Forumun ana səhifəsi
"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur!
Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!"
(Qaf, 17-18) 
 MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Yeni il bizə lazımdırmı?

 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> Sizin mövzu
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 5

İsmarışGöndərilib: C.a. Dek. 30, 2004 3:19 pm    İsmarış mətni: Yeni il bizə lazımdırmı? Sitatla cavab ver

İsa bin Məryəmin Mövludu.

Bu yazını qələmə almağımın səbəbi cəmiyyətimizdə, eləcə də bütün dünyada miladi təqvimlə təzə ilin gəlişinin Allahın peyğəmbərlərindən biri olan Məryəm oğlu İsanın mövludu olaraq, qeyd edilməsidir. Hər şeydən əvvəl onu deyək ki, Hz. İsanın doğulduğu tarix dəqiq olaraq, bilinmir. Xristian dininin kitabı olan İncildə bu barədə heç bir məlumat yoxdur. Elə isə, necə olub ki, dekabr ayının 25-i İsanın (a.s.) anadan olduğu gün kimi tarixə düşüb?
Bildiyimiz kimi İsanın(a.s.) risalətindən 3 əsr sonra, yəni 313-cü ildə Roma imperiyasının bütpərəst kralı Konstantin xristianlığı qəbul etmiş və bundan sonra xristianlıq Avropada sürətlə yayılmağa başlamışdı.
Yaxın Şərq və Anadoludan Romaya gedən missioner keşişlər burda xristianlığın təbliği ilə məşğul olurdular. Onlar əks-reaksiya verməsin deyə buranın bütpərəst xalqının xristianlığı qəbul etmələrinə baxmayaraq, bəzi bütpərəst adətlərinin saxlanmasına göz yumurdular. Bu adətlərdən biri də romalıların qeyd etdikləri “Satrunaliya” bayramı idi. 25 dekabr hindlilərdə İşıq tanrısının, qədim misirlilərdə Horos və İsis adlı bütlərin doğulduğu gün kimi qeyd olunurdu. Çünki 25 dekabrdan başlayaraq, gündüzlər uzanmağa başlayırdı, günəş göydə daha çox qalırdı. Bütpərəst sabiilər (İbrahim(a.s.) qövmü) bunu uğurlu sayırdılar. Çünki onlar gündüzlərin qısalmasını Günəşin onlardan küsüb üz döndərməsi kimi qəbul edirdilər. Günlərin uzanmasını isə barışıq hesab edirdilər. Sabiilər günəş, ay, ulduz və s. Göy cisimlərinə sitayiş edirdilər.
Beləcə gündüzlərin uzanmağa başladığı 25 dekabr bütpərəst qövmlərdə bayram kimi qəbul edilmişdi. Və gördüyümüz kimi bu günün xristianlıq və İsanın(a.s) anadan olması ilə heç bir əlaqəsi yoxdur. Əgər 25 dekabr həqiqətən İsanın(a.s.) doğum günü olsaydı, xristian məzhəbləri bunun üstündə ittifaq edərdilər. Halbuki katoliklər İsanın(a.s) 25 dekabr, provoslavalar 15yanvar, erməni qriqoryanlar 6 yanvar tarixini qeyd edirlər.

Şaxta baba kimdir?

Cəmiyyətimizdə rus dilindən tərcümə edilən “Şaxta baba” kimi tanınan məlum olmayan şəxsin dünyanın müxtəlif ölkələrində fərqli adları var. Sant Nikolas, Nikolas of Mariya, Santa Klaus, Pere Noel, müqəddəs ata Kristmas bunlardan bəziləridir. Bugünkü Türkiyə Cümhuriyyətinin Muğla vilayətinin Patara şəhərində Santa Klaus kilsəsi mövcuddur. Patara antik dövrdə mövcüd olmuş Hiziya dövlətinin şəhərlərindən biridir. Nikolas adlı bu keşiş 3-cü əsrin axırlarında Patara şəhərində varlı tacir ailəsində anadan olmuşdur. Orta yaşlarında rahib Nikolas Patara şəhərinin baş keşişi seçilmişdi. Əfsanəyə görə həmin şəhərdə kasıb bir kişinin 3 qızı vardı. Bu qızlar cehiz üçün pul tapa bilmirdilər. Keşiş Nikolas bundan xəbər tutub bir gecə gizlincə bu qızların evinə gəlir. Pəncərədən və bacadan evə qızlar üçün pul kisəsi atır. Qızların cehiz pulu düzəlir. O gündən xristianlar maddi problemi olanlara “müqəddəs” Nikolasın kömək edəcəyinə inanırlar.
Keşiş Nikolas öləndən sonra onun qəbri milyonlar ümid yeri olmuşdur. Nikolas 343-cü ildə 65 yaşında vəfat etmişdir.
1087-ci ildə müsəlman türklər Patara və Mura şəhərlərini fəth etmişdilər. Bundan sonra xristian tacirlər bir gecə gizlicə keşiş Nikolasın qəbrini açmış , sümüklərini oğurlayaraq, Barı adasına aparmışdılar.

