Daxil ol: Ç.a. May 18, 2004 19:27 İsmarışlar: 127 Şəhər/ölkə: Azərbaycan. Bakı
Göndərilib: B.e. Yan. 31, 2005 3:19 pm İsmarış mətni:
-b-
Mirzə Əmi, sən şer əhlisən. Bəlkə bu beytlə könlünü ala bildim?????????????
Hər nə vardı gözəl idi,
Bəlkə söz də hədər idi.
Canavar da gözəl idi,
Dünyanın gözəl vaxtında. _________________ Allaha tərəf çağıran, saleh iş görən və: "Mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl danışan kim ola bilər?!
(Fussilət-33)
Göndərilib: C. Fev. 04, 2005 2:04 pm İsmarış mətni:
Hənif yazıb:
بسم الله الرØÙ…Ù† الرØÙŠÙ… (Rəhmli, Mərhəmətli Allahın adı ilə!)
Mirzə Əmi, sən şer əhlisən. Bəlkə bu beytlə könlünü ala bildim?????????????
Hər nə vardı gözəl idi,
Bəlkə söz də hədər idi.
Canavar da gözəl idi,
Dünyanın gözəl vaxtında.
:D !-hello Hənif səndən yoxdu daa... De gəlsin ee.... Amma hec bu dünyanın gözəl vaxtın görmədim.
Dünya düzəlmir ki, düzəlmir,baba! :-( _________________ Etdim nə yaman əsrə təsadüf, aman ey vah!
La hövlə və la qüvvətə illa və Billah!
(M.Ə.Sabir)
Daxil ol: Ç.a. May 18, 2004 19:27 İsmarışlar: 127 Şəhər/ölkə: Azərbaycan. Bakı
Göndərilib: C. Fev. 04, 2005 4:18 pm İsmarış mətni:
-b-
Mirzə əmi yazıb:
Amma hec bu dünyanın gözəl vaxtın görmədim.
Dünya düzəlmir ki, düzəlmir,baba! :-(
Heç mən də görmədim Mirzə Əmi. Amma Peyğəmbər(s) deyir axı "ən xeyirli dövr mənim dövrümdür, sonra ondan sonra gələnlər və sonra da ondan sonra gələnlər."
Ancaq ümidini üzmə Mirzə Əmi. Başqa hədisdə Peyğəmbər(s) deyir: "Nə xöşbəxtdir mənə iman gətirənlər.Səhabələr sevinir. Sonra isə deyir ki, onlardan 7 qat daha xöşbəxtdir məni görməyib mənə iman gətirənlər"
Başqa bir hədisdə isə deyir: "Mən mələklərin imanına təəccüb etmirəm. Onlar Allahda əmr qəbul edib, Ona itaət edirlər. Mən peyğəmbərlərin də imanına təəccüb etmirəm. Onlar mələkləri görür və Allahdan vəhy qəbul edirlər. Mən səhabələrin də imanına təəccüb etmirəm. Onlar peyğəmbərləri və onların göstərdiyi möcüzələri görürlər. Mən mənim qardaşlarımın imanına təəccüb edirəm."
Səhabələr dedilər: "Ey Allahın Rəsulu məgər biz sənin qardaşların deyilikmi?"
Peyğəmbər(s) dedi: "Siz mənim səhabələrimsiniz. Mən məni görmədən mənə iman gətirən qardaşlarımın imanına təəccüblənirəm"
Mirzə Əmi deyəsən biz buranı əməlli başlı dərdləşmə poliqonuna çevirdik. Nə qədər ki, bizim ikimizi də bayıra atmayıblar şələ-şüpəmizi yığıb gedək.
Axı biz müsəlmanıq! ;) _________________ Allaha tərəf çağıran, saleh iş görən və: "Mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl danışan kim ola bilər?!
(Fussilət-33)
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: C. Fev. 04, 2005 4:26 pm İsmarış mətni:
Salam aleykum.
Qardashlar, bir az da kechse Humeyranin meshhur "Movzudan yayinma hali bash verdiyi uchun silinmishdir" sozleri ile qarshilashacaqsiniz, ya da Elmeddinin ayrisechkilik haqqinda iradlariyla. :)
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: C. Fev. 11, 2005 5:38 pm İsmarış mətni:
Salam aleykum.
