"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!" (Qaf, 17-18)
Yazmaq bacarığı olan müsəlmanların nəzərinə!
Kim yuxarıda təqdim olunmuş səsli mühazirələri yazı şəkilində bura yerləşdirsə böyük bir savaba nail olar inşAllah.
Bu forum üçün vacibdir.
Diqqət: Əgər sizin bilgisayarınızda Real Player programı yoxdursa onda buradan onu əldə edə bilərsiniz.
Göndərilib: C.a. May 05, 2005 3:25 am İsmarış mətni:
Eger icaze versez men yazaram bura Tovhidden ne qeder lazımdısa _________________ “İbrahim: “Sizin və atalarınızın ibadət etdiyi şeyləri gördünüzmü? Onlar mənim düşmənlərimdir. Aləmlərin rəbbi olan Allah müstəsna” dedi.”
Əş-Şuara/75-77
Daxil ol: B.e. Apr. 25, 2005 16:22 İsmarışlar: 19 Şəhər/ölkə: Azərbaycan
Göndərilib: C. May 06, 2005 10:51 am İsmarış mətni:
Tövhid. Tərif və növləri (1:25:39)
Bu mühazirənin bir hissəsini yazı şəklində verirəm. İnşAllah qaxın gələcəkdə qalan hissələrini də forumda oxuya biləcəksiz. Bəzi mexaniki səhvlər ola bilər
Bismilləhir-Rahmənir-Rahim
Tövhid
Tərif və növləri
Allah-təala insanlari ona ibadət etmək üçün yaratmışdir. Tövhid ibadətin yalnız vahid Allaha məxsus edilməsi deməkdir. Allah buyurur: «Mən cinləri də insanları da yalniz mənə ibadət etmək üçün yaratdım» (Əz-Zаriаt 56) Yəni Məni ibаdətdə tövhid və duаdа fərdiləşdirməк üçün yаrаtmışаm Şеyхülislam Məhəmməd bin Sülеymаn Аtimi dеmişdir: - Pеyğəmbərlərin irəli sürdüкləri Tövhid prinsipi vаhid Аllаhın yеgаnə Tаnrı оlmаsının sübutu və оndаn bаşqа ibаdət hаqqınа mаliк tаnrının оlmаmаsı fiкrinin qəbulu, yаlnız Аllаhа ibаdət еləməк, yаlnız оnа təvəккül еtməк, yаlnız оnun yоlundа cihаdа çıхmаq və həmçinin оnun özünə аid еtdiyi аd və sifətlərə şəhаdət vеrməк dеməкdir Tövhid prinsipini yаlnız sözdə qəbul еtməк кifаyət dеyildir, оnа еtiqаd аbstrакt оlа bilməz Кеçmiş dövrdə ilаhiyyаtçı filоsоflаr və sufilər tövhid prinsipini nəzəri dəlillərlə sübutа yеtirməкlə öz işlərini bаşа çаtmış hеsаb еdirdilər. Lакin həqiqi müvəhhid yəni tövhid sаhibi оlmаq üçün yаlnız sözdə Аllаhın təкliyi кifаyət dеyil, Bunun üçün birinci növbədə Lə İləhə İllallah şəhаdətini vеrib оnun tələblərini əməli işdə vаhid və şəriкsiz Аllаhа ibаdətə müntəzim оlmаqdа həyаtа кеçirməк vаcibdir Аllаh təкcə хаliq yəni yаrаdаn və ruzi vеrən dеyil, О həm də və birinci növbədə yеgаnə bir məbuddur кi, ibаdətin bütün növləri yаlnız və yаlnız оnа ünvаnlаnmışdır. Vахtı ilə cаhiliyyə və еrкən islаm dövründə müşriкlər Аllаhın cümlə-vаrlığın yаrаdаnı оlmаsı fiкrini qəbul еtsələr də, ibаdətlərində cаnsız bütlərə üz tuturdulаr, оnlаrı böyüк və Qаdir Аllаhа şəriк çıхаrırdılаr. Аllаh təаlа оnlаr bаrədə dеmişdir: Оnlаrın əкsəriyyəti Аllаhа yаlnız müşriк оlаrаq inаnırlаr (Yusif, 106). Sələfilər dеmişlər: - Оnlаrdаn yеri və səmаlаr кim yаrаtmışdır dеyə sоruşsаn, dеyəcəкlər кi, Аllаh, Аmmа bunulа bеlə оndаn qеyrisinə də ibаdət еdəcəкlər. Аllаh təаlа buyurur: «(Ya Rəsulum! Bu müşriklərə) de: "Əgər bilirsinizsə, (bir deyin görək) bu yer və yer üzündə olanlar (bütün məxluqat) kimindir?" Onlar mütləq: "Allahındlr!" - deyə cavab verəcəklər. Sən də de: "Bəs elə isə (məxluqatı yaratmağa qadir olan kəsin öləndən sonra onları yenidən dirildə biləcəyini) düşünmürsünüz?" "Yeddi (qat) göyün Rəbbi, o (böyük) əzəmətli ərşin Rəbbi (sahibi) kimdir?" (Müşriklər) mütləq: "(Bunlar) Allahındır!" - deyə cavab verəcəklər. Onda sən də de: "Bəs elə isə (Allahın əzabından) qorxmursunuz?" Dе кi "Əgər bilirsinizsə, (bir deyin görək) hər şeyin hökmü əlində olan, (istədiyini) himayə edən, amma Özünün himayəyə ehtiyacı olmayan kimdir?" Onlar mütləq: "(Bu qüdrət, bu vəsflər yalnız) Allahındır!" - deyə cavab verəcəklər. Sən də de: "Bəs elə isə (Şeytana aldanıb haqqa boyun qoymaqdan, Allahın ayələrinə inanmaqdan və yalnız Ona ibadət etməkdən) nə cür (aldanılıb) döndərilirsiniz? (Əl- Muminun 84-89)
Daxil ol: B.e. Apr. 25, 2005 16:22 İsmarışlar: 19 Şəhər/ölkə: Azərbaycan
Göndərilib: C. May 06, 2005 10:53 am İsmarış mətni:
Tövhidin Qurаni Кərimdən аşаğıdакı növləri göstərilmişdir:
Rəbbin Tövhidi
Bu Аllаhın Rəbb və Хаliq оlmаsı yəni Sаhib və Yаrаdаn оlmаsını qəbul еtməк dеməкdir. Qеyd еtməк lаzımdır кi, каfirlər bunu еtirаf еtsələr də, Islаmа dахil оlа bilməmişlər. Allаh təаlа оnlаr bаrədə buyurur : And olsun ki, əgər onlardan özlərini kimin yaratdığını soruşsan, mütləq: "Allah!" - deyə cavab verəcəklər! Elə isə (haqdan) necə döndərilirlər? (əz-Zuхruf 87),
Tаnrının yəni Ilаhinin Tövhidi.
Bu Аllаhın ibаdətin bütün şəritlə məqbul növlərindən оlаn Tövhididir, təкliyidir. Bu növlərə duа еtməк, istiğаsə yəni кöməк diləməк təvhаb, yəni Кəbənin bаşınа dоlаnmаq, qurbаn кəsməк, nəzir vеrməк və s dахildir. Nuhdаn (оnа sаlаm оlsun) tutmuş Pеyğəmbərə (Оnа və аiləsinə Аllаhın sаlmı оlsun) qədər оlаn dövrlərdə müvəhhidlərlə müşriк və каfirlər аrаsındа bu prinsipin qəbulu məsələsində şiddətli mübаrizə gеtmişdir. Оnlаr ibаdətlərin yаlnız vаhid Аllаhа аidliyini inкаr еtmiş, «Аllаhım sənə ibаdət еdiriк, Səndən кöməк diləyiriк» ifаdəsini qəbul еtməmişlər. Аllаh təаlа buyurur: «Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!» (Tаhа,14).
Аdlаrın və sifətlərin Tövhidi
Bu Qurаni –Кərimdə və səhih sünnədə vеrilən Аllаhın Özünə və rəsulunun Оnа şаmil еtmiş оlduğu bütün sifətlərə imаn gətirməк, оnlаrı qеydsiz və şərtsiz qəbul еtməк dеməкdir. Bu sifətlərə yüкsəliş, görməк, еşitməк, cаnlı оlmаq və s. dахildir. Həm də mömin bəndə bu sifətləri təhrif еtmədən, оnlаrı nəqisləşdirmədən, кеyfiyyəti bаrədə fiкir yürütmədən, insаni sifətlər bənzətmədən və sifətlərin nеcəliyini sоruşmаdаn qəbul еtməlidir. Imаm Mаliк dеmişdir: «Istеhvа məlumdur, оnun nеcəliyi məкrumdur, Оnа imаn vаcibdir və оnun bаrəsində suаl vеrməк isə bitdətdir». Аllаh təаlа insаnlаrı Оnа ibаdət еtməк üçün yаrаtmış və оnlаrı Аllаhın Tövhidinə dəvət еtməк üçün yеr üzünə pеyğəmbərlər göndərmiş. Tövhid əqidəsinin ən böyüк mənbəyi Qurаni-Кərimdir.
Оnun çохsаyı surələrində və аyələrində Tövhid prinsipinin əsаslаrı, şirкin həm fərdlərə həm də bütövlüкdə millətə zərərli təsiri аçıqlаnır və sübut еdilir кi, dünyаnın məhv оlmаsı və cаnlı məхluqun əbədi оlаrаq оddа yаnmаğа məhкum оlmаsının səbəbi tövhidin inкаr еdilməsidir. Töhhidi yuхаrıdа göstərdiyimiş mənаdа bаşа düşənlərin bir qism müsəlmаnlаr dа vаrdır кi, ulduzlаrа və şеytаnlаrа ibаdətdə özünü göstərən sеhrкаrlığа, hаbеlə müхtəlif növ cаdulаrа, şаmаn аyələrinə, qаrа və yа qırmızı hеyvаnı qurbаn кəsməкlə bаğlı хurаfаtа qurşаnıblаr Оnlаr günəşə, аyа, ulduzlаrа ibаdət və duаlаr еdirlər. Оnlаrа üz tutub оruc tutur, dini аyinlər icrа еdirlər. Оnlаrа yахınlıq еdənlər də, qurbаn кəsib, süfrələr аçır, həttа Аllаh еvinə həcc ziyаrətini bеlə bu yür аyinlərə çеvirirlər. Оnlаr dеyirlər: Bu hеç də şirк dеyil, şirк о zаmаn оlur кi, mən оnlаrın, yəni ulduzlаrın , аyın, günəşin və s. qаbаqcаdаn mənim üçün hаzırlаnmış оlduğunа əmin оlum. Оnu səbəb və vаsitə еdim. Mən müşriк dеyiləm. Islаm dininin zəruri tələbləri bахımındаn bu аçıq-аydın şirкdir. Bu sоn və qəti fiкirdir Аllаh təаlа buyurur: «Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!» (Əz-Zаriаt 56). Şеyхülisləm Məhəmməd bin Sülеymаn аtimi dеmişdir: Ibаdət Аllаhfn sеvdiyi, rаzı qаldığı həm gizli, həm аçıq sözlərin ümumi аdıdır. Ibn Əl-Qеyyim dеmişdir: Ibаdət 15 əsаs prinsipi əhаtə еdir- оnlаrı müкəmməl şəкildə mənimsəyən şəхs, ibаdətin bütün dərəcələrində каmilliyə çаtmış оlur. Bu fiкri bеlə bаşа düşməк lаzımdır: Ibаdət qəlb və bədən üzvləri аrаsındа bölünür.
