavab: Məsələn, həyat. Bu həm Yaradanda, həm də yaradılmışda var. Amma yaradılmışın həyatı məhdurddur, amma Yaradanın nə əvvəli var nə axırı.
Yaxud bilik. İnsan nə qədər oxusa da, elm alsa da, heç vaxt hər şeyi öyrənə bilməz. Amma Yaradanın biliyi isə hərtərəflidir, O, hər şeyi bilir.
Ya da güc. İnsanın gücü məhduddur. Nə qədər güclü insan olsa da, o hökmən qidalanaraq, yataraq itirdiyi gücü bərpa etməlidir. Amma Yaradandan isə nə yorğunluq bilir nə də mürgü. O hər şeyə qadirdir.
Yaradanın digər xüsusiyyətlərini isə biz Onun Kitablarından yaxud Onun göndərdiyi elçilərin sözlərindən öyrənə bilərik.

* * *
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: C.a. Avq. 24, 2006 10:00 pm    İsmarış mətni: Sitatla cavab ver

* * *

Sual: O dediyiniz kitablar nəyə deyirsiniz?
Cavab: Allahın Kitabları dedikdə, nəzərdə tutulan Yaradanın öz peyğəmbərlərinə göndərdiyi və insanlar üçün doğru yol göstəricisi olan kitablardır.

* * *

Sual:
Həmin kitablarda nə yazılıb?
Cavab: Orda Allahın buyurduqları, Onun qadağaları, insanlığın bilməyi lazım olan haqq və Yaradanın insanların bilməyini istədiyi hər şey yazılıb.

* * *

Sual: O kitabları oxuyanda nə örənmək mümkündür?
Cavab: Bu kitablar insanların bu dünyadakı kompasıdır, əgər o olmasa, insan hökmən düz yoldan ayırılıb şeytanın ovu olacaq. Dünyada elə bi normalr insan yoxdur ki, bu kitablarıı oxumadan haqqı tapdığını iddia edə bilsin.

* * *
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: B.e. Avq. 28, 2006 11:25 pm    İsmarış mətni: Sitatla cavab ver

* * *

Sual: Bəyəm insan hər şeyi özü başa düşə bilməz?
Cavab: Yox. İnsan şüuru məhduddur. Bu şüur Allahın mövcudluğunu və Onun bu dünyanı yaratdığını və bir neçə başqa xüsusiyyətini dərk etməyə qabildir. Vəssalam. Lakin insan öz şüuru ilə nə məqsədlə yaradıldığını dərk edə bilməz. Kim ki, düşünür müqəddəs kitabları oxumamış haqqı dərk edə bilər, yanılır. Allah ən müdrikdir, və O lazım olmayan şeyi etmir. Ona görə də kitabları və peyğəmbərləri boş-boşuna göndərməmişdir.

* * *

Sual: Bu kitablar neçə dənədir və necə adlanırlar?
Cavab: Onların dəqiq sayını yalnız Allah bilir.
Ona görə ki, onlar minilliklər boyu göndərilmişdur və onlardan bəziləri artıq yoxdur. Bu gün İbrahimə göndərilən səhifələr, Davuda, Musaya, İsaya və Məhəmmədə (Allahın salamı onların hamısına olsun!) göndərilmiş kitablar məlumdur. Onlar müxtəlif dillərdədir, və hərəsinin öz adı var. Ona görə də əsas olan bu kitabların Allah tərəfindən nazil edildiyinə iman gətirməkdir, sayını isə yalnız Allah bilir.

* * *

Sual: Bütün kitablar eynidir və onların hamısında eyni şeylər yazılıb?
Cavab: Xeyr. Kitablar müxtəlif zamanlarda göndərilmiş və müxtəlif insan cəmiyyətləri üçün nəzərdə tutulmuşdur. Allah hər zaman və hər qövm üçün bilməkləri lazım olanları göndərmişdir.
Ona görə də hər yeni kitab nazil olduğu zaman ondan əvvəlki kitabdakı qaydalar qüvvədən düşürdü. Lakin bütün kitabların başlıca məqsədi və məğzi eyni idi.

