Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: Ş. Avq. 26, 2006 12:24 am İsmarış mətni:
SAKİT SƏSLƏ QİRAƏTİN VACİBLİYİ
Sakit səslə qiraəti Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- vacib saymışdır.
Cabir demişdir: «Zöhr və əcr namazları vaxtı imamın ardınca birinci iki rükətdə «əl-Fatihə»ni və başqa bir surəni oxuyardıq. Sonuncu iki rükətdə də «əl-Fatihə»ni oxuyardıq» (İbn Macə. Səhih hədisdir).
Bununla belə qiraətdə imama mane olmaq, onu çaşdırmaq da yasaq edilmişdir. Zöhr namazını öz əshabələri ilə qılırmış. Namazdan sonra dedi: «Sizdən kim «Ən uca Rəbbin adını zikr et» (əl-Əla,1) surəsini oxuyurdu?» Bir nəfər dedi: «Mən. Bununla mən xeyirxahlıq istəmişəm». Rəsulullah dedi: « Mən hiss edirdim ki, kimsə fikrimi yayındırdı» (Müslim, Əbu Uvanə və əs-Sərrac).
Başqa bir hədisdə deyilir: «Namaz qılan öz Rəbbi ilə gizli söhbət edir ki, Allah onun diləyini bilsin. Siz Quranı oxumaqla bir-birinizə mane olmayın» (Malik və əl-Buxarı. Səhih hədisdir).
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: B. Avq. 27, 2006 9:24 pm İsmarış mətni:
AMİN VƏ İMAMIN ONU UCA SƏSLƏ DEMƏSİ
«Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- « əl-Fatihə»ni oxuyub qurtarandan sonra uca səslə və səsini uzadaraq « amin» deyərdi» (əl-Buxarı və Əbu Davud. Səhih hədisdir).
O, həmçinin imamın arxasında namaz qılanlara imamla «amin» deməyi əmr edərək demişdir: «Əgər imam «ğeyril məğdubi və aleyhim vəlad-dallin” desə, siz də «amin» deyin. Bu zaman mələklər də «amin» deyirlər. İmam da «amin» deyir».
Başqa variantda deyilir: «Əgər imam «amin» deyirsə, siz də deyin. İmamla birgə «amin» deyən bu sözü mələklərlə birgə demiş olur».
Başqa variantda deyilir: «Bininiz namazda «amin» deyərsə, deməli, bir-birinizlə ittifaqda olursunuz. Bununla da bütün əvvəlki günahlar bağışlanır» (əl-Buxarı, Müslim, ən-Nəsai və əd-Darimi).
Başqa bir hədisdə deyilir: «Amin deyin ki, Allah sizin duanıza cavab versin (qəbul etsin)» (Müslim və Əbu Uvanə).
O həmçinin demişdir: «Yəhudilər sizə bir şeydə həsəd aparırlar: imamın ardınca salam verməyə və «amin» deyilməsinə» ( əl-Buxarı, İbn Macə, İbn Xuzeymə, Əhməd və əs-Sərrac. Səhih hədisdir).
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: B.e. Avq. 28, 2006 10:50 pm İsmarış mətni:
PEYĞƏMBƏRİN (s.a.v.) FATİHƏDƏN SONRA QİRAƏTİ
Peyğəmbər √səllallahu aleyhi və alihi və səlləm- ╚əl-Fatihə╩dən sonra başqa bir surə oxuyardı. Bəzən bu qiraəti uzadardı, bəzən isə səfər ərəfəsində olanda, öskürmək istəyəndə, xəstələndikdə və ya uşaq ağlayanda qısaldardı. Ənəs bin Malik √radıyallahu anhu- demişdir: ╚Bir dəfə sübh namazında Peyğəmbər √səllallahu aleyhi və alihi və səlləm- qiraəti qısaltdı╩.
Başqa bir hədisdə deyilir: ╚ Sübh namazında Rəsulullah √səllallahu aleyhi və alihi və səlləm- Quranın ən qısa iki surəsini oxudu. Ona dedilər: ╚Ya Rəsulullah! Nə üçün belə qısaltdın?╩ O buyurdu: ╚ Uşağın ağlamaq səsini eşitdim. Zənn etdim ki, anası bizimlədir, namaz qılır. Buna görə də ananı tez uşağın harayına göndərmək istədim╩.
O deyərdi: ╚ Mən namaza başlayanda onu uzaqmaq istəyirəm. Amma uşağın ağlamağını eşidəndə onu qısaltmalı oluram. Mən öz uşağının ağladığını eşidən ananın necə narahat olduğunu bilirəm╩ ( əl-Buxarı və Müslim).
Həmişə namazı surənin birinci ayəsi ilə başlayar və çox zaman onu axıra qədər oxuyardı. O deyərdi: ╚Hər bir surəyə onun rüku və səcdə payını verin╩ və ya ╚hər bir surənin rükəti vardır╩ (İbn Nasr və ət-Təhavi. Səhih hədisdir).
╚Bəzən surəni iki rükət arasında bölərdi╩ (Əhməd və Əbu Yəla). Bəzən də surəni bütövlükdə ikinci rükətdə təkrar oxuyardı. Bəzən isə bir rükət iki və daha artıq surəni birləşdirərdi: ╚Ənsarlardan bir nəfər Quba məscidində imamlıq edirdi. Hər dəfə ╚əl-Fatihə╩ dən sonra başqa surəni oxumazdan əvvəl ╚Qul huva Allahu əhəd╩ (╚əl-İxlas╩) surəsini oxuyur, tamamlayır, sonra başqa bir surəni oxuyurdu. O, hər rükətdə təkrar edərdi. Dostları ona (irad tutaraq) deyirlər: ╚Sən hər dəfə bu surə (╚əl-İxlas╩) ilə başlayırsan. Görürsən ki, tək bunu oxumaq bəs deyil mütləq əlavə başqa surəni də oxuyursan╩. O ( cavabında deyir: ╚Mən bu surəni tərk edən deyiləm. Əgər istəyirsiniz mən sizə imam olum, onda mən belə qılacağam. Yox, istəməsəniz qoy başqası imam olsun.
Onu öz aralarında ən yaxşısı hesab etdiklərinə görə başqası ilə əvəz etmədilər. Peyğəmbər √ səllallahu aleyhi və alihi və səlləm- onların yanına gəldikdə əhvalatı ona danışdılar. O dedi: ╚Ey filankəs! Dostlarımın istəyini yerinə yetirməyə sənə nə mane olur? Hər rükətdə bu surəni mütləq oxumağa səni nə vadar edir?╩ Həmin kişi deyir: ╚Mən bu surəni çox sevirəm╩. Peyğəmbər √ səllallahu aleyhi və alihi və səlləm- deyir: ╚Sənin ona məhəbbətin səni cənnətə daxil etdi╩ ( əl-Buxarı və ət-Tirmizi. Səhih hədisdir).