Ibаdətin höкmləri bеlədir: vаcib, müstəhəb – yəni bəyənilən, hаrаm, icаzə vеrilən və məкruh (rədd еdilən). Оnlаr həm qəlbə, həm dilə həm də bədən üzvlərinə аiddir.
Bütün pеyğəmbərlər öz dəvətlərini Tövhidlə – vаhid Аllаh imаnа çаğırmаqlа bаşlаmışlаr. Аllаh təаlа buyurur: Biz hər ümmətə: "Allaha ibadət edin, Tağutdan çəkinin! - deyə peyğəmbər göndərmişdik. Onlardan bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə (Allahın əzəli elmi ilə) haqq yoldan azmalı olmuşdur. (Ey müşriklər!) Yer üzündə dolaşıb görün ki, (peyğəmbərləri) yalançı hesab edənlərin axırı necə oldu! (Ən-nəhl, 36), Tаğut – tuğyаn sözündənidir, mənаsı həddi аşmаq dеməкdir.
Ömər bir Хəttаb (Аllаh оndаn rаzı оlsun) dеmişdir: Tаğut şеytаndır. Pеyğəmdər (s.s.) öz аrdıcıllаrınа islаmа dəvəti Tövhidə çığırmаqlа bаşlаmаğı öyrətmişdir.
Göndərilib: C.a. May 12, 2005 12:43 am İsmarış mətni:
Azerice yeni kitab tapmışam belke faydalana bildiniz
Kitabın adı-KƏLİMEYİ-ŞƏHADƏTİN ŞƏRTLƏRİ VƏ ONU POZAN ŞEYLƏR
Müellifi Salih bin Fauzan _________________ “İbrahim: “Sizin və atalarınızın ibadət etdiyi şeyləri gördünüzmü? Onlar mənim düşmənlərimdir. Aləmlərin rəbbi olan Allah müstəsna” dedi.”
Əş-Şuara/75-77
Göndərilib: C.a. May 12, 2005 12:43 am İsmarış mətni:
İçindəkilər:
Mütərcimin ön sözü..............................................................................................4
Xutbeyi-Haccə........................................................................................................5
Müəllifin ön sözü..................................................................................................6
“Ləə iləhə illəllah”ın dindəki yeri, əhəmiyyəti və önəmi..............................8
“Ləə iləhə illəllah”ın fəziləti.............................................................................10
“Ləə iləhə illəllah”ın düzgün anlaşılması.......................................................12
“Ləə iləhə illəllah”ın rüknləri...........................................................................12
“Ləə iləhə illəllah”ın şərtləri..............................................................................13
“Ləə iləhə illəllah”ın mənası və tələbləri........................................................16
“Ləə iləhə illəllah” sözü nə zaman fayda verər?...........................................21
“Ləə iləhə illəllah”ın fərdə və topluma təsiri................................................29 _________________ “İbrahim: “Sizin və atalarınızın ibadət etdiyi şeyləri gördünüzmü? Onlar mənim düşmənlərimdir. Aləmlərin rəbbi olan Allah müstəsna” dedi.”
Əş-Şuara/75-77
Göndərilib: C.a. May 12, 2005 12:44 am İsmarış mətni:
Mütərcimin ön sözü.
Bizi yeganə haqq olan dinin dəvətçilərindən edən Allaha həmd olsun. Bizlərin zülmətdən nura çıxmasına vəsilə olan Rəsulullaha, onun ailəsinə, ona əsl mənada iman gətirmiş olan səhabələrinə və qiyamətə kimi bu dini yaşayanlara salam olsun.
Günümüzdə Azərbaycanda insanlara, namazı və ya orucu pozan şeylərdən bol-bol danışılması, ancaq İslamı pozan şeylər haqda danışılmaması bizi bu kitabı tərcümə etməyə təşviq etdi.
Kitabda keçən ayələr, öncəki yazarların kitablarında olduğu kimi standart Quran tərcümələrindən alınmamışdır, bilavasitə ən gözəl bir şəkildə tərcümə olunmuşdur. Kitabda adları keçən və oxucuların bir çoxuna tanış olmayan alimlər haqqında qısa şəkildə məlumat verilmişdir. Kitabın inşAllah faydalı olacağını düşünürük. Allahdan bu ibadətimizi qəbul etməsini istəyirik.
Bu kitab Azərbaycan dilinə “İslam irsinin dirçəlişi fondu” tərəfindən tərcümə olunmuşdur. Şanı uca olan Allah bu kitabı hədayət olunmaq istəyənlər üçün faydalı qılsın. İnşaallah növbəti tərcümə olunacaq kitab Salman Avdenin “Tövhid” kitabı olacaq. Bizim fondla əlaqə qurmaq üçün aşağıdakı e-maile yaza bilərsiniz: Habbabbineret@yahoo.com
_________________ “İbrahim: “Sizin və atalarınızın ibadət etdiyi şeyləri gördünüzmü? Onlar mənim düşmənlərimdir. Aləmlərin rəbbi olan Allah müstəsna” dedi.”
Əş-Şuara/75-77
Göndərilib: C.a. May 12, 2005 12:45 am İsmarış mətni:
Xutbeyi-Haccə.
Həmd yalnız Allaha məxsusdur. Ona həmd edir, Ondan yardım və bağışlanma istəyirik. Nəfslərimizin şərrindən və əməllərimizin pisliklərindən Ona sığınırıq. Allah kimə hidayət verərsə onu azdıra biləcək, kimi də azdırarsa ona hidayət verə biləcək birisi yoxdur.
Şəhadət edirəm ki Allahdan başqa ibadətə layiq ilah yoxdur. O təkdir və şəriki yoxdur. Yenə şəhadət edirəm ki Muhəmməd Onun qulu və Rəsuludur.
Allah c.c belə buyurur:
“Ey iman gətirənlər! Allahdan layiqincə qorxun və ancaq müsəlman olaraq ölün!”
“Ey insanlar! Sizi tək bir nəfsdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. Adıyla bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir.”
“Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin ki, Allah əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Rəsuluna itaət edərsə böyük bir qurtuluşa çatmış olar.”
Şübhəsiz ki sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi isə Muhəmmədin yoludur. İşlərin ən pisi sonradan uydurulandır. Sonradan uydurulub, dinə soxulan hər bir əməl bidət, hər bidət zəlalət və hər zəlalət də oddadır. _________________ “İbrahim: “Sizin və atalarınızın ibadət etdiyi şeyləri gördünüzmü? Onlar mənim düşmənlərimdir. Aləmlərin rəbbi olan Allah müstəsna” dedi.”
Əş-Şuara/75-77
Göndərilib: C.a. May 12, 2005 12:46 am İsmarış mətni:
Müəllifin ön sözü.
Həmd yalnız Allaha məxsusdur. Ona həmd edir, Ondan yardım və bağışlanma istəyirik. Nəfslərimizin şərrindən, və əməllərimizin pisliklərindən Ona sığınırıq. Allah kimə hidayət verərsə onu azdıra biləcək, kimi də azdırarsa ona hidayət verə biləcək birisi yoxdur.
Şəhadət edirəm ki Allahdan başqa ibadətə layiq ilah yoxdur. O təkdir və şəriki yoxdur. Yenə şəhadət edirəm ki Muhəmməd Onun qulu və Rəsuludur.
Onun əhlinə, səhabələrinə və qiyamətə qədər Onun sünnətinə tabe olanlara salam olsun.
İbadətlərdən sonra Allah bizə onu zikr etməmizi əmr etmiş ve zikr edənləri öymüşdür. Bunun əvəzində böyük savab vəd etmişdir.
Allah c.c belə buyurur:
“Namazı bitirdikdən sonra ayaq üstə olanda da, uzananda da, Allahı zikr edin...”
“Həcc ibadətinizi qurtardıqda, ata babalarınızı yada saldığınız kimi, hətta ondan daha da artıq Allahı yad edin...”
“(Həcc mömvsümündə) Rəbbinizdən ruzi istəmənizdə hər hansı bir günah yoxdur. Ərafatdan endiyiniz zaman Məşərulharamda Allahı zikr edin...”
“...Məlum günlərdə Allahın onlara ruzi olaraq verdiyi heyvanları qurban kəsərkən Onun adını zikr etsinlər.”
“... bəlli olan günlərdə Allahı zikr edin... ”
“...Məni anmaq üçün namaz qıl.”
“Ey iman gətirənlər! Allahı çox zikr edin! Onu səhər axşam təsbih edin!”
Rəsulullah sas belə buyurur:
“Təşriq günləri (bayramlarda təkbirlərin gətirildiyi günlər) yemək, içmək, Allahı zikr etməkdir.”
“Duaların ən xeyirlisi ərafat gününün duasıdır. Mənim söylədiyim və məndən öncəki peyğəmbərlərin söylədikləri ən xeyirli şey budur: Allahdan başqa ibadətə layiq ilah yoxdur, təkdir, şəriki yoxdur. Mülk yalnız Onundur. Həmd yalnız Onadır və O hərşeyə qadirdir.”
“Ləə iləhə illəllah” zikrlərin ən fəzilətlisidir. Bu kəlimənin zikrlər arasında yeri çox böyük olduğundan mənası və şərtləri bilinib, tələbləri yerinə yetirilməlidir. Bu kəliməni sadəcə dillə söyləmək yetərli deyil.
Allahdan bizi və sizi “Ləə iləhə illəllahın” mənasını bilənlərdən, gizli və açıq bütün hökmlərini yerinə yetirənlərdən və Ona bağlananlardan etməsini diləyirik.
Salih bin Fauzan bin Abdullah əl-Fauzan. _________________ “İbrahim: “Sizin və atalarınızın ibadət etdiyi şeyləri gördünüzmü? Onlar mənim düşmənlərimdir. Aləmlərin rəbbi olan Allah müstəsna” dedi.”
