Afriya
.jpg)
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
|
Göndərilib: C. May 04, 2007 3:59 pm İsmarış mətni: Ramazan ayinda tebrik etmek olarmi? |
|
|
Ramazan ayı gələndə bəzi insanların bir-birini təbrik edib : «Ramazan ayın mübarək olsun» deyirlər. Bunun şəriətdə əsli var? (Şeyx Saleh Fouzan al Fouzan)
Sual: Ramazan ayı gələndə bəzi insanların bir-birini təbrik edib : «Ramazan ayın mübarək olsun» deyirlər. Bunun şəriətdə əsli var?
Cavab: Ramazan ayının gəlməyi münasibətilə edilən təbriklər də bir şey yoxdu, çünki Peyğəmbər (s.ə.s) səhabələrini Ramazan ayının gəlməsi münasibətilə müjdələyərdi və onları saleh əməllər görməyə təşviq edərdi. Uca Allah belə buyurur: «De: 'Allahın ne’məti və mərhəməti ilə - ancaq onunla sevinsinlər.» (Yunus surəsi, 58) Bu ayın gəlməsi münasibətilə təbrik etmək və fərəhlənmək xeyrə olan rəğbətə dəlalət edir, sələf Peyğəmbər (s.ə.s)-i izləyərək bir-birlərini Ramazan ayının gəlməsi ilə müjdələyərdilər. Salman ət Tavil-dən gələn bir hədisdə Peyğəmbər (s.ə.s) deyir? «Ey insanlar! Sizə əzəmətli, mübarək bir ay gəlib....»
Şeyx Saleh ibn Fouzan əl Fouzan
|
|