"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!" (Qaf, 17-18)
And Um-Kulthum said: Hush O Ahlul Kufa, you kill your men and your women weep. The judge between us and you is Allah on the day of judgment.
O Ahlul Kufa, it has made alike to you, what is with you betrayed Al-Hussein and killed him …..
ummgulsum deyir:Susun kufə əhli ,siz öz kişilərinizi öldürürsüz və qadınlarınız da ağlayır.Qiyamət günü bizim və sizin aranızda Allah özü hökm verəcəkşey kufə əhli ey kufə əhli bu elə sizin işinizdir ki huseynə xəyanət etdiniz və onu öldürdünüz........
zeyn al abidin deyir : ey siz millət mən Allaha yalvarıram ,siz bilirsinizmi ki siz mənim atama yazdınız və sonra ona xəyanət etdiniz vəsiz özünüz ona vəd öhdəlik və beyət vermişdiz?öz elədiklərinizə görəsizə lənət olsun .....hansı gözlə peyğəmbərə baxacaqsınız nə vaxtki osizə deyəcək:"siz mənim ailəmi öldürdüz
mənim qadağalarımı aşdız vəsiz mənim ümmətimdən deyilsiz"
Allahın salamı olsun Onun müxlis bəndələrinə
Allahın salamı olsun Seyyidüş-şühədaya və Əhli-Beytə
Əziz müsəlmanlar Aşura günü İslamın böyük və əzəmətli bir günüdür. Aşura günündə tarixdə böyük və əzəmətli hadisələr daim baş vermiş və verməkdədir. Dahilərdən biri deyir ki, "Böyük adamlar böyük günlərdə dünyalarını dəyişirlər"
İmam Hüseynin (ə) də şəhadəti məhz o Həzrətin böyüklüyü və əzəməti ilə bağlıdır. İndi mən bir qədər bu barədə yazmaq istərdim ki, qəlbində Əhli-Beyt sevgisi olan müsəlmanlar Aşura haqqında bir qədər də məlumat almış olsunlar.
Dünya Hüseyn Kərbəlasını necə dərk etmiş... Ey Əba Əbdillah! Sənin gününə gün çatmaz!
Elə bir gün ki, bütün dünya xalqlarını riqqətə gətirmiş, onları qəlbən göz yaşı axıtmağa vadar etmiş, o günün qəhrəmanlarına əhsən deməyə məcbur etmişdir. Bu elə bir gündür ki, bu günə kimi tayı-bərabəri görünməmişdir və yuxarıda qeyd etdiyimiz hədis bizə bunu deməyə əsas verir ki, hətta qiyamət gününə qədər də onun misli görünməyəcəkdir. Bu baxımdan Tomas Masarin belə qeyd edir: “Baxmayaraq ki, bizim kеşişlər də Həzrət Məsihin (ə) müsibətlərini zikr etməklə camaatı təsirləndirib qəmləndirirlər, amma Hüseynin (ə) ardıcıllarında baş qaldıran və cuşa gələn həyəcan, Məsihin (ə) davamçılarında heç vaxt olmayacaqdır. Səbəb budur ki, Məsihin (ə) başına gələnlər, İmam Hüseynin (ə) müsibətləri müqabilində, bir saman çöpünün dağ böyüklüyündə əzəmətin qarşısında durması kimidir.”
Bu gün azad insanların günüdür. O insanlar ki, bəşəriyyətin sağlam həyatını qorumaq və onlara haqqı öyrədərək kamilliyin yolunu göstərmək kimi doğru əqidələri uğrunda öz həyatlarını ölümün ağuşuna atmışlar. Corc Cordaq yazır: “Yezid, camaatı Hüseynin (ə) qətlinə təşviq edərkən dedilər: “Nə qədər pul verirsən?” Lakin Hüseynin tərəfdarları dedilər: “Biz səninləyik. Hətta 70 dəfə öldürülsək belə, yenə də sənin tərəfində vuruşub öldürülmək istəyərik.””
Bu yolda atılan addımlar, dünyanın tanınmış şəxsiyyətləri tərəfindən düzgün olaraq dərk edilmiş və qeyd olunmuşdur. Belə ki, Çarlz Dikkens qeydlərində yazır: “Əgər Imam Hüseyn (ə) qiyamının məqsədiniн dünyəvi istəklərə yetişmək olduğunu təsəvvür etsək, onda belə bir sual yaranır ki, nə üçün o Həzrət (ə) bacılarını, qardaşlarını və uşaqlarını özü ilə götürmüşdür? Beləliklə əql belə hökm edir ki, O (ə), yalnız Islama xatir fədakarlıq göstərmişdir.”
Vaşinqton Irvinq: “İmam Hüseyn (ə) Yezidin iradəsinə tabe olmaqla öz həyatına nicat verə bilərdi, lakin rəhbər məsuliyyəti Ona, Yezidi xəlifə kimi tanımağa yol vermədi. O (ə) özünü tez bir zamanda Islamı Bəni-Üməyyənin zülm cəngindən azad etmək qəsdi ilə hər bir çətinliyi qəbul etməyə hazır etdi. Quru torpağın yandırıcı günəşi altında və Ərəbistanın yanar daşları üzərində Hüseyn (ə) ruhu ölməzdir. Ey pəhləvan, ey şücaət nümunəsi, ey mənim şahsuvarım, ey Hüseyn!”
