Forumun ana səhifəsi
"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur!
Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!"
(Qaf, 17-18) 
 MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Allahın nazil etdiyi müstəcəb dualar

 
Yeni mövzu aç   Bu mövzu bağlıdır, cavab göndərə və ya ismarışları redaktə edə bilməzsiniz.     Forumun ana səhifəsi -> Zikr
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Azerislam
FORUMUN İDARƏ HEYƏTİ


Daxil ol: Çər. Apr. 21, 2004 01:46
İsmarışlar: 11
Şəhər/ölkə: Bakı, Azərbaycan

İsmarışGöndərilib: Ş. Sen. 04, 2004 1:29 pm    İsmarış mətni: Allahın nazil etdiyi müstəcəb dualar Sitatla cavab ver

-b-

Allaha layiq alqış həmddir. Biz Allaha həmd edir, Allahdan kömək umur, öz günahlarımızın bağışlanmasını Allahdan diləyir, Allahın qarşısında tövbə edir və öz nəfslərimizin şərindən və ən pis əməllərimizdən Allaha pənah aparırıq.
Allahın doğru yol göstərdiyi adamı heç kəs öz yolundan azdıra bilməz, Allahın yolundan azdırdığı adama heç kəs doğru yol göstərə bilməz. Mən şəhadət verirəm ki, Məhəmməd onun qulu və elçisidr. Ona, ailəsinə əshabələrinə və yaxşı işlərinə görə onlardan sonra gələnlərə Allahın salavatı və salamı olsun!

Sonra isə məlumuz olsun ki, Allahın adlarının və sifətlərinin doğruluğuna inanmaq Allah-təalaya iman gətirməyin ərkanlarından biridir. Allahın adını vasitə edib dua etmək ibadətdir:

“Ən gözəl adlar ( əsmai- hüsna ) Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində küfr edənləri tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar”. (əl - Əraf,180)


1. Allah ( əl-Bəqərə,255);
2. əl-Əhəd (əl-İxlas, 1);
3. əl-Ə’la (əl-Ə’la, 1);
4. əl-Əkram (əl-Ə’ləq, 3);
5. əl-İləh (əl-Bəqərə, 163);
6. əl-Əvvəl (əl-Hədid, 3);
7. əl-Axir (əl-Hədid, 3);
8. əz-Zahir (əl-Hədid, 3);
9. əl-Batin (əl-Hədid, 3);
10. əl-Bəri’ (əl-Həşr, 24);
11. əl-Bərr (ət-Tur, 28);
12. əl-Bəsir (əş-Şura, 11);
13. ət-Təvvab (əl-Bəqərə, 163);
14. əl-Cəbbar (əl-Həşr, 24);
15. əl-Hafiz (Yusif, 64);
16. əl-Həfiz (Hud, 57);
17. əl-Həsib (ən-Nisa, 6);
18. əl-Həfi (Məryəm, 47);
19. əl-Həqq (ən-Nur, 25);
20. əl-Mubin (ən-Nur, 25);
21. əl-Həkim (əl-Bəqərə, 163);
22. əl-Həlim (əl-Maidə, 101);
23. əl-Həmid (əl-Bəqərə, 267);
24. əl-Heyy (əl-Bəqərə, 255);
25. əl-Qayyum (əl-Bəqərə, 255);
26. əl-Xabir (ət-Təhrim, 3);
27. əl-Xaliq (əl-Həşr, 24);
28. əl-Xalləq (əl-Hicr, 86);
29. ər-Rauf (ət-Tövbə, 117);
30. ər- Rahmən (əl-Bəqərə, 163);
31. ər- Rahim (əl-Bəqərə, 163);
32. ər- Rəzzaq (əz-Zariyat, 58)
33. ər- Raqib (ən-Nisa, 1);
34. əs-Sələm (əl-Həşr, 23);
35. əs-Səmi’ (əş-Şura, 23);
36. əş-Şəkir (əl-Bəqərə, 158);
37. əş-Şəkur (əş-Şura, 23);
38. əş-Şəhid (Ali İmran, 98);
39. əs-Saməd (əl-İxlas, 2);
40. əl-Alim (əl-Bəqərə, 32);
41. əl-Aziz (əl-Həşr, 23);
42. əl-Azim (əl-Bəqərə, 255);
43. əl-Əfuvv (əl-Həcc, 60);
44. əl-Alim (əl-Bəqərə, 32);
45. əl-Ali (əl-Bəqərə, 255);
46. əl-Ğaffər (Ta ha, 82);
47. əl-Ğafur (əl-Maidə, 101);
48. əl-Ğani (əl-Bəqərə, 267);
49. əl-Fəttəh (Səba, 26);
50. əl-Qadir (əl-Ən’am, 65);
51. əl-Qahir (əl-Ən’am, 18);
52. əl- Quddus (əl-Həşr, 23);
53. əl-Qadir (əl-Bəqərə, 20);
54. əl-Qarib (əl-Bəqərə, 186);
55. əl-Qavi (əl-Ənfal, 52);
56. əl-Qahhar (Yusif, 39);
57. əl-Kəbir (əl-Həcc, 60);
58. əl-Kərim (əl-İnfitar);
59. əl- Lətif (əl-Ənam, 103);
60. əl- Mumin (əl-Həşr, 23);
61. əl- Mutəali (R’ad, 9);
62. əl- Mutəkəbbir (əl-Həşr, 23);
63. əl- Mətin (əz-Zariyat, 58);
64. əl- Mucib (Hud, 61);
65. əl- Məcid (Hud, 73);
66. əl- Muhit (Fussilət, 54);
67. əl- Musavvir (əl-Həşr, 24);
68. əl- Muqtədir (əl-Qəmər, 55);
69. əl- Muqit (ən-Nisa, 85);
70. əl- Məlik (əl-Fatihə, 4);
71. əl- Məliik (əl-Qamər, 55);
72. əl- Mövlə (əl-Ənfal, 40);
73. əl- Muheymin (əl-Həşr, 23);
74. ən-Nasir (əl-Ənfal, 40);
75. əl-Vahid (əl-Bəqərə, 163);
76. əl-Varis (əl-Hicr, 23);
77. əl-Vasi (əl-Bəqərə, 115);
78. əl-Vədud (əl-Büruc, 14);
79. əl-Vəkil (Ali İmran, 173);
80. əl-Vəli (əl-Bəqərə, 257);
81. əl-Vəhhab (Ali İmran, 8);


