Esselamun aleykum.Deyerli qardas ve bacilarim. Ela bir movzudur. Allah acanlardan razi olsun. Tesufler olsunki bugun bir coxumuz hz peygemberimizin sunnetinden bu gozel hedisi seriflerden xebersizik.
Mende oxudugum ve cox sevdiyim bir nece hedisi serifi sizinle bolusmek isteyirem. Allah daim oxuyan , oxuduguna emel eden, emel etdiyini teblig eden gullarindan eylesin insallah.
AMIN
Bismillahirrahmanir rahim
1. Resulullah s/a/v buyuruki;
Cahilikden daha shiddetli kasibliq, agildan daha dayaniqli mal, ozunu beyenmekden daha boyuk bir tenhaliq, danisartaq is qurmaqdan daha saglam bir dayaq, tedbirli olamaq kimi agil, gozel exlaq kimi soy-sop sherefi, shubheli seylerden uzaq durmaq kimi teqva, tefekkur kimi ibadet, haya ve sebir kimi iman yoxdur.
(Taberani3/68)
2. Resulullah s/a/v buyuruki;
Kim Allah c/c qatinda yerini bilmek isterse, Allahin c/c oz yanindaki yerine baxsin. Cunku Allah qulunu onun Allahi c/c qoydugu yere qoyar.
(Mustedrek1/494)
3. Resulullah s.a.v buyuruki;
Allah c/c/ her qemli qelbi sever.
(Hakim, Mustedrek1/48)
Allaha c/c emenet olun. Allahin c/c rehmeti bereketi magfereti uzerinize olsun.
Vesselamun aleykum
Daxil ol: Ş. Fev. 10, 2007 21:22 İsmarışlar: 2 Şəhər/ölkə: Baki,Azerbaycan
Göndərilib: B.e. Apr. 23, 2007 8:24 pm İsmarış mətni:
Salam aleykum va rahmatullahi va barakatuhu!
Eziz qardashlar ve bacilar! Allah rizasi uchun imkan daxilinde mene komek lazimdir, eger mumkundurse esirgemeyin! Ashagida yazilanlarin mene senedi, hansi kitabdadi olmasi ve bunlarin sehih ve ya zeif ve s. olmasi barede melumat lazimdir.
1). Hicri 181-ci ildə vəfat edən Xələf ibn Xəlifə ən son vəfat edən tabi’dir. Onun ölümü ilə tabi’lik sona ermişdir.
2). “Məni görüb iman edənlərə müjdələr olsun, məni görənləri də görənə müjdələr olsun”
3). Həsən əl-Bəsri, hələ əshabə zamanında belə öz mədrəsəsini təşkil edib tələbə yetişdirmiş, Sə’id ibn əl-Müsəyyib (əl-Müsəyyəb) də eyni şəkildə ortaya çıxmış və 15-20 yaşında ikən fitva vermişdir.
4). Tabiun böyüklərindən və aşağıda adı çəkilən şəxslər Mədinədə yetişmişlər.
Sə’id ibn əl-Müsəyyəb (93/712),
Süleyman ibn Yəsar (93/712),
Ürvə ibn -Zübeyr (94/713),
Salim ibn Аbdillah (106/724),
Qasım ibn Məhəmməd (112/730),
Nafi (117/735),
Ibn Şihab əz-Zöhri (124/742).
5). Məkkədə yetişən məşhur tabiunlardan bə’ziləri bunlardır:
Mücahid ibn Cəbr (103/721),
Tavus ibn Keysan (106/724),
Ata ibn Əbi Rəbah (115/733),
Məhəmməd ibn Müslim (128/746).
6). Abdullah ibn Məs’udun qurduğu Kufə mədrəsəsində yetişən məşhur tabiunlardan bir qismi bunlardır:
Əlqamə ibn Qeys (62/682),
Məsruq ibn əl-Əcda (63/683),
Əsvəd ibn Yəzid (75/695),
Ubəydə ibn Amr (72/692),
Səid ibn Cübəyr (95/713),
Ibrahim ən-Nəxayi (96/715),
Amir ibn Şərahil əş-Şə’bi (104/722)
Və Hənəfi məzhəbinin məşhur və böyük imamı
Imam-Ə’zəm Əbu Hənifə (Nуman ibn Sabit) (150/767).