Aşura qəhrəmanlarının ünvanına deyilən mədhlər tükənməz bir çеşməyə bənzəyir, elə bir çeşmə ki, şəxsiyyətindən, milliyətindən, dinindən və irqindən asılı olmayaraq insanların qəlbindən qaynaqlanır və tarixə yazılır. “Həqiqətən o kiçik dəstə özlərindən elə böyük şücaət və qəhrəmanlıq biruzə verdilər ki, bütün əsrlər boyu bu hadisəni eşidən hər bir kəsi ixtiyarsız olaraq onlara əhsən və afərin deməyə sövq edir. Bu bir ovuc qeyrətli insan, Termoponu müdafiə edənlər kimi özləri üçün əbədi olaraq zaval görməyəcək uca bir ad qazanmışlar.” Bu sözləri ingilis şərqşünası Ser Persi Sayks deyir.
Baş vermiş hər hansı bir hadisədən həqiqi mənada dərs almaq və həmin hadisənin müsbət tərəflərini öz yaşayışında həyata keçirmək insanın ən gözəl cəhətidir. Bu baxımdan Aşura hadisəsi böyük bir məktəb və həyatda doğru əqidəyə malik olmaq bir məşəldir. Bu məşəlin nurundan müsəlman olmayan xalqların görkəmli şəxsiyyətləri və rəhbərləri yararlanmış və öz həmvətənlərinə bunu dönə-dönə tövsiyyə etmişlər. Onlardan bir neçəsini qeyd edirik. Moris Dukberi: “Hüseyn əzadarlığı məclislərində deyilir ki, o, insanların namus və şərəfini, Islamın uca məqamını qorumaq üçün canından, malından və övladından keçərək Yezidin zülmünə tabe olmadı. Bəs gəlin biz də onu özümüzə nümunə seçərək istisnarçıların əlindən xilas olub, izzətlə ölməyi zillətlə yaşamaqdan üstün sayaq.”
Mahatma Qandi: “Mən, Islamın böyük şəhidi olan Imam Hüseynin həyatını diqqətlə oxumuş və Kərbəla səhifələrinə çox diqqət yetirmişəm. Mən tam əminliklə deyirəm ki, əgər Hindistan xalqı azadlıq əldə etmək istəyirsə, Imam Hüseyndən dərs alaraq onun yolunu getməlidirlər.”
Tomas Karloyl: “Hüseyn və onun səhabələrinin möhkəm iman telləri ilə Allaha bağlılıqları, Kərbəla faciəsindən aldığımız ən yaxşı dərsdir. Onlar öz əməlləri ilə bildirdilər ki, haqla batil üz-üzə durduğu zaman say fərqinin əhəmiyyəti yoxdur və sayca həddən artıq azlıqda olmalarına baxmayaraq Hüseynin qələbəsi mənim təəccübümə səbəb olmuşdur.”
Morbin (Alman şərqşünası): “Hüseyn öz əzizlərini qurban vermək və özünün həqqaniyyətini sübut etməklə dünyaya fədakarlıq dərsi verdi. Bununla o, Islam və islamçıların adını tarixə yazaraq, aləmdə onları zirvələrə ucaltdı. Islam aləminin bu rəşadətli qəhrəmanı dünya xalqlarına anlatdı ki, zülm və sitəmkarlıq heç bir qüdrətə malik deyil və zahirən onun binası nə qədər əzəmətli görünsə də haqq və həqiqət qarşısında saman çöpü kimi küləklə sovrulacaqdır.”
Sonda bir təəssüf doğuran nöqtəni qeyd etmək irtəyirik ki, adlarını sadaladığımız bu şəxsiyyətlər qeyri-müsəlman olmalarına baxmayaraq Aşura hadisəsinə bu qədər qiymət vermiş, onun özləri və xalqları üçün bir örnək olduğunu qeyd etmiş və nəhayət Imam Hüseynin (ə) yolunu davam etməyi zəruriyyət kimi qəbul etmiş, amma, özlərini müsəlman adlandıran bəzi təriqət ardıcılları Onu ya tanımır, ya da tanımaq istəmir və bu parlaq hidayət məşəlini elə bir ki, görmürlər.
Kor olmuş gözlərin qan tutdu Şümrün,
Ki, görsün öз əlində xəncər ağlar. _________________ İslamdan yüksək şərəf yoxdur!!!
kapitan yazib"[quote]gəlin şiə kitablarına baxaq görək əhli beyt huseynin ölümündə kimi g
ünahkar bili
men bu barede ehli iraklilardan sorushmusham ,
cawab;bes ne ucun imamlarin gebri irakdadir? eger bizi istamasaydiler wesiyyetde burada defn olunmazdilar
man shukur Allaha ereb dili bilirem _________________ ddf
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilərsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.