MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Hicab
Səhifə 1, 2  Sonrakı
 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> İslamda qadının yeri
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: Ş. Dek. 25, 2004 10:57 pm    İsmarış mətni: Hicab Sitatla cavab ver

-b-
AsSalamu alaikum.

Əziz bacilar!
Bildiyimiz kimi örtünən müsəlman qadınlarımızın (Allaha şükür!) günü-gündən çoxlamasına baxmayaraq, cəmyyətimizdə onlara münasibət hələ də birmənalı deyil. Çoxları hələ də hicabın nəyə lazım olduğunu anlamayaraq, "yəqin başə agrayır", "molladır, qoy deyim, mənə də dua yazsın", " yazıq qızın başı xarab olub" kimi fikirlər söyəyirlər. Bu bir tərərfdən həm gülməlidir, həm də ağlamalı...
Gəlin, bu bölmədə hicabla əlaqədar başınıza gələn maraqlı, gülməli, ağlamalı hadisələri yazaq. İnanıram ki, Allahın iznilə hamımız üçün maraqlı olacaq. :-)

AsSalamu alaikum.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 908

İsmarışGöndərilib: Ç.a. Dek. 28, 2004 2:48 pm    İsmarış mətni: Sitatla cavab ver


Salam.

Men hcicabla elaqedar basima gelen ve netice cixarmagima sebeb olan bir hadiseni danismaq isteyirem.

Cox xosladigim bir magazaya tez-tez gedirdim. Satici qizlardan biri etrafimda firlanir, ne almaq istediyimi sorusur, sanki nese demek isteyirdi. Ozunuz bilirsiniz, bir cox magazalarda saticilar zehletoken davranislarla musteriden el cekmir, olmazin sisirdilmis sozlerle mallari terifleyib aliciya calamaga calisirlar. Bu ise insanin eseblerine toxunur.
Bu qizi da belelerinden hesab elediyimden, kobud sekilde bir sey istemediyimi deyib narazi halda magazadan cixdim. Hadise bir nece defe tekrar olunduqda muselman bacilardan biri uzumun halindan esebilesdiyimi gorub ne bas verdiyini sorusdu. Dedim. Baci ise hemin satici qizin namaz qildigini, hicab geyinmek istediyini, lakin tereddud etdiyini bildirdi. Meslehetlesmek, hicaba nece geldiklerini oyrenerek, ozune mueyyen menada menevi destek axtarmaq meqsedile deharda hicabli qiz gorermis tanis olmaga calisarmis.
Bunu esitdike olduqca utandim. Bir terefden de sevindim.
Utanmagima sebeb kobud cavabim idi. Qerara aldim ki, bundan sonra tekce muselmanlarla deyil, hamiyla xosreftar olacam.
Sevinmeyime sebeb ise hicabimin daha br musbet keyfiyyetini kesf etmeyim idi. Ozunuz dusunun, bacilar, eger hicabimiz olmasaydi, yaxinlarimizdan basqa xarici gorunusumuze gore kim Islamla maraqlandigimiz basa duse bilerdi. Bele olduqda ise kenar adamlarin suallarina cavab verib Allahin raziligini qazana bilmek shansimiz azalmazdimi? Bax ona gore de xoshbextem ki, hicab taxiram! :-)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Muslima
nəzarətçi


Daxil ol: B. Fev. 01, 2004 15:10
İsmarışlar: 45
Şəhər/ölkə: Bakı, Azərbaycan

İsmarışGöndərilib: C.a. Yan. 20, 2005 10:13 pm    İsmarış mətni: Sitatla cavab ver

Afriya yazıb:
Sevinmeyime sebeb ise hicabimin daha br musbet keyfiyyetini kesf etmeyim idi. Ozunuz dusunun, bacilar, eger hicabimiz olmasaydi, yaxinlarimizdan basqa xarici gorunusumuze gore kim Islamla maraqlandigimiz basa duse bilerdi. Bele olduqda ise kenar adamlarin suallarina cavab verib Allahin raziligini qazana bilmek shansimiz azalmazdimi? Bax ona gore de xoshbextem ki, hicab taxiram! :-)

