MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Allah rizası üçün kömək lazımdır !!!

 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> İslamda qadının yeri
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1129

İsmarışGöndərilib: B.e. Noy. 20, 2006 11:20 pm    İsmarış mətni: Allah rizası üçün kömək lazımdır !!! Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!
AsSalamu alaikum va RahmatuLLah.

Hörmətli müsəlmanlar!
3 bacımıza inşaAllah kömək lazımdır. Əgər içinizdə imkanı olan varsa, Allah rizası üçün yardımınızı, sədəqənizi əsirgəməyin. Həqiqətən sədəqə mala ziyan yetirməz. Mənim ölçülərimlə uyğun gəlmədiyindən, sizə müraciət edirəm.
Bacılarımızdan biri inşaAllah bir neçə aydan sonra ana olacaq. Qış geyimi yoxdur. Əgər köhnə qadın üçün palto yaxud kurtkanız varsa, bacıya kömək edin. Ölçüsü 42-44-dür. Həmçinin qış ayaqqabısı da lazımdır. Düzdür, ayağının ölçüsün bilmirəm, amma inşaAllah gələn bazar günü məsciddə olanda öyrənəcəm. Bacının yoldaşına da maaşının azlığı ya çoxluğu fərq etməyən iş lazımdır. Satıcı kimi təcrübəsi var. Əgər kimsə belə bir işçi tələb olunan yer bilirsə, Allah rizası üçün xəbər versin.
İkinci bacımız səhv eləmirəmsə, kamaz sürür. İslamda təzədir, amma alhamdAllah, artıq hicaba keçib. Kişilərin arasında işlədiyindən maşaAllah həyasının çoxluğundan darısqal, Şəriətə uyğun olmayan geyim geyinmək istəmir. Əgər kiminsə köhnə yaxud lazımsız 48 ölçülü abaya yaxud geniş plaşı varsa, Allah rızası üçün əsirgəməyin.
Üçüncü bacımız isə inşaAllah ailə quracaq. Özü imkansız ailədən olduğu üçün cehizi yoxdur. Gəlin, ona kimin imknaı varsa, pulla (daha yaxşı olar), kimin imkanı yoxdursa və evində artıq, təzə, işlənməmiş yataq dəsti, qab-qacaq, əl-üz dəsmalları və s. varsa,onunla kömək edək. Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) dövründə də yeni ailə quranlara belə kömək edərdilər.
Heç nəyə imkanı olmayanlar isə dualarınızı əskik etməyin.


Jazakum Allahu Hairan.
AsSalamu alaikum.

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ENGINEER



Daxil ol: Ş. Sen. 10, 2005 08:42
İsmarışlar: 116
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: C. Noy. 24, 2006 11:14 am    İsmarış mətni: Sitatla cavab ver

salam Aleykum. Humeyra Baci, 1 ci ve 3 cu Baci uchun her birine 20 yeni manat (100.000 kohne manat) vermek niyyetindeyem. Amma bu pulu kime verim?
_________________
Estegfiru-llahel aziymel-lezi la ilahe illa huvel-heyyul-gayyum ve etubu ileyhi.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1129

İsmarışGöndərilib: Ş. Noy. 25, 2006 11:07 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

Va alaikum asSalam va RahmatuLlah, qardaş.
Jazak Allahu hair, inşaAllah sədəqə təmizlənmədir. Əgər sizin üçün problem deyilsə, əlaqə nömrənizi ya burda ya da şəxsi ismarışla göndərin, inşaAllah qardaş sizə zəng eləsin.
Yaxud əgər belə sizə çətindirsə, məsciddə daimi olan qardaşlardan dediyiniz məbləği qadınlar tərəfdə daimi olan Rəhilə xala ya da Əsli nənəyə çatdırmağı xahiş edin. Hər məbləği ayrıca konvertə qoyun və birinin üstünə "Ülkər bacının ailəsi üçün" digərinə "cehiz üçün" yazın ki, qarışıqlıq düşməsin. İnşaAllah, əgər sabah (bazar günü) çatdırsanız, özüm nəzarət edib bacılara çatıb çatmadığını burda yazacam.
Allah Subhanahu va Taala kömək edən bütün bacı və qardaşlardan razı olsun..Ameen! İnşaAllah, sabah ya da biri gün dəqiq şəkildə yazacam köməyiniz hara və necə çatdı.
AsSalamu alaikum va RahmatuLlah.

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ENGINEER



Daxil ol: Ş. Sen. 10, 2005 08:42
İsmarışlar: 116
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: B.e. Noy. 27, 2006 8:35 am    İsmarış mətni: Yardim Sitatla cavab ver

Bacim, men ismarishini bu gun oxudum, yani 1 ci gun. Hansi mescidi nezerde tutursunuz? Ebubekr yoxsa Lezgi? Men size shexsi melumatla nomremi yazaram indi.
_________________
Estegfiru-llahel aziymel-lezi la ilahe illa huvel-heyyul-gayyum ve etubu ileyhi.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1129

İsmarışGöndərilib: C.a. Noy. 30, 2006 1:25 am    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

AsSalamu alaikum va RahmatuLLah.
Allaha həmd olsun ki, bütün 3 bacımızın üçünə də kömək çatdı və inşaAllah çatmaqdadır. Allah bu işdə kömək edən bütün bacı və qardaşlarımıza kömək olsun, Qiyamət Günü əcrini qat-qat artıq şəkildə versin...Amin!
AsSalamu alaikum.

