Assalamu aleykum.
Filosofların nəyə və hansı əsasa görə inanıb inanmadıqlarını bilmirəm, amma el arasında "alın yazısı" deyilən şey əslində İslamda müsəlmanın iman gətirməli olduğu 6 əsasdan ( Allaha, Mələklərə, Peyğəmbərlərə, Nazil edilmiş kitablara, Cənnət və Cəhənnəmə və Qəzavü qədərə) biridir (sonuncu qeyd ediləndir). Əgər müsəlman bu sadalananlardan birinə iman etmirsə, o tam mənası ilə müsəlman deyil.
Çoxları elə fikirləşirlər ki, əgər insanın yazısı əvvəlcədən yazılıbsa, o heç nə eləməməlidi, özünü hadisələrin axarına qoymalıdır. Bu səhv fikirdir. İslamda Qəza və qədərə iman dedikdə, insana öz azad iradəsi ilə yaxşını yaxud pisi seçmək şansı verilib və bu seçimin özü də qədərin tərkib hissəsidir. Bu barədə Quranda çoxlu ayələr və Peyğəmbərdən (s.ə.s.) gələn çoxlu səhih hədislər var.
Qədər: Allahın Öz əzəli elmi və hikməti ilə kainatın qədərini yazmasıdır. Bu, Allahın qüdrəti, Onun hər şeyə qadir olması və istədiyini etməsi əsasındandır.
Qədərə iman, Allah sübhənəhu və təalənin rübubiyyətinə imandandır. O, imanın əsaslarından biridir. Onsuz iman doğru olmaz. Allah təalə buyurur: “Şübhəsiz ki, Biz hər şeyi (öncədən yazılmış) qədər ilə yaratdıq” (əl-Qəmər/49).
Peyğəmbər ona Allahın salavatı və salamı olsun demişdir: "Hər bir şey qədərlədir, hətta acizlik və gözüaçıqlıq" (Müslüm rəvayət etmişdir).
Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09 İsmarışlar: 499
Göndərilib: C. Noy. 03, 2006 10:37 pm İsmarış mətni:
Qədərin mərtəbələri:
Qədərə iman onun dörd mərtəbəsini tamamlamadan yerinə yetməz, bunlar:
Birinci:Allahın hər şeyi əhatə etmiş əzəli elminə iman gətirmək. Allah təalə buyurur: “(Ya Rəsulum!) Məgər bilmirsənmi ki, Allah göydə və yerdə nə varsa, hamısını bilir? Həqiqətən, bu, (lövhi-məhfuz deyilən) bir kitabdadır. Şübhəsiz ki, bu (bütün bunları bilmək), Allah üçün asandır!” (əl-Həcc/70). İkinci:Allahın bu qədəri lövhi Məhfuzda yazmasına iman gətirmək. Allah təalə buyurur: “Biz kitabda heç bir şeyi nəzərdən qaçırmadıq (əksiltmədik)” (əl-Ənam/38).
Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurmuşdur: "Allah məxluqatın qədərini, göyləri və yeri yaratmasından əlli min il öncə yazmışdır" (Müslüm rəvayət etmişdir). Üçüncü: Allahın yerinə yetən istəyinə və şamil qüdrətinə iman gətirmək. Allah təalə buyurur: “(Onu da bilin ki,) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz! (siz insanlar həmişə Allahın qüdrəti, hökmü və iradəsi altındasınız. O sizə bir şeyi istəməyincə siz onu özünüzə istəyə bilməzsiniz. Ona görə də hər işdə Allaha təvəkkül edin!)” (ət-Təkvir/29).
Peyğəmbərə ona Allahın salavatı və salamı olsun "Allah və sən istəsən" deyənə cavab olaraq belə buyurmuşdur: "Məni Allaha ortaq etdinmi?! Əksinə (belə söylə), yalnız Allah Özü istəsə" (Əhməd rəvayət etmişdir). Dördüncü: Allah hər şeyin xaliqi olduğuna iman gətirmək. Allah təalə buyurur: “Allah hər şeyin xaliqidir. O, hər şeyə vəkildir!” (əz-Zümər/62).
Allah təalə buyurur: “Halbuki sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!” (əs-Saffat/96).
Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurmuşdur: "Allah hər bir düzəldəni və onun düzəltdiyini yaradır" (Buxari rəvayət etmişdir).
Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09 İsmarışlar: 499
Göndərilib: B.e. Noy. 06, 2006 11:13 pm İsmarış mətni:
Qədərin qismləri:
a. Bütün yaradılmışlar üçün olan ümumi qədər: göylər və yer yaradılmadan əlli min il öncə Lövhi Məhfuzda yazılmış qədərdir.
b. Ömrü qədər: bəndəyə ruh üfürülən zamandan əcəli çatana qədər baş verənlərin təqdiridir.
c. İllik qədər: hər il baş verənlərin təqdiridir. O, hər il (Ramazan ayında olan) Qədr gecəsində yazılır. Allah təalə buyurur: “Hər bir hikmətli (yaxud dəyişilməsi mümkün olmayan) iş o gecə hökm (ayırd) olunur” (əd-Duxan/4).
d. Gündəlik qədər: hər gün baş verən: ucalıq, alçaqlıq, əliaçıqlıq, qadağa, doğulmaq, öldürmək və s-nin təqdiridir. Allah təalə buyurur: “Göylərdə və yerdə kim varsa, hamısı Ondan (ruzi, mərhəmət və mədəd) diləyir. O hər gün (hər an) bir işdədir (birini öldürər, birini dirildər; acizə kömək edər; birinin duasını qəbul edər; birinə mərhəmət əta edib digərinə cəza verər. Bir işlə məşğul olmaq Onu digərindən yayındırmaz)” (ər-Rəhman/29).
Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09 İsmarışlar: 499
Göndərilib: C.a. Noy. 16, 2006 12:35 am İsmarış mətni:
Sələfilərin qədərə etiqadı:
Allah hər bir şeyin Xaliqi, Rəbbi və Sahibidir. O, məxluqati yaratmadan öncə onların qədərini: əcəllərini, ruzilərini, əməllərini, xoşbəx və ya bətbəxt olacaqlarını, bir sözlə hər şeyi açıq-aydın kitabda (Lövhi Məhfuzda) yazmışdır. Allahın istədiyi olar, istəmədiyi isə olmaz. O, olanları, olmayanları, olacaqları və olsaydı necə olacaqdı bütün bunları bilir. Allah hər şeyə qadirdir. İstədiyini doğru yola yönəldər, istədiyini də haqq yoldan azdırar. Bəndələrin istəyi və bacarığı vardır. Bununla da onlar, Allahın onlara verdiyi bacarıq çərçivəsində istədiklərini edərlər. Amma bununla belə etiqad edirlər ki, əgər bir işin görülməsini Allah istəməsə, bunu bəndə də istəyə bilməz. Allah təalə buyurur: “Bizim uğrumuzda cihad edənləri öz yollarımıza (Bizə tərəf gətirib çıxaran behişt yollarına) qovuşduracağıq” (əl-Ənkəbut/69).
Allah təalə bəndələri və onların əməllərini yaratmış, onlar da bu əməllərin həqiqi icraçılarıdır. Heç kəsin etmədiyi vacibə və ya etdiyi harama görə Allaha qarşı bir hüccəti (dəlili) yoxdur, əksinə Allahın qulları üzərində əsaslı hüccəti vardır. Qədəri, eyibli işlərə və günahlara deyil, baş verən müsibətlərə dəlil gətirmək olar. Necə ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun Musanın Adəmlə münazirəsi haqqında buyurmuşdur: "Adəm ilə Musa mübahisə etdilər. Musa dedi: Sən o Adəmsən ki, günahın səni cənnətdən çıxartdı. Adəm isə ona: Sən, Allahın Öz risaləsi və kəlamı ilə ixtiyar etdiyi Musasan, indi də mən yaradılmadan öncə qədərimə yazılmış işə görə məni qınayırsan?! deyərək: Adəm Musaya qalib gəlir" (Müslüm rəvayət etmişdir).
Bu kainatda Allahın yaratdığı fellər iki qismə bölünür:
Birinci: Allahın məxluqata etdiyi fellərində heç kəsin istəyi və ixtiyarı yoxdur, istək yalnız Allahındır. Buna: diriltmək, öldürmək, xəstələndirmək və sağaltmaq nümənədir. Allah təalə buyurur: “Halbuki sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!” (əs-Saffat/96).
Allah təalə buyurur: “Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur” (əl-Mulk/2).
İkinci: İstəyi olan hər bir məxluqun etdiyi fellər. Bu cür fellər failin ixtiyarı və istəyi ilə olur. Çünki, Allah bunu onların ixtiyarına buraxmışdır. Allah təalə buyurur: “Eləcə də sizdən doğru-düz (yolda) olmaq istəyənlər üçün” (ət-Təkvir/28).
