MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Böyük Günahlar.
Səhifə Əvvəlki  1, 2
 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> İMAN
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1130

İsmarışGöndərilib: C.a. Sen. 14, 2006 9:32 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

Va alaikum asSalam va RahmatuLlahi va Barakatuhu, Jahangir qardaş.
Allah Subhanahu va Taala sizdən və bütün müsəlmanlardan razı olsun...Ameen! İnşaAllah, qoy yazılar qalsın, bəlkə kimdəsə eyni suallar yarana bilər və Allahın iznilə bəlkə də kimsə də faydalandı.
Qaldı ki, məsciddəki dərslərə, nə qədər imkanınızı var drəslərdə gedin, siz qardaşlar istədiyiniz vaxt evlərinizdən çıxıb, tək yaxud digər müsəlmanlarla bir yerdə məscidə getmək imaknınız olduğundan biz bacılardan fərqlənirsiniz və əlinizə düşən bu nemətdən imkan olduqca istifadə edin, inşaAllah. Allah sizə də, Allah rizası üçün elm axtarmağa gedən bütün müsəlmanlara da faydalı elm nəsib eləsin...Ameen!
Mövzuya davam edirəm, inşaAllah:

17. Qumar (meysir):
Allah taala buyurur:
"Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!"
(Quran, Maidə, 90)
Allah Rəsulu (səlləlləhu aleyhi və səlləm) demişdir:"Dostunu qumar oynamağa çağıran sözünə görə sədəqə verməlidir"
Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) həmçinin demişdir:"Az da olsa nərd oynayan adam elə bil ki, əlini donuz ətinə və ya yağına batırmış olur"
Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) həm də demişdir:"Nərd oynayan Allaha və Onun Peyğəmbərinə qarşı çıxmış olur"
İbn Ömər (Allah ondan razı olsun) demişdir:"Nərdlə qumar oynayan donuz əti yemiş kimidir. Qumarsız nərd oynayan isə donuz yağına bulaşmış kimidir"
Bir dəfə Allah rizası qazanmış İbn Ömər (Allah ondan razı olsun) qumar oynayanların yanından keçəndə deyir:"Bu nə oyundur ki, çıxarırsınız? Əlinizdə oynatdığınız daşı (zəri) atmaqdansa, əldə saxlamaq daha yaxşıdır"

18. İsmətli qadına böhtan atmaq:
Allah taala buyurur:
"Zinadan xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham edənlər dünyada və axirətdə lənətə düçar olarlar. Onları (qiyamət günü) çox böyük bir əzab gözləyir."
(Quran, Nur, 23)
Böhtan atmaq da odur ki, namuslu və ismətli bir qadına "ey fahişə, zinakar" və ya onun oğluna "fahişə, zinakar oğlu" və s. bu məzmunda təhqiramiz sözlər deyəsən. Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) demişdir:"Allahın ən çox nifrətini qazanmış abırsız və kobud adamdır ki, abırsız şeylər danışır və söz-söhbət gəzdirir".

ARDI VAR...

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1130

İsmarışGöndərilib: B.e. Sen. 18, 2006 11:36 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

. . .


19. Oğurluq:
Allah Taala buyurur:
"Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini kəsin. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!"
(Quran, Maidə, 38)
Allah Rəsulu (səlləlləhu aleyhi və səlləm) demişdir:"Zinakar insan zina edəndə mömin olmaz, həmçinin oğru oğurluq edəndə mömin ola bilməz. Lakin tövbə imkanı vardır".

20. Yalan and.
Bu, Allaha yalandan and içməkdir. Bu andın sahibi Cəhənnəmdə batıb qalır. Allah-Taala buyurur:
"Allah ilə olan əhdlərini və andlarını ucuz bir qiymətə satan şəxslərə axirət nemətlərindən heç bir pay yoxdur. Allah qiyamət günündə onları dindirməz, onlara nəzər salmaz və onları (günahlarından) pak etməz (təmizə çıxarmaz). Onları şiddətli bir əzab gözləyir! "
(Quran, Ali İmran, 77)
Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) demişdir:"Yalandan Allaha and içən şəxsin müsəlmanlığına son qoyulmuş şəxsə Allah Cəhənnəmi vacib etmişdir. Cənnətdən onu məhrum etmişdir". Bir nəfər soruşdu:"Ya Rəsulullah, əgər bu and lap kiçidirsə?"Dedi:"Lap kiçik olsun, bir çöp qədər olsun, diş təmizləyən çöp boyda olsun".ğ

ARDI VAR...