Əş-Şuara/75-77
Göndərilib: C.a. May 12, 2005 12:48 am İsmarış mətni:
“Ləə iləhə illəllah”ın dindəki yeri, əhəmiyyəti və önəmi.
Müsəlmanlar hər gün azanlarında, iqamələrində, xütbələrində və danışıqlarında “Ləə iləhə illəllah” kəliməsini dəfələrcə söyləyirlər. Şəhadət kəliməsi: yer və göylərin, bütün məxluqatın onun üçün yaradıldığı, Allahın nəbi və rəsullarını onunla göndərdiyi, kitablarını onun üçün endirdiyi, şəriətini onun üçün qoyduğu bir kəlimədir.
Bu kəliməyə görə məxluqat, mömin və kafir , yaxşı və pis olaraq iki sinfə ayrılırlar. Bu kəlimə: yaradılışın məqsədi , əmr və qadağaların, savab və cəzanın qaynağı, məxluqatın onun üçün var edildiyi, sorğu-sualın və mühakimənin onun haqqında olduğu kəlimədir. Savab və cəza onun üzərində qurulur. Qiblə onun üzərində təməlləndirilmişdir. Din, o kəlimə üzərinə təsis edilib qurulmuş, cihad qılıncları onun üçün sıyrılmışdır. Bu Allahın bütün qulları üzərindəki haqqı olan kəlimədir. O İslama giriş kəliməsi, salamatlıq yurdu olan Cənnətin açarıdır.
Bütün əməllərin “Ləə iləhə illəllah” kəliməsi üzərində bina edilməsi səbəbiylə, bu kəlimənin İslamdakı yeri və önəminin bilinməsi bütün qullar üzərinə fərzdir.
Öncəki ümmətlər və gələcək millətlər, o kəlimədən hesaba çəkiləcəklər. Allahın hüzurunda iki məsələ haqda soruşulmadıqca qulun ayağı yerindən oynamayacaqdır:
1. Nəyə ibadət edirdiniz?
2. Nəbi və Rəsulların dəvətinə nə cavab verdiniz?
Birinci sualın cavabı: “Bilərək və şüurlu olaraq özündən başqa ibadətə layiq ilah olmayan Allaha ibadət edirdik.”
İkincinin cavabı: “Muhəmmədin sas Allahın elçisi olduğunu qəbul edib, ona təslim olduq və itaət etdik ” olmalıdır.
İbrahimin as tutmuş olduğu sağlam qulp “Ləə iləhə illəllah” kəliməsi, İslam və küfr sərhəddidir.
Allah c.c belə buyurur:
“İbrahim bu sözü özündən sonra gələcək olanlara davamlı qalacaq bir miras olaraq buraxdı ki bəlkə insanlar( dinə) dönsünlər.”
Allah, elm əhli və Mələklər bu kəliməyə şahidlik etmişlər.
Allah belə buyurur: “Allah, mələklər və ədalətli elm sahibləri, Allahdan başqa ibadətə layiq ilah olmadığına şahitlik etmişlər. Ondan başqa ibadətə layiq ilah yoxdur. O Əzizidir, Hakimdir.”
Bu kəlimə, bütün məxluqatın onun üçün yaradıldığı təqvadır, ixlasdır, haqqa şəhadət və şirkdən uzaqlaşmaqdır. Allah c.c belə buyurur:
“Mən cinləri və insanları, yalnız mənə ibadət etsinlər deyə yaratdım.”
Allah Rəsullarını bu kəlimə ilə göndərmiş, kitablarını onun üçün endirmişdir. Allah c.c belə buyurur:
“Səndən əvvəl elə bir rəsul göndərmədik ki, ona : ”məndən başqa ibadətə layiq ilah yoxdur. Yalnız mənə ibadət edin” deyə vəhy etməyək.”
“Allah mələkləri qullarından dilədiyi kimsəyə özündən bir vəhylə göndərib belə buyurar: “Məndən başqa ibadətə layiq ilah yoxdur. Məndən qorxun!”
İbni Uyeynə rh demişdir:
“Allah “Ləə iləhə illəllah”ı haqqıyla bilən qullarını böyük nemətlərlə nemətləndirmişdir.
Dünya əhli üçün sərin su nədirsə, Cənnət əhli üçün də “Ləə iləhə illəllah” odur.”
Kim “Ləə iləhə illəllahı” deyərsə, malı və qanı qorunmuşdur. Kim də inkar edib yalanlayarsa , malı və qanı halal olar.
Rəsulullah sas belə buyurur:
“Hər kim “Allahdan başqa ibadətə layiq ilah yoxdur” deyər və Allahdan başqa ibadət edilən şeyləri rədd edərsə malı və canı haram olar. Hesabı da Allaha aiddir.”
İnsanlar İslama ilk öncə dəvət edilərək, onlardan bu kəliməni söyləmələri istənilir. Nəbi sas Muaz bin Cəbəli ra Yəmənə göndərərkən ona belə dedi:
“Sən kitab əhli olan bir qövmə gedirsən, onları ilk olaraq Allahdan başqa heç bir ilah olmadığına dəvət et...”
_________________ “İbrahim: “Sizin və atalarınızın ibadət etdiyi şeyləri gördünüzmü? Onlar mənim düşmənlərimdir. Aləmlərin rəbbi olan Allah müstəsna” dedi.”
Əş-Şuara/75-77
Göndərilib: C.a. May 12, 2005 12:49 am İsmarış mətni:
“Ləə iləhə illəllah” ın fəziləti.
“Ləə iləhə illəllah”ın Allah qatındakı yeri və fəziləti çox böyükdür. Kim sadiq olaraq bu kəliməni söyləyərsə (və tələblərini yerinə yetirərsə) Cənnətə girər. Kim bu kəliməni yalandan söylərsə həbs edilər və malı əlindən alınar. Hesabı isə Allaha aiddir. Az sayda hərflə, qısa ləfzlərlə söylənən və dilə yüngül gələn bu kəlimə tərəzidə ağır gələcəkdir.
Əbu Səid əl-Hudridən ra Rəsulullah sas belə buyurdu:
“Musa as dedi ki: “Ya Rəbbim! Mənə Səni xatırlayıb dua edə biləcəyim bir şey öyrət.” Allah belə buyurdu:
“Ey Musa! “Ləə İləhə İllallah” de. Musa as dedi ki:
“Ey Rəbbim! Bütün qulların bunu deyir.” Allah belə buyurdu:
“Ey Musa! Yeddi qat göylər, Məndən başqa içindəki məxluqatla və yeddi qat yer içində olanlarla tərəzinin bir gözünə qoyulsa, “Ləə iləhə illəllah” ağır gələr.”
Bu hədisdən də anlaşıldığı kimi “Ləə iləhə illəllah” zikrlərin ən fəzilətlisidir.
Abdullah ibni Ömərdən ra : Rəsulullah sas belə buyurdu:
“Duaların ən xeyirlisi ərafat gününün duasıdır. Mənim söylədiyim və məndən öncəki peyğəmbərlərin söylədikləri ən xeyirli şey budur: - Allahdan başqa ibadətə layiq ilah yoxdur, təkdir, şəriki yoxdur. Mülk yalnız Onundur. Həmd yalniz Onadır və O hərşeyə qadirdir.”
Abdullah bin Amr bin əl-Asdan ra: Rəsulullah sas belə buyurdu:
“Qiyamət günündə Allah ümmətimdən bir adamı ayıracaq. Onun əleyhinə doxsandoqquz sicil (kitab) açacaq. Hər bir kitabın boyu gözün görə biləcəyi ən uzaq məsafə qədər olacaq. Sonra:
“Bunlardan bir şeyi rədd edirsənmi?” deyəcək.
“Xeyr ya Rəbbim” deyə cavab verəcəkdir. Sonra:
Allah c.c :
“Yanımızda sənin bir həsənən (məqbul olan əməlin) vardır və bu gün sənə qarşı haqsızlıq edilməyəcəkdir”. Sonra içində ”Allahdan başqa ibadətə layiq ilah olmadığına və Muhəmmmədin Onun qulu və Rəsulu olduğuna şəhadət edirəm” yazılmış bir kağiz parçası çıxarılacaq,
“Ya Rəbbim bu kiçik kağız parçası, o böyük kitablardan ağır gələrmi?” deyəcək.
Cənabı Haqq:
“Sənə zülm edilməyəcək” buyuracaqdır.
Kitablar tərəzinin bir gözünə, kağız parçası isə o biri gözünə qoyulacaq, kitablar havaya qalxacaq və kağız parçası (yəni “Ləə iləhə illəllah”ın qoyulduğu göz) ağır gələcəkdir.”
Bu kəlimənin fəzilət və böyüklüyünü Hafiz İbni Rəcəb “Kəlimətul-İxlas” adını verdiyi risaləsində belə dəlilləndirməkdədir:
“Ləə iləhə illəllah” Cənnətin qarşılığıdır. Kim bu kəliməni söyləyərək ölərsə Cənnətə girər. Bu kəlimə atəşdən qurtuluşdur və ən gözəl həsənədir. Günah səhifələrini silərək qəlbdəki imanı yeniləyər, varlığını ortaya çıxarar. Hicabları ortadan qaldırar. Bu, söyləyəni Allahın doğruladığı və nəbilərin söylədiyi fəzilətli bir söz, ən gözəl və ən fəzilətli zikrdir. Əməllərin ən fəzilətlisi və savabı ən çox olanıdır. Bu kəlimə kölə azad etməyə bərabər savab qazandırar. Şeytandan Allaha sığınmadır. Həşrin qorxusundan və qəbrin vəhşətindən əmin olmaqdır. Qəbirlərindən qalxdıqlarında (“Ləə iləhə illəllah”) möminlərin bir şüarıdır.
Onu söyləyənə Cənnətin səkkiz qapısı açılar və hansından dilərsə ondan girər. Onun haqqını vermədikləri üçün atəşə girən günahkar möminlər, günahları nisbətində yandıqdan sonra oddan çıxarlar.
İbni Rəcəb bunların hər birini dəlilləndirmişdir. _________________ “İbrahim: “Sizin və atalarınızın ibadət etdiyi şeyləri gördünüzmü? Onlar mənim düşmənlərimdir. Aləmlərin rəbbi olan Allah müstəsna” dedi.”
Əş-Şuara/75-77
Göndərilib: C.a. May 12, 2005 12:50 am İsmarış mətni:
“Ləə iləhə illəllah” ın düzgün anlaşılması.
Alimlər “Ləə iləhə illəllah”ın düzgün alaşılmasına böyük önəm vermişlər. Bu kəlimənin əvvəlindəki “Lə” hərfi yoxluq ədatı olub, bir şeyi rədd etmək üçün işlədilir.
