MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Azərbaycanda hicablı qadınların bir çox hüquqları pozulur

 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> İslamda qadının yeri
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
ya islam ya olum



Daxil ol: C. Dek. 22, 2006 09:06
İsmarışlar: 321
Şəhər/ölkə: Baku/Azebaijan

İsmarışGöndərilib: Ç.a. İyun 05, 2007 2:14 pm    İsmarış mətni: Azərbaycanda hicablı qadınların bir çox hüquqları pozulur Sitatla cavab ver

Şəxsiyyət vəsiqəsi ala bilməmələri onları bir çox hüquqlardan məhrum edir

Azərbaycanda hicablı xanımların sənəd almasında yaranmış problem hələ də həllini gözləyir. Baş örtülü xanımlarımız şəxsiyyət vəsiqəsi əldə edə bilmədiklərindən gündəlik həyatda daim maneələrlə üzləşdiklərini etiraf edirlər. Hicablı qadın Sadə Əliyevanın sözlərinə görə, ailə qurarkən rəsmi nigah üçün qeydiyyata düşə bilməyib: «Çünki, şəxsiyyət vəsiqəm yox idi. Seçkilərdə də iştirak edə bilmirik. Yoldaşımın evinə qeydiyyata düşə bilmirəm. Yəni bir çox hüquqlarımdan məhrum olmuşam».
«Biz istəmirik ki, Azərbaycandakı hicablı qadınların şəxsiyyət vəsiqəsi ilə bağlı problem Avropa Məhkəmələrinin müzakirə mövzusuna çevrilsin. Elə bu səbəbdən də ümid edirik ki, məsələ Azərbaycan daxilində öz həllini tapacaq»,- deyə Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) sədri İlqar İbrahimoğlu ANS-ə müsahibəsində belə deyib. Hicablı xanımlara şəxsiyyət vəsiqəsi üçün başı bağlı şəkil çəkdirməyə imkan verilməməsini onların vətəndaş hüquqlarının pozulması kimi qiymətləndirən hüquq müdafiəçisinin sözlərinə görə, bu istiqamətdə 9 il ərzində aparılan mübarizə hələ ki, nəticəsizdir: «Sovet dövründə pasportlarda inanclı xanımların hicablı şəkilləri var idi. Sovet dağılandan sonra milli müstəqil dövlətimizin pasportlarında bizi öz inancımıza qarşı getməyə məcbur edirlər».
Baş örtüyü hüququ üzrə ekspert Humay Həsənova isə bildirib ki, hicablı qadınlar şəxsiyyət vəsiqəsi üçün sənəd şəkli çəkdirə bilmədiklərindən, onların rəsmi nigaha girməsi mümkün olmur. Hətta həmin qadınların dünyaya gələn övladı qeyri-qanuni sayılır.
Daxili İşlər Nazirliyindən isə bildiriblər ki, bu məsələ qanunvericiliyə uyğun həllini tapmalıdır. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, nazirlik sadəcə icraedici orqandır və əgər qanuna dəyişiklik edilərsə, Daxili İşlər Nazirliyi buna əməl edəcək.
Qeyd edək ki, Azərbaycanda hicablı xanımların sənəd almasında yaranmış problemin əsas səbəbi vətəndaşların şəxsiyyət vəsiqəsi haqqında qanununun bəzi müddəalarıdır. Sənədə görə, 16 yaşına çatmış vətəndaş şəxsiyyət vəsiqəsini almaq üçün papaqsız, gündəlik həyatda ona xas olan görkəm və əlamətlərlə, yalnız öndən görünüşü təsvir olunmuş fotoşəkil təqdim etməlidir. Bu yerdə hicab da papağ kimi öndən görünüşü əngəlləyən amil olduğundan, onunla da şəkil çəkdirmək qadağandır.


- Yerləşdirilən şkil müsəlman qadının hicabını əks etdirməkdən çox, cahil, koket qadının geyim tərzinə bənzədiyindən forumun qaydalarına müvafiq olaraq, silinmişdir. Diqqətli olmağınız və qaydaları bir də nəzərdən keçirməyiniz tövsiyyə olunur.

Bacilar buyrun sizde bu meselede nece prablemlerle uzlesirsiniz bizle paylasin.
_________________
Deqiq qerezsiz vicdanli.Xeberden xeberiniz olsun.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax MSN
ya islam ya olum



Daxil ol: C. Dek. 22, 2006 09:06
İsmarışlar: 321
Şəhər/ölkə: Baku/Azebaijan

İsmarışGöndərilib: C.a. İyun 07, 2007 11:39 am    İsmarış mətni: Sitatla cavab ver

Salam aleykum.

Bacilar siz bele prablemleri nece hell edirsiniz buyrun cavablariniuzi gozleyirik.

Salam aleykum

_________________
Deqiq qerezsiz vicdanli.Xeberden xeberiniz olsun.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax MSN
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> İslamda qadının yeri Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.