Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: C. Noy. 03, 2006 10:17 pm İsmarış mətni:
4. Əbu Musa əl-Əşarinin təşəhhüdü.Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- demişdir: « Ət-təhiyyətu ət-tayyibətu əs-salavatu lilləhi, əs-sələmu aleykə əyyuhə-n-nəbiyyu va rahmətu-l-lahi va bərəkətuhu, əs-sələmu aleynə va alə ibədi-l-ləhi-s-salihin. Əşhədu ən lə iləhə illə-l-lah vəhdəhu lə şərikə ləhu va əşhədu ənnə Mühammədən abduhu va rasuluhu” (Bütün yaxşılıqlar Allah üçündür. Allaha həmd-sənalar, xeyir-dualar olsun. Peyğəmbərə salam olsun! Allahın mərhəməti və bərəkəti ona yetişsin. Bizə və Allahın əməli-saleh qullarına salam olsun. Mən şəhadət edirəm ki, Vahid və şəriksiz Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur və şəhadət edirəm ki, Məhəmməd Onun qulu və elçisidir) Bu yeddi söz namazın təşəhhüdüdür ( Müslim, Əbu Uvanə, Əbu Davud və İbn Macə).
5. Ömər bin əl-Xəttabın təşəhhüdü. Allah rizasını qazanmış namaz qılanlara aşağıdakı təşəhhüdü öyrədərdi: « Ət-təhiyyətu lilləhi, əz-zəkiyyətu lilləhi, ət-tayyibətu lilləhi, əs-sələmu aleykə-n-nəbiyyu va rahmətu-l-lahi va bərəkətuhu, əs-sələmu aleynə va alə ibədi-l-ləhi-s-salihin. Əşhədu ən lə iləhə illə-l-lahu va əşhədu ənnə Mühammədən abduhu va rasuluhu” ( Bütün yaxşılıqlar, gözəlliklər, həmd-sənalar, xeyir-dualar Allah üçündür. Peyğəmbərə salam olsun! Allahın mərhəməti və bərəkəti ona yetişsin. Bizə və Allahın əməli-saleh qullarına salam olsun. Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur və şəhadət edirəm ki, Məhəmməd Onun qulu və elçisidir) ( Malik və əl-Beyhəqi. Səhih hədisdir).
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: B. Noy. 05, 2006 11:39 pm İsmarış mətni:
PEYĞƏMBƏRƏ SALAVAT, ONUN YERİ VƏ FORMALARI
1. Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm – birinci və başqa təşəhhüdlərdə özünə salavat deyərdi (Əbu Uvanə «Səhih» (2/324) və ən-Nəsai).
Bunu ümmətinə də qanun bilib salamdan sonra öyrətdiyi aşağıdakı salavatları deməyi əmr etmişdir:
«Allahummə salli alə Muhammədin va alə əhli-beytihi və alə əzvacihi va zurriyyətihi, kəmə salleytə alə ali İbrahimə, innəkə həmidun məcid. Va bərik alə Muhammədin va alə ali –beytihi va alə əzvacihi va zurriyyətihi, kəmə bəraktə alə ali İbrahimə, innəkə həmidun məcid” ( Allahım! İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi, Məhəmmədə, onun ailəsinə, xanımlarına, övladlarına xeyir-dua ver. Şübhəsiz ki, Sən çox həmd-səna edilən, şan və şərəf Sahibisən. İbrahimin ailəsinə bərəkət verdiyin kimi, Məhəmmədə, onun ailəsinə, xanımlarına, övladlarına bərəkət ver. Şübhəsiz ki, Sən çox həmd-səna edilən, şan və şərəf Sahibisən).
Peyğəmbərin – səllallahu aleyhi və alihi və səlləm – özü belə dua edərdi ( Əhməd və ət-Təhavi səhih sənədlə).
2.«Allahummə salli alə Muhammədin va alə ali Muhammədin, kəmə salleytə alə (İbrahimə va alə) ali İbrahimə, innəkə həmidun məcid. Allahummə bərik alə Muhəmmədin va alə ali Muhamməd, kəmə bərəktə alə (İbrahimə va alə) ali İbrahimə, innəkə həmidun məcid” ( Allahım! (İbrahimə və) İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi, Məhəmmədə və onun ailəsinə də xeyir-dua ver. Sən həqiqətən həmd-sənalara layiq və şan- şövkətlisən. Allahım! (İbrahimə və ) İbrahimin ailəsinə bərəkət verdiyin kimi, Məhəmmədə və onun ailəsinə də bərəkət ver. Sən həqiqətən həmd-sənalara layiq və şan-şövkətlisən) ( əl- Buxari, Müslim, ən-Nəsai, əl-Hümeydi (138/1) və İbn Mündə (68/2)).
3.«Allahummə salli alə Muhammədin va alə ali Muhamməd, kəmə salleytə alə İbrahimə (va ali İbrahim), innəkə həmidun məcid, va bərik alə Muhəmmədin va alə ali Muhamməd,kəmə bərəktə alə (İbrahim va) ali İbrahimə, innəkə həmidun məcid” (Allahım! İbrahimə ( və onun ailəsinə) xeyir-dua verdiyin kimi, Məhəmmədə və onun ailəsinə də xeyir- dua ver. Sən həqiqətən həmd-sənalara layiq və şan-şövkətlisən. Və (İbrahimə və ) İbrahimin ailəsinə bərəkət verdiyin kimi, Məhəmmədə və onun ailəsinə də bərəkət ver. Sən həqiqətən həmd-sənalara layiq və şan-şövkətlisən) (Əhməd, ən-Nəsai və Əbu Yəla, «Müsnəd» əsərində (244/2). Səhih hədisdir).
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: C. Noy. 10, 2006 10:43 pm İsmarış mətni:
4. «Allahummə salli alə Muhammədin (ən-nəbiyyi əl-ummuyyi) va alə ali Muhəmmədin, kəmə salleytə alə (ali) İbrahimə, va bərik alə Muhammədin ( ən-nəbiyyi əl-ummiyyi ) va alə ali Muhamməd, kəmə bərəktə alə (ali ) İbrahimə, fil-aləmeynə innəkə həmidun məcid” (Allahım! İbrahimə (ailəsinə) xeyir-dua verdiyin kimi, ( savadsız peyğəmbər) Məhəmmədə və onun ailəsinə də xeyir-dua ver. İbrahimə (ailəsinə) bərəkər verdiyin kimi, (savadsız peyğəmbər) Məhəmmədə və onun ailəsinə də hər iki dünyada bərəkət ver. Sən həqiqətən həmd-sənalara layiq və şan-şövkətlisən) (Müslim, Əbu Uvanə, İbn Əbi Şeybə, «əl-Müsənnəf» (2/132/1), Əbu Davud və əl-Hakim. Səhihdir.