-b-
Can bacı, Allah bu dünyada da, axirətdə də səni xoşbəxt olanlardan etsin! Amin!!!
Doğru deyirsən, bəzən insanlara münasibətdə səbirsizlik edib sonra da yanlış etdiyimizi dərk edirik. Allah şükr edək ki, bizim hicabimıza baxib ağızbüzənlərlə yanaşı onun arzusunda olan qızlarımız da var! Və əlhəmdulillah ki, günü-gündən artmaqdadirlar :!:

_________________
...::Deyilən hər söz mənəviyyatın təsdiqidir!::...
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: Ş. Yan. 22, 2005 10:01 pm    İsmarış mətni: Sitatla cavab ver

Salam aleykum.
Mən də başıma gələn bir hekayəni yazmaq istəyiəm.
Bacımla həmişə hicab üstündə davamız olur. Gah onun mənim hansısa hicabım xoşuna gəlir, gah da mən onun təzə hicablarından birini geyinmək istəyirəm. Bir pis xasiyyətim var, görəndə ki, hicabını mənə vermir, gizlincə taxıb bayıra çıxıram. Günlərin birində Peyğəmbərimizin icazəsiz götürülən malın nə qədər günah olduğunu göstərən bir hədisini oxudum və birdən-birə canıma qorxu düşdü. Özümə söz verdim ki, bundan sonra icazəsiz heç kəsin heç nəyinə dəyməyəcəm. Ardan bir müddət keçmiş bacımın olduqca gözəl materialdan hazırlanmış, qara rəngli təzə hicabını geymək istədim. Bacımın bu hicabını çox xoşladığını bildiyimdən, əvvəlcə icazə almadan "istəsəm onsuz da verməyəcək, gizlincə taxsam xəbəri də olmaz" deyə fikirləşdim, birdən özümə verdiyim söz yadıma düşdü. Verməyəcəyinə əmin olduğum halda gedib hicabi taxmaq üçün icazə istədim. "Yox" dedi. Əvvəlcə ürəyimdən incimək keçdi. Sonra özümü danladım ki, heç səninki də sözdür. Bacın öz hicabını bircə dəfə də taxmayıb, amma sənin ürəyindən keçənə bax, əcəb müsəlmansan. Belə fikirləşib sakitcə "yaxşı" dedim və o birisi otağa keçdim. Bir az sonra bilirsiniz, nə oldu ? Bacım yanıma gəlib hicabını mənə hədiyyə etdiyini bildirdi. Elə sevindim ki. Demək ki, səmimi qəlbdən Allah üçün əsl müsəman olmağa çalışaraq, öz üzərində işləyirsənsə, əməllərin mükafatsız qalmır.
Hamınıza bunu arzulayıram.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Həqiqətül-islam



Daxil ol: Ş. Fev. 12, 2005 01:16
İsmarışlar: 72

İsmarışGöndərilib: B. Fev. 13, 2005 10:39 pm    İsmarış mətni: Sitatla cavab ver

Allahın salamı olsun Onun mömin bəndələrinə
Allahın salamı olsun Əziz islam Peyğəmbərinə və onun pak Əhli-Beytinə

