 |
"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!" (Qaf, 17-18)
|
| Əvvəlki mövzu :: Sonrakı mövzu |
| Müəllif |
İsmarış |
Muslim75
Daxil ol: C.a. Dek. 09, 2004 18:50 İsmarışlar: 3 Şəhər/ölkə: Baki
|
Göndərilib: B. Dek. 12, 2004 7:48 pm İsmarış mətni: Musigi! |
|
|
Assalamu-aleykum Eziz qardash ve bacilar!
Sizden hahish edirem musiginin haram olmasi baresinde,
Yazasiniz.
hansi haramdir,hansina qulaq asmaq olar?
Allah sizden razi olsun!!! _________________ Assalamu-Aleykum Muselmanlar! |
|
| Əvvələ qayıt |
|
 |
Humeyra nəzarətçi
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 411 Şəhər/ölkə: Baku, Azerbaijan
|
Göndərilib: Çər. Dek. 15, 2004 2:42 pm İsmarış mətni: |
|
|
-b-
AsSalamu alaikum.
Musiqiye qulaq asmaq olarmi?
Bu gun bir cox muselmanlar bele bir sual verirler:"Musiqiye qulaq asmaq olarmi?". Baxmayaraq ki, ekser boyuk Islam alimleri musiqinin haram olmasini, en yaxsi halda ise beyenilmediyini Qurana ve sehih hedislere esaslanaraq, bildirseler de, bir qrup insan bunun eksini iddia ederek fitne yaratmaqla muselmanlari parcalamaq niyyetindedir.
Quran ve Sunneden deliller:
İbn Abbasdan rəvayət olunduğuna görə İslamın yayıldığı ilk dövrlərdə Məkkədə müğəni qadınları satın alaraq, onlar vasitəsilə qazanc əldə edən Nadir ibn Haris adlı birisi kiminsə Peyğəmbərin Quran oxumasına qulaq asdığını eşitidkdə, müğənni qadınlardan birini həmin adamın yanına gönərərək, yedirib sərxoş etməsini və mahnı oxuyub rəqs edərək, ağlını başından almasını əmr edərmiş və beləliklə də Peyğəmbər- səllallahu aleyhi və səlləm -in dəvət etdiyi dindən uzaqlaşdırmağa calışarmış. Bununla əlaqdar aşağıdakı ayə nazil olmuşdur:
"İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (tutduğu işin günahını anlamadan xalqı) Allah yolundan (islam dinindən) döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mə’nasız (oyun-oyuncaq) sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir."
(Quran Logman, 6) (Tafhimul-Quran, 4/9)
Həmçinin o dövrdə insanların kef, əyləncə xatirinə müğənni qadınları satın aldıqları rəyi də mövcuddur.
Yuxarıdakı ayədə Uca Allah insanların haqq sözü - Quranı mənasız sözləri olan mahnılara dəyişdiyini bildirir.
Quran elminin ən yaxşı bilicilərindən və Peyğəmbər- səllallahu aleyhi və səlləm -in səhabələrindən biri olan İbn Abbas demişdir:
”Bu ayə mahnı və onunla əlaqədar hər şeyə dair nazil olmuşdur."
(Buxari “adabul-Mufrad” 768, Albani insadın səhih olduğunu bldirmişdir)
Abdulla ibn Məsud Uca Allahın buyurduğu “mənasız(mane olan) sözlər(ləhual hadis)” sözlər haqqında belə demiş və dediklərini 3 dəfə təkrarlamışdı :
”Özündən başqa ibadət ediləcək məbud olmayan Allaha and olsun ki, bu sözlər mahnı haqqında deyilmişdir!”.
Böyük Quran alimlərindən olan Səid ibn Cübeyr, Cabir , Alkama, Mücahid, İbn Bazıma Makxul, Amr ibn aid, ət-Təbəri və b. (Allah onların hamısından razı olsun.)
Həsən əl-Bəsriyə gədikdə isə o bu ayəni həm mahnı, həm də ayrılıqda musiqi alətlərinə şamil edirdi. (İbn Kəsirin təfsiri, 3-cü cild, (Quran, 31 : 6)
Uca Allah İblisə Qiyamət gününədək möhlət verdiyi zaman belə buyurmuşdu:
“Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat...”