* * *
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: Çər. Avq. 30, 2006 10:20 pm    İsmarış mətni: Sitatla cavab ver

* * *

Sual: O dediyiniz kitablardan hansı indiki zaman üçün aktualdır və o kimlər üçün göndərilib?
Cavab: Məhəmmədə (s.ə.s) göndərilmiş Quran. Bu Kitab 114 "surə" adlanan bölmədən ibarətdir və orda cəmo 6666 ayə vardır.
Quran yer üzündə yaşayan və Qiyamət Gününə qədər yaşayacaq bütün insanlar üçün nəzərdə tutulmuşdur, ona görə ki, o sonuncu müqəddəs kitabdır.

* * *

Sual: Surə nədir?
Cavab: Surə Quranın bölmələridir, hər bir sürə Allahın adı ilə başlayır və bir neçə ayədən ibarətdir. Məsələn, ən uzun surə olan "Bəqərə" (İnək) surəsi 286 ayədən ibarətdir. Ən qısa surələr isə "Əsr", "Kövsər" və "Nəsr" surələridir, cəmi 3 ayədən ibarətdir.

* * *
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Fred



Daxil ol: C.a. Avq. 31, 2006 23:30
İsmarışlar: 14

İsmarışGöndərilib: C. Sen. 01, 2006 6:48 pm    İsmarış mətni: Sitatla cavab ver

Zehra_H materiala gore chox saqol.Bir shey elave etmek isterdim.Bizden ateistler sorushandaki Allah varsa,Onu goster,onda bele cavab da vermek olar.Eger Allahi insanlar gore bilseydi,onda o Allah olmazdi!Allah Oz varligina subut kimi Quran kitabini Peygember vasitesile gondermishdir.Ve bu kitab 21 esrde insanlarin keshf etdiyi yeniliklerden 1400 il evvel xeber verib.[/i]
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: C. Sen. 01, 2006 7:28 pm    İsmarış mətni: Sitatla cavab ver

Assalamu aleykum.
Siz də çox sağ olun, qardaşım. İnşAllah davamını da tərcümə edib burda yerləşdirəcəm. Dediklərinizin hamısında sizinlə razıyam.
Assalamu aleykum.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Fred



Daxil ol: C.a. Avq. 31, 2006 23:30
İsmarışlar: 14

İsmarışGöndərilib: C. Sen. 01, 2006 7:41 pm    İsmarış mətni: Sitatla cavab ver

[quote="Zəhra_H"]Assalamu aleykum.
Siz də çox sağ olun, qardaşım. İnşAllah davamını da tərcümə edib burda yerləşdirəcəm. Dediklərinizin hamısında sizinlə razıyam.
Assalamu aleykum.[/quote]
O meqaleni hardan tapa bilerem?Dediz tercume edeceksiniz!Mene english ve ya russian versiyasi lazimdir!Imkan varsa o meqaleni burda yerleshdirin!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: C. Sen. 01, 2006 7:56 pm    İsmarış mətni: Sitatla cavab ver

Assalamu aleykum.
Burda həmin məqalə Rus dilində var:
http://www.kavkazcenter.com/russ/islam/islam_lib/ya_veruyu.shtml
P.S.:Danışarkən salam vermək müsəlmanın əxlaqlarındandır qardaş. Bir də səhv eləmirəmsə, avatarda canlı insan, heyvan şəkli yerləşdirmək qadağandır.
Assalamu aleykum.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Fred



Daxil ol: C.a. Avq. 31, 2006 23:30
İsmarışlar: 14

İsmarışGöndərilib: C. Sen. 01, 2006 8:04 pm    İsmarış mətni: Sitatla cavab ver

Sitat:
Assalamu aleykum.
Burda həmin məqalə Rus dilində var:
http://www.kavkazcenter.com/russ/islam/islam_lib/ya_veruyu.shtml
P.S.:Danışarkən salam vermək müsəlmanın əxlaqlarındandır qardaş. Bir də səhv eləmirəmsə, avatarda canlı insan, heyvan şəkli yerləşdirmək qadağandır.
Assalamu aleykum.