5 «Allahummə salli alə Muhammədin abdukə va rasulukə, kəmə salleytə alə (ali) İbrahimə, va bərik alə Mühammədin (abdukə va rasulukə), kəmə bərəktə alə İbrahimə (va alə ali İbrahimə)” (Allahım! İbrahimə (və onun ailəsinə) xeyir-dua verdiyin kimi, qulun və elçin Məhəmmədə də xeyir-dua ver. Və İbrahimə (və İbrahimin ailəsinə) bərəkət verdiyin kimi, qulun və elçin Məhəmmədə də bərəkət ver) (əl-Buxarı, ən-Nəsai, ət-Təhavi, Əhməd və İsmail əl-Qazi, «Fəslu-səlat alən-nəbiyyi səllallahu aleyhi və səlləm» kitabı, ikinci nəşr səh.62).
6.«Allahummə salli alə Muhəmmədin va (alə) alə əzvacihi va zurriyyətihi, kəmə salleytə alə (ali) İbrahimə. Va bərik alə Muhəmmədin va (alə) əzvacihi va zurriyyətihi, kəmə bəraktə alə (ali) İbrahimə, innəkə həmidun məcid” (Allahım! İbrahimə (ailəsinə) xeyir-dua verdiyin kimi, Məhəmmədə, onun xanımlarına, övladlarına xeyir-dua ver. İbrahimə (ailəsinə) bərəkət verdiyin kimi, Məhəmmədə, onun xanımlarına, övladlarına xeyir-dua ver. İbrahimə (ailəsinə) bərəkət verdiyin kimi, Məhəmmədə, onun xanımlarına, övladlarına bərəkət ver. Şübhəsiz ki, Sən çox həmd-səna edilən, şan və şərəf Sahibisən) (əl-Buxarı, Müslim).
7. «Allahummə salli alə Muhəmmədin va alə ali Muhammədin, və bərik alə Muhəmmədin va alə ali Muhəmmədin, kəmə salleytə va bərəktə alə İbrahimə va ali İbrahimə, innəkə həmidun məcid” (Allahım! İbrahimə və İbrahimin ailəsinə xeyir-dua ver və bərəkət verdiyin kimi, Məhəmmədə və onun ailəsinə xeyir –dua ver və Məhəmmədə və onun ailəsinə bərəkət də ver. Sən həqiqətən həmd-sənalara layiq və şan-şövkətlisən) ( ət-Tahavi və Əbu Səid ibn əl-Arabi, səhih sənədlə).
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: B. Noy. 12, 2006 7:38 pm İsmarış mətni:
ÜMMƏT PEYĞƏMBƏRİNƏ SALAVATIN ƏSAS ÜSTÜNLÜKLƏRİ
Birinci fayda. Göründüyü kimi, Peyğəmbərə – səllallahu aleyhi və alihi və səlləm- salavat deyərkən çox zaman İbrahim öz ailəsindən ayrıca zikr olunmur, yəni belə deyilir: « İbrahimin ailəsinə salavat dediyin kimi». Bunun da səbəbi odur ki, «ali» (ailə, ocaq, nəsil, sülalə) sözü ərəb dilində hər şəxsin özünü, həm də onun ailəsindən olanları əhatə edir. Bu xüsusda Allah təala buyurur: « Allah Adəmi, Nuhu, İbrahimin ailəsini və İmranın ailəsini aləmlər üzərində üstün etdi” (Ali- İmran,33).
Həmçinin buyurur: «…yalnız Lutun ailəsini sübh çağı xilas etdik” (əl-Qəmər,34).
Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- demişdir: «Allahım! Əbu Oufənin ailəsinə salavat de».
Həmçinin Allah-təalanın bu mübarək ayəsindəki əhl əl-beyt ifadəsini göstərmək olar: «…Ey əv əhli (« əhl əl-beyt”)! Allahın bərəkəti və mərhəməti üstünüzdə olsun…” (Hud,73). «Əhl əl-beyt» Peyğəmbər ailəsi olub İbrahim də ona daxildir.
Şeyxülislam İbn əl-Qayyim demişdir: « Buna görə də ifadələrin əksəriyyətində « İbrahimin ailəsinə salavat dediyin kimi» və « İbrahimin ailəsinə bərəkət bəxş etdiyin kimi», bəzilərində isə «İbrahimin» özü, namaz və zəkat dualarının orijinalında olduğu kimi işlədilir. Bəzən bu ifadələr bir yerdə də deyilir».
Bir çox alimlər arasında « İbrahimin ailəsinə salavat dediyin kimi» və s. təşbih (bənzətmə) formasında olan ifadələr sual doğurur. Çünki əslində oxşadan oxşadılandan aşağı olur. Burada isə əksinədir, Məhəmməd – səllallahu aleyhi və alihi və səlləm- (bənzədən) İbrahimdən ( bənzədiləndən) üstündür. Üstün olması da onun üçün edilən salavatın digərlərinə edilən salavatdan üstün olmasını tələb edir.
Alimlər buna sayı 10-dan çox cavab vermişlər. Bunların hər biri digərindən zəifdir. Yalnız bir cavab istisnadır ki, onu mərhum şeyxül-islam İbn əl-Qayyim də bəyənmiş və xüsusi olaraq qeyd etmişdir:
«İbrahimin ailəsində peyğəmbərlər vardır. Məhəmmədin – səllallahu aleyhi və alihi və səlləm- ailəsində isə peyğəmbər yoxdur. Ailəsində peyğəmbərlər olan İbrahimə edilən salavat kimi Məhəmməd – səllallahu aleyhi və alihi və səlləm – ailəsinə salavat deyildikdə bu salavat onun ailəsindən layiq olanlara çatır. Onun ailəsində də peyğəmbərlər yoxdur. O peyğəmbərlər üçün olunan artıq hissə İbrahimə edilən salavatla birlikdə Məhəmmədə – səllallahu aleyhi və alihi və səlləm- aid olur. Beləliklə, o, başqasının nail olmadığı məziyyətlətə çatmış olur».