(Quran, İsra, 64)
İmam Mücahid burda “səs” sözünün mahnı və musiqi alətləri mənasını verdiyini bildirir. (Zadul Masir, İbnul-Couzi)
Peyğəmbər- səllallahu aleyhi və səlləm -in Sünnəsində müsiqi alətlərinin qadağan olunmasına dair konkret dəlillərin olmadığını iddia edənlər isə yanılırlar. Bir çox səhih hədislər bunu əksini bir daha sübut edir. Belə ki, zənnimcə tək aşağıdakı hədis belələrini fikrindən döndərməyə kifayət edər:
“Ümmətim arasında zinanı, ipəyi, şərabı və musiqi alətlərini halal edən insanlar çıxacaq”.
(Buxari, 5590)
Həmçinn, Səhl ibn Sa`ddan rəvayət olunduğuna görə Allah rəsulu(s) demişdir:
”Qiyamət gününün yaxınlaşmasına az qalmış düşkünlük, alçaqlıq və eybəcərlik baş alıb gedəcək”. Ondan soruşdular” Ya RəsulAllah, bu nə vaxt olacaq” Cavabında Peyğəmbər(s) dedi” Musiqi alətlər və müğənnilər çox olduğu zaman”
(İbn Macə, Şeyx Albani hədisin səhih olduğunu bildirir)
Anasdan rəvayət olunduğuna görə Peyğəmbər (s) demişdir:
” 2 şey bu dünyada və Axirətdə lənətlənmişdir sevinc halında çalınan tütək səsi və kədərli nəsə baş verəndə deyilən ağı”
əl-Bazzar (Şeyx Albani hədisin isnadının səhih olduğunu bildirir)
Abdulla ibn Məsud (Allah ondan razı olsun) demişdir:
” Mahnı oxumaq qəlbdə riyakarlıq əmələ gətirir”
Nafiədən rəvayət olunduğuna görə AbduLla ibn Ömər tütək səsini eşidərkən əlləriylə qulaqlarını tutmuş, sonra isə həmin yerdən uzaqlaşdıqda demişdi” Mən Allah Rəsulunun da eynilə belə davrandığınlçobanın tütək çaldığını eşidərkən görmüşdüm”
(Əhməd 4535, əbu Davud 4929 (Şeyx Albani hədisin səhihliyini təsdiqləyir)
Peyğəmbərdən səhih şəkildə əksi gəldiyi halda İbn Omar necə musiqi mahnı və nəfəs alətlərinə necə icazə verə bilərdi
Həmçinin Əbu Hureyrədən rəvayət olunduğuna görə Allah Rəsulu (s) demişdir:
”Zınıqov(zəng) şeytan tütəyidir”
(Muslim, 2115) |
|
| Əvvələ qayıt |
|
 |
Humeyra nəzarətçi
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 411 Şəhər/ölkə: Baku, Azerbaijan
|
Göndərilib: C.a. Dek. 16, 2004 11:51 am İsmarış mətni: |
|
|
-b-
Böyük İslam alimlərinin musiqi barədə rəyləri
İmam əş-Şafii demişdir: ”Kim, mahnı və musiqi ilə əlaqəli işdə iştirak edirsə, mənasız işlə məşğul olan kimidir, odur ki, o zəif ağıllı adama bənzəyir və onun belə adamın şahidliyi qəbul olunmur”.
İmam Malikə bəziləri böhtan ataraq, onun musiqini halal qəbul etdiyini deyirlər. Əsllində isə imam Malik: “Niyə Mədinə əhlindən bəziləri mahnını caiz hesab edirlər?” sualına belə cavab vermişdi “Bununla qeyrətsizlər məşğul olurlar”
İbn Nasr demişdir: “ Həqiqətən də mahnı qəlbdə suyun toxumu cücərtdiyi kimi riyakarlıq əmələ gətirir. Və həqiqətən Allahı zikr (yad) etmək suyun toxumu cücərtdiyi kimi qəlbdə imanı yaradır”.