* * * * *
Revayet edirler ki, bir emelisaleh adam yol gedirmish. Yol uste achig bir gapi gorur. Bu gapidan aglaya-aglaya komek dileyen bir oglan ushagi chixdi. Anasi onu doyrek, evden govub chixartdi. Sonra gapini ortdu. Ushag bir geder gem-gusse ichinde gezdi ve chox fikirleshdi. Yene bayag govuldugu evden bashga bir siginacag yeri tapa bilmedi. Anasindan bashga hech kes ona sahib durmazdi. Gelbi sinmish, gem ve keder ichinde geri dondu. Amma gapi bagli idi. Bashini gapinin astanasina goyub yuxuya getdi, goz yashlari yanaglarina axmishdi. Bir geder sonra anasi bayira chixdi. Ushagi bu veziyyetde gorende davam getirmedi, ozunu onun ustune atib o uz-bu uzunden ope-ope ve aglaya-aglyay bunu dedi:
- Oglum, hara gedeceksen, menden bashga kim sene sahib duracag? Sene demedim, soze bax, seni cezalandirmaga meni mecbur etme? Halbuki Allah meni sene munasibetde rehm ve shefget hissi ile yaratmishdir.
Bundan sonra ushagi goturub icheri apardi.
Peygember bu kehaye barede bele demishdir:
"Allah oz bendelerine munasibetde bu gadinin ushagina munasibetinden gat-gat merhemetlidir" Muslim.
Daxil ol: Ç.a. May 18, 2004 19:27 İsmarışlar: 127 Şəhər/ölkə: Azərbaycan. Bakı
Göndərilib: B.e. Mar. 28, 2005 9:51 am İsmarış mətni:
-b-
Bu yaxınlarda eşitdiyim və mənə həddən artıq çox təsir etmiş bir hadisəni sizə danışmaq istəyirəm. Hadisə Bakıda baş verib. Bir müsəlman qardaşımızın ailəsində.
Hadisənin şahidi olmuş qardaşımız danışır ki, bir gün o, öz müsəlman qardaşını ziyarət etmək üçün onların evinə gedir. Evdə camaatın narahat halda o yan bu yana getdiklərini görür və səbəbini soruşanda məlum olur ki, ev sahibinin 13, 14 yaşlı oğlu bərk xəstələnib, vəziyyəti çox pisdir. Biri həkim dalınca, biri maşın dalınca hərə bir tərəfdə başını itirmiş halda dolaşdıqları vaxt qonaq uşaqla otaqda tək qalır və başlayır ona Lə İləhə İlləllah kəlməsini təlqin etməyə. Uşağa başa salır ki, Lə İləhə İlləllah de Allah səni Cənnətə daxil etsin. Bir neçə dəfə təlqin etdikdən sonra uşaq Lə İləhə İlləllah deyir və dünyasını dəyişir.
Evdəkilər artıq uşağın öldüyündən xəbər tutub uşaq olan otağa gəldiklərində uşağın öldüyünün, qonağın isə ağladığının şahıdı olurlar. Lakin uşağın atası onun dostunun üzündə kədər deyil, sevinc göz yaşları görəndə təəccüblənir və dostuna deyir:
"Sən nəyə sevinirsən? Mənim oğlum ölüb sən isə sevincdən ağlayırsan!"
Qonaq ona deyir:
"Mən onun ölümünə sevinmirəm. Əksinə mən onun müsəlman kimi öldüyünə sevinirəm"
Valideyinləri ona etiraz edərək: "Məgər o müsəlman deyildi ki, məgər o kafir idi? Əlbəttə o müsəlman idi və müsəlman kimi də öldü" - dedikdə qonaq onlara hər şeyi olduğu kimi başa salmağa başladı.
"Siz məni düzgün başa düşmədiniz. Sixin oğlunuz Lə İləhə İlləllah deyərək üldü"
Busözdən heyrətə gələn uşağın atası dostuna: "Sən nə danışdığını heç bilirsən? Mənin oğlum anadangəlmə lal idi! O danışa bilmirdi!"
Açığını deyim ki, mən bunu hər dəfə kiməsə danışanda eyni həyəcanı və eyni hissləri keçirirəm. Və təsəvvür edə bilmirəm ki, mən bu hadisənin şahidi olsaydım, hansı hissləri keçirdərdim.
Allah bizə Lə İləhə İlləllah deyib ölməyi nəsib etsin! AMİN! _________________ Allaha tərəf çağıran, saleh iş görən və: "Mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl danışan kim ola bilər?!
(Fussilət-33)
Daxil ol: B.e. Fev. 02, 2004 03:18 İsmarışlar: 169
Göndərilib: Ç.a. Mar. 29, 2005 2:02 am İsmarış mətni:
Yazıçı "Taqiyyu-Din Al-Hilali"-nin kitablarından götürülüb. Yazıçı, xarici dil öyənmək müsəlman üçün nə qədər əhəmiyyətli olduğunu bildirir və kitablarının birində belə hekayə edir:
Bir dəfə Almaniyaya gedərkən, hava limanında çantamı yoxlarkən, Mərakeşdən gətirdiyim çayı gördülər və dedilərki, bu çaya görə 8 Alman markası rüsum ödəməlisən. Dedim axı bunun heç qiyməti o qədər deyil, mən indi bu çayı elə bilki təzədən sizdən alıram. Zabitlər qanunun belə olduğunu bildirdilər və bu rüsum ödənməlidir dedilər.