Oldu)Bagishla Salam vermedim!Sayta gore chox saqol!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: Ç.a. Sen. 05, 2006 10:30 pm    İsmarış mətni: Sitatla cavab ver

* * *

Sual: Ayə nəyə deyilir?
Cavab: "Ayə" sözü ərəb dilində "nişanə" mənasına gəlir. Ümumilikdə isə hər bir surə öz-özlüyündə müəyyən mənaya gələn cümlələr toplusundan ibarət hissələrəbölünür və bunlar ayə adlanır.
Bu ayələri oxuduqca, onlaraqulaq asdıqca insan başqa düşür ki, o, özü belə bir məzmunda, üslub və quruluşda olan belə mükəmməl şerləri yaza bilməz.
Məhz bu da həmin ayələrin mükəmməlliyinin təsdiqləyən nişanələrdən biridir.
Qurandakı bütün surə və ayələr nömrələnmişdir.
Allah Bəqərə surəsinin 23-24-cü ayələrində Quranın insan tərəfindən yazıldığını iddia eləyənlərə müraciətlə bildirir ki, heç olmazsa onlar da eyni forma və üslübda, eyni məzmunda bircə dənə surə yazsınlar, görsünlər yaza bilərlərmi:
"Əgər bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa, siz də (fəsahətdə və bəlağətdə) ona bənzər bir surə gətirin və əgər (“bu, bəşər kəlamıdır” sözünü) doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bütlərinizi, şair və alimlərinizi bu işdə köməyə) çağırın!
Madam ki, bele bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və kibrit daşlarından ibarət olan oddan (Cəhənnəmdən) həzər edin! "
(Bəqərə 23,24)
Allahın inanmayanlara etdiyi bu çağırış artıq 14 əsrdir mövcud olmağına baxmayaraq, na cavab verən hələ də tapılmamışdır.
Həqiqətən düşünən, analiz etmyi bacaran ağıl sahibləri, Quranı oxuyarkən, ona qulaq asarkən bunun Yaradanın Kəlamları olduğunu anlamış və haqqı tapmışlar. Quranı oxuyub, sonra müsəlman olan avropalılardan bi neçəsinin dediklərindən:
Şərqşünas alim Sil deyir:
"Şübhəsiz ki, Quranın oxunuşu olduqca ahəngli və gözəldir. Maraqlıdır ki, bu kitab insanların həm ağıllarına, həm də qəlblərinə eyni anda təsir edir və xristianları onu oxumağa davam etdirir. Məhz bu məsələdə (yəni cəlbedici olmağında) həm Quranı oxuyub ona inanan həm də inanmayanlar həmfikirdirlər."
Digər şəqşünas Qerşafld deyir:
"Məna və avazılılığına görə Quran digər səmavi kitablardan fərqlənir və elm kimi öyrənilməsi diqqətşəyandır."
Fransız alimi Moris deyir:
"Şübhəsiz ki, Quran bütün göndərilmiş kitabların içində ən yaxşısıdır və onun həqiqət olmasına heç bir şübhə yoxdur"
Şərqşünas Alim Lyun demişdir:
"Keçən 14 əsrin Quranı dəyişmədiyi bu kitabın böyüklüyünü göstərir"
Bu həmin etiraflardan yalnız bir neçəsidir. Quranda hələ minlərlə açılmamış hikmət, dəlil gizlənir.
Bax, gör Allah nə deyir:
"Onun (Quranın) haqq olduğu onlara (müşriklərə) bəlli olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də onların öz daxilində mütləq göstərəcəyik"
(Fusillət, 53)
Quranın fəziləti bununla bitmir. 14 əsr bundan əvvəl Quranla nazil olmuş bir sıra həqiqətlər yalnız günümüzdə elmin kəşfləri ilə təsdiqlənmişdir:
Məsələn, yuxarı qalxdıqca təzyiqin artması nəticəsində nəfəs almağın çətinləşdiyini yalnız aeroplan kəşf olunduqdan sonra öyrənən insanların bir çoxu bilmir ki, Allah Quranda inanmayanların halını təsvir edərək belə deyir:
" kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar. O, sanki göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər!" "
(Quran, Ənam, 125)
Yaxud Hicr surəsində deyilən kimi məhz külək vasitəsilə bitkilərin tozlanmasını insanlar çox-çox sonralar kəşf etdilər:
Biz (buludla) yüklənmiş (bitkilərə, ağaclara həyat verən, onları tozlandıran) külək göndərdik, göydən yağmur endirib sizə su verdik (içirtdik).
(Hicr, 22)
Quranda bir çox belə ayələr mövcuddur.
Lakin Quranın göndərilməsinin əsas məqsədi Allahdan başqa ilah olmadığını insanlara çatdırmaqdır.
" (Ya Rəsulum!) Bil ki, Allahdan başqa heç bir tanrı yoxdur"
(Məhəmməd, 19)
"Əgər (yerdə və göydə) Allahdan başqa tanrılar olsa idi, onların ikisi də (müvazinətdən çıxıb) fəsada uğrayardı. Ərşin sahibi olan Allah (müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaqdır! "
(Ənbiya, 22)
Quran insanların etdikləri ən kiçik yaxşılığın belə mükafatsız qalmayacağını, ən xırda pisliyn belə cəzasız ötüşməyəcəyini insanlara öyrədir:
Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır).
Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).
(Zilzal,7, 8)
Quran həm də insanlara valideynlərə yaxşılıq etməyi öyrədir:
"Biz insana ata-anasına yaxşılıq etməyi (valideynlərilə gözəl davranmağı, onlara yaxşı baxmağı) tövsiyə etdik"
(Əhqaf, 15)
Və gözəl işlər görənə Allah Cənnəti vəd edir:
" İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır.
Onlardan öz Rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan. Bu (nemətlər) Rəbbindən qorxanlar üçündür!"
(Bəyyinə, 7, 8)
Allah öz bəndəsindən razı olduqda onu ən gözəl mükafat gözləyir - Cənnət, harda ki, içərisindən süd, bal axan çaylar, əbədi həyat və hər cür zövqverici şeylər var. Və bəndə öz Rəbbindən razı qalacaq. Və bu həqiqətdir.