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1130

İsmarışGöndərilib: C.a. Sen. 21, 2006 12:53 am    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

21. Allahdan qeyrisinə and içmək:
Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) demişdir:"Allahdan qeyrisinə and içən Ona şərik qoşmuş olur".
Allah Rəsulu (səlləlləhu aleyhi və səlləm) həmçinin bildirmişdir:"Allah sizlərə öz atalarınıza and içməyi qadağan edir. And içirsinizsə ya Allaha and için ya da susun"

22. Yalan:
Allah Taala buyurur:
"...Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!” "
(Quran, Ali İmran, 61)
Allah Rəsulu (səlləlləhu aleyhi və səlləm) demişdir:"Doğruluq xeyirxahlığa aparır. Xeyirxahlıq isə Cənnətə aparır. Doğru danışan və haqqa bağlı olan adam Allah dərgahında siddiq (doğurçu) kimi tanınır. Yalan isə pisliyə aparır, pislik də öz növbəsində Cəhənnəmə aparır. Yalan danışan və yalana bağlı olan adam Allah dərgahında yalançı kimi tanınır"

ARDI VAR...

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1130

İsmarışGöndərilib: Ç.a. Sen. 26, 2006 1:43 am    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

23. Xəbərçilik:
Bu, adamlar arasında söz gəzdirmək, birindən o birinə xəbər çatdırmaqdır. Deyir ki, filankəs sənin haqqında filan sözü deyir. Bununla o, müsəlmanlar arasında narazılıq və ədavət yaradır. Allah Taala buyurur:
"(Müşriklər) istərdilər ki, sən onlara yumşaqlıq göstərəsən, onlar da sənə yumşaqlıq göstərsinlər! (Sən onların bütləri barəsində pis söz deməyəsən, onlar da sənə əziyyət verməsinlər və ya sən onların bütlərinə tapınasan, onlar da sənin Allahına ibadət etsinlər!)
(Ya Peyğəmbər!) İtaət etmə (yalan yerə) hər and içənə, alçağa;
Qeybət edənə, söz gəzdirənə;"

(Quran, Nun, 9-11)
Allah Rəsulu (səlləlləhu aleyhi və səlləm) demişdir:" Söz gəzdirən Cənnətə daxil olmaz"

24. Müsəlmanı söymək və lənətləmək:
Allah Rəsulu (səlləlləhu aleyhi və səlləm) demişdir:"Müsəlmanı söymək abrsızlıqdır, onunla vuruşmaq isə küfrdür"
Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) həmçinin demişdir:"Mömini lənətləmək onu öldürmək kimidir"

25. Allahdan qeyrisinə qurban kəsmək:
Allah Taala buyurur:
"Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin"
(Quran, Ənam, 121)
Allah Rəsulu (səlləlləhu aleyhi və səlləm) demişdir:"Allahdan qeyrisinə qurban kəsənə Allah lənət eləsin!"
Allahdan qeyrisinə qurban kəsmək deyəndə nəzərdə tutulan hansısa qəbir üstə, imamın adına, şeyxin adına və s. kimi qurban kəsməkdir.

ARDI VAR...

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1130

İsmarışGöndərilib: Çər. Okt. 04, 2006 12:44 am    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

26. Rüşvət almaq:
Allah Taala buyurur:
"Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin! "
(Quran, Bəqərə, 188)
Allah Rəsulu (səlləlləhu aleyhi və səlləm) demişdir:"Allah rüşvət verənə də, rüşvət alana da lənət eləsin!"
Rəvayətdə həmçinin "raiş"(dəllal) sözü də işlədilir. Rüşvət verən başqasının haqqını mənimsəmək üçün hakimə mal (pul) verəndir. Rüşvət alan isə haqsız iş görüb əvəzinə rüşvət götürəndir. Raiş (dəllal) isə rüşvət verənlə alan arasında vasitəçilik edəndir.

27. Qadının kişiyə, kişinin qadına bənzəməsi:
Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) demişdir:"Allah özünü kişilərə oxşadan qadınlara, həmçinin qadına bənzədən kişilərə lənət eləsin!"
Həmçinin: "Kişi paltarı geyən qadına, qadın platarı geyən kişiyə Allah lənət eləsin"


ARDI VAR...

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1130

İsmarışGöndərilib: Çər. Okt. 11, 2006 6:10 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

28. Çəkidə və ölçüdə aldatmaq:
Allah Taala buyurur:
"Vay halına çəkidə və ölçüdə aldadanların!
O kəslər ki, özlərini insanlardan (bir şey) aldıqları zaman onu tam ölçüb alar,
Onlar üçün ölçdükdə və ya çəkdikdə isə (onu) əskildərlər.
Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlərmi?!
Özü də dəhşətli bir gündə?! "