Niyə Şam ağacı bəzəyirlər?

Bütpərəst romalılar qış gələndə həmişəyaşıl dəfnə ağaclarını kəsib evlərinə gətirir, beləcə baharın evlərinə gəldiyinə inanırdılar. Qədim almanlar da həmişə şam ağacını kəsib evlərinə qoyurdular. Bu adət 15-16-cı əsrlərdə Almaniyada çox yayılmışdı. Şam ağacına şirin çörəklər və şirniyyat asırdılar. 17-ci əsrdə Amerikaya köçən almanlar bu adəti ora apardılar və yaydılar. 19-cu əsrdə ingilis Kraliçası Viktoriya alman şahzadəsi Albertlə evləndi. Albert şam ağacı adətini İngiltərədə də yaymağa başladı. Gördüyünüz kimi nə 25 dekabrın, nə də şaxta babanın İsa(a.s)nın doğumu ilə heç bir əlaqəsi yoxdur. Bunlar tamamilə xristianlıqdan əvvəlki bütpərəstlərin adətləridir. Bunu hətta xristian alimləri də etiraf edirlər. Məsələn, 1911-ci ildə şap olunmuş “Katolik Ensklopediyası” adlı kitabda katolik din alimi Orugen belə yazır” Bu şənliklərin mənbəyi Firon və Nəmrud kimi zalım kralların öz anadan olduqları günü qeyd etmələri və xalqı da buna məcbur edirdilər.”

Yeni il azərbaycanlıların bayramı deyil.

Kommunizmin bizə zorla qəbul etdirdiyi 28 Aprel, 1 May, 7 Noyabr, 31 dekabr Milad bayramı da azərbaycanlılara yad bir şeydir. Hər şeydən əvvəl ona görə ki, əcdadımız bunu qeyd etmirdi. Milli mentalitetimizə uyğun deyildir. Məsələn, 1920-ci ilə qədər çox nadir azərbaycanlı tapılardı ki, bu günü qeyd etsin. Biz, azərbaycanlılar Allaha şükürlər olsun ki, müsəlman olduğumuz üçün İsa(a.s)nin harda və necə anadan olduğunu Qurani Kərimdən öyrənməliyik. Bu haqda Uca Allah Məryəm surəsi 22-26 ayələrdə məlumat verir. Maraqlananlar oxuya bilərlər.
Sonra Allah və Rəsulu - səllallahu aleyhi və səlləm - biz müsəlmanlara özümüzü yəhudi və xristianlara oxşatmağı, onları sevməyi, onları dost etməyi qəti olaraq, qadağan edir. Maidə surəsi 51-ci ayədə Uca Allah belə buyurur: ”Ey iman edənlər! Yəhudiləri də, nəsraniləri də özünüzə dost tutmayın. Onlar bir-birlərinin dostlarıdır. Sizdən kim onlarla dostluq etsə, heç şübhəsiz o da onlardandır. Allah zalımları doğru yola yönəltməz”
Səhih Buxaridə Sünnəyə bağlılıq fəslində isə belə bir hədis vardır.
Əbu Səid əl-Xudri nəql edir ki, peyğəmbər(s.ə.s.) buyurmuşdur: ”Sizdən əvvəlkilərin izlərini şübhəsiz ki, qarış-qarış, arşın-arşın təqib edəcəksiniz. Onlar bir kərtənkələ yuvasına girsələr, siz də onların arxasından o yuvaya girəcəksiniz. “ Orda olanlar soruşdular: ”Ya RəsulAllah, xristian və yəhudilərin izlərimi?” Peyğəmbər(səs)”Başqa kim ola bilər?” dedi.
Yeni il bayramını qeyd edənlərə bir şeyi xatırladaq ki, həmin günü bizim düşmənlərimiz olan ermənilər də sevinclə qeyd edirlər.