Allahın Məhəmməd Peyğəmbərin (s.a.s) hədislərindəki adları

82. əl-Cəmil (Muslim, 147-ci hədis);
83. əl-Cəvvad (Sahihul-cami, 1796-cı hədis);
84. əl-Həkəm (Əbu Davud, 4955-ci hədis);
85. əl-Həyiyyu(Əbu Davud, 1488-ci hədis);
86. ər-Rəbb (ət- tirmizi, 3579-cu hədis);
87. ər-Rafiq (Muslim, 2593-cü hədis);
88. əs-Subbuh (Muslim, 487-ci hədis);
89. əs-Seyyid (Əbu Davud, 4806-cı hədis);
90. əş-Şə’fi (Muslim, 2191-ci hədis);
91. ət-Tayyib (Muslim, 1015-ci hədis);
92. əl-Qabid (Əbu Davud, 3451-ci hədis);
93. əl- Bəsit (Əbu Davud, 3451-ci hədis);
94. əl-Muqəddim (Muslim, 771-ci hədis);
95. əl-Muəxxir (Muslim, 771-ci hədis);
96. əl-Muhsin (səhih hədislər silsiləsi, 469-cu hədis);
97. əl-Mu’ti (əl-Buxari, 3116-cı hədis);
98. əl-Mənnən (Əbu Davud, 1495-ci hədis);
99. əl-Vitr (əl-Buxari, 6410-cu hədis);


Allah-təalanın adları müəyyən bir ədədlə məhdudlaşmır
Bu haqda məşhur bir hədisdə Peyğəmbər (s.ə.v) bu sözləri misal gətirir: ”Sənə Sənin Özünün Özünə verdiyin, və ya xəlq etdiklərindən birinə öyrətdiyin, və ya Öz yanında saxladığın qeyb elmində malik olduğun hər bir adla dua edirəm”.
Bu hədisi Əhməd, İbn Hibban və başqaları rəvayət etmişlər.

Allah-təalanın qeyb elmində malik olduqlarını isə heç kəsin nə məhdudlaşdırılması, nə də əhatə etməsi mümkündür. Peyğəmbərin (s.ə.v) “Allahın doxsan doqquz –yüzdən bir əskik adı var, kim onları sadalasa Cənnətə daxil olar”- kəlamına gəldikdə isə bu heç də Allahın adlarının bu ədədlə məhdudlaşdığına dəlalət etmir. Əgər burada məqsəd onların sayını məhdudlaşdırmaq olsaydı, bu ifadə “Allahın adlarının sayı doxsan doqquzdur, kim onları sadalasa Cənnətə daxil olar” yaxud buna oxşar bir şəkildə olardı.
Deməli, hədisdən belə məna çıxır ki, bu elə bir ədəddir ki, kim Allahın adlarını bu sayda çəksə, Cənnətə daxil olar. Buna əsaslanaraq demək olar ki, Peyğəmbərin (s.ə.v) işlətdityi “...kim Allahın adlarından bu sayda sadalasa, Cənnətə daxil olar ” cümləsi müstəqil cümlə olmayıb, özündən əvvəlki cümləni tamamlayan bir cümlədir. Əslində,bu sözü yalnız “...kim Allahın adlarından bu sayda sadalasa...” mübtəda budaq cümləsinə aid etmək lazımdır. Bu ona bənzəyir ki, deyəsən: ” Məndə sədəqə üçün ayırdığım yüzdirhəm pul var”. Bu o demək deyil ki, səndə sədəqə üçün ayırmadığın başqa pullar ola bilməz.
Bu adların dəqiq sayı haqqında Peyğəmbərdən (s.ə.v) bizə heç bir hədis gəlib çıxmayıbş Bu haqda rəvayət olunmuş hədis gəlib çıxmayıb. Bu haqda rəvayət olunmuş hədis gəlib çıxmayıb. Bu haqda rəvayət olunmuş hədis də zəif hədisdir. Həmin hədisi Tirmizi rəvayət etmişdir.

(Ardı var)
_________________
www.azerislam.com
www.guran.info
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax Yahoo MSN
İsmarışları göstər:   
Yeni mövzu aç   Bu mövzu bağlıdır, cavab göndərə və ya ismarışları redaktə edə bilməzsiniz.     Forumun ana səhifəsi -> Zikr Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


Azerislam.com

Azerbaijan<!--Iravan-end>
Azerislam
Azerislam
Waytoquran