Daxil ol: C. Dek. 22, 2006 09:06 İsmarışlar: 316 Şəhər/ölkə: Baku/Azebaijan
Göndərilib: Ç.a. Apr. 17, 2007 10:28 am İsmarış mətni:
Salihlerden bir kimse çok fakir olup dünyalık hiç bir şeye malik olmadığı için, ailesi «Bu hale nasıl sabredelim. Cenabı Hak'tan bir miktar dünyalık istesek olmaz mı?» diye, gece-gündüz efendisi ile münakaşa edermiş.
Nihayet o salih zat da dua eder ve duası kabul buyurulur. Bir de ailesi bakar ki evin köşesinde, altundan bir kerpiç bulur ve hemen efendisine getirir, ihtiyaçlarımızı karşıla diye verir.
Efendisi o gece rüyasında görür ki, cennette altundan bir köşk içinde bulunuyor. Lâkin köşkün bir kerpici eksik olduğu için güzelliğinde bir eksiklik vardır. O kerpicin ne olduğunu sorunca «Dünyada sana verilmişti.» derler.
Uyanınca hemen hunu ailesine anlatır. Kadın da dünyayı istediğine pişman olur. Efendisi tekrar «Ya Rabbi, bana dünya gerekmez. O kerpici geri yerine gönder.» diye dua eder. Bakarlar ki, evin köşesinden kerpiç kaybolmuştur.
Hadis-i şerifte buyurulmuştur ki:
"Bir kimsenin dünyada yediği lokmanın karşılığı, âhiretteki hissesinden eksilir."
Ya İslam Ya Ölüm, təklif və iradlarınız bölümündə Humeyra Bacı aşağıda Copy-Paste etdiyim İsmarış yazıb. Ya oxumadun yada oxudun amma serf etmədi. Belə əziyyət çəkib bizlərə faydalı dini hekayələr yazırsansa Onda birazda əziyyəti artıq çək və Azərbaycan Dilinə tərcümə et. Bəzi Gardaş və bacılar hətta Ərəb dilindən tərcümə edirlər, sən türk dilindən tərcümə edə bilmirsən? Azacıq artıq vaxt itiri tərcümə etməkdənsə, yazıların mənbəyini göstərməkdənsə Forumun Haggını tapdalayırsan. Aşağıdakı Humeyra bacınında yazısından sonra davam edecəksənsə Turk dilində və mənbəsi göstərilməyən hekayələri yazmaga onda sənin day cahillərlə nə fərqin oldu. Allah HİDAYƏT VERSİN. AMİN!
AsSalamu alaikum wa RahmatuLlah.
Son vaxtlar vaxt azlığından və bəzi digər səbəblərdən foruma lazımi qədər nəzarət edə bilmədiyimdən yerləşdirilən yazıların hamısını vaxtında oxuya bilmirəm, haqqınızı halal edin.
İslam ədalət dinidir. Ya islam ya olum, qardaş, gər həqiqətən də məsələyə ədalətlə və obyektiv yanaşsaq, ENGINEER qardaş dediklərində haqlıdır, onun iradını heç də sizin şəxsinizə ünvanlanmış təhqir yaxud sizinlə polemikaya girmək istəyi kimi qəbul etməyin. Əksinə,qardaş qardaşdan inciməz, xüsusən nəsihət edəndə. Belə ki, İslam dinini ilkin təmizliyini qorumaq istəyiriksə, mənbələri tələb etmək müsəlmanın haqqıdır. Çünki belə etməsək, onda daha bizim yaslarda camaatın başını gülünc nağıllar və uydurmalarla qatan "bozbaş" mollalardan fərqimiz nə oldu ki? Həmçinin mənbələrsiz, səhihliyi şübhə altında olan məlumatları verməklə biz İslam düşmənlərinə də qapı açırıq. Onlar da mənbələrini qeyd etmədən minlərlə uydurma şeyi "səhihdir" adı altında İslama yeridib, insanların beynini duamnlandırmağa çalşırlar. Siğə(müvəqqəti nikah), müxtəlif növ mövludlar, kandillər, müxtəlif növ xurafat dolu adət və ayinlər, qəbirləri pirlərə çevirmək və s. kimi əsl həqiqətdə İslamda olmayan ayinlər məhz belə səhlənkarlıqlar üzündən meydana çıxır. Bu məsələdə sərt mövqe tutanları isə çox təəssüf ki "radikal" adlandırırlar. Halbuki anlamırlar ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) şəxsən onun özünə nəsə qaba söz deyiləndə əsla inciməzdi, amma elə ki, dinin mənafeyinə zidd gedən bir şey olardı, səhih hədislərdə gəldiyi kimi "qəzəbdən üzü qırmızı olardı".