“İlah” isminin hərəkəsi fəthə üzərində sabitdir. Xəbəri isə gizlidir. Onun təqdiri isə “haqq” yəni (“Ləə iləhə illəllah”) haqq ilah yoxdur.
“illəllah” ibadət edilən, zərəri dəf edən, fayda verən və qəlbləri ibadətə yönəldən tək ilah vardır deməkdir.
Kim bu kəlimənin xəbərini “mevcudun” və ya “mabudun” kəlimələri üzərində təqdir edərsə böyük bir xəta etmişdir. Çünki türbələrdən və bütlərdən ibadət olunan ilahlar vardır, ancaq əsl ibadət edilməyə layiq olan yalnız Allahdır.
Onun heçbir şəriki yoxdur. Əgər ibadət edilən bir şey varsa o da, ona edilən ibadət də batildir. Bunun belə olduğuna inanmaq “Ləə iləhə illəllah”ın gərəyidir. _________________ “İbrahim: “Sizin və atalarınızın ibadət etdiyi şeyləri gördünüzmü? Onlar mənim düşmənlərimdir. Aləmlərin rəbbi olan Allah müstəsna” dedi.”
Əş-Şuara/75-77
Göndərilib: C.a. May 12, 2005 12:51 am İsmarış mətni:
“Ləə iləhə illəllah”ın rüknləri.
“Ləə iləhə illəllah”ın iki rüknü var:
1. Rədd: Allahdan başqalarının ilahlıq iddiasının ortadan qaldırılmasıdır.
2. İsbat: Allahın haqq ilah olduğunun isbatı. Çünki müşriklərin ondan başqa ibadət etdikləri ilahların hamısı batildir.
Allah c.c belə buyurur:
“Bu belədir. Allah haqq olandır, ondan başqa ilah edib, ibadət etdikləri isə batildir...”
İmam İbni Kayyim rh : “Ləə iləhə illəllah”ın mənası, Allahın əsl ilah olduğunu isbatlamaqdır. “Ləə iləhə illəllah” sözü, “Allah ilahdır” sözü, Allahdan başqa saxta ilahları rədd etməz. Halbuki “Ləə iləhə illəllah”ın tələbi ilahlığı ancaq Allaha xas qılmaq, Allahdan başqa saxta ilahları isə rədd etməkdir.”
Şeyx Süleyman bin Abdullah rh:
“İlah” kəliməsini qadir, yaradıcı və s. şəklində açıqlayanlara iki yöndən cavab verir:
Birincisi: Bu sələfin təfsiri olmayıb mutəahhirinin təfsiridir. Sələf alimləri və lüğət alimləri bunu bizim kimi açıqlamışlar. Bunlardan başqasının açıqlamasına etibar edilməz.
Ikincisi: Haqq olan ilah üçün gərəkli olan təfsir, bizim açıqladığımızdır.
Onlar “İlah” kəliməsini bu şəkildə təfsir edərək “Allahdan başqa yaradıcı yoxdur, Ondan başqa heçkimin hərşeyə gücü çatmaz” deyən hər kəsi müsəlman saymaqla çox böyük bir xətaya düşmüşlər. _________________ “İbrahim: “Sizin və atalarınızın ibadət etdiyi şeyləri gördünüzmü? Onlar mənim düşmənlərimdir. Aləmlərin rəbbi olan Allah müstəsna” dedi.”
Əş-Şuara/75-77
Göndərilib: C.a. May 12, 2005 12:51 am İsmarış mətni:
“Ləə iləhə illəllah”ın şərtləri.
Aşağıdakı yeddi şərt yerinə yetirilmədiyi təqdirdə “Ləə iləhə illəllah” kəliməsi insana fayda verməz.
1. Elm: “Ləə iləhə illəllah”ın mənasını bilməkdir. Bu kəlimənin əvvəli inkar, davamı isə təsdiqdir. “Ləə iləhə” inkar, “illa” istisna ədatı, “illəllah” isə istisna ədatıyla bərabər isbatdır. Bu söz, Allahdan başqa bütün ilahları ortadan qaldırmaqdadır. Mənasını bilmədən bu kəliməni söyləmək insana fayda verməz. Çünki bu insan bu kəlimənin nəyə dəlalət etdiyini bilib buna dayana bilməz. Bu adamın vəziyyəti xarici bir dildə danışıb heç bir şey anlamayan adamın vəziyyəti kimidir.
Allah c.c belə buyurur:
“Bil ki Allahdan başqa ibadətə layiq ilah yoxdur...”
“... Ancaq bilərək haqqa şəhədət edənlər müstəsnadır...”
Rəsulullah sas belə buyurur:
“Kim “Ləə iləhə illəllah”ın mənasını bilərək ölərsə Cənnətə girər.”
“Ləə iləhə illəllah”ın mənası: “Allahdan başqa qulluq ediləcək heç kimsə yoxdur” deməkdir.
İbadət: Allahın sevdiyi və razı olduğu, bütün gizli və açıq əməllər və sözlərdir.
2. Yəqinlik: “Ləə iləhə illəllah”ın kamalıdır. Yəqinlik şübhəni uzaqlaşdırır.
Allah c.c belə buyurur:
“Möminlər ancaq Allaha və Rəsuluna iman edib, sonra imanlarında şübhəyə düşmədən Allah yolunda malları və canlarıyla cihad edən kimsələrdir. Məhs onlar sadiq olanlardır.”
Rəsulullah sas belə buyurur:
“ “Ləə İləhə İlləllah, Muhəmmədən Rəsulullah”a şəhadət edən, Allahın hüzuruna bu ikisində şəkk etmədən çıxan kimsə Cənnətə girər.”
3. İxlas: Şirki rədd etməkdir.
Allah c.c belə buyurur:
“Xalis din ancaq Allahındır.”
“Onlar dini yalnız Allaha xas qılaraq ibadət etməkdən başqa bir şeylə əmr olunmadılar.”
Rəsulullah sas belə buyurur:
“Qiyamət günü insanlar arasında mənim şəfaətimə nail olacaq ən xoşbəxt adam, qəlbindən ixlaslı bir şəkildə “Ləə iləhə illəllah” deyəndir.”
4. Sidq: Nifaqa əngəldir. Münafiqlər dilləriylə haqqı söyləməkdə, ancaq qəlbən inkar etməkdədirlər.
Allah c.c belə buyurur:
“...Allah sadiqləridə düz danışanları da tanıyır .”
“Haqqı gətirən və onu təsdiq edənlərə gəlincə, onlar əsl sadiqlərdir.”
Rəsulullah sas belə buyurur:
“Kim Allahdan başqa ibadətə layiq ilah olmadığını və Muhəmmədin Alllahın Rəsulu olduğunu qəlbiylə təsdiq edərək ölərsə Cənnətə girər.”
5. Məhəbbət: Bu kəlimə münafiqlərin etdiklərinin əksinə Allahı və Allahın sevdiklərini sevməkdir. Allah c.c belə buyurur:
“İnsanlardan elələri vardır ki, Allaha şərik qoşar, onları Allahı sevdikləri kimi severlər. İman gətirənlərin Allaha məhəbbəti isə daha qüvvətlidir.”
Rəsulullah sas belə buyurur: “Bu bu üç şey kimdə olarsa, imanın dadını almışdır. Allah və Rəsulunu hər kəsdən çox sevmək, sevdiyini ancaq Allah üçün sevmək, Allah onu küfrdən qurtardıqdan sonra təkrar küfrə dönməkdən Cəhənnəm oduna atılacaqmış kimi qorxmaq.”
6. Bu kəlimənin tələblərinə əməl etmək: Bunlar Allahın rizasını qazanmaq məqsədiylə, ixlasla edilən əməllərdir. Bu davranış, tam bir təslimiyyətin gərəyidir. Allah c.c belə buyurur:
“Rəbbinizə yönəlin və Ona təslim olun...”
“Kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə, o qopmayan bir qulpa yapışmışdır...”
7. İnkarı yox edən qəbul: Allahın əmrlərinə bağlılıq göstərmək, əmr etdiklərini edərək qadağan etdiklərindən çəkinmək. _________________ “İbrahim: “Sizin və atalarınızın ibadət etdiyi şeyləri gördünüzmü? Onlar mənim düşmənlərimdir. Aləmlərin rəbbi olan Allah müstəsna” dedi.”
Əş-Şuara/75-77
Göndərilib: C.a. May 12, 2005 12:52 am İsmarış mətni:
“Ləə iləhə illəllah”ın mənası və tələbləri.
“Ləə iləhə illəllah”ın mənası: tək ilahdan başqa ibadət, qulluq ediləcək başqa bir ilah yoxdur. O tək olan ilah da, şəriki olmayan uca Allahdır. Çünki ibadətə layiq olan ancaq Odur. Bu kəlimənin tələbi, Allahdan başqa bütün saxta ilahları rədd etməkdir. Çünki Allahdan başqa ibadət edilən məbudların ilahlıq iddiası batildir. Çünki Ondan başqa bir şey ibadətə (dua edilməyə, qanun qoymağa, nizam təsbit etməyə) layiq deyildir. Uluhiyyətin başqaları üçün rədd edilməsi, ilahlığı ancaq şəriki olmayan Allaha aid etməyi və Onun yanında ikinci bir ilaha ibadət etməməyi tələb edir. Allah c.c belə buyurur:
“Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın...”
“Kim tağutu inkar edib Allaha iman edərsə, şübhəsiz qopmaq bilməyən bir qulpa yapışmış olar. Allah eşidəndir, biləndir.”
“Biz hər ümmətə, yalnız Allaha ibadət etmələri və tağutdan da çəkinmələri üçün rəsul göndərdik...”
Rəsulullah sas belə buyurur:
“Kim “Ləə iləhə illəllah” deyər və Allahdan başqa ibadət edilənləri rədd edərsə malı və qanı haram olar...”
Bütün Rəsulların qövmlərini dəvət edikləri söz budur:
“... Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur...”
İbni Rəcəb rh belə demişdir:
“İlah qorxulan, çəkinilən, ümid edilən, ucaldılan, sevilən, təvəkkül edilib istənilən, dua edilən və yalvarılan, itaət edilib üsyan edilməyəndir. Bütün bunlar ancaq Əziz və Cəlil olan uca Allaha yaraşar.”
Məhz bu səbəblə Rəsulullah sas Qureyş müşriklərinə: “Ləə iləhə illəllah” deyin dedikdə müşriklərin cavabı:
“İlahları tək bir ilahmı etdi? Həqiqətən bu çox təəcüblü bir şeydir.” demək olmuşdur.
Kəlimeyi-Şəhadətin ümumi mənası Allahdan başqa ibadət edilənləri rədd edər və batil qılar. Yəni tağutu rədd və Allaha iman etməyi tələb edər.
