"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!" (Qaf, 17-18)
Daxil ol: Ç.a. May 18, 2004 19:27 İsmarışlar: 98 Şəhər/ölkə: Azərbaycan. Bakı
Göndərilib: B.e. Avq. 30, 2004 12:23 am İsmarış mətni: Müsəlmanın inancı
-b-
Hörmətli müsəlmanlar!
Bu gündən forumumuzun bu bölümündə sizlərə hər bir müsəlmanın inanması vacib olan məsələlər barədə məlumat verməyə çalışacayıq. Və təbii ki, her bir söz Quran və hədislərdən olan dəlillərlə əsaslandırılacaqdır.Allah hər birimizə faydalı elm nəsib etsin! _________________ Allaha tərəf çağıran, saleh iş görən və: "Mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl danışan kim ola bilər?!
(Fussilət-33)
Daxil ol: Ç.a. May 18, 2004 19:27 İsmarışlar: 98 Şəhər/ölkə: Azərbaycan. Bakı
Göndərilib: B.e. Avq. 30, 2004 3:22 pm İsmarış mətni:
-b-
Müsəlman bacı və qardaşlar, vəd etdiyim kimi sizə hər bir müsəlmanın iman gətirməsi vacib olan məsələləri (dəlilləri ilə) təqdim edirəm. Yazılar İbn Useyminin "Aqidətu Əhlis-Sunnə vəl-Camaa" kitabından götürülmüşdür. Ümid edirəm ki, Haqqı axtaran insanlar bu yazılardan lazımınca faydalanacaqlar.
Biz belə inanırıq
Əqidəmiz – Uca Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, Axirət gününə, qədərin xeyir və şərinə inanmaqdır.
Biz – Uca Allahın rübubiyyətinə, yəni Onun yeganə Rəbb və yaradan, kainatdakı hər şeyin sahibi və hər şeyi idarə edən olduğuna inanırıq.
Biz – Uca Allahın uluhiyyətinə, yəni Onun haqq İlah olduğuna və Ondan başqa ibadət edilən hər bir ilahın batil olduğuna inanırıq.
Biz – Uca Allahın isim və sifətlərinə, yəni Onun gözəl isimlərlə Uca və kamil sifətlərə sahib olduğuna inanırıq.
Biz – Uca Allahın bu şeylərdəki vəhdaniyyətinə, yəni rübubiyyət, uluhiyyət, isim və sifətlərində heç bir şərikinin olmadığına inanırıq.
Necə ki, Uca Allah buyurur:
O, göylərin və yerin, onların arasında olan hər şeyin Rəbbidir! Yalnız Ona ibadət et və Onun ibadətinə səbirli ol! Heç (Allahın özündən başqa) Ona bənzərini (Onun adını daşıyan başqa birisini) görmüsənmi? (Müşriklər öz bütlərinə tanrı, ilahi desələr də, heç zaman onlara Allah adını verməzlər). (Məryəm 65)
Biz – Uca Allahın, Özünü bu ayədə vəsf etdiyi kimi olduğuna inanırıq.
Allahdan başqa heç bir tanrı yoxdur. (Zatı və kəmal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! (əl-Bəqərə 255)
Biz – Uca Allahın, Özünü bu ayədə vəsf etdiyi kimi olduğuna inanırıq.
O Özündən başqa heç bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O rəhmlidir, mərhəmətlidir! (Allah dünyada bütün bəndələrinə rəhm edən Rəhman, axirətdə isə yalnız möminləri bağışlayan Rəhimdir!) O, Özündən başqa heç bir tanrı (məbud) olmayan, (bütün məxluqatın) sahibi, müqəddəs və pak olan, (bəndələrinə) salamatlıq, əmin-amanlıq bəxş edən, (hər şeyə) göz-qulaq olan, yenilməz qüdrət və qüvvət sahibi,(hər işdə) qalib olub hökmü keçən (hamını istədiyi hər hansı bir şeyə) məcbur etməyə qadir olan, (hər şeydən) böyük (hər şeyin fövqündə) olan Allahdır! Allah (müşriklərin) Ona qoşduqlarından (şəriklərdən) ucadır. O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şə’ninə tə’riflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (əl-Həşr 22-24)
Biz – Göylərdə və yerdə nə varsa hamısının Uca Allahın hökmranlığı altında olduğuna inanırıq.