Amma zabitlərdən biri onun geyiminə diqqətlə fikir verir, başındakı əmamə, əynində uzun əba və ayağındakı şəp-şəplər. Buna təəccüblənərk ondan soruşurki, sən Alman dilini hardan bilirsən, belə sərbəst danışırsan? Şeyx Taqiyyud-Din deyirki, bizim dinimiz belə buyurur, Peyğəmbərimiz müsəlmanlara başqa dilləri öyrənməyi buyurub. Mən də ən gözəl dil kimi Alman dilini seçdim, bu dil xoşuma gəldi və öyrəndim.
Zabit deyirki; indiki belədir və bizim dilimiz haqqında sənin belə gözəl təəssüratların var, mən səndən bu çayın rüsumunu almayacağam.
Belə fürsəti görən Şeyx o zabitdən xahiş edirki, ona bir yer göstərsin, gecikmiş olduğu namazını qılsın. Ona hava limanında bir otaq tapırlar və namaz qılmağa yer göstərirlər.
Şeyx əlavə edirki, elə Almaniyada olarkən bir dəfə də metroda başıma belə bir əhvalat gəlir:
Vaqonların birində, oturmuşdum. Ayağımdan şəp-şəpi çıxarıb, ayağımı altıma söykədim, yə'ni oturacağın üstünə qoydum. Bunu görən alman qadınlarından biri mənə yaxınlaşdı və qəzəblə dediki, bura oturacaqdır, sən isə çirkli ayaqlarını onun üstünə qoyursan, natəmizlik edirsən. Mən də dedimki; ay xanım olar sizdən bir şey soruşum? Qadın; buyur – dedi. Soruşdumki; Siz üzünüzü gündə neçə dəfə yuyursunuz? Dediki; Nə bilim, hardasa bir dəfə. (səhər duranda). Dedimki; Mən bu ayağımı gündə 5 dəfə yuyuram, bu ayağım sizin sifətinizdən təmizdir.
Göndərilib: B.e. Apr. 04, 2005 8:21 am İsmarış mətni: Cennetde Musa peygembere qonshu
Bir gun Musa peygember Allahdan sorushur:"Allahim,menimle cennetde qonshu olacaq bir kimse varmi?""Var.qonshu kenddeki bir baqqalci..."cavab gelir qeybden.
Musa peygember hemin kende gedir ve baqqalin ishlediyi yerde baqqalla gorushur.Baqqal onun Musa peygember oldugunu bilmirdi.Bir az sohbet etdikden sonra baqqal onu evine devet edir.Evde bir qab yemek bishirir,bir boshqab Musa peygembere verir,diger boshqab dolu yemeyi de ozuyle goturub deyir."Siz burda yeyin men gelirem."Musa peygember o getdikden sonra onun ardinca gedir.Gorur ki,kishi yatagda uzanan bir adama yemek yedirdir.Hemin adam da nese deyir,kishi ise "amin,amin"deyir.
Musa peygember otaga qayidib kishini gozleyir.Kishi qayidir.Musa peygember deyir ona:"Chox uzr isteyirem,men sizin dalinizca getdim ve her sheyi gordum.Sirr deyilse o kimdir?"
Kishi her sheyi danishmaga bashlayir."Men balaca olanda atam oldu,anam da agir xesteliye tutuldu.Men anama baxmaga bashladim,o ne yeriyir,ne ayaga qalxa bilir.Men evlenmedim ki,arvadim men ishe gedende ona pis baxar deye.Senin gorduyun adam menim anamdir.Her gun ishe gedir ,ishden tez tez gelib ona bash chekirem."
"bes o sene ne deyirdi?"deye Musa peygember sorushur.
"Her defe ona qulluq edende mene "Allah seni cennetde Musa peygemberle qonshu etsin"deyir.men de umidsiz halda "amin."deyirem.bilirem ki,bu mumkun olan bir shey deyil.O,Allahn sevimli peygemberi, mense onun aciz quluyam."
Musa peygember elini kishinin chiynine qoyub deyir."Senin artiq cennetde yerin menim qonshulugumdadir.Men Musa peygemberem ve ele bele bura gelmemishem.Mene Allah senle qonshu olacagimi dedi.Men de bunun sebebin oyrenmek uchun burdayam."