7). Bəsrə:
Həsən əl-Bəsri (110/728),
Məhəmməd ibn Sirin (110/728),
Qətadə ibn Diamə (117/735),
Əbul-Aliyə (106/724).
8). Şam:
Kabısa (86/705),
Ömər ibn Əbduləziz (101/719),
Rəca ibn Hayvə (112/730).
9). Misir:
Yəzid ibn Əbi Hubəyb (128/746),
Hayvə ibn Şurayh (158/775),
Abdullah ibn Süleyman
Əbul-Xeyr Mərsəd ibn Abdillah.
10). Yəmən:
Vəhb ibn Münəbbihdir (110/727).
11). Muhadramların ən tanınmışları bunlardır:
Üveys əl-Qərani,
Əbu Amr əş-Şeybani,
Əbu Rəca əl-Utarıdi,
Süveyd ibn Gafələ,
Amr ibn Məymun,
Əbu Osman ən-Nəhdi,
Əbu Müslim əl-Həvlani
əl-Əhnəf ibn Qeys.
12). YEDDI FƏQIH (FÜQAHAYI-SƏB’A)
1. Səi’d ibn əl-Müsəyyəb (93/712),
2. əl-Qasım ibn Məhəmməd ibn Əbi Bəkr (102/720),
3. Urvə ibn əz-Zübeyr (97/715),
4. Xaricə ibn Zeyd ibn Sabit (100/718),
5. Əbu Sələmə ibn Əbdirrəhman ibn Əvf (104/722),
6. Ubeydullah ibn Utbə ibn Məs’ud (98/716)
7. Süleyman ibn Yəsar (104/722).
Bu fəqihlərdən Sə’id ibn əl-Müsəyyəb öz dövründə Hicaz fiqh məктəbinin imamı qəbul edilmişdir.
13). Hz. Ömər (r.a.) “Hədisləri yazmaq istəyirdim. Ancaq bizdən öncə bir topluluğun yazdıqları bir kitaba Allah Təalanın kitabından daha çox dəyər verməyə başladıqlarını xatırlayanda fikrimi dəyişdim. Allah Təalanın Kitabını başqa bir şeylə qarışdırmaram.”
14). “Hər kim mənim adıma qəsdən yalan söylərsə, cəhənnəmdəki yerinə hazırlansın.”
15). Sə’id ibn əl-Müsəyyəbin lazım olduğunda bir hədis üçün günlərlə yol getdiyini söyləməsi, Məsruq ibn əl-Əcdanın bir hərf üçün də olsa səyahət etməsini bildirməsi ;Bu insanlar; Aməşin ifadəsi ilə “Hədisə bir vav ( و ), bir əlif ( أ ), bir dal ( د ) artırmaqdan və ya yerlərini dəyişdirməkdənsə göylərin öz başlarına yıxılmağına üstünlük verirdilər.”
16). tabiunun böyük imamlarından Əbul-Aliyə belə buyurur: “Biz harada olursaq-olaq, Rəsulullahın (səs) əshabələrindən bir şey eşitdiyimiz zaman onunla kifayətlənməz, oraya köçər, işi qaynağından araşdırıb, başqa səhabələrə də soruşar və beləliklə rəvayəti qüvvətləndirirdik.”
17). Məhəmməd ibn Sirin belə deyir: “Ilk zamanlar isnad soruşmurdular, fitnələr zühur etdiyində bizə, ‘rəvayət etdiyiniz şəxslərin adlarını söyləyin’ deməyə başladılar. Bu surətlə əhli sünnədən olanlara baxırlar və hədislərini alırlar; əhli bid’ətdən olanlara baxırlar, onların hədislərini də tərk edirdilər”
18). Malik ibn Ənəsin söylədiyinə görə hədis rəvayətində isnaddan ilk istifadə edən şəxs, eyni zamanda hədisləri ilk tədvin edən Ibn Şihab əz-Zöhridir.