Tarix elmləri doktoru: Elnur Həsənov.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Administrator
site-admin


Daxil ol: Ş. Yan. 31, 2004 01:55
İsmarışlar: 317
Şəhər/ölkə: Bakı, Azərbaycan

İsmarışGöndərilib: C. Dek. 31, 2004 12:47 am    İsmarış mətni: Sitatla cavab ver

بسم الله الرحمن الرحيم (Rəhmli, Mərhəmətli Allahın adı ilə!)

Bü gün mobil nömrəmə maraqlı bir ismarış gəldi. İsmarışı olduğu kimi yazıram.

"31.12.2004 tarixində, gecə saat 12-də əksər adamlar badə qaldıranda sən ailənlə birlikdə təkbir et, namaz qıl və küfrə etirazını namazınla bildir. İmkan olsa başqalarına da de... "

doğrudan da qəribə ismarışdır.

Görəsən 122718 nəfərin ölümü ilə nəticələnən Allahın göndərdiyi "sunami" adlı bəladan insanlar nəticə çıxaracaqlarmı...

Bəla gələndə yaxşıya-pisə baxmır...
Allah müsəlman ümmətini bəlalardan qorusun. Amin!

P.S. İndicə ANS in iç xəbərinə bir nəfər dənizdə işləyən həmyerlimiz ismarış yollayıb ki, dənizdə işləyirik, bura çox soyoqdur, arağımız da yoxdur. Xahiş edirik şaxtababaya deyin ki, bizə araq yollasın..
Aparıcı isə qəribə cavab verir... "Mənim tanıdığım şaxtababaların hamısı namazqılandır. Tak şto araqsız qalacaqsınız..."
Görəsən dənizdə işləyən həmyerlilərimiz SUNAMİ haqıında düşünüblər...

Allah millətimizə hidayət versin. Amin!
_________________
İbrət naqis başlanğıcda deyil, kamil sonluqdadır!!!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər İstifadəçinin veb səhifəsinə bax Yahoo MSN
Administrator
site-admin


Daxil ol: Ş. Yan. 31, 2004 01:55
İsmarışlar: 317
Şəhər/ölkə: Bakı, Azərbaycan

İsmarışGöndərilib: Ş. Yan. 01, 2005 1:37 am    İsmarış mətni: Sitatla cavab ver

...Şuşa məscidinə lap az qalmışdı.
Yavaş-yavaş gözdən yayınıb məscidə doğru irəlilədim.
Əsas məqsədim məscidin minarəsinə qalxıb əzan vermək idi.
Qoy vursunlar məni, amma əzan verəcəm. Qəti qərara gəlmişdim.
Bunu ötən il edə bilməmişdim.
Jurnalist həmkarlarım həmin il sənədləri məndən əvvəl təqdim etdikləri üçün mənə yer olmadı ki, mən də İravana gedim. Gələndə isə onlardan bir şey soruşdum ki, kim isə sizlərdən getdiyiniz Şuşa məscidinin içərisinə daxil olanda minarəyə qalxıb əzan verdimi? Təbii ki, "yox"dan başqa cavab ala bilmədim. Səbəb isə həmkarlarımın əzan verə bilməmələridir.
Qəlbim ağladı... Eh mən olsaydım mütləq bunu edərdim. VAllah edərdim...deyib qəhərimi içimdə boğdum.
İndi bu şansı əldən verə bilməzdim.
Məscidin güllədən qopub-tökülmüş pilləkənləri ilə sürətlə yuxarı qalxdım. Minarənin lap yuxarısında idim. İndicə Şuşanın buz kimi təmiz havasını ciyərlərimə çəkib uca səslə Allahu Akbar, Allahu Akbar... deyəcəkdim. həm də düşünürdüm ki, düşmənlər bunu eşidən saat məni atacaqlar.
Eh atsınlar da. Allah yolunda ölməkdən böyük şərəf varmı? Qoy mən Azan verim onlar nə edər etsin....
Bismillah deyib, dərindən nəfəs alıb elə ilk Allahu Akbar kəlməsini uca səslə illərdən bəri bu səsə həsrət qalmış bütün Qarabağ çöllərinə yaymaq istəyirdim ki, üzümə düşən fişəng işıqlarından və partıltıdan yuxudan oyandım.
Ətrafa yayılmış güclü atəş səslərindən və insanların gülərək şənlənməsindən ilk ağlıma gələn DEYƏSƏN QARABAĞI ALMIŞIQ ifadəsi oldu... Yoxsa bu millət nəyə bu qədər sevinə bilər?
Yuxunun təsirindən hələ də oyanmaq bilmirdim... Azan vermək istəyirdim... Missiyamı axıra çatdırmaq istəyirdim...
Amma...
Hə başa düşdüm ki, 2005-ci il də Qarabağsız başladı.
Amma bir neçə sual məni hələ də rahat buraxmır.
Bu millət niyə belə sevinir???
Kafirlər bizim nə Ramazan, nə də Qurban bayramını keçirmirlər. Bu millət niyə onların bu bayramını qeyd etməlidir, özü də gecə saat 12 ni əllərində haramlarla dolu qədəhlər gözləyərək???