Necə ki, Uca Allah bu barədə buyurur:
Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir. Yaxud hər ikisindən - həm oğlan, həm də qız verir, istədiyini də sonsuz (övladsız) edir. O (hər şeyi) biləndir, (hər şeyə) qadirdir! (əş-Şura 49, 50)
Biz – Uca Allahın Özünü bu ayədə vəsf etdiyi kimi olduğuna inanırıq.
Ona bənzər heç bir şey yoxdur. O, (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir! Göylərin və yerin açarları (ixtiyarı) Onun əlindədir. O, istədiyinin ruzisini bol, (istədiyininkini də) qıt edər. O, hər şeyi biləndir! (əş-Şura 11,12)
Biz – Uca Allahın Özünü bu ayədə vəsf etdiyi kimi olduğuna inanırıq.
Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın! (əl-Ənam 59)
Biz – Uca Allahın Özünü bu ayədə vəsf etdiyi kimi olduğuna inanırıq.
Həqiqətən, o saatı (qiyamətin qopacağı vaxtı) ancaq Allah bilir. Yağışı (istədiyi vaxt) göydən O yağdırır, bətnlərdə olanı (doğulacaq uşağın oğlan, yaxud qız, xəstə və ya sağlam, xoşbəxt və ya bədbəxt, yaxşı və ya pis əməl sahibi olacağını) O bilir. Heç kəs səhər nə kəsb edəcəyini (savab, yaxud günah qazanacağını), heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır! (Loğman 34) _________________ Allaha tərəf çağıran, saleh iş görən və: "Mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl danışan kim ola bilər?!
(Fussilət-33)
Daxil ol: Ç.a. May 18, 2004 19:27 İsmarışlar: 98 Şəhər/ölkə: Azərbaycan. Bakı
Göndərilib: B. Sen. 05, 2004 2:02 pm İsmarış mətni:
-b-
Biz – Uca Allahın istədiyi ilə, istədiyi zaman və istədiyi kimi danışdığına inanırıq.
Necə ki, Uca Allah bu barədə buyurur:
Və Allah Musa ilə sözlə (arada heç bir başqa vasitə olmadan) danışdı. (ən-Nisa 164)
Musaya vəd etdiyimiz vaxt gəlib çatanda Rəbbi onunla (arada heç bir vasitə olmadan) danışdı. (əl-Əraf 143)
Biz Musanı Tur dağının sağ tərəfindən çağırdıq və (Allahla danışmaq üçün yalvarıb) gizli dua edərkən Özümüzə yaxınlaşdırdıq. (Məryəm 52)
Biz – Uca Allahın Özünü bu ayələrdə vəsf etdiyi kimi olduğuna inanırıq.
De ki: «Əgər Rəbbimin sözlərini yazmaq üçün dəryalar mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik, Rəbbimin sözləri tükənməzdən əvvəl onlar tükənərdi!» (əl-Kəhf 109)
Əgər yerdəki bütün ağaclar qələm, dərya isə mürəkkəb olsaydı və yeddi dərya belə ona qoşulsaydı, yenə də Rəbbimin sözləri (yazılıb) tükənməzdi. (Loğman 27)
Biz – Uca Allahın sözlərinin, xəbər verdiyi mövzulardakı doğruluq, hökmlərdəki ədalət və sözdəki gözəllik baxımından sözlərin ən mükəmməli olduğuna inanırıq.
Necə ki, Uca Allah bu barədə buyurur:
Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamam oldu. (əl-Ənam 115)
Allahdan daha doğru danışan kim ola bilər? (ən-Nisa 87)
Biz – Qurani Kərimin Uca Allahın kəlamı olduğuna, onunla doğrudan da danışdığına və onu Cəbrailə öyrətdiyinə, Cəbrailin də onu Muhəmmədin(s.a.s) qəlbinə endirdiyinə (vəhy etdiyinə) inanırıq.
