Göndərilib: C. İyun 24, 2005 2:15 pm İsmarış mətni:
Tövhid ehline salam aleykum. Fronder görünür namaza teze başlamısan. Cox gözel. İslama bu cür maraq göstermeyin yaxşı elametdir. Amma sene bir Müselman kimi tövsiyyem var. Calış ilk önce Tövhidi oxu ve derinden öyren. Cünki müselman olmagın birinci şerti Le ilehe illellahdır. Bunsuz hec bir emel qebul deyil. Sene bezi kitabları tövsiye ede bilerem. ''İşte Tövhid'' ''Şübheleri yox eden Tövhid gerceyi'' '' Üç Esas'' '' Selefi Salihin eqidesi'' bu kitabları tabib oxusan sene coxlu faydası olar. İstesen Şehadetle bağlı internet sehifelerinin birinde azerice de kitab var ordan oxuya bilersen. www.ikraislam.com. Bu saytda o kitabı tapa bilersen. Ümümiyyetle günümüzdeki insanlar nedense namaza cox maraq gösterirler bu yaxşı elametdir.amma unutmaq lazım deyil ki namaz bir emeldir ve müselmana ferzdir. Önce müselman olmaq lazımdır ki sonra emel işleyesen kı Allah da qebuıl etsin. Nedense insanlar tövhide cox az maraq gösterirler. Halbuki İslam dininin eli Tövhiddir. Tövhidsiz hec bir emel qebul deyil.Güman edirem kü tövsiyelerimi qebul edersen ve tövhide önem verersen. Resulullah s.e.s Muazı xristiyan bir qövme devet üçün gönderdiyinde dedi ki onlara birinci Le ilehe illellahi anlat. Bu da ratıq qayda olaraq istifade olunmalıdır. Tövhid ehline salam aleykum.
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1132
Göndərilib: C. İyun 24, 2005 10:06 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
AsSalamu alaikum.
Fronder yazıb:
Salam, çox hörmətli qardaş və bacılar!
Sitat:
Və alaikum asSalam, qardaş/bacı
.
(qardaş) :-)
Sözün açığı namaza yeni başlayan biri kimi aradakı bu fərq, yəni müxtəlif kitablarda müxtəlif cür yazılması məni bir balaca çaşdırdı və sizə sual vermək qərarına gəldim. Amma belə başa düşdüm ki, fərq yoxdur, hansı cür söyləsən düzdür.
MaşaAllah, qardaş, həqiqətən də, namaza başlamağınız, ozü də korkoranə yox, araşdıraraq başlamağınız gözəl əməldir.[b]Ehli Beytin də qeyd etdiyi kimi amma namazla yanaşı İslami biliklərinizi de artırmağa çalşın. Xüsusən də Tövhidə(Allahın tam mənasıyla təkliyini dərk etməyə) xüsusi fikir verin. Mən də öz növbəmdə, şəhərimizin "Muslim Shop"larından əldə edə biləcəyiniz "Tövhid", "Sələfi Salihin əqidəsi" və "Müsəlman qalası" kitablarını sizə məsləhət görürəm.
Fronder yazıb:
Birdəki sizin saytda yayınlanan Namaz təlimində və s. Azərbaycanda nəşr olunan kitablarda. 1-ci, 2-ci rükətlərdə yalnız Fatihə və İxlas surələri oxunur. amma türk kitablarında isə Fatihə surəsindən sonra İxlas surəsindən əlavə hər rükətdə fərqli surələr oxunur. Bunların hansı daha məsləhətlidir?
İstənilən cavaba görə təşəkkür edirəm...[/b]
O ki, qaldı namazda qiraətdə Fatihə surəsindən sonra hansı surənin oxunmasına, əslən burda müsəlman hansı surəni istəyirsə, oxuya bilər. Amma aşağıdakı səhih hədisə əsasən İxlas surəsinin çox vaxt namazda oxunması müstəhəb əməl(yəni əlavə savab gətirən əməl) kimi qiymətləndirilir:
Aişə(ra) rəvayət edir ki, "Peyğəmbər(s) səhabələrdən birini dəstə başçısı təyin edib döyüşə göndərdi. Səhabələr onun qıldırdığı hər bir namazı "İxlas" surəsi ilə bitirdiyini Peyğəmbərə(s) xəbər verdilər. O dedi:"Ondan nə üçün belə etdiyini soruşun". Səhabələr ondan (nə üçün belə etdiyini) soruşanda, o dedi:"Bu surə Rəhmanın sifətlərini şamil edir və mən də onu oxumağı sevirəm". Peyğəmbər- səllallahu aleyhi və səlləm -dedi:"Ona deyin ki, Allah-Təala da onu çox sevir"." (əl-Buxari 7375, Muslim 1887)
Ümumiyyətlə isə tədricən, çalışın, 1-2 surə əzbərləməklə kifayətlənməyin. Vaxtınız olduqca, qısa Quran surələrini əzbərləməyə çalışın. Bunun üçün sizə yenə də "MuslimShop"lardan əldə edə biləcəyiniz həmin surələrin transkripsiyaları olan kiçik "CüzƏmmə" cib kitabçası və gözəl hafizlərin oxuduğu Quran cdləri kömək edəcəkdir. Yenə də vaxtınız varsa, Quran oxumağı öyrənmək üçün məscidlərdə təşkil olunan pulsuz kurslarda iştirak edə bilərsiniz.
Uca Allahdan sizin və bütün müsəlmanların imanının kamil olmasını diləyirəm.
Fi AmanAllah.
AsSalamu alaikum.