Eziz baci ve qardashlarim,ananizi ,umumiyyetle valideynlerinizi sevin,ana ve ata muqeddesdir
Daxil ol: Ş. Apr. 30, 2005 21:04 İsmarışlar: 12 Şəhər/ölkə: baki
Göndərilib: Çər. May 04, 2005 9:30 pm İsmarış mətni:
XƏBƏRDARLIQ 2: Bu istifadəçi adında sizə ikinci dəfə xəbərdarlıq olunur. Növbəti 1 xəbərdarlıqdan sonra İP ünvanınıza qadağa qoyularaq, forumdan xaric olunacaqsınz. Odur ki, ehtiyatlı olmağınız tövsiyyə olunur. _________________ zarkavi
Daxil ol: B.e. Fev. 02, 2004 03:18 İsmarışlar: 169
Göndərilib: Çər. May 04, 2005 10:24 pm İsmarış mətni:
zarkavi yazıb:
|indi sualim budur ki bu az muddetli evlenmek duz idi ya yox? xahish edirem qardashlar bu mesele barede oz fikirlerini bildirsinler.
aya bu da mi namussuzluqdur?
MaşAllah, Allahın dini ilə istədikləri kimi oynayırlar, sübhanallah. Lap istəyir sünni olsun, nə olsunki? Bu o demək deyilki düz edir. Hardan gətirdi sübutu? Hansı ayədən, hansı hədisdən? Elə bilki Allahu Təala ailə qurmaq və nikah kəsmək kimi qanunları belə məqsədlər üçün qoyub.
Göndərilib: Ş. İyul 23, 2005 8:00 pm İsmarış mətni: Namaz
Bir gun zengin birisi masindan enerek ellerini yumaq ucun yaxinliqda yerlesen bir yere yaxinlasir.Heyete girerken bir genc oglanla rastlasir,oglan "Dayi,namaz qilmaq isteyirsiniz ?bura namaz yeridir,destemaz almaq ucun,namaz qilmaq uchun xususi otaqlarimiz var."deyir.
Kisi oglani basdan ayaga suzerek sorusur;"sen burda isleyirsen? "he" oglan cavab verir,"men burda temizlik islerine baxiram."oglan kuncde dayanan supurgeye isare ederek sozune davam edir.
Kisi istehzali gulusle oglana deyir;"Namaz senin kimiler ucundur,ay zavalli."
oglan hec ne demir.Kisi ellerini yuyub orani terk edir,ele ordan bir az uzaqlasmishdi ki,basi agrimaga bashlayir.Cox dehsetli agri onu yerimeye qoymur.Yolun ortasinda dayanir."deyesen bayaq restoranda yediyim kabab tezyiqimi qaldirib"deye fikirleshir.Agri getdikce daha da siddetlenir,kisi doze bilmeyib diz cokur,bashinin agrisi daha da keskinlesir,basini yere dayayir.Etrafdakilarin ona baxdigindan utanaraq bashini qaldirir,amma agri yeniden basini yere dayamasina sebeb olur,kisi basini yeniden yere dayayir.
Ele bu zaman yashli bir kishinin ona yaxinlasdiginin shahidi olur.Yasli adam deyir;"oglum,Allah namazini qebul etsin,ama qible sol terefeydi."
Kisi basini qaldirir ve bir az once genc oglana dediklerini xatirlayir.
Beli,Allah ona oz varligini subut etdirmishdi ve namazin vacibliyini gostermishdi.
Eziz muselman baci ve qardashlarim ,gelin namaza riayet edek,Allaha layiqincesine ibadet edek.
Göndərilib: Çər. Okt. 05, 2005 7:12 am İsmarış mətni:
salam aleykum
Harz məlikinin qızı(olmuş hadisə)
Harz-şəhər boyda çox boyuk bir qaladir,Fərat çayinin kənarında yerləşir.
Sabur zul-Əqtaf ilə Harz məliki Saturun arasında iki il davam edən muharibə baş verir.Bir gün Saturunun qızı (deyilənə görə onun adi Nadirədir ) pəncərədən Saburu görür.Sabur Atlas parçadan paltar geyinmiş, başında üstü yaqut və inci ilə bəzənmiş taci olan ozu də cox gözəl bir oğlan idi.Bu qiz ona gizlince dedi ki,â€Əgər sənə Harzin qarisini açsam ,mənimlə evlənərsən?â€Sabur da razilaşdı.Axşam Saturun içib sərxoş oldu.O həmişə belə gecələyirdi.
Beləliklə qiz Harzin qapisinin açarlarını atasının başinin altından götürüb qulluqçusu ilə Sabura göndərdi.Qapı açildı,Sabur gəlib Saturunu öldürdü.Harzı talan etdi və qiz ilə evləndi.