Necə ki, Uca Allah bu barədə buyurur:
(Ya Muhəmməd!) De ki: «Ruhülqüds (Cəbrail) onu (Quranı) sənin Rəbbindən iman gətirənlərə səbat vermək üçün bir haqq, müsəlmanlar üçün isə bir hidayət və müjdə olaraq nazil etmişdir!» (ən-Nəhl 102)
Şübhəsiz ki, bu (Quran) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir! Onu Cəbrail endirdi: (Günahkarları Allahın əzabı ilə) qorxudan peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi); Özü də açıq-aydın ərəb dilində. (əş-Şuəra 192-195) _________________ Allaha tərəf çağıran, saleh iş görən və: "Mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl danışan kim ola bilər?!
(Fussilət-33)
Daxil ol: Ç.a. May 18, 2004 19:27 İsmarışlar: 98 Şəhər/ölkə: Azərbaycan. Bakı
Göndərilib: C. Sen. 17, 2004 10:32 pm İsmarış mətni:
-b-
Biz – Uca Allahın zatı və sifətləri ilə yaratdıqlarının üzərində olduğuna inanırıq.
Necə ki, Uca Allah bu barədə buyurur:
Ən uca və ən böyük varlıq da Odur! (əl-Bəqərə 255)
O öz qulları üzərində hakimi-mütləqdir. O, hikmət və bilik sahibidir! (əl-Ənam 18)
Biz – Uca Allahın Özünü bu ayədə vəsf etdiyi kimi olduğuna inanırıq.
Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşə istiva edən, hər işi yoluna qoyan (sahmana salan) Allahdır. (Yunus 3)
Qeyd: Uca Allahın ərşə istiva etməsi; Onun Cəlalətinə və Əzəmətinə yaraşan bir şəkildə, zatına xas olaraq ərşin üzərində qərar tutması və yüksəlməsidir ki, bunun da necəliyini Allahdan başqa heç kim bilə bilməz.
Biz – Uca Allahın ərşin üzərində olmasına baxmayaraq elmi ilə bəndələriylə bərabər olduğuna, onların hallarını bildiyinə, danışmalarını eşitdiyinə, etdiklərini gördüyünə, işlərini yerli-yerində idarə etdiyinə, yoxsula ruzi verdiyinə, çətin vəziyyətdə olanın ehtiyacını ödədiyinə, istədiyinə var-dövlət verdiyinə, istədiyindən də onu aldığına, istədiyini izzətli, istədiyini də zəlil etdiyinə, hər cür xeyirin Onun əlində olduğuna və Onun hər şeyə qadir olduğuna inanırıq.
Ona bənzər heç bir şey yoxdur. O (hər şeyi) Eşidəndir, (hər şeyi) Görəndir! (əş-Şura 11)
Cəhmiyyənin bir qolu olan Hululiyyə və başqalarının “Allah yer üzündə bəndələri ilə birgədir” dedikləri kimi, Uca Allahın yer üzündə bəndələri ilə birgə olduğunu demirik. Allahı Ona yaraşmayan nöqsan sifətlərlə vəsf etdiyinə görə, belə deyənin kafir və ya zəlalətdə olduğuna etiqad edirik.
Biz – Rəsulullahın səllallahu əleyhi vəssəlləm Uca Allahdan xəbər verərək buyurduğu kimi inanırıq ki, Rəbbimiz hər gecə, gecənin son üçdə birində dünya səmasına enir və deyir: «Kim Mənə dua edir, duasını qəbul edim. Kim Məndən istəyir, istədiyini verim. Kim Məndən bağışlanma diləyir, onu bağışlayım» (Buxari 1145, Muslim 758, Əbu Davud 1315, Tirmizi 446) _________________ Allaha tərəf çağıran, saleh iş görən və: "Mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl danışan kim ola bilər?!