İbn Teymiyyə demişdir: “Mahnı oxumaq – zinanın talismanıdır. Bəyənilməyən, yersiz əməllrəin səbəbi məhz musiqidir. Sərxoş adamlarda və narkomanlarda olduğu kimi musiqi, mahnı da təmiz qız və oğlanların əxlaqsızlığa yönəlməsinə təkan verir".
imam əl-Auza da həmçinin musiqi alətlərinin iştirak etdiyi toy məclislərinə dəvət olunduğu zaman getməzdi (“əl-Faudaul-Muntaka” 4/3/1). |
|
| Əvvələ qayıt |
|
 |
Administrator site-admin
.jpg)
Daxil ol: Ş. Yan. 31, 2004 01:55 İsmarışlar: 357 Şəhər/ölkə: Bakı, Azərbaycan
|
Göndərilib: Çər. Dek. 22, 2004 10:48 pm İsmarış mətni: |
|
|
-b-
Salamaleykum.
Sual-cavab sehifesinden secmeler.
Musiqini uca Allah və Onun Peyğəmbəri (səllallahu aleyhi və səlləm) haram etmişdir. Musiqinin haram olmasına dair Quran ayələri isə aşağıdakılardır:
- Uca Allah Qurani Kərində şeytana bel deyir: “Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat...” (əl-İsra surəsi 64-cü ayə).
- Həmçinin musiqi barəsində uca Allah başqa bir ayədə belə buyurur: “İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (xalqı) Allah yolundan döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir.” (Loğman surəsi 6-cı ayə).
Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan İbn Məsud (Allah ondan razı olsun) bu ayələri təfsir etdikdə Allaha təkidlə and içərək belə demişdir: “Allaha and olsun ki uca Allah bu ayələrdə (şeytanın səsi və mənasız sözlər dedikdə) musiqini qəsd edir.”
Musiqi zahirdən insana xoş gələ bilər və bəzi duyğular yarada bilər. Lakin bu heç də onun halal olmasına dəlalət etmir. Çünki şeytan insana haram əməlləri yaxşı göstərir ki, onu etsinlər. Uca Allah bu barədə belə demişdir: “(İblis) dedi: "Ey Rəbbim! Məni azdırmağına (rəhmətindən kənar etməyinə) əvəz olaraq and içirəm ki, mən də (bunun müqabilində) onlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam!” (əl-Hicr surəsi 39-cu ayə). _________________ İbrət naqis başlanğıcda deyil, kamil sonluqdadır!!!
 |
|
| Əvvələ qayıt |
|
 |
Humeyra nəzarətçi
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 411 Şəhər/ölkə: Baku, Azerbaijan
|
Göndərilib: B. Dek. 26, 2004 12:35 am İsmarış mətni: |
|
|
-b-
AsSalamu alaikum.
Əgər kiməsə bütün yuxarıda Quran və Sunnədən göstərilən dəlillər kifayət eləmirsə, onda böyük İslam alimləri demişkən, həmin adama ölüm kifayət eləyər.
Bəs naşidlərə (ilahilərə) qulaq asmaq olarmi
Allah Rəsulu(s) demişdir" Halal və haram arasındakı sərhəd dəfə(qavala) vurma və mahnı oxumaqdır."
ət- Tirmizi 1088, Şeyx Albani hədisin həsən-səhih olduğunu bildirmişdir.
Aişa(r.a.)dan rəvayət olunduğuna görə"Bir dəfə Allah Rəsulu(s) yanıma gələndə 2 qız mahnı oxuyurdu( başqa hədisdə qavala vuraraq, şe`r söyləyirdilər). Onun arxasınca Abu Bakr(r.a.) daxil oldu və kəskintərzdə məndən soruşdu"Şeytanın tütəyi Peyğəmbərin yanında nə edir ". Onda Peyğəmbər(s) dedi" Burax onları, axl indi bayramdır"
Buxari, 949, 987
Beləliklə, musiqi alətlərinin iştirakı olmayan İslama dair şer yaxud mahnılar caiz əməl kimi qiymətləndirilir.
O ki, qaldı qadınların yalnız dəfdən istifadə edərək, mahnı oxumasına, bunu yalnız kişilərin onların səslərini eşitməyəcəyi qadın məclislərində edə bilərlər.
Bir şeyi də qeyd etmək lazımdır ki, yuxarıda göstərilən qaydalara müvafiq olan naşidlərə(ilahilərə) çox da aludə olmaq olmaz. Çünki insanlar tərəfindən yazılan, deyilən şe`rlər, sözlər nə qədər gözəl olsa da Allah kəlamı olan Quranda daha üstün ola bilməz!
