Humeyra idarəçi
.jpg)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
|
Göndərilib: Ç.a. Apr. 10, 2007 5:47 pm İsmarış mətni: Doğa bilən və sevən qadına evlənməyin fəziləti |
|
|
Doğa bilən və sevən qadına evlənməyin fəziləti
Sual:
Hədisdə deyilir ki, "sevən və doğa bilən qadınlara evlənin...". Bəs qadının sevən və doğa bilən qadın olduğu necə müəyyənləşdirilir?
Cavab:
Allaha həmd olsun!
Maqil ibn Yasardan (Allah ondan razı olsun) rəvayət edilir ki, bir kişi Allah Rəsulunun (səllallahu aleyhi və səlləm) yanına gələrək dedi:"Ya Rəsulullah, mən gözəl ailədən olan, qəşəng bir qadına evlənmək istəyiəm. Lakin onun uşaqları olmur. Ona evlənimmi?" Allah Rəsulu (səllallahu aleyhi və səlləm) ona belə etməməyi buyurdu. Sonra həmin kişi bir də gəldi, Allah Rəsulu (səllallahu aleyhi və səlləm) yenə eyni şeyi buyurdu. Üçüncü dəfə həmin kişi Peyğəmbərin (səllallahu aleyhi və səlləm) yanına gədikdə, Allah Rəsulu buyurdu:"Sevən və doğa bilən qadına evlən. Belə ki, (Qiyamət Günü) mən sizin sayınızın çoxluğu ilə fəxr edəcəm"
Əbu Davud 2050, Nəsai 3227. Şeyx Albani (Allah ona rəhmət etsin) hədisin səhih olduğunu bildirmişdir.
Qadının doğa bilən olmasını müəyyənləşdirməyin iki yolu vardır.
1. Onun ana və və ərdə olan bacılarının və digər qadın qohumlarının uşaqlarının olub olmamasını öyrənmək;
2. Əgər əvvəlcə ərdə olubsa, əvvəlki kişidən uşaqlarının olub olmamasını müəyyənləşdirməklə öyrənmək.
Şeyx Abdul Aziz Abadi özünün "Aun əl-Məbud (6:33) " əsərində hədisi belə şərh edir:" Sevən- yəni ərini sevən, ona tabe olan. Doğa bilən - yəni çox uşaq doğacaq qədər sağlam olan".
Hədisdən aydın olur ki, bu iki xislətdən birinə sahib olub, digərinə sahib olmayan qadına evlənmək məsləhət deyil. Lakin bu heç də o demək deyil ki, sonsuz qadına evlənmək haramdır, sadəcə olaraq, müsəlman üçün ailə qurmağın məqsədlərindən biri də saleh nəsil yetişdirmək olduğundan, bu iki xislətə malik qadınlara evlənmək daha əfzəl hesab olunur.
Və Allah ən dorğusunu biləndir. _________________
 |
|