Daxil ol: Ç.a. May 18, 2004 19:27 İsmarışlar: 127 Şəhər/ölkə: Azərbaycan. Bakı
Göndərilib: B.e. Okt. 31, 2005 10:36 am İsmarış mətni:
Bismilləhir-Rahmənir-Rahim!
Sitat:
GURAN WE MUASIR ELM, MANCA MUASIR ELM COX GABAGA KECIB
MƏNCƏ SİZ ÇOX GERİDƏ QALMISINIZ! :D _________________ Allaha tərəf çağıran, saleh iş görən və: "Mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl danışan kim ola bilər?!
(Fussilət-33)
Göndərilib: Ş. Noy. 05, 2005 10:25 pm İsmarış mətni:
Hamınıza salamlar.Men Allaha inanıram amma bezi suallara məntiqi cavab tapa bilmirəm. Burda savadlı şəxslərin olduğunu nəzərə alaraq bəzi suallar vermək istəyirəm. Bu suallarıma cavab verseniz çox şad olaram. Ümid edirəm ki sizi öz suallarımla bezdirməyəcəyəm.
1 ci sual
Niyə Quran ərəbcə nazil olub? Biri televizorda Quran oxuyanda mən onun nə oxuduğunu başa düşmürəm. Amma hər bir ərəb onu başa düşür. (hətta həmin ərəb ateist olsa bilə) Elə bil xalqlar arasında ayrı-seçkilik edilib. Mən oxumuşam ki Quranın tərcüməsi əsl Quran hesab olunmur. Eyni zamanda hər bir müsəlman əsl Quranı oxumalıdır. Bəlkə birisi əsl Quranı oxumaq istəyir amma ərəb dilini öyrənə bilmir.
Daxil ol: Ç.a. May 18, 2004 19:27 İsmarışlar: 127 Şəhər/ölkə: Azərbaycan. Bakı
Göndərilib: B.e. Noy. 07, 2005 11:13 am İsmarış mətni:
Bismilləhir-Rahmənir-Rahim!
Əlsində imanlı müsəlman bu tipli suallar vermək və ona cavab axtarmağa meylli olmur. Ona görə ki, Allaha iman gətirən şəxs Allahın qədərinə də iman gətirməlidir. Heç bir tərəddüd və şübhə olmadan. İkincisi isə bu qəbildən olan suallar adətən öz arxası ilə oxşar suallar gətirir və nəticə hətta küfrə gətirib çıxarda bilər. Məs: əgər mən desəm ki, Peyğəmbər ərəb idi və Quran da onun dilində nazil olub, deyəcəksiniz ki, nə üçün Peyğəmbər məhz ərəb olmalı idi və s. (Əuzu billəh) Ona görə də bu cür məsələlərdə sadəcə Allahın seçimini qəbul edib, Ona itaət etmək lazımdır.
O ki, qaldı sizin və digər qeyri ərəblərin Quranı başa düşməməsinə, o sırf sizin probleminizdir. Mən sizə deyim ki, hətta bəzi sizin dediyiniz kimi ateist ərəblər də Quranı başa düşmürlər. Onlar sadəcə ordakı sözləri bilirlər. Başa düşsəydilər heç ateist olmazdılar.
Bir sələf aliminin gözəl sözü var. O deyir ki, sizin çoxdan bəri görmədiyiniz bir yaxınınız sizə bir məktub yazarsa siz o məktubu son sözünə qədər dönə-dönə oxuyarsınız ki, onun vəziyyəti barədə, sizdən nə istəyib-istəməməsi barədə və ehtiyacı barədə xəbərdar olasız. Bəs necə olur ki, sizi yaradan, ruzi verən, yaşadan, işlərinizi yoluna qoyan, sizə doğru yolu göstərən Uca Allah Öz dərgahından sizə risalə göndərir və ona biganə olursunuz?!!
Hansısa qərb yazıçısının əsərini orijinaldan oxumaq üçün əcnəbi dillər öyrənən adamlar Allahın kitabına necə biganə ola bilirlər?
Və nəhayət sizin məntiqlə baxsaq onda hər millətin öz dilində bir Quran nazil olmalıydı ki, özünün gələcək aqibəti barədə narahat olmayan insanlar asanlıqla onu oxuya bilsinlər. Siz elə bilirsiz Quran azərbaycanca nazil olsaydı Azərbaycanın hamısı xalis müsəlman olacaqdı? Yuxarıda qeyd etdiyim kimi o qədər Quranı öz dililində oxuyub, küfr edən ərəb var ki, oxuduğu ona fayda vermir.