İbn əl-Qayyim demişdir:
«Bu verilən cavabların ən yaxşısıdır. Aşağıdakı kimi demək daha yaxşı olar: Məhəmməd – səllallahu aleyhi və alihi və səlləm- İbrahim ailəsindəndir, həm də bu ailənin ən yaxşı üzvüdür. Əli bin Təlhə İbn Abbasın – radıyallahu anhu- Allah təalanın « Allah Adəmi, Nuhu, İbrahimin ailəsini və İmranın ailəsini aləmlər üzərində üstün etdi” ( Ali-İmran,33) kəlamı barədə fikirlərini rəvayət etmişdir. İbn Abbas demişdir: «Məhəmməd – səllallahu aleyhi və alihi və səlləm- İbrahimin ailəsindəndir».
Mətndə belədir: « Əgər İbrahimin nəslindən olan digər peyğəmbərlərin İbrahimin ailəsinə daxil olması qəbul edilirsə, onda Rəsulullahın – səllallahu aleyhi və alihi və səlləm- bu ailəyə daxil olmaq haqqı daha çoxdur. Bizim « İbrahimin ailəsinə salavat dediyin kimi» deməyimiz İbrahimin ailəsindən olan digər peyğəmbərləri də əhatə edir. Bundan sonra Allah təala ayrıca olaraq Məhəmmədə və onun ailəsinə, ümumiyyətlə, İbrahimin ailəsinin başqa üzvlərinə və Peyğəmbərin özünü də əhatə edən salavat qədərində salavat deməyi əmr etmişdir. Bu salavatdan Məhəmmədin ailəsinə onun hörməti sayəsində ona layiq olanlar çatır, bütün yerdə qalan isə Peyğəmbərə – səllallahu aleyhi və alihi və səlləm- məxsusdur. Şübhəsiz ki, İbrahimin ailəsi ilə birlikdə Rəsulullaha – səllallahu aleyhi və alihi və səlləm- deyilən salavat onlar olmadan deyilən salavatdan daha kamildir.
İkinci fayda. Möhtərəm oxucu görür ki, bu müxtəlif formalı salavatların hər birində Peyğəmbərin – səllallahu aleyhi və alihi və səlləm- ailəsinə, qadınlarına və zürriyyətinə ( övladlarına) da salavat deyilir. Buna görə də yalnız « Allahummə! Məhəmmədə salavat de» deməklə kifayətlənmək Sünnəyə uyğun deyil və bu əzəmətli işi tamamilə həyata keçirmir. Peyğəmbərin – səllallahu aleyhi və alihi və səlləm- buyurduğu kimi, bu salavat formalarından birinə əməl etmək zəruridir. Bu halda birinci və sonrakı təşəhhüdlərin fərqi yoxdur. İmam əş-Şafii « əl-Umm» əsərində bunu qeyd edib ( 1/102) deyir:
«Birinci və ikinci təşəhhüddə deyilənlər eynidir. Təşəhhüd sözünün mənası Peyğəmbərə – səllallahu aleyhi və alihi və səlləm- şəhadət vermək və salavat deməkdir.
Şəhadətlə salavat bir-birindən ayrılmazdır. Təşəhhüd deyirəmsə demək Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- də buna daxildir. Onlar bir-birindən ayrılmazdır.
İndiki dövrdə elə alimlər vardır ki, « Səhiheyn» (əl-Buxari və Müslim) – də Kəab bin Acra, Əbu Həmid əs-Səidi, Əbu Səid əl-Xudri, Əbu Məsud əl-Ənsari, Əbu Hureyrə, Təlha bin Ubeydullah kimi bir çox əshabələrin peyğəmbərdən « Sənə necə salavat deyək» deyə soruşduqda, onun göstərilən salavat formalarını öyrədən hədislərinin olmasına baxmayaraq Peyğəmbərin – səllallahu aleyhi və alihi və səlləm- ailəsinə salavatı inkar edirlər. Onlar Allah təalanın « … Siz də ona salavat göndərib layiqincə salamlayın» ( əl-Əhzab,56) ayəsinə əsasən deyirlər ki, ayədə peyğəmbərdən başqasının adı zikr olunmur. Həm də əshabələrin «salat» (salavat) barədə peyğəmbərdən soruşduqlarını inkar edirlər. Çünki onlara görə namaz sözünün mənası aydındır, dua deməkdir. Bunu soruşmaqları ağla batan deyil.
Bu da onların açıq aşkar səhv etdiklərini göstərir. Onlar «salat» sözünün mənasını yox, məhz ona necə salavat deyilməsi barədə soruşurdular. Bu haqda yuxarıda göstərdiyimiz bir çox rəvayətlər vardır. Belə olan halda onların sualında heç bir qeyri- adilik yoxdur. Çünki onlar şəri forma barədə sual etmişlər, bu da yalnız hər şeyi Bilən və Hikmətli, şəriəti yayan (Allah) tərəfindən bilinir.
Bu Allah təalanın «Namaz qılın!» ( «aqimus-salat») ayəsinə görə fərz namaz barədə soruşmaqları kimidir. Çünki «salat» sözünün lüğəti mənalarını bilmələri, onun şəri formalarını bilmək üçün kifayət deyildir. Bu aydın və aşkar bir məsələdir.
Yuxarıda qeyd edilən iddianın heç bir əsası yoxdur. Müsəlmanlara yaxşı məlumdur ki, Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- Allah kəlamını aydınlaşdıran, izah edən olmuşdur. Onun dediyi qəbul olunmalıdır. « Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni izah edəsən…” ( ən-Nəhl,44). Peyğəmbərin – səllallahu aleyhi və alihi və səlləm- öyrətdiyi salavatda onun ailəsinin zikri vardır. Allah təala buyurur: « Peyğəmbər sizə nə verirsə, onu götürün…” ( əl-Həşr,7). Səhih hədisdə Peyğəmbərin – səllallahu aleyhi və alihi və səlləm- dediyi sözlər məşhurdur: « Məgər mən sizə Quranı və onun mislində olanları vermədimmi?» ( «Təxricul-müşkat» 163 və 4247).
Ey müsəlman! Quranı Sünnədən ayrılıqda öyrənmək cəhdindən özünü gözlə! Sən, hətta din sahəsində öz dövrünün Sibəveyhisi də olsan, bunu bacarmazsan. Müasir dövrün ən nəhəng dilçi ailmlərinin belə Quranı Sünnəsiz başa düşə bilmədiklərinin şahidisən.