Allah təalə buyurur: “Kim istəyir inansın, kim də istəyir inanmasın (kafir olsun)” (əl-Kəhf/29).
Onlar etdikləri bu fellərin yaxşısına görə təşəkkür, pisinə görə isə məzəmmət olunurlar. Allah, yalnız bəndənin ixtiyarı olan fellərə görə onu cəzalandırır. Bu haqda Allah təalə buyurmuşdur: “Mən bəndələrə (səbəbsiz yerə) zülm edən deyiləm!” (Qaf/29).
İnsan ixtiyar və zərurət arasında olan fərqi bilir. Məsələn: onun, öz ixtiyari ilə evin damından nərdivanla enməsi, başqasının onu evin damından aşağı atması arasındakı fərq, birinci etdiyi fel ixtiyari, ikinci isə icbaridir.
Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09 İsmarışlar: 499
Göndərilib: B.e. Noy. 27, 2006 9:50 pm İsmarış mətni:
Allahın yaratmasını və bəndənin felini bir araya cəm etmək.
Allah bəndəni və onun fellərini yaratmış, ona istək və iradə vermişdir. Bəndə öz felinin həqiqi faili və yerinə yetirənidir. Çünki, onun iradəsi və bacarığı vardır. Bəndə iman gətirərsə deməli bu onun iradəsi və istəyi ilə, küfr edərsə özünün tam iradəsi və istəyi ilə kafir olar. Necə ki biz, bu meyvə bu ağacdandır deyirik. Yəni meyvə ağacdan hasil olub Allah isə onu yaratmışdır. Meyvənin ağacdan hasil olması ilə Allahın bunu yaratması arasında heç bir ziddiyət yoxdur. Bununla da Allahın şəriəti və qədəri bir araya gəlir. Allah təalə buyurur: “Halbuki sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!” (əs-Saffat/96).
Allah təalə buyurur: “Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa və ən gözəl sözü (la ilahə illəllah kəlməsini) təsdiq etsə, Biz ona Cənnəti müyəssər edəcəyik! Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa, Biz onu Cəhənnəm üçün hazırlayacağıq!” (əl-Leyl/5-10).
Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09 İsmarışlar: 499
Göndərilib: B.e. Dek. 11, 2006 11:10 pm İsmarış mətni:
Qədərdə bəndənin üzərinə düşən vacib:
Qədərdə bəndənin üzərinə düşən vacib ikidir:
Birinci:Əmr olunanı yerinə yetirməkdə və qadağan olunandan çəkinməkdə Allahdan kömək diləməli, asanlıqları əldə etmək və çətinlikləri uzaqlaşdırmaq üçün Allaha dua, təvəkkül etməli və Ona sığınmalı, xeyri cəlb və şəri dəf etməkdə Allaha ehtiyaclı olmalıdır. Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurmuşdur: "Sənə fayda verən şeylərə həris ol, Allaha sığın və acizlik etmə. Sənə bir şey baş verdiyi zaman əgər belə etsəydim belə olardı demə, lakin: Allahın qədəridir və O istədiyini edir belə söylə. Çünki, əgər demək şeytan qapısı açır."
İkinci: İnsan onun qədərinə yazılmış şeyə səbr etməli və təlaşa düşməməlidir. Bunun Allahdan olduğunu bilməli və onunla razılaşıb təslim olmalıdır. Bilməlidir ki, ona baş verəcək bir şey ondan yan keçməz və yan keçəcək bir şey də ona baş verməz. Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurmuşdur: "Bil ki, sənə baş verəcək bir şey səndən yan keçməz və səndən yan keçəcək bir şey sənə baş verməz."
Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09 İsmarışlar: 499
Göndərilib: B.e. Dek. 18, 2006 2:55 am İsmarış mətni:
Qəza və qədərlə razılaşmaq:
Qəza və qədərlə razılaşmaq lazımdır. Çünki, bu Allahın rübubiyyətinə olan razılığın tamamıdır. Hər bir mömin Allahın qəza və qədəri ilə razılaşmalıdır. Ona görə ki, Allahın etdiyi iş və qəza hamısı xeyir, adillik və hikmətdir. Kimin nəfsi, ona baş verənin ondan yan keçməməsi və ondan yan keçən şeyin də ona baş verməməsinə iman edərsə: nəfsi heyrətdən və tərəddüddən azad, həyatından iztirab və qorxu yox olar, itirdiyi şeyə həzin olmaz, gələcəyindən qorxmaz. Beləliklə də, halına, rahat nəfsinə və sakit könlünə görə inasanların ən xoşbəxti olar. Əgər bir kəs, əcəlinin məhdud, ruzisinin müəyyən olduğunu, qorxu onun həyatını, paxıllıq isə ruzisini artırmamasını və bunların hamısının əzəldən onun qədərinə yazılmasını bilərsə, ona baş verən müsibətlərə səbr, günahlara və eyiblərə görə tövbə edər, Allahın qədəri ilə razılaşar və bununla da əmrlərə itaət və müsibətlərə səbr etməyi bir araya cəm edər. Allah təalə buyurur: “Allahın izni olmadıqca (heç kəsə) heç bir müsibət üz verməz. Kim Allaha iman gətirsə, Allah onun qəlbini haqqa doğru yönəldər və o, dünyada baş verən hər şeyin Allahın əzəli hökmü və izni ilə olduğunu bilər. Allah hər şeyi (keçmişi, indini və gələcəyi) biləndir!” (ət-Təğabun/11).
Allah təalə buyurur: “(Ya Peyğəmbər! Allahın əmrinə, müşriklərin əziyyətinə) səbr et, Allahın (sənə və möminlərə verdiyi zəfər) vədi haqdır. Günahının (ümmətinin sənin özünə aid etdiyin günahının) bağışlanmasını dilə” (əl-Ğafir/55).
Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09 İsmarışlar: 499
Göndərilib: B.e. Yan. 08, 2007 6:47 pm İsmarış mətni:
Hidayət iki növdür:
Birinci:Bütün məxluqat üçün haqqi və doğru yolu göstərən hidayət. Bu, peyğəmbərlərin və onların tərəfdarlarının bacardıqları işdir. Allah təalə buyurur: “Sən (onunla insanları) düz yola yönəldirsən (İslam dininə dəvət edib haqqa qovuşdurursan)” (əş-Şura/52).
İkinci: Allahdan başqa heç kəsin qadir olmadığı tovfiq və təsbit hidayəti. Bu, Allahın müttəqi bəndələrinə minnəti və fəzilətdir. Allah təalə buyurur: “(Ya Məhəmməd!) Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah ilədiyini doğru yola salar” (əl-Qəsəs/56).
Birinci: Kövni və qədəri iradə. O, Allahın mövcüd olan bütün şeylər üçün istədiyi iradədir. Allahın istədiyi olar, istəmədiyi isə olmaz. Bu iradədə, qəsd olunan bir işin həyata keçməsi labüddür, amma Allahın məhəbbət və razılığı isə labüd deyildir. Allahın məhəbbət və razılığı bu işin yalnız şərii iradə ilə bağlılığı zamanı labüd olur. Allah təalə buyurur: “Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü islam (dini) üçün açıb genişləndirər” (əl-Ənam/125).
İkinci: Dini və şərii iradə. Bu, qəsd olunan işin və onu edənin Allah tərəfindən sevilməsi, ondan razı qalmasıdır. Bu iradədə qəsd olunan işin həyata keçməsi labüd deyildir. Bunun həyata keçməsinin labüdlüyü həmin işin kövni iradə ilə bağlı olduğu zaman olur. Allah təalə buyurur: “Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər” (əl-Bəqərə/185).
Kovni iradə daha əhatəedicidir. Çünki, həyata keçən hər bir şərii iş kovni iradə ilə qəsd olunub. Amma həyata keçən hər bir kovni iş şəriətlə qəsd olunmayıb. Məsələn: Əbu Bəkrin imanında həm kövni həm də şərii iradə vardır. Yalnız kövni iradə təhqiq olunana misal əbu Cəhlin küfrü, şəriətlə istənilən lakin həyata keçməyən kövni iradəyə misal əbu Cəhllin imanıdır. Allah asilikləri qədərə və kovnə görə istəyirsə, O, bunlardan din olaraq razı qalmır, sevmir və bunları əmr etmir. Əksinə, onlara nifrət və ikrah edir, bu işlərdən çəkindirir və onu edənləri əzabla qorxudur. Bütün bunlar Onun qədərindəndir.
Allah sübhənəhu və təalə iman və itaəti sevir, bunu əmr edir, onu edənlərə savab və gözəl mükafat vəd edir. Allahın iradəsi olmadan Ona asilik olmaz və Onun istədiyindən başqa bir şey həyata keçməz. Allah təalə buyurur: “Amma bəndələrinin küfr etməsi Ona xoş getməz” (əz-Zumər/7).