Salam |
|
| Əvvələ qayıt |
|
 |
islamci_nicat yeni

Daxil ol: B. Noy. 28, 2004 12:52 İsmarışlar: 14 Şəhər/ölkə: azerbaycan
|
Göndərilib: B. Yan. 16, 2005 2:27 pm İsmarış mətni: |
|
|
Xahish edirem konkret cavab vererdiniz
Musiqiye qulaq asmaq olar olmaz ?
Mugamada qulaq asmaq olar olmaz? _________________ yaddan cixmasin.Insan ne qeder mulke var dovlete sahib olursa olsun o aalahin huzuruna bir qul ki mi gedecek. odiki gelin yaddan cixartmayaq bize mali mulki veren hec kime mohtac olmayan Allahdi |
|
| Əvvələ qayıt |
|
 |
iMan
Daxil ol: Çər. Yan. 19, 2005 23:53 İsmarışlar: 10
|
Göndərilib: C.a. Yan. 20, 2005 8:38 pm İsmarış mətni: |
|
|
Assalamu Alaikum aziz qardaslar.
nece deyeller sitat getirmek istemirem, amma yazdiginiz sübutlarda sehvleriniz var. burda söhbet ayetin veya hadisin sehvliyinden deyil, lakin üsulun sehvliyinden gedir.
eyer siz musiqiye haram deyirsinizse o zaman musiqini TAMAMILE yasaqlayirsiniz. bu dogru olmaz. size bir neca nümune söyleyim.
analarin körpe balalarina dedikleri ninni de bir musiqidir.
nenelerin nevelerine veya ogullarina alqislari da bir musiqi ola biler.
ilahiler de bir musiqi növüdür.
meger bunlar haramdir?
inaniram ki , aranizdan hec biriniz, ne ninniye, ne alqisa, ne de ilahiye haram demezsiniz.
nicat qardas, eger bir musiqi sende xeyirxah hissler oyadirsa ve eger o musiqi serden uzaqdirsa onu dinleye bilersen. eger bir musiqi sende ser hissler oyadirsa o musiqiden uzaq ol. |
|
| Əvvələ qayıt |
|
 |
Hənif nəzarətçi

Daxil ol: Ç.a. May 18, 2004 19:27 İsmarışlar: 98 Şəhər/ölkə: Azərbaycan. Bakı
|
Göndərilib: C. Yan. 21, 2005 12:59 am İsmarış mətni: |
|
|
-b-
Musiqinin haram olması barədə gətirilən dəlillər Quran və hədislərdəndir. Onların səhihliyinə heç bir şübhə yoxdur. Amma iMan qardaşın iradında həqiqətdən bir pay var. O da bu hökmün hamıya şamil olub-olmamasındadır. Məsələn, musiqinin bəzi formaları qadınlar üçün caizdir. Onlar öz məclislərində dəfdə çalıb-oxuya və hətta rəqs də edə bilərlər. (Onu da qeyd edim ki, bəzi alimlər qadınların biri-birinin yanında rəqs etməsini bəyənmirlər. Amma bunun haram olduğunu da demirlər.)
Bu məsələnin bir tərəfi. O ki qaldı kişilərə, burada nə bir istisna, nə də bir ixtilaf var. Bütün sələf alimləri birmənalı şəkildə kişiyə musiqi dinləməyin haram olduğu görüşündədirlər. Ən azından Peyğəmbərin(s) bu haqda hədisinə əsasən musiqi dinləməkdən uzaq olmaq lazımdır. Peyğəmbər(s) demişdir: "Kim bu dünyada musiqi dinləyərsə, Qiyamət günü onun qulağına qurğuşun tökülər" (Hədisi əl-Albani "Səhih hədislər silsiləsi" kitabında rəvayət etmişdir.)
O ki qaldı İlahi deyilən bidəətə, onun barəsində bunu deyə bilərəm. Ayə və hədislərdən gördüyünüz kimi musiqi dinləmək haramdır. Yəni bu işin əsli haramdır. Deməli kimə və hansı musiqini dinləməsinin halal olduğunu sübut etmək lazımdır. Bu isə Quran və hədislərlə olur. Elə isə İlahi, anaşid, mərsiyə, muğam və s. musiqidən sayılan əməllərin halal olduğunu deyən dəlil gətirsin. Necə ki, Uca Allah buyurur: "Əgər (bu iddianız) doğrudursa, dəlilinizi gətirin!" (əl-Bəqərə 111) _________________ Allaha tərəf çağıran, saleh iş görən və: "Mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl danışan kim ola bilər?!