19). Mədinədə Ishaq ibn Abdillah, Ibn Şihab əz-Zöhrinin məclisində oturmuş və “Rəsulullah buyurdu ki” deyərək hədis rəvayət etməyə başlamışdı. Əz-Zöhri onu dərhal susdurmuş və; “Sənə nə oldu? Allah Təalaya qarşı bu cəhdin nədir? Hədisini isnad et! Bizə ipi və halqası olmayan hədisləri rəvayət edirsən.” deyərək оnu тənqid етmişdir.
20). “Isnad dindəndir. Əgər isnad olmasaydı, hər rast gələn ağlına gələni rəvayət etmək istəyərdi”
Bu qeder uzun olduguna gore uzr isteyirem, amma ki,bunlar hamisi deyildir. Insh Allah imkan daxilinda o birilerini de yazacam, Allah rizasi uchun imkan daxilinde bildiklerinizi deyerdiz.Tebii ki,bunlari elm ehline emanet edirem. Allah sizlerden razi olsun! Allah sizi Cennet ehlinden etsin! Allah sizin elminizi kamil etsin! AMIN!
Salam aleykum va rahmatullahi va barakatuhu!
_________________ “Savaşmaq əllə və dillə olmaq üzrə iki cürdür. Eyni şəkildə fitnəkarlıq da əllə edildiyi kimi dillə də edilə bilər. Üstəlik dilin dində törətdiyi pozuculuq, əllə edilən pozuculuqdan daha çoxdur”
Daxil ol: C. Dek. 22, 2006 09:06 İsmarışlar: 316 Şəhər/ölkə: Baku/Azebaijan
Göndərilib: C. May 04, 2007 4:19 pm İsmarış mətni:
Bir gün Əbu Hureyrə (Allah ondan razı olsun) Mədinə bazarına gedərək - "Ey bazar əhalisi! Siz nə aciz insanlarısnız!" - dedi. Bazar əhlisi də - "ey Əbu Hureyrə, nə üçün bizə belə deyirsən, bizə nə olub ki?" - soruşdular. Əbu Hureyrə: "Peyğəmbərimizin mirası paylanır, nə üçün gedib payınızı götürmürsünüz" - cavabını verdi. Bazar əhalisi isə dərhal - "ey Əbu Hureyrə, miras harada paylanır?" - soruşdular. Əbu Hureyrə - "Peyğəmbəin məscidində" - cavabını verdi. Bunun üzərinə bazar əhalisi qaça-qaça məscidə getdilər, Əbu Hureyrə isə bazarda dayanaraq onların geri qayıtmasını gözlədi. Geri qayıdan bazar əhlisinə Əbu Hureyə - "Nə tez geri qayıtdınız?" - sualını verdi. Onlar da - "Ey Əbu Hureyrə, biz məscidə getdik, amma məsciddə heç nə paylanmadığının şahidi olduq" - dedilər. Əbu Hureyrə - "Yəni məsciddə heç kimsəni görmədinizmi?" - soruşdu. Onlar da - "Bəli, məsciddə insanlar var idi, amma onlardan bəziləri namaz qılır, bəziləri quran oxuyur, bəziləri halal və haram hökmlərini öyrənirdilər" - deidlər. Əbu Hureyrə bunun üzərinə: "Peyğəmbərin mirası da elə odur da" - cavabını vermişdir.
menbe:[url]islamevi.az[/url] _________________ Dunya bir gun, O da bu gun.