* * *
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: C. Sen. 08, 2006 12:41 am    İsmarış mətni: Sitatla cavab ver

* * *

Sual:
İnananların qeyr-müsəlmanlara qarşı mövqeyi necə olmalıdır?
Cavab: Uca Allah buyurur:
"Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!"
(Mümtəhinə, 8)
Bəli, Allah Ona iman gətirməyənlərə qarşı mehriban davranmağı qadağan etmir. Lakin bu heç də onlarla həddən artıq yazınlıq etmək mənasına gəlmir. Belə mehriban davranmaqla müsəlman həmçinin inanmayanlara onu Axirətdə nələrin gözləyəcəyini də xatırlatmalıdır.
Uca Alla buyurur:
"De: “Yer üzünü dolaşın və sonra görün ki, (peyğəmbərlərə) yalançı deyənlərin aqibəti necə oldu?” "
(Ənam, 11)
İnanmayan insan müsəlmanın dostu heç vaxt ola bilməz. Çünki müsəlman ilk növbədə Allahı hamıdan çox sevir. Sənin sevdiyini sevməyənə, hətta ona münasibəti pis olana qarşı isə necə yaxın dostluq hisləri bəsləmək olar?
"Ey iman gətirənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün tuturlarsa, onları özünüzə dost bilməyin. Sizdən onları dost tutanlar özlərinə zülm etmiş olarlar"
(Tövbə, 9)
İnsan iman gətirdikdən sonra isə o ilk növbədə Yaradanın dostu olur. Yaradanın dostu ilə dostluq etmək isə yalnız xeyirdir və savabdır. Və beləsi ilə edilən dostluq isə səmimi tellərlə bağlandığından ən gözəl dostluq növü hesab olunur.
Axı insanların yaradılşının əsas məqsədi mhz yalnız Allaha ibadət etməkdir. Uca Allah Quranda bu barədə buyurur:
"Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım! "
(Zariyat, 56)

* * *
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: B. Sen. 10, 2006 3:10 am    İsmarış mətni: Sitatla cavab ver

* * *

Sual: Peyğəmbər kimə deyilir?
Cavab: Peyğəmbər və ya nəbi o adamlara deyilir ki, yaradan onları müxtəlif qəbilə və xalqların arasından seçmişdir və müstəlif zamanlarda onları digərlərindən daha xasiyyətcə, əxlaqca daha üstün etmişdir. Yaradan həmin peyğəmbər və nəbilərə insanları Onun düz yoluna çağırmağı əmr etmişdir.