Üçüncü fayda. Oxucu görür ki, bu salavatla «ağa» ( yəni ağamız Məhəmməd) sözü yoxdur. Buna görə də sonrakı dövr alimləri bu sözün İbrahimə salavata artırılmasının şəriətə uyğunluğu barədə müxtəlif fikirdə olmuşlar. Bəziləri Peyğəmbərin- səllallahu aleyhi və alihi və səlləm- təliminə sadiq qalaraq bu əlavəni inkar etmişlər. Belə ki, o, salavatı bizə belə öyrətmişdir: «Deyin! Məhəmmədə salavat deyin…» Burada oxucuların nəzərinə Hafiz İbn Həcər əl-Əsqəlaninin fikrini çatdırmaq istəyirəm. O, hədis və fiqh elmlərini bir yerə cəmləmiş, Şafii məzhəbinə mənsub ən məşhur alimlərindəndir. Ancaq sonrakı dövr Şafii alimlərinin arasında isə bu kəramətli nübuvvət təliminə müxalif fikirlər yayılmışdır.
İbn Həcərin köməkçisi olmuş mərhum Hafiz Məhəmməd bin Məhəmməd əl-Qərabili ( 790-835) demişdir:
«Hafiz İbn Həcərdən Peyğəmbərə – səllallahu aleyhi və alihi və səlləm- deyilən salavatın, «ağamız» ifadəsinin istər salavat daxilində, istərsə də ondan kənarda Peyğəmbərə – səllallahu aleyhi və alihi və səlləm – aid edilməsinin vacibliyi və ya inkarı barədə soruşurlar. Məsələn, « Allahım! Ağamız Məhəmmədə və ya məxluqların ağasına, yaxud Adəm övladının ağasına salavat de» demək olarmı? Yaxud qısaca «Allahım, Məhəmmədə salavat de» demək olarmı? Bunlardan hansı yaxşıdır? «Ağa» sözü ilə Peyğəmbərə – səllallahu aleyhi və alihi və səlləm- xas olan sabit bir sifətin ifadə edildiyini nəzərə alıb onu işlətməliyik, yoxsa hədislərdə bu ifadənin işlənmədiyini salavatda əsas götürüb onu işlətməməliyik?
Hafiz İbn Həcər – rəhmətullahi aleyh- bu suala belə cavab verir: «Əlbəttə, hədislərdə işlədilən ifadələrə əməl etmək daha yaxşıdır. «Ağa» sözünün hədislərdə işlənilməməsi heç də Peyğəmbərin- səllallahu aleyhi və alihi və səlləm- təvazökarlıq etməsi ilə əlaqələndirilməməlidir. Müsəlman öz Peyğəmbərinin adını çəkəndə mütləq « Səllallahu aleyhi və səlləm» - «Ona Allahın salavatı və salamı olsun» - deməlidir. Bunu bizə əshabələr və ardıcıllar vacib bilmişlər. İstər ilkin dövrün, istərsə də sonrakı dövrün çöxsaylı görkəmli alimləri Peyğəmbərə salavatı mütləq demişlər. Peyğəmbərə – səllallahu aleyhi və alihi və səlləm- öz bağlılığı ilə məşhur olan imam əş-Şafii (Allah onun məqamını artırsın!) kitabının xütbəsində «Allahummə, salli alə Muhammədin» - « Allahım, Məhəmmədə salavat de» - ifadəsi ilə başlamışdır.
Qazi İyad Peyğəmbərə – səllallahu aleyhi və alihi və səlləm – salavat barədə «əş-Şəfa» əsərində danışır, orada bir çox əshabələrin və ardıcılların hədislərini də verir. Onların heç birinin ifadəsində «ağamız» ifadəsi yoxdur.
Əlinin – radıyallahu anhu- bir hədisində deyilir ki, Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- salavatı belə öyrədirdi: «Allahım, hərəkət edənləri hərəkətə gətirən Sənsən, uca olanları alçaldan da Sənsən, salavatını və bərəkətini yüksəlt, qulun, peyğəmbərin Məhəmmədə salamını artıq! Sən açdığın qapılar bağlanmır».
Əli – radıyallahu anhu- həmçinin bildirir ki, o, bu sözləri deyərmiş: « Rəhmli və xeyirxah Allahın, Onun yaxın mələklərinin salavatı peyğəmbərlərin sonuncusu və – təqva sahiblərinin imamı Məhəmməd bin Abdullaha olsun».
İbn Macənin İbn Məsuddan verdiyi bir hədisdə salavatda « seyyidul mursalin» - « peyğəmbərlərin ağası» - ifadəsi işlədilir. «Allahım, öz salavatının fəzilətini, mərhəmətini və bərəkətini peyğəmbərlər ağasına şamil et».- Lakin bu, zəif hədisdir.
Bu məsələ fiqh kitablarında məşhurdur. Fəqihlərin hamısının bu məsələdə bir rəyə gəlməsi, «ağamız» kəlməsinin onların heç birinin ifadələrində işlədilməməsi danılmazdır. Əgər bu ifadə müstəhəb bir əlavə olsaydı, bu onlara gizli qalmazdı və ya unutmazdılar. Bütün xeyrlər onlara tabe olmadadır. Ən çox bilən Allahdır.
Mərhum Hafiz İbn Həcərin bu sözləri barədə deməliyəm ki, onun Peyğəmbər – səllallahu aleyhi və alihi və sələm- salavatına hər hansı əlavəyə qarşı çıxması və bunu Kəramətlinin əmrinə uyğun olması ilə əsaslandırması, heç şübhəsiz, mərhum alimin Peyğəmbərə – səllallahu aleyhi və alihi və səlləm- bağlılığı ilə izah olunur. Allah təala buyurur: « De: «Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin…” (Ali-İmran,31). Elə buna görə imam ən-Nəvəvi « ər- Rovda» (1/265-ci səh.) əsərində demişdir: Peyğəmbərə – səllallahu aleyhi və alihi və səlləm – edilən ən kamil salavat budur: « Allahummə salli alə Muhamməd…» 3-cü növ salavata müvafiq olaraq «ağamız» kəlməsini qeyd etməmişdir.
Dördüncü fayda. Bil ki, salavat formalarında birincisini, həmçinin dördüncüsünü Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- öz əshabələrinə öyrədərdi. Bunlar ən yaxşı və ən üstün formalardır ki, onları özünə və öz əshabələrinə layiq bilmişdir. Bunu hədis ailmləri olan ən-Nəvəvi «ər-Rovda» əsərində , habelə əs-Subki, əl-Heytəmi və başqaları da qeyd edirlər.
Beşinci fayda. Şəriətə görə, göstərilən salavat formalarını bir-birinə qataraq oxumaq olmaz. Belə oxumaq bidət sayılır. Bu formaların hər birindən vaxtaşırı istifadə etmək daha yaxşıdır. Şeyxülislam İbn Teymiyə «Məcmuə» əsərində (69/253/1) bu məsələni araşdırır.
