Daxil ol: B.e. Fev. 02, 2004 03:18 İsmarışlar: 169
Göndərilib: B.e. Mar. 01, 2004 9:36 pm İsmarış mətni: HƏDİSLƏRİN (sünnənin) İslamda rolu
Təbii ki, Peyğəmbərimiz (S.A.S) dedikləri və etdikləri, şəriətdə böyük rol oynayır. Amma bunun nə dərəcədə əhəmiyyətli və önəmli olmasını çoxlarımız yaxşı bilmir.
Aşağıda yazılanlar sünnənin, yəni Peyğəmbərimiz (S.A.S) dediklərinin və etdiklərinin nə qədər əhəmiyyətli olduğunu göstərəcək.
P.S. MUSLIM-in aşağıda yazdıqları Şeyx Albaninin sözlərindən və yazılarından götürülüb.
Göndərilib: B.e. Mar. 01, 2004 9:37 pm İsmarış mətni:
Bismillahirrahmanirrahim
Səlat və səlam olsun seyyidimiz Muhəmməd (S.A.S)-ə
Əziz müsəlman qardaş və bacılarım, ilk olaraq Allahu Təalanın buyurduğu ayəni nəzərinizə yetirmək istərdim. Beləki, əz-Zariyat surəsinin 55-ci ayəsində Allahu Təala belə buyurur: “Sən [onlara Quranla] oyüd-nəsihət ver. Çünki öyüd- nəsihət möminlərə fayda verər.†Bilirsinizmiki, Qurani Kərimi, Peyğəmbərimiz (S.A.S)-in hədisləri açıqlayır. Qurani Kərimi tam olaraq başa düşmək hər adamın işi deyil, gizli və böyük mənaları isə Peyğəmbərimiz (S.A.S)-in hədisləri aydınlaşdırır. Allahu Təala ən-Nəhl surəsində 44-cü ayədə belə buyurur: “Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edərlər!†Deməli ayədən də göründüyü kimi, Allahu Təala Qurani Kərimi nazil etməyibki hər insan istədiyi kimi onu götürsün və daxilində olanları istədiyi şəkildə özünə şəriət və qanun etsin. Ayədə açıq-aydın görünürki, Qurani Kərimdə göndərilən hökmləri Peyğəmbərimiz (S.A.S) izah etməlidir. Peyğəmbərimiz (S.A.S) izahları və dedikləri, etdikləri hamısı sünnət sayılır. Bundan da belə başa düşürük ki, şəriətimizi, dinimizi, hökmlərimizi, qanunlarımızı bilmək üçün tək Qurani Kərimi oxumaq yetərli deyil. Yetərli deyil deyəndə, elə başa düşülməsinki, Qurani Kərimdə əksiklər və çatışmamazlıqlar var. Xeyir, bu o deməkdirki, Qurani Kərimdə olan hökmləri biz ancaq, Peyğəmbərimiz (S.A.S) hədisləri ilə tam şəkildə anlaya bilərik.
Göndərilib: Çər. Mar. 03, 2004 5:58 pm İsmarış mətni:
Yuxarıda, ən-Nəhl surəsinin 44-cü ayəsində (izah edəsən) iki cür olur, yəni Peyğəmbərimiz (S.A.S) iki cür onu izah edə bilər:
1.Quranki Kərimi tam nazil olduğu kimi bəyan etmək, onu, tələffüzü, nitqi, sözləri və hərfləri ilə tam şəkildə çatdırmaq. Çünki Allahu Təala əl-Maidə surəsinin 67-ci ayəsində buyururki: “Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et.†Peyğəmbər (S.A.S) Allahu Təala tərəfindən vəhy olunan Qurani Kərimdə olanların hamısını çatdırıb və heç bir şey gizlətməyib. Gizlətmək istəsəydi, heç bu ayəni bizlərə çatdırmazdı: “(Ya Peyğəmbər!) Xatırla ki, bir zaman Allahın (islam dininə yönəltməklə) nemət verdiyi və sənin özünün (köləlikdən azad etməklə) nemət verdiyin şəxsə (Zeyd ibn Harisəyə): “Zövcəni (Zeynəb bint Cəhşi) saxla (boşama), Allahdan qorx!†–deyir, Allahın aşkar etdiyi şeyi (Zeynəbin boşanacağı təqdirdə onu almağın haqda sənə nazil olan vəhyi) ürəyində gizli saxlayır və adamlardan (onların – Peyğəmbər oğulluğunun boşadığı övrətlə evlənir – deyəcəklərindən) qorxurdun. Halbuki əslində sənin qorxmalı olduğuna ən çox layiq Allahdır.†əl-Əhzab:37
2.Bir də, Qurani Kərimdə olan ayələrin, cümlələrin, sözlərin mənasını çatdırmaq. Orda olan hökmləri aydınlatmaq. Peyğəmbərimiz (S.A.S)-in sünnəsi, yəni hədisləri isə həmin ayələri açıqlayır.
Göndərilib: B. Mar. 07, 2004 1:11 am İsmarış mətni:
Peyğəmbərimiz (S.A.S)-in hədislərinin və sünnənin, Quranı açıqlamaqda nə qədər əhəmiyyətli olduğunu görmək üçün, bu misallara nəzər yetirək:
“Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq əllərini kəsin. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!†əl-Maidə surəsi 38-ci ayə.
Bu ayədən görürük ki, Allahu Təala, oğurluq edənin əlinin kəsilməsini əmr edib və bu, şəri bir hökmdür. Amma biz bu hökmü nə dərəcədə və hansı səviyyədə anladıq? Şərtlərini və yönünü bildikmi? Əl dedikdə, əlin hansı hissəsi nəzərdə tutulur, necə kəsilir? Bəs yaxşı, oğurlanmış malın dəyəri nə qədər olmalıdır və sairə kimi çox mühüm