Bir dəfə Sabur gördü ki, qiz gah sağa dönür, gah sola, amma yata bilmir.Ona bir mum gətirdi.
Yatağını yoxladı və yatağının üstündə bir reyhan yarpağı tapdı və soruşdu:â€Sən elə buna göre belə narahat olursan?â€Qız da dedi:“həâ€.Sabur:
--Atan sənə nələr edirdi?
Qız:
--Məni atlasdan yataqlarda yatizdirirdi,mənə ipək geyindirirdi,mənə beyin yedizdirirdi və mənə içki içizdirirdi.
Sabur:
--Sən atana bütün bu yaxşılıqların əvəzini beləmi verdin? Bunu mənə daha asan edərsən.Əmr verdi qızın saçları bir atin quyruğuna bağlansin və onu öldürtdü.
Rasulullah(s.a.s.)-dən İbni Abbas(r.a):Mənə cəhənnəmliklər göstərildi,gördüm ki,Onların çoxu qadinlardi.Onlar nankorluq edərlər və yaxşılığı inkar edərlər.
Salamu aleykum. Bu kiçik hekayə Sədi Şirazidəndir.Oxumağa dəyər.
Bir neçə böyük şəxslərlə gəmidə oturmuşduq ki, birdən arxadan gələn bir qayığın çevrildiyini gördük.İçindəki iki qardaş burulğana düşdü.Böyüklərdən biri gəmiçiyə dedi:
-Onlardan hər ikisini xilas et.Hərəsi üçün əlli dinar verərəm.
Gəmiçi dərhal suya atılıb qardaşlardan birini xilas etdi.Digəri isə boğuldu.Mən: “O biri qardaşın əcəli çatmışdı.Buna görə də gəmiçi onu xilas edə bilmədi.â€-dedim.Gəmiçi bu sözümə güldü və dedi:
-Orası elədir, amma birinci qardaşı qurtarmağa mən özüm artıq səy göstərdim.Çünki bir dəfə biyabanda piyada qaldığım vaxt o məni dəvəyə mindirib xilas etmişdi. O biri qardaşdan isə uşaqlıqda qamçı yemişəm.
Dedim: “Allah düzgün buyurub-yaxşılıq etsən də pislik etsən də sənin özünə qayıdarâ€
Dostların qəlbini qazanmaq üçün
Ata bostanını satsan yaxşıdır
Hətta pislərə də yaxşılıq elə
İtə də bir sümük atsan yaxşıdır
Sizlərlə həqiqi bir həyat hekayəsini bölüşmək istəyirəm! Bunu bu forumda qeyd etmədən yan keçə bilmədiyimi bilmənizi istəyirəm. Bu həyat misalı sevgi, təqva, və göz yaşları ilə doludur!
Hekayədə danışılan iki bacının əsl adları əvəzinə Fatimə və Zeynəb adları istifadə olunacaqdır. Hadisəni danışan isə Zeynəb özüdür:
Mənim bacım arıq və eybəcər idi, çox qəmgin sifətə malik idi, lakin Qurani Kərimi çox oxuyardı...Onu axtaran öz namaz otağında namaz qılarkən, əlləri səmaya doğru yönəlmiş halda tapardı, gecə, gündüz və hüç vaxt bundan bezməzdi. ...Mən isə əlimə keçən qəzetləri oxuyardım, qeybətlər, hekayələr, müxtəlif növ qəzetlər. ...Video filmləri o qədər seyr edərdim ki, hamının bundan xəbəri var idi...və müntəzəm olaraq namaz qılmazdım.