(Quran, Mütəffifin, 1-5)
Mütəffif - malını satanda çəkidə və ölçüdə alıcıları aldadan şəxsdir. Allahın Peyğəmbəri (səlləlləhu aleyhi və səlləm) demişdir:"Beşə beşdir". Soruşurlar: "Ya Rəsulullah, beşə beş nə deməkdir?" Deyir:"Adamlar öz əhdini pozduqda Allah onların üstünə düşmənlərini qaldırır. Ölkəni Allahın nazil etdikləri ilə idarə etmədikdə, Allah onları kasıblığıa düçar edir. Aralarında fahişəlik yayılanda taun başlayır (yəni xəstəllik başlayır, ölüm halları çoxalır(. Çəkidə və ölçüdə aldatdıqda aralarında aclıq düşür. Zəkat vermədikdə isə ölkəni quraqlıq bürüyür"

29. Allah peyğəmbərinin (səlləlləhu aleyhi və səlləm) səhabələrindən kimi isə söymək:
Allah Rəsulu (səlləlləhu aleyhi və səlləm) demişdir:"Mənim səhabələrimi söyməyin. Allaha and olsun, sizlərdən biri özü ağırlığında qızıl xərcləsə belə onlardan birinin verdiyi bir ovuc qədər, hətta onun yarısına bərabər olmaz"
Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) həmçinin demişdir:"İlahi, mənimsəhabələrim nə gözəl adamlardır! Məndən sonra onlara münasibətdə söyüş olmamalıdır. Onları sevəni mən öz məhəbbətimlə sevərəm, onlara nifrət edənə nifrətimlə cavab verərərm. Onlara əziyyət verən mənə də əziyyət verir. Mənə əziyyət verən isə bilavasitə Allahı incitmiş olur"
Həmçinin Məhəmməd (səlləlləhu aleyhi və səlləm) demişdir:"Mənim səhabələrimi söyənə Allahın mələklərin və insanların lənəti olsun!"

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1130

İsmarışGöndərilib: Ç.a. Okt. 17, 2006 6:01 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

TÖVBƏYƏ ÇAĞIRIŞ.


Qardaşım, əgər göstərilən günahlardan hər hansı birinin və ya hamısının sahibisənsə, tövbə etməyə tələs! Allah bunu bizə əmr edərək, buyurur:
"Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)"
(Quran, Nur, 31)
Bu günahlardan tövbə etməsən, nə bu dünyada, nə də Axirətdə nicat tapmazsan. Allah Taala buyurur:
"Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə) tövbə edin."
(Quran, Təhrim, 8)
Allah Taala həmçinin buyurur:
"Məhz tövbə etməyənlər zalımlardır!"
(Quran, Hücurat, 11)
Qardaşım! Ölüm səni haqlamamışdan tövbə etməyə tələs, cənazə namazı sənə çatmamışdan namaz qıl! Əlinə fürsət düşmüşdür, Allahın haqqına qarşı yol verdiyin israf və nöqsanları aradan qaldıra bilərsən. Bilməlisən ki, Allah tövbənlə snə mükafat bəxş etmişdir. Onunla sənin keçmiş günahların böyüklüyünə və çoxluğuna baxmayaraq, yaxşılıqla, xeyirlə əvəz ediləcəkdir. Allah Taala buyurur:
"Qiyamət günü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar.
Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!"
(Quran, Furqan, 69-70)
Qardaşım, tələs! Ölüm qapını döyəndə tövbə etmək istəsən də gec olacaq. Allah Taala buyurur:
"Nəhayət, (müşriklərdən) birinin ölümü gəlib çatdığı zaman o belə deyər: “Ey Rəbbim! Məni geri (dünyaya) qaytar!
Bəlkə, (indiyə qədər) zay etdiyim ömrüm müqabilində yaxşı bir iş görüm! (Yaxud, bu günə qədər tərk etdiyim imana qayıdıb saleh bir əməl edim!) Xeyr, bu onun dediyi boş (faydasız) bir sözdür. Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə (qiyamət gününə) qədər maneə (öldükdən sonra qiyamətədək qalacaqları bərzəx aləmi) vardır."

(Quran, Muminun, 99-100)
Allah Taala həmçinin buyurur:
"Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: “Mən indi tövbə etdim” –deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq!"

(Quran, Nisa, 17-18)

ARDI VAR...

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1130

İsmarışGöndərilib: Çər. Okt. 18, 2006 7:56 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

. . .