Altıncı fayda. Məşhur alim Siddiq Həsənxan « Həzlul-əbrar bil ilmil-məsur minəl-adiyəti vəl-əzkar» əsərində (səh.161) peyğəmbərə salavat demənin və onu çox zikr etmənin fəzilətini qeyd etdikdən sonra deyir: Şübhəsiz ki, müsəlmanlardan peyğəmbərə ən çox salavat deyən hədis əhli və sünnə rəvayətçiləridir. Çünki bu şərəfli elmdə hər dəfə hədislə qarşılaşarkən salavat demələri onların vəzifələrindəndir. Rəsulullahı – səllallahu aleyhi və alihi və səlləm- zikr etməkdən dilləri daim nəm olur. Elə bir sünnə kitabı və ya növündən asılı olmayaraq bir hədis divanı, məcmuəsi, müsnədi, cüzü və s. yoxdur ki, minlərlə hədisi ehtiva etməsin. Təkcə həcminə görə ən kiçik hədis kitablarından olan əs-Suyutinin « əl-Cami əs- Sağir» əsərində on min hədis vardır. Başqa hədis əsərlərini böyüklüyünü özünüz təsəvvür edin. Qiyamət günü onun şəfaətini ən çox qazanan, xoşbəxt olanlar bu nicat tapan firqə, hədis camaatıdır, peyğəmbərə qiyamət günü ən yaxın olanlardır.
Bu əməldə heç kəs onlara tay ola bilməz.
Sən də, ey xeyr istəyən, nicat axtaran! Hədisçi və ya hədislərə əməl edən olsan zərərə uğramazsan. Yoxsa… Ümumiyyətlə bundan başqa gediləcək yol da yoxdur».
Mən də dedim: Allahdan məni Rəsulullaha –səllallahu aleyhi və alini və səlləm- ən yaxın olan bu hədisçilərdən etməsini diləyirəm. Bəlkə də bu kitab mənim bu istəyimə dəlalət edir.
Bu sözləri deyən sünnə alimi imam Əhmədə Allah rəhmət etsin: « Məhəmməd peyğəmbərin – səllallahu aleyhi və alihi və səlləm- dini hədislərdir».
Xoşbəxt o kəsdir ki, arzusu bunları taparsa əməl etməkdir. Hədisdən və onun əhlindən üz döndərmə. (Yalnız) ağlıyla əməl etmək gecədirsə, hədislərlə əməl etmək gündüzdür.
Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- təşəhhüd və başqa dualarda bu sözləri deməyi lazım bilmişdir: «Hər iki rükətdə otyranda deyin: Allaha salamlar olsun ( duanı axıra kimi oxuyur) və sonra duada sizə daha çox xoş olanı seçin» (ən-Nəsai, Əhməd, ət-Təbərani, İbn Məsuddan alınıb. Səhih hədisdir).
Sonra Peyğəmbər √ səllallahu aleyhi və alihi və səlləm- təkbir edib üçüncü rükətə qalxdı ( əl-Buxarı və Müslim), ╚namazı düzgün qılmayan╩a belə etməyi buyuraraq demişdir: ╚Bunu hər bir rükətdə və səcdədə icra et╩ (Yuxarıda deyildiyi kimi).
Peyğəmbər √ səllallahu aleyhi və alihi və səlləm- oturduğu yerdən durarkən təkbir deyib qalxardı╩ (Əbu Yəla, ╚Müsnəd╩ (284/2). Etibarlı istinaddır).
Bəzən Peyğəmbər √ səllallahu aleyhi və alihi və səlləm- ╚ əllərini qaldırıb təkbir edərdi╩ ( əl-Buxarı və Əbu Davud). ╚ Dördüncü rükətə qalxmaq istəyəndə ╚Allahu əkbər╩ deyərdi╩ ( əl-Buxarı və Əbu Davud). Bunu yuxarıda qeyd etdiyimiz kimi ╚namazı düzgün qılmayan╩a da əmr etmişdir.
Peyğəmbər √ səllallahu aleyhi və alihi və səlləm- bəzən bu təkbirlə əllərini qaldırardı (Əbu Uvanə, ən-Nəsai. Səhih istinadlıdır).
╚Sonra sol ayağı üstə oturub rahat vəziyyət alardı, bədənin bürün üzvləri öz yerini tutardı. Bundan sonra əllərini yerə basaraq durardı╩ (əl-Buxarı və Əbu Davud).
Ayağa duranda əllərini yerə dirəyərdi.
Hər iki rükətin birində ╚əl-Fatihə╩ni oxuyardı və ╚namazı düzgün qılmayan╩a da bunu əmr edərdi. Zöhr namazında bu iki rükətə ola bilsin başqa ayələri də əlavə edərdi. Bu barədə ╚Zöhr namazı╩ fəslində danışmışıq.
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: Ş. Noy. 18, 2006 9:42 pm İsmarış mətni:
BƏDBƏXTLİK BAŞ VERƏNDƏ BEŞ NAMAZDA QUNUT DUASINI OXUMAQ
Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- birinə qarşı və ya biri üçün dua edəndə sonuncu rükətdə rükudan sonra qunut duasını oxuyardı.
«O, «Səmia Allahu limən həmidəh. Allahummə rabbanə, ləkəl həmd» deyərdi» ( əl-Buxarı və Müslim).
«Duasını uca səslə oxuyardı» (əl-Buxarı və Müslim).
«Əllərini qaldırardı» (Əhməd və ət-Təbərani. Səhih istinadlıdır).
«Onun arxasındakılar «amin» deyərdilər» (Əbu Davud, əs-Sərrac, əl-Hakim. Səhih hədisdir).
«Beş namazın hamısında qunut oxuyardı» ( Əbu Davud, əs-Sərrac və əd-Dəraqutni. Etibarlı istinadlıdır).
«Lakin o, yalnız birinə qarşı və ya biri üçün qunut tutardı» ( İbn Xuzeymə, «Səhih» (1/78/2). əl-Xətib, «Kitabul-qunut». Səhih hədisdir). Duanın mətninə təqribən bu sözlər daxil idi: «Allahım, əl-Valid ibn əl-Validə, Səlmə bin Hişama, İyaş bin Əbi Rabiə uğur qismət elə! Allahım, Müdirrə təzyiqini artır. Onun ömrünü Yusifin çətin ömrü kimi elə! Allahım! Həyyana, Rəlana və Zəkvana Allaha və Onun Rəsuluna asi olduqları üçün lənət elə!» ( Əhməd, əl-Buxarı və Müslim).
