Humeyra idarəçi
.jpg)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
|
Göndərilib: Çər. May 23, 2007 3:58 pm İsmarış mətni: İxlas surəsi Quranın üçdə birinə bərabərdir. |
|
|
İxlas surəsi Quranın üçdə birinə bərabərdir və ya İxlas surəsinin fəziləti.
Əbu Səid əlXudri (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə bir kişinin başqasının "Qul huva Allahu əhəd" surəsinə qulaq asıb onun ardınca təkrarlamağını gördü. Səhərisi gün o bu barədə Peyğəmbərə (səllallahu aleyhi və səlləm) müraciət edib danışdı. Kişi hesab edirdi ki, surə çox qısadır, amma Allah Rəsulu (səllallahu aleyhi və səlləm) buyurdu:"Nəfsim əlində olana and olsun ki, o Quranən üçdə birinə bərabərdir".Buxari 6643
Əbu Dərda (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir:"İçinizdən heç kim bir gecəyə Quranın üçdə birini oxuya bilmir?" Onar dedilər:"Quranın üçdə birini bir gecəyə necə oxumaq olar?" O cavab verdi:" Qul huva Allahu Əhəd Quranın üçdə birinə bərabərdir".
Müslim, 811
Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir:"Hamınız bir yerə yığılın, sizə Quranın üçdə birini oxuyacam". Hamı yığıdıqdan sonra isə Allah Rəsulu (səllallahu aleyhi və səlləm) gəlib onlara Qul huva Allahu əhədi oxudu və evinə getdi. İnsanlar elə fikirləşdilər ki, yəqin ona yeni nəsə vəhy gəldi ona görə də evinə getdi. Sonra Peyğəmbər (səllallahu aleyhi və səlləm) çıxdı və dedi:"Mən sizə demişdim ki, sizə Quranın üçdə birini oxuyacam. Həqiqətən də o (İxlas surəsi) Quranın üçdə birinə bərabərdir"
Müslim, 812
Çox adamlar bu hədislərdən belə bir məanı çıxarırlar ki, İxlas surəsnini oxumaq elə Quranın üçdə bir hissəsini əvəz etdiyindən həmin hissəni oxumaq gərək deyil. Lakin əsl həqiqətdə nəzərdə tutulan İxlas surəsini oxuyanın necə böyük bir savaba nail olması barədə və sanki Quranın üçdən bir hissəsini oxuyan kimi savab almasına dairdir. Lakin bu heç də o demək deyil ki, İxlas surəsi Quranın üçdə bir hissəsinin əvəzinə kifayət edər. Həmçinin Quranın digər surələrinin oxunmasında alınan savab növünə görə ayrı, İxlas surəsinin oxunmasına görə alınan savab isə növünə görə başqa başqadır və onlar bir-birini əvəz edə bilməzlər. Xüsusən günahlarla dolu olan insan tənbəllik etmədən, gözəl işlərə can atmalı, həm İxlas həm də digər surələri böyük həəslə oxumalı, əzbərləməli və təfsirini öyrənməyə çalımalıdır. Bu barədə daha ətraflı məlumatı Şeyx ül-İslam ibn Teymiyyənin (Allah ona rəhmət eləsin) "Məcmə əl-Fətəva" 17:131 və 17:137-139 oxumaq olar. _________________
 |
|