Tağutu rədd etmək- Allahın əmr və qadağalarına zidd olan əmrlər verən insanlar və qurumları, havanı, həvəsi və şeytanı rədd etməkdir. “Ləə iləhə illəllah”ın mənası ilə birlikdə tələblərini də yerinə yetirmək, ibadətdə Allahı birləyərək Ona bənzər tutulanları tərk etməkdir.
Qul, “Ləə iləhə illəllah” dedikdə: ibadətdə Allahı birlədiyini, Allahdan başqalarına, bütlərə, qəbirlərə, övliyalara və salehlərə ibadət etməyin batil olduğunu elan edər.
“Ləə iləhə illəllah”ın tələbi, Allahdan başqa ibadətə layiq ilah olmadığını, yaradıcı, qüdrət sahibi, və hər şeyə qadir olanın Allah oldğunu qəbul etmək, Allahdan başqa heç kimin hakimiyyət haqqı olmadığına inanmaqdır. Çünki hakimiyyət yalnız Allaha aiddir. Kim ,”Ləə iləhə illəllah”ı bu şəkildə inanaraq açıqlayarsa mütləq olaraq tövhidin haqqını vermiş olar.
Allaha yaxınlaşmaq üçün ölülərə qurban kəsən, türbələrə sədəqə verən, qəbirləri tavaf edən və nəzir verənlər, Allahın yaradıcı və hər şeyin sahibi olduğuna inansalar belə, ilk Ərəb müşrikləri kimi Allaha şərik qoşarlar. Məkkə müşrikləri, qəbirlərə və bütlərə ibadət etmədiklərini söyləyir, ancaq həyatda bunun əksini edirdilər. Onlar yaradıcı və ruzi verici olduğuna inanmadıqları halda, sırf onları Allaha daha çox yaxınlaşdırsın deyə saleh olduğuna inandıqları bəzi insanlara ibadət edirdilər.
Hakimiyyət, “Ləə iləhə illəllah”ın əsl mənasının hamısını deyil, sadəcə bir hissəsini təşkil edir. Çünki ibadətdə şərik qoşan bir kimsənin, şəriətin hökmünü qəbul etməsinin bir faydası yoxdur. Əgər “Ləə iləhə illəllah”ın mənası onların zənn etdikləri kimi olsaydı, Rəsulullahla sas müşriklər arasında hər hansı bir mücadilə olmazdı, onlar da Rəsulullahı qəbul edərlərdi.
Belə bir vəziyyətdə, Rəsulullah sas onlara:
“Allahın varlığını və hər şeyə qadir olduğunu təsdiq edin, hüquqi məsələlərdə şəriətin hökmünə tabe olun” deyər və onları ibadətlərində sərbəst buraxardı. Belə olduqda Allah Rəsuluna tabe olarlardı.
Bunlar, Ərəb dilinin əhli olan bir qövm olduqları üçün “Ləə iləhə illəllah”ın bütlərə ibadəti rədd etdiyini və sadəcə ləfzi bir məna daşımadığını başa düşürdülər. Buna görədə bu kəliməyə nifrət edərək uzaqlaşdılar və belə dedilər:
“İlahları tək bir ilahmı etdi? Həqiqətən bu çox təəcüblü bir şeydir.”
Allah c.c onları belə vəsf edir:
“Onlara “Ləə iləhə illəllah” deyin deyildiyi zaman təkəbbür göstərdilər və: “dəli bir şairdən ötrü ilahlarımızı tərk edəkmi?” dedilər.”
Onlar “Ləə iləhə illəllah”ın, Allahdan başqa ibadət edilən hər şeyi rədd etmək, ancaq Allaha ibadət etmək mənasını verdiyini çox gözəl bilirlərdi.
Əgər müşriklər “Ləə iləhə illəllah” dedikləri halda bütlərə ibadət etməyə davam etsələrdi, öz içlərində ziddiyyətə düşərək bundan narahat olarlardı.
Günümüzdə qəbirlərə ibadət edənlər, bu şiddətli ziddiyyətdən heç narahat olmurlar. Onlar “Ləə iləhə illəllah” demələrinə baxmayaraq, ibadətlərinin bir çoxunu ölülərə etməyə davam edirlər.
Əbu Cəhil və Əbu Ləhəb, bu kəlimənin mənasını günümüzdə qəbirlərə ibadət edənlardən daha yaxşı bilirdilər. Amma onların belə əli qurudu!
Nəticə olaraq: Kim bu kəliməni mənasını bilərək söyləyər, tələblərinə əməl edib, açıq və gizli şirkdən çəkinərsə, ibadəti tam bir etiqadla Allaha xas qılıb, buna əməl edərsə o əsl bir mömindir. Kim “Ləə iləhə illəllah” deyib, inanmadığı halda zahirən əməl edərsə o da münafiqdir. Kim bu kəliməni diliylə söləyər, ancaq onu pozacaq əməllərdən birini işlərsə və ya Allaha şərik qoşarsa o da müşrikdir!
“Ləə iləhə illəllah” kəliməsindən qəsd edilən: mənasını bilib, bu mənanın tələb etdiyi şəkildə Allaha ibadət etməkdir.
İbadət, müamelat, və bütün məsələlərdə Allahın hökmünü qəbul edib, bəşəri qanunları rədd etmək, insan və cin şeytanlarının meydana çıxardığı bütün xurafələri , bidətləri ortadan qaldırmaq bu kəlimənin əməli tələblərindəndir.
Allah c.c belə buyurur:
“Yoxsa onların Allahın dində izin vermədiyi bir şeyi onlar üçün halal edən şərikləri vardır?”
“...Əgər onlara itaət etsəniz, şübhəsiz ki siz də müşrik olarsınız.”
“Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə Rəbb etdilər.”
Nəbi sas bu ayəni oxuduqda Adiyy bin Hatim ra Rəsulullaha sas dedi ki:
“Onlar, onlara ibadət etmirdilər.”
Rəsulullah sas:
“ Onlar Allahın haram qıldığı şeyi halal, halal qıldığı şeyi haram etdikləri zaman onlara itaət etmirdilərmi? ” dedi.
Adiyy bin Hatim : “Bəli” deyincə, Rəsulullah sas: “Bax beləcə onlara ibadət edirdilər” buyurdu.”
Şeyx Abdurrahman bin Həsən rh demişdir: “ Allahdan başqalarına itaət etməklə alimlərini rəbb etdilər. Eyni şeylər bu ümmətin də içində baş verməkdədir. Bu isə ən böyük şirk olub, “Ləə iləhə illəllah”ın mənasını ortadan qaldırır.”
Bu kəliməni söyləyən bir kimsənin, bəşəri qanunlarla muhakimə olunmağı da rədd etməsi lazımdır. Çünki ancaq Allahın kitabıyla mühakimə olunmaq, bəşəri sistemləri tərk etmək vacibdir.
Allah c.c belə buyurur:
“...Əgər bir şeydə ixtlafa düşsəniz, onu Allaha və Rəsuluna həvalə edin.”
“ Hər hansı bir şey haqqında ixtlafa düşsəniz, onun barəsində hökm vermək haqqı Allahındır. Mənim Rəbbim olan Allah Odur...”
Allah öz endirdiyi şəriətlə hökm etməyənlər haqqında- kafir, fasiq, zalım deyə hökm vermişdir. Allahın endirmədiyi ilə hökm verən insanda iman yoxdur.
“Ləə iləhə illəllah” müsəlmanların həyatlarının hər yönünə hakim olmalı bir həyat nizamıdır.
Bəzilərinin zənn etdikləri kimi, sadəcə mənasını anlamadan, tələblərinə əməl etmədən, səhər və axşam məclislərində bərəkət üçün təkrar edilən bir sözdən ibarət deyildir.
“Ləə iləhə illəllah”ın tələblərinə bağlılıq, Allahın ad və sifətlərinə, Allah və Rəsulunun bildirdiyi şəkildə iman etməyi istəyir.
Allah c.c belə buyurur:
“ Ən gözəl adlar Allahındır .Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində sapanları tərk edin. Onlar etdiklərinin cəzasını alacaqlar!”
Abdurrahman bin Həsən rh demişdir:
“Ərəb dilində ilhad kəliməsinin mənası, Allahın ad və sifətləri haqda azmağa meyl etmək və yalana yönəlməkdir. Bilərək və bilməyərək, bəzi təvillərlə Allahın ad və sifətlərinin haqq olan mənasını inkar etmək və Onu məxluqata bənzətməkdir.
Hər kim Allahın ad və sifətlərini pozar, təvil edər və ya qəbul etməz,
Cəlil olan mənalarına dəlalət edən mənasını ortadan qaldırarsa, Cehmiyyə, Mötəzilə və Əşarilər kimi “Ləə iləhə illəllah”ın dəlalətinə muxalifət etmiş olar. Çünki ilah, ad və sifətləri ilə dua edilən və vəsilə olunandır. Allah c.c belə buyurur:
“ Ən gözəl adlar Allahındır .Onu bu adlarla çağırıb dua edin...”
Ad və sifətləri olmayan necə ilah ola bilər? Ona nə ilə və necə dua edilər?”
İmam İbni Kayyim rh demişdir:
“İnsanlar əhkam ayələrinin təfsirində ixtlafa düşdülər. Ancaq Allahın sifətləriylə bağlı ayə və hədislərin hər hansı birində ixtlafa düşmədilər, əksinə səhabə və tabiin bu ayələrin mənasını anladılar və gərəyilə əməl etdilər.
Quranda olan əhkam ayələrinin mənasını elm əhlindən başqası anlaya bilməz, ancaq sifətlə bağlı ayələrin mənasını bütün insanlar anlaya bilər. Bundan qəsd etdiyim mənanın keyfiyyətinin deyil, əslinin anlaşılmasıdır.”
“Bu mövzu sağlam fitrət və səmavi kitablarla bilinən bir mövzudur. Kamal sifətlərini itirən ilah, müdəbbir və Rəbb ola bilməz. Əksinə qüsuru səbəbiylə ələ salınar.
Həmd, əzəldə və əbəddə Cəlal və Kamal sifətlərinə sahib olana aiddir. Çünki həmdə layiq olan ancaq Odur.”
“Allahın kamal sifətlərinə sahib olduğuna və bütün nöqsan sifətlərindən və məxluqata bənzəməkdən uzaq olduğuna mütləq inanmaq lazımdır.” _________________ “İbrahim: “Sizin və atalarınızın ibadət etdiyi şeyləri gördünüzmü? Onlar mənim düşmənlərimdir. Aləmlərin rəbbi olan Allah müstəsna” dedi.”
Əş-Şuara/75-77
Göndərilib: C.a. May 12, 2005 12:53 am İsmarış mətni:
“Ləə iləhə illəllah” sözü nə zaman fayda verər?