Qərbin şayəsinə aldanmayın...
Müasir dövrün əsas və ümdə problemlərindən biri də ailə münasibətlərinin kəskin şəkildə pozulmasıdır. Sürətli artan boşanmalar və bunun nəticəsində sahibsiz qalaraq pis mühitə düşən uşaqların gələcəyi cəmiyyətin tarazlığının pozulma amillərindən biri və əsasıdır. Təkcə 2003-cü il ərzində Türkiyədən Azərbaycana qaytarılan boşanmış, aldadılaraq və s. yollarla aparılmış qadınların sayı, aparılan hesablamalara görə 2000-dən artıq bir say təşkil edirdi. Bu yalnız bir faktdır və bu cür faktlar dünyanın başqa ölkələrində bundan qat-qat çox və biabırçı şəkildə özünü göstərmiş və göstərməkdə davam edir. Məqsədim özümüzə sayın az olması ilə təsəlli vermək də deyil. Məqsədim bu halları yaradan səbəblərin nədən ibarət olması barəsində qısa da olsa həqiqəti deməkdir. Bu səbəblərin kökündə qadın azadlığı, qadın hüququ kimi məsələlər durur. Islamdan əvvəl də elə indiki qərb dövlətlərində olduğu kimi qadınları pulla alır, satır və qul kimi istifadə edirdilər. Qərb çılpaqlığını “qərb mədəniyyəti” adı ilə dünyaya sırımağa çalışan qüvvələr isə əslində əsl qadın azadlığı nümayiş etdirən və qadın hüquqlarını onlara olduğu kimi verən Islama hücum etmək məqsədindədirlər. Islamın qadınlara verdiyi maddi və mənəvi hüquqlarla tanış olan başqa dinə mənsub insanlar və xüsusən qadınlar islamı qəbul etməklə bunu bir daha sübut edirlər. Islama olan bu axın, təbii ki, həmin ölkələrin hakim dairələrini və din xadimlərini narahat etməyə bilməz. Təsadüfi deyil ki, Fransada artıq islama olan bu kütləvi axına qarşı dövlət tədbir görməyi qərara aldı və ilk addım olaraq qadınlara hicablı şəkildə məktəblərə getməyi qadağan etdi. Bu cür dövlətlər islam dininin qadın azadlığı və hüquqlarının, qadın ismət və iffətinin nişanələrindən biri olan hicaba -“geridə qalma” adını verməklə, insanların islama olan rəğbətini aradan aparmaq istəyirlər. Lakin hər bir islamdan məlumatlı insan bilir ki, qərbin bu siyasəti əslində heç bir ölçüyə sığmayan, heç bir gövhərlə müqayisə edilə bilməyən islam qadınının ismətinə sahib çıxmaq, bu isməti ayaqlar altına atmaq və alıb-satmaq istəyidir. Islam isə bu məhz cür çirkinliklərin baş alıb getdiyi vaxtda Ərəbistan yarımadasında zühur etdi və bu istəkləri haram və batil adlandıraraq yasaq buyurdu. Islam dini qadınların kölə kimi pul ilə alınıb satılmasına, şəxsi mənafelər üçün istifadə edilməsinə, xidmətçi kimi işlədilməsinə, döyülməsinə və s. bu kimi insaniyyətdən uzaq əməllərin icrasına qadağa qoydu. Əvəzində isə qadınlara dünyanın heç bir neməti ilə ölçülməyən azadlıq, maddi və mənəvi hüqüqlar verdi...
_________________
İslamdan yüksək şərəf yoxdur!!! (Hz. Əli (əleyhissalam))
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: B. Fev. 13, 2005 10:44 pm    İsmarış mətni: Sitatla cavab ver

-b-
AsSalamu alaikum.

MaşaAllah, nə gözəl yazı...Allah razi olsun!

Salam.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ibn teymiyye
Forumdan xaric olunmuş


Daxil ol: C. Yan. 21, 2005 21:18
İsmarışlar: 25
Şəhər/ölkə: baki

İsmarışGöndərilib: C.a. Fev. 17, 2005 9:17 pm    İsmarış mətni: Sitatla cavab ver

MOMINLERIN WE MOMINELERIN ANASI, RASULILLAHIN GIZI , IMAM ALININ XANIMI , IMAMLARIN ANASI HEZRET FATIMEYE SALAM OLSUN
_________________
ddf
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
V.AZER