* * *

Sual: Bəs bu peyğəmbərlərin ümumi sayı nə qədərdir?
Cavab: Ümumilikdə yer üzünə 124000 peyğəmbər və nəbi göndərilmişdir. Onların hamısının adları bizə məlum olmasa da biz onlara iman gətiririk. Onların içərisində bizim Quran və hədislərdən tanıdıqlarımız: Nuh, İbrahim, Yəqub, Musa, İsa və Məhəmməd (onların hamısına Allahın salamı olsun)

* * *
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: B. Okt. 08, 2006 5:40 pm    İsmarış mətni: Sitatla cavab ver

* * *

Sual: Məhəmməd kimdir?
Cavab: Məhəmməd Allahın qulu və bütün insanlar üçün göndərilmiş sonuncu rəsuludur (elçisidir).
O Miladi tarixlə 20 aprel 571-ci ildə Səudiyyə Ərəbistanınn Məkkə şəhərində anadan olmuşdur.
Atası Abdulla hələ o anadan olmamış dünyasını dəyişmişdir. Anası Amina isə, onun 6 yaşı olarkən ölmüşdür.
Əvvəlcə onu babası Abdulmütəllib, onun ölümündən sonra isə əmisi Əbu Talib böyütmüşdür. Tərbiyəsində mərhəmətli və düzgünlük kimi xüsusiyyətlərə əsas əhəmiyyət verilmişdi. Ona görə də Məhəmmdəi "əmin" (etibarlı adlandırırdılar və hamı onu çox sevirdir. Ərəblər arasına "əmin" o kəsləri adlandırırdılar ki, hansılar, heç vaxt yalan danışmır, ona əmanət edilənə xəyanət etmir və pislik etmirlər. Eə bu səbəbə görə Məhəmməd sonralar ilk dəfə peyğəmbərliyini açıqlayanda çoxları sözüsüz-sovsuz ona tabe oldular.
Onun 40 yaşı yaşı olanda Allahın iradəsi ilə insanları təkallahlığa, İslama çağırmağa bir peyğəmbər kimi başladı. Və o bu missiyanı 23 il müddətində müvəffəqiyyətlə və tam məsuliyyətlə yerinə yetirdi.
O, 633-cü ildə, 61 yaşında Mədinə şəhərində vəfat etdi.

* * *
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: B.e. Noy. 06, 2006 10:53 pm    İsmarış mətni: Sitatla cavab ver