“Ləə iləhə illəllah” ın fayda verə bilməsi üçün söyləyən kimsənin bu kəlimənin mənasını bilib, bu mənanın tələblərinə əməl etməsi lazımdır.Bəzi insanlar, bir neçə nası dəlil gətirərək, “Ləə iləhə illəllah” ın ancaq dillə tələffüz edilən bir sözdən ibarət olduğunu iddia edirlər.
Şeyx Süleyman bin Abdullah rh bu iddiaya belə cavab verir:
“İtbandan ra: Rəsulullah sas belə buyurdu:
“Allah onun rizasını qazanmaq üçün “Ləə iləhə illəllah” deyən kimsəyə Cəhənnəmi haram qıldı.”
Muaz bin Cəbəl ra minik üzərində yolçuluqda Allah Rəsuluna yoldaşlıq etdiyi vaxt Nəbi sas ona:
“Ey Muaz!” deyə səsləndi.
Muaz bin Cəbəl:
“Buyur ya Rəsulullah! Hazıram” dedi:
Rəsulullah:
“Şübhəsiz Allah, Allahdan başqa ibadətə layiq ilah olmadığına və Muhəmmədin Onun qulu və elçisi olduğuna şəhadət edən hər qula atəşi haram qılmışdır...”
Ubədə bin Samitdən ra: Rəsulullah sas belə buyurdu:
“Hər kim “Ləə iləhə illəllah və Muhəmmədən Rəsulullah” şəhadətini gətirərsə Allah ona atəşi haram edər.”
Əbu Hureyrə ra Rəsulullahdan sas belə buyurdu:
“Hər kim Allahdan başqa ibadətə layiq ilah olmadığına və mənim də Allahın Rəsulu olduğuma şəhadət edər, və bu ikisindən heç bir şübhə duymadan bu kəlimə ilə Allahın hüzuruna çıxarsa Cənnətə girər.”
Rəsulullahın sas “Ləə iləhə illəllah deyən kimsə atəşə girməz” hədisi və bənzəri hədislər, bir çoxları tərəfindən yalnış açıqlanmış, bəziləri isə hədislər qarşısında çıxılmaz vəziyyətə düşmüş, hətta bunlara “nəsx olunub” deyənlər belə olmuşdur.
Çünki Tövhid kəliməsi- Allahdan başqa ibadət edilənləri və sayğı göstərilənləri rədd etməyi, Allah sevgisini, Allahın bütün əmrlərinə boyun əyməyi və təslimiyyəti, Allaha kamil mənada itaəti, səmimi və ixlaslı olaraq, şirkdən uzaq bir şəkildə ibadət etməyi, qadağan etdiyini qadağan etməyi, ver dediyini verməyi, Onun üçün buğz etməyi tələb edir.
“Ləə iləhə illəllah” kəliməsini dillə söyləyənin bütün əməllərini şirkdən təmizləməsi gərəkdir.
Rəsulullah sas belə buyurmuşdur:
“Hər kim” “Allahdan başqa ibadətə layiq ilah yoxdur” deyər və Allahdan başqa ibadət edilən şeyləri rədd edərsə malı və canı haram olar. Hesabı da Allaha aiddir.”
Muhəmməd bin Abdulvahhab ən-Nəcdi rh bu hədislə bağlı bunları deyir.:
“Allah Rəsulu bu kəlimənin mənasını ən açıq bir şəkildə izah etmişdir. Diqqət edilərsə hədis, bu kəliməni ancaq dillə söyləyən kimsənin malının və canının haram olmayacağını, ancaq bu kəlimənin mənasını bilməklə, imanın tələbinin yerinə yetirilmiş olmayacağını bildirir.
Bəli, bu kəliməni ancaq dillə demək, Allahdan başqa ibadətə layiq ilah olmadığını, Onun bənzəri və şəriki olmadığını söyləmək insanın canının və malının qorunmasını təmin etmək üçün yetərli olmaz. İnasanın can və mal qorumasına sahib olabilməsi üçün yuxarıda sıralanan şərtlərə əməl edib, bütün küfr növlərini və sistemlərini rədd etməsi, üzərinə düşənləri yerinə yetirməsi lazımdır. Bu kəlimənin tələblərini yerinə yetirməzsə, bunlardan az da olsa uzaqlaşarsa ya da şübhə edərsə can və mal qorumasından söhbət belə gedə bilməz.”
Bunu qəti bir şəkildə bilməyimiz lazımdır ki: Məqsəd, sadəcə bu kəlimənin ləfzlərini saymaq və ya əzbərləmək deyildir.
Necəki Vehb bin Münəbbih rh ona “Ləə iləhə illəllah” Cənnətin açarı deyilmi?” deyə soruşan birinə bu cavabı vermişdir:
“Əlbətdə elədir, ancaq açacaq olan açarın dişləri varsa! ancaq dişləri olan bir açar gətirsən sənin üçün Cənnətin qapısı açılar, əks təqdirdə açılmaz.”
Bu açarın dişləri “Ləə iləhə illəllah” kəliməsinin mənasını bilib, şərtlərini yerinə yetirərək əməl etməkdir. Bunlardan bəziləri:
1. “Ləə iləhə illəllah” kəliməsinin rədd və isbat anlamında daşıdığı bütün mənaları lazımınca bilmək.
2. Şübhə yeri olmayan, əsl anlamda iman. Bu kəliməni söyləyən kimsə, şəkk və şübhəsi olmadan kəlimənin nəyə dəlalət etdiyini və mahiyətinin nə olduğunu bilməlidir. Çünki iman deyilincə, onda zənnə yer yoxdur, onda qəti elm şərtdir.
3. Bu kəlimənin tələb etdiyi bütün şərtləri, diliylə və qəlbiylə qəbul edib, təslim olmaq.
4. Bu kəlimənin tələb etdiyi şeylərə boyun əymək və buna zidd olan hər şeyi tərk etmək.
5. Doğruluq. Əməllərin qəlbin söylədiyi və dilin ifadə etdiyinə uyması.
6. İxlas. Şirk ləkələrindən və pisliklərindən təmizlənərək xalis bir niyyətlə əməl etmək.
7. “Ləə iləhə illəllah” kəliməsini söyləyib, tələblərinə əməl edənləri sevmək, əməl etməyib ziddiyyət içində olanlara da nifrət etmək.
8. Möminləri dost tutmaq, kafirlərdən uzaq durmaq və tağutu rədd etmək.
İbni Teymiyyə rh və bəzilərinin bu sözü, mövzu haqqında söylənəcək sözlərin ən gözəlidir: “Bütün bu hədislər şəhadət kəliməsini söyləyən, bu hal üzrə ölən kimsələr haqqındadır.”
Bu hədislər, digər rəvayətlərdə “doğrulamaq, mənasını bilmək, heç bir şəkildə şübhə etməmək, qəlbindən xalisanə bir yəqinliklə söyləmək” kimi qeydlərlə də görülməkdədir.
Şübhəsiz Tövhidin həqiqəti, ruhu bütünlüklə Allaha yönəldərək, Allahdan başqa ibadətə layiq ilah olmadığına şəhadət etməkdir. Belə bir kimsə sözündə doğru olduğunda Cənnətə girəcəkdir. Çünki ixlas, həqiqətən bütün günahlardan tövbə edərək qəlbi Allaha yönəltməkdir. Qul bu hal üzrə öldüyü təqdirdə Cənnətə nail olacaqdır.
Mütəvatir hədislərdə qəlbində bir arpa və ya xardal dənəsi ya da toz zərrəsi qədər də olsa imandan əsər olan kimsənin, odda əbədi olaraq qalmayacağı, “Ləə iləhə illəllah” üzrə ölənin cəzasını çəkdikdən sonra Cəhənnəmdən çıxacağı və atəşin, Allah üçün namaz qılanların, səcdə izlərini yandırmayacağı bildirilmişdir.
Bütün bu açıqlamalardan, Allahdan başqa ibadətə layiq ilah olmadığına və Muhəmmədin Allahın qulu və elçisi olduğuna şəhadət edən kimsə üçün Cəhənnəmin haram qılındığı anlaşılmaqdadır. Ancaq önəmli qeydlərdə bunun şərtləri də müəyyən olunmuşdur. Dolayısıyla ixlasdan, yəqinlikdən uzaq olan və mənasını dərk etmədən, bilmədən kəlimeyi-şəhadəti söyləyən kimsənin, ölüm əsnasında bununla imtahan olunacağından qorxulur. Bu vəziyyətdə şəhadətdən ayrılaraq, şəhadət üzrə ölməyə bilər.
Bir çox kimsə “Ləə iləhə illəllah” kəliməsini sadəcə bir adət-ənənə olaraq söyləməkdə, iman qəlblərinin dərinliklərinə girməməkdədir. Əksər hallarda bu kimsələr, hədislərdə açıqlandığı kimi ölüm anında fitnəyə uğrayırlar.
O zaman soruşulduqda hədisdə bildirildiyi kimi:
“İnsanlar bir şey söyləyərkən eşitdim məndə söylədim” şəklində cavab verərlər. Çox halda bu kimi insanların əməlləri, özləri kimi olanları quru bir təqliddən oyana keçmir. Onların halı bu ayədə bildirilənə olduqca yaxındır.
Allah c.c belə buyurur:
“...Biz atalarımızı bu din üzrə gördük və biz də onlara uymaqdayıq dedilər.”
O halda insanın bu kəliməni - ixlasla və tam bir yəqinliklə, ayrıca günah işləmədən, günahda israrlı olmadan, əsl bir qavrayışla söyləməsi mövzusuyla, hədislər arasında bir ziddiyyət yoxdur. Burada ixlas və yəqinliyin tam olması üçün Allahı hər şeydən çox sevmə məcburiyyəti də vardır. Bu vəziyyətdə insan Allahın qadağan etdiyi şeylərə qarşı qəlbində hər hansı bir meyl və ya sevgi hiss etməyəcəkdir.
Şübhəsiz bu iman, tövbə, ixlas, sevgi və yəqinlik gecənin gündüzü sildiyi kimi ondakı günahları siləcəkdir.
Şeyx Muhəmməd bin Abdulvahhab rh bu hədislər üçün belə bir açıqlama vermişdir:
“Bunların, bir başqa şübhəsidə budur: “ Rəsulullah sas “Ləə iləhə illəllah” deyən bir adamı öldürdüyü üçün, Usaməni danlayaraq:
“Sən, o adamı “Ləə iləhə illəllah” dedikdən sonramı öldürdün?” demiş ayrıca:
“İnsanlarla “Ləə iləhə illəllah” deyincəyə qədər savaşmaqla əmr olundum” buyurmuşdur.
