MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Nafilələr: Əvvabin = Duha = İşraq namazı

 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> NAMAZ
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: Çər. May 31, 2006 9:21 pm    İsmarış mətni: Nafilələr: Əvvabin = Duha = İşraq namazı Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

Nafilələr: Əvvabin = Duha = İşraq namazı


Allaha həmd olsun!
Nafilə namazlarından biri də Duha namazı adı ilə də tanınan Əvvabin namazıdır. Bu namaz 2, 4, 6, və 8 rükət halında qılına bilər. Namazın qılınma vaxtı gün çıxan andan Zöhr namazına (şeyx Usyeminin (rəhimullah) rəyinə əsasən) 10 dəqiqə qalmışa qədər olsa da, namazı bu müddət ərzində günün ən isti olduğu vaxta saxlamaq daha yaxşıdır. Belə ki:
"Zeyd ibn Ərqam (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər(səlləlləhu aleyhi və səlləm) Quba məscidində insanları namaz qılan vaxt gördü. O dedi:" Əvvabin namazı cavan dəvələrin (qumun istisindən) ayaqlarını qaldıran vaxt qılınır."
(Müslüm, 1238)
İmam Əhmədin (Allah ona rəhmət eləsin) Zeyd bin Ərqamdan (Allah ondan razı olsun!)məzmunlu bir digər hədisdə isə belə rəvayət olunur:
"Peyğəmbər(səlləlləhu aleyhi və səlləm) günəş qalxdıqdan sonra Quba məscidinə gəldi və insanları namaz qılan gördü. O dedi:"Duha namazı cavan dəvələr (qumun istisindən) ayaqlarını qaldırdığı vaxt qılınmalıdır."
Əl-Qasım əl-Şeybaninin rəvayət etdiyi hədisdə isə Zeyd ibn Ərqam (Allah onların hər ikisindən razı olsun!) insanları Duha namazı qılarkən görəndə demişdir:"Məgər onlar bilmirlər ki, bu namazı başqa vaxt qılmaq daha yaxşıdır?"Allah Rəsulu(səlləlləhu aleyhi və səlləm) isə bildirmişdi:"Əvvabin namazını cavab dəvələr (qumun istisindən) ayaqlarını qaldırdığı vaxt qılmaq daha yaxşıdır".
(Müslüm, 1237)
Əl-Nəvəvi (Allah ona rəhmət eləsin!) yuxarıdakı hədislərdə qeyd olunan vaxt barədə belə demişdir: "Cavan dəvələr qumun üzərində ayaqlarını o vaxt növbə ilə qoyub götürürlər ki, havanın temperaturu (Düha namazının vaxtı ərzində) ən yüksək ohəddə olur. "Əl-əvvab" sözü ərəb dilindən tərcümədə "təslim olan, boyun əyən" deməkdir. Hədis həmçinin göstərir ki, bu namazı havanın ən isti olan vaxtı qılmaq yaxşı olsa da,gün çıxandan ta gün zenitdə olanadək də qılmaq olar."
(Şərh Muslim lil Nəvəvi)
Müsəlmanlar arasında Düha (Əvvabin) namazı ilə İşraq namazının ayrı-ayrı nafilə namazları olduğunu düşünənlər çoxdur. Lakin əsl həqiqətdə İşraq namazı elə öz vaxtının başlanğıcında (yəni gün çıxan kimi, şəruq vaxtı) qılınan Düha namazıdır, bunlar ayrı-ayrı namazlar deyil.
Bu barədə İslam alimlərinin fətvalarından faydalanaq:
Şeyx İbn Baz (Allah ona rəhmət eləsin!) demişdir:"İşraq namazı öz vaxtının lap əvvəlində qılınan Düha namazıdır"
(Məcməu Fətəva əl-Şeyx ibn Baaz, 11/401)
Şeyx ibn Useymin (Allah ona rəhmət eləsin!) bu namazın qılınma vaxtını müəyyən edərək bildirmişdir ki, Duha namazı gün çıxdıqdan 15 dəqiqə sonradan Zöhr namazına 10 dəqiqə qalmışadək qılına bilər.
(Əl-Şərh əl-Mümti, 4/122)
Və Allah ən doğrusunu biləndir!

_________________


Redaktə edən: Humeyra, son redaktə tarixi: Çər. May 31, 2006 9:48 pm, cəmi 1 dəfə
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: Çər. May 31, 2006 9:33 pm    İsmarış mətni: Sitatla cavab ver

Duha namazının fəziləti barədə.

Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir:"Mənim yaxın dostum (xəlil- Peyğəmbəri(səlləlləhu aleyhi və səlləm) nəzərdə tutur) mənə ölənədək 3 şeyi tərk etməməyi demişdi: hər ay üç gün oruc tutmaq, Düha namazı və Vitr namazından sonra yatmaq."
(Buxari 1124, Müslim 721)
Əbu Zərrdən(Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər(səlləlləhu aleyhi və sləəm) demişdir:"Adəm oğlu hər gün hər barmağı olə sədəqə etməlidir. Hər təsbih ("SübhanAllah" demək) sədəqədir; hər təhmid ("Əlhəmdülilləh" demək) sədəqədəir; hər təhlil ("Lə iləhə ill-Allah"demək) sədəqədir; hər təkbir ("Allahu Əkbər" demək) sədəqədir; hər yaxşılığa dəvət eləmək sədəqədir; hər haramdan çəkindirmək sədəqədir və hər səhərin ortasında 2 rükət (Duha namazı) qılmaq kifayətdir".
(Müslim 720)

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: C.a. May 31, 2007 4:54 pm    İsmarış mətni: Sitatla cavab ver

İşde Duha namazını qılmaq

Sual: İş vaxtı Duha namazını qılmaq caizdirmi, baxmayaraq ki, bu, işime ne engel töredir, ne de gecikdirir?

Cavab: Duha namazı sünnedir ve eger iş vaxtı bu namazı qılmaq işine tesir etmeyecekse, onda bunu etmekde sene hec bir ziyan yoxdur. Lakin, eger bunu etmek isine tesir gösterecekse, onda bu caiz deyildir.

Seyx Fovzan. A-Müntaqa min Fetva Seyx Fovzan - cild 5, seh 40, Fetva 59.


http://fdc-45.download.hemenpaylas.com/45A...355908/Duha.rtf
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> NAMAZ Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.