Bir gün 3 saat boyunca dayanmadan müxtəlif filmləri seyr etdikdən sonra videonu bağladım, və məsciddən azan səsi gəldi. Və yatağıma gedərkən bacımın məni namaz otağından çağırdığını eşitdim. Mən soruşdum:"NƏ İSTƏYİRSƏN?"O sərt bir səslə cavab verdi:"Sübh namazını qılmamış yatmayacaqsan!" Ohho, fikirləşdim mən, sübh namazına bir saat qalıb, və eşitdiyim azan ilk azan idi. Mənim bacım həlim, və nəzakətlidir...O hələ xərçəng xəstəliyinə tutulmamışdan da əvvəl belə idi. O yüksək səsli məni çağırdı və söylədi: -"Yanıma gəl!" Onun dediyini edə biləcək halda olmadığıma baxmayaraq öz istəyimə qarşı onun yanıma getdim, onun nə istədiyi məni maraqlandırdı.-"otur yanımda!" söylədi O. -"Yaxşı, oturdum indi, nə istəyirsən?"-"Hər bir kəs (canlı) ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız qiyamət günü tamamilə veriləcəkdir.(Ali-İmran, 185)"
Birdən susdu və sonra məndən soruşdu: -Ölümə inanmırsanmı? -Yox, inanıram! -Xırda və böyük əməllərinin hesab olunacağına inanırsanmı? -Hə, amma Allah Rəhmli və Mərhəmətlidir və həyat uzundur. -Bacı, ölümdən və onun əzabından qorxmursanmı? Hində bax, səndən yaşda kiçikdir və maşın qəzasında öldü. Ölüm yaşa fikir vermir və ölçmək də mümkün deyil... Mən qorxu dolu səslə ona həmin qaranlıq otaqda cavab verdim: -Qaranlıqdan qorxuram, sən məni ölümlə daha da qorxutdun. İndi necə yatacam? Fikirləşdimki sonradan düşündün və bizimlə semestrə getmək istəyirsən. Fatimənin səsi alçaq və ciddi oldu, ürəyim isə az qala yerindən çıxsın... Arzu edirəm bu il uzun bir səyahətə çıxım, elə bəlkə burda...Yaş Allahın əlindədir. Fatimənin gözlərindən yaş sel kimi axmağa başladı...Mən onun qorxunc xəstəliyi haqqda fikirləşdim (ki, o artıq yaşaya bilməyəcək), lakin kim ona bunu söyləyib, bəlkə ürəyinə damıb!
Fatimə: Nə haqqda fikirləşirsən?-Bu səfər ağır bir səslə söylədi-Elə bilirsən ki, xəstə olduğum üçün bunları söyləyirəm? Yox, bəlkə mən çox yaşadım, amma SƏN, nə qədər yaşayacaqsan? bəlkə 20 il, bəlkə 40, sonra?-əllərini qaranlıqda birləşdirdi və bərk silkələdi-Hamımızın arasında heç bir fərq yoxdur,...biz köçəcəyik, bu həyatdan ya Cənnətə, ya da Cəhənnəmə gedəcəyik. Allahın sözünü eşitmirsənmi? ..."Oddan (Cəhənnəmdən) uzaqlaşdırılıb, Cənnətə daxil edilən kimsə muradına çatacaqdır...." (Ali İmran, 185)
-Gecən xeyrə qalsın! deyərək otaqdan tez çıxdım, lakin onun sözləri qulağımda cingildəyirdi. -Allah sənə hidayət etsin, namazı unutma! Səhər saat 8-dir. Kiminsə qapıya döydüyünü eşidirəm...Mən adətən bu vaxtlar yatağımdan qalxmıram. Sükunət və hıçqırtı səsləri hər yanda..Ay, Allah, nə olub?
Bacımın vəziyyəti ağırlaşmışdı, və onu xəstəxanaya götürmüşdülər. Biz Allaha aidik və Ona geri dönəcəyik!
Bu il heç bir semester olmadı, bu il evdə qalmaq yazıldı bizə. Uzun bir gözləyişdən sonra, saat 13:00, atam xəstəxanadan zəng etdi. -Onu ziyarət edə bilərsiz, yallah, tələsin! Anam atamın səsinin əminliklə hiss olunmadığını söylədi və səsi dəyişmişdi. Əbayamı əqoluma qoydum. Şofer hardadır? Şofer gəldi, sürətlə yola düşdük, gün adama çox uzun görsənirdi. Anam yanımda oturub, yol boyu bacıma dua edirdi, O təmiz, yaxşı və müti bir qızdır, indiyə qədər vaxtını boşa sərf etdiyini görməmişəm...Nəhayət xəstəxanaya çatdıq. Ağrılar içində burulan bir qocanı, maşın qəzasına düşmüş başqasını və gözündə nasazlıq olan üçüncü bir xəstəni görürəm, adam onun bu dünyadan yoxsa Axirətdən olduğunu bilə bilmir...ömrümdə görmədiyim mənzərələri görürdüm...Bacım intensivdə, huşusuz yatırdı, lakin bir az yaxşılaşdı...Onun yanına bir-bir getməyə icazə verdilər, bütün aparatların və həkimlərin içində, orada, xəstəxana yatağında uzanmışdı...Anam ağlayaraq çölə çıxdı.
Bacımın yanına girmək üçün 2 dəqiqə izn verdilər. -Can bacım, necəsən? Dünən axşam yaxşı idin....Nə oldu? Cavab verdi: -İndi, əlhəmdulilləh yaxşıyam! -Əlhəmdulilləh, amma əllərin soyuqdur....-bu zaman dizinə toxundum və o kənara çəkildi...-oy, bağışla, incitdimsə... -Yox, incitmədin! Amma Allahın dediyi haqqda fikirləşdim:"Və qıçı-qıçına dolaşacağı zaman, Aparılacağı yer Rəbbinin hüzuru olacaqdır (ey insan)! (Qiyamə, 29-30)...dua et mənim üçün, bəlkə tezliklə mənim üçün axirətdir, yolum uzundur... Dediklərindən sonra gözlərimdən yaşlar axmağa başladı, bilmədim harda idim və hardayam...