Ona görə də diqqətli olmalıyıq. Bir elmli qardaşın dediyi kimi dinimiz dağlardakı tərtəmiz qar suyundan əmələ gələn çaya bənzəyir. Əgər bu çaya hərə bir çöp atsa onun gözü tutular və su axıb tarlalara, bağlara, şəhərlərə kəndlərə bərəkət gətirə bilməz. Ona görə gərək onu təmiz saxlayaq, çör çöpdən azad edək. Bunun üçün isə ilkin mənbələrə- yəni Qurana və səhih hədislərə etimad etməli, bundan əlavə və buna zidd gələn hər şeyi həm beynimizdən, həm əməllərimizdən həm də ki, yazılarımızdan xaric edək, inşaAllah.
İnşaAllah hədis yaxud, Quran ayəsi yerləşdirərkən, hökmən və hökmən hansı mənbədən olduğu ya hədisin hansı mənbədən olduğu (Buxari, Müslim, Əbu Davud, Tirmizi, Nəsai və s.) yaxud da ayənin hansı surədən və neçənci olduğu qeyd edilməlidir, ki, oxucu yerləşdirilən yazının səhih olub olmadığını araşdıra bilsin.
O ki, qaldı "Sırlar Dünyası" mövzusuna, orda faydalı yazılar da mövcuddur, amma qaydalardan kobud kənaraçıxma da var ki, bu da əcnəbi dildə, böyük mətnlərin yerləşdirilməsidir. Foum qaydalarına əsasən, tərcüməsiz əcnəbi dildə yerləşdirilən böyük yazılar yerləşdirmək qadağandır, çünki sayta daxil olanlar əksəriyyət etibarilə Azərbaycan dilli əhalidir və digər dillərdə yerləşdirilən yazılar onların oxumasını çətinləşdirir, bu da müsəlmanın müsəlmana zülm etməsi deməkdir. Ona görə inşaAllah, bütün digər dillərdəki yazılar tədricən silinəcək. Qaydalarla tanış olmaq üçün aşağıdakı ünvana daxil olmağınız məsləhətdir( 1ci və 4cü bəndə xüsusi diqqət edin):
https://www.azerislam.com/forum/viewtopic.php?t=40&start=20
Və sonda bütün forum iştirakçılarını təqvaya, müsəlman əxlaqına və hikmətə çağırıram. Allah rizası üçün nə cür anlaşılmazlıqlar olsa da, düşmənlərin əlinə bəhanə verməyin.
Allah ən doğrusunu bilir!
AsSalamu alaikum. _________________ Estegfiru-llahel aziymel-lezi la ilahe illa huvel-heyyul-gayyum ve etubu ileyhi.
yaxsi insallah tercume edib yazaram ama diqqetle oxuyun cunki dini hekayeler ibretli olacaqdir.Enginner Allah razi olsun _________________ Dunya bir gun, O da bu gun.
"Bir kimsenin dünyada yediği lokmanın karşılığı, âhiretteki hissesinden eksilir."
Qardaş, mümkündürsə, hədisləri qeyd etdikdə onların mənələrini də yazradınız (yəni, hansı hədis toplusunda gedir, məsələn "Səhih-Buxari", "Səhih-Müslim" "Sünən-Əbu Davud" və s.). Çünki bunsuz həmin hədisin səhih olub olmadığını araşdırmaq çətin olur. Əvvəlcədən Allah razı olsun. Amin!