Muaz Rəsulullahla √ səllallahu aleyhi və alihi və səlləm- birlikdə şam namazı qılır, bundan sonra qayıdıb öz dostları ilə də namaz qılırmış. Bir gecə gəlib onlarla namaz qıldı. Bəni Səlmə tayfasından olan Səlim adlı bir gənc də onlarla namaza durmuşdu. Namazın çox uzandığını görən gənc çəkilib məscidin bir küncündə ibadətini bitirib bayıra çıxdı, dəvəsinin üzəngisindən yapışaraq yola düşdü. Muaz namazını bitirdikdən sonra ona bu barədə dedilər.
O dedi: ╚Bu, nifaqdır. Pəsulullaha √səllallahu aleyhi və alihi və səlləm- sənin bu hərəkətin barədə xəbər verməliyəm. Gənc dedi ki, mən də sənin hərəkətin barədə ona xəbər vermək istəyirəm.
Səhəri onlar Peyğəmbərin √ səllallahu aleyhi və alihi və səlləm- hüzuruna gəldilər. Muaz o gəncin hərəkəti haqqında Peyğəmbərə √ səllallahu aleyhi və alihi və səlləm- danışdı. Gənc isə dedi: ╚ Ya Pəsulullah! O sənin yanında çox dayanır, sonra bizim yanımıza gələrək uzun namaz qılır╩. Rəsulullah √ səllallahu aleyhi və alihi və səlləm- dedi: ╚Ey Muaz, sən fitnəkarsanmı?╩ Sonra üzünü gəncə tutub dedi: ╚Sən necə namaz qılırsan, qardaş oğlu?╩ Cavan belə cavab verdi: ╚ Kitabın ╚əl-Fatihə╩sini oxuyuram. Allahdan Cənnət istəyirəm, odun qorxusundan Ondan sığınacaq diləyirəm. Mən nə sənin, nə də Muazın pıçıltı ilə nə dediyinizi bilmirəm. Rəsulullah √ səllallahu aleyhi və alihi və səlləm- dedi: ╚Mən də, Muaz da elə bunları deyirik╩. Gənc dedi: ╚Lakin Muaz düşmənin hücum xəbərini alanda hər şeyi başa düşəcək╩.
Həqiqətən də, belə oldu. Bu gənc düşmənlərlə döyüşdə şəhid oldu. Peyğəmbər √ səllallahu aleyhi və alihi və səlləm- Muaza dedi: ╚Mənim və sənin rəqibin gördün nə etdi?╩ Muaz dedi: ╚Allah onun sözünü düz çıxardı, ya Rəsulullah! Mən yalan danışdım. O gənc şəhid oldu╩ (İbn Xuzeymə, əl-Beyhəqi, Əbu Davud, Müslim, Əhməd, əl-Buxarı. Etibarlı hədisdir).
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: C. Sen. 01, 2006 1:50 am İsmarış mətni:
BEŞ NAMAZDA VƏ BAŞQA NAMAZLARDA UCA VƏ SAKİT SƏSLƏ QİRAƏT
Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- sübh namazını, məqrib və işa namazlarının ilk rükətini uca səslə, zöhr və əcr namazlarını və məğrib namazının üçüncü və işa namazının sonuncu iki rükətini sakit səslə qılardı» (ən-Nəvai keçmiş və sonrakı alimlərin bu məsələdə yekdil olduqlarını demişdir).
Namaza duranlar onun saqqalının tərpənməsi ilə sakit səslə qiraət etdiyini hiss edirdilər (əl-Buxarı və Əbu Davud) və bəzən də o, ayəni onlara eşitdirmək üçün bərkdən oxuyardı.
«Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- cümə, iki bayram ( orucluq və qurban – Z.Q.), yağış yağması və günəş tutulması namazlarını uca səslə qiraət edərdi» (əl-Buxarı, Müslim və Əbu Davud).
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: C. Sen. 01, 2006 1:51 am İsmarış mətni:
GECƏ NAMAZINDA UCA VƏ SAKİT SƏSLƏ QİRAƏT
«Gecə namazında Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- bəzən sakit, bəzən isə uca səslə qiraət edərdi» ( əl-Buxarı və Müslim).
«Əgər evdə namaz vaxtı qiraət etsəydi, otaqda olanlar onun səsini eşidərdilər» (Əbu Davud və ət-Tirmizi).
«Bəzən səsini elə qaldırardı ki, hətta bayırda olanlar da onu eşidərdilər».
Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- bir dəfə gecə vaxtı Əbu Bəkrin – radıyallahu anhu- yanına gəldi və onun sakit səslə, Ömər bin əl-Xəttabın – radıyallahu anhu- evinə gələndə isə onun uca səslə namaz qıldığını gördü. Onlar Peyğəmbərin – səllallahu aleyhi və alihi və səlləm – yanına toplaşdıqda dedi:
«Ya Əbu Bəkr! Yanına gəldim ki, sakit səslə namaz qılırsan». Əbu Bəkr dedi: « Mən münacam etdiyimi eşitdirirdim, Ya Rəsulullah!»
Bundan sonra Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- üzünü Ömərə tutub dedi: «Sənin yanına gəldim, uca səslə namaz qılıdığını gördüm». Ömər cavab verdi: «Ya Rəsulullah! Mən mürgünün qarşısını alırdım, şeytanı qovdum».
Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- Əbu Bəkrə «sən səsini bir qədər qaldır», Ömərə isə «səsini bir az aşağı sal» dedi» ( Əbu Davud, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir).
O həmçinin demişdir: «Quranı uca səslə oxuyan aşkarda sədəqə verən kimidir. Sakit səslə Quran oxuyan isə gizlincə sədəqə verən kimidir» (Əbu Davud, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir).