(Fussilət-33) |
|
| Əvvələ qayıt |
|
 |
islamci_nicat yeni

Daxil ol: B. Noy. 28, 2004 12:52 İsmarışlar: 14 Şəhər/ölkə: azerbaycan
|
Göndərilib: C. Yan. 21, 2005 1:02 pm İsmarış mətni: salam |
|
|
Eziz Iman qardash bes indi teze mugennilerin mahnisi var a ve turklerin mahnisina qulaq asmaq olarmi klipleride eybecerdi.ve repe qualaq asmaq olarmi _________________ yaddan cixmasin.Insan ne qeder mulke var dovlete sahib olursa olsun o aalahin huzuruna bir qul ki mi gedecek. odiki gelin yaddan cixartmayaq bize mali mulki veren hec kime mohtac olmayan Allahdi |
|
| Əvvələ qayıt |
|
 |
iMan
Daxil ol: Çər. Yan. 19, 2005 23:53 İsmarışlar: 10
|
Göndərilib: C. Yan. 21, 2005 6:22 pm İsmarış mətni: |
|
|
Assalamu Alaikum.
nicat, eger eybecerdise, qulaq asma ve ondan cekin.
| iMan yazıb: |
nicat qardas, eger bir musiqi sende xeyirxah hissler oyadirsa ve eger o musiqi serden uzaqdirsa onu dinleye bilersen. eger bir musiqi sende ser hissler oyadirsa o musiqiden uzaq ol. |
gözümüzün baxdigi, qulaqimizin dinlediyi seyler bizi özümüzden ( islamdan ) uzaqlasdirmamalidir. |
|
| Əvvələ qayıt |
|
 |
iMan
Daxil ol: Çər. Yan. 19, 2005 23:53 İsmarışlar: 10
|
Göndərilib: C. Yan. 21, 2005 6:27 pm İsmarış mətni: |
|
|
Assalamu Alaikum.
Hanif,
| iMan yazıb: | | burda söhbet ayetin veya hadisin sehvliyinden deyil, lakin üsulun sehvliyinden gedir. |
yaddan cixarmayaq ki, islami elmlardan olan Hadis elmini bize daha derin öyreden mehz Üsul elmidir |
|
| Əvvələ qayıt |
|
 |
Humeyra nəzarətçi
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 411 Şəhər/ölkə: Baku, Azerbaijan
|
Göndərilib: C. Yan. 21, 2005 8:10 pm İsmarış mətni: |
|
|
-b-
AsSalamu alaikum.
| Sitat: | | yaddan cixarmayaq ki, islami elmlardan olan Hadis elmini bize daha derin öyreden mehz Üsul elmidir |
Ne Peygember(s), ne de Sehabeler Usul elmi ve s. ve i. kimi vasitelerden istifade etmeibler. Menje Islami bu kimi ikinji derejeli usullarla agirlasdirmaq, cetinlesdirmek olmaz. Sehih hedisde de bildirildiyi kimi "Cetinlesdirmein, asanlasdirin" deyilir. Qisaja, eger sehih menbelerde (Quran ve Sunne) "olmaz" gelibse bu ele olmaz demekdir. Eger kimse bunu qebul etmirse, bu anjaq nefsin gujunden ireli gelir menje.
Ana laylasi ve buna benzer mahnilar ise "Jaiz olanlar" kateqoriasina girir ki, bu barede de "Bes nashidlere(ilahilere) qulaq asmaq olarmi?" basligi altindaki yazida genis izah verilib, elave nese demeye ehtiaj yoxdur.
Onsuz da istemeden her gun hem kutlevi neqliyyat vasitelerinde, yolda, isde ve s. ve i. istemeden de olsa, qulaq asiriq. Hec olmazsa, calisaq, bile-bile gunah etmekden cekinek.