«Qunutu bitirdikdən sonra deyərdi: «Allahu əkbər» və səcdə edərdi» ( ən-Nəsai, Əhməd, əs-Sərrac və Əbu Yəla. Etibarlı hədisdir)
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: Ş. Noy. 25, 2006 11:21 pm İsmarış mətni:
VİTRDƏ QUNUT
Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- hərdən vitr rükətində qunut tutardı. Bunu rükudan əvvəl edərdi (İbn Nasr və əd-Dəraqutni. Səhih hədisdir). Bəzən isə bunu rükudan əvvəl edərdi (İbn Əbi Şeybə (2/41/1), Əbu Davud, ən-Nəsai, Əhməd, ət-Təbərani, əl-Beyhəqi və İbn Asəakir. Səhih hədisdir).
Həsən bin Əli – radıyallahu anhu- öyrədir ki vitri qurtarandan sonra deyərdi:
«Allahummə-h-dini fimən hədeytə, va afini fimən afeytə, va təvalləni fimən təvalleytə, va bərik li fimə ə,teytə, va qıni şərri mə qadeytə, fə innəkə təqdı va lə yuqda aleykə, innəhu lə yəzillu mən valeytə, (va lə yə,izzu mən adeytə ) təbəraktə rabbanə va tə,aleytə” ( Allahım! Mənə də hidayət ver, necə ki başqalarına hidayət vermisən, bütün pisliklərdən xilas et, necə ki başqalarını xilas etmisən, mənə qayğı göstər, necə ki başqalarına Qayğıkeşsən. Verdiyini mənim üçün bərəkətli et. Sənin qərarının şərindən sənə sığınıram. Şübhəsiz, yalnız Sən hökm verənsən və hökm edilməzsən. Kimi dost etsən, o hörmətdən düşməz ( Kimi düşmən etsən, o əsla bəyənilməz). Mübarəksən Rəbbimiz və Ucasan! (İbn Xuzeymə (1/119/2) və İbn Əbi Şeybə).
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: B. Dek. 17, 2006 12:07 am İsmarış mətni:
SONUNCU TƏŞƏHHÜDÜN VACİBLİYİ
Dördüncü rükəti bitirəndən sonra Peyğəmbər- səllallahu aleyhi və alihi və səlləm- sonuncu təşəhhüd üçün oturardı. Birincidə etdiklərini burada da edərdi, birincidə vacib bildiklərini burada da vacib bilərdi. Lakin təvərruk oturuşu edərdi, yəni sol budu üstündə oturardı ( əl-Buxarı), sol ayağını sağ budunun altından keçirərdi. Əllərinin ovuc içini dizin üstünə qoyardı. Sol əlini buduna dayayaraq ona söykənərdi ( Müslim və Əbu Uvanə).
Birinci təşəhhüddə olduğu kimi, bunda da Peyğəmbərə- səllallahu aleyhi və alihi və səlləm – salavat demək sünnəyə uyğundur. Onların formalarını yuxarıda göstərmişik.
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: B.e. Dek. 18, 2006 11:02 pm İsmarış mətni:
PEYĞƏMBƏRƏ SALAVAT DEMƏYİN VACİBLİYİ
Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- birisinin namaz vaxtı Allahı mədh etmədiyini, Peyğəmbərə – səllallahu aleyhi və alihi və səlləm- salavat demədiyini görüb demişdir: « Bu kişi tələsir». Sonra üzünü adamlara tutub demişdir: Namaz qılanda əvvəlcə öz Qüdrət və Cəlal sahibi Rəbbinizə həmdü-səna, sonra Peyğəmbərə salavat deməlisiniz. Bundan sonra istədiyiniz duanı oxuyun» ( Əhməd, Əbu Davud, İbn Xuzeymə ( 1/83/2), əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir).
Başqa bir adamın namaz qılarkən Allaha həmdü-səna və Peyğəmbərə – səllallahu aleyhi və alihi və səlləm- salavat dediyini eşidib demişdir: « Dua et, cavab verəcək; istə, bəxş ediləcək» (ən-Nəsai. Səhih hədisdir).
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: C.a. Dek. 21, 2006 1:41 am İsmarış mətni:
DUADAN QABAQ DÖRD ŞEYDƏN QORUNMAQ ÜÇÜN ALLAHDAN KÖMƏK DİLƏMƏYİN VACİBLİYİ
Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- deyirdi: « Sonuncu təşəhhüdü bitirəndən sonra Allahdan dörd şeydən qorunmaq üçün kömək istəmək lazımdır.
Deyirdi: « Allahummə inni ə,uzu bikə min azəbi cəhənnəm, va min azəbi-l-qabri, va min fitnəti-l-məhyə va-l-məməti, va min şərri fitnəti-l-məsihi-d-dəccəl” ( Allahım! Cəhənnəm əzabından, qəbr əzabından, həyat və ölümün fitnəsindən, Məsih Dəccalın fitnəsinin şərindən Sənə sığınıram). Bundan sonra namaz qılan özü üçün dua edir» (Müslim, Əbu Uvanə, ən-Nəsai, İbn əl-Carud, «əl-Muntəqi» (27), «əl-İrva» kitabı, (350).
«Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- təşəhhüddə bu duanı oxuyardı» (Əbu Davud və Əhməd. Səhih hədisdir).
«O əshabələrinə – radıyallahu anhum- Qurandan bir surə öyrədən kimi bu duanı öyrədərdi» (Müslim və Əbu Uvanə).
SALAMDAN QABAQ DUA VƏ ONUN NÖVLƏRİ
Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- namazda müxtəlif dualar oxuyardı. Namaz qılana istədiyini seçməyi əmr etmişdir ( əl-Buxarı və Müslim).
Bu dualar aşağıdakılardır:
1 « Allahummə inni əuzu bikə min azəbi-l-qabri, va əuzu bikə min fitnəti-l-məsihi-d-dəccəl, va əuzu bikə min fitnəti-l-məhyə va-l-məməti. Allahummə inni əuzu bikə minə-l-məsəmi va-l-məğrami” ( Allahım! Qəbr əzabından Sənə sığınıram, Məsih Dəccalın fitnəsindən Sənə sığınıram, həyat və ölümün fitnəsindən Sənə sığınıram. Allahım! Günaha və borca düşməkdən Sənə sığınıram) ( əl-Buxarı və Müslim).