O ki qaldı ərəb dilini öyrənməyə bu çox asan bir işdir. Şəxsən mənə ərəb dilini öyrənmək ingilis dilini öyrənməkdən asan gəlir.
Doğrusunu Allah bilir. _________________ Allaha tərəf çağıran, saleh iş görən və: "Mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl danışan kim ola bilər?!
(Fussilət-33)
Assalamu Aleykum eziz muselman baci ve qardashlar...
Hormetli Heqiqet,
Men chalishacam ki, sene umumi de olsa bezi sheyleri sebrle izah edim. Evvela Allaha inanmagin bizi chox sevindirir. InshaAllah sene Allahdan hidayet ve iman kamilliyi dileyirik ki, sen de momin muselmanlarin siralarinda olasan. Amin
Umumiyyetle Allaha inanan her bir shexs bilir ki, Allah ezeli, her sheyi yaradan, tayi beraberi olmayan bir varliqdir. Onun elmi o qeder boyukdur ki, o herden bizim insani dushunce mentiqimizden kenara chixa biler. Meselen bir chox Quran ayeleri 30 il bundan evvel sirli gorunse de muasir elm onlari keshf etdikden sonra Quranin tekrarsiz mocuzesi ashkar gorunur. Bu o demek deyil ki, Quranin hemen ayesi 30 il evvel mentigsiz idi. (Euzubilleh). Sadece 30 il evvel Insan dushuncesinin mentigi onu derk ede bilmirdi indi ise edir. O kiqaldi Quranin ereb dilinde olmasina Allah Taala oz elmini beshere gonderdikde aydin meseledir ki, hansisa qovmu sechmeli idi. Men sizi inandirim ki, Eger Quran ayri bir millete gelseydi (Euzubilleh) mutleq siz veren sual yene meydana chixacagdi. Niye onlara??? Bu meselede en evvela onu dushunmek lazimdir ki, Allah bunu oz hech kese belli olmayan hikmeti ile etmishdir ve esas sebebini yalniz ozu bilir.
Qurani basha dushmeye qaldiqda ise, eger siz desez ki, siz azerice Quran kitabinin tercumesini tapa bilmirsiz yanlish olar. En evvela Umumen anlayish uchun Quranin azerice tercumesini de oxumaq vacibdir. Ve yene eger siz desez ki, ereb dilini oyrenmek sizin uchun problemdir men yene inanmaram. Bu yalniz o tegdirde ola biler ki, siz bunu etmek istemeyesiz. Hormetli Heqiqet, hech vaxt Allahin qeder kimi insana verdiyinin neye gore mehz ele oldugu hagda dushunme bu seni yanlish yola aparar ve sonda dushuncelerini tam chashdirar. Sende eqaizm ve hesed hisslerini yaradar ya da giclendirer. Bu ise Islama gelmekde boyuk engellerdendir. Onda bele chixir ki, ereblerde dushunmelidir ki, neye gore Allah gozel tebieti olan yerleri kafirlere ve ya bashqa muselman olkelerine verib. Onlar ise sehraliqda yashayirlar. Bu qederdir. Imaninsa esas shertlerinden biridir Qeza ve gedere inanib onunla razilashmaq. Hetta razilashmasan bele (euzubilleh) ne ede bilersen ki??? Sadece Allaha asi olmushlardan olarsan. Onun elmi ve yolundan uzaqlashib ozunu zelalete apararsan. Allah Sene komek olsun. Allah hidayet versin, Allah imanini kamil etsin. AMIN!!! _________________ ALLAHU AKBAR
Göndərilib: B.e. Noy. 14, 2005 11:49 pm İsmarış mətni:
2-ci sual:
Ehali arasında tez-tez bele ifade işlenir: Atasına oxşayıb. Anasına oxşayıb. Dayısına oxşayıb ve s. İnsanların arasında ve ele İslamda da insanın xasiyyeti, davranışı onun esas göstericisidir. Quran pis işler gören ve qelbi temiz olmayan insanların axiretde veziyyetlerinin yaxşı olmayacağından, onların her bir emeline göre cavab vereceklerinden xeber verir. Feqet xasiyyetin yuxarıda qeyd etdiyim kimi irsen keçmesini nezere alsaq qeribe bir şey ağıla gelir. Eğer xasiyyet irsen keçirse onda insanın ne günahı?
Göndərilib: B.e. Noy. 14, 2005 11:57 pm İsmarış mətni:
3-cü sual:
Dinimizde şirkin çox böyük günah olduğu deyilir. Yeni buddistler de günahkar sayılır. Feqet mene ele gelir ki eğer istenilen insan Nepalda buddist ailesinde doğulsaydı ve buddist cemiyyetde yaşasaydı onun müselman olmaq ehtimalı çox aşağı olardı. Bes onların günahı nedir? Ele cemiyyetde doğulmaları?
