Forumun ana səhifəsi
"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur!
Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!"
(Qaf, 17-18) 
 MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Qadının məsciddəki ibadəti

 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> İslamda qadının yeri
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 414
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: Çər. Fev. 09, 2005 5:52 pm    İsmarış mətni: Qadının məsciddəki ibadəti Sitatla cavab ver

Qadının məsciddəki ibadəti.

İslam camaat namazlarını məsciddə qılmağı tövsiyə etsə də, qeyd etmək lazımdır ki, bu tövsiyə əksər hallarda
kişilərə aid edilir. Lakin qadının İslam elminə yiyələnmək üçün məscidə getməyində heç bir qəbahət yoxdur.
Peyğəmbər (s.ə.s.) qadınların məscidə gəlmək istəklərinə maneçilik törətməməyi nəsihət etmişdir:

“Allahın qadın bəndələrinə məscidə gəlməyi qadağan etməyin. Əgər sizlərdən birinizin xanımı sizdən məscidə getməyə icazə istəsə, ona mane olmayın”. (əl-Buxari, Müslim).

“Qadınlarınız məscidə getmək istədikdə, onları saxlamayın, lakin bununla belə, onlar üçün evlərində namaz qılmaq daha xeyirlidir.” (Əbu Davud)

Əgər məscidə getmək istəyimizi reallaşdırmaq istəyiriksə, aşağıdakı qaydalara riayət etməliyik:
1. Kişilərlə “qaynayıb-qarışmaqdan” çəkinməliyik, yəni onlarla yaxın münasibətlərdə olmamalıyıq;
2. Geyimimiz aşağıdakı qaydalara müvafiq olmalıdır:
- Əl və üz istisna olmaqla, bütün bədən üzvlərini örtmək gərəkdir;
- Geyim şəffaf olmamalıdır;
- Geyim dar olub, bədənə yapışmamalıdır;
- Geyim kişi geyimi olmamalıdır, kişi geyiminə bənzəməmlidir;
- Geyimə ətir sürtmək, aromatik qoxulardan, kosmetikadan istifadə etmək olmaz;
- Geyim ekstravaqant, diqqət cəlb edən olmamalıdır.
Məscidə getməkdə məqsəd özünü, geyimini başqalarına göstərmək deyil, Allahın rizasını qazanmaq üçün ibadət etmək olmalıdır. Unutmayaq ki, əbu Hureyrədən (r.a.) rəvayət olunduğuna görə Peyğəmbər (s.ə.s.) deyib:

“ Allah sizin var-dovlətinizə və xarici görünüşünüzə deyil, əməllərinizə və qəlblərinizə fikir verir.”(Müslim)

Həmçinin Qurani Kərimdə Uca Allah bildirir:

“Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas (və ya mal-dövlət) nazil etdik. Lakin təqva libası daha yaxşıdır (xeyirlidir).”(Əraf, 26)

3. Məsciddə aşağıdakıları etmək qadağan edilir:
- Qeybət etmək, boş, mənasız söhbətlər etmək;
Unutmayın ki, Uca Allah buyurub:

“(Ya Peyğəmbər!) İtaət etmə (yalan yerə) hər and içənə, alçağa; Qeybət edənə, söz gəzdirənə” (Qələm, 10-11)

Huzeyfədən (r.a.) rəvayət olunduğuna görə Allah Rəsulu deyib:

”Qeybət edən Cənnətə girməyəcək.”
(əl-Buxari, Muslim)


- Qeybətə və boş, mənasız söhbətlərə qulaq asmaq.
Uca Allah buyurur:

”Həqiqətən, möminlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!)
O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)
O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər;“
(Muminun, 1-3)


- Həmçinin mübahisə etmək, səsini qaldırmaq, itmiş əşyanı axtaramaq, satmaq, almaq, kirayəyə götürmək və buna bənzər işlərlə məşğul olmaq;
Əbu Hureyrədən(r.a.) rəvayət olunduğuna görə Peyğəmbər(s.ə.s) belə deyib:

“Əgər kiminsə məsciddə nəsə axtardığını görsəniz, “Allah sənə həmin şeyi qaytarsın” deyin, belə ki, həqiqətən də məscidlər bu məqsədlə tikilməmişdir.”(Muslim).

- Namaz qılan insanın qarşısından keçmək;
Əbul Cüheymə bin əl-Haris bin al-Ənsaridən(r.a.) rəvayət olunduğuna görə Allah elçisi (s.ə.s) deyib:

”Əgər namaz qılan insanın qarşısından keçən bilsəydi ki, öz üzərinə necə böyük günah götürür, yerində 40 (Rəvayətçi 40 gün, 40 ay yaxud 40 həftə deyildiyini xatırlamır.) dayanmağı, namaz qılan müsəlmanın qarşından keçməkdən üstün tutardı”.( əl-Buxari, Muslim).

Odur ki, əziz bacılar, gəlin, əsl müsəlman olmağa çalısaq, istər dilimizi boş, mənasız söhbətlərdən qorumaqla, istər bir-birimizə qarşı daha diqqətli, daha təvazökar, daha sadə və səmimi olmaqla, əsl müsəlman qadına yaraşan şəkildə İslamı yaşayaq. Çünki həqiqətən bu xüsusiyyətlər xeyirli insanların xüsusiyyətidir.
Gəlin, hər birimiz qeybət etməzdən, Sünnəyə müxalif davranmazdan əvvəl bircə dəqiqə dayanaq və düşünək. Düşünək ki, bütün bu əməllərlə biz həm yeni-yeni İslama gələn bacılarımızı özümüzdən uzaqlaşdırırıq, həm də nəinki öz imanımızın, hətta başqa bacılarımızın da imanının zəifləməsinə səbəb oluruq.
Belə ağır yükü öz çiyinlərinə götürməyə hazırsanmı, bacım?!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> İslamda qadının yeri Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


Azerislam.com

Azerbaijan<!--Iravan-end>
Azerislam
Azerislam
Waytoquran