MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Son xəbərlərinizi bura yazın
Səhifə Əvvəlki  1, 2, 3 ... 8, 9, 10, 11  Sonrakı
 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> Son xəbərlər və yeniliklər
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
ya islam ya olum



Daxil ol: C. Dek. 22, 2006 09:06
İsmarışlar: 321
Şəhər/ölkə: Baku/Azebaijan

İsmarışGöndərilib: C.a. İyun 07, 2007 11:52 am    İsmarış mətni: Sitatla cavab ver

Məhəmməd adı Britaniyanın ikinci məşhur adıdır


2006-cı ildə bu ölkədə yeni doğulan 5991 oğlan uşağına müxtəlif variantlarda Məhəmməd adı qoyublar

Məhəmməd adı öz müxtəlif varinatlari ilə 2006-cı ildə Britaniyanın ikinci populyar kişi adı olub. ANS-PRESS «The Times» qəzetinə istinadən bildirir ki, Britaniyanın milli statistika bürosunun məlumatına görə, 2006-cı ildə bu ölkədə yeni doğulan 5991 oğlan uşağına Məhəmməd adı veriblər. Birinci yerdə isə ingilislər üçün daha ənənəvi olan Cek gəlir, 6928 ana uşağına bu adı verib. İlk beşlikdə qalan yerləri Tomas, Coşua və Oliver tutub, uyğun olaraq 5921, 5808 və 5208 oğlan uşağına bu adlar verilib.



_________________
Deqiq qerezsiz vicdanli.Xeberden xeberiniz olsun.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax MSN
ya islam ya olum



Daxil ol: C. Dek. 22, 2006 09:06
İsmarışlar: 321
Şəhər/ölkə: Baku/Azebaijan

İsmarışGöndərilib: Ş. İyun 09, 2007 3:26 pm    İsmarış mətni: Sitatla cavab ver

Roma papasının avtomobilinə tullanmaq istəyən gənc yaxalanıb


27 yaşlı gənc özünü əqli cəhətdən zəif göstərdiyindən yaxalandıqlan sonra müayinə olunmaq üçün xəstəxanaya aparılıb
Roma papası XVI Benediktin avtomobilinə minmək istəyən 27 yaşlı almaniyalının arzusu baş tutmayıb. Belə ki, müqəddəs Piter meydanında katoliklər qarşısına çıxan papa XVI Benediktin maşınına tullanmaq istəyən gənci polis əməkdaşları dərhal saxlayıblar. Papa isə, heç bu cəhdi hiss etməyib. Polis rəsmiləri sözü gedən şəxsin özünü əqli cəhətdən zəif insan kimi göstərdiyini və yaxalandıqlan sonra müayinə olunmaq üçün xəstəxanaya aparıldığını bildiriblər. Xatırladaq ki, 1981-ci ildə Türkiyə vətəndaşı Mehmet Əli Ağca tərəfindən Papa II İohan Pavelə qarşı sui-qəsd cəhdi olmuşdu. Həmin vaxt Türkiyə vətəndaşı Papa II İohan Pavelə atəş açsa da, məqsədinə nail ola bilməmişdi. Papanı qətlə yetirməkdə ittiham olunan terrorçu 19 il həbs cəzası çəkəndən sonra 2000-ci ilin aprelində Türkiyəyə ekstradisiya olunmuş, sonra isə İtaliya prezidenti İohan Pavelin xahişi ilə onu əfv etmişdi.



_________________
Deqiq qerezsiz vicdanli.Xeberden xeberiniz olsun.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax MSN
ya islam ya olum



Daxil ol: C. Dek. 22, 2006 09:06
İsmarışlar: 321
Şəhər/ölkə: Baku/Azebaijan

İsmarışGöndərilib: Ş. İyun 09, 2007 3:28 pm    İsmarış mətni: Sitatla cavab ver

İsveçrəlilər məscidlərin minarəsini sökmək istəyirlər

Mühafizəkarlar və fundamentalist xristianlar Konstitusiyaya minarəni qadağan edən maddə əlavə etdirməyə çalışırlar
İsveçrədə mühafizəkarlar konstitusiyaya, minarə tikilməsinə mane olan bir maddə əlavə edilməsini istəyir. İsveçrə xarici işlər nazirliyi, ATƏT təmsilçisi Ömür Orhunun ölkədəki müsəlmanlara istiqamətlənmiş ayrı-seçkiliyi müzakirə etmək istəyini rədd edib. Xarici işlər naziri Miçelan Kalmi-Rey görüşü rədd etməsinin səbəbi kimi “seçki qabağı siyasi mübahisələrə yol verə bilər” – deyib. Görüş tələbinin rədd edilməsinə bəzi siyasətçilər sərt reaksiya göstərib. İsveçrəsdəki müsəlmanların hüquqlarını müzakirə etmək istəyən ATƏT nümayəndəsinin ən çox narahat olduğu minarəyə qoyulan qadağa məsələsidir. May ayında İsveçrənin mühafizəkarları və fundamentalist xristianları, konstitusiyaya minarəni qadağan edən bir maddə əlavə etmək üçün müxtəlif addımlar atıblar. ATƏT nümayəndəsi narahatlığını, “İsveçrədə son günlər baş verən hadisələr, xüsusilə minarə söhbəti məni çox təəccübləndirib. Kilsə qüllələri kiləsələrə aid olduğu kimi, minarələr də məscidlərə aiddir. İnsanlara, vaxtlarını və enerjilərini daha faydalı işlər üçün sərf etməklərini məsləhət görürəm” – deyə o bildirib.