Niyə axı, niyə???

Allahım, Qarabağımızı öz əllərimizlə geri ala bilməkdə bizə yardım et.
Allahım, mənə Şuşa məscidindən Azan verməyi qismət et.
Allahım, millətimizə faydalı elm və hidayət ver. AMİN !!!
_________________
İbrət naqis başlanğıcda deyil, kamil sonluqdadır!!!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər İstifadəçinin veb səhifəsinə bax Yahoo MSN
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 4

İsmarışGöndərilib: B.e. Yan. 03, 2005 3:16 pm    İsmarış mətni: Sitatla cavab ver

Salam.

Sitat:
Allahım, Qarabağımızı öz əllərimizlə geri ala bilməkdə bizə yardım et.
Allahım, mənə Şuşa məscidindən Azan verməyi qismət et.
Allahım, millətimizə faydalı elm və hidayət ver. AMİN !!!


Amin
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Mirzə əmi
yazar


Daxil ol: Ç.a. May 18, 2004 00:07
İsmarışlar: 27

İsmarışGöndərilib: Ç.a. Yan. 04, 2005 12:06 am    İsmarış mətni: Sitatla cavab ver

Administrator yazıb:
Kafirlər bizim nə Ramazan, nə də Qurban bayramını keçirmirlər. Bu millət niyə onların bu bayramını qeyd etməlidir, özü də gecə saat 12 ni əllərində haramlarla dolu qədəhlər gözləyərək???Niyə axı, niyə???

Heee.... Bax bu yerinde verilmis sualdir. Niye??? Rolling Eyes Yaxshi, a kishiler, tutalim evveller Sovetin vaxtinda qanmirdiq ve ya qanmaqa qoymurdular, yeni mecbur idik. Indi nolub bes??? Bu qeder bayramsever milletikse sebr edek deee.... Az sonra sevimli Qurban bayramimiz yaxinlashir. Ele bu tentene ile oz bayramimizi qeyd edeyin dee... Amma haramsiz-zadsiz...
INshAllah!!!

_________________
Etdim nə yaman əsrə təsadüf, aman ey vah!
La hövlə və la qüvvətə illa və Billah!
(M.Ə.Sabir)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
Administrator
site-admin


Daxil ol: Ş. Yan. 31, 2004 01:55
İsmarışlar: 317
Şəhər/ölkə: Bakı, Azərbaycan

İsmarışGöndərilib: Ç.a. Yan. 04, 2005 12:52 am    İsmarış mətni: Sitatla cavab ver

Mirzə əmi yazıb:
Administrator yazıb:
Kafirlər bizim nə Ramazan, nə də Qurban bayramını keçirmirlər. Bu millət niyə onların bu bayramını qeyd etməlidir, özü də gecə saat 12 ni əllərində haramlarla dolu qədəhlər gözləyərək???Niyə axı, niyə???

Heee.... Bax bu yerinde verilmis sualdir. Niye??? Rolling Eyes Yaxshi, a kishiler, tutalim evveller Sovetin vaxtinda qanmirdiq ve ya qanmaqa qoymurdular, yeni mecbur idik. Indi nolub bes??? Bu qeder bayramsever milletikse sebr edek deee.... Az sonra sevimli Qurban bayramimiz yaxinlashir. Ele bu tentene ile oz bayramimizi qeyd edeyin dee... Amma haramsiz-zadsiz...
INshAllah!!!


