MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Peygember namazi - muellif: Sheyx Albani (rehimullah)
Səhifə Əvvəlki  1, 2, 3, 4  Sonrakı
 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> NAMAZ
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 908

İsmarışGöndərilib: B.e. Sen. 18, 2006 8:53 pm    İsmarış mətni: Sitatla cavab ver

RÜKUNUN UZADILMASI

Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- rükunu, rükudan sonra qiyamı, səcdəni və iki səcdə arası oturuşu bir-birinə təqribən bərabər bir müddətdə icra edərdi (əl-Buxarı və Müslim).

RÜKUDA QURAN OXUMAĞI YASAQ ETMƏSİ

Rüku və səcdədə Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- Quran oxumağı yasaq edərək demişdir: «Mən rüku və səcdədə Quran oxumağı qadağan etdim. Rükuda siz Allaha təzim edin, səcdədə çoxlu dua edin. Belə etsəniz cavab almağa layiqsiniz» (Müslim və Əbu Uvanə).
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 908

İsmarışGöndərilib: C.a. Sen. 21, 2006 1:49 am    İsmarış mətni: Sitatla cavab ver

RÜKUNU BİTİRİB DURARKƏN DEYİLƏNLƏR

Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- qamətini düzəldib rükudan qalxarkən deyərdi: « Səmi,a-l-lahu limən həmidəh” (Allah ona həmd edəni eşidər) (əl-Buxarı və Müslim).
«Namazı düzgün qılmayana» bunu əmr edərək demişdir: «Təkbir etməyən, rüku etməyən və qamətini düzəldib « Səmia-Allahu limən həmidəh» ifadəsini deməyənin namazı qəbul olunmaz» (Əbu Davud, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir).
Qalxandan sonra durub deyərdi: «Rabbənə va ləkə-l-həmd” (Rəbbimiz! Həmd Sənə məxsusdur!) (əl-Buxarı və Əbu Davud. Səhih hədisdir). Bunu həm namaz qılana- istər imam olsun, istərsə də qeyrisi olsun, əmr edərək demişdir: «Mənim kimi namaz qılın» (Əl-Buxarı və Əhməd).
O həmçinin deyərdi: «İmam ona görə seçilir ki, onun etdiklərini namaz qılanlar etsinlər. Əgər o desə ki, «Səmia-Allahu limən həmidəh» siz: «Allahummə, Rabbənə va ləkə-l-həmd” (Allahım, Rəbbimiz, həmd Sənə məxsusdur) deyin. Allah sizi eşidər». Allah təbarəkə və təala öz Peyğəmbərinin – səllallahu aleyhi və alihi və səlləm- dili ilə: «Allah Ona həmd edəni eşitdi» demişdir.
Bu məsələni başqa bir hədisdə də izah edib demişdir: «Bu sözü mələklərin sözü ilə uyğun gələnin bütün keçmiş günahları bağışlanır» ( əl-Buxarı, Müslim və ət-Tirmizi. Səhih hədisdir).
Rükudan qalxaraq belini düzəldəndən sonra əllərini « ihram təkbiri»ndə (namazı başlayanda edilən təkbir – red.) olduğu kimi qaldırır. Dikəldikdən sonra yuxarıda göstərildiyi kimi bu ifadələri deyir:

1 «Rabbənə va ləkə-l-həmd” (Rəbbimiz, həmd Sənə məxsusdur) (əl-Buxarı və Müslim).

2 «Rabbənə ləkə-l-həmd” (Rəbbimiz, həmd Sənə məxsusdur) (əl-Buxarı və Müslim).
Bəzən bu ifadələrə «Allahummə» sözünü əlavə edərdi (əl-Buxarı və Əhməd)
Namaz qılanlara da bunu əmr edərək deyərdi: «Əgər imam desə «səmia Allahu limən həmidəh», siz deyin: «Allahummə, Rabbənə ləkə-l-həmd” ( Allahım, Rəbbimiz, həmd Sənə məxusdur). Sözü mələklərin sözü ilə uyğun gələnin bütün keçmiş günahları bağışlanar» (əl-Buxarı, Müslim və ət-Tirmizi. Səhih hədisdir).
Bəzən bütün bunlara aşağıdakıları əlavə edərdi:

3 «Mil,ə-s-səməvati va mil,ə-l-ardı, va mil,ə mə şi,tə min şey,in ba,d” (Sənə yer ilə səmalar və istədiyin qədər həmd-sənalar olsun) (Müslim və Əbu Uvanə).

4 «Əhlə-s-sənə,i va-l-məcdi, lə məni,a limə ə,taytə, va lə mu,tıyə limə mənə,tə va lə yə nfə,u zə-l-cəddi minkə-l-cədd” (Həmd və ülviyyət sahibi! Sənin verdiyin mane olacaq heç bir şey yoxdur. Sənin mane olduğun şeyi heç kəs verə bilməz. Ey əzəmət Sahibi! Sən fayda verməsən, heç kəs fayda verə bilməz) (Müslim və Əbu Uvanə).

5. Bəzən isə bunu deyərdi: « Mil,ə-s-səməvati va mil,ə-l-ardı, va mil,ə mə şi,tə min şey,in ba,d. Əhlə-s-sənə,i va-l-məcdi, əhaqqu mə qalə-l-abdu, va kullunə ləkə abd. Allahummə lə məni,a limə ə,taytə, va lə mu,tıyə limə mənə,tə va lə yənfə,u zə-l-cəddi minkə-l-cədd” (Sənə yer ilə səmalar qədər və istədiyin başqa şeylər qədər həmd-sənalar olsun. Həmd və Ülviyyət Sahibi! Sənin qulunun dediyi haqdır: Biz hamımız Sənin qulunuq. Allahım! Sənin verdiyinə mane olacaq heç bir şey yoxdur. Sənin mane olduğun şeyi heç kəs verə bilməz. Ey əzəmət Sahibi! Sən fayda verməsən, heç kəs fayda verə bilməz) (Müslim, Əbu Uvanə və Əbu Davud).