_________________
Deqiq qerezsiz vicdanli.Xeberden xeberiniz olsun.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax MSN
ya islam ya olum



Daxil ol: C. Dek. 22, 2006 09:06
İsmarışlar: 321
Şəhər/ölkə: Baku/Azebaijan

İsmarışGöndərilib: Ş. İyun 09, 2007 3:30 pm    İsmarış mətni: Sitatla cavab ver

Kenyada dövlətin yasaq dini qruplaşmalarla mübarizəsi davam edir

Polisin iyunun 4-dən başlatdığı əməliyyatlar çərçivəsində 30-a yaxın yasaq dini qruplaşmanın üzvü öldürülüb
Kenyanın paytaxtı Nayrobidə qanlı qanrşudurmalar davam edir. Əsasən kriminal dəstələrin məskunlaşdığı Nayrobinin bu hissəsi bir qədər əvvəl qurbanlarının başlarını kəsməklə tanınan quldur dəstələri ilə məşhurdur. Polisin ərazidə asayişə nəzarət etmək istiqamətində apardığı əməliyyatlarda ən azı 11 ənəfər həyatını itirib. Polis küçələrə axmış insan izdihamına qarşı da zor tətbiq edib. Bütün aparılmış əməliyyatlara baxmayaraq polis hələ də bütün cinayətlərdə günahkar bilinən Munqiki dini sektasının liderlərini həbs edə bilməyib. 50-ci illərdən etibarən ingilislərə qarşı mübarizə ərəfəsində yaranmış bu sekta ölkədəki ingilis idarə etməsi devrildikdən sonra əsas hədəf kimi yerli hakimiyyəti seçib. Qeyd edək ki polisin bazar ertəsindən başlamış əməliyyatları nəticəsində 30 nəfər öldürülüb, yüzlərlə sekta üzvü isə həbs edilib. Polisin ciddi əməliyyata başlamasına səbəb isə sekta tərəfində bir gün ərzində 12 nəfərin başının kəsilərək öldürülməsi olub. Öldürülənlər arasında polislərin əsas əksəriyyt təşkil etdiyi bildirilir. Bəzi qüvvələr isə sektaya qarşı əməliyyatların başlamasına əsas səbəb kimi dekabrda keçiriləcək prezident seçkilərini göstərir. Belə ki, sekta üzvləri prezident seçkilərinə ciddi şəkildə müdaxilə edəcəkləri barədə bəyanat yaymışdılar. Xatırladaq ki, sektanın fəaliyyəti 2002-ci ildən etibarən qadağan edilib. Əsas səbəb kimi isə sekta üzvlərinin digər qruplaşmalarla silahlı münaqişələrə girməsi və çox sayda insanın öldürülməsi olub.



_________________
Deqiq qerezsiz vicdanli.Xeberden xeberiniz olsun.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax MSN
ya islam ya olum



Daxil ol: C. Dek. 22, 2006 09:06
İsmarışlar: 321
Şəhər/ölkə: Baku/Azebaijan

İsmarışGöndərilib: Ş. İyun 09, 2007 3:32 pm    İsmarış mətni: Sitatla cavab ver

Livanda islamçı qruplarla polis arasında qarşıdurma baş verib


Hadisə nəticəsində 1 polis snayperdən açılan atəş nəticəsində həlak olub
Livanın fələstinli qaçqınlar tərəfindən məskunlaşmış şimal hissəsində radikal islamçı qüvvələr və ordu arasında qarşıdurma baş verib. Hadisə nəticəsində bir Livan əsgəri öldürülüb, 3 əsgər isə ağır bədən xəsarəti alıb. Silahlı şəxslərin hadisə yerindən dərhal uzaqlaşdığı bildirilir. Onların izinə düşən əsgərlər yol kənarında saxlanmış və üzərlərinə partlayıcı quraşdırılmış 3 maşın aşkar edib. Nəhr Əl-Bared və Eyn Əl-Hilve qaçqın düşərgələrində "Fəth" silahlıları ilə baş verən qarşudurmalar eləcə də paytaxt Beyrut yaxınlığında bir neçə bombalı hücümlar əlaqədar dövlət orqanlarını daha ciddi hucumların olacağı barəsində narahat etməyə başlayıb. Təhlükəsizlik xidmətinin əməkdaşının verdiyi məlumata əsasən silahlılar əsasən toqquşmalar zamanı snayperlərdən istifadə edir və axırıncı qətl hadisəsində də məhz bu üsul seçilib. Toqquşma zamanı hadisə yerinə daxil olmağa ehtiyat edən "Qırmızı xaç və aypara" cəmiyyətinin təcili tibbi yardım maşınları ancaq ara sakitləşəndən onra yaralıları xəstəxanaya aparıb. Xəstəxanaya ən çox müraciət edənlər isə yaşlı və az yaşlı fələstinli qaçıqınlar olub. Bu arada polis Livanın Bekaa vadisində qaraja gizlədilmiş partlayıcı qurğu və raketlərlə dolu 3 avtomobil aşkar edib. Şahidlərin sözlərinə görə, hadisə ilə əlaqədar polis bir nəfəri saxlayıb. Qeyd edək ki, may ayının 20-dən etibarən 46-sı livanlı əsgər və 60 "Fəth" təşkilatı üzvü olmaqla qarşıdurmalar nəticəsində 100-dən çox insan həyatını ibitirib.