2 « Allahummə inni əuzu bikə min şərri mə amiltu va min şərri mə ləm əməl” (Allahım! Etdiyim və etmədiyim əməllərin şərindən Sənə sığınıram) ( ən-Nəsai və İbn Əbi Asim. Səhih hədisdir).
4 « Allahummə bi-ilmikəl-ğeybə va qudratikə aləl-xəlq, əhyini mə alimtə-l-həyatə xeyran li, va təvaffəni izə kənət əl vəfati xeyran li. Allahummə va əs-əlukə xəşyətəkə fil-ğeybi vaş-şəhadə, va əs-əlukə kəlimətəl haqqi val-adlə fil-ğadabi var-rıda, va əs-əlukə əl-qasdə fil faqri val-ğina, va əs-əlukə nəimən lə yəbid, va əs-əlukə qurratə aynin ( lə tənfəd va) lə tənqatiı, va əs-əlukə ər-rıda bədəl-qada va əs-əlukə bardə əl-iyşi bədəl-mövt, va əs-əlukə ləzzətə van-nəzarə ilə vachikə, va (əs-əlukə) əş-şövqa ilə liqaikə fi ğeyri darrain mudirrəh, va lə fitnətən mudilləh. Allahummə zəyyinnə bi zinətil-iman, vacalnə hudətə muhtədin” ( Allahım! Sənin qeybi elminlə və yaratdıqlarının üzərindəki qüdrətinlə həyat mənə xeyirlidirsə məni yaşaqmağını, əgər ölüm mənə xeyirlidirsə, məni öldürməyini diləyirəm. Allahım! Gizli və aşkarda Sənin qorxunu diləyirəm, Qəzəb və razılıq halında haqq sözü və adilliyi diləyirəm, kasıblıq və varlılıq zamanı Sənin qəsdini diləyirəm, Səndən sonsuz nemət diləyirəm, gözümə bitməz-kəsilməz nur diləyirəm. Sənin qəzavü qədərinə razı olmağımı diləyirəm, ölümdən sonra həyat sərinliyini diləyirəm. Sənin camalına baxmaq ləzzətini diləyirəm. Zərər verən bədbəxtliyin, yol azdıran fitnənin olmadığı bir yerdə Səninlə görüşmək şövqini diləyirəm. Allahım! Bizi iman zinəni ilə zinətləndir. Bizi doğru yola yönəldənlərdən et!) ( ən-Nəsai, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir).
5 Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- Əbu Bəkrə- radıyallahu anhu- bu duanı öyrətmişdi: « Allahummə inni zaləmtu nəfsi zulmən kəsiran, va lə yəğfiru-z-zunubə illi ənt, fəğfirli məğfiratən min indikə varhamni, innəkə əntə-l-ğafuru-r-rahim” (Allahım! Mən özümə çox zülm etmişəm. Günahları bağışlayan yalnız Sənsən. Məni öz məqfirətinlə bağışla. Mənə rəhm elə. Sən həqiqətən Bağışlayan və Rəhmlisən) ( əl-Buxarı və Müslim).
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: C. Yan. 05, 2007 1:05 am İsmarış mətni:
6 Aişəyə- radıyallahu anhə- bunları deməyi əmr etmişdi: Ť Allahummə inni əs-əlukə minə-l-xeyri kullihi əcilihi va acilihi mə alimtu minhu va mə ləm əaləm va əuzu bikə minə-ş şərri kullihi əcilihi və acilihi mə alimtu minhu va mə ləm əaləm. Allahummə inni əs-əlukə min xeyri mə sə-ələkə abdukə va nəbiyyukə va əuzu bikə min şərri mə-s-təazə bikə minhu abdukə va nəbiyyukə. Allahummə inni əs-əlukə-l-cənnətə va mə qarrabə ileyhə min qaulin au aməl va əs-əlukə ən təcalə kullə qadain qadaytəhu li xeyran ( Allahım, bildiyim və bilmədiyim, tez və gec olan bütün xeyirləri Səndən diləyir, bildiyim və bilmədiyim, tez və gec olan bütün şərlərdən Sənə sığınıram. Allahım, qulun və peyğəmbərinin ( Məhəmməd s.a.v.) Səndən istədiklərini Səndən diləyir və sığındığı şərlərdən Sənə sığınıram. Allahım, cənnəti və ona yaxınlaşdıran hər bir söz və əməli Səndən diləyir, Cəhənnəmdən və ona yaxınlaşdıran hər bir söz və əməldən Sənə sığınıram. Səndən mənim üçün yazdığın hər bir hökmün xeyrli olmasını diləyirəm) ( Əhməd, ət-Təyalisi, əl-Buxarı, İbn Macə, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir).
7 Birisindən soruşur: Ť Namazda nə deyirsən?ť Cavab verir: Ť Şəhadət edirəm, sonra Allahdan Cənnət diləyirəm, Oddan qorunmaq üçün Ona pənah aparıramť. Peyğəmbər səllallahu aleyhi və alihi və səlləm- deyir: Ť Biz də elə bunu deyirikť ( Əbu Davud, İbn Macə və İbn Xuzeymə, səhih sənədlə).
8 Eşitdi ki, birisi təşəhhüddə bunları deyirmiş: Ť Allahummə inni əs-əlukə yə Allahu bi ənnəkə-l-vahidu-s-saməd əl-ləzi ləm yəlid va ləm yuləd va ləm yəkun ləhu kufuvan əhəd, ən tağfira li zunubi, innəkə əntə-l-ğafuru-r-rahim ( Allahım, Sən Vahidsən, Birsən, hər şey Sənə möhtac olan Özünsə heç nəyə möhtac olmayan, doğulmayan və döğmamışsan, Sənin heç bir bənzərin yoxdur, Səndən günahlarımın bağışlanmasını diləyirəm. Şübhəsiz, Sən Bağışlayan- Rəhmlisən!). Bunu eşidən Peyğəmbər səllallahu aleyhi və alihi və səlləm- dedi: Ť O bağışlandı! O bağışlandı!ť ( Əbu Davud, ən-Nəsai, Əhməd, İbn Xuzeymə, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir).
9 Başqa birisi təşəhhüddə deyirmiş: ŤAllahummə inni əs-əlukə bi ənnə ləkə-l-həmd, lə iləhə illə ənt vahdəkə lə şərikə ləkə, əl-mənnən, yə bədia-s-səməvati va-l-ard, yə zə-l-cələli va-l-ikram, yə hayyu yə qayyum, inni əs-əlukə-l-cənnətə va əuzu bikə minə-n-nər ( Allahım! Səndən diləyirəm. Həmd Sənə Məxsusdur, Səndən başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. Təksən və şəriksizsən, Səxavətlisən. Ey səmaların və yerin Yaradanı! Ey əzəmət və kəramət Sahibi, ey daimi və əbədi olan, hər şeyi idarə edən Səndən cənnəti diləyirəm və Oddan Sənə sığınıram!).
