MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Ramazan ayinda soyush soymek.

 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> RAMAZAN
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 908

İsmarışGöndərilib: B. Avq. 13, 2006 2:56 am    İsmarış mətni: Ramazan ayinda soyush soymek. Sitatla cavab ver

Ramazan ayında söyüş söyənin orucunun hökmü nədir? (Şeyx Saleh Fouzan al Fouzan)

Sual: Ramazan ayında bəzi avtomobil sürürənlər yolda izdimaha və s. hallara görə dözə bilməyib oruclu ola-ola söyüş söyürlər. Onların orucunun hökmü nədir?

Cavab: Onların orucları səhihdir. Çünki haram sözlər və haram əməllər orucu batil eləmir. Ancaq şəkk yoxdur ki, onu naqis edir, faydasını və səmərəsini azaldır. Orucda məqsəd Allahdan qorxmaqdır, necə ki, Uca Allah Quranda belə buyurur: ╚Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!╩ (əl Bəqərə surəsi, 183) Allah burada orucun fərz olmasının hikmətini bəyan edir, orada hikmət Allahdan qorxmaqdır. Peyğəmbər (s.ə.s) belə buyurur: ╚Kim ki, pis sözü və pis əməli tərk etmirsə, Allahın o adamın yemək içməyini tərk etməyinə ehtiyacı yoxdur╩ (Buxari ╚Səhih╩ əsərində 2/288 Əbu Hureyrə (r.a)-dan rəvayət etmişdir) Peyğəmbər (s.ə.s) orucluya, əgər onu bir nəfər söysə ╚Mən orucam╩ deməyini əmr etmişdir. Onu söyən insan bu sözlə biləcək ki, söydüyü adam ona, aciz olduğuna görə yox, Allahdan qorxduğuna görə qayıdmır. Oruclu və qeryi orucluya vacibdir ki, səbr etsin və onun nəfsinin istədiyi şeylərə qarşı olsun.
Peyğəmbər (s.ə.s)-dən sabit olan bir hədisdə deyilir ki : "Bir gün Rəsulallah (s.ə.s)-in yanına bir nəfər gəlir və deyir: ╚Ya Rəsulallah, mənə nəsihət ver╩ O (s.ə.s) deyir: Qəzəblənmə╩ və bunu bir neçə dəfə təkrar edir. (Buxari ╚Səhih╩ əsərində Əbu Hureyrədən rəvayət edir, 27/99, 100) Çox hallarda qəzəbləndiyindən dediyi sözlərə və etdiyi əməllərə görə peşman olub ╚kaş etməyəydim╩ deyə fikirləşir, ancaq o vaxtı geri qaytarmaq olmur.

Şeyx Saleh ibn Fouzan əl Fouzan
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> RAMAZAN Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.