Daxil ol: C.a. Apr. 07, 2005 11:46
İsmarışlar: 3
Şəhər/ölkə: BAKI/AZERBAYCAN

İsmarışGöndərilib: B.e. Apr. 11, 2005 12:45 pm    İsmarış mətni: Sitatla cavab ver

Slam aleykum gardashlar ve bacilar.Men bashima gelen ve helede davam eden hadiseni danishmag lsterdim.Beleki men nisanliyam ve mende,gizda namaz gilirig ve ALLAHIN izni ile imanimizi guclendirmeye ve daha da artmasina var gucle calishirig.Bu ishde mende hec bir cetinlik yoxdur INSHALLAH,amma gizda veziyyet agirdi men her defe onlara gedende valideynleri bashlayirlar menle mubahise etmeye.Men deyirem ki hicab ferz ve ALLAHIN geti emrlerinden biridir.Ve ayeleride gosterirem.bizim ise ne geder iman guclenirse ""bala namazini gil besdir''''siz elediyiniz '''FANATIKLIKDIR'''bu geder derine gedmeyin.Bununlada giza hicabi gadagan edib goymurlar geyinmeye ve bu azmish kimi atasi deyirki EHLI SUNNE yolu gedirsense men sene bu evde namazi halal etmirem yeni gilma SUBHAALLAH. ALLAHIN ve mene bu ishde ancag sebr galir ve dua etmek galir,cunki sozune mehel goymirlar.Ve bu hadiseden cox kederlenirem indi bele aileler coxdur.Allah hamisina hidayet versin ve bu bacilarimiza ozu komek olsun INSHAALLAH (AMIN) :cry:
_________________
Həqiqətən, mö’minlər nicat tapmışlar!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: Ç.a. Apr. 12, 2005 8:47 am    İsmarış mətni: Sitatla cavab ver

-b-
AsSalamu alaikum.

V.AZER,

Qardaş, Allah kömək olsun! Allah nişanlınıza da, sizə də tam mənasıyla müsəlman olmağı qismət eləsin...Amin!
İlk əvvəl bildirmək istərdim ki, bütün bu dedikləriniz və hətta bundan daha da qorxunc çətinliklər praktiki olaraq, İslamı qəbul etmiş hər bir müsəlmanın başına gəlib və gəlir də. Bu normaldır. Bilmək lazımdır ki, Allah Subhanahu və Taalə bizi çətinliklərlə sınağa çəkərək, imanımızı, İslama nə qədər bağlı olduğumuzu, birinci çətinlikdə qorxub qaçıb-qaçmayacağımızı yoxlayır. Quranda "siz elə bilirsiniz imtahan edilməmiş Cənnətə girəcəksiniz?!" məzmununda bur çox ayəyə rast gəlmək olar. Bu da dediklərimin təsdiqidir.
O ki, praktik məsləhətə, məncə, yaxşı olardı ki, tez bir zamanda əgər kəbininiz yoxdursa, kəbn kəsdirəsiniz. Ondan sonra, qızın vəlisi artıq atası yox, siz olursunuz. Bundan sonra qızın ailəsinə, və həmçinin öz ailənizə İslamın fərzlərini bir də başa salın. Başa düşmədikləri halda, heç bir formal adətləri gözləməyərk, müsəlmana yaraşan şəkildə toy edin və şəxsi eviniz yoxdursa, Allahın köməyilə ev tutaraq, yaşayın. Beləliklə, həm bacımız rahat şəkildə örtünər, həm də siz namazlarınızı tam xüşu ilə qıla bilərsiniz. Maddi çətinliklərdən isə heç vaxt qorxmayın.
Və valideynlərinizin hidayəti üçün dua etməyi də unutmayın. Çünki Allah Eşidəndir, Biləndir.
Allah bütün valideynlərə müsəlman övladlarını başa düşmək üçün hidayət versin...Amin!

