Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09 İsmarışlar: 499
Göndərilib: C.a. Sen. 21, 2006 12:46 am İsmarış mətni: Şeytan sevgi vasitəsilə də aldadır.
Assalamu aleykum. Uzun vaxt bundan əvvəl oxuduğum, müsəlman qızın həqiqi başına gələn bir hadisəni danışmaq istəyirəm.
Bacı deyir ki, gözəl əxlaqlı bir müsəlman ilə ailəli idi. Əri onunla həddən artıq gözəl davranır, heç vaxt haqqına girmirdi. Xasiyyətcə də həddən artıq mülayim, tez güzəştə gedən idi. Günün birində evdə tək darıxmaması üçün və İslam saytalarına daxil alıb elm alması üçün əri ona kompyuter alır. Bacı danışır ki, ilk əvvəl təkcə İslam saytlarına girirdim, sonra hardansa bir söhbət otağı ilə tanış oldum və daxil olan kimi gənc bir kişi mənə yazmağa başladı. Əvvəllər onunla təkcə İslam haqqında danışırdıq, get-gedə vəziyyət elə bir hal aldı ki, söhbət şəxsi məsələlərin üstünə gəlməyə başladı. Ona evli olduğumu bildirdim. Vaxt keçdikcə münasibətlərimiz daha da yaxınlaşdı,o mənə sevdiyini bildirdi, mən də hislərinə müsbət cavab verdim. Yoldaşımın bunlardan xəbəri yox idi,o elə bilirdi ki, mən yalnız İslamla maraqlanıram. Həmin kişi ilə artıq telefonla danışmağa başlamışdım. Ərim evdən çıxan kimi dəstəyi götürüb onun nömrəsini yığırdım, onsuz yaşaya bilməyəcəyimi fikirləşirdim. O, mənə ərimlə boşanmağımı və yalnız sonra birlikdə xoşbəxt olacaqlarını deyirdi. Bu fikir beynimi gəmirirdi. Tez-tez gecələr də yatağımdan qalxın onun nömrəsini yığır, xısın-xısın telefonda pıçıldaşırdıq. Yoldaşım artıq şübhələnmişdi, bu da təbii idi, fikrim özümdə olmurdu, ona diqqət yerimirdim və tez-tez toxuduğum yalanların üstü açılırdı. Günün birində yoldaşım məndən boşanmaq istədiyini bildirdi. Sən demə şübhəsini dəqiqləşdirmək üçün telefon söhbətlərinə qulaq asdırırmı. Mən etiraz etmədim, sevinclə razılaşdım. Tezliklə məsələ həll olundu və mən sevinclə ona zəng elədim ki, bildirim. Bildirim ki, artıq bir yerdə olacağıq, özü də ölənədək....Məni dinləyəndən sonra dedi: "bilirsənmi, mən o sözləri səni yoxlamaq üçün deyirdim. Ona qarşı belə ədalətli, gözəl rəftar edən həyat yoldaşına xəyanət edən qadının sabah mənə də xəyanət edəcək. Məni bir də axtarma".
Bacı deyir ki, əvvəl inana bilmədim. Sonra ona nifrət etməyə başladım, onu özlüyümdə vəfasız adlandırmağa başladım. Bir az da vaxt keçdi, artıq emosiyalar soyuduqca hadisələri analiz edə bilirdim. Başa düşdüm ki, günah məndədir, başa düşdüm ki, həqiqətən İslam dini necə hər bir xırda detalı belə hesablayan dindir. Məhz buna görə İslamda naməhrəm qadın və kişilərin ünsiyyəti hətta məsum məqsədlər üçün belə olsa qadağan edilib. Çünki şeytan "sən pis bir şey eləmirsən ki" fikrini təlqin edə - edə insanın qulağına pıçıldayır və addım-addım günaha sürükləyir. Məhz belə haram münasibətlərin nəticəsində şeytan bir-birinə yad insanları bir-birinin gözündə gözəl göstərir, zinanı "sevgi, eşq, məhəbbət" adlandırıb insanın gözünə gözəl göstərir. Və haramın ardınca haram gəlir.Nəticədə isə insan axtardığı o xoşbətliyin illuziyadan başqa bir şey olmadığını anlayır....Amma artıq gecdir, ətrafında nə sənə doğma olan, səni sevən insan qalmır, nə də sənə hörmət etmirlər, yalnız çirklənmiş qəlbdən başqa heç nəyin yoxdur artıq. Nə qədər gec deyil, tövbə edib yenidən, özü də SIFIRDAN başlamasan, bu dünyadan başqa əbədiyyətini də itirə bilərsən...