Daxil ol: C. Dek. 22, 2006 09:06 İsmarışlar: 316 Şəhər/ölkə: Baku/Azebaijan
Göndərilib: C. May 04, 2007 4:24 pm İsmarış mətni:
Şəddad ibn Əvs (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “İstiğfar dualarının ən üstünü, bu şəkildə dua etməndir: “Allahım! Sən mənim Rəbbimsən. Səndən başqa ibadətə layiq heç bir məbud yoxdur. Məni sən yaratdın. Mən sənin qulunam və gücüm yetdiyi ölçüdə sənə verdiyim söz və vədin üzərində dururam. Etdiyim pis şeylərin şərindən sənə sığınıram. Mənə ehsan etdiyin nemətləri iqrar, günahımı etiraf edirəm. Məni bağışla. Çünki, günahları ancaq Sən bağışlayırsan”. Kim bu duanı ixlasla və fəzilətinə inanaraq gündüz oxuduqdan sonra o gün axşam olmadan ölərsə cənnətlik olar. Kim də ixlasla və fəzilətinə inanaraq gecə oxuduqdan sonra səhər olmadan ölərsə o da cənnətlikdir”. (Buxari, Kitabud-Dəavat, c. VII, səh. 145).
• Ayişə (r.anha) gələn bir rəvayətə görə, Allah Rəsulu (s.ə.s), vəfatından öncə: “Allahım! Səni nöqsan sifətlərdən tənzih edər, Sənə həmd edirəm; Səndən əfv və məğfirət dilər, Sənə tövbə edirəm.” Duasını təkrarlamağı adət etmişdi. (Riyazus-Salihin, c. IIİ, səh. 392).
• Peyğəmbərimiz (s.ə.s) də, gündə yetmiş səfər istiğfar edərdi. (ət-Tac, c. V, səh. 147).
• Abdullah ibn Abbas (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Hər kim günahdan tövbə ilə istiğfara davam edərsə, Allah, o kimsəni hər darlıq və sıxıntıdan xilas edər, hər qəm və kədərdən azad qılar, onu heç ummadığı yerdən riziqləndirər” (Əbu Davud, Kitabus-Salat, c.II, səh. 179)
• Əbu Musa əl-Əşaridən (r.a): Allah Rəsulu (s.ə.s): “Ey insanlar! Canınıza yazığınız gəlsin, səsinizi yüksəltməyin. Şübhəsiz siz nə bir karı çağırır, nə də olmayan bir adamı çağırırsınız. Dua etdiyiniz Allah, şübhəsiz sizinlə bərabərdir. O sizə çox yaxındır, və sizi çox yaxşı eşidir” buyurdu. (Müslim, Kitabuz-Zəkat, c. IV, səh. 2076)
• Ənəs ibn Malikdən (r.a) gələn bir rəvayətdə, Allah Rəsulunun (s.ə.s) ən çox oxuduğu dua bu idi, deyilmişdir: “Ey Allahım! Bizə dünyada da axirətdə də gözəllik, yaxşılıq, səadət ver və bizi cəhənnəm əzabından qoru!” (Buxari, Kitabud-Daavat, c. VII, səh. 163; Müslim Ktiabuz-Zikr, c. IIİ, səh. 2069).
• Peyğəmbər (s.ə.s) buyurmuşdur: Günah işləyən heç bir kim yoxdur ki, gözəlcə dəstamaz alaraq iki rəkat namaz qıldıqdan sonra istiğfar etsin də Allah onu bağışlamamış olsun.
• Abdullah bin Busurdan (r.a) belə rəvayət edir: «Bir şəxs Allahı elçisinə (s.ə.s) dedi: «Ey Peyğəmbər, islam ayinləri o qədər çoxdur ki, hamısı yadda saxlaya bilmirəm. Mənə elə bir şey öyrət ki, mən ondan bərk yapışım». Peyğəmər (s.ə.s) buyurdu: «Qoy dilin Allahı zikr etməkdən qurumasın» «ət-Tirmizi, 5/458» «İbn Macə, 2/1246» «Həmç bax: ət-Tirmizi, dəqiq. nəşr, 3/139» «İbn Macə, dəqiq. nəşri, 2/317»
• Ən-Nümandan (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «Dua ibadətdir» «Səhih hədislər silsiləsi, 6/326»
• Salman əl-Farisnin (r.a) rəvayət etdiyi hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «Sizin Rəbbiniz Həyalı, kərəm Sahibidir, əllərini Ona tərəf qaldırıb dua edən qulunun əllərini boş qaytarmasından utanır» «Əbu-Davud, 1485-ci hədis»
Hazırlayan:
Gültəkin Abdullayeva
www.islamevi.az _________________ Dunya bir gun, O da bu gun.