AsSalamu alaikum.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
anti_kufr



Daxil ol: Ç.a. Dek. 20, 2005 23:57
İsmarışlar: 44

İsmarışGöndərilib: B.e. Dek. 26, 2005 1:58 am    İsmarış mətni: Sitatla cavab ver

assalamu_aleykum
Əziz bacı və qardaşlar. Ümumiyyətlə hicablı bacılara(Allah onlardan razı olsun) hərtərəfli dəstək olmaq lazımdır. İndiki Cahil Azərbaycanında onları vəziyyəti xüsusilə çətindir... Ən xırda məsələlərə də fikir vermək lazımdır.məsələn mən metroda və s. yerlərdə çalışıram ancaq hicablılara yer verim
_________________
vəssalamu_aleykum
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Abu Turab



Daxil ol: C.a. Okt. 06, 2005 13:58
İsmarışlar: 72
Şəhər/ölkə: Sumqayit

İsmarışGöndərilib: B.e. Dek. 26, 2005 12:10 pm    İsmarış mətni: Sitatla cavab ver

Assalamu Aleykum...

Anti_kufr qardash. Sen chalish imkan daxilinde butun insanlarla mulayim davran ve hormetle yanash. bu devetin shertlerindendir. Unutma ki, muselmanin bir vezifesi de devvetdir. Hicabsiz qiz bunu elmsizlikden de ede biler. ona qaershi ayrisechkilik etmek haqsizliqdir. Hem deki bir muselman olaraq Allah rizasi uchun etdiyin yaxshi emel hem savab qazandirir. hem de senin timsalinda butun muselmanlara hormeti artirir. Eksi ise artiq sherh etmeye ehtiyac yoxdur.
Wassalam
_________________
ALLAHU AKBAR
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ahli-wasat



Daxil ol: Ş. Noy. 26, 2005 01:58
İsmarışlar: 394

İsmarışGöndərilib: B.e. Dek. 26, 2005 4:19 pm    İsmarış mətni: Sitatla cavab ver

Əssələmu aleykum!
bu məsələ görsəndiyindən də qəlizdir...soruşun, niyə?
Eyvah...ən əvvəl Allah bizim qardaşlara səbr versinç müasir həyatın şərtləri çox çətinləşib...
Nəqliyyat vasitələrində göz zinasından çəkinmək gün.gündən çətinləşir.
Anti-küfr qardaş, deyir ki, başı açıqlara yer vermir...onda qardaş sənin işin daha da çətindir. O qız xaylağı "mini" paltarlarda sənin qarşinda duranda ne edəcəksən? məncə ən salamati elə ayaq üstə durmaqdır...başını qaldır və zikr et!
ona görə də prioritet hicablı bacılarımızındır! sonra isə fitnə əhlindən qorunmaq üçün güzəşt etmək məsləhətə uyğundur!
HİCAB'lı bacılarımız üçün isə xüsusi hörmət göstərilməlidir...göstərməyənlərə isə həddlərini bildirmək lazımdır!
Əssələmu aleykum və rahmətullahi və bərakətuhu
_________________
Doğrusunu Allah bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Khadijah



Daxil ol: B.e. Dek. 26, 2005 13:45
İsmarışlar: 24
Şəhər/ölkə: Washington DC

İsmarışGöndərilib: B.e. Dek. 26, 2005 7:36 pm    İsmarış mətni: Sitatla cavab ver

ESSELAMU ALEYKUM WA RAHMETULLAHI WA BARAKTUHU.

Achdighiniz movzu heqiqeten de rengarengdir, chunki insanlarin ozleri ALLAHin Boyukluyunu gosteren muxtelif xarakterle ve muxtelif xususiyyetlerle yaradilmishlar ki, onlari da en gozle shekilde yalniz ALLAHU SUBHANAHU TEALA bilir. Mene de maraqlidir bu barede danishmaq, amma ALLAHin Rehmi ve Merhemeti ile bu sinaqdan ALHAMDULILLAH xeyirle chixdiqdan sonra hele de Islam qaydalarina qismen duzgun yanashmayan valideynlerimi dushunurem ve heqiqeten de bu mene chox aghir olur. Chunki ish tapmamamaq, yaxud aile heyati qurmamaq deyil, mehz valideynlerle sinagha chekilmek mene bir qeder daha cehtin gelir. Sozsuz Allah qeder bendelerine Rehmli hech kim ola bilmez, ALLAHU TEALA valideynlerimizi de bu dunyadan towhid uzerine kochursun, onlara dunyada iken hidayet versin ve siratal musteqimden etsin. AMEEN!!!