Əssalamualeykum ey ağsaqqal.
İndi sən bax gör qarşıdan gələn Qurban bayramında bu kafir bayramında sevinən kimi sevinəcək bu millətin bəzi nümayəndələri?
Ay sevindi ha....
Sevinməz da...
Axı bizə haram lazımdır sevinməyə. Haram olmayanda boğazlarından birşeylər keçmir. Boğaz yaşlamağa bir şey axtarırlar... eh....
Necə demişdi Sabir babamız?

Kim nə deyər bizdə olan qeyrətə,
Qeyrətimiz bəllidir hər millətə.
_________________
İbrət naqis başlanğıcda deyil, kamil sonluqdadır!!!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər İstifadəçinin veb səhifəsinə bax Yahoo MSN
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 5

İsmarışGöndərilib: Ç.a. Yan. 04, 2005 5:54 pm    İsmarış mətni: Sitatla cavab ver

Salam.
Bir şey məni narahat eləyir. Bəzi müsəlmanlar Yeni ili keçirməmək üçün həmin günü başqa günlərdən fərqləndirərək daha çox və daha xüsusi ibadətlər etməyə çalışırlar. Məncə elə bunun özü də həmin günü hamı kimi olmasa da qeyd etməkdir və axırda bidətə gətirib çıxarda bilər.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Hənif
nəzarətçi


Daxil ol: Ç.a. May 18, 2004 19:27
İsmarışlar: 69
Şəhər/ölkə: Bakı

İsmarışGöndərilib: Çər. Yan. 05, 2005 2:45 pm    İsmarış mətni: Sitatla cavab ver

Zəhra_H yazıb:
Salam.
Bir şey məni narahat eləyir. Bəzi müsəlmanlar Yeni ili keçirməmək üçün həmin günü başqa günlərdən fərqləndirərək daha çox və daha xüsusi ibadətlər etməyə çalışırlar. Məncə elə bunun özü də həmin günü hamı kimi olmasa da qeyd etməkdir və axırda bidətə gətirib çıxarda bilər.


بسم الله الرحمن الرحيم (Rəhmli, Mərhəmətli Allahın adı ilə!)
Çox dəyərli bir müşahidədir və bu haqda düşünməyə dəyər. Əhsən!

_________________
Allaha tərəf çağıran, saleh iş görən və: "Mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl danışan kim ola bilər?!
(Fussilət-33)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
Administrator
site-admin


Daxil ol: Ş. Yan. 31, 2004 01:55
İsmarışlar: 317
Şəhər/ölkə: Bakı, Azərbaycan

İsmarışGöndərilib: Çər. Yan. 05, 2005 5:37 pm    İsmarış mətni: Sitatla cavab ver

بسم الله الرحمن الرحيم (Rəhmli, Mərhəmətli Allahın adı ilə!)
Salamaleykum camaat.

Bu yeni il deyilen nesneden lap usaq vaxtindan zehlem gedib.
Bilirsiniz niye???
Vaxtinda yatmagi xoslayirdim. Ele ki, bu gun gelde saat 12-ye 5-6 deqiqe qalmish meni yuxudan oyadirdilar ki, dur yatib qalacaqsan ustunden kohne il kjececek.
Indi tesevvur edin siz sirin yuxuda iken sizi bosh bir seye gore yuxudfan oyadirlar.
Men de durub yalniz bir soz deyirdim. Tebii ki, qezblenmish veziyyetde.
Imakn verin yatq da...
Bax bu usaqliq xatiresi mende yeni il deyen bir gune nifret asiladi.
Boyudukden sonra ise orta mektebde olarken milli herekatlar vaxti da ruslarin bayramini biz niye kecirmeliyik deyerdik...
Amma indi o vaxtki teessubkeshlik de hec qalmayib...
Allah milletimize hidayet versin. Amin!
_________________
İbrət naqis başlanğıcda deyil, kamil sonluqdadır!!!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər İstifadəçinin veb səhifəsinə bax Yahoo MSN
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> Sizin mövzu Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


Azerislam.com

Azerbaijan<!--Iravan-end>
Azerislam
Azerislam
Waytoquran