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: Ş. Sen. 02, 2006 10:05 pm İsmarış mətni:
PEYĞƏMBƏRİN (s.a.v.) EYNİ MƏNALI SURƏLƏRİ VƏ BAŞQALARINI BİR RÜKƏTDƏ TOPLAMASI
Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- bir rükətdə yaxın mənalı iki surəni oxuyardı. Belə ki, «ər-Rəhman» (55:78) və «ən-Nəcm» (53:62) bir rükətdə; «əl-Qəmər» (54:55) və «əl-Haqqə» (69:52) bir rükətdə; «ət-Tur» (52:49) və «əz-Zariyat» (51:60) bir rükətdə; «əl-Vaqiə» (56:96) və «Nun» (68:52) bir rükətdə; «əl-Məaric» (70:44) və «ən-Naziat» (79:46) bir rükətdə; «əl-Mutəffifin» ( 83:36) və «Əbəsə» (80:42) bir rükətdə; «əl-Muddəssir» (74:46) və «əl-Muzzəmmil» (73:20) bir rükətdə; «əd-Dəhr» («əl-İnsan») (76:31) və «əl-Qiyamə» (75:40) bir rükətdə; «ən-Nəbə» (78:40) və «əl-Mursəlat» (77:50) bir rükətdə; «əd-Duxan» (44:59) və «ət-Təkvir» (81:29) bir rükətdə oxunardı (əl-Buxarı və Müslim).
Bəzən isə «əl-Bəqərə», «ən-Nisa» və «Ali İmran» kimi yeddi uzun surəni bir rükətdə gecə namazında toplayardı və deyərdi: «Ən yaxşı namaz qiyamı uzun olandır» (Müslim və ət-Təhavi).
Əgər o, «… məgər bu, ölüləri diriltməyə qadir olmaq demək deyilmi?” ayəsini oxusaydı deyərdi: «Subhanəkə, fə bələ» («Sən pak və nöqsansızsan, bəli»). Əgər o, «Ən Uca olan Rəbbinin adını pak və müqəddəs tutub şəninə təriflər de!» (əl-Əla,1) ayəsini oxusaydı, deyərdi: «Subhanə Rabbiyəl-Əla» («Uca Rəbbim Pak və nöqsansızdır») (Əbu Davud və əl-Beyhəqi. Səhih hədisdir).
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: B. Sen. 03, 2006 9:34 pm İsmarış mətni:
PEYĞƏMBƏRİN (s.a.v.) NAMAZDA OXUDUQLARI
Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- beş namazın hər birində ayrıca ayə və ya surə oxuyardı. Aşağıda birincidən hər namaz barədə ayrılıqda müfəssəl danışacağıq:
1 – SÜBH ( FƏCR ) NAMAZI
Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- çox zaman Quranın son yeddi uzun surəsini ( « Qaf»dan başlayaraq) oxuyardı.
Bəzən də «əl-Vaqiə» ni (56:49) və bu növ surələri iki rukətdə oxuyardı ( Əhməd, İbn Xuzeymə və əl-Hakim. Səhih hədisdir).
Bəzən isə «Qaf. Val-Quranul – məcid» (50:45) və başqa bu kimi surələri birinci iki rıkətdə oxuyardı (əl-Buxarı və Müslim). Həmçinin qısa surələri (məsələn, «ət-Təkvir») oxuyardı (Müslim və Əbu Davud).
Bir dəfə iki rükətdə bütövlükdə « əz-Zilzal»ı ( 99:8) oxudu. Hətta rəvayətçi təəccüblə demişdir: « Bilmirəm, Rəsulullah buna unudaraq və ya bilərəkdən yol verdi» ( Əbu Davub və əl-Beyhəqi. Səhih hədisdir).
«Bir dəfə səfərdə «əl-Fələq» (113:5) və «ən-Nas» (114:6) surələrini oxumuşdur» (Əbu Davud, İbn Xuzeymə, İbn Bişran, İbn Əbu Şeybə və əl-Hakim. Səhih hədisdir).
Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- Uqbə bin Amirə – radıyallahu anhu- demişdir: «Öz namazında iki sığınacaq dilə. Dilədiyin bir sığınacaq hər ikisi kimidir» (Əbu Davud və Əhməd. Səhih hədisdir).
«Bəzən bundan qat-qat artıq sayda ayə oxuyardı. Belə ki, altmış və daha çox sayda ayə oxuyardı» ( əl-Buxarı və Müslim).
Bəzi rəvayətçilər demişlər: «Bilmirik bunu o, iki rükətin birində, yoxsa hər ikisində edərdi». Bəzən «ər-Rum» (30:60), bəzən isə «Yasin» (36:83) surələrini oxuyardı (ən-Nəsai, Əhməd və əl-Bəzzar. Etibarlı və səhih hədisdir).
Bir dəfə « sübh namazını Məkkədə qıldı. Namazı «əl- Muminun» (23:118) surəsi ilə açdı, Musanı, Harunu və ya İsanı xatırlatdı. Onu öskürək tutdu və rükəti bitirdi» (əl-Buxarı və Müslim).
«Bəzən imamlıq edəndə «əs-Saffat» (37:182) surəsini oxuyardı» ( Əhməd, Əbu Yəla və əl-Məqsidi).
«Cümə günü namaz qılanda «əs-Səcdə» (32:30) surəsini birinci, «əl-İnsan» («əd_Dəhr») (76:31) surəsini isə ikinci rükətdə oxuyardı. Birinci rükətdə qiraəti uzadar, ikincidə isə qısaldardı» ( əl-Buxarı və Müslim).
FƏCRİN SÜNNƏ NAMAZINDA QİRAƏT
Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- Sübh (fəcr) sünnə namazının iki rükətində qiraətini çox yüngülləşdirərdi. (Əhməd. Səhih hədisdir). Hətta Aişə deyərmiş: «Görəsən,o, Kitabın anasını («əl-Fatihə»ni) oxudu?» (əl-Buxarı və Müslim).
Bəzən birinci rükətdə: «Qulu əmənnə billəhi və mə unzilə ileynə…” («əl-Bəqərə», 136) –dan başlayaraq ayəni axıra qədər oxuyardı. Başqa bir ayəni: «Qul yə əhlil kitəbi təalu ilə kəlimətin səvain bəynənə va bəynəkum…” («Ali İmran», 64) –dan başlayıb axıra çatdırardı» (Müslim, İbn Xuzeymə və əl-Hakim).
Bunun əvəzinə: «Fələmmə əhassə İsə minhum əl-kufra…” («Ali İmran», 52) –dan başlayaraq ayəni axıra qədər oxuyardı» (Müslim və Əbu Davud).
Bəzən birinci rükətdə «Qul yə əyyəhəl kəfirun» (109:6) və ikincidə «Qul huvalladu əhəd» (112:4) surələrini oxuyar (Müslim və Əbu Davud).
Bir dəfə bir nəfərin birinci surəni (109:6) birinci rükətdə oxuduğunu eşidəndə demişdi: «Bu bəndə öz Rəbbinə inandı». Həmin adam ikinci rükətdə ikinci surəni (112:4) oxuduqda isə «Bu bəndə öz Rəbbini tanıdı» demişdir (ət-Təhavi, İbn Hibban, İbn Bişran və əl-Hafiz. Etibarlı hədisdir).