_________________
Deqiq qerezsiz vicdanli.Xeberden xeberiniz olsun.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax MSN
ya islam ya olum



Daxil ol: C. Dek. 22, 2006 09:06
İsmarışlar: 321
Şəhər/ölkə: Baku/Azebaijan

İsmarışGöndərilib: Ş. İyun 09, 2007 3:35 pm    İsmarış mətni: Sitatla cavab ver

Danimarkanın baş naziri müsəlmanların hüququnu müdafiə edib


“Kişilərlə əl verib görüşməyən və ya saçlarını göstərməyən qadın hakim ola bilməz kimi bir qayda yoxdur, əsas odur ki, işini yaxşı bilsin”
İslam dinini təhqir etməsi səbəbi ilə müsəlmanların sərt reaksiyası ilə qarşı-qarşıya qalan Danimarkada inanc sərbəstliyi üçün böyük addım atılıb. Hicabın qadağan edilməsi üçün irəli sürülən tələblərə dövlət rəsmiləri sərt cavab veriblər. Hökumətə parlamentin xaricindən dəstək verən, sağçı Danimarka Xalq Partiyası (DF) təhsil müəssələrində və rəsmi dövlət idarələrində hicabın qadağan edilməsini istəyib. Bu tələb baş nazirin və ali məhkəmənin sədrinin hiddətinə səbəb olub. Konstitusiya günündə çıxış edən baş nazir Anders Foq Rasmusen, “Din şəxsə aid xüsusi bir haldır. Müstəqil Danimarka düşüncəsi insanların geyim-keçiminə qarışmaz. Hicab tamamilə şəxslərin azad düşüncasinə aiddir və bu işə dövlət qarışmamalıdır. Bu, həm xüsusi həyat üçün, həm də dövlət idarələri üçün belədir. Bu mövzuda müsəlman qadınları narahat etməyin” deyib. Ali məhkəmənin sədri Torben Melçior isə “Kişilərlə əl verib görüşməyən və ya saçlarını göstərməyən hakim ola bilməz kimi bir qayda yoxdur. Əsas odur ki, işini yaxşı bilsin. Bizim üçün başın xarici yox, daxili önəmlidir” deyib.



_________________
Deqiq qerezsiz vicdanli.Xeberden xeberiniz olsun.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax MSN
ya islam ya olum



Daxil ol: C. Dek. 22, 2006 09:06
İsmarışlar: 321
Şəhər/ölkə: Baku/Azebaijan

İsmarışGöndərilib: Ş. İyun 09, 2007 3:37 pm    İsmarış mətni: Sitatla cavab ver

Fələstində yəhudilər müsəlman qəbirlərini təhqir ediblər

İsrail ordusu hadisəni təxribat adlandırıb
İordan çayının Qərb sahilində Ariel şəhərinin yaxınlığında Kifl Xalit kəndində yerləşən müsəlman qəbristanlığı yəhudilər tərəfindən təhqir edilib. Yəhudilər bura yaxınlıqda yerləşən İeşu Bin–Nana ravvinin qəbrinə dua etmək üçün gəliblərmiş. "The Yerusalem Post" qəzetinin yazdığına görə, vandallar qəbirlərin üstünə “Ərəblərə ölüm” yazıblar və bir neçə qəbirüstünü sındırıblar, cəmi 10 qəbir bu cür rəftara məruz qalıb. İsrail ordusunun məlumatına görə, ravvinin qəbrüstünə 1300 dindar gəlibmiş, bir qrupun bu cür hərəkəti isə təxribat xarakteri daşıyıb. Dini tədbirin təşkilatçıları gələn həftəyə qəbirüstlərini düzəldəcəklərinə söz veriblər. İnsan hüquqları liqasının ravvinləri isə bildiriblər ki, müsəlman və yəhudi ziyarətgahlarının təhqir edilməsi eyni cür məzəmmətə layiqdir.



_________________
Deqiq qerezsiz vicdanli.Xeberden xeberiniz olsun.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax MSN
ya islam ya olum



Daxil ol: C. Dek. 22, 2006 09:06
İsmarışlar: 321
Şəhər/ölkə: Baku/Azebaijan

İsmarışGöndərilib: Ş. İyun 09, 2007 8:05 pm    İsmarış mətni: Sitatla cavab ver

6 yaşlı uşaq Quranı əzbərləyərək hafiz titulunu qazanıb

“Muhamməd Serdar Cevherli 4 yaşında Quran oxumağı öyrənib və eyni yaşda da Quranı başdan sona oxuyub”