Daxil ol: C. Dek. 22, 2006 09:06 İsmarışlar: 316 Şəhər/ölkə: Baku/Azebaijan
Göndərilib: C. May 04, 2007 4:27 pm İsmarış mətni:
• Peyğəmbər (s.ə.s) buyurmuşdur: “İnsanların xeyirlisi yaşadığım dövrdə yaşayanlardır. Sonra onları təqib edən (tabiunlar), sonra da onları təqib edən (təbəut-tabiun) gəlir.” (Səhihi-Müslim, Kitabu Fədailus-Səhabə, c.VII, səh. 479-480)
• Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Əshabıma dil uzatmaqdan uzaq durun. Məndən sonra qəti onları hədəf tutmayın. Kim onları sevərsə məni sevdiyinə görə sevmiş olar. Kim də üz çevirərsə, məndən üz çevirdiyi üçün olar. Onlara əziyyət verən mənə əziyyət vermiş olar, mənə əziyyət verən isə Allaha əziyyət verir deməkdir. Allah, özünə əziyyət edəni yaxında yaxalayar. (Mişkatül-Məsabih. c.III .səh.219, Hədis №6005)
• Peyğəmbər (s.ə.s) buyurmuşdur: Məni görüb iman edənlərə müjdələr olsun, məni görənləri də görənə müjdələr olsun. (İbn Həcər əl-Əsqəlani, əl-Mətalibul-Aliyyə, c. IV, səh. 156)
Hazırlayan:
Gültəkin Abdullayeva
www.islamevi.az _________________ Dunya bir gun, O da bu gun.
Daxil ol: C. Dek. 22, 2006 09:06 İsmarışlar: 316 Şəhər/ölkə: Baku/Azebaijan
Göndərilib: C. May 04, 2007 4:30 pm İsmarış mətni:
• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Malının zəkatını verdiyin vaxt, şübhə yox ki, üzərinə düşən vəzifəni etmiş olarsan” (Sünəni-Tirmizi, Kitabuz-Zəkat, Hədis № 614).
• Bir nəfər Peyğəmbərimizə (s.ə.s): “Ya Rəsulullah! Zəkatdan başqa (malım haqqında) üzərimə düşən başqa bir şey varmı?” deyə soruşanda, Rəsulullah (s.ə.s), ona; “Xeyr, Ancaq könüllü olaraq verərsən o başqa” cavabını vermişdir.
• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Kim ki, Allah bir kəsə mal verdiyi halda o malın zəkatını verməzsə, zəkatı verilməyən mal, qiyamət günündə sahibi üçün, çox zəhərli, erkək bir ilan surətinə qoyular. Bu ilanın iki gözü üstündə iki nöqtə vardır. Bu azğın ilan qiyamət günündə mal sahibinin boynunda boyunbağı olacaq. Sonra ilan, sahibinin çənəsini iki tərəfindən tutub, “mən sənin malınam, mən sənin xəzinənəm” deyər. (Səhihi-Buxari, Babü Vücübüz-Zəkat, c.2.səh.110-111)
• İbn Şümamə əl-Mehridən (r.a) rəvayət edilir: Əmr ibn As ölüm xəstəliyində ikən onun yanına getmişdik. Əmr ibn Asl, Rəsulullahın (s.ə.s) belə buyurduğunu söylədi: “Həqiqətən İslam (müsəlman olmaq,) özündən əvvəlki günahları yox edər... Həcc də özündən əvvəlki günahları yox edər.” (Səhihi-Müslim, Kitabul-İman, Hədis № 121.)
• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Kim, Allah rizası üçün həcc edər, bu əsnada çirkin sözlər söyləməz, günah və pis bir hərəkət etməzsə, o kəs, anadan yeni doğulmuş kimi tər-təmiz, günahsız bir halda geri dönər” (Səhihul-Buxari, Kitabul-Həcc, c.2, səh. 141)
• Əbu Hüreyrədan (r.a) rəvayət edilir: Rəsulullah (s.ə.s) bizə bir xütbə etdi və “Ey insanlar! Allah Təala, üzərinizə həcci fərz qıldı. Həcc edin.” buyurdu. Bundan sonra bir nəfər; “Hər ilmi, ya Rəsulallah:” deyə soruşanda, Peyğəmbərimiz (s.ə.s) sükut etdi. O nəfər də sualı üç dəfə təkrar etdi. Sonra Rəsulallah (s.ə.s) belə buyurdu: “Əgər mən (bu suala cavabən) “bəli” desəydim, hər il həcc etmək mütləq vacib olardı və sizin buna əsla gücünüz yetməzdi.” (Səhihi-Müslim, Kitabul-Həcc, Hədis № 1337)
Hazırlayan:
Gültəkin Abdullayeva
www.islamevi.az _________________ Dunya bir gun, O da bu gun.
Daxil ol: C. Dek. 22, 2006 09:06 İsmarışlar: 316 Şəhər/ölkə: Baku/Azebaijan
Göndərilib: C. May 04, 2007 4:32 pm İsmarış mətni:
• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Bir kimsə, ramazanın fəzilətinə inanaraq və mükafatını (Allahdan) umaraq oruc tutarsa, o kimsənin keçmiş günahları əfv olunur. (Səhihi-Buxari, Kitabus-Savm, c. II, səh. 288; Sünəni-Tirmizi, Oruc Babları, Hədis No: 678; Sünəni-Nəsai, Kitabus-Siyam, c. IV, səh. 157).
• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Kim ki yalan söyləməyi və yalanla əməl etməyi tərk etməzsə, o kəsin yeməsindən, içməsindən uzaqlaşıb ac durmasına Allahın ehtiyacı yoxdur. “
• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Oruc bir qalxandır. Oruclu, pis söz söyləməsin. Oruclu, özünə sataşmaq və özüylə dalaşmaq istəyənə iki dəfə “Mən orucluyam” desin. Nəfsim qüdrət əlində olan Allaha and içirəm ki, oruclunun ağız qoxusu, Allah Təala yanında müşk iyindən daha təmizdir. (Allah buyurmuşdur ki:) Oruclu kəs mənim rizam üçün yeməsindən, içməsindən, cinsi arzusundan uzaq olmuşdur. Oruc sadəcə mənim üçün (edilən bir ibadət)dir. Onun əcrini də mən verəcəyəm. Halbuki, başqa ibadətlərin hamısı on misliylə ödənməkdədir.” (Səhihi-Buxari, Kitabus-Savm, c.II, səh 226; Səhihi-Müslim, Kitabus-Siyam, Hədis No 1151; Sünəni Əbi Davud, Kitabus-Savm, Hədis No: 2363)
• Əli ibn Əbi Talib (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Allah təala belə buyurdu: Oruc mənim (rizam) üçün (edilən bir ibadət)dir. Onun qarşılığını da mən verərəm. Oruclu üçün iki sevinc vardır: Bir iftar etdiyi vaxt, digəri də Rəbbinə qovuşduğu vaxt.” (Səhihi-Buxari, Kitabus-Savm, c.II, Səhihi-Müslim, Kitabus-Siyam, Hədis No: 1151; Sünəni-Nəsai, Kitabus-Siyam, c. IV, səh.159-160)
• Əbu Umamədən (r.a) rəvayət edilir: Mən Rəsulullaha (s.ə.s): “Mənə bir şey əmr et ki: Allah məni onunla faydalandırsın.” dedim. Buyurdu ki: “Sənə orucu tövsiyə edirəm. Ona davam et. Çünki, o, bənzəri olmayan bir ibadətdir.” (Sünəni-Nəsai, Kitabus-Siyam, c.IV, səh.165)
Hazırlayan:
Gültəkin Abdullayeva
www.islamevi.az _________________ Dunya bir gun, O da bu gun.
Bütün saatlar GMT + 4 Saat Səhifə Əvvəlki1, 2, 3, 4, 5, 6, 7, 8
8 səhifə (Cəmi 8 səhifə)
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.