Bilməlisən ki, Allah yalnız aşağıdakı beş şərt daxilində tövbəni qəbul edir:
Birinci: Allaha səmimi qəlbdən bağlılıq, xeyir əməllər, Onun əzabından nicat tapmaq.
İkinci: Günah işə görə peyşman olmaq, öz əməlinə görə kədərlənmək və onu bir daha təkrar etməməyi arzulamaq.
Üçüncü: Günah işdən dərhal uzaqlaşmaq. Bu işlər istər Allaha Taalanın haqqına qarşı olsun, istərsə də haram əməllər olsun, ondan dərhal əl çəkilməlidir. Günah iş asilikdirsə, ondan əl çəkmək vacibdir, tövbəyə tələs! Əgər başqalarının haqqını mənimsəməklə günah işlədilibsə, dərhal onların haqqını qaytarmaq və ya onlardan üzr istəmək, halallıq diləmək vacibdir.
Dördüncü: Gələcəkdə bu günahlardan heç birinin təkrar edilməməsi üzərində israr etmək.
Beşinci: Tövbə əcəl insanı haqlamamışdan əvvəl edilməlidir. Allah Taala buyrur:
"Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: “Mən indi tövbə etdim” –deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq!

(Quran, Nisa, 17-18)
İlahi! Bizim səmimi tövbəmizi qəbul et! Bunu bizdən Sən qəbul et! Sən hər şeyi eşidən və bilənsən!
Allahdan bizim itaətimizi qəbul etməyi arzulayırıq. O eşidən və biləndir!

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ENGINEER



Daxil ol: Ş. Sen. 10, 2005 08:42
İsmarışlar: 116
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: B. Fev. 18, 2007 1:45 pm    İsmarış mətni: Sitatla cavab ver

Salam Aleykum! Negeder dogru olub olmadigini bilmirem amma chox faydali bir megaledir:

Günahı tərk etmənin yolu
Bir nəfər İbrahim bin Ədhəmin yanına gələrək deyir: “Ey Əbu İshaq, mən özümə çox zülm edirəm (yəni çox günah edirəm). Bundan qurtaqmağa mənə bir yol göstər.” İbrahim bin Ədhəm ona belə cavab verdi:

“Beş xüsusiyyət var ki, onlara əməl edə bilsən günahlar sənə zərər etməz”. Həmin adam: “buyur, ey Əbu İshaq” – dedi.

İbrahim bin Ədhəm dedi:

“Ən birincisi əgər Allaha üsyan etmək istəsən onun ruzilərindən yemə.” Adam “Nə yeyim? Dünyada nə varsa onun ruzilərindəndir” – dedi. “Bəs səncə birinin çörəyini yeyib sonra ona ağ olmaq bir kişiyə yaraşarmı?” – deyərək ibn Ədhəm cavab verdi. “Yox, ikincisini de”
“İkincisi, əgər Allaha üsyan etmək istəsən onun mülkündə yaşama”. Adam cavab verdi: “Bu daha çətindir. Onun mülkü olmayan yermi var?!” “Bəs səncə birinin çörəyini yeyib, mülkündə yaşayıb özünə də üsyan etmək insana yaraşarmı.” – dedi İbrahim bin Ədhəm. Adam “yox – dedi – digərlərini də de”.
“Üçüncüsü, onun ruzisini yesən də, diyarında gəzsən də (yaşasanda) əgər Allaha günah etmək istəsən elə bir yerdə et ki, səni Allah görməsin.” “Ya İbrahim, bu nə deməkdir. O gizlini də, aşikarı da görəndir.” İbrahim bin Ədhəm dedi: “Bəs onda bu insafdandırmı ki, Onun ruzisini yeyəsən, diyarında gəzəsən, və gözü qarşısında, O görə-görə ona üsyan edəsən.” “Sən haqlısan, dördüncüsünü de” – deyə adam bidirdi.
“Dördüncüsü, ölüm səni aparmağa gəldiyi zaman ona de ki, gözlə günahlarıma tövbə edim, Allah üçün saleh əməllər işləyim sonra gələrsən.” Adam dedi: “Bunu məndən qəbul etməz” “Əgər ölüm gələndə onu tövbə etməyin üçün saxlaya bilməyəcəksənsə nə üzlə sağ ikən günah işlədirsən” – deyən İbrahim bin Ədhəmə həmin adam - “Düz deyirsən, beşincini söylə.” – deyə cavab verdi.
“Beçincisi, zəbanilər (cəhənnəm mələkləri) səni cəhənnəmə aparanda onlarla getmə” Adam dedi “Onların əlindən kim qurtara bilər ki!?” “Elə isə cəhənnəmdən nicat tapmağa gücün yoxdursa nə üçün günah edirsən” Kişi dedi: “ Ya İbrahim, bəsdir. Mən Allaha tövbə edirəm, ondan bağışlanma diləyirəm” Beləcə o şəxs tövbəsinə sadiq qalaraq ibadətə sarıldı və xeyir əmllər sahibi oldu.
_________________
Estegfiru-llahel aziymel-lezi la ilahe illa huvel-heyyul-gayyum ve etubu ileyhi.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> İMAN Bütün saatlar GMT + 4 Saat
Səhifə Əvvəlki  1, 2
2 səhifə (Cəmi 2 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.