Türkiyənin Sakarya şəhərində yaşayan 6 yaşlı Muhamməd Serdar Cevherli Quranı başdan sona əzbərləyərək hafiz adını alıb. Bir qrup Quran mütəxəssisinin qarşısında imtahan verən və Quranı istənilən yerdən əzbər oxuyan kiçik Muhamməd hər kəs tərəfindən bəyənilib. Muhammədin atası Ziya Cevherli özünün də, uşağın anasının da hafiz olduğunu bildirərək, “Muhamməd 4 yaşında Quran oxumağı öyrənib və eyni yaşda da Quranı başdan sona oxuyub. Anası ilə mənim nəzarətimdə əzbərə başlaqsa da məsuliyyət hiss etməsi üçün başqa bir Hafiz də onunla maraqlanıb. Hər gün 6-7 səhifə rahatlıqla əzbərləyirdi” deyib. Rəsmi din qurumu olan Diyanət İşləri Başkanlığının 6-7 avqust tarixlərində keçiriləcək hafizlik imtahanında oğlunun iştrak edərək hafizlik vəsiqəsi alacağını deyən ata Cevherli “Oğlumun hafiz olması mənə tərifi mümkün olmayan güc və ruh yüksəkliyi verir. Mən, atam, onun atası və keçmiş nəsillərimiz Quran hafizi olub. Muhamməd bu gözəl ailə ənənəsinə sadiq qalıb. Həyatda bundan gözəl şey ola bilməz” deyib.




SubhenAllah
_________________
Deqiq qerezsiz vicdanli.Xeberden xeberiniz olsun.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax MSN
ya islam ya olum



Daxil ol: C. Dek. 22, 2006 09:06
İsmarışlar: 321
Şəhər/ölkə: Baku/Azebaijan

İsmarışGöndərilib: Ç.a. İyun 12, 2007 12:50 pm    İsmarış mətni: Sitatla cavab ver

İran Türkiyədə yaşayan ələviləri öz tərəfinə çəkir

“İran Türkiyədəki şiələrin vasitəsi ilə Əhli-Beyt sevgisi, Kərbəla, Aşura kimi müqəddəs hesab edilən dəyərlərdən istifadə edərək ələviləri şiələşdirməyə çalışır”

İran yol xərcini özü qarşılayaraq Türkiyə ələvilərini müqəddəs torpaqlara səyahətə dəvət edir və onlara cəm evi (ibadətxana) açmaq üçün maddi dəstək vəd edir. Onlar bu dəstəyi qəbul etməsə də şiəlik ələvilər arasında getdikcə yayılır. Ancaq Türkiyə ələvilərinin fundamentalizmə meyilləri yoxdur. Beynəlxalq Strategiya Araşdırmaları Qurumunun İran üzrə mütəxəssisi Arzu Cəlalifər Əkinçinin fikrinə görə, İranın Türkiyə ələviləri üzərində hər hansı bir təsir yaratması çox çətindir. Çünki ələvilərin arasında bütünlük yoxdur. Onların arasında dini və siyasi cəhətdən dərin fərqliliklər var. Jurnalist Miyasə İlknurun fikrinə görə, İran Türkiyədəki şiələr vasitəsi ilə Əhli-Beyt sevgisi, Kərbəla, Aşura kimi müqəddəs hesab edilən dəyərlərdən istifadə edərək ələviləri şiələşdirməyə çalışır. İlknurun iddialarına görə, İstanbulun Halkalı səmtində yaşayan şiə camaatı bu fəaliyyətlərin mərkəzindədir. Halkalının Aşura meydanındakı mərasimlərdə ələvilərin də hamılıqla iştirakı üçün Əhli-Beyt cəmiyyəti kimi ələvi təşkilatlarına dəvətnamə göndərilir. Cəm TV bu mərasimləri canlı yayımla tamaşaçılarına çatdırır. İlknura görə, bəzi ələvilər belə mərasimlərə gedə-gələ iki inanc sistemi arasındakı oxşarlıqların təsiri ilə şiələşə bilər. Şiəliyin yüksəlməsi ələvilərə də öz təsirini göstərə bilər.

Qeyd edək ki, 40-a yaxın təriqəti olan ələviliyin islam dininə aid olub-olmaması həmişə mübahisə doğurub. Ələvilər ibadət üçün məscidə yox, cem evlərinə gedirlər. Adətən ibadətlərini anladıqları dillərdə - türkcə və ya bəzən də kürdcə edirlər. İbadət zamanı saz müsiqisindən istifadə edirlər. İbadət zamanı "Əli aşkına" deyərək qıcqırmış üzüm və ya armud suyu içirlər.

