Bint_ul_islam
Daxil ol: C.a. Avq. 03, 2006 18:14 İsmarışlar: 14 Şəhər/ölkə: Baku,Azerbaijan
|
Göndərilib: Ç.a. Apr. 10, 2007 9:26 pm İsmarış mətni: IMAM MEHDI KIMDIR? |
|
|
Gəlın görək Məhəmməd Peygəmbər sav İmam Mehdinin gəlişi barədə nə demişdir.Belə bir səhih hədis mövcuddur ki, Mehdi dünyanin sonunda meydana çıxacaq.O, Zamanın nişanələrindən biridir.Həmin hədislər arasinda aşağıdakılar da mövcuddur :
Əbu Səid əl- Xudri bildirir ki, Allahın Rəsulu sav buyurmuşdur : "Mənim ümmətimin dovrani sona çatanda Mehdi meydana çıxacaq.Allah ona yağiş göndərəcək , torpaq məhsul verəcək, o , çoxlu pul,mal-qara yetirəcək və mənim ümmətim güclənəcək.O, yeddi-səkkiz il hakimiyyətdə olacaq.(Müstədrək əl Hakim, 4/557-558; о demişdir: bu səhih mənbələrə əsaslanan bir hədisdir, Əl Zəhəbi onunla razilaşmişdir və Əl Albani demişdir və buradaki şəxslər etibarlidirlar, Silsilat яl-ahaadeeth al-saheehah, cild 2, səh. 336, hədis771)
Mənim ailəmdən olan və adi mənim adim olan bir şəxs rəhbərlik etməyincə dunya dövr etməyəcək. (Tirmidhi Sahih, Cild 9, s. 74; Əbu Davud, Səhih, Cild 5, s. 207; həmçinin, Əli b. Аbi Talıb, Əbu Sə'id, Umm Sələmə, Əbu Hüreyrə tərəfindən nəql olunmuşdur.)
Abdullah ibn Məsud bilidir ki, Peygəmbərimiz buyurmuşdur: "Mənim ailəmdən olan və adı mənim adımla eyni olan bir şəxs ərəblərə rəhbərlik etməyincə dünyanin sonu gəlməyəcək.." (Müsnəd Əhməd, 5/199, hədis 3573. Başqa bir versiyada deyilir: "… adı mənim adimla , atasınin adı mənim atamin adi ilə eyni olan bir şəxs." Sunan Əbu Davud, 11/370).
Allah Qiyamət günündən əvvəl mənim ailəmdən olan əl Mehdini göndərəcək; Əgər dünyanin sonuna bir gün qalmiş olsa belə o dünyaya ədalət və bərabərlik gətirəcək,zülmün və istibdadin qarşısını alacaq. (Musnad Əhməd Ibn Hanbal, Cild 1, səh. 99)
Qiyamət gününə bir gün qalmiş olsa belə , Allah mənim ailəmdən olan bir şəxsi dünyaya göndərəcək və həmin şəxs zülmlə dolu olan bu dünyaya ədalət və bərabərlik gətirəcək.(Əbu Davud)
Mеhdi mənim ailəmdən olacaqşAllah bir gecədə onu bu dünyaya gətirəcək.. (Ibn Macə, Sahih, Cild 2, Səh 519)
Əli (r.a) demişdir : "Allahın Rəsulu buyurmuşdur: ‘Mеhdi bizlərdən biridr , mənim ailəmdəndir.Allah onu bir gecədə göndərəcək’" (Musnəd Əhməd, 2/58, hədis 45, redaktə Əhməd əl Şakir , о, demişdir : bu , səhih mənbədəndir ; Sunan Ibn Macə, 2/1367. Bu hədis də Saheeh al-Jaami’ al-Sagheer, 6735-də əl-Albani tərəfindən səhih adlandirılmışdır.İbn Kəsir demişdir: "Bu , о deməkdir ki , Allah onu əfv edəcək , ona yardım edəcək və onu yönləndirəcək. (Əл-Nihaayah, Əl-Fitan va’l-Malaahim, 1/29;redaktə: Taha Zayni).
Mеhdi mənim soyumdan ,Fatimənin nəslindən olacaq.(Əbu Davud, Səhih, cild 2, səh 207; Ibn Macəh, Səhih, cild 2, səh. 519)
Umm Salamah demişdir: "Mən eşitmişəm ki, Allahın Rəsulu demişdir ‘Mеhdi mənim soyumdan,Fatimənin nəslindən olacaq " (Sunan Əbu Davud, 11/373; Sunan Ibn Maacah. 2/1368. Əl-Albani demişdir ki, (Saheeh al-Jaami 6734) səhihdir.