WasSalam. |
|
| Əvvələ qayıt |
|
 |
iMan
Daxil ol: Çər. Yan. 19, 2005 23:53 İsmarışlar: 10
|
Göndərilib: Ş. Yan. 22, 2005 8:12 pm İsmarış mətni: |
|
|
Assalamu Alaikum.
humeyra, tamamile yanlis düsünürsen. dogrusu bele bir cavab gözlemirdim. eger senin dediklerine qalsa , onda, men deye bilerem ki, Allah rasulu ( s.a.s. ) sünni veya sia olmayib, maliki veya vahabi olmayib ..... amma bu o demak deyildir ki, bütün mezhebler ve s. hamisi yanlisdir. Hadis ve Üsul elmi de bunlar kimidir ve bizlere dinimizi öyretmeye xidmet edirler. Her halda eger bela olmasaydi, bütün dünyada islami universitetlerde bu elmlar öyredilmezdi. |
|
| Əvvələ qayıt |
|
 |
Humeyra nəzarətçi
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 411 Şəhər/ölkə: Baku, Azerbaijan
|
Göndərilib: Ş. Yan. 22, 2005 8:51 pm İsmarış mətni: |
|
|
-b-
AsSalamu alaikum.
Ilk ewel muzakirelerimizin "siz" xitabi ile davam etmesinin terefdari oldugumu bildirmek isterdim.
Ikinji olaraq, fiqh elmi, usul elmi, hedis elmi ves. butun bunlar Sherietde fardul-kifaya` kateqoriasina daxildir ve bu kimi bilikleri oyrenmek muselmanlarin hamisi ucun ferz deil, yalniz elm ehline mexsusdur. Ve mehz Islam yonumlu ixtisaslasmaq isteyen her kes de Islam universitetlerinde muvafiq elmlere yiyelene bilerler, bu her kesin shexsi ishidir.
Lakin hec kes iddia ede bimez ki, seherden axsama kimi pasientlerinin saglamligi ile mesgul olan stomatoloq muselman Usul elmini hokmen bilmelidir. Onun Islami heyat terzi kecirmesi ucun maraqlandiran suallara aydinliq getirmesi ucun yalniz ve yalniz Quran ve Sehih hedisler kifayetdir, bu da fardul ayn adlanir.
Islam barede hec juzi biliyi de olmayan orta statistik azerbayjanlini "Usul elmi" ve i. maraqlandirdigini zenn etmirem. Onu maraqlandiran her hansi konkret meselenin "olar/olmaz"ligidir ki, muvafiq forum da bu funksiani yerine yetirerek, oxujularin az-az, amma duzgun maarrfilendirilmesini heyata kecirir.
Sohbetin axari gorurem ki, tedrijen deyisir. Movzu musiqi/musiqi aletlerinin dinlenmesidir ki, Islam jehetden de bu konkret delillere esaslanaraq, bu haram hesab olunur.
Muzakireni bitmis hesab edirem.
WasSalamu alaikum. |
|
| Əvvələ qayıt |
|
 |
Administrator site-admin
.jpg)
Daxil ol: Ş. Yan. 31, 2004 01:55 İsmarışlar: 357 Şəhər/ölkə: Bakı, Azərbaycan
|
Göndərilib: Ş. Yan. 22, 2005 8:59 pm İsmarış mətni: |
|
|
Salamaleykum.
Əziz forumçular gəlin söhbəti başqa məcraya yönəltməyək. Belə getsə birazdan burada məzhəbçilik müzakirəsi qızışacaq.
Hələ ki, internet mədəniyyəti bir çox insanlarda inkişaf etmədiyindən bu tip müzakirələr hərdən qarşılıqlı ittihamlar və təhqirlərlə nəticələnir.
O ki, qaldı çoxluq məsələsinə bu da tutarlı dəlil deyil. Çünki, Alllah da Quranda çoxluq haqqında bizə məlumatlar verib ki, çoxluqlar necə azırlar...
Dünyanın univerisitetlərində hansısa məzhəb haqqında söhbət gedirsə bu bizə əsas vermir ki, biz müsəlmanlar parcalanıb firqələrə bölünək və sonra da biri-birimizlə düşmən mövqeyində dayanaq.
O ki, qaldı musiqiyə doğrudan da bunun insana heç bir xeyri yoxdur. Boş-boş söz yığıntısından başqa bir şey deyil.
Sadəcə olaraq nəfsi ilə mübarizədə uduzan adamlar musiqi haqqında yüz cür bəhanələr gətirirlər ki, özlərinə sərf edən formada özlərinə haqq qazandırsınlar.
İmanlı, İradəli olmaq və haramlardan uzaq olmaq lazımdır.