(Fussilət-33)
-b-
Biz – Uca Allahın Qiyamət günü bəndələri arasında hökm vermək üçün gələcəyinə inanırıq.
Necə ki, Uca Allah bu barədə buyurmuşdur:
Xeyr! Elə ki, yer lərzəyə gəlib parça-parça olacaq (üzərindəkilərlə birgə dağılıb dümdüz olacaq), sənin Rəbbin və səf-səf düzülmüş mələklər gələcək və o gün Cəhənnəm gətiriləcək. O gün insan (günahlarını) xatırlayacaqdır. Lakin (belə) xatırlama onun nəyinə gərəkdir? (əl-Fəcr 21-23)
Biz – Uca Allahın Özünü bu ayədə vəsf etdiyi kimi olduğuna inanırıq.
(Allah) istədiyini edəndir. (əl-Buruc 16)
Biz – Uca Allahın iki növ iradəsi olduğuna inanırıq.
Kovni iradə: bir şeyin mütləq olmasını istəməsi deməkdir. Lakin bu şeyin Uca Allahın xoşuna getdiyi və ya o şeydən razı olduğu demək deyildir. Bu, “məşiət” (yəni diləmək) mənasındadır.
Necə ki, Uca Allah bu barədə buyurmuşdur:
Əgər Allah istəsəydi, bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah istədiyini edir. (əl-Bəqərə 253)
Əgər Allah sizi (haqq yoldan) azdırmaq (və ya məhv etmək) diləyirsə, mən sizə nəsihət vermək istəsəm də, heç bir faydası olmaz. O, sizin Rəbbinizdir və siz Onun hüzuruna qaytarılacaqsınız!(Hud 34)
Şəri iradə: bir şeyin olmasını istəməsi deməkdir. Lakin bu, həmən şeyin olmasını vacib etmir, sadəcə istənilən şey Allahın xoşuna gedən və Onun razı qaldığı şeydir.
Necə ki, Uca Allah bu barədə buyurur:
Allah sizin tövbələrinizi qəbul etmək istəyir.(ən-Nisa 27)
Biz – Uca Allahın kovni və şəri iradəsinin Onun hikmətinə bağlı olduğuna inanırıq. Buna görə də kovni iradəsi ilə olmasını istəyib yaratdığı hər şeyi və ya şəri iradəsi nəticəsində qullarına əmr etdiyi ubudiyyəti (ibadətləri) bir hikmətə əsasən etmişdir. Hikmətini bilsək də, bilməsək də, ağlımız onu dərk etməsə də bunun belə olduğuna inanırıq.
Necə ki, Uca Allah bu barədə buyurmuşdur:
Məgər Allah hakimlərin ən müdriki deyilmi?(ət-Tin 8)
Yəqinliklə inanan bir camaat üçün Allahdan daha yaxşı hökmü olan kimdir?!(əl-Maidə 50)
Biz – Uca Allahın Öz dostlarını sevdiyinə, dostlarının da Uca Allahı sevdiklərinə inanırıq.
Necə ki, Uca Allah bu barədə buyurmuşdur:
De: «Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın.»(Ali-İmran 31)
Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönərsə, Allah (onun əvəzinə) Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər.(əl-Maidə 54)
Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir.(əl-Bəqərə 195) _________________ Allaha tərəf çağıran, saleh iş görən və: "Mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl danışan kim ola bilər?!
(Fussilət-33)
-b-
Biz – Uca Allahın fərz buyurduğu söz və əməllərin yerinə yetirilməsindən razı qaldığına, qadağan etdiyi söz və əməllərin edilməsinə isə qəzəbləndiyinə inanırıq.
Necə ki, Uca Allah bu barədə buyurmuşdur:
Əgər küfr etsəniz (Allahın nemətlərini dansanız, bunun zərəri Allaha yox, ancaq sizin özünüzə olar). Çünki Allah sizə (sizin ibadətinizə) əsla möhtac deyildir. Amma bəndələrinin küfr etməsi Ona xoş getməz. Əgər (Allahın nemətlərinə) şükür etsəniz, sizin bu şükrünüz Ona xoş gələr. (əz-Zumər 7)
Biz – Uca Allahın iman gətirib saleh əməllər edənlərdən razı olduğuna inanırıq.