6 Gecə namazında bəzən bunu deyərdi: «Li rabbi əl-həmdu, li rabbi əl-həmdu” (Həmd Rəbbimədir, həmd Rəbbimədir). Bunu təkrarlayardı. Bu vaxt onun bu qiyamı təqribən rüku və birinci qiyam qədər davam edərdi. Bu qiyamda «əl-Bəqərə» surəsini oxuyardı» (Əbu Davud, ən-Nəsai. Səhih hədisdir. «əl-İrva» əsəri səh. 235).

7 « Rabbənə va ləkə-l-həmd, həmdən kəsiran tayyibən mubərakən fihi” (Rəbbimiz həmd Sənə məxsusdur: saysız-hesabsız, gözəl və mübarək həmd).
«Peyğəmbərin - səllallahu aleyhi və alihi və səlləm- arxasında namaz qılmış bir nəfər rükudan başını qaldıranda demişdi: «Səmia-Allahu limən həmidəh». Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- soruşur: « Bir az öncə danışan kim idi?» Kişi deyir: «Mən idim, Ya Rəsulullah!» Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- deyir: « Mən otuzdan artıq mələk gördüm ki, bu əcri sənin üçün birinci yazmaqdan ötrü bir-birilə yarışa girmişdilər» (Malik, əl-Buxarı və Əbu Davud).
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 908

İsmarışGöndərilib: C. Sen. 22, 2006 2:18 am    İsmarış mətni: Sitatla cavab ver

QİYAMIN UZADILMASI VƏ TAM RAHATLIĞIN VACİBLİYİ

Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- rükudan sonrakı qiyamını təqribən rükusu qədər edərdi, lakin bəzən o qədər durardı ki, hətta az qala unutdun deyilsin.
Rükuda tam rahatlığı əmr edib «namazı düzgün qılmayan»a deyərdi: «(Rükudan) qalxarkən belini (tam) düzəlt, başını dikəlt ta ki, bütün əzalar yerinə qayıtsın».
Başqa rəvayətdə həmçinin deyilir: Başını qaldırsan, belini düzəlt (əl-Buxarı, Müslim, əd-Darimi, əl-Hakim, əş-Şafii və Əhməd).
Həm də demişdir: «Belə etməyənin namazı tamamlanmamış qalır».
O, həm də deyərdi: «Qüdrət və Cəlal sahibi Allah rüku və səcdə arasında belini düzəltməyənin namazına baxmaz» (Əhməd və ət-Təbərani, «əl-Kəbir». Səhih hədisdir).
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 908

İsmarışGöndərilib: Ş. Sen. 23, 2006 1:19 am    İsmarış mətni: Sitatla cavab ver

SƏCDƏ

Bundan başqa Peyğəmbər √ səllallahu aleyhi və alihi və səllləm- təkbir edib səcdəyə gedərdi (əl-Buxarı və Müslim).
╚Namazı düzgün qılmayan╩a da bunu əmr edərək demişdir: ╚ Hər bir şəxsin namazı yalnız o, ╚Səmia-Allahu limən həmidəh╩ və qəddini düzəldib ╚Allahu əkbər╩ deyəndən sonra səcdə edib əzələləri tam rahatlıq tapdıqda tamamlanmış olur╩ (Əbu Davud, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir).
╚Səcdə etmək idtədikdə təkbir deyərdi╩ (Əllərini yanına salardı və sonra səcdə edərdi). (Əbu Yəla bu hədisi ╚Müsnəd╩ əsərində (284/2) etibarlı istinadla və İbn Xuzeymə (1/79/2) səhih istinadla rəvayət edirlər).
╚Bəzən səcdədən qabaq əllərini qaldırardı╩ (ən-Nəsai, əd-Dəraqutni və əl-Muxlis, ╚əl-Fəvaid╩ əsəri (1/2/2). Səhih hədisdir).
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 908

İsmarışGöndərilib: B.e. Sen. 25, 2006 6:31 am    İsmarış mətni: Sitatla cavab ver