“Ləə iləhə illəllah” deyənlərə toxunulmayacağına dair başqa hədislər də vardır. Cahillərin bu hədisləri dəlil olaraq gətirməkdəki məqsədləri: “Ləə iləhə illəllah”ı, əməllərində göstərməsələr belə sırf dillə söyləyənlərin təkfir edilməyəcəkləri, öldürülməyəcəkləri, hətta nə edərlərsə etsinlər, onlara qarşı bir şey edilməyəcəyi şəklindəki görüşlərini isbatlamaqdır.
Bu cahil müşriklərə deyilər ki: Rəsulullah sas “Ləə iləhə illəllah” deyən yəhudilərlə döyüşdü və onları əsir aldı. Rəsulullahın səhabələri də Allahdan başqa ibadətə layiq ilah olmadığına və Muhəmmədin də Allahın Rəsulu olduğuna şəhadət etmələrinə, namaz qılıb, müsəlman olduqlarını irəli sürmələrinə baxmayaraq Bəni Hanifə ilə savaşdı. Əli bin Əbu Talib tərəfindən yandırılanların da vəziyyəti belə idi. Bu cahillər də, öldükdən sonra dirilməyi inkar edənlərin kafir olduqlarını deyir, və öldürülmələrinin lazım olduğunu bildirirdilər. Bu kimsələr “Ləə iləhə illəllah” dedikləri halda bu bir şeyi dəyişdirmədi. Eynilə İslamın rüknlərindən hər hansı birini inkar edən bir kimsənin Tövhid kəliməsini söyləməsinin, təkfir olunması və öldürülməsi yönündə bir şeyi dəyişdirmədiyi kimi. Rüknlərdən birini inkar etdiyində insan təkfir edilirsə, fəri məsələlərlə bağlı hər hansı bir şeyi inkar halında niyə təkfir edilməsin?
Usamə ra “Ləə iləhə illəllah” deyən bir insanı, can və mal qorxusu ilə müsəlman olduğunu zənn edərək öldürmüşdür. Rəsulullah sas yalnış bir hərəkət etdiyini bildirərək onu danlamışdır. Əgər bir insan, müsəlman olduğunu açıqlayarsa ondan bunun əksinə bir hal sabit olmadıqca malına və canına toxunmaq olmaz. Uca Allah bununla bağlı belə buyurmuşdur:
“Ey iman gətirənlər! Allah yolunda döyüşə çıxdığınız zaman diqqətli olun. Sizə hər salam verənə, dünya həyatının keçici həyatının keçici mənfəətinə göz dikərək “sən mömin deyilsən” deməyin.”
Bu ayəyə görə ” Tövhid” kəliməsini söyləyən, ancaq halını bilmədiyimiz bir insanla qarşılaşdıqda, yaxşı-yaxşı araşdırıb halını bilınə qədər, onun malına və canına toxunmamamız lazımdır. Əgər İslama zidd olan bir halı ortaya çıxarsa öldürülər. Çünki: “Diqqətli olun, təsbit edib ortaya çıxarın” ifadəsi buna işarə etməkdədir. Bu kəliməni söyləyən insan, buna uyğun əməl etmədiyi görüldüyü təqdirdə, əgər öldürülməyəcəksə araşdırmağın bir mənası qalmaz. Necəki bu mövzuda, mənası bizim açıqladığımıza uyğun olan bir çox hədis vardır. Yəni bir insan tövhid kəliməsini söyləyib, müsəlman olduğunu deyərsə ona toxunmamaq lazımdır. Ancaq söylədikləriylə ziddiyyət təşkil edən bir hal təsbit edildiyi təqdirdə, nə lazımdırsa o da edilməlidir.
Bunun dəlili isə bu hədisdir:
Rəsulullah sas Usaməyə ra belə buyurmuşdur:
“Sən, o adamı “Ləə iləhə illəllah” dedikdən sonramı öldürdün?...”
Yenə belə buyurmuşdur:
“İnsanlarla “Ləə iləhə illəllah” deyincəyə qədər savaşmaqla əmr olundum.”
Xaricilərlə də bağlı olaraq da belə buyurmuşdur:
“Onları harda görsəniz öldürün. Əgər mən onlara yetişə bilsəydim, onları eyniylə Ad qövmünün öldürülməsi kimi öldürərdim.”
Xaricilər, çox ibadət edən və çox təhlil gətirən kimsələrdir. Hətta səhabələr, onları gördükdə öz ibadətlərini onların ibadəri yanında az görərdilər. Bunlar elmi səhabələrdən öyrənirdilər. Bütün bunlara baxmayaraq, “Ləə iləhə illəllah” “ demələri, çoxlu ibadət etmələri və müsəlman olduqlarını söyləmələri onlara bir fayda vermədi. Daha önca söz etdiyimiz, yəhudilərlə və Bəni Hənifə ilə savaş halı da belə idi.
Hafiz İbni Rəcəb “Kəlimətul-İxlas” adı verdiyi risaləsində mövzunu belə açıqlamışdır:
Rəsulullah sas belə buyurmuşdur:
“İnsanlarla “Ləə iləhə illəllah” deyincəyə qədər savaşmaqla əmr olundum” .
Ömər ra və səhabələrdən bir qrup, bu hədisdən-bu iki şəhadəti gətirən hər kəsin yalnızca dünya cəzasından qurtulacağını anlamışlardı. Ancaq “Ləə iləhə illəllah”a şəhadət etməsinə baxmayaraq zəkat verməyən kimsələrlə döyüşmək xüsusunda tərəddüdə düşmüşlərdi. Əbu Bəkr Siddiq ra bu hədisdən- ancaq “Ləə iləhə illəllah”ı söyləyib, bunun mənası və tələblərinə uyğun hərəkət edən insanlarla savaşılmayacağını anlamış və bu görüşünə Rəsulullahın hədisini dəlil gətirmişdir.
Rəsulullah sas belə buyurur:
“Ləə iləhə illəllah”hı diliylə deyib, bu sözün haqqını verdikləri zaman, onlar məndən mallarını və canlarını qorumuş olarlar. İnsanların hesabları isə Allaha aiddir.”
Əbu Bəkr Siddiq ra:
“Zəkat malın haqqıdır” demişdir.
Əbu Bəkrin ra anladığı bu məna İbni Ömər ra, Ənəs ra və digər bir çox səhabə tərəfindən Rəsulullahdan aşağdakı kimi rəvayət edilmişdir:
“Ləə iləhə illəllah, Muhəmmədən Rəsulullah deyib, namazı qılıb, zəkatı verincəyə qədər insanlarla savaşmaqla əmr olundum.”
Bu hədisin daşıdığı mənaya, bu ayələr də dəlildir.
Allah c.c belə buyurur:
“...Əgər tövbə etsələr, namaz qılıb, zəkat versələr onları sərbəst buraxın...”
“Əgər tövbə etsələr, namaz qılıb, zəkat versələr dində sizin qardaşlarınız olarlar...”
Bu dindəki qardaşlıq, ancaq tövhidlə bərabər digər fərzlərin də yerinə yetirilməsiylədir. Şirkdən tövbə isə, ancaq tövhidlə mümkündür.
Əbu Bəkr ra bu hədisdən çıxardığı mənanı səhabələrə açıqlayınca, onu təsdiq edərək bu görüşünü qəbul etdilər. Sadəcə “Ləə İləhə İlləllah, Muhəmmədən Rəsulullah” deyən kimsədən dünya cəzasının qaldırılmayacağını, əksinə İslamın şərtlərindən birini ihlal etdiyinə görə şübhəsiz cəzalandırılacağını, ayrıca buna görə axirətdə də cəzalanacağını bildirmişlər.
Alimlərdən bir qrup belə demişdir:
Bu hədislərdə keçən, “Ləə iləhə illəllah”ı söyləyib ona şəhadət etmək, Cəhənnəmdən qurtularaq Cənnətə girməyə səbəb olur. Bu səbəb isə, söylənən sözün şərtlərinin hamısı bir arada olması və onu ortadan qaldıracaq bir halın olmaması halında keçərli olar. Tövhid kəliməsinin şərtlərindən biri əksik olduqda və ya onu poza biləcək bir söz və əməl olduğunda bu kəlimə, söyləyənin Cəhənnəmdən qurtulmasını və Cənnətə girməsini təmin edə bilməz. Bu, Həsən rh və Vehb bin Münəbbihin rh açıq görüşüdür.
Firuzdakın xanımı öldükdə, dəfn edilərkən Həsən rh Firuzdakdan soruşdu:
“Bu gün üçün sən nə hazırladın?”
Firuzdak:
“Yetmiş ildir söylədiyim Ləə iləhə illəllah” deyə cavab verdi.
Həsən:
“Bu nə gözəl hazırlıqdır! Ancaq “Ləə iləhə illəllah” üçün bilinməsi və uyulması gərəkli olan şərtlər vardır. Ayrıca iffətli qadınlara iftira atmaqdan çəkin” dedi.
Həsənə rh deyildi ki: “İnsanlar “Ləə iləhə illəllah” deyən kimsənin Cənnətə girəcəyini söyləyirlər. Nə deyirsən?”
Həsən:
“ Kim deyərsə və onun haqqını verərsə, yəni gərəyiylə əməl edər, onu pozan şeylərdən qaçıb, şərtlərini haqqıyla yerinə yetirərsə Cənnətə girər.”
Vehb bin Münəbbih rh ona “Ləə iləhə illəllah Cənnətin açarı deyilmi?” deyə soruşan birinə bu cavabı vermişdir:
“Əlbətdə elədir, ancaq açacaq olan açarın dişləri varsa! Ancaq dişləri olan bir açar gətirsən sənin üçün Cənnətin qapısı açılar, əks təqdirdə açılmaz.”
Elm əhlindən nəql etmiş olduğum bu sözlər, məncə bu zənn və şübhələrə rəddiyyə olaraq yetərlidir.
“Ləə iləhə illəllah” deyən saleh bir kimsə, sehr etmək və sehr əhlini doğrulamaq, Allahdan başqasının qeybi bildiyini iddia etmək, kafir və müşrikləri dost tutmaq, din əhlini ələ salmaq, din adamlarını Rəbb etmək, Allahdan başqasına qurban kəsmək, hakimiyyəti Allahdan başqasına vermək, Allahdan başqasına dua etmək, və Allahla özü arasında vasitə tutmaq və s. şeyləri edərsə “Ləə iləhə illəllah” sözü ona heç bir şəkildə fayda verməz. Cahillər özlərinə dəlil olaraq qapalı nasları alır, bunun yanında tamamən açıqlanmış nasları tərk edirlər. Bunların halı kitabın bir qisminə inanıb bir qismini inkar edənlərin halına bənzər.