Mеhdi mənim ailəmdən və Fatimənin ( Peygəmbərin qizi) nəslindən olacaq. (Sunan Ibn Macah, cild 2)
Əl Mehdi bizlərdən , ailə üzvlərindən biridir. (Əhlul Beyt). (Sunan Ibn Macah, cild 2, 4085)
Əbu Səid əl Xudri demişdir : Allahın Rəsulu belə buyurmuşdur: ‘Mеhdi mənim soyumdan olacaq. Onun böyük alnı , uzun nazik əyri burnu olacaq.O zülm və istibdad dolu dünyaya ədalət və bərabərlik gətirəcək və 7 il hakimiyyətdə olacaq’" (Sunan Abu Davud, Kitab al-Mеhdi, 11/375, hədis 4265; Mustadrak əl-Hakim, 4/557; о, demişdir bu səhih hədisdir və Əl Buxari va Muslim nəql olunmuşdur. Əl Cami 6736).
Bizim Mehdinin geniş alni və gözə çarpan burnu olacaq.O,zülm və ədalətsizliklə dolu olan dünyaya ədalət gətirəcək.O , 7 il hakimiyyətdə olacaq. (Əbu Davud, Sahih, cild 2, səh . 208; Fusul al-muhimma, səh 275)
Hakimiyyətdə olan şəxsin ölümündən sonra insanlar arasinda münaqişə olacaq,Həmin vaxt Mədinənin bir sakini qacçib Məkkəyə gedəcək.Məkkədə olarkən Hajr-ul Asvad və Maqaame Ibrahим-dən olan bəzi insanlar ona müraciət edərək ona itaət etmək istədiklərini bildirəcəklər.Daha sonra isə böyük bir ordu Suriyadan ona hücum çəkəcək ancaq onlar Məkkə və Mədinə arasinda yerləşən Baidada olarkən torpaq onlari udacaq.. Bunu görən şamlı Abdaals və İraqdan olan çoxsayli insanlar onun yanina gələrək ona itaət etmək istədiklərini bildirəcəklər.Sonra Qureyşdən və əmisi Bəni Kalb tayfasindan olan bir şəxs ona qarşı bir ordu göndərəcək. Və Allahın köməyi ilə məğlub olacaq.Bu (məğlub olmuş) ordu Bani Kalb-dən olacaq.KALB QƏNİMƏTİNDƏN aLMAYAN şəxs peşiman olacaq.Bu şəxs ( İmam Mehdi ) döyüşdən sonra qəniməti paylayacaq.O , insanları Sünnəyə əsasən idarə edəcək və onun hakimiyyəti dövründə İslam bütün dünyaya yayılacaq. О, yeddi il (göndərildikdən sonra ) hakimiyyətdə olacaq.O vəfat edəcək və müsəlmanlar onun cənazə namazıni icra edəcəklər. (Əbu Davud )
Cabir (r.a) demişdir: " Allahın Rəsulu belə buyurmuşdur: ‘‘İsa ibn Məryəm dünyaya gələcək və onların rəhbəri Mehdi deyəcək, "Gəl və bizə rəhbərlik et " ancaq o . deyəcək, "Yox. Onlardan biri rəhbərlik etməlidir "Müslim tərəfindən nəql olunan versiyada deyilir: "… О zaman ‘İsa ibn Məryəm dünyaya gələcək və onların rəhbəri deyəcək, ‘Gəl və bizə rəhbərlik et’ ancaq o, deyəcək, ‘Yox , sizlərdən bəziləri başqalarina rəhbərlik edirlər..’" (Muslim, 225)
Əbu Səid əl Xudri (r.a) demişdir: Allahın Rəsulu belə buyurmuşdur: "О, bizlərdən biridir. Onun arxasinda ‘İsa ibn Məryəm dua edəcək " (Akhbaar al-Mahdi-də Abu Nəim tərəfindən bilidirlir. Al-Albaни demişdir ki,bu səhihdir; bax : al-Jaami’ al-Sagheer, 5/219, hədis 5796).
Burada göstərilmiş etibarlı , mötəbər və geniş miqyasda qəbul olunmuş bəyanətlərə əsasən İmam Mehdi:
1.Peygəmbərin (sav) ailəsindən , Fatimənin (r.a) nəslindən olacaq;
2.Geniş alnı və gözəçarpan burnu olacaq ;
3.Bir gecədə yer üzünə gələcək ;
4.Qiyamət gününə bir gün qalmış dünyaya göndəriləcək ;
5. Məhəmməd sav ilə eyni ada malik olacaq ;
6.Mədinədən Məkkəyə gedəcək və orada insanlar ona qoşulmaq istəyəcəklər ;
7.İraq xalqindan itaət və yardım görəcək ;
8.Döyüşlərdə iştirak edəcək ;
9.Yeddi və ya səkkiz il müddətində Sünnəyə əsasən ərəblərə hakimlik edəcək ;
10. Yer üzündə ədalət və bərabərlik yayacaq ;
11.Zülmün və istibdadın qarşisini alacaq.;
12. Məkkədə ibadət aparacaq ki. İsa da bunu davam etdirəcək ;
13. Məsih ( İsa ) ilə eyni şəxs olmayacaq .
14.Allah ona yağış bəxş edəcək . torpaq məhsul verəcək ,
15. О, çoxlu pul və mal-qara verəcək .Müsəlman ümməti güclənəcək.
16. Onun arxasında İsa ibn Məryəm dua edəcək
Menbe www.allaahuakbar.net |
|