SƏCDƏ EDƏRKƏN BİRİNCİ ƏLLƏRİ YERƏ QOYMAQ

Peyğəmbər √ səllallahu aleyhi və alihi və səlləm- səcdədə ╚ əllərini dizlərindən qabaq yerə qoyardı╩ (İbn Xuzeymə (1/76/1), əd-Dəraqutni, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir).
Bu hədisin səhihliyinə qarşı irəli sürülən fikirlər doğru deyildir. Bu barədə Malik də, Əhməd də danışır. İbn əl-Cauzi ╚ət-Təhqiq╩ (108/2) və əl-Mərvzi ╚Məsail╩ (1/147/1) əsərində imam əl-Auzaiyə səhih istinadla bu hədisi rəvayət edirlər. Səcdənin icrasını əmr edərək deyərdi: ╚Sizdən biri səcdə edərkən dəvə kimi oturmamalı, əllərini dizlərindən qabaq yerə qoymamalıdır╩ (Əbu Davud və Təmam ╚əl-Favaid╩ əsəri (108/1), ən-Nəsai ╚ əs-Suğra╩ və ╚əl-Kubra╩ əsərləri (47/1). Səhih hədisdir).
O həmçinin deyərdi: ╚ Əllər də üz kimi səcdədə iştirak edir. Sizdən biri üzünü yerə qoyursa, deməli əllərini də qoymalıdır. Əgər qalxarsa, hər ikisini qaldırmalıdır╩ (İbn Xuzeymə (1/79/2), Əhməd, əs-Sərrac, əl-Hakim, əz-Zəhəbi. Səhih hədisdir).
O, səcdədə ╚ ovcunun içini yerə sərib onlara dirənərdi╩ (Əbu Davud, əl-Hakim, əz-Zəhəbi. Səhih hədisdir).
╚Barmaqlarını birləşdirərdi╩ (İbn Xuzeymə, əl-Beyhəqi, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir) və ╚onları qibləyə doğru yönəldərdi╩ (əl-Beyhəqi, səhih istinadla. İbn Əbu Şeybə (1/82/2).
╚Əllərini çiyinləri bərabərində qoyardı╩, bəzən də ╚qulaqları bərabərində olardı╩, alnını və burnunu yerə qoyardı╩ (Əbu Davud, ən-Nəsai, ət-Tirmizi və İbn Mülaqqin (27/2). Səhih hədisdir).
Peyğəmbər √ səllallahu aleyhi və laihi və səlləm- ╚namazı düzgün qılmayan╩a demişdir: ╚ Səcdəni tam yerinə yetirməlisən╩ (Əbu Davud və Əhməd. Səhih hədisdir).
Başqa rəvayətdə deyilir: ╚Əgər sən səcdə etsən, üzünü və əllərini yerə düz qoymalısan ki, bədəninin hər bir üzvü öz yerini alsın╩ (İbn Xuzeeymə (1/10/1). Etibarlı hədisdir).
O həmçinin deyərdi: ╚ Burnunu və alnını yerə vurmayanın namazı qəbul olunmaz╩ (əd-Dəraqutni, ət-Təbərani (3/140/01) və Əbu Nəim).
╚Dizlərini və ayaq barmaqlarını da yerə düz qoyardı╩ (əl-Beyhəqi. Səhih hədisdir. İbn Əbu Şeybə (1/82/2). Əl-Hakim bunu səhih hesab etmiş və əz-Zəhəbi bununla razıdır).
╚Əl və ayaq barmaqlarını qibləyə doğru yönəldərdi╩ (əl-Buxarı, Əbu Davud, İbn Rahəveyh, ╚Müsnəd╩ əsərində (4/129/2), İbn Səd (4/157), ╚pəncələri birləşdirərdi╩ (ət-Təhavi, İbn Xuzeymə (654), əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir), ╚bunu əmr etmişdir╩ (ət-Tirmizi, əs-Sərrac, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir).
Peyğəmbərin √ səllallahu aleyhi və alihi və səlləm- səcdə etdiyi yeddi bədən üzvü bunlardır: ╚Ovuclar, dizlər, ayaqlar, alın və burun. Peyğəmbər √ səllallahu aleyhi və alihi və səlləm- son iki üzvü (alın və burnu) səcdədə bir hesab edib demişdir: ╚Əmr olundum ki, (başqa rəvayətdə: əmr olunduq ki, ) yeddi üzvlə səcdə edilsin. Alın və əli ilə burnuna işarə etdi, iki əl (başqa sözlə: iki ovuc), iki diz, ayaq barmaqları, namazdan əvvəl saç və paltarımızı yığmırıq╩ ( əl-Buxarı və Müslim, ╚İrva╩ əsərində (310).
O həmçinin deyirdi: ╚Əgər bəndə səcdə edirsə, onunla yeddi üzv də səcdə edir: üzü, ovucları, dizləri və ayaqları╩ (Müslim və Əbu Uvanə).
Saçları daldan hörülmüş bir kişinin namaz qıldığını görəndə Peyğəmbər √ səllallahu aleyhi və alihi və səlləm- demişdir: ╚ Bu cür namaz qılanın elə bil əl-ayağı bağlanmışdır╩. O həmçinin demişdir: ╚Bunu şeytan müdafiə edir╩, yəni saçların hörüldüyü yerdə şeytan məskən salmışdır ( Əbu Davud, ət-Timiziyə görə etibarlı, İbn Xuzeyməyə və İbn Hibbana görə, səhihdir. Bax: Əbu Davud, ╚Səhih╩ səh. 653).
╚Səcdə vaxtı biləklərini yerə vurmazdı╩ (əl-Buxarı və Əbu Davud), əksinə, ╚onları yeddi yerdən qaldırardı, özündən uzaq tutardı, hətta arxadan qoltuğunun altının ağlığı görünərdi╩ ( əl-Buxarı və Müslim. Bax: ╚əl-İrva╩ səh. 359).
╚Hətta əgər onun qoltuğunun arasından quzu keçmək istəsəydi, keçərdi╩ ( Müslim, Əbu Uvanə və İbn Hibban). Əllərini özündən çox araladığı üçün əshabələrindən bəzisi deyərdi: ╚Rəsulullah √ səllallahu aleyhi və alihi və səlləm- səcdə vaxtı dirsəklərini böyürlərindən o qədər aralı tutardı ki, ona yazığımız gəlirdi╩ (Əbu Davud və İbn Macə. Etibarlı hədisdir). Bunu namaz qılanlara əmr edərək demişdir: ╚Səcdə edərkən ovuclarını yerə qoy, biləkərini qaldır╩ ( Müslim və Əbu Uvanə). Deyərdi: ╚ Səcdədə düz vəziyyət alın, heç kəs dirsəklərini (it kimi) yerə qoymamalıdır╩ (əl-Buxarı, Müslim, Əbu Davud və Əhməd).
Başqa bir hədis: ╚ Biləklərinizi yerə qoyub it oturuşuna bənzər vəziyyət almayın╩ ( Əhməd və ət-Tirmizi. Səhih hədisdir). O həmçinin demişdir: ╚ Qollarını da yeddi üzv kimi yerə qoyma, əllərin içini yerə dirə və qolları böyründən arala. Belə etsən, bədənin bütün üzvləri səninlə birgə səcdə etmiş olur╩ (İbn Xuzeymə (1/80/2), əl-Məqdisi, ╚əl-Muxtar╩ əsəri, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir).

Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 908

İsmarışGöndərilib: Ç.a. Sen. 26, 2006 2:21 am    İsmarış mətni: Sitatla cavab ver

SƏCDƏDƏ RAHATLIĞIN VACİBLİYİ

Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- rüku və səcdəni tam icra etməyi tələb edərdi. Belə etməyənləri isə bir-iki xurma ilə doymaq istəyən, lakin buna nail olmayan ac adama bənzədib deyərdi: « Bu adam ən pis oğurluq etmiş kimidir».
«Rüku» bölməsində qeyd etdiyimiz kimi, rüku və səcdədə belini düzəltməyənin namazını batil edərək namaz qılanın səcdədə də rükuda olduğu kimi tam rahatlıq tələb etmişdir. Bu yuxarıda göstərdiyimiz kimi «namazı düzgün qılmayan»a əmr edilmişdir.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 908

İsmarışGöndərilib: C. Sen. 29, 2006 9:59 pm    İsmarış mətni: Sitatla cavab ver

SƏCDƏ ZİKRLƏRİ

Bu rükuda Peyğəmbər √ səllallahu aleyhi və alihi və səlləm- müxtəlif zikrlər və dualar oxuyardı:
1 ╚Subhanə rabbiyə-l-a,lə■ (Ən Uca Rəbbim pak və nöqsansızdır) √ üç dəfə ( Əhməd, Əbu Davud, İbn Macə, əd-Dəraqutni, ət-Təhavi, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir).
Bəzən bunu üç dəfədən də artıq təkrar edərdi. ( İbn Xuzeymə ( 1/80/2), əl-Məqdisi ╚əl-Muxtarə╩, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir).
Bir dəfə gecə namazında bunu o qədər təkrar etdi ki, səcdəsi təqribən qiyama qədər çəkdi. Bu zaman o, üç uzun surə (╚ əl-Bəqərə╩, ╚ən-Nisa╩ və ╚Ali √İmran╩) oxudu. ╚Gecə namazı╩ fəslində dediyimiz kimi, bütün bunlarla bərabər dua və istiğfar da etdi.

2 ╚Sübhanə rabbiyə-l-a,lə va bihəmdihi■ ( Ən Uca olan və pak və nöqsansız Rəbbimə həmd ilə ) √ üç dəfə (Səhihdir. Əbu Davud, əd-Dəraqutni, Əhməd, ət-Təbərani və əl-Beyhəqinin rəvayətidir).

3 ╚Subbuhun, quddusun, rabbu-l-mələ,ikəti va-r-ruh■ ( Çox təsbih olunan və çox Müqəddəs olan, mələklərin və Ruhun (Cəbrayılın) Rəbbi!) √ üç dəfə ( Müslim və Əbu Davud).

4 ╚Subhanəkə-l-lahummə rabbənə va bihəmdikə. Allahummə-ğfirli■ (Rəbbimiz olan Allahım! Həmd Sənə məxsusdur və Sən pak və nöqsansızsan. Allahım məni bağışla). Bu sözlərlə rüku və səcdəni uzadardı və Qurandan zikr edərdi (əl-Buxarı və Müslim).

5 ╚Allahummə ləkə səcədtu və bikə əməntu, və ləkə əsləmtu, səcədə vachiyə lilləzi xaləqahu, va savvarahu, va şəqqa səm,ahu va basarahu, təbərakə-l-llahu əhsənu-l-xaliqin■ (Allahım! Sənə səcdə etdim, Sənə iman gətirdim, Sənə təslim oldum. Sən mənim Rəbbimsən. Sifətim onu xəlq Edənə, ona quruluş Verənə və əlavə olaraq, eşitmək və görmək bəxş edən Allaha səcdə etdi. Yaradanların ən gözəli Allah mübarəkdir) ( Müslim, Əbu Uvanə, ət-Təhavi və əd-Dəraqutni).

6 ╚Allahummə-ğfirli zənbi kulləhu, diqqahu va cilləhu, va avvaləhu va axirahu va alə niyətəhu va sirrahu■ ( Allahım! Günahlarımın hamısını √ kiçiyini və böyüyünü, ilkini və sonuncusunu, gizlinini və aşkarını bağışla) (Müslim və Əbu Uvanə).

7 ╚Səcədə ləkə səvadi va xəyali, va əmənə bikə fuadi. Əbu-u bini,mətikə aleyyə həzzihi yədəyyə, və mə cənnəbtu alə nəfsi■ ( Sənə gerçəklikdə də, xəyalda da səcdədəyəm. Qəlbimdə Sənə iman gətirdi. Mənə bəxş etdiyin nemətlərlə bəhrələndim) (İbn Nasr, əl-Bəzzar, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir).

8 ╚Subhanə zi-l-cəbəruti, va-l-mələkuti, va-l-kibriyə,i, va-l-azaməti■ ( Qüdrət, hökmranlıq, böyüklük və əzəmət Sahibi olan Allahım pak və nöqsansızdır!) ( Əbu Davud və ən-Nəsai. Səhih hədisdir).
Bu və sonrakı zikrləri gecə namazında oxuyardı:

9 ╚Subhanəkə-l-lahummə rabbənə va bihəmdikə. Lə iləhə illə əntə■ ( Rəbbimiz olan Allahım! Həmd Sənə məxsusdur və Sən pak və nöqsansızsan. Səndən başqa ibadətə layiq ilah yoxdur) ( Müslim, Əbu Uvanə, ən- Nəsai və İbn Nasr).

10 ╚Allahummə-ğfirli mə əsrartu və mə ə,aləntu■ ( Allahım! Gizli və aşkar günahlarımı bağışla) ( İbn Əbu Şeybə ( 62/112/1), ən-Nəsai, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir).