Allah c.c bu cür insanlar haqqında belə buyurur:
“Kitabı sənə endirən Odur. O kitabın bir qismi möhkəm ayələrdir-bunlar Kitabın əslidir. Digərləri isə mütəşabih ayələrdir. Qəlblərində əyrilik olanlar, fitnə çıxarmaq və istədikləri kimi məna vermək məqsədiylə mütəşabih olan ayələrə tabe olarlar. Halbuki onların mənasını Allahdan başqa heç kim bilməz. Elmdə qüvvətli olanlar isə:
“ Biz ona inandıq, hamısı Rəbbimizin qatındandır” deyərlər. Bunları ancaq ağıl sahibləri başa düşər.”
“Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra qəlblərimizi sapdırma və bizə öz qatından bir mərhəmət bəxş et, şübhəsiz yalnız Sən bəxş edənsən.”
“Rəbbimiz! Olacağında şübhə olmayan bir gündə, insanları toplayacaq olan şübhəsiz Sənsən. Allah əsla öz vədindən dönməz!”
Ey Allahım! Bizi haqqı haqq bilib, ona tabe olan və batili batil bilib ondan çəkinənlərdən et. _________________ “İbrahim: “Sizin və atalarınızın ibadət etdiyi şeyləri gördünüzmü? Onlar mənim düşmənlərimdir. Aləmlərin rəbbi olan Allah müstəsna” dedi.”
Əş-Şuara/75-77
Göndərilib: C.a. May 12, 2005 12:54 am İsmarış mətni:
“Ləə iləhə illəllah”ın fərdə və topluma təsiri.
“Ləə iləhə illəllah” kəliməsinin ixlaslı, doğru bir şəkildə, açıq və gizli olaraq söylənib, tələblərinə əməl edilməsi halında fərd və toplum üzərində böyük təsirə səbəb olduğu görülər:
1. “Ləə iləhə illəllah” kəliməsi müsəlmanları bir din və bir əqidə sahibi qılıb, düşmənlərinə qarşı birləşdirər və bir qüvvə meydana gətirib, zəfərə çatmalarını təmin edər. Allah c.c belə buyurur:
“Hamılıqla Allahın ipinə möhkəm sarılın və bölünüb parçalanmayın...”
“Əgər səni aldatmaq istəsələr, əlbətdə Allah sənə yetər, yardımıyla bütün mömilərlə səni dəstəkləyən və qəlblərini birləşdirən Odur. Əgər sən yer üzündə nə varsa hamısını xərcləsə idin, yenə də onların qəlblərini birləşdirə bilməzdin. Fəqət Allah onları birləşdirmişdir. O Əzizdir, Hakimdir.”
Əqidədəki ixtilaf, parçalanmaya, çəkişməyə və düşmənçiliyə səbəb olur. Allah c.c belə buyurur:
“Dinlərini paça parça edib, firqələrə ayrılanlarla sənin heç bir əlaqən yoxdur…”
“Amma insanlar öz dinlərini aralarında parça parça etdilər. Hər firqə öz dininə sevinir…”
“Ləə iləhə illəllah” dan başqa insanları tövhid əqidəsi ətrafında toplayacaq heç bir şey yoxdur.
2. “Ləə iləhə illəllah” kəliməsinin mənasına bağlı olan bir toplumda, əmin-amanlıq çoxalar. Çünki bu toplumdakı hər bir fərd, bu əqidəni yükləndiyinə görə Allahın halal qıldığını alar, haram qıldığını tərk edər. Bu əqidəni yaşamalı olduğuna inandığından müsəlmanlara qarşı düşmənçiliyi, zülmü, həddi aşmanı tərk edər, bunun yerinə Allahın:
“Möminlər ancaq qardaşdır...”
Ayəsinə əməl edərək, onlara Allah üçün dostluq və sevgi göstərər, onlarla yardımlaşar.
Ərəblərin “Ləə iləhə illəllah” ın tələblərinə bağlı olduqları zamandakı halları və bu bağı tərk etdikləri zamandakı halları ortadadır. Bu əqidədən öncə: düşmənçilik, oğurluq, intihar, təkəbbürlənmək, zorla qəsb etmək, zina və s. kimi şeylərlə iç-içə idilər.
Nə zaman ki “Ləə iləhə illəllah”ın mənasına bağlı olaraq yaşamağa başladılar, o zaman bir-birlərini sevən qardaşlar oldular. Allah c.c belə buyurur:
“Muhəmməd Allahın Rəsuludur. Onunla bərabər olanlar, kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər...”
“...Siz bir birinizə düşmən ikən, O sizin qəlblərinizi birləşdirdi və Onun nemətilə qardaş oldunuz...”
3. Müsəlmanlar “Ləə iləhə illəllah”ın tələblərinə bağlı qaldıqları zaman, Allah onları yer üzündə Onun hökmlərini tətbiq edənlərdən qılar. Tövhid dinini də çeşidli fikirlərin önündə sabit qılar.
Allah c.c belə buyurur:
“Allah içinizdən iman edib saleh əməl işləyənlərə, onlardan öncəkiləri hökmran qıldığı kimi onları da yer üzündə hökmran qılacağını, onlar üçün Allahın bəyəndiyi dinini mökəmləndirəcəyini və onların qorxusunu əmin amanlıqla əvəz edəcəyini vəd etmişdir. Çünki onlar yalnız mənə ibadət edər və Mənə heç bir şeyi şərik qoşmazlar...”
İbadətdə tayı və bərabəri olmayan Allah bu böyük istəyin meydana gəlməsini, “Ləə iləhə illəllah”ın mənasına bağlamışdır.
4. Kim “Ləə iləhə illəllah” ın tələblərinə əməl edərsə ağlı başında, nəfsi də rahat olar. Çünki o, tək olan Rəbbin razı olduğu şeyləri edər, həlak edici şeylərdən uzaqlaşaraq Allaha qulluq edər.
Bunun əksinə, hər kim cürbəcür ilahlara qulluq edərsə, bu ilahlardan hər birinin ayrı ayrı istəkləri və başqa başqa tədbirləri olduğundan dünyada narahat və bədbəxt olacağı kimi, axirətdə də ziyana uğrayanlardan olar.
Allah c.c belə buyurur:
“Ey mənim zindan yoldaşlarım ayrı ayrı Rəblərmi daha xeyirlidir yoxsa hər şeyə Hakim və Qalib olan Allahmı?”
“Allah bir məsəl çəkir: “ Bir adamın bir-biri ilə çəkişən bir neçə şərikli ağası var. Başqa bir adamın da yalnız bir ağası var. Heç bu iki adam vəziyyətcə eyni olarmı?”. Həmd ancaq Allaha məxsusdur, lakin onların çoxu bilməzlər!”
İbni Kayyim belə demişdir: “Allah bu ayədə muvahhidlə müşriki ayırmaq üçün misal vermişdir. Müşrik əxlaqı pozulmuş, bir-birinə düşmən olan camaatın sahib olduğu bir qul vəziyyətində olub, cürbəcür ilahlara ibadət edər. Bu ilahların da istəkləri də bir-birindən fərqli olduğu üçün heç birisini razı sala bilməz.
Muvahhid isə, ancaq tək olan Allaha qulluq edir ki onun vəziyyəti-Allaha bütün şirklərdən təmizlənərək təslim olan, hədəfini və rizasına aparacaq yolu bilən və bütün ixtilaflardan uzaq olaraq, əmin-amanlıq içində olan insanın vəziyyəti kimidir.
Bu qul, Rəbbinə şərik qoşmadan və ixtilaflardan təmizlənmiş olaraq təslim olar. Onun üzərində Rəbbinin rəhməti, şəfqəti və ehsanı vardır. Bu iki qul heç bir olarmı?”
5. “Ləə iləhə illəllah”ın tələblərinə əməl edən qul, dünya və axirətdə yüksələr və şərəf qazanar.
Allahın:
“Bütün bunları Allahı birləyərək və Ona şərik qoşmadan edin. Kim Allaha şərik qoşarsa, sanki o göydən düşmüşdür, quşlar onu aparmışlar, yaxud küləyin sovurub uzağa atdığı bir şeydir.” ayəsində də işarə etdiyi kimi, Tövhid yüksəkliyə, şirk isə, alçaqlığa dəlalət edər.
Əllamə İbni Kayyim demişdir: “İman və Tövhid yüksəlinən və enilən səma kimidir. İman və Tövhid üzrə olunduğunda yer üzündən səmaya yüksənilir. İmanı və Tövhidi tərk etmə halında isə, səmadan aşağılara enilir. Şiddətli çətinlik, üst-üstə gələn ağrı və acılar, müsibətlər bu halların nəticəsidir. Allah göndərdiyi şeytanlarla, İman və Tövhiddən uzaqlaşanın əzalarını param parça edərək onu çətinliyə salar, davam edən bu əziyyət onu narahat edər və həlak çuxuruna düşürər.
6. “Ləə iləhə illəllah” kəliməsini söyləyənin qanı və malı qorunmuş olar.
Rəsulullah sas belə buyurur:
“İnsanlarla “Ləə iləhə illəllah” deyincəyə qədər savaşmaqla əmr olundum. Onlar bunu edincə qanları və malları məndən qorunmuş olar. Ancaq İslam haqqı müstəsna...” buyurmuşdur.
İslamın haqqı- “Ləə iləhə illəllah”ın şərtlərini yerinə yetirib, şirkdən uzaqlaşaraq tövhidi tam bir şəkildə əda etməkdir. Sadəcə “Ləə iləhə illəllah” sözünü söyləmək malı və qanı haram qılmaz.
Müvəffəqiyyət Allahdandır. Nəbiyə və səhabələrinə salam olsun. _________________ “İbrahim: “Sizin və atalarınızın ibadət etdiyi şeyləri gördünüzmü? Onlar mənim düşmənlərimdir. Aləmlərin rəbbi olan Allah müstəsna” dedi.”
Əş-Şuara/75-77
Göndərilib: C.a. May 12, 2005 12:57 am İsmarış mətni:
Tebii ki bu kitabın tamı deyil mende tam versiyası var isteyen varsa mail atsın verim bu yaxınlarda internetde de olacaq deye bir şey eşitdim .Kitabın özü elhamdulillah zengindir qeydler bölümünde alimler haqda melumatlar da var 100 e yaxın qeyd var kitabda amma foruma qoya bilmedin onları. Oxuyan olacaqsa qoyum internete skacat elyin. _________________ “İbrahim: “Sizin və atalarınızın ibadət etdiyi şeyləri gördünüzmü? Onlar mənim düşmənlərimdir. Aləmlərin rəbbi olan Allah müstəsna” dedi.”
Əş-Şuara/75-77
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.