Ələvi kəndləri icma şəklində ağsaqqallar - dədələr tərəfindən idarə edilir. Onların nikah və yas mərasimləri də əsas beş islam məzhəbindən - hənəfi, şafi, maliki və hənbəli sünni məzhəblərindən və imami (şiə) məzhəbindən fərqlənir. Lakin bununla yanaşı bektaşi, bibeyri kimi bir sıra ələvi təriqətləri islam dəyərlərindən o qədər də uzaqlaşmırlar və Türkiyənin din alimləri onların islam təriqəti olmasını rahatlıqla sübut edirlər. Lakin ələvilərin əsas təriqətlərindən biri olan nüseyriliyi heç cür islam təriqəti saymaq olmaz. Nüseyrilərin fikrincə, Allah yer üzündə üç adamın - Məhəmməd peyğəmbərin, Həzrəti Əlinin və Salman Farsinin surətində təcəlla edib. Nüseyrilər Həzərəti İsanın da ilahi xislətinə inanırlar və xüsusi hörmət edirlər. Nüseyrilər tənasüxə, yəni ölümdən sonra ruhun bədəndən bədənə keçməsinə inanırlar. Nüseyrilərdə sevgi azaddır və zina anlayışı yoxdur. Türkiyədə 10-15 milyon ələvi yaşadığı iddia edilir. Nüseyrilərin sayının 5 milyona yaxın olduğu və ərəbcə danışdığı bildirilir. Son illərdə Türkiyənin bütün ələvi icmalarında gerçək islama maraq yaranıb və bir çox ələvi gəncləri Qurani-Kərimlə tanış olmağa meyllidirlər, bunların arasında şiəliyi qəbul edən az deyil. Azərbaycanda tarix boyunca ələvi yaşamayab. Yalnız Cənubi Azərbaycanda beş əliallahı kəndi olduğu söylənilir. Əlialahılar ələvilərdən fərqli bir təriqətdir və Allahın Həzrəti Əlinin şəxsiyyətində təcəlla olduğuna inanırlar. Əliallahılar öz dini inanclarını sünni və şiə müsəlmanlardan gizlədirlər.



[img] http://ans.az/ansphoto/alevi.jpg [/img]
_________________
Deqiq qerezsiz vicdanli.Xeberden xeberiniz olsun.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax MSN
ya islam ya olum



Daxil ol: C. Dek. 22, 2006 09:06
İsmarışlar: 321
Şəhər/ölkə: Baku/Azebaijan

İsmarışGöndərilib: Ş. İyun 16, 2007 10:50 am    İsmarış mətni: Sitatla cavab ver

İslam dinini yeni qəbul edən qızlar üçün sığınacaq açılıb



Sığınacağa əsasən valideyn himayəsindən məhrum qalan qızlar məskunlaşa bilər
Hollandiyanın Utrex şəhərində “İslam hamı üçündür” adlı ictimai təşkilat yaradılıb. Bu təşkilat valideyn himayəsindən məhrum olan və islam dinini yeni qəbul edən qızlar üçün sığınacaq acıb. Hələlik sığınacaq gündə 4-5 qızı qəbul etmək imkanına malikdir. Layihənin rəhbəri üç il əvvəl islamı qəbul edən Kateliyne Feenstradır. Onun sözlərinə görə, islam dinini yenicə qəbul edənlər ailəsi ilə yeni qəbul etdiyi din arasında seçim etməyə məcbur olurlar.“Buna xüsusilə qızının gələcəyi barədə artıq qərar vermiş valideynlər sərt reaksiya verirlər. Onlar qızlarını hədələyərək, evə hicabla gələcəkləri təqdirdə möhkəm döyəcəkləri ilə qorxudurlar” – deyə Feenstra bildirib. Onun fikrincə, bu sığınacaqlarda məskunlaşan qızlar problemlərini tək yox, ailə üzvləri ilə birgə həll edə bilərlər.



_________________
Deqiq qerezsiz vicdanli.Xeberden xeberiniz olsun.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax MSN
ya islam ya olum



Daxil ol: C. Dek. 22, 2006 09:06
İsmarışlar: 321
Şəhər/ölkə: Baku/Azebaijan

İsmarışGöndərilib: Ş. İyun 16, 2007 10:52 am    İsmarış mətni: Sitatla cavab ver

Roma Papası Orta Şərqdəki xristinların həyatı üçün narahatdır


XVI Benedikt bu ölkələrdə yaşayan xristianların dini azadlıqlarının təminat altına alınmasını istəyib
Roma katolik kilsəsinin ruhani lideri Papa XVI Benedikt Orta Şərqdəki xristianların həyatı üçün narahatdır. O, bu barədə Şərq kilsələri heyəti və Şimali Afrika katolik yepiskoplar məclisinin üzvlərini qəbul edərkən danışıb. XVI Benedikt çıxışında bildirib ki, Şərqdə də, Qərbdə də xristianlar inanclarını tamamilə azad şəkildə yaşaya bilməlidirlər. Vatikan mətbuat bürosunun verdiyi məlumata görə, XVI Benedikt Buş ilə keçirdiyi görüşündə başda İraq olmaqla Orta Şərq ölkələrindəki xristianların gələcəyindən narahat olduğunu dilə gətirib. O, bu ölkələrdə yaşayan xristianların dini azadlıqlarının təminat altına alınmasını istəyib. Papa Əl-Cəzirə, Tunis, Liviya və Mərakeş katolik rəsmilərindən ibarət heyəti qəbul edərkən onlara, din azadlığı da daxil olmaqla problemlərin həlli üçün dialoq yolunu tövsiyyə edib. “Bütün gərginlikləri qarşılıqlı uzlaşma içində həll edə bilməyə yardımçı olacaq bir dialoqa; dinlər və mədəniyyətlər arasında xüsusi bir dialoqa ehtiyacımız var” – deyə Papa XVI Benedikt bildirib.