_________________
AstagfiruLLAHI ve atuubu ileyHI
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo
anti_kufr



Daxil ol: Ç.a. Dek. 20, 2005 23:57
İsmarışlar: 44

İsmarışGöndərilib: B.e. Dek. 26, 2005 11:19 pm    İsmarış mətni: Sitatla cavab ver

assalamu_aleykum
Talibli qardaş mən hamıya və hər şeyə Allahın(subhanu və təala) yaratdıqları olduğu üçün hörmət edirəm inşaAllah. sadəcə olaraq üstünlük verirəm möminlere vəssalam.
_________________
vəssalamu_aleykum
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: Ç.a. Yan. 31, 2006 9:19 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!
AsSalamu alaikum.

Tez-tez kütləvi nəqliyyat vasitələrindən istifadə edən bacılar ordakı saysız-hesabsız fitnələrdən xəbərdardılar. Odur ki, üzünü örtməyən hicablı bacılarımıza heç olmasa kişilərin çox olduğu məkanlarda üzlərini örtməyi tövsiyyə edirəm. Bu onların əmin-amanlıqları üçün daha yaxşıdır və xeyirlidir, xüsusən də yanlarında məhrəmləri yoxdursa.

MasSalama
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ENGINEER



Daxil ol: Ş. Sen. 10, 2005 08:42
İsmarışlar: 139
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: Çər. Fev. 01, 2006 8:01 am    İsmarış mətni: HICAB Sitatla cavab ver

Eziz Bacilar. Nur Suresi 31 ci ayede Bash ortuyu hagda chox gozel yazilib. eshitdiyim bir fikri deyecem amma mene gulmeyin. Hal hazirda evlenmek ishi chox problem olub. Chunki Bakida edebsiz geyinen gizlar o geder choxdurki adam utanir onlari gorende. Menimle ishleyen xaricilerin uzune bele baxmaga xecalet cekirem. Azerbaijan islam olkesidir, biz ALLAHIMIZI bele sevirik, bele ibadet edirik, amma demek olarki 80 faiz lut gezen gizlari gorende yer aralansa yere girerem. Buna gorede temiz, pak aile arzusunda olanlar Imani guclu gizlarla evlenmeye ustunluk verirler. Bunu duyan bezi hiyleger gizlarimiz (Bu siz Bacilarima aid deyil) hetta ere getmek xatirine bash ortmek gerarina gelibler. Herden metroda, avtobusda gorurem ki giz bashi ortulu, amma davranishina, hereketine baxiram ele bil meshededir, hech aile terbiyesi gormeyib. Bunlar artistlik edir. daha duzunu desek Munafigler kimi. Yanimdan achig sachig geyinen bir giz kechdikde ureyimde Allah SENE HIDAYET VERSIN bizde mecburi goz ZInasindan gurtarag. BU o demek deyilki men seve-seve o giza baxiram. Xeyr. Sadece uzunu hansi terefe chevirirsen ele oterefdede bir lut giz gorursen. Amma yanimdan bir Hicabli giz kechdikde ise ureyimde, hetta bezen onun eshideceyi sesle Allah SENDEN RAZI OLSUN deyib kechirem.
Son deyeceyim ve aylardir mushahide edib emin oldugum bir sheye sizde INANIN:

HICABDA GEZEN EN SADE GIZ, ACHIG SACHIG GEYINEN EN GOZEL GIZLARDAN CHOX GOZEL GORUNUR. INANSAZDA INANMASAZDA BU BELEDIR.
_________________
Estegfiru-llahel aziymel-lezi la ilahe illa huvel-heyyul-gayyum ve etubu ileyhi.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
mumina



Daxil ol: Çər. İyun 29, 2005 16:52
İsmarışlar: 52

İsmarışGöndərilib: Ş. Fev. 04, 2006 8:05 pm    İsmarış mətni: Sitatla cavab ver

Assalamu aleykum Humeyra baci.Senin son yazdighina oz munasibetinmi bildirmek isteyirem.Seni tekzib etmirem, sadece oz shexsi fikrimi bildirirem.
uzun ortub bayira chixmaq eminamanliqdan chox diqqeti ozune celb etmek olar ve ya fitne yaratmaq.Bunu bir nov cihad adlandirmaq da olar ancaq diqqeti ozune celb etmek daha uyghundur. Chunki, etrafimizda aciq-saciq qizlar choxdur.Ona gore onlar adidir.meselen menle bir hazirlashan qiz hemishe ele de pis olmayan paltarlar geyinir. Amma ona hech kim ~sen bu gun gozel gorunursen~ demir(hetta gozel olsa da) Ancaq bacilardan kimse bele edende hetta muellimler(kechimish az. lughetine esasen `muellimeler`) de munasibet bildirmekden chekinmirler. Hetta bunu defelerle tekrar edirler.
Wallahi baci men niqabin eksine deyilem.Hetta bu menim boyuk arzularim sirasina daxildir. Amma eger niqab taxirsansa evde oturmalisan!!!! Cemiyyetde bele etmek tehlukelidir.Men geyimlerimde tund renglere ustunluk verirem. Getdiyim butun yerlerde bunu mene irad tuturlar.Hech kime de hech neyi izah etmek mumkun deyil. Bu insanlar terefinden sehv basha dushulur
Fikrimce niqabla cemiyyet arasinda olmaq fitneye sebeb olur.
En duzunu ise Allah (azze wa celle) bilir.
wassalam.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: Ş. Fev. 04, 2006 10:47 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

Sitat:
Assalamu aleykum Humeyra baci.


Alaikum asSalam va RahmatuLLah, bacışka.
Sitat:
uzun ortub bayira chixmaq eminamanliqdan chox diqqeti ozune celb etmek olar ve ya fitne yaratmaq.Bunu bir nov cihad adlandirmaq da olar ancaq diqqeti ozune celb etmek daha uyghundur.

Bacıcan, qeyd edim ki, bu şəxsən sənin fikrindir və o Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) zövcələrinin və onlardan nümunə götürən bacılarımızın fikirləri ilə ziddiyyət təşkil edir. Nədədir bu ziddiyyət? İlk əvvəl bildirmək istəyirəm ki, "diqqəti cəlb etmək" və "seçilmək" kəlmələrinin arasında böyük fərq var. Belə ki, övrət yerini açıqda qoyan qız(qadın) diqqəti cəlb eləyirsə, müsəlman qız(qadın) öz örtüyü ilə qeyri-müsəlmanlardan seçilir(fərqlənir). Səhih hədislərdə də "müşriklərə bənzəməyin", "kafirlərdən frəqlənin" məzmunlu Peyğəmbərimizin (səlləlləhu əleyhi və səlləm) kəlamlarına rast gəlmək olar. Bu da belə seçilməyin(fərqələnməyin) sənin dediyinin əksinə, labüd olduğunu göstərir.
O ki, qaldı, niqaba (üz örtüyünə), alimlər onun vacib, yoxsa sünnə olduğunda ixtilaf edirlər. Deyək ki, ən pis halda qadının üzünü ortməyi sünnədir. Gəl baxaq, sünnə olan əməl nədir? Bu o əmələ deyilir ki, baxmayaraq ki, o müsəlmanların əksəriyyəti üçün fərz deyil, kim könüllü həmin əməli edirsə, əvəzində ona böyük savab var. Yəni əksər hallarda, bu yüksək imanın göstəricisidir. SübhənAllah, bacı, amma sən öz ismarışlnda belələrini "fitnə" adlandırısan və kobud səhvə yol verirsən. (!)