11 ╚Allahummə-c,al fi qalbi nuran, va fi lisəni nuran, va fi səm,i nuran, va fi basarı nuran, va min fauqi nuran, va min təhti nuran, va an yəmini nuran va an şiməli nuran, va min əməmi nuran, va min xəlfi nuran, va-c,al fi nəfsi nuran, va a,zım li nuran■ (Allahım! Qəlbimi və dilimi, qulaqlarımı və gözlərimi nurlandır, altımı və üstümü, sağımı və solumu, önümü və arxamı nura bürü. Nəfsimi də nurlu et və mənə böyük nur ver) ( Müslim, Əbu Uvanə, İbn Əbu Şeybə ╚əl-Müsnəf╩ ( 12/106/2) və 112/1).

12 ╚Allahummə inni ə,uzu birıdakə min səxatıkə va bimu,afətikə min uqubətikə və ə,uzu bikə minkə, lə uhsı sənə,ən aleykə əntə kəmə əsneytə alə nəfsikə■ (Allahım! Məndən razı qalmaq üçün Sənin qəzəbindən, bağışlanmaq üçün Sənin cəzandan və Səndən Sənə sığınıram. Sənə olan həmd- sənaların sonu yoxdur, Sənin Özün Özünə etdiyin həmd-sənaları mən sadalamağa qadir deyiləm) ( 11-ci zikrin mənbələri ilə eynidir).
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 908

İsmarışGöndərilib: Ş. Sen. 30, 2006 9:24 pm    İsmarış mətni: Sitatla cavab ver

SƏCDƏ VAXTI QURAN OXUMAĞIN YASAQ EDİLMƏSİ

Peyğəmbər √ səllallahu aleyhi və alihi və səlləm - rükuda olduğu kimi, səcdədə də Quran oxumasını yasaq edərək bu rükndə dua və zikri artırmağı əmr etmişdir. Bu barədə ╚Rüku╩ fəslində danışmışıq.
O deyərdi: ╚Bəndə öz Rəbbinə ən çox səcdə vaxtı yaxınlaşır. Səcdədə duanı çox edin╩ ( Müslim, əbu Uvanə və əl-Beyhəqi, ╚əl-İrva╩, səh. 456).
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 908

İsmarışGöndərilib: Çər. Okt. 04, 2006 2:40 am    İsmarış mətni: Sitatla cavab ver

SƏCDƏNİN UZADILMASI


Peyğəmbərin – səllallahu aleyhi və alihi və səlləm- səcdəsi öz müddəti etibarı ilə rükiyə yaxın idi. Bir əshabənin aşağıdakı rəvayətindən göründüyü kimi müəyyən səbəblər üzündən hətta səcdəni daha çox uzadarmış:
«Namazlarının birində (Zöhr və ya Əsr) Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- qucağında Həsən və yaxud Hüseyn namaza gəldi. Peyğəmbər – səllallahu aeyhi və alihi və səlləm- irəli çıxıb uşağı sağ tərəfdə yerə qoydu. Təkbir edib namaza durdu. Namaz vaxtı səcdə etdi, lakin səcdəsi çox uzandı. Başımı qaldırıb gördüm ki, Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- səcdədədir, uşaq isə onun belində oturmuşdur. Yenə səcdəyə qayıtdım. Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- namazı tamamladıqdan sonra soruşdular: «Ya Rəsulullah! Sən namaz vaxtı səcdəni o qədər uzatdın ki, biz elə bildik bir iş baş verib, ya da sənə vəhy gəlir».
O dedi: « Heç nə olmayıb. Amma oğlum məni minmişdi. Uşağı özüm düşürtmədim ki, qoy işində olsun» ( ən-Nəsai, İbn Asəakir ( 4/257/1-2), əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir).
Başqa hədisdə deyilir: « Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- namaz vaxtı səcdə edəndə Həsən və Hüseyn hoppanıb onun belinə minirlər. Onları düşürmək istəyəndə işarə ilə bildirdi ki, mane olmayaq. Namazı bitirdikdən sonra onları öz qucağında otuzdurub dedi: «Məni istəyən adam bunları da istəməlidir» (İbn Xuzeymə, «Səhih» (887), İbn Məsud və əl-Beyhəqiyə istinadən verilən etibarlı hədisdir).
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 908

İsmarışGöndərilib: C.a. Okt. 05, 2006 10:10 pm    İsmarış mətni: Sitatla cavab ver

SƏCDƏNİN ÜSTÜNLÜYÜ

Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm – demişdir: «Mənim ümmətimdən elə bir adam yoxdur ki, qiyamət günü onu görəndə tanımayım». Ondan soruşurlar: «Ya Rəsulullah! Bu qədər adamın içində Sən onları necə tanıya bilərsən? O belə cavab verir: «Tutaq ki, ilxının salındığı tövləyə girmisiniz. Orada çoxsaylı qara atlar vardır. Lakin bir at da vardır ki, alnında, əllərində və ayaqlarında ağ xallar vardır. Onu tezcə seçərsinizmi?» Dedilər ki, bəli. Onda dedi: « Mənim ümmətim həmin gün səcdədən üzü ağdır, dəstəmaz almaqdan əlləri və ayaqları dümaqdır» ( Əhməd, ət-Tirmizi. Səhih hədisdir. «Səhih» əsərində).
O deyir: « Əgər Allah Cəhənnəm əhlindən birinə rəhm eləsə, mələklərə əmr edər ki, onu oddan xaric etsinlər. Əgər bəndə ibadət etmişsə, onun alnında səcdənin izləri qalmış olur. Allah odu səcdə izini yandırmaqdan məhrum etmişdir. Adəm övladının hər yerinə od toxunar, alnındakı səcdə yerindən başqa bütün Adəm övladı odda yanar» (əl-Buxarı və Müslim).
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 908