_________________
Deqiq qerezsiz vicdanli.Xeberden xeberiniz olsun.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax MSN
ya islam ya olum



Daxil ol: C. Dek. 22, 2006 09:06
İsmarışlar: 321
Şəhər/ölkə: Baku/Azebaijan

İsmarışGöndərilib: Ş. İyun 16, 2007 10:54 am    İsmarış mətni: Sitatla cavab ver

Amerikada yoxsulları zəkatla doydururlar


Amerikada müsəlman cəmiyyəti ictimaiyyətdəki yoxsulları doydurmaq üçün səfərbərlik elan edib
“Şimali Karolayna Amerika Müsəlman Cəmiyyəti” ölkədə yaşayan bütün müsəlmanları yoxsul və ac Amerika vətəndaşlarına sahib çıxmağa çağırıb. Cəmiyyət verdiyi açıqlamada yoxsul və acları din, irq və millətini ayırmadan doydurmağın, inancın bir şərti olduğunu deyib. “Bizim məqsədimiz, bütün Amerika ictimaiyyətinə ölkədə yaşayan hər kəsi düşündüyümüzü və Allahın bütün qullarına şəfqətli və mərhəmətili olduğumuzu əks etdirməkdir” – deyə cəmiyyətin sədri Alison Svelam bildirib. Cəmiyyətin sədri bütün müsəlmanları yoxsul insanlara pul, ərzaq və əşya yardımı üçün səfərbər olmağa çağırıb. Yardım səfərbərliyi üçün Amerikadakı bütün məscidlərə, İslami məktəb və qurumlara yardım qutuları qoyulub. Alison bianələrin birbaşa ehtiyacı olan müsəlman və qeyri müsəlman ailələrə verildiyini deyib.



_________________
Deqiq qerezsiz vicdanli.Xeberden xeberiniz olsun.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax MSN
ya islam ya olum



Daxil ol: C. Dek. 22, 2006 09:06
İsmarışlar: 321
Şəhər/ölkə: Baku/Azebaijan

İsmarışGöndərilib: Ş. İyun 16, 2007 10:57 am    İsmarış mətni: Sitatla cavab ver

Almaniyada kilsədə erotik ayin keçirilib

Keşiş “Ruhanilik də, erotizm də təlimlə inkşaf edir” deyib, moizəyə qulaq asanlar bir-birini masaj etməyə və öpməyə başlayıb
Almaniyanın Köln şəhərindəki protestan kilsəsində 48 yaşlı Armin Beyşer adlı keşiş erotik ayin keçirib. Moizədə “intim həyatı, Tanrı inancı və ibadəti bir-birindən ayırmaq mümkün deyil” deyən keşişin balerina və rəqqasələrlə tərtib etdiyi ayinə çoxlu ziyarətçi gəlib. Ayində “seks, ehtiras, toxunmaq və kef” mövzularında moizə oxuyan protestan keşişin bu mərasiminə mindən artıq insan gəlib, ancaq içəriyə sadəcə 400 nəfər girə bilib. Erotik ayinin keçirildiyi kilsənin qapısına “Eşqin bağçasına könüldən xoş gəldiniz” yazılıb. Beyşer müalicə üçün getdiyi həkimin ona “yoldaşınla hər gün dua edir və cinsi əlaqədə olursunuz?” sualından sonra bu mövzuları araşdırmağa başladığını deyib. Əvvəllər utandığını deyən keşiş daha sonra bu dərin sualın dərin cavabını başa düşdüyünü bildirib. Keşiş “Ruhanilik də, erotizm də təlimlə inkşaf edir” deyib. Keşişin bu sözündən sonra kilsənin atmosferi dəyişib və moizəyə qulaq asanlar bir-birini masaj etməyə və öpməyə başlayıb. Keşiş Beyşer isə moizəsini “Sevdiklərimiz ilə tez-tez əlaqədə olmalıyıq. Tanrıya, ehtiras və şəfqətlə şükr edin. Amin!” sözləri ilə tamamlayıb. Keşişin çıxışı kilsə ziyarətçiləri tərəfindən hərarətlə alqışlanıb. Xatırladaq ki, erotik ayin Almaniyanın Köln şəhərinin Karteeuserkirche kilsəsində keçirilib.


Qeyd:Bu xeberinde sekili vardi ama serietimize ve dinimize uygun gelmediyi ucun yerlesdirmedim.

_________________
Deqiq qerezsiz vicdanli.Xeberden xeberiniz olsun.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax MSN
ya islam ya olum



Daxil ol: C. Dek. 22, 2006 09:06
İsmarışlar: 321
Şəhər/ölkə: Baku/Azebaijan

İsmarışGöndərilib: Ş. İyun 16, 2007 10:58 am    İsmarış mətni: Sitatla cavab ver

İraqda müqəddəs Əsgəriyyə məscidi partladılıb


Samirə şəhərində yerləşən X və XI imamların qəbirlərinin olduğu Əsgəriyyə məscidi partladılıb

Bağdadın şimalındakı Samirə şəhərində müqəddəs Əsgəriyyə məscidində partlayış baş verib. Keçən ilin fevral ayında terrorçuların törətdiyi partlayışdan sonra, məscid qəzalı vəziyyətə düşmüşdü. ANS PRESS BBC-yə istinadən xəbər verir ki, bu səhər baş vermiş partlayışdan sonra məscidin iki minarəsi yıxılıb. Samirə şəhərində fövqəladə vəziyyət elan edilib. İraq dövlət rəsmilərindən biri, bu partlayışın ölkəsi üçün çox pis xəbər olduğunu deyib. Müsəlmanlar üçün müqəddəs hesab edilən türbənin şiələr üçün xüsusi bir əhəmiyyəti var. Burada peyğəmbərin nəslindən olan iki imamın sərdabəsi var. Bunlar 9-cu əsrdə yaşamış Əli əl-Hadi ilə oğlu Həsən əl-Əsgəridir.