Sitat:
Fikrimce niqabla cemiyyet arasinda olmaq fitneye sebeb olur.


Sitat:
Cemiyyetde bele etmek tehlukelidir

Şəxsən tanıdığın üzüörtülü bacıların arasında, sənin bu fikrini təsdiqləyən heç olmasa, bircə hadisə olubmu ki, kimsə onları üzlərini örtdüklərinə görə təhdid, təqib etsinlər yaxud fiziki gücdən istifadə etsinlər? Yox əgər belə hadisə baş verməyibsə, bil ki, bu fikir şeytanın sənin qəlbinə verdiyi vəsvəsədir...
Sitat:
Amma eger niqab taxirsansa evde oturmalisan!!!!

Yanlış fikridir. Müsəlman qadın istənilən halda, zərurət yoxdursa, evdə oturmalıdır, çünki Uca Allah Quranda qadınlara buyurur:
"Evlərinizdə qərar tutun"
(Quran, Əzhab, 33)
O ki, qaldı tünd rəngli geyimlərə, açığı, müsəlman qadının məhz tünd rəngdən başqa heç bir başqa rənglə örtünməməli olduğu barədə heç bir dəlil yoxdur. Əsas olan örtüyün parlaq (al-qırmızı, narıncı, çəmən yaşılı, zərli, daş-qaşlı və s.) olmamasıdır. Yəni məcbur deyil, hökmən tünd rəngdə geymək. Pastel rənglərdən(açıq mavi, çəhrayı, süd rəngi və s.) də istifadə etmək olar.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ENGINEER



Daxil ol: Ş. Sen. 10, 2005 08:42
İsmarışlar: 139
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: B.e. Fev. 06, 2006 8:22 am    İsmarış mətni: Nigab. Sitatla cavab ver

ASSALAMU ALEYKUM.

Mumina Baci hech Senden gozlemezdim. Sen Insanlarin tegibinden, fitnesinden gorxunca yaxshi olardi ALLAHDAN ve onun huzuruna gaytarilacagin gunden gorxasan. O gun ALLAHA ne cavab vereceksen? Deyeceksenki Hicab geymirdimki Camaat mene pis baxirdi? Esas odurki Allah sene pis baxmasin. agg hesab gunu sene pis baxan, seni ginayanlara yox mehz ALLAHA cavab vereceksen. Deyirsen Hicab taxan evde oturmalidir, taxmayanlar butun gunu kuchelerde olmalidir? Gadinin eger mecburiyyetde deyilse ishi evinin xanimi olmalidir. Men uzumde hele o gederde dehshetli tuk saxlamiram, mene irad tuturlar. Onlarin iradi mene ne zerer verirki, amma ALLAHIN iradindan gorxuram. Allah Sene hidayet versin.
_________________
Estegfiru-llahel aziymel-lezi la ilahe illa huvel-heyyul-gayyum ve etubu ileyhi.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Abu Turab



Daxil ol: C.a. Okt. 06, 2005 13:58
İsmarışlar: 72
Şəhər/ölkə: Sumqayit

İsmarışGöndərilib: B.e. Fev. 06, 2006 1:25 pm    İsmarış mətni: Sitatla cavab ver

Bismilleh...
Assalamu Aleykum va Rahmatullahi va Barakatuhu...

Enginieer qardash, Mumina baci hicabdan yox, niqabdan danishir... O, yazdigi fikirleri niqaba aid edib...

Wassalam
_________________
ALLAHU AKBAR
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> İslamda qadının yeri Bütün saatlar GMT + 4 Saat
Səhifə 1, 2  Sonrakı
1 səhifə (Cəmi 2 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.