Heqiqet qardash sen verdiyin suallarda bir mahiyyeti qarishdirirsan. Duzdur insanin xasiyyeti, temperamenti nesilden nesle genetik olaraq kechir, lakin bunun insanin nece emel gostermesine tam tesiri yoxdur.
Bir balaca achiqlama versem: Insanlar psixoloji xasiyyetlerine gore 4 qrupa bolunurler: Melankholik, sangvinik, xalerik ve flegmatik. Bu insanlarin biri birinden yalniz psixoloji fergleridir. Eslinde insanlarin hamisi eqli cehetden eynidirler. Eger insan ruhi xeste ve ya her hansi psixoloji xesteliyi yoxdursa onun eqli tam shekilde butun insanlardaki kimidir. Sadece olarag bu eglden istifade eden ve etmeyen insanlar var. SEN BILIRSEN KI, INSAN ALLAHI PSIXOLOJI XASIYYETI ILE DEYIL, EQLI ILE DERK EDIR. Ve Allahin emrlerine de insan egli ile derk etdiyi uchun emel edir. Lakin eglen bunu dushunmek de kifayet deyil Allah seni bu yola layiq bilib sene hidayet vermelidir. Bu ise sirf Allahin hokmunde olan bir sheydir. Yeni insan ister chigin xasiyyetli, ister sakit tebietli, isterse de normal xasiyyetli olsun o bunun egidesine hech cur tesir ede bilmez. chunki insanin egidesi EQLI ile yeni agli ile formalashir. Agil ise butun insanlara beraber shekilde verilib. Pis ve yaxshi emeli de insan egli ile edir. _________________ ALLAHU AKBAR
mən eşitdiyimə görə qiyamət günü kimə ki dəvət çatmayıb onlar imtahan ediləcək
yaxşı olar ki burdan da soruşasan
http://www.abubakr-mescidi.com/forums/ _________________
Salam.Sizdən bir sual soruşmaq istəyirəm.Cavab verən olsa çox sevinərdim.Sizcə bu dövrdə əsl quranın tərcüməsi varmə.Yəni demək istəyirəm ki, quranı düz tərcümə edən var ?
Sağoluzzzz. _________________ Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır).
Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).
Zilzal sürəsi.7 və 8 ayə.
Göndərilib: B.e. Dek. 26, 2005 4:19 am İsmarış mətni:
Sitat:
Salam.Sizdən bir sual soruşmaq istəyirəm.Cavab verən olsa çox sevinərdim.Sizcə bu dövrdə əsl quranın tərcüməsi varmə.Yəni demək istəyirəm ki, quranı düz tərcümə edən var ?
Yadinda saxla ki hech bir tercume 100% doghru ola bilmez...dexli yoxdur, bu ister ereb dilinden diger dillere, ve yaxud diger bir dilden bir bashqa dile geldikde olsun... chunki her dilde ele bir xususiyyet var ki, bashqa dilde yoxdur...
mes: arab dilinde xashy ve xauf kelimeleri var...eger sehv etmiremse bulardan ilki bir sheyden anlayaraq, yani basha dusherek qorxmaq..digeri ise anlamadan qorxmaqdir...
mes: Qadin sichandan qorxur..ve ya tarakandan qorxan insanlar..sadece olaraq qorxurlar...izah ede bilmirler...
amma her hansi bir qolu-zorludan qorxmaq...
sence bashqa dilde bele bir ferq movcuddurmu...
ve yaxud arab dilinde diger maraqli iki soz var...heyif ki, bu sozleri unutmusham....lakin onlarin ferqi nedir, chox maraqlidir..
bu iki sozden biri qazanmaq anlami verir..yeni qelebe chalmaq, bir shey udmaq, qazanmaq...lakin bir soz qazanmaq ve esla geri uduzmamaq menasini verir, yeni qazanib ebediyyen ozunjde saxlamaq, ve hech vaxt uduzmamaq anlaminda ola biler...lakin elece de qazanmaq anlamini dashiyan diger bir kelime de movcuddur, lakin bu soz hem de insanin qazandighini uduzmaq imkanini istisna etmir..gorduyun kimi, her bir dile xas olan bir ozellik var..
ona gore de 100% doghru olan tercume yoxdur...
Bir alim hetta tercume haqqinda soylemishdir..tercume sanki shushe qefesde olan bir qizilguldur, sen onu gorursen, lakin qoxusundan hezz ala bilmirsen...! _________________ Doğrusunu Allah bilir!
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.