Necə ki, Uca Allah bu barədə buyurmuşdur:
Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu (mükafat), öz Rəbbindən qorxan kimsə üçündür! (əl-Bəyyinə 8)
Biz – Uca Allahın, qəzəbinə layiq olan kafirlərə hiddətləndiyinə inanırıq.
Necə ki, Uca Allah bu barədə buyurmuşdur:
(Cihad əmri həm də ona görədir ki) Allah (Muhəmmədin Rəbbi nə Muhəmmədin özünə, nə də möminlərə kömək edəcəkdir - deyə) Onun barəsində bədgüman (bədniyyət) olan münafiq kişi və qadınları, müşrik kişi və qadınları əzaba düçar etsin. Onların bədniyyətliyi öz başlarında çatlasın! Allahın onlara qəzəbi tutmuş və (Allah) onlara lənət etmişdir. (əl-Fəth 6)
Lakin qəlbən küfrə razı olanlara (qəlbində könüllü surətdə küfrə yer verənlərə) Allahın qəzəbi tutar və onlar şiddətli bir əzaba düçar olarlar! (ən-Nəhl 106)
Biz – Uca Allahın Əzəmətli və Kəramətli sifətləriylə vəsf edilmiş bir üzə sahib olduğuna inanırıq.
Necə ki, Uca Allah bu barədə buyurmuşdur:
Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir.(ər-Rəhman 27)
Biz – Uca Allahın Kərim və Əzim olan iki ələ sahib olduğuna inanırıq.
Necə ki, Uca Allah bu barədə buyurmuşdur:
Əksinə, Onun hər iki Əli açıqdır və O (Öz lütfündən) istədiyi kimi sərf edir. (əl-Maidə 64)
(Müşriklər) Allahı lazımınca qiymətləndirmədilər (uca tutmadılar). Halbuki qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. (Allah müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır! (əz-Zumər 67)
Biz – Uca Allahın iki dənə həqiqi gözə malik olduğuna inanırıq.
Necə ki, Uca Allah bu barədə buyurmuşdur:
Gözlərimizin önündə və vəhyimiz üzrə (sənə öyrədəcəyimiz kimi) gəmini düzəlt. (Hud 37)
Peyğəmbər (s.a.s) isə bu barədə demişdir: «Onun (Allahın) pərdəsi nurdur. Əgər pərdəni qaldırarsa üzünün nuru gözlərinin gördüyü bütün məxluqatı yandırıb məhv edər.» (Muslim 179, İbn Macə 195)
Əhli sünnə alimləri Uca Allahın iki gözünün olmasında ittifaq etmişdirlər. Bunu Peyğəmbərin (s.a.s) Dəccal haqqındakı hədisi də təsdiq edir. Peyğəmbər (s.a.s) demişdir: «(Dəccalın) bir gözü kordur. Sizin Rəbbinizin isə gözü kor deyildir.» (Buxari 7131, Muslim 2933, Tirmizi 2245, Əbu Davud 4316)
Biz – Uca Allahın Özünü bu ayədə vəsf etdiyi kimi olduğuna inanırıq.
Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir. O, Lətifdir (bəndələrinə qarşı mülayimdir, yaxud hər şeyi dərk edəndir), (hər şeydən) Xəbərdardır. (əl-Ənam 103) _________________ Allaha tərəf çağıran, saleh iş görən və: "Mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl danışan kim ola bilər?!
(Fussilət-33)
Daxil ol: Ç.a. May 18, 2004 19:27 İsmarışlar: 98 Şəhər/ölkə: Azərbaycan. Bakı
Göndərilib: B. Okt. 31, 2004 9:29 am İsmarış mətni:
-b-
Biz – Qiyamət günü möminlərin Allahı görəcəklərinə inanırıq.