* * *

Sual: Məhəmmədin peyğəmbər olduğunu təsdiqləyən hansısa bir sübut varmı?
Cavab: Bütün peyğmbərlərin Allah tərəfindən göndərildiyini təsdiqləyən minlərlə sübutlar, nişanələ vardır, hansılar vasitəsi ilə milyardlarla insan ərslər boyu onlara iman gətirmişlər. Eləcə də Məhəmməd peyğəmbər.
Yaradan hələ Məhəmməd peyğəmbər nadan olmamışdan əsrlər əvvəl digər ilahi səmavi kitablarda onun əlamətləri, son peyğəmbərin gəlməyi barədə işarələr etmidir.
Məsələn, Yaradan Bibliyada İsa peyğəmbərə "Forqlit" adlanan birindən xəbər verir. Forqlit sözü ivrit dilindən tərcümədə Məhəmməd sözü ilə eyni mənanı daşıyır. Həmçinin bu Forqlitini bütün nişanələri (istər xarici göürünüşdə, istər daxili) məhəmmədlə üst-üstə düşür.
Allah Quranda bu barədə belə deyir:
" Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm!” Sonra (İsa, yaxud Muhəmməd əleyhissəlam) onlara açıq-aşkar möcüzələr gətirdikdə onlar: “Bu, açıq-aydın sehrdir!” – dedilər. "
(Quran, Saff surəsi, 6-ci ayə)
İsa peyğəmbərin ilkin Bibliyaya iman gətirən sadiq davamçıları qətiyyətlə əmin idilər və sonuncu peyğəmbəri gözləyirdilər.
Məhəmmədin 10 yaşı olanda əmisi ƏbuTalib onu özü ilə səyahətə aparmışdı. Yol Busradan keçirdi harda ki, Buheyrə adında bir xristian rahib yaşayırdı. Onun evinin yanında hər dəfə məkkəlilər səyaət üçün gəlib keçməklərinə baxmayaraq, müşrik olduqları üçün heç bir dəfə də olsun evindən bayıra çıxmayan bu rahib bu dəfə evindən çıxdı və onları qonaq çağırdı. Sonra o balaca Məhəmmədə yaxınlaşıb nəvazişlə əlindən tutdu və dedi:"Bu Rəhmanın tezliklə insanlara göndərəcəyi kəsdir". Əbu Talib:"Sən bunu hardan bilirsən?" deyə soruşduqda o cavab verdi ki, siz yolla gedərkən hətta daşlar və ağaclar da səcdə edirdilər. Bu yalnız peyğəmbərlərə xas xüsusiyyətdir. Həmçinin oğlann çiynində mənim oxuduğum peyğəmbərlərə xas nişanə mövcuddur.
Başqa bir dəlil: Kral Herakl da İsanın (ə.s.) davamçılarından idi. Məhəmməd peyğəmbər haqqında eşidəndə o bütün məkkəli tacirlədən bircə bircə onun nişanələrini xəbər aldı. Aldığı cavablara əsasən qəti şəkildə əmin oldu ki, Məhəmməd gözlənilən son peyğəmbərdir. Çox təəssüf ki, hakimiyyəti itirmək və ətrafdakı insanların gözündən düşmək qorxusu onu İslamı qəbul etməyə çəkindirdi.
Həmçinin Tövratda yazılanlara əsasən də Musa peyğəmbərin həqiqi davamçıları Məhəmmədin son peyğəmbər olduğunu dəqiqləşdirmiş və İslamı qəbul etmişlər. Bunların içərisində böyük alim Kaabulaxbor və qəbilə başçısı Abdulla ibn Salama və başqaları da var.
Məhəmmədin peyğəmbərliyini həmçinin çoxlu sayda Quran ayələri də təsdiqləyir. Məsələn, Əraf surəsinin 157 ayəsində buyururlur:
"O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsula–ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar. (O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər). Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla (Quranın) ardınca gedənlər məhz onlar nicat tapanlardır!”
Bununla yanaşı yaradan insanların göndərilən elçilərin Onun tərəfindən göndərildiyinə inanması üçün peyğəmbərlərə bəzi hadisələri qabaqcadan bilmək və bəzi möcüzələr göstərmək bacarığı vermişdir. Məsələn, Musa peyğəmbər öz əsasını yerə atanda ilana çevrilmişdi. İsa peyğəmbər Allahın möcüzəsi sayəsində ölümə məhkum olunmuş xəstəlləri, ölüləri sağaldırdı və s. və ilaxır. Məhəmməd peyğəmbər də minlərlə möcüzə göstərər, minlərlə hadisələri qabaqcadan bildirərdi:
- Ondan bunu etməyini istədikdə Ayın parçalanması və sonra birləşməsi, ağacın insan səsi ilə Məhəmmədin peyğəmbər olduğunu deməsi, onun barmaqları arasından bulağın axmağa başlaması, qırılmış ayağın Quran oxumaqla sağalmağı və bir çox başqa misallar.