Siqaret çəkənlər də onu ata bilməyəndə yüzlərlə bəhanə gətirirlər. _________________ İbrət naqis başlanğıcda deyil, kamil sonluqdadır!!!
 |
|
| Əvvələ qayıt |
|
 |
ibn teymiyye Forumdan xaric olunmuş
Daxil ol: C. Yan. 21, 2005 21:18 İsmarışlar: 32 Şəhər/ölkə: baki
|
Göndərilib: Ş. Yan. 22, 2005 9:02 pm İsmarış mətni: assalamu aleykum |
|
|
assalamu aleykum,bagishlayin men isterdim el -ezher uniwersiteti hagginda,orani oxuyub bitiranlarla sohbet etmishem, bezi meselelerle razi deyilem, onlar bizim bu uzden irag mollalarin etdikleri ile razidirlar, bu barede ne deyerdiz. sagolun. _________________ ddf |
|
| Əvvələ qayıt |
|
 |
Shahmar idarəçi

Daxil ol: B.e. Fev. 02, 2004 03:18 İsmarışlar: 138
|
Göndərilib: Ş. Yan. 22, 2005 9:38 pm İsmarış mətni: Re: assalamu aleykum |
|
|
| ibn teymiyye yazıb: | | assalamu aleykum,bagishlayin men isterdim el -ezher uniwersiteti hagginda,orani oxuyub bitiranlarla sohbet etmishem, bezi meselelerle razi deyilem, onlar bizim bu uzden irag mollalarin etdikleri ile razidirlar, bu barede ne deyerdiz. sagolun. |
Hörmətli istifadəçi, zəhmət olmasa sualınızı dəqiqləşdirin və unutmayınki mövzunun adı musiqidir, sualın da məzmunu bu mövzuya uyğun olmalıdır. |
|
| Əvvələ qayıt |
|
 |
ibn teymiyye Forumdan xaric olunmuş
Daxil ol: C. Yan. 21, 2005 21:18 İsmarışlar: 32 Şəhər/ölkə: baki
|
Göndərilib: Ş. Yan. 22, 2005 9:47 pm İsmarış mətni: assalamu aleykum |
|
|
assalamu aleykum, eziz shahmar gardash, men ele musigi baresinde demak isterdim,shexsen man musigi sewanam , lakin al- azheri bitiren shexs deyir bezi alimler deyir,gulag asmag olar, bazileri deyirolmaz, masalan man klassik simfoniyaya gulag asanam , bu barede firiniz nedir, hormetli shahmar. _________________ ddf |
|
| Əvvələ qayıt |
|
 |
iMan
Daxil ol: Çər. Yan. 19, 2005 23:53 İsmarışlar: 10
|
Göndərilib: Ş. Yan. 22, 2005 11:25 pm İsmarış mətni: |
|
|
Assalamu Alaikum.
men burda ne mövzudan uzaqlasmaq istedim ne de mezhebcilik söhbeti qaldirmaq istedim. sadece getirdiyiniz delillerde üsulun tam dogru olmadigini söyledim ki, bu da menim sexsi düsüncemdir. forumun da qayesi de ele ondadir ki, istifadeciler öz sexsi fikirlerini söylesinler. |
|
| Əvvələ qayıt |
|
 |
Humeyra nəzarətçi
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 411 Şəhər/ölkə: Baku, Azerbaijan
|
Göndərilib: B. Yan. 23, 2005 7:14 pm İsmarış mətni: |
|
|
-b-
AsSalamu alaikum wa RahmatuLLah.
Musiqi haqqinda Islam alimleri arasinda muxtelif reylerin oldugu artiq bir nece defe bildirilib. Lakin onu qeyd etmek isterdim ki, alimler en pis halda musiqi/musiqi aletlerinin dinlenmesini haram, en yaxsi halda ise beyenilmeyen makruh emel kimi gosteribler. Birinji rey ustunluk teskil edir. Umumietle ise hec bir alim musiqi aletlerinin dinlenmesini ne haram, ne de mubah hesab edibler. Menje muselman gunahin boyukluyune, kicikliyine baxmadan ondan cekinmelidir. Ferqi yoxdur, klassik musiqidir, pop ya jazz. Haram haramdir Eks halda ozumuzu muselman adlandirmaga menje deymez.
WasSalam.
Redaktə edən: Humeyra, son redaktə tarixi: B. Yan. 23, 2005 7:54 pm, cəmi 1 dəfə |
|
| Əvvələ qayıt |
|
 |
|
|
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.
|
|