İnşaAllah, mən də razıyam ki, yazılar Azərbaycan dilində olsa, oxuculara daha faydalı olar, hər nə olsa, forumun adı Azərİslamdır axı.
Fantastik (əsli olmayan) və uydurulmuş bədii əsərlərin yazılmasına, oxunmasına və yayılmasına İslamın baxışı.
Sual: İslamda əsli olmayan, fantastik və nağılvari bədii əsərlərin, novella, roman və hekayələrin oxunmasına münasibət necədir?
Cavab:
Allaha həmd olsun!
Bu tip yazılara vaxtın sərf olunması iki haramı özündə birləşdirdiyi üçün qadağandır:
1. Bu tip yazıların oxunması boş vaxtın israfından başqa bir şey deyil. Təəssüf ki, günümüzdə "boş vaxt" adlanan anlayış meydana çıxmışdır ki, bu da insanların beynini dumanlandırır, onları Axirət günü fayda verməyən əməllərə sürükləyir. Halbuki müsəlman bilməlidir ki, Qiyamət Günü o nəinki hər saatının, eləcə də hər hanını nəyə sərf etdiyinin hesabını verəcəkdir.
İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (səllallahu aleyhi və səlləm) belə demişdir:"Bir çox insanlar 2 nemətin qədrini bilmirlər:"Sağlamlıq və boş vaxt". Buxari, 6049 Əbu Bərza əl-Əsləmi (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbr (səllallahu aleyhi və səlləm) demişdir:"İnsan Qiyamət Günü öz həyatı barədə, həyatlnl necə keçirdiyi barədə, biliyi barədə, həmin bilikdən necə istifadə etdiyi barədə, var-dövləti barədə və bu mal dövləti hara xərclədiyi barədə, bədəni barədə və bu bədəndən necə istifadə edildiyi barədə hesaba çəkilmədikcə azad olunmaz" (Tirmizi, 2417, səhihdir)
2. Uydurulmuş hekayələr əslində həqiqi olmayan və təxəyyülün məhsulu olan yazılardır ki, bu da İslamda yalan adlanır. Hər bir yalan isə Şəriətlə icazə verilən 3 haldan əlavə haramdır (bax: "YALAN" mövzusu). Yalan olan bir şey isə nə qədər ibrətamiz səslənsə də insana fayda verə bilməz, çünki bünövrəsi haram üstündə qurulmuşdur.
Əgər insan hökmən bir şey haqqında yazmalıdırsa, yaxşı olardı ki, ətrafda baş verən real və ibrətamiz hadisələri gözəl dillə, içinə yalan qatmadan təsvir etsin, yaxud da alleqoriyadan istifadə edərək ibrətamiz hadisəni müxtəlif təmsillər vasitəsi ilə vsf etsin. Bundan da daha yaxşısı odur ki, müsəlman İslam tarixini obyektiv nəzərlərlə araşdıraraq, Quran və Sünnədəki faydalı hekayətləri, ordakı ibrətamiz hadisələri, peyğəmbərlərin, nəbilərin, səhabələrin, tabiinlərin, saleh insanların həyatından nəsihətericci məqamları insanlara çatdırsın.
Islam Q&A
Şeyx Saleh əl-Münəccid. _________________
Daxil ol: C. Dek. 22, 2006 09:06 İsmarışlar: 316 Şəhər/ölkə: Baku/Azebaijan
Göndərilib: Çər. May 23, 2007 4:06 pm İsmarış mətni:
Sinif ses-kuyden dagilarken, bir sert gorunuslu muellim iceri girir. Sinife bir qash-qabaqli baxish kecirdib kursuye kecir. Tebasirle lovheye "1" reqemini yazir.
"Baxin" - deyir, "Bu insanliqdir. Heyatda sahib ola bileceyiniz en deyerli shey...."
Sonra "1"-in yanina "0" yazir: "Bu, ugurdur. Ugur qazanmish insan 1-i 10 eder".