İsmarışGöndərilib: Ş. Okt. 07, 2006 8:37 pm    İsmarış mətni: Sitatla cavab ver

YERDƏ VƏ HƏSİR ÜSTÜNDƏ SƏCDƏ ETMƏK

O, çox vaxt quru yerdə səcdə edərdi. Çünki məscidində həsir və ya başqa nə isə döşənməmişdir. Aşağıdakı hədis buna dəlalət edir:
«Əshabələr onunla birlikdə ən şiddətli istidə belə namaz qılardılar. Onlardan biri alnını yerə vura bilmədikdə paltarını sərinb onun üzərində səcdə edərdi» (Müslim və Əbu Uvanə).
O deyərdi: «Mənə və ümmətimə yer üzü məscid və təmizləyici edildi. Mənim ümmətimdən olan adam istədiyi yerdə namaz qıla bilər, bura ona məscid olar, bu yer təmizləyici ( təyəmmüm və s. üçün – red.) olar. Məndən qabaq bunu qəbul etməmiş, öz kilsələrində və məbədlərində ibadət etmişlər» ( Əhməd, əs-Sərrac və əl-Beyhəqi. Səhih hədisdir).
Bəzən hətta palçıqda və suda da səcdə edərdi. Bir dəfə Ramazan ayının 21-də səhər bərk yağış yağır. Məscidin damı xurma yarpaqlarından olduğu üçün damır. Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- palçıq və su içində səcdə edir. Əbu Səid əl-Xudri deyir: «Mən Rəsulullahın üzündə, gözlərinin üstündə, alnında və burnunda su və palçığın izlərini gördüm» (əl-Buxarı və Müslim).
O, «bir parça həsir üzərində səcdə edərdi» ( əl-Buxarı və Müslim).
Bəzən də « Həsir üzərində səcdə edərdi» ( Müslim və Əbu Uvanə).
Bəzən isə « əynindəki paltarı sərib üzərində namaz qılardı» ( əl-Buxarı və Müslim).
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 908

İsmarışGöndərilib: B. Okt. 08, 2006 9:22 pm    İsmarış mətni: Sitatla cavab ver

SƏCDƏDƏN QALXMAQ

Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- təkbir edərək başını səcdədən qaldırardı (əl-Buxarı və Müslim). Bunu «namazı düzgün qılmayan»a əmr edərək demişdir: «Namaz o zaman tamamlanır ki, namaz qılan səcdə etsin. Bütün bədən üzvləri rahatlıq tapsın, sonra «Allahu əkbər» deyib və başını qaldırıb otursun» ( Əbu Davud, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir). Bəzən «bu təkbirlə bərabər əllərini də qaldırardı» ( Əhməd və Əbu Davud. Səhih hədisdir).
Bundan sonra «sol dizini qatlayıb onun üstündə oturardı və rahatlanardı» ( əl-Buxarı, Əbu Davud, Müslim, Əbu Uvanə, «əl-İrva», səh.316. Səhih hədisdir). Bunu « namazı düzgün qılmayan»a əmr edərək demişdir: «Səcdə etsən, onu tam icra et, qalxıb otursan, sol budun üstə otur» (Əbu Davud və Əhməd. Yaxşı istinadlı hədisdir).
«Sağ ayağını dik qoyardı» ( əl-Buxarı və Beyhəqi).
«Barmaqlarını qibləyə yönəldərdi» ( ən-Nəsai. Səhih hədisdir).
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 908

İsmarışGöndərilib: C. Okt. 13, 2006 5:36 pm    İsmarış mətni: Sitatla cavab ver

İKİ SƏCDƏ ARASI OTURMA

╚Bəzən diz üstə oturardı; ayağının pəncələrini və dizə qədər hissəsini yerə düz qoyardı╩ ( Müslim, Əbu Uvanə və Əbu Şeyxin ╚Əbu Zubeyrin Cabirdən rəvayət etdikləri╩ əsərində 104/106 saylı hədis, əl-Beyhəqi).


İKİ SƏCDƏ ARASINDA RAHATLIĞIN VACİBLİYİ

╚Peyğəmbər √ səllallahu aleyhi və alihi və səlləm- iki səcdə arasında bədəninin hər bir üzvü öz yerini alana qədər istirahət edərdi╩ ( Əbu Davud və əl-Beyhəqi. Səhih hədisdir). ╚ Namazı düzgün qılmayan╩a bunu əmr edərək demişdir: ╚Bunu etməyənin namazı tamamlanmaz╩ (Əbu Davud, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir).
Rahatlanmanı təqribən ╚səcdə qədər uzadardı╩ (əl-Buxarı və Müslim). Bəzən ╚onu o qədər uzadardı ki, elə bilirdilər ki, (namazı) unudubdur╩ (əl-Buxarı və Müslim).
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 908

İsmarışGöndərilib: B. Okt. 15, 2006 12:01 am    İsmarış mətni: Sitatla cavab ver

ƏLLƏRİ DAYAQ EDİB RÜKƏTƏ QALXMA

Sonra ╚Peyğəmbər √ səllallahu aleyhi və alihi və səlləm- əllərini yerə dayayıb ikinci rükətə qalxardı╩ ( əş-Şafii və əl-Buxarı).
╚Namazda həmişə əllərini dayaq verib qalxardı╩ (Əbu İshaq əl- Hərbi və əl- Beyhəqi. Səhih hədisdir).
╚Peyğəmbər √ səllallahu aleyhi və alihi və səlləm- ikinci rükətdə qalxıb sükut etmədən ╚əl-həmdu lilləh╩ deyib onu başlayardı və duanı axıra çatdırardı╩ ( Müslim və Əbu Uvanə). Bu rükətdə də birncidə etdiklərini edərdi. Lakin bu rükəti, yuxarıda qeyd olunduğu kimi, daha çox qısaldardı.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 908

İsmarışGöndərilib: Ç.a. Okt. 17, 2006 5:20 pm    İsmarış mətni: Sitatla cavab ver