O qəmli gündə günəş batarkən bütün evdə sükut var idi, o zaman xalam qızı otağa daxil oldu. Çox insan gəldi.................................. Bacım ÖLMÜŞDÜ! Bacım ÖLMÜŞDÜ! -Aman Allahım, mən hardayam, bu baş verənlər nədir?
Bacımın alnından öpdüm, sonuncu dəfə onunla vidalaşdım, yadıma yalnız yeganə bir şey gəldi, onun söylədikləri: "Və qıçı-qıçına dolaşacağı zaman, Aparılacağı yer Rəbbinin hüzuru olacaqdır.."
Mən həmin gecə onun otağında oturduğum haqqda fikirləşmədim, əkiz olduğumuz yadıma düşdü, problemlərimi kiminlə bölüşdüyüm yadıma düşdü...və mənə Allahdan hidayət diləyən yadıma düşdü! Allah əl-Mustəən!
Qəbrində ilk gecə. Allah ona xeyr dua etsin və qəbrini nurlandırsın!
Onun Quranı, onun namaz xalısı...Onun əşyaları. O itirilmiş günləe üçün ağladım, Aııahdan mənə qarşı rəhmli olmağı dua etdim, tövbəmi qəbul etməsini və bağışlamasını dilədim. Allah qəbrində ona səbatət versin! O bu duanı sevərdi!
Sonra özümə sual verdim, düşün ki, o ölünün yerində mənəm, o zaman mənim aqibətim nədir? mənim cəzam nədir? Belə qorxduğum halda cavabı tapmaq istəmədim...ağlayırdım...Artıq məni sübh namazına çağıran azanı eşitdim. Müəzzinin arxasınca sözləri təkrarladıqca məni əminlik hissi bürüdü. Sübh namazı qılmaq üçün ayağa qalxdım, həmin günü bacım kimi namaz qıldım, və bu onun sonuncu namazı idi.
İndi isə belə yaşayıram: Əgər oyanıramsa, axşamı gözləmirəm.
Və əgər yatıramsa, sabahı gözləmirəm....
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: Ş. Avq. 26, 2006 1:05 am İsmarış mətni:
Ibn Hecer (r) hagginda revayet.
Yegin ki, bir choxlarimiz "bu dunya momin uchun zindan, kafir uchun cennetdir" hedisini bilir. Gunlerin birinde bu hedisi oldugca kasib yahsayan, ustu bashi cir-cindir ichinde, yag ichinde olan bir kafir eshidir ve birbasha gachir o dovrun en boyuk alimlerinden olan Ibn Hecerin (r) yanina. Ibn Hecer(r) choxlarinin bildiyi kimi meshhur hedis alimi olmushdur ve oldugca zengin aileden idi, her bir muselman kimi nefis geyinmeyi severdi. Hemin kafir onu girmizi devenin belinde (girmizi deve erebler arasinda en bahali deve hesab olunur) temteragli geyinmish halda tapir ve ona deyir:
- Sizin hedisinizde deyilir ki, bu dunya sizin uchun zindan, bizim uchun cennetdir. Bes eger beledirse, nece olur ki, sen bele gozel geyimlerdesen, zenginsen, men ise cir-cindir ichinde uzurem?
Kafirin bu sozune cavab olarag, Ibn Hecer (r) hemin hedisi subhanallah chox mudrik bir shekilde achiglayir:
- Bu dunya hegigeten momin uchun zindandir. Ona gore ki, momin bilir ki, Allahin tekliyine iman getirmekle ve bunu emelleri ile tesdiglemekle Allahin Guranda mujdelediyi bagi (ebedi) olan Axiret nemetlerine govushacag. Ona gore bu dunyada ona ne geder fani dunya nemetleri gismet olsa da gelbi hemishe o ebedi nemetlere can atacag ve bu dunya ona zindan kimi gorunecek.
Allaha iman getirmeyen kafir ise ateshde yanarken, ona bu dunyanyin en murdar cir-cindiri da hemin o Cehhennem ateshi ile mugayisede Cennet kimi gorunecek.
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: Ş. Yan. 13, 2007 10:51 pm İsmarış mətni:
Bir muselmanin sheyx Useymin (r) barede xatireleri.
(bu kicik hekayeti oxudum ve gozlerim doldu...ozumu bele muselmanlarla mugayise etdiyim zaman Allah garsisinda hiss etdiyim xecalet goz yaslari...)