Bir "0" da artirir: "Bu, tecrubedir. 10 oldugunuz vaxt, 100-e qaldirar sizi."
Belelikle, "0"-lar uzanib gedir: "Bacariq...ciddiyet...sevgi..." Elave olunan her "0"-in insani 10 defe daha artiq zenginleshdirdiyini usaqlara izah edir. Sonra eline silgini alir ve en bashdaki "1"-i silir ve demek istediyi son fikri catdirir:
"INSANLIGINIZ YOXDURSA, O BIRILERI HEC BIR MENA VERMEZ..."
Daxil ol: C. Dek. 22, 2006 09:06 İsmarışlar: 316 Şəhər/ölkə: Baku/Azebaijan
Göndərilib: Çər. May 23, 2007 4:21 pm İsmarış mətni:
Bir Haqq dostu heyati boyu eyni yu***u gorur.. Hansisa bir okean'in sahilindedir.. Sahil boyu 2 ayaq izi var.. Neise, zaman gelir-kecir - adamin vaxti catir.. Haqqa(c.c) qovushur... Hesabatdan sonra :
Sonsuz quvvet,elm ve bilik sahibi - heyatim boyu eyni bir yu***u gordum.. Amma helede menasini anlaya bilmedim.. Menasini oyrene bilerem mi?? Ey qulum, o gorduyun sahil senin heyatin yolu idi.. Ordaki 2 dene ayaq izinden biri sene digeride Mene(c.c) aiddir.. Haqq dostu, az zaman kecmeden.. Bezen olurdu, yuxumda sahilde dashliqlar gorurdum.. O zaman ayaqlardan biri yox olurdu.. Sadece 1 ayaq izi qalirdi.. Allah'im(c.c) niye meni tek bashima buraxirdin?? Ey qulum, o vaxtlar men seni yalniz buraxmirdim, eksine seni men dashiyirdim..
Daxil ol: Ş. Mar. 24, 2007 15:47 İsmarışlar: 1 Şəhər/ölkə: Baki / Azerbaycan
Göndərilib: C. İyun 01, 2007 2:44 pm İsmarış mətni:
Belə bir hekayəni sizlərə də çatdırmaq istərdik. İslam ölkələrinin birində Hicri tarixi ilə 286-cı ildə, bir qadın qaziyə şikayət edərək, ərinin evlənməzdən əvvəl söz verdiyi 500 dinarı hələ də ona vermədiyini bildirir. Qadın ətraflı məlumat verdikdən sonra şahidlər qadından sifətinin örtüyünü açmasını tələb edirlər ki, qadını tanısınlar. İddia edən qadın həqiqətən şikayət olunan kişinin xanımı olub olmaması aydın olunmalı idi, bunun üçün də qadın sifətini örtən niqabı açmalı idi. Qərar verildikdə qadının əri dözə bilmir və deyir ki; “Etməyin, o doğru söyləyir! İddiasında haqlıdır.” Kişi, hətta məhkəmədə şərt olaraq lazım olan məqamda nə hakimin, nə də şahidlərin qadının sifətini görməsinə razı olmur. Qadın isə ərinin bu hərəkətini gördükdə anlayır və deyir ki; “Mehrim dünya və axirətdə ona halal olsun!” Beləcə şikayətə gələn qadın da öz mehrindən imtina edir.
Bu sadəcə bir hekayə idi, lakin namus və qeyrət o zamanlar həqiqətən belə idi.
Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09 İsmarışlar: 499
Göndərilib: Ş. İyun 02, 2007 3:44 pm İsmarış mətni:
Sitat:
Belə bir hekayəni sizlərə də çatdırmaq istərdik. İslam ölkələrinin birində Hicri tarixi ilə 286-cı ildə, bir qadın qaziyə şikayət edərək, ərinin evlənməzdən əvvəl söz verdiyi 500 dinarı hələ də ona vermədiyini bildirir. Qadın ətraflı məlumat verdikdən sonra şahidlər qadından sifətinin örtüyünü açmasını tələb edirlər ki, qadını tanısınlar. İddia edən qadın həqiqətən şikayət olunan kişinin xanımı olub olmaması aydın olunmalı idi, bunun üçün də qadın sifətini örtən niqabı açmalı idi. Qərar verildikdə qadının əri dözə bilmir və deyir ki; “Etməyin, o doğru söyləyir! İddiasında haqlıdır.” Kişi, hətta məhkəmədə şərt olaraq lazım olan məqamda nə hakimin, nə də şahidlərin qadının sifətini görməsinə razı olmur. Qadın isə ərinin bu hərəkətini gördükdə anlayır və deyir ki; “Mehrim dünya və axirətdə ona halal olsun!” Beləcə şikayətə gələn qadın da öz mehrindən imtina edir.
Bu sadəcə bir hekayə idi, lakin namus və qeyrət o zamanlar həqiqətən belə idi.
Assalamu aleykum.
Allahu Akbar! Həqiqətən ona görə deyilir ki, o vaxtkı müsəlman indiki müsəlmanların halını görsəydilər ağlayardılar, indiki müsəlmanlar isə o vaxtı müsəlmanların İslama bağlılğını görsəydilər, dəli olduqlarını zənn edərdilər.
Müasir kişilər isə öz həyat yoldaşının bəzənərək işə, küçəyə, mağazaya çıxması ilə fəxr edirlər ki, zövcəmin gözəlliyini hamı bilir. SubhanAllah!
Daxil ol: C. Dek. 22, 2006 09:06 İsmarışlar: 316 Şəhər/ölkə: Baku/Azebaijan
Göndərilib: B. İyun 03, 2007 11:43 am İsmarış mətni:
[quote="Zəhra_H"]
Sitat:
Belə bir hekayəni sizlərə də çatdırmaq istərdik. İslam ölkələrinin birində Hicri tarixi ilə 286-cı ildə, bir qadın qaziyə şikayət edərək, ərinin evlənməzdən əvvəl söz verdiyi 500 dinarı hələ də ona vermədiyini bildirir. Qadın ətraflı məlumat verdikdən sonra şahidlər qadından sifətinin örtüyünü açmasını tələb edirlər ki, qadını tanısınlar. İddia edən qadın həqiqətən şikayət olunan kişinin xanımı olub olmaması aydın olunmalı idi, bunun üçün də qadın sifətini örtən niqabı açmalı idi. Qərar verildikdə qadının əri dözə bilmir və deyir ki; “Etməyin, o doğru söyləyir! İddiasında haqlıdır.” Kişi, hətta məhkəmədə şərt olaraq lazım olan məqamda nə hakimin, nə də şahidlərin qadının sifətini görməsinə razı olmur. Qadın isə ərinin bu hərəkətini gördükdə anlayır və deyir ki; “Mehrim dünya və axirətdə ona halal olsun!” Beləcə şikayətə gələn qadın da öz mehrindən imtina edir.
Bu sadəcə bir hekayə idi, lakin namus və qeyrət o zamanlar həqiqətən belə idi.
Assalamu aleykum.
Allahu Akbar! Həqiqətən ona görə deyilir ki, o vaxtkı müsəlman indiki müsəlmanların halını görsəydilər ağlayardılar, indiki müsəlmanlar isə o vaxtı müsəlmanların İslama bağlılğını görsəydilər, dəli olduqlarını zənn edərdilər.
Müasir kişilər isə öz həyat yoldaşının bəzənərək işə, küçəyə, mağazaya çıxması ilə fəxr edirlər ki, zövcəmin gözəlliyini hamı bilir. SubhanAllah![/quote]
SubehanAllah heqiqeten baci senle razilasmamaq olmur.
Bezi insanlarda deyirki (cahil) menim zovcem butun gunu evde oturmalidi hara isteyir ozu cixib gede biler sexsen mene bir cahil qardas bele demisdi.
Allah hidayet versin demekden baska elimizden hecne gelmir _________________ Dunya bir gun, O da bu gun.
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.