Peyğəmbərimizin yaxın dostlarından biri olan Cabir rəvayət edir:"Xəndək döyüşü günü mən peyğəmbərə dedim:"Biz qoyun kəsmişik, sizi və dostlarınızı qonaq çağırırıq" Peyğəmbər mənə dedi:"Mən gələnə kimi hazrladıqlarınızın heç birinə toxunmayın"O gələnəd Quran oxudu və ocağa və xəmirə üfürdü. Sonra insanlara həmin xəmirdən bişirilmiş çörəyi paylamağa başladı amma çörək heç qurtarmırdı. Bir qoyundan və 7kq xəmirdən hazırlanmış qonaqlıq o gün mindən çox insanın qarnını doyuzdurdu. Lakin ocaqda hələ də yemək və çörək artıq qalmışdı.
Saad ibn Əbu Vaqqaz rəayət edir ki, Uhud döyüşü günü mən peyğəmbərin sağında və sonunda 2 nəfər yad adam gördüm. Onlar peyğəmbəri qoruyur, çoxlu döyüşür və düşmənləri asanlıqla öldürürdülər. Mən onları nə döyüşdən əvvəl görməmişdim, nə də bir də döyüşdən sonra görmədim. Bu peyğəmbərə köməyə gəlmiş iki mələk idi"
Cabir deyir:
"Döyüşlərdən birində içməyə su qalmamışdı. Peyğəmbər əlini su qabına saldı və su onun barmaqlarının arasından sanki bulaqdan süzülən kimi süzülməyə başladı. Biz hamımız sudan içdik və dəstəmaz aldıq". Cabir deyir ki, orda 150 nəfər var idi, amma hətta 1000 nəfər olsa idi də su hamıya çatardı.
Abdulla ibn Atikə deyir:
"Bir dəfə mənim ayağım sınmışdı. Peyğəmbərin yanına gətirdilər. O mənə ayağımı uzatmağı dedi, sonra əlini qırılmış yer qoydu. Ayağım o dəqiqə sağaldı və mən yeriməyə başladım, yağaım bir də ağrımadı"
Əbu Qatadə deyir:
"Xəndək döyüşündə mən peyğəmbərin əlini Amrın başına qoyub "səni pis insan qurpu öldürəcək" dediyini eşidir. Həqiqətən 20 ildən sonra bu baş verdi"
Ənəs deyir:
"Peyğəmbər tez tez bizə minlərlə kilomtr uzaqlardakı döyüşlədən xəbər verərdi. Bir dəfə o öz dostları olan Cəfərin, Zeydin vəibn Ravoxun ölümünü bildirib dedi:"Cəfər bayrağı qaldırdı, onu öldürdülər. Sonra Zeyd qaldırdı, onu da öldürdülər. İbn Ravax da beləcə öldürdülər. Ən sonda bayrağı Allahın qılncı (Xalidi nəzərdə tutur) qaldırdı və qələbə çaldılar"
Sözsüz k, bütün eyğəmbərləin belə möcüzələri minlərlədir. Məhəmmədi isə bütün digərlərindən fərqləndirən onun sonuncu peyğəmbər olmağı və konkret bir qövmə yox, bütün insanlığıa göndərilməyidir. Ona görə də bütün insanlıq Allahın onunla göndərdiyi dinə tabe olmalıdır. Məhəmmədin gələcək barədə dediyi bəzi sözləri biz artıq görmüşük, digərlərini isə görəcəyik.
Məsələn, ondan dünyanın sonunun əlamətləri barədə soruşanda o deyərdi:
"analar özlərinə sahib doğacaqlar" yəni qadınlar doğruqları övladlarının gözündə qulluqçüdan fərqli olmayacaqlar və həyatlarının sonuna kimi onlara xidmət edəcəklər.
Yaxud:
"Kasıb çobanlar torpaq sahibi olacaq və gödələnlər tikəcəklər" Bütün bunlar anaların övladları tərəfindən xanım kimi tutulduğu, insanların əksəriyyətinin kasıb olduğu 14 əsr əvvəl deyilənlərdir hansıları ki, günümüzdə də görürük.
Həmçinin onun gələcək barədə dediklərindən, ərəb yarımadasının səhralarının tam şəkildə əkilib biçiləcəyi, plantasiyaların olacağı, insanlarının o qədər varlanacağıdır ki, hətta bir nəfər kasıb qalmayacaq, qadınların sayı kişilərdən o qədər çox olacaq ki, bir kişiyə 40 qadın aşiq olacaq, heyvanlar danışmağa başlayacaq və s. və ilaxır.
Həqiqətən ağıllı və düşünən insan Məhəmməddən günümüzə gəlib çatan hədislərdəki gələcək barədə sözlərə və edilən möcüzələrə əsaslanaraq, Məhəmmədin peyğəmbər olduğuna şübhə etməz və Allahın köməyi ilə, Məhəmməd peyğəmbər yaşadığı kimi yaşayar və ondan bütün işlərində nümunə götürər.