HƏR BİR RÜKƏTDƏ FATİHƏNİN QİRAƏTİNİN VACİBLİYİ

Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- « namazı düzgün qılmayan»a birincidə olduğu kimi « bütün rükətlərdə əl- Fatihə»ni oxumağı əmr etmişdir» (Əbu Davud və Əhməd. Səhih hədisdir). O demişdir: « Bunu bütün namazda yerinə yetir» ( əl-Buxarı və Müslim). Başqa rəvayətdə deyilir: « Hər rükətdə» (Əhməd. Etibarlı hədisdir). Həmçinin demişdir: « Hər rükətdə qiraət vardır» (İbn Macə, İbn Hibban «Səhih» əsəri, Əhməd «Məsail ibn Hani» (1/62) və Malik «əl-Muvatta» əsəri).
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 908

İsmarışGöndərilib: C.a. Okt. 19, 2006 5:08 pm    İsmarış mətni: Sitatla cavab ver

BİRİNCİ TƏŞƏHHÜD

Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- ikinci rükəti bitirdikdən sonra təşəhhüd üçün oturardı. Əgər namaz Sübh namazında olduğu kimi iki rükət olurdusa, iki səcdə arasında olduğu kimi sol ayağının üzərində, sağ ayağını dik qoyaraq (« iftiram») oturardı (ən-Nəsai ( 1/173). Səhihdir). Həmçinin üç və dörd rükətli namazların birinci təşəhhüdündə də belə oturardı ( əl-Buxarı və Əbu Davud).
Bunu « namazı düzgün qılmayan»a da əmr edərək demişdir: « Əgər namazın tən yarısında otursan, rahatlan, sol dizini büküb onun üstündə otur və təşəhhüd et» ( Əbu Davud və əl-Beyhəqi. Etibarlı istinadla).
Əbu Hüreyrə – radıyallahu anhu- demişdir: « Mənim dostum – səllallahu aleyhi və alihi və səlləm- it oturuşu ilə oturmağı mənə yasaq etmişdir» ( ət-Təyalisi, Əhməd və Əbu Şeybə).
«Həmçinin şeytan oturuşunu ( yəni ayaq barmaqlarını bükməyib düz saxlayaraq dabanları üzərinə çökməyi) qadağan etmişdir» ( Müslim, Əbu Uvanə və başqaları).
«Təşəhhüdə oturanda sağ ovcunu sağ budu ( başqa bir rəvayətdə: dizi) üstə qoyardı. Sol ovcunu sol budu ( başqa bir rəvayətdə: dizi) üstə qoyardı» (Müslim və Əbu Uvanə).
«Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- sağ dirsəyini sağ budunun üstünə qoyardı» ( yəni qolunu aralamazdı. Bax: İbn əl-Qayyim «əz-Zad» əsəri).
Bir kişi namazda oturub sol əlinə söykənmişdi. Bunu görəndə Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- dedi: « bu yəhudilərin namazıdır» ( əl-Beyhəqi və əl- Hakim. Səhih hədis hesab edilir. əz- Zəhəbi də bununla razı olmuşdur. Bax: «əl-İrva», 380).
Başqa bir hədisdə deyilir: « Bu cür oturmayın. Bu, əziyyətə məruz qalanların oturuşudur» (Əhməd və Əbu Davud. Etibarlı hədisdir).
Başqa bir hədisdə: « Bu qəzəbə gələnlərin oturuşudur» deyilir (Abdur-Rəzzaq və Addul-Haqq «Əhkam»- 1284).
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 908

İsmarışGöndərilib: Ş. Okt. 21, 2006 1:47 am    İsmarış mətni: Sitatla cavab ver

TƏŞƏHHÜDDƏ BARMAĞIN TƏRPƏDİLMƏSİ

Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm – sol ovcunu sol dizinin üstünə aşıq şəkildə qoyardı. Sağ əlinin barmaqlarının hamısını bükərdi. Şəhadət barmağı ilə qibləyə işarə edər və ona baxardı ( Müslim, Əbu Uvanə, İbn Xuzeymə, Əl-Hümeydi « Müsnəd» ( 131/1) və Əbu Yəla ( 275/2). Səhih hədisdir).
«Barmağı ilə işarə edəndə baş barmağını orta barmağının üstünə qoyardı» (Müslim və Əbu Uvanə).
Bəzən onu « dairəvi şəkildə qoyardı» (və ya havada onunla dairə cızardı) ( Əbu Davud, ən-Nəsai, İbn əl-Carud əl-Müntəqqi (208), İbn Xuzeymə (1/86/1-2), İbn Hibban «Səhih» (485). Səhih hədisdir).
Barmağını qaldırardı, tərpədərdi və dua edərdi ( yuxarıda göstərilən mənbələr) və deyərdi: « Bu barmağın ( şəhadət barmağının) işarəsi şeytan üçün dəmirdən də ağırdır» ( Əhməd, əl-Bəzzar, Əbu Cəfər, əl-Buxtəri, «əl-Əmali» (60/1), ət-Təbərani «əd-Dua» (273/1), Abdul Fəni əl-Məqdisi, «əs-Sünən» )12/2). Yaxşı hədisdir. « Müsnəd» əsəri (249/2) və əl-Beyhəqi).
«Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- bunu hər iki təşəhhüd zamanı edərdi» (ən-Nəsai və əl-Beyhəqi. Səhih hədisdir).
Peyğəmbərin – səllallahu aleyhi və alihi və səlləm – əshabələri bir-birinə, yəni dua vaxtı barmaqla işarə edilməsinə diqqət yetirirdilər (İbn Əbu Şeybə ( 2/123/2). Yaxşı hədisdir).
«Dua vaxtı iki barmağı ilə işarə edərək dua edən birisini gördükdə Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm – demişdir: « Biri ilə, biri ilə və sonra şəhadət barmağını göstərdi» (İbn Əbi Şeybə ( 12/40/1) və (2/123/2), ən-Nəsai, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir).
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 908