“...Yatmağa dəhşət dərəcədə ehtiyacı olduğu zaman...”
Muhəmməd ibn Abdil Cəvvad əs-Saavi rəvayət edir:
Bir dəfə şeyxi Ciddədə xeyriyyə cəmiyyətlərindən biri dəvət etmişdi və görüş səhərə yaxın saat 1-ə kimi davam etdi. Şeyxin bu vaxta kimi oyaq qalması adəti deyildi. Görünürdü ki şeyx əldən düşmüş və yorulmuşdu, aydın məsələ idi ki, ona yatmaq lazım idi. Beləliklə biz şeyxin qaldığı evə qayıtdıq və evə girən kimi dərhal yatdıq.
Gecənin yarısında, təxminən saat 3:30 radələrində (saat 1:30 da yatmışdıq) yatdığımızdan iki saat sonra -şeyxin namazda quran oxuduğunu hiss etdim. Şeyx bunları yuxuya və dincəlməyə dəhşət ehtiyacı olduğu bir zamanda edirdi.
Bununla belə o Rəbbinin qarşısında durub namaz qılırdı.
Safahaat Muşriqah min Həyat əl-İmam Muhamməd ibn Salih əl-'Useymin –Səhifə 73
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: B. Yan. 14, 2007 10:47 pm İsmarış mətni:
Sheyx Useymin (r) hagginda xatireler...
Bilirsən Şeyx kimdir?”
İmam, şeyx Muhəmməd ibn Saalih əl-Useymin rahiməhullah ilə bağlı rəvayət olunur:
Şeyx Məscid-ul-Həramda namazını qıldıqdan sonra mehmanaxanasına qayıdarkən bir dəstə cavanın namazlarını qılmaq əvəzinə futbol oynadıqlarını görür. Şeyx onları saxlayır və nəsihət edir, onlara Allah haqqında xatırladır. Halbuki onlar onun kim olduğunu bilmirlər. Daha sonra şeyx onları namaz qılmayanadək futbol oynamağa davam etməyə qoymur. Onlardan biri qabağa keçir, səsini qaldırır və şeyxi söyür. Bunun qarşısında şeyx ona sevgi və təvazükarlıqla müraciət edir və deyir:
Sən mənimlə mehmanxanaya getməlisən, orada danışaq.
Şeyx ilə bərabər bir neçə elm tələbələri olur və onlar gənc oğlana nəsihət edirlər ki, şeyxə qulaq assın və onunla getsin. Beləliklə gənc oğlan şeyx ilə gedir və şeyx gənci öz otağında qonaq edir. Daha sonra şeyx bir anlıq otağı tərk edir və orada olanlar gənc oğlana üzünü tutaraq ondan soruşurlar:
Bilirsən şeyx kimdir?.
O cavab verir: Bilmirəm.
Onlar deyirlər: Bu Şeyx ibn Useymindir.
Bu an, gənc oğlanın üzü birdən dəyişir.
Şeyx otağa daxil olanda gənc oğlan ayağa qalxır və şeyxin alnından öpür.
Deyirlər ki, bu hadisə gənc oğlan üçün həyatının dönüş nöqtəsi olur, o dəyişir və dindar olur.
Əl-Cami li-Həyəət əl-Alləmə Muhəmməd ibn Salih əl-Useymin-səhifə 41
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: C.a. Yan. 18, 2007 2:33 am İsmarış mətni:
Sheyx Useymin (r) hagginda xatireler...
“...Hələ şeyx gənc olanda...”
Şeyx Asim ibn Abdil Mun`im əl-Marii Muhəmməd ibn Saalih əl-Useymin ilə əlaqədar rəvayət edir:
Onu məşhur edən səciyyəvi xüsusiyyətlərdən biri də şeyxin gənc yaşlarında elm tələb etməkdə olan mətanəti idi. Şeyx Abdullah ibn Muhəmməd əl-Məaninin Uneyzədə 1936-cı ilə kimi qazi kimi fəaliyyət göstərən qohumlarından bəziləri deyirlər ki, İbn Useymin hər səhər erkəndən kağızlarını və kitablarını daşıyaraq onların evinə gələrdi. Qapını döyər, salam verdikdən sonra isə kitabxanaya keçmək üçün icazə istəyərdi. Kitabxanada Zöhr namazının vaxtına az bir müddət qalana qədər qalardı. Daha sonra kitabxanadan çıxar, salam verib ayrılardı. Bu hələ onun gənc yaşlarında və həddi büluğa çatmadığı vaxtlarda idi.
əd-Durr əs-Səmiin fi Tərcəmti Fəqiihil-Ummə əl-'Alləmə ibn 'Useymin – Səhifə 24
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.