Allah təalə buyurur: “(O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli (islam cəmiyyətini məhv etməyə çalışar). Halbuki Allah fitnə-fəsadı sevməz!” (əl-Bəqərə/205).
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: C.a. Yan. 18, 2007 2:05 am İsmarış mətni:
Salam aleykum.
Umumiyyetle "alin yazisini ne elsen de deyishmek olmaz" fikri yanlish fikirdir, amma niyese onu Islama shamil edirler. Amma eslinde bu sofistikadir, Islamla elagesi yoxdur.
Eger yuxarida yazilanlari oxuyaniniz olubsa, aydin oalcag ki, gederi 1) Allaha dua etmekle ve daha sonra 2) istenilen megsede chatmag yonunde chalishmagla deyishmek mumkundur, elbette bu deyishiklik de Allahin elmi ve iradesi daxilinde bash vermish olur.
Alin yazisini deyismek olmaz cunki Allah ele deyibse elede olmalidir onu hec kim deyise bilmez.
Allah razi olsun! _________________ Dunya bir gun, O da bu gun.
salamun aleykum.sade dilde desek bizim gelecekde ne edeceyimiz bilen Allah onu yazmisdir.yeni biz edeceyik deye yazilmisidr,yazilib deye etmirik.eger ele olsaydi onda menim gunahim olmazdi bu gun ku gunahlarim.Allah bize yasama muddeti verib ve bu onun elminin coxlugunu gosterir ki bizim bu muddetde ne edecyimizi gorub(yazib). _________________ Allah yolunda ne verirsense senin malin odur!!!!!!
Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09 İsmarışlar: 499
Göndərilib: B. Yan. 28, 2007 11:29 pm İsmarış mətni:
Qədəri dəf edən səbəblər.
Allah bu qədərləri dəf edən səbəblər qoymuşdur. Buna misal olaraq: dua, sədəqə, dərmanlar, maşına minərkən ehtiyat kəmərini bağlamaq və s. Bunların hamısı Allahın qəza və qədərindəndir, hətta acizlik və gözüaçıqlıq.
Qədər Allahın məxluqatdakı sirridir.
Qədər, Allahın məxluqatdakı sirridir demək qədərin gizli hissəsinə aiddir. Əşyaların həqiqətini Allahdan başqa heç kəs bilmir və bəşər övladı onları aşkar edə bilməz. Buna: Allahın bir kimsəni zəlalətə aparması və ya doğru yola yönəltməsi, diriltməsi və ya öldürməsi, bir şey əta etməsi və ya qadağan etməsi misaldır. Necə ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurmuşdur: "Qədərdən danışıldıqda susun" (Müslüm rəvayət etmişdir).
Amma qədərin başqa cəhətlərini: əzəmətli hikmətlərini, mərtəbələrini, dərəcələrini və əsər-əlamətini insanlara çatdırmaq və öyrətmək olar. Qədər imanın əsaslarından biri olduğu üçün onu öyrənmək və bilmək lazımdır. Necə ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun Cəbrailə imanın əsaslarını sadaladıqdan sonra demişdir: "Bu Cəbraildir. Sizə dininizi öyrətmək üçün gəlmişdi" (Müslüm rəvayət etmişdir).
Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09 İsmarışlar: 499
Göndərilib: Ç.a. Fev. 06, 2007 3:04 am İsmarış mətni:
Qədər Allahın məxluqatdakı sirridir.
Qədər, Allahın məxluqatdakı sirridir demək qədərin gizli hissəsinə aiddir. Əşyaların həqiqətini Allahdan başqa heç kəs bilmir və bəşər övladı onları aşkar edə bilməz. Buna: Allahın bir kimsəni zəlalətə aparması və ya doğru yola yönəltməsi, diriltməsi və ya öldürməsi, bir şey əta etməsi və ya qadağan etməsi misaldır. Necə ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurmuşdur: "Qədərdən danışıldıqda susun" (Müslüm rəvayət etmişdir).
Amma qədərin başqa cəhətlərini: əzəmətli hikmətlərini, mərtəbələrini, dərəcələrini və əsər-əlamətini insanlara çatdırmaq və öyrətmək olar. Qədər imanın əsaslarından biri olduğu üçün onu öyrənmək və bilmək lazımdır. Necə ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun Cəbrailə imanın əsaslarını sadaladıqdan sonra demişdir: "Bu Cəbraildir. Sizə dininizi öyrətmək üçün gəlmişdi" (Müslüm rəvayət etmişdir).
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.