Daxil ol: B. May 14, 2006 17:51 İsmarışlar: 1 Şəhər/ölkə: BAKI
Göndərilib: B.e. May 15, 2006 9:46 am İsmarış mətni: namaz qilmayan haqqinda
NAMAZ QILMAYAN EGER NAMAZI EVVELDEN QILMAYIB SA GUNAHA BATMIR.HER KESIN NAMAZ QILMAG BORCU VARDIR.2-CISI ISE EGER O NAMAZ QILIB SONRA QILMAYIBSA,ONA GUNAH YAZILIR.NAMAZI ATMAG OLMAZ!!!
Salamu Aleykum. size bir sualim var her iki eli yanmi6 adam nece destemaz ala biler? ya da nece teyemul ede biler? _________________ ONLY GOD CAN JUDGE ME.
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1132
Göndərilib: C.a. Avq. 31, 2006 12:29 am İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
Va alaikum asSalam va RahmatuLLah, Rüqəyya bacı.
Sizin dediyiniz halda, dəstəmaz almaqda həmin müsəlmana yaxınlarından kimsə kömək edə bilər. Yox, əgər ətafında heç kim yoxdursa (məs. səhradadır və s.) belə halda bacardığı qədər, nəyə gücü çatır o qədər təmizlənməlidir.
Allah bütün müsəlmanlara kömək olsun...Ameen!
AsSalamu alaikum. _________________
Göndərilib: Çər. Fev. 21, 2007 12:34 am İsmarış mətni:
Salam.Sozun acigi men hele namaz qilmiram. Amma Allahin komekliyile qilmaq isteyirem. Inshallah men de bu sherfe bu yaxinlarda nail olaram.Amma mene bezi sheyler maraqlidi. Mene bir nefer dedi ki, her namazda Azan ve Iqame oxunmalidi. Bu duzdu? Men ele bilirdim ki, Azan namazin vaxtini bilmek ucundur.Bunlardan hansi duzdu?Mene kimse yol gosterse cox sevineem. Helelik. :| _________________ B A N U
Daxil ol: Ş. Sen. 10, 2005 08:42 İsmarışlar: 116 Şəhər/ölkə: Baku, Azerbaijan
Göndərilib: Çər. Fev. 21, 2007 7:19 am İsmarış mətni: NAMAZ
Salam Aleykum! Bacim Azan vermesende Namazini gila bilersen. Amma igame vermelisen. Birde deyirsenki bu yaxinlarda NAmaz gilmag sherifine nail olarsan, sen eminsenki sabaha sag chixacagsan???? Belke ele bu gece ebediyyata govushdun, orda ne cavab vereceksen, deyeceksenki bashlayacaydim????? _________________ Estegfiru-llahel aziymel-lezi la ilahe illa huvel-heyyul-gayyum ve etubu ileyhi.
Aleykum salam Banu baci Allah sene hidayet versin.Umid ediremki tez bir zamanda Namaz qilmaga bashlayacagsan.Bizde INSHALLAH dualarimizi senden eskik etmerik..Salam aleykum _________________ ASSALAMU ALEYKUM...........
AsSalamu alaikum va RahmatuLlah.
Banu bacım, inşaAllah, namaz məsələsində mən də bacı və qardaşlara qoşuluram, nə qədər bacarsanız o qədər tezliklə namaza başlayın inşaAllah, çünki namaz insanın Allah qarşısında borcudur və Qiyamət günü insandan soruşulan ilk əməldir. Ölümümüzün vaxtını heç birimiz bilmirik, bəlkə də bir neçə saatdan sonra, bəlkə də elə indicə ölüm mələyi gəldi. Belə olan halda namazsız dünyasını dəyişən müsəlman öz borcları haqqında Allaha nə cavab verəcək?
Ona görə də inşaAllah gecikdirmədən namaza başlamağınızı tövsiyyə eləyənlərə mən də qatılıram. Şeytanın rolunu da unutmayın, o çalışacaq ki, insan namaza yaxud digər ibadətləri müxtəlif bəhanələrlə (hələ hazır deyiləm, işdən vaxt tapa bilmirəm, mən xəstəyəm mənə olmaz və s.) günü-ügün sataraq gecikdirsin. Bax, əsl cihad da odur ki, şeytanın bu vəsvəsələrini kənar edib, mümkün qədər tez Allaha itaət edilsin.
O ki, qaldı iqaməyə, iqamə kişilər üçün fərzdir, qadınlar isə istəsələr deməyə də bilərlər, bunda bir problem yoxdur, inşaAllah.
Namazın sözlərini hələ əzbərləməmisinizsə, inşaAllah problem yoxdur, hələlik kağızdan da oxuya-oxuya qılmaq olar. Əsas odur ki, qılasınız, inşaAllah. Saytımızda namazın qılınış tərzi qısa şəkildə izah olunur:
https://www.azerislam.com/index.php?lngs=aze&cats=12&ids=47
Yaxud da bu proqram vasitəsi ilə (Rus dilində) də öyrənə bilərsiniz:
http://www.selefeqidesi.com/namaz/index.shtml
Allaha əmanət olun, bacıcan.
AsSalamu alaikum. _________________
[b]Salam.Mene yol gosterdiyiniz ucun haminiza teshekkurler.Eslinde duzdu, olumun ne vaxt geleceyini hec kes deye bilmez. Ola bilsin men bu haqda derinden fikirleshmemishem. Bir de bu saytda olan Namaz teliminin de mene cox komek olacagindan eminem. Cox sag olun. [/b] _________________ B A N U
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.