Daxil ol: Ç.a. Sen. 05, 2006 11:04 İsmarışlar: 6 Şəhər/ölkə: Azerbaycan,Gence
Göndərilib: C.a. Sen. 21, 2006 9:57 pm İsmarış mətni: Sevgi
Assalamaleykum.Bu hadiseni oxuyanda inani tukum biz biz oldu.Allah butun musalman bacilari bele sheytan hiylesinnen gorusun.Oz bashima gelen bir hadiseni danishacam Inshallah.Bir gun mende bir sohbet otagindaydim.Neise orda he cure adam var idi.Birden gozume bi muselman baci niki yeni ki adi deydi.Neise men ona yazmaga bashaldim.O da mene yazdi.Men onnan agidesini orgendim ki,o hegigeten bacidi.Yen ehli sunnadi.Gardashlari da,Muselman gardashdi.Baci Elimli gardashlarida tanidi.Men baciya sual verdim ki:Be baci sen burda neynirsen?Bura girmek haramdi.Hamisi namehramdi axi.O dedi:Bilirem hech kimnen danishmiram ele bele.Birinci seferdi girirem bura mene dedi.Mende birinci sefer idi ki,Muselman baciynan sohbet edirdim.Mashallah axlagi o degige gorsenirdi.Belkem de menim istediyim giz olmasaydi,o baciya baglanardim.sheytan beynimden kechirirdi o fikirleri.tez oz mehebbetim yadima dushurdu.Deyirdim euzibillehiminesheytanirecim.Neise O bacini basha saldim o de mene soz verdi ki,bir de girmeyecem ora.Hegigide sheyan her yoldan insana girishir.Allah bizi msheytan vesvelesinnen gorusun!Amin!!!!!! _________________ Elmuraz Hasan Genceli balasi..........
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1203
Göndərilib: B.e. Sen. 25, 2006 7:57 am İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
Bir daha va alaikum asSalam va RahmatuLLah, Elmuraz qardaş.
Bir şey qeyd etmək istərdim ki, çatlarda oturmaq nə qadın, nə kişi olsun, əxlaqlı müsəlmana yaraşmaz, ona görə də inşaAllah bu əməli tərk etsəiz sizin üçün daha xeyirli olar. Çünki birincisi, bu vaxtı boş-boş şeylərə israf etməkdir, halbuki həmin vaxt ərzində müsəlman öz imanıı gücləndirə bilər. İkincisi istər-istəməz şeytan insanı aldada bilir (yuxarıdakı misalda bacının başına gələnlər yazılıb, eləcə də qardaşların da başına belə günah əməllər gəlib) və Allah qorusun, göz zinası, əl, dil, qulaq zinası etmək mümkündür. Ümumiyyətlə müsəlman internetdə də müəyyən ədəbləri gözləməli, haramadan uzaq olmaq üçün əlindən gələni etməlidir. Bu həm qadına, həm də kişiyə aiddir.
Bu haqda forumumuzda 2 mövzu var və maşaAllah dəyərli məlumatlar yerləşdirilib, inşaAllah, onları oxumağınızı məsləhət görürəm:
https://www.azerislam.com/forum/viewtopic.php?t=402 https://www.azerislam.com/forum/viewtopic.php?t=338
AsSalamu alaikum. _________________
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1203
Göndərilib: Ç.a. Sen. 26, 2006 1:18 am İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
Va alaikum asSalam va RahmatuLlahi va Barakatu, Elmuraz qardaş. AlhamdAllah və maşaAllah, haramdan ayrılmısınız. İnşaAllah, bundan sonra çalışın ki, etdiyiniz günahları başqa müsəlmanlardan gizlədəsiniz (yəni onları açıb başqalarının yanında deməyəsizni ki, onların da qəlbinə vəsvəsə düşməsin). Çünki uca Allah bu dünyada özünün və qardaşlarının eyibini gizlədən müsəlmanların Qiyamət günü günahlarının üstünü örtəcək, inşaAllah.
Allah Subhanahu va Taala bizi şeytanın hər cür hiyləsindən qorusun...Ameen!
AsSalamu alaikum. _________________
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: Ş. Dek. 16, 2006 11:55 pm İsmarış mətni:
Salam aleykum. Bir neche soz elave etmek isteyirem. Adini sevgi goyarag cinsiyyet organindan bashga el, gozl, gulag, uz, ayag ve s. zina eden insanlar herden onlara Allahdan gorx deyende deyirler ki, yox sehv basha dushdun, biz cinsiyyet organinin zinasi elemirik ki. Onlar basha dushmurler ki, el zinasi, uz zinasi, goz zinasi, gulag zinasi, ayag zinasi da ele cinsiyyet organinin zinasi kimi boyuk gunahlardandir. Eger onlarin dediyi bu sevgi hegigi sevgi olsa idi, onda nece giyardilar ki, sevdikleri shexs Giyamet Gunu mehz ona gore Allahin gezebine gelsin? Axi sevirsense, sevdiyini her cur pislikden gorumalisan. Meger Cehennem alovundan daha boyuk tehluke varmi ki, ona barmagarasi yanashirlar? Bu sevgi sadece oz ozunu aldatmagdir, eslinde sheytanin aldatmasidir vessalam. Esl sevgi oldugda ise sevdiyini Allahin gezebinden gorumag sonra ise curbecur insanlarin geybet ve tenesinden gorumag uchun elinden geleni etmelisen.
Bu "sevirem" deyib bunu butun etdikleri chirkin emellere behane getirenleri men Giyamet Gunu gormek istyirem inshallax. O gun ki, bu can-ciyer sevgililer Cehennemin gorxusundan oz gunahlarini bir-birinin ustune atacaglar, bir-birlerini gunahlandiracaglar.
Allah muselmanlari bundan gorusun! Amin!
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.