* * *
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: B.e. Noy. 27, 2006 9:10 pm    İsmarış mətni: Sitatla cavab ver

* * *

Sual: Yaradana,Onun kitablarına və peyğəmbərlərinə iman gətirməkdən başqa nəyə inanmaq lazımdır?
Cavab: Ümumiyyətlə iman 6 hissədən ibarətdir.
Birincisi: Allahın var olmasına, Onun tək olmasına və əbədi olmasına inanmaq. Onun mövcudıuğunun nə əvvəli var, nə sonu. O, nə doğub, nə də doğulub. Və heç bir şey Ona bənzəmir və heç nə Ona şərik ola bilməz.
Allaha iman gətirmək o deməkdir ki, Allah Özü özünü Quranda necə vəsf edirsə, biz də Onu o cür, nə əskiltmədən, nə də azaltmadan qəbul etməliyik.
İkincisi: Mələklərin olmasına iman gətirmək. Mələklər nurdan yaradılmışdır və Allahın əmrlərini qeydsiz-şərtsiz yerinə yetirən məxluqlardır. Onlar insan cildinə də girə bilirlər. Onlar nə yeyirlər, nə içirlər, nə də yatılar. (Qadın kişi) cinləri yoxdur. Yəni cinssizdirlər. Onların qidası Allaha ibadət etmək, Onun buyuruqlarını yerinə yetirməkdir.
Üçüncüsü: Allahın nazil etdiyi heç bir kitab uydurma deyil və bu kitablar vasitəsilə Allah insana düzgün yaşamağı və haqqı öyrədir.
Dördüncüsü: Peyğəmbərlərə iman gətirmək. Bu o deməkdir ki, insan qəbul edir ki, bütün peyğəmbərlər Allahın elçisidir və Onun quludur (yəni mahiyyət etibarilə adi insandır). Və hər peyğəmbərin gəliş dövründə onun qövmü öz peyğəmbərinə itaət etməlidir.
Beşincisi: Qəza və qədərə iman etmək. Yəni bütün yaxşılıq və pisliyin, kədər və sevincin hamısı ən xırda detallarına qədər Allah tərəfindən yazılmışdır.
Altıncısı: Dünya həyatı təmamilə qurtarandan sonra Allahın bütün insanları dirildəcəyi və hərəyə öz əməllərinin əvəzini verəcə Axırıncı Günə iman gətirmək. Yaxşı əməlləri pis əməllərindən çox olan inananlar həmin gün Cənnətə, pis əməlləri yaxşı əməllərindən çox olanlar isə Cəhənnəmə gedəcəklər. Lakin qəlbində zərrə qədər imanı olan isə Cəhənnəmdə bir müddət əzab çəkib təmizləndikdən sonra Allah onları da öz Cənnətinə alacaq. Kimin isə qəlbində heç zərrə qədər iman da yoxdursa, o Cəhənnəmdə əbədi qalacaq.
Cənnət və Cəhənnəm də əbədidir.
İman deyilən anlayış məhz bu 6 şərt əsasındadır və insan onların hamısını ətraflı şəkildə öyrənib, qəti şəkildə yəqinlikdə olmalıdır.

* * *
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: B.e. Dek. 11, 2006 11:04 pm    İsmarış mətni: Sitatla cavab ver

* * *

Sual: Dedyiniz o iman anlayışı insana Cənnətin qapılarını aça bilərmi.
Cavab: Təbii ki. Bu bir açara bənzəyir, hansının ki, 5 dişi var. Əgər bu dişlərdən biri işləməsə, açar təmamilə işləməycək.
Birinci dişin adı "şəhadət"dir. Şəhadət Allahdan başqa ibadət ediləcək məbudun olmadığına və Məhəmmədin Onun qulu və rəsulu olduğunu dil və qəlblə təsdiq etməyə deyilir.
İkinci dişin adı namazdır. Namaz sutkada müəyyən olunmuş formada və vaxtlarda sutkada beş dəfə Allaha ibadət etmək deməkdir. O hər bir insana fərz buyurulmuş əməldir.
Üçüncü diş oruc tutmaqdır. Hər bir inanan insan ildə bir dəfə ay təqvimi ilə müəyyən olunmuş vaxtda bir ay boyunca gün çıxandan gün batana qədər qida qəbulundan, su içməkdən və cinsi yaxınlıqdan özünü çəkindirməyinə oruc deyilir. Həmin müəyyən olunmuş 1 ay isə Ramazan ayı adlanır.
Dördüncü dişin adı zəkatdır (yəni malın təmizlənməsi). Bu ibadət o kəslərə fərzdir ki, onların müəyyən maddi imkana malikdirlər. Hər imkanlı iman gətirən ildə bir dəfə öz malının qırxda bir ( ya da 2,5%ni) hissəsini yoxsul və imkansızlara paylamalıdır.
Beşinci diş isə Həcc səfərinə getməkdir. Həcc səfərinə getmək heç olmasa həyatında bir dəfə insanın Məkkədə yerləşən Allah evi olan Kəəbəyə səfər etməyi deməkdir. Bu ibadət də yalnız o kəslərə fərzdir ki, onların Məkkəyə gedib gəlməyi ödəyəcək qədər malları var və evdə qoyacaqları ailəsi dolandıracaq qədər də imkanları var.
Əsil müsəlman o kəsdir ki, əvvəlki sualın cavabında sadalanan 6 əsasə iman gətirir və bu sadalanan 5 fərz ibadəti yerinə yetirir.
İman gətirməyənlərə isə Allah cəhənnəm alovunu daddıracaqdır.

* * *
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> İSLAMA DƏVƏT Bütün saatlar GMT + 4 Saat
Səhifə 1, 2  Sonrakı
1 səhifə (Cəmi 2 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.