Bu sözləri eşidən Peyğəmbər səllallahu aleyhi və alihi və səlləm- öz əshabələrinə deyir: Ť Eşitdiniz nə dua etdi?ť Dedilər: ŤAllah və Onun Rəsulu bilirť. O dedi: Ť Vallah, bu kişi Allahı Onun əzəmətli adı ilə çağırırdı. Bununla Allaha müraciət edən cavab alacaq, istədiyi ona veriləcəkdirť ( Əbu Davud, ən-Nəsai, Əhməd, əl-Buxari, ət-Təbərani və İbn Mundə. Səhih istinadlıdır).
10 Təşəhhüd və salam arasında deyərdi: Ť Allahummə-ğfirli mə qaddəmtu, va mə əxxərtu, va mə əsrartu, va mə əaləntu, va mə əsraftu, va mə əntə əaləmu bihi minni. Əntə-l-muqaddimu, va əntə-l-muəxxiru, lə iləhə illə ənt ( Allahım! Etdiyim və edəcəyim, gizli və aşkar işlərim, israf etdiyim və məndən daha yaxşı bildiyin günahları bağışla. Əvvəl və axır Sənsən. Səndən başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur) ( Müslim və Əbu Uvanə).
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: B.e. Yan. 08, 2007 12:05 am İsmarış mətni:
TƏSLİM ( SALAM VERMƏK )
Bundan sonra Peyğəmbər səllallahu aleyhi və alihi və səlləm üzünü sağa tutub salam verərdi: Ť Əs-səlamu əleykum və rahmətullahiť ( Allahın salamı və rəhməti olsun Sizə). Bu vaxt sağ yanağının ağartısı görünərdi. Sonra sol tərəfə üzünü tutub bunu deyərdi. Bu vaxt sol yanağının ağartısı görünərdiť ( Müslim, Əbu Davud, ən-Nəsai və ət-Tirmizi. Səhih hədisdir).
ŤBəzən bu salama Ť və bərəkatuhuť ( və Onun xeyir və bərəkəti) sözünü artırardıť ( Əbu Davud, İbn Xuzeymə, Əbdül Haqq, ən-Nəvəvi, İbn Həcər və b. Səhih hədisdir).
ŤSağa üz çevirib Ťəs-səlamu əleykum və rahmətullahiť deyirdisə, sola salam verəndə bəzən daha qısa şəkildə deyərdi: ŤƏs-səlamu əleykumť ( ən-Nəsai, Əhməd və əs-Sərrac. Səhih hədisdir). Bəzən də qısa və tək sağ tərəfə salamla kifayətlənərdi. Ť Əs-səlamu əleykumť - deyib üzünü bir qədər sağa çevirərdi.
Bəziləri salam verəndə sağa və sola əlləri ilə işarə də edərdilər. Rəsulullah səllallahu aleyhi və alihi və səlləm- bunu görüb demişdir: Ť Nə üçün əllərinizlə işarə edirsiniz? Əlləriniz elə bil bədöy atların quyruğudur, qalxıb yellənir. Salam verəndə yoldaşınıza üz tutun. Əlinizlə göstərməyin!.
Bundan sonra Onunla namazı qılanlar daha belə etmədilər. Rəvayətdə həmçinin deyilir: ŤNamaz qılanın əlini dizinə qoyması, sonra sağda və solda oturan qardaşına salam verməsi kifayətdirť ( Müslim, Əbu Uvanə, əs-Sərrac, İbn Xuzeymə və ət-Təbərani).
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: C. Yan. 12, 2007 11:52 pm İsmarış mətni:
SON SÖZ
Peyğəmbərin – səllallahu aleyhi və alihi və səlləm – qılmış olduğu namaz barədə sizə təqdim etdiyimizin hamısı həm kişilərə, həm də qadınlara aiddir. Sünnədə qadınlar üçün bəzi istisnalar barədə heç nə deyilmir. Əksinə, Peyğəmbərin – səllallahu aleyhi və alihi və səlləm- dediyi hamı üçün aydındır: « Mənim kimi namaz qılın. Necə görmüşsünüzsə, elə də namaz qılın». Bu sözlər qadınlara aiddir. İbrahim ən-Nəxəvi demişdir: « Qadın namazda kişinin etdiklərini edir» ( İbn Əbi Şeybə bunu səhih istinadla verir). Qadının kişidən fərqli bir şəkildə səcdə etməsi barədə hədis doğru deyildir. Əbu Davud Yezid bin Əbi Həbibə istinadən deyir ki, qadın səcdədə özünü bir qədər bükməlidir. Bu da zəif hədislərdəndir.
İmam Əhmədin İbn Ömərə istinad verdiyi hədisdə deyilir ki, onun qadınlarına namaz vaxtı bardaş qurub oturmağı əmr etməsi barədə hədisi zəifdir. Əl-Buxari «ət-Tarix əs-səğir» əsərində səhih istinadla Umm əl-Dərda barədə belə yazır: « O, namazda kişi kimi oturardı. O, fəqih bir qadın idi».
Bunlar təkbirdən təslimə qədər Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- namazı barədə toplaya bildiklərimizdir. Allah təaladan bunu öz kəramətli camalına sədaqət ifadəsi, mərhəmətli və şəfqətli Rəsulunun sünnəsinə hədiyyə bilməyi rica edirəm.
Pak və nöqsansız Allaha alqışlarla və Onun həmdi ilə!
Allahım, Sən pak və nöqsansızsan və həmd Sənə məxsusdur!
Şəhadət verirəm ki, Səndən başqa ibadət haqqı olan tanrı
yoxdur. Səndən bağışlanma diləyirəm və Sənə tövbə edirəm!
Allahım! İbrahimə və İbrahimin ailəsinə xeyir-dua və
bərəkət verdiyin kimi, Məhəmmədə və onun ailəsinə xeyir dua
ver və Məhəmmədə və onun ailəsinə bərəkət də ver. Sən
həqiqətən həmd-sənalara layiq və şan-şövkətlisən!
Bütün saatlar GMT + 4 Saat Səhifə Əvvəlki1, 2, 3, 4
4 səhifə (Cəmi 4 səhifə)
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.