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1129

İsmarışGöndərilib: C.a. Dek. 28, 2006 10:03 pm    İsmarış mətni: Sitatla cavab ver

AsSalamu alaikum va RahmatuLlah.

Hörmətli müsəlmanlar.
Yenə bir bacımıza kömək lazımdır. Daha doğrusu onun övladlarına, biri 1-ci sinfə gedir, digəri isə baçaya. Yəqin ki, çoxlarımız Bakıya birinci qarın yağması ilə sevinir. AlhamdAllah, isti geymi olanlar üçün doğrudan da qar sevinc hissindən başqa bir şey vermir. Bacının balaca övladının geyinməyə kurtkası olmadığından, anası üst-üstdən 2-3 sviter geyindirib bayıra, bağçaya aparır. Körpənin halını təsəvvür edirəm. Bunu eşidəndən bəri özümə gələ bilmirəm, gözüm dolur...Allah rizası üçün gərə içinizdə yaxınlarınızın 5-7 yaş arası uşağa olası köhnə kurtkası (paltosu və s.) varsa, əsirgəməyin...
Qoy Uca Allah bu qarlı qış günündə isinməyə yeri, geyimi olmayan bütün bacı və qardaşlarımıza kömək olsun, bu qarın bərəkətini bizə versin, fitnəsindən bizi uzaqlaşdırsın...Ameen!

AsSalamu alaikum.

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1129

İsmarışGöndərilib: C.a. Fev. 15, 2007 1:49 am    İsmarış mətni: Sitatla cavab ver

AsSalamu alaikum va RahmatuLlah.

Bir bacıya təcili kömək lazımdır. 17 günlük körpəsi dünyasını dəyişib. Həqiqətən biz Allaha məxsusuq, Ona da dönəcəyik! Özünün də səhhəti olduqca pisdir. Allah Subhanahu va Taala ona kömək olsun...Ameen! Bacıya həkim çoxlu dərmanlar yazıb. Bazar günü məsciddə Rəhilə xala həmin dərman reseptlərinin birini mənə göstərdi, təkcə bir dərmanını qiyməti 100 (səhv eləmirəmsə, 103 ya da 106 manat idi) manatdan çoxdur. Heç gündəlik yeməyə doyunca çörəyi olmayan bacımız üçün bu böyük xərcdir. AlhamdAllah, müsəlman bacı və qardaşlarımız kömək elədilər, müalicəsinin pulu üçün. Amma gündılik yeməyə və ehtiyaclarına hələ də imkanı yoxdur.
Allah rizası üçün sədəqə vermək istəyənlər, məsciddə kişilər tərəfdə daimi olan qardaşların biri vasitəsi ilə qadınlar tərəfdə Məğribədək daimi olan Rəhilə xalaya çatdıra bilərlər. Yaxşı olar ki, "Arzu bacı üçün" olduğunu qeyd edəsiniz ki, qarışıqlıq olmasın.

AsSalamu alaikum

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1129

İsmarışGöndərilib: B.e. Fev. 19, 2007 11:43 pm    İsmarış mətni: Sitatla cavab ver


AsSalamu alaikum va RahmatuLlah.

Bacılarımızdan birinə 14 yaşlı bir qıza kömək lazım olduğu barədə e-mail göndəriblər. Qızcığazın onurğa sümüyündə artıq 4-cü mərhələdə inkişaf edən skolioz (sümük əyilməsi) xəstəliyi mövcuddur və əyilmə bucağı artıq 70%-ə çatıb. Uşaq həqiqətən də ağır vəziyyətdədir, ona görə də məktəbdən çıxarıblar. Təcili cərrahi müdaxilə ilə onurğa sümüyünə titan mil geydirilməlidir. Bu əməliyyat isə 20 min Amerika dolları məbləğindədir. Bacılarımız qızın anası ilə danışıblar, hətta səhv etmirəmsə bu gün yanına da gediblər (inşaAllah dəvət də gedir). Bir otaqlı evdə yaşayırlar, anası evi satmaq istəyir. Amma əgər satsa belə bu deyilən məbləği tam olaraq, ödəməyəcək. Ona görə inşaAllah, əgər kimin istəyi, imkanı varsa, Allah rizası üçün sədəqələrini əsirgəməsin. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) hətta müsəlman olmayan bədəvi bir ərəbə maddi kömək etdikdən sonra o, öz qəbiləsinə qayıtdıqda "ey qəbiləm, İslama gəlin!" çağırışını unutmayaq.
Qızın anasının adı Həyatdır, bu onun telefon nömrəsidir: 4 31 01 64
Bu isə bankda qızın adına açılmış hesab nömrəsidir:

Beneficiary's Bank:
The International Bank of Azerbaijan - Nasimi Branch
Az 1010- Azadlig Av.18 Baku, Azerbaijan
SWIFT: IBAZAZ2X
Beneficiary's ACC:
Guliyeva Hayat
711798USD381101
Correspondents Bank:
Citibank N.A. New York
ACC 36083186


Bu isə uşağın onurğa sütünunun rentgen şəklidir:



_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> İslamda qadının yeri Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.