_________________
Deqiq qerezsiz vicdanli.Xeberden xeberiniz olsun.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax MSN
ya islam ya olum



Daxil ol: C. Dek. 22, 2006 09:06
İsmarışlar: 321
Şəhər/ölkə: Baku/Azebaijan

İsmarışGöndərilib: Ş. İyun 16, 2007 11:00 am    İsmarış mətni: Sitatla cavab ver

Tarixdə ilk dəfə olaraq Quran gürcü dilində çap edilib


Quranın nəşrini Gürcüstanda fəaliyyət göstərən «Horizont» fondu maliyyələşdirib
Tiflisdə tarixdə ilk dəfə olaraq Quran gürcü dilində çap edilib. ANS-PRESS «Novosti-Qruziya» informasiya agentliyinə istinadən bildirir ki, kitabı gürcü dilinə professor Georgi Lobjanidze tərcümə edib. Uzun illər Şərqin bir neçə ölkəsində, o cümlədən İranda, Misirdə, Türkiyədə yaşamış alim Quranın tərcüməsi üzərində bir neçə il işləyib. Quranın nəşrini Gürcüstanda fəaliyyət göstərən «Horizont» fondu maliyyələşdirib. Quran ilk dəfədir ki, gürcü dilinə tərcümə edilir.



_________________
Deqiq qerezsiz vicdanli.Xeberden xeberiniz olsun.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax MSN
ya islam ya olum



Daxil ol: C. Dek. 22, 2006 09:06
İsmarışlar: 321
Şəhər/ölkə: Baku/Azebaijan

İsmarışGöndərilib: Ş. İyun 16, 2007 11:03 am    İsmarış mətni: Sitatla cavab ver

“Ərəb Birliyi” təşkilatı Qəzzadakı hadisələri pisləyib

Birlikdə araşdırma komissiyası qurulmasına və hadisələrin dərindən araşdırılmasına qərar verilib
Misirin paytaxtı Qahirədə toplaşan Ərəb Birliyinə üzv dövlətlərinin xarici işlər nazirləri Qəzza zolağında baş vermiş zorakılıq hadisələrini pisləyib və tərəfləri sülhə çağırıb. Qahirədəki toplantıdan sonra nazirlər yayımladıqları bildirişdə, Fələstinin milli bütünlüyünə hörmət göstərilməsini vurğulayıblar. Nazirlər toplantıda Qəzza zolağındakı zorakılıq hallarının araşdırılması üçün Misir və Səudiyyə Ərəbistanının rəhbərliyi ilə araşdırma komissiyası qurulmasına qərar veriblər. Verilən məlumata görə, komissiya Misir, Səudiyyə Ərəbistanı, Qatar, İordaniya və Tunis təmsilçiləri ilə Ərəb Birliyinin baş katibindən ibarət olacaq. Komissiya ərazidəki vəziyyət barədə 1 ay müddətinə məruzə hazırlamalıdır.



_________________
Deqiq qerezsiz vicdanli.Xeberden xeberiniz olsun.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax MSN
ya islam ya olum



Daxil ol: C. Dek. 22, 2006 09:06
İsmarışlar: 321
Şəhər/ölkə: Baku/Azebaijan

İsmarışGöndərilib: B. İyun 17, 2007 1:52 pm    İsmarış mətni: Sitatla cavab ver

İraqda Məhəmməd peyğəmbərin dostunun sərdabəsi partladılıb


Talha bin Ubeydullah islam peyğəmbərinin həyatda ikən cənnətlə müjdələdiyi 10 nəfərdən biri olub
İraqda məzhəblər arası iğtişaş çıxarmaq istəyənlərin hədəfi bu dəfə Məhəmməd peyğəmdərin dostu və silahdaşı Talha bin Ubeydullahın sərdabəsi olub. Samirə şəhərindəki Əsgəriyyə məscidində baş verən partlayışdan 48 saat sonra Bəsrə şəhərində baş vermiş hücum nəticəsində demək olar ki, sərdabə tamamilə yıxılıb. İraqlı general Əli Musəvinin verdiyi məlumata görə, Bəsrə şəhərinin 25 kilometrliyində Zübeyr qəsəbəsi yaxınlığında Talha bin Ubeydullahın sərdabəsinə gələn bir qrup ziyarətçi şəkil çəkdirmək istədiklərini deyərək sərdabənin içinə giriblər. Onların içəriyə yerləşdirdikləri bombaların bir neçə dəqiqə ara ilə iki dəfə partlaması nəticəsində sərdabənin iki minarəsi və gümbəzi tamamilə yıxılıb. General Musəvi sərdabə keşikçilərinin həbs edildiyini bildirib. Qeyd edək ki, Tebuk səfərində bütün varını-yoxunu islam yolunda səfərbər eədən Talha bin Ubeydullaha Məhəmməd peyğəmbər "Fəyyaz" ləqəbi verib və daha sonrakı illərdə bir hədisində “Yer üzündə cənnətlik insan görmək istəyən Talhanın üzünə baxsın” deyib.