Necə ki, Uca Allah bu barədə buyurur:
O gün (neçə-neçə) üzlər parlayacaq, öz Rəbbinə baxacaqdır. (əl-Qiyamə 22,23)
Biz – Ən kamil sifətlərə malik olduğuna görə Uca Allahın heç bir bənzərinin olmadığına inanırıq.
Necə ki, Uca Allah bu barədə buyurur:
Ona bənzər heç bir şey yoxdur. O (hər şeyi) Eşidəndir, (hər şeyi) Görəndir! (əş-Şura 11)
Biz – Uca Allahın yuxu və mürgüdən uzaq olduğuna, Həyy və Qəyyum sifətlərinin kamilinə sahib olduğuna inanırıq.
Necə ki, Uca Allah bu barədə buyurur:
Onu nə mürgü tutar, nə də yuxu. (əl-Bəqərə 255)
Biz – Uca Allahın ədalətinin kamil olduğuna, Onun heç bir kəsə haqsızlıq etməyəcəyinə inanırıq.
Biz – Uca Allahın bəndələrinin etdiklərindən qafil olmadığına, onlara daima nəzarət etdiyinə inanırıq.
Biz – Uca Allahın elm və qüdrətinin kamil olduğuna, göylərdə və yerdə heç bir şeyin ondan üstün olmadığına inanırıq.
Necə ki, Uca Allah bu barədə buyurur:
Bir şeyi (yaratmaq) istədiyi zaman Allahın buyuruğu ona ancaq: «Ol!» - deməkdir.O da dərhal olar. (Yasin 82)
Biz – Uca Allahın Güc və Qüvvətinin kamil olduğuna, Ona heç bir yorğunluğun üz vermədiyinə inanırıq.
Necə ki, Uca Allah bu barədə buyurur:
And olsun ki, Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və (bundan) Bizə heç bir yorğunluq da üz vermədi. (Qaf 38) _________________ Allaha tərəf çağıran, saleh iş görən və: "Mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl danışan kim ola bilər?!
(Fussilət-33)
Biz – Uca Allahın Özü haqqında və ya Rəsulunun səllallahu əleyhi vəssəlləm Allah haqqında insanlara öyrətmiş olduğu gözəl isimlərin və uca sifətlərin hamısının sabit olduğuna inanırıq. Ancaq bu məsələdə iki şeydən çəkinirik.
Birincisi; qəlb və ya dil ilə Uca Allahın sifətləri, insanların sifətləri kimidir demək.
İkincisi; qəlb və ya dil ilə Uca Allahın sifətləri barədə “filan cürdür” demək.
Uca Allahın Özü barədə və ya elçisi Muhəmmədin səllallahu əleyhi vəssəlləm Onun barəsində inkar etdiyi şeyləri biz də inkar edirik. Allah və Rəsulunun səllallahu əleyhi vəssəlləm susduğu mövzularda biz də susuruq.
Biz – Bu yolda olmağı, əməl olunması vacib olan bir fərz kimi görürük. Çünki Uca Allahın Özü barəsində isbat etdiyi və ya inkar etdiyi şeyləri Onun Özü xəbər vermişdir. Allahı Onun Özündən daha yaxşı tanıyan və Ondan daha gözəl və doğru danışan bir kəs isə mövcud deyildir. Həmçinin Peyğəmbərin səllallahu əleyhi vəssəlləm Allah haqqında isbat etdiyi və ya inkar etdiyi şeyləri isə onun özü söyləmişdir. Peyğəmbər səllallahu əleyhi vəssəlləm isə bəndələri arasında Allahı ən yaxşı tanıyan, ən gözəl öyüd verən və ən gözəl sözlər danışan bir insandır. Allah və Rəsulunun səllallahu əleyhi vəssəlləm sözlərində elm, doğruluq və bəyan etmə tərəfindən mükəmməllik vardır. O sözləri qəbul etməyib, rədd etmək və ya onların qəbul olunmasında tərəddüd etməkdə heç bir üzürə yer yoxdur. _________________ Allaha tərəf çağıran, saleh iş görən və: "Mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl danışan kim ola bilər?!
(Fussilət-33)
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.