İsmarışGöndərilib: B. Okt. 22, 2006 7:31 pm    İsmarış mətni: Sitatla cavab ver

BİRİNCİ TƏŞƏHHÜDÜN VACİBLİYİ VƏ ONDA DUANIN ŞƏRİƏTƏ UYĞUNLUĞU

Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- hər iki rükətdən bir « əttəhiyyatu lilləhi» ( təşəhhüd) oxuyardı» (Müslim və Əbu Uvanə).
«Oturanda gördüyü ilk iş Allahı salamlamaq olurdu» ( əl-Beyhəqinin Aişədən yaxşı istinadla verdiyi rəvayət, İbn əl-Müləqqin də bunu demişdir ( 28/2)).
Əgər birnci iki rükətdə onu unutsaydı səhv səcdəsini edərdi» ( əl-Buxarı və Müslim. « İrvaul-ğəlil», 338).
Bunu əmr edərək demişdir: « Əgər otursanız, hər bir rükətdə deyin: « əttəhiyyatu lilləhi…» Sizdən biri xoşuna gələn duanı seçərək « əttəhiyyatla» bərabər onu da Qüdrət və Cəlalət sahibi Allaha dua etsin» ( ən-Nəsai, Əhməd və ət-Təbərani, «əl-Kəbir» əsəri əsəri (3/25/1). Səhih hədisdir).
Başqa bir rəvayətdə deyilir: «Hər iki rükətdən bir oturub « əttəhiyyatu»… və i.a. deyin ( ən-Nəsai. Səhih hədisdir).
Yuxarıda qeyd edildiyi kimi, «namazı düzgün qılmayan»a da bunu əmr etmişdir.
Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- onlara ( əshabələrə – red.) Qurandan surə öyrədən kimi təşəhhüdü öyrədərdi (əl-Buxarı və Müslim).
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 908

İsmarışGöndərilib: C.a. Okt. 26, 2006 11:58 pm    İsmarış mətni: Sitatla cavab ver

TƏŞƏHHÜDÜN FORMALARI

Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- təşəhhüdün müxtəlif formalarını öyrətmişdir:

1. İbn Məsudun təşəhhüdü. O demişdir: « Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- Qurandan surə öyrədirmiş kimi əlimi övucları arasına alaraq mənə təşəhhüd öyrətdi:
« Ət-təhiyyətu lilləhi, va-s-salavatu, va-t-tayyibətu, əs-sələmu aleykə əyyuhə-n-nəbiyyu va rahmətu-l-lahi va bərəkətuhu, əs-sələmu aleynə va alə ibədi-l-ləhi-s-salihin. Əşhədu ən lə iləhə illə-l-lah va əşhədu ənnə Muhammədən abduhu va rasuluhu” (Allaha həmd-sənalar, xeyir-dualar olsun. Bütün yaxşı işlər də Allah üçündür. Peyğəmbərə salam olsun! Allahın mərhəməti və bərəkəti ona yetişsin. Bizə və Allahın əməli-saleh qullarına salam olsun. Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur və şəhadət edirəm ki, Məhəmməd Onun qulu və elçisidir). Əgər belə deyilərsə, həm Yerdə, həm də göydə hər bir əməli-saleh qul savaba nail olar: « Əşhədu ən lə iləhə illə-l-lah va əşhədu ənnə Muhəmmədən abduhu va rasuluhu”
Bunu peyğəmbər bizim aramızdaykən ( sağ olarkən) deyərdik. Vəfatından sonra « əssələmu alən-nəbiyyi” ( Peyğəmbərə salam olsun) deyərdik ( əl-Buxarı, Müslim, İbn Əbi Şeybə ( 1/90/2), əs-Sərrac və Əbu Yəla, «Müsnəd» (258/2), «əl-İrva» (123)). [/i]
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 908

İsmarışGöndərilib: C. Okt. 27, 2006 7:00 pm    İsmarış mətni: Sitatla cavab ver

2. İbn Abbasın təşəhhüdü. O demişdir: « Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- bizə təşəhhüdü Quran surəsini öyrətdiyi kimi öyrədib deyərdi:
«Ət-təhiyyətu əl-mubarakatu əs-salavatu ət-tayyibətu lilləhi, (əl)-sələmu aleykə əyyuhə-n-nəbiyyu va rahmətu-l-lahi va bərəkətuhu, (əl)- sələmu aleynə va alə ibədi-l-ləhi-s-salihin. Əşhədu ən lə iləhə illə-l-lah va (əşhədu) ənnə Mühammədən rasulilləhi (başqa rəvayətdə: abduhu va rasuluhu)” (Müslim, Əbu Uvanə, əş-Şafii və ən-Nəsai).


3.İbn Ömərin təşəhhüdü.
Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- təşəhhüddə deyərdi: « Ət-təhiyyətu lilləhi (vəs)- salavatu (vət) – tayyibətu, ə-sələmu aleykə əyyuhə-n-nəbiyyu va rahmətu-l-lahi (İbn Ömər deyir ki, mən bunu artırdım: ba bərəkətuhu), əs-sələmu aleynə va alə ibədi-l-ləhi-s-salihin. Əşhədu ən lə iləhə illə-l-lah ( İbn Ömər deyir ki, mən bunu artırdım: Vəhdəhu lə şərikə ləhu) va əşhədu ənnə Muhammədən abduhu va rasuluhu” ( Allaha həmd-sənalar, xeyir-dualar olsun. Bütün yaxşı işlər də Allah üçündür. Peyğəmbərə salam olsun! Allahın mərhəməti və bərəkəti ona yetişsin. Bizə və Allahın əməli-saleh qullarına salam olsun. Mən şəhadət edirəm ki, Vahid və şəriksiz Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur və şəhadət edirəm ki, Məhəmməd Onun qulu və elçisidir) ( Əbu Davud və əd-Dəraqutni. Səhihdir).
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> NAMAZ Bütün saatlar GMT + 4 Saat
Səhifə Əvvəlki  1, 2, 3, 4  Sonrakı
3 səhifə (Cəmi 4 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.