_________________
Deqiq qerezsiz vicdanli.Xeberden xeberiniz olsun.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax MSN
ya islam ya olum



Daxil ol: C. Dek. 22, 2006 09:06
İsmarışlar: 321
Şəhər/ölkə: Baku/Azebaijan

İsmarışGöndərilib: B. İyun 17, 2007 1:55 pm    İsmarış mətni: Sitatla cavab ver

ABŞ-da müsəlmanlara qarşı ayrı-seçkilik halları çoxalıb

“Faciəli 11 sentyabr hücumları Amerika mədəni xalqlar tarixində yeni bir səhifə təşkil edib"
Amerika-İslam Əlaqələri Mərkəzinin (CAIR) yayımladığı məruzədə ayrı-seçkilik şikayətlərinin 2005-ci ildən 2006-cı ilə keçərkən 25 faiz çoxaldığı bildirilib. Məruzədə keçən il müsəlmanlara qarşı zorakılıq, təcavüz və kor-koranə rəftyar hadisələrinin sayının 2 467 olduğu qeyd edilib. Bundan başqa mərkəz bildirib ki, müsəlmanlara vətəndaşlıq verilməsi və sair bürokratik işlər geciktirilir. CAIR-in hüquqşünası və məruzəni hazırlayan Arslan İftixar, “Faciəli 11 sentyabr hücumları Amerika mədəni xalqlar tarixində yeni bir səhifə təşkil edib. Bu məruzədə də bildirildiyi kimi ayrı-seçkilik bu ölkənin ən böyük problemidir” – deyib.



_________________
Deqiq qerezsiz vicdanli.Xeberden xeberiniz olsun.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax MSN
ya islam ya olum



Daxil ol: C. Dek. 22, 2006 09:06
İsmarışlar: 321
Şəhər/ölkə: Baku/Azebaijan

İsmarışGöndərilib: B.e. İyun 18, 2007 11:51 am    İsmarış mətni: Sitatla cavab ver

Cümə namazlarında müsəlmanlara yer çatmır

Muftilər Şurası Moskva rəhbərliyi ilə paytaxtda 2 məscidin inşası ilə baglı danışıqlara başlayıb
Rusiyanın Muftilər Şurası Moskva rəhbərliyi ilə paytaxtda 2 məscidin inşası ilə bağlı danışıqlar aparır. Məscidlərdən biri Cənubu Butovdakı Əhməd Kadırov küçəsində tikiləcək. "İnterfax" agentliyinə müsahibəsində komitənin sədri Farit Farisov bildirib ki, məscidin inşasına artıq vəsait yığılıb. Moskvanın şərqində ucaldılacaq ikinci məscid isə İmam Şamilin şərəfinə inşa ediləcək. Şuranın mətbuat katibi Gulnur Qaziyeva Moskvada müsəlmanların çoxluq təşkil etdiyini və dua üçün yerin catmağını bildirib. “Bu cümə namazlarında özünü daha çox biruzə verir. Yaşlı müsəlmanlar namaz qılmaq üçün paytaxta gələ bilmirlər.



_________________
Deqiq qerezsiz vicdanli.Xeberden xeberiniz olsun.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax MSN
ENGINEER



Daxil ol: Ş. Sen. 10, 2005 08:42
İsmarışlar: 139
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: B.e. İyun 18, 2007 11:53 am    İsmarış mətni: Seudiyye Erebistani Sitatla cavab ver

Səudiyyə Ərəbistanı ərəb dövlətlərindən İrana hücum edilməyəcəyinə təminat verib
18-06-2007

Bu təminata əsasən İrana qarşı ehtimal edilən hər hənsı bir hücumda ərəb dövlətlərinin ərazisindən istifadə edilməsinə izn verilməyəcək.Səudiyyə Ərəbistanı İrana qarşı hərbi əməliyyatlar zamanı heç bir ərəb dövlətinin ərazisindən istifadə edilməsinə icazə verməyəcəyi barədə təminat verib.
Bu barədə danışan Səudiyyə Ərəbistanı daxili işlər naziri şahzadə Nayif Bin Əbdüləziz ərəb dövlətlərindən İrana heç bir ziyanın dəyməyəcəyini söyləyib. “Səudiyyə Ərəbistani və körfəz əməkdaşlıq konfransı adından danışıram, bu ölkələrdən İrana heç bir ziyan dəyməyəcək”,– deyə nazir Əbdüləziz bildirib. Şahzadə Nayif həmçinin eyni addımın İran tərəfindən də atılacağını, yəni İrana qarşı hər hansı hücum zamanı rəsmi Tehranın da ərəb ölkələrinə heç bir hücum təşkil etməyəcəyini gözlədiyini söyləyib.

/ANS TV/
_________________
Estegfiru-llahel aziymel-lezi la ilahe illa huvel-heyyul-gayyum ve etubu ileyhi.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> Son xəbərlər və yeniliklər Bütün saatlar GMT + 4 Saat
Səhifə Əvvəlki  1, 2, 3 ... 8, 9, 10, 11  Sonrakı
9 səhifə (Cəmi 11 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.