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: Ç.a. Sen. 05, 2006 3:07 am İsmarış mətni:
2 – ZÖHR NAMAZI
Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- birinci iki rükətdə «əl-Fatihə»ni və başqa iki - birincidə uzun, ikincidə isə qısa surə oxuyardı (əl-Buxarı və Müslim).
Bəzən zöhr namazını uzadardı. O qədər uzadardı ki, iqamə verildikdən sonra biri Bəqiə gedib işini görüb evinə qayıdar, sonra dəstəmaz alaraq məscidə gələrdi. Bu vaxt Rəsulullah – səllallahu aleyhi və alihi və səlləm – hələ birinci rükətdə olardı» (əl-Buxarı və Müslim).
Elə zənn edirdilər ki, Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- bununla istəyir ki, insanlar birinci rükətə çatsınlar» (Əbu Davud və İbn Xuzeymə. Səhih hədisdir).
«Hər bir əvvəlki iki rükətdə «əs-Səcdə (32:30) «əl-Fatihə» ilə birlikdə oxunan qədər 30 ayə oxuyardı» (Əhməd və Müslim).
«Bəzən isə «Vəs-Səma vat-Tariq» (86:17) və «Vəs-Səma zatil-büruc» (85:22) və «Vəl-Leyli izə yəqşə» (92:21) və bu kimi surələri oxuyardı» (Əbu Davud, ət-Tirmizi və İbn Xuzeymə. Səhih hədisdir).
«Bəzən də «İzəs-səma inşəqqat» (84:25) kimi surələri oxuyardı» (İbn Xuzeymə. Səhih hədisdir).
«Onun zöhr və əcr namazlarında qiraət etdiyini adamlar saqqalının tərpənməsi ilə hiss edərdilər» (əl-Buxarı və Əbu Davud).
PEYĞƏMBƏRİN (s.a.v.) SON İKİ RÜKƏTDƏ
ƏL-FATİHƏDƏN SONRA OXUDUĞU AYƏLƏR
«Son iki rükəti birinci iki rükətdən yarıya qədər, on beş ayəyə qədər qısaldardı» (Əhməd və Müslim).
«Bəzən hətta yalnız bir «əl-Fatihə» ilə kifayətlənərdi» (əl-Buxarı və Müslim).
«Bəzən ayəni (bərkdən oxuyub) onlara eşitdirərdi» (əl-Buxarı və Müslim).
«Onun «Səhhib ismi Rabbikəl-əla» (87:19) və «Həl ətəkə hədisul-Faşiyə» (88:26) surələrinin oxumasını eşidərdilər» (İbn Xuzeymə «Səhih 1/67/2 və əz-Ziya əl-Məqdisi «əl-Muxtarə». Səhih istinadı vardır).
«Bəzən də «Vəs-Səma zatil-büruc» (85:22), «Vəs-Səma vət-Tariq» (86:17) və başqa bu kimi surələri oxuyardı» (əl-Buxarı «Cuzul-qiraəti» və ət-Tirmizi. Səhih hədisdir).
«Bəzənsə «Vəl-leyli izə yəqşə» (92:21) və başqa bu kimi surələri oxuyardı» (Müslim və ət-Təyalisi).
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: Ç.a. Sen. 05, 2006 11:21 pm İsmarış mətni:
3 – ƏSR NAMAZI
Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- birinci iki rükətdə «əl-Fatihə»ni və birinci ikincidən daha uzun olmaqla iki (hər rükətdə bir) surə oxuyardı» (əl-Buxarı və Müslim). «Elə zənn edirdilər ki, insanların birinci rükətə çatması üçün o, belə edir» (Əbu Davud. Səhih istinadla və İbn Xuzeymə).
«Onların hər birində on beş ayə qədər oxuyardı, bu zöhrün birinci iki rükətində oxunanın yarısı qədər idi». «Son iki rükəti birinci ikisindən yarıya qədər qısa oxuyardı» (Əhməd və Müslim).
«Bu namazda «əl-Fatihə»ni oxuyardı» (əl-Buxarı və Müslim).
«Bəzən də ayəni bərkdən oxuyub namaz qılanlara eşitdirərdi» (əl-Buxarı və Müslim).
Zöhr namazında adını çəkdiyimiz surələri də bu namazda oxuyardı.
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: C.a. Sen. 07, 2006 5:01 am İsmarış mətni:
4 – MƏĞRİB NAMAZI
Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- bəzən qısa surələri oxuyardı» (əl-Buxarı və Müslim).
Hətta « onunla birgə namaz qılanlardan biri salam verdikdən (namaz bitdikdən) sonra dönüb baxarsa, oxları qoyduğu yeri görərdi» (ən-Nəsai və Əhməd. Səhih hədisdir).
«Səfərdə «Vət-tini vəz-zeytun» (95:8) surəsini ikinci rükətdə oxuyardı» (ət-Təyalisi və Əhməd. Səhih hədisdir).
«Bəzən də uzun və orta surələri oxuyardı. Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- namazın axırında bəzi vaxtlar «Əlləzinə kəfəru və saddu ən səbil-illəhi» (47:38) – (İbn Xuzeymə 1/166/2, ət-Təbərani və əl-Məqdisi. Səhih hədisdir), bəzən «ət-Tur» (52:49) – (əl-Buxarı və Müslim) və bəzən də «əl-Mursəlat» (77:50) surələrini oxuyardı» (əl-Buxarı və Müslim).
«Bəzən də iki ən uzun surənin biri olan «əl-Əraf» (7:206) surəsini iki rükətdə oxuyardı» (əl-Buxarı, Əbu Davud, İbn Xuzeymə (1/68/1), Əhməd, əs-Sərrac və əl-Müxlis).
«Bəzən isə iki rükətdə «əl-Ənfal» (8:76) surəsini oxuyardı» (ət-Təbərani «əl-Kəbir». Səhih hədisdir).
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: C. Sen. 08, 2006 2:06 am İsmarış mətni:
5 – İŞA NAMAZI
Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- birinci iki rükətdə orta həcmli surələri oxuyardı» (ən-Nəsai və Əhməd. Səhih hədisdir). Bəzən «Vəş-şəmsi vəd –duhahə» (91:15) və ona oxşar surələri oxuyardı». (Əhməd və ət-Tirmizi. Etibarlı hədisdir).
«Bəzən də «İzəs-Səməu inşəqqat» (84:25) surəsini oxuyub onunla da səcdə edərdi» (əl-Buxarı, Müslim və ən-Nəsai).
«Bir dəfə səfər vaxtı «Vət-tini vəz-Zeytun» (95:8) surəsini birinci rükətdə oxudu» (əl-Buxarı, Müslim və ən-Nəsai).
Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- şam (fərz) namazını uzatmağı yasaq etmişdir. «Bir dəfə Muaz bin Cəbəl öz adamları ilə birlikdə axşam namazı qılırmış. O, namazı çox uzadır. Namaz qılanlardan biri namazdan çıxaraq ayrıca qılır. Muaza bu haqda xəbər verilir. Muaz onu münafiq (ikiüzlü) adlandırır. Kişi Peyğəmbərin – səllallahu aleyhi və alihi və səlləm- yanına gedib Muazın dediklərini ona çatdırır. Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- deyir: «Muaz, məgər sən fitnəkarsanmı? Əgər imamlıq etsən, onda yalnız «Vəş-Şəmsi vəd-Duhahə» (91:15), «Səbbih ismi Rabbikə əla» (87:19), «İqra bismi Rabbikəl-ləzi xaləq» (96:19) və «Vəl-Leyli izə yəqşə» (92:21) surələrini oxuyarsan. Unutma ki, sənin arxanda yaşlı, xəstə və ehtiyacı olanlar namaz qılırlar» (əl-Buxarı, Müslim və ən-Nəsai «əl-Ərva».295).
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: Ş. Sen. 09, 2006 12:57 am İsmarış mətni:
6 – GECƏ NAMAZI
Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- bəzən qiraəti qısaldar, bəzən də uzadardı, bəzən hətta çox uzadarmış. Abdullah bin Məsud –radıyallahu anhu- bu barədə demişdir: « Bir gecə Peyğəmbərlə – səllallahu aleyhi və alihi və səlləm- namaz qılırdım. O qədər ayaq üstə durdu ki, hətta ağlıma pis bir fikir gəldi. Soruşdular: «Nə pis fikir?» Dedi: « Peyğəmbəri- səlləllahu aleyhi və alihi və səlləm- ayaq üstə qoyaraq mən oturmaq istədim.
Hüzeyfə bin əl-Yəmən demişdir: «Bir gecə Peyğəmbərlə – səllallahu aleyhi və alihi və səlləm- namaz qılırdım. O, namaz vaxtı «əl-Bəqərə»ni başlayanda öz-özümə dedim ki, yəqin ki, iki rükətlə kifayətlənəcək. Lakin belə olmadı. Yenə öz-özümə dedim ki, yəqin bu surə ilə rüku edəcəkdir. O isə «ən-Nisa»nı başladı, onu qiraət edib «Ali-İmran»a keçdi, onu da oxudu. O, ayələri aramla oxuyurdu. Əgər bir ayədə təsbih (Allaha tərif) vardısa təsbih edərdi, bir dilək olurdusa onu dilərdi, qorunacaq şey zikr olunurdusa onun qorumasını diləyərdi, yalnız bundan sonra rüku etdi…» (Müslim və ən-Nəsai).
«Bir dəfə gecə namazında yeddi uzun surəni oxudu» (Əbu Yəla, əl-Hakim, əz-Zəhəbi bu hədisin səhih olduğunu sübut etmişdir).
«Bəzən hər rükətdə bu surələrdən (uzun surələr) birini oxuyardı» (Əbu Davud, və ən-Nəsai. Səhih istinadlı hədis).
Onun bir gecədə bütöv Quranı oxuması haqda dəlil bilinmir. Əksinə, bu barədə ondan soruşan Abdullah bin Amra razılıq verməyərək demişdir: «Quranı hər ay oxu». Abdullah bin Amr deyəndə ki, mən bunu asanlıqla edirəm, onda demişdir: «Onda onu iyirmi günə oxu». Abdullah bin Amr yenə də bildirmişdir ki, bunu asanlıqla edər. O son olaraq deyir: «Quranı yeddi gün ərzində oxu, daha bundan da tez olmaz» (əl-Buxarı və Müslim).
«Sonradan ona beş günə oxumaq icazəsini verdi» (ən-Nəsai və ət-Tirmizi. Səhih hədisdir).
«Daha sonra ona üç günə oxumaq icazəsini verdi» (əl-Buxarı və Əhməd).
«Bu müddətdən az vaxtda oxumağı qadağan etmişdi» (əd-Darimi və Səid bin Məsud, «Sünən» əsəri. Səhih hədisdir).
Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- özünün bu qadağasını Abdullah bin Amra dediyi bu sözlərlə əsaslandırmışdır: «Quranı üç gündən az bir müddətə oxuyub qurtaran onu başa düşə bilməz» (Əhməd. Səhih istinadlı hədisdir).
Başqa ləfzdə deyilir: Kim Quranı üç gündən tez vaxtda oxusa, onu başa düşə bilməz» (əd-Darimi və ət-Tirmizi. Səhih hədisdir).
O həmçinin demişdir: «Hər bir bəndənin bir həvəs dövrü vardır. O da ya Sünnə üçün, ya da bidət üçün olur. Kimin həvəs dövrü sünnədədir o artıq haqq yolunu tapmışdır, kimin həvəs dövru bidətdədir o da artıq həlak olmuşdur» (Əhməd və İbn Hibban. «Səhih» əsərində). «Buna görə də Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- Quranı üç gündən tez oxumazdı» (İbn Səd 1/386, Əbu əş-Şeyx «Əxlaqun- Nəbi» 271).
Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- deyərdi: « Bir gecəyə namazda iki yüz ayə oxuyanlar ən sədaqətli möminlərdəndir» ( əd-Darimi, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir).
«Hər gecə «əl-İsra» (17:111) və «əz-Zumər» (39:75) surələrini oxuyardı» (Əhməd və İbn Nasr. Səhih hədisdir).
O deyərmiş: «Bir gecə namazından yüz ayə oxuyan şəxs qafillər sırasına düşməz» ( əd-Darimi, əz-Zəhəbi və əl-Hakim. Səhih hədisdir).
«Bəzən hər rükətdə əlli və daha artıq ayə oxuyardı» (əl-Buxarı və Əbu Davud) və bəzən də «əl-Muzzəmmil» (73:20) surəsi qədər oxuyardı» (Əhməd və Əbu Davud. Səhih hədisdir).
«Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- nadir hallarda bütün gecəni bütövlükdə namaza sərf edərdi» ( Müslim və Əbu Davud).
«Abdullah bin Xəbbab bin əl-Ərt Rəsulullahla – səllallahu aleyhi və alihi və səlləm- birlikdə ayı gördülər. Həmən gecəni Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- bütünlüklə namaza həsr etdi. Sübh açılanda namazını bitirdi. İbn Xəbbab ona deyir: «Ya Rəsulullah! Atam-anam sənə qurban. Sən bütün gecəni namaz qıldın. Men belə etdiyini heç görməmişdim». O belə cavab verir: « Bəli, bu rəğbət və qorxu namazıdır. Mən Qüdrət və Cəlal sahibi olan Rəbbimə üç istəklə müraciət etdim. O mənə ikisini verdi, birinə isə razı olmadı. Rəbbimdən istədim ki, bizi də bizdən qabaqkı millətlər kimi həlak etməsin. Buna razı oldu. Qüdrət və Cəlal sahibi olan Rəbbimdən düşmənlərimizə bizim üzərimizdə zəfər çalmağa imkan verməməyi rica etdim. Buna da razı oldu. Rəbbimdən bizi ayrı-ayrı dəstələrə parçalamamağı və aramızda təfriqə yaratmamağı istədim. Buna razı olmadı» (ən-Nəsai, Əhməd və ət-Təbərani (1/187/2) və ət-Tirmizi. Səhih hədisdir).
«Bir gecə o, Sübhə qədər namaz qılaraq «Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət, hikmət sahibisən!” (əl-Maidə,118) ayəsini təkrar etmişdir. Bu ayə ilə o rüku, səcdə və dua edirdi». Sübh açılanda Əbu Zər – radıyallahu anhu- ondan soruşur: «Ya Rəsulullah! Bu ayəni səhərə qədər oxudun, onunla rüku, səcdə və dua etdin. Allah sənə bütün Quranı öyrətmişdir. Əgər biz belə etmiş olsaq, bizə irad tytarsanmı?» Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- deyir: «Mən öz Qüdrət və Cəlal sahibi olan Rəbbimdən ümmətimə şəfaət (vasitəçilik) dilədim. Ona razı oldu. Allaha şərik qoşmayan inşAllah buna ( şəfaətimə) nail olacaq» ( ən-Nəsai, İbn Xuzəymə ( 1/70/1), Əhməd, İbn Nasr və əl-Hakim, əz-Zəhəbi onun səhih hədis olduğunu sübut etmişdir).
«Bir nəfər deyir: «Ya Rəsulullah! Mənim bir qonşum var. Hər gecə durur və yalnız «Qul huvallahu əhəd» (112:4) – De ki, Allah təkdir» surəsini təkrarlayır, dəfələrlə oxuyur. Sanki, bu adam bunu az (bir) əməl kimi görürdü». Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- deyir: «Allaha and olsun! Bu (surə) Quranın üçdə birinə bərabərdir» (Əhməd və əl-Buxarı).
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: B. Sen. 10, 2006 1:15 am İsmarış mətni:
7 – VİTR NAMAZI
Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- bu namaz vaxtı birinci rükətdə «Səbbih ismə Rabbikəl-əla» (87:19), ikincidə !Qul yə əyyəhəl kəfirun» (109:6), üçüncüdə «Qul huvallahu əhəd» (112:4) surələrini oxuyardı» (ən-Nəsai və Əhməd).
«Bəzən onlara «əl-Fələq» (113:5) və «ən-Nas» (114:6) surələrini də əlavə edirdi» (ət-Tirmizi, Əbul Abbas əl-Əsəm «Hədis» əsəri 2-ci cild. 17 saylı hədis. Əl-Hakim və əz-Zəhəbi bunun səhih olduğunu sübut etmişlər).
«Bir dəfə üçüncü rükətdə «ən-Nisa» surəsindən (4:176) yüz ayə oxudu» (ən-Nəsai və Əhməd. Səhih hədisdir). Vitrdən sonrakı rükətlərdə isə «əz-Zilzal» (99:8) və «əl-Kafirun» (109:6) surələrini oxuyardı (Əhməd, İbn Nasr, ət-Təhavi (1/2/202), İbn Xuzeymə və ibn Hibban. Etibarlı və səhih istinadlı hədisdir).
8 – CÜMƏ NAMAZI
Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- cümə namazında bəzən rükətdə «əl-Cumuə» (62:11), o birisində isə «əl-Munafiqun» surələrini oxuyardı. Bəzən də bunun əvəzində «əl-Faşiyə» (88:26) surələrini oxuyardı (Müslim və Əbu Davud).
9 – BAYRAM NAMAZLARI
Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- bəzən birinci rükətdə «əl-Əla», o birində isə «əl-Faşiyə» surələrini oxuyardı» (Müslim və Əbu Davud). Bəzən də bu namazlarda «Qaf. Val Quranil Məcid» (50:45) və «İqtərabətis-saətu» (54:55) surələrini oxuyardı (Müslim və Əbu Davud).
10 – CƏNAZƏ NAMAZI
Bu namazda «əl-Fatihə»nin və başqa bir surənin oxunması və birinci təkbirdən sonra sakit səslə qiraət Sünnəyə uyğundur. (ən-Nəsai və ət-Təhavi. Səhih hədisdir).
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: B. Sen. 10, 2006 10:24 pm İsmarış mətni:
AVAZLA QİRAƏT VƏ ONUNLA SƏSİN GÖZƏLLƏŞDİRİLMƏSİ
Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- Allahın əmrini yerinə yetirərək Quranı avazla – nə sürətlə, nə də ki çox yavaş, aramla oxuyardı. «Onun qiraətində hər bir hərf (səs) aydın şəkildə deyilərdi» (İbn əl-Mübarək, Əbu Davud, Əhməd. Səhih hədisdir).
O surəni elə avazla oxuyardı ki, əslində olduğundan daha uzun görünərdi Müslim və Malik).
O deyərdi: «Quranı oxuyana deyilir: «Aramla və dünyada oxuduğun kimi avazla oxu. Sənin mənzilin ən çox oxuduğun ayənin dərəcəsindədir» (Əbu Davud və ət-Tirmizi. Səhih hədisdir).
Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm – avazla oxuyanda mədd (uzun) hərfləri «Bismilləhi», «ər-Rahmən» və «ər-Rəhim» ifadələrində qiraəti uzadardı» (əl-Buxarı və Əbu Davud).
Həmçinin «Nadid» və başqalarında da qiraəti uzadardı (əl-Buxarı, «Əfalul ibad» əsəri. Səhih hədisdir).
Artıq qeyd etdiyimiz kimi ayələrin başında dayanardı, oxuduğunu təkrarlayardı, nəqarət edərdi. «Fəth günü dəvənin belində «əl-Fəth» surəsini (48:29) mülayim səslə, avazla oxumuşdu» (əl-Buxarı, Əbu Davud, Əd-Darimi, Əl_Hakim və Təmam Ər-Razi. Səhih hədisdir).
Quranı gözəl səslə oxumağı əmr edərək deyərdi: «Quranı səsinizlə bəzəyin. Həqiqətən gözəl səs Quranın gözəlliyini daha da artırar» (əl-Buxarı, Əbu Davud, əd-Darimi, əl-Hakim və Təmam ər-Razi. İki səhih sənədlə).
O həmçinin deyərdi: «Quranı ən gözəl səslə oxuyan, onu dinləyərkən Allahdan qorxduğunu hiss etdiyiniz kəsdir» (Səhih hədisdir. Onu İbn əl-Mübarək «Zühd» (162/1) və «əl-Kəvakib» (575) əsərlərində, əd-Darimi, İbn Nasr, ət-Təbərani, Əbu Nəim «Əxbərul İsbəhan» və əz-Ziya «əl-Muxtarə» əsərlərində verirlər).
Quranı nəğmə avazı ilə oxumağı əmr edib demişdir: «Allahın kitabını öyrənin, onu mənumsəyin, ona sədaqətli olun, onu avazla (nəğmə ilə) oxuyun. Allaha and olsun o, buxovundan qurtulan dəvədən daha artıq azadlığa can atır» (əd-Darimi, Əhməd. Səhih sənədlə).
O həmçinin demişdir: «Quranı nəğməli avazla oxumayan bizdən deyildir» (Əbu Davud, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir).
Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- demişdir: «Allah Peyğəmbərin gözəl səslə ucadan oxuduğu Qurandan gözəl heç nəyi eşitməz» (əl-Buxarı, Müslim, ət-Təhavi və İbn Mundih «ət-Tovhid» (81/1). O, Əbu Musa əl-Əşariyə –radıyallahu anhu- demişdir: - Kaş ki, görəydin dünən mən sənin qiraətinə necə qulaq asırdım. Sənə lap Davuda verilən səsdən verilib» (Əbu Musa buna cavab olaraq demişdir: «Sənin orada olduğunu bilsəydim, sənin üçün bu qiraəti daha yaxşı səslə oxuyardım»).
İMAMA KÖMƏK ETMƏK
Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- Sünnəsi qiraət zamanı çaşmış imama kömək etməyə icazə verir.
Bir dəfə namaz vaxtı qiraət edərkən çaşdı. Namazı başa çatdırıb Ubeyydən soruşdu: «Sən bizimlə namaz qıldın?».O «bəli» deyəndə bir daha soruşdu: «Onda bəs mənə kömək etməyə (unutduğumu mənə xatırlamağa) sənə nə mane olurdu?»
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: B.e. Sen. 11, 2006 12:30 am İsmarış mətni:
ŞEYTAN VƏSVƏSƏSİNİ DƏF ETMƏK ÜÇÜN NAMAZDA İSTİAZƏ VƏ TÜPÜRMƏK
Osman bin Əbu əl-As ? radıyallahu anhu- bir dəfə ondan soruşdu: ?Ya Rəsulullah! Şeytan mənim namazıma və qiraətimə mane olur, məni çaşdırır?. Rəsulullah ? səllallahu aleyhi və alihi və səlləm- dedi: ! O Şeytana deyirlər: ?Xinzab!? Əgər onu hiss etsən, Allahdan yardım dilə ( Əuzu billəhi minəş-şeytanir- racim- de?) və sol tərəfə üç tərəfə üç dəfə tüpür?. Əbu əl-As demişdir: ?Belə etdim. Allah şeytanı məndən uzaqlaşdırdı? (Müslim və Əhməd).
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: B.e. Sen. 11, 2006 9:48 pm İsmarış mətni:
RÜKU
Peyğəmbər ? səllallahu aleyhi və alihi və səlləm- qiraəti bitirdikdə bir qədər sükut edərdi, ?Açılış təkbirində olduğu kimi, əllərini yuxarı qaldırar, ?Allahu əkbər? deyib rüku edərdi? (Əbu Davud, əl-Hakim, əz-Zəhəbi, əl-Buxarı və Müslim. Səhih hədisdir).
Peyğəmbər ?səllallahu aleyhi və alihi və səlləm- bunu ?namazı düzgün qılmayan?a əmr edərək demişdir: ?Allahın əmr etdiyi kimi tam dəstəmaz alınmadan, ?Allahu əkbər? deyilmədən, O mədh edilmədən, həmdü-səna oxunmadan, Allahın öyrətdiyi Qurandan bacardığı surələri oxumadan qılınan namaz tam hesab edilməz. Bütün bunlardan sonra namaz qılan rüku edir ( əlləri ilə dizlərini tutaraq belini əyir). Rükuda bütün oynaqları öz yerini tutub əzələləri boşalana qədər durur? (Əbu Davud, ən-Nəsai, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir).
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: Ç.a. Sen. 12, 2006 11:57 pm İsmarış mətni:
RÜKUNUN İCRA TƏRZİ
Peyğəmbər –səllallahu aleyhi və laihi və səlləm- əllərini dizlərinə qoyardı və belə etməyi əmr edərdi» (əl-Buxarı və Əbu Davud).
Yuxarıda deyildiyi kimi, « namazı düzgün qılmayana da» belə əmr etməyi əmr etmişdi ( əl-Buxarı və Əbu Davud).
«Əllərini diz qapaqlarının üstündə elə yerləşdirərdi ki, elə bil onları tutmuşdur» ( əl-Buxarı və Müslim), « Barmaqlarını bir-birndən aralayardı» (əl-Hakim, əz-Zəhəbi və ət-Təyalisi. Səhih hədisdir. Əbu Davud. «Səhih» səh. 809).
«Namazı düzgün qılmayan»a bunu etməyi əmr edərək demişdir: «Rüku edəndə əlinin içini diz qapaqlarının üstünə qoy, barmaqlarını bir-birindən ayır, bədənin hər bir üzvü öz yerini alana qədər bu cür dayan» (İbn Xuzeymə və İbn Hibban. «Səhih» əsəri).
Rükuda «əlləri yana salmağa icazə verməzdi və bu ( Sünnəyə) uyğun deyildir» (ət-Tirmizi və İbn Xuzeymə. Səhih hədisdir).
«Rüku vaxtı əyilərək belini düz tutardı» (əl-Beyhəqi və ət-Tirmizi. Səhih hədisdir).
«Bu vəziyyətdə onun belinə su tökülsəydi belə, su axmazdı» (ət-Təbərani, «əl-Kəbir» və «əs-Səğir» əsərləri; Abdullah bin Əhməd, «Zəvaidul- musnəd» və İbn Macə).
«Əgər rüku edirsənsə, əllərini dizinin üstünə qoy, belini düzəlt və rükuya dur» (Əhməd və Əbu Davud. Səhih istinadlı hədisdir).
«Rüku vaxtı o, başını nə çox aşağı əyərdi, nə də çox qaldırardı, orta vəziyyətdə tutardı» (Əbu Davud, əl-Buxarı, Müslim və Əbu Uvanə. Səhih hədisdir).
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: C.a. Sen. 14, 2006 1:02 am İsmarış mətni:
RÜKU VAXTI RAHATLIĞIN ZƏRURİLİYİ
«O rüku vaxtı özünü çox rahat hiss edərdi».
«Namazı düzgün qılmayan»a bunu əmr etmişldi. Bu barədə keçən fəsildə danışmışıq.
Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- demişdir: «Rüku və səvdəni tam edin. Allaha and olsun, mən sizin rıkunuzu, səcdənizi mənim arxamda olsanız da görürəm» (bu peyğəmbərə xas möcüzələrdəndir – red.).
«Birisi namaz vaxtı rıkunu tamamlamadan səcdəni də tez-tez edərdi. Bunu görən Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- dedi: «Bu adam bu vəziyyətdə ölərsə, deməli, Məhəmməd ümmətindən olan kimi ölmədi». Namazda elə tez-tez səcdə edərdi ki, sanki qarğa qanı dimdikləyir. Rükunu tamamlamayanın, səcdəni tez-tez edənin məsəli bir-iki xurma yeyən ac adam kimidir. Onların heç bir xeyri olmaz» (Əbu Yəla, əl-Beyhəqi, ət-Təbərani, İbn Asəakir və İbn Xuzeymə).
Əbu Hureyrə - radıyallahu anhu – demişdir: «Peyğəmbərim – səllallahu aleyhi və alihi və səlləm- mənə namazda xoruz kimi dimdik vurmağı, tülkü kimi ətrafı pusmağı, meymun kimi oturmağı qadağan etmişdir» (ət-Təyalisi, Əhməd, İbn Əbu Şeybə. Etibarlı hədisdir).
O həmçinin demişdir: «Ən pis oğru öz namazından oğurlayandır». Ondan soruşurlar: «Ya Rəsulullah, adam öz namazından necə oğurlaya bilər?» O deyir: « Öz rükusunu və səcdəsini tamamlamayanda» (İbn Əbu Şeybə, ət-Təbərani, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir).
Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm – namaz vaxtı rüku və səcdəni düzgün icra etməyən bir adamı görür. Namazdan sonra deyir: «Ey müsəlman camaatı, rükunu və səcdəni düzgün icra etməyənin namazı qəbul edilməz» (İbn Əbu Şeybə, İbn Məacə və Əhməd. Səhih hədisdir).
Başqa hədisdə deyilir: «Rüku və səcdəni düz icra etməyənin namazı qəbul olunmaz» (Əbu Uvanə, Əbu Davud, əs-Səməhmi və əd-Dəraqitni. Səhih hədisdir).
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: Ş. Sen. 16, 2006 8:37 pm İsmarış mətni:
RÜKU ZİKRLƏRİ
Rükuda müxtəlif müxtəlif növ zikrlər və dualar oxuyardı. Bəzən birini, bəzən də o birisini seçərdi.
1 (üç dəfə) «Subhanə rabbiyə –l – azım” (Əzəmət sahibi olan Rəbbim pak və nöqsansızdır) (Əhməd, Əbu Davud, İbn Macə, əd-Dəraqutni, ət-Təhavi, əl-Bəzzar, İbn Xuzeymə və ət-Təbərani «əl-Kəbir» əsərində).
Bəzən bu ifadəni daha çox təkrar edərdi. Bir dəfə gecə namazında bu ifadəni o qədər təkrar etdi ki, rüku müddəti qiyam müddətinə yaxınlaşdı. Bu zaman o, üç uzun surə («əl-Bəqərə», «ən-Nisa» və «Ali-İmran») oxudu və gecə namazında olduğu kimi dua və istiğfar da etdi.
2 ( üç dəfə) «Subhanə rabbiyə –l- azım bihəmdihi” (Əzəmət sahibi olan pak və nöqsansız Rəbbimə həmd ilə) (Əbu Davud, əd-Dəraqutni, Əhməd, Təbərani və əl-Beyhəqi).
3 «Subbuhun, quddusun, rabbu-l-mələ,ikəti va-r-ruh” (Çox təsbih olunan və çox Müqəddəs olan, mələklərin və Ruhun (Cəbrailin) Rəbbi) (Müslim və Əbu Uvanə).
4 «Subhanəkə –l- lahummə və bihəmdikə Allahummə-ğfirli” (Pak və nöqsansız Allahım, Səni Təsbih edirik, həmd Sənə məxsusdur. Allahım məni bağışla). Bu sözlərlə rüku və səcdəsini uzadır, Quranın tələbinə görə bunları zikr edərdi (əl-Buxarı və Müslim).
5 «Allahummə ləkə raka,tu, va bikə əməntu, va ləkə əsləmtu, əntə rabbi, xaşa,ə ləkə səm,i, va bəsari, va muxxi, va azmi va asabi, va mə əstəqallə bihi qadəmi lilləhi rabbil aləmin” (Allahım Sənə rüku etdim, Sənə iman gətirdim və Sənə təslim oldum. Sən mənim Rəbbimsən. Qulağım, gözüm, beynim, sümüklərim, əsəblərim və ayaqlarımın üstündə qərar tutan hər şey aləmlərin Rəbbi olan Allahım Sənə tabe oldu) (Müslim, Əbu Uvanə, ət-Təhavi və əd-Dəraqutni).
6 « Allahummə ləkə raka,tu, va bikə əməntu, va ləkə əsləmtu, va aleykə təvəkkəltu, əntə rabbi, xaşə,a, səm,i, va bəsari, va dəmi, va ləhmi, va azmi va asabi lilləhi rabbil aləmin” (Allahım Sənə rüku etdim, Sənə iman gətirdim və Sənə təslim oldum. Sənə təvəkkül etdim, Sən mənim Rəbbimsən. Qulağım, gözüm, qanım, ətim, sümüklərim, əsəblərim və ayaqlarımın üstündə qərar tutan hər şey aləmlərin Rəbbi olan Allaha tabe oldu) ( ən-Nəsai. Səhih istinadlı hədisdir).
7 «Subhanə zi-l-cəbəruti, va-l-mələkuti, va-l-azəməti” (Qüdrət, hökmranlıq, böyüklük və əzəmət Sahibi olan Allahım pak və nöqsansızdır). Bunu gecə namazında deyərdi (Əbu Davud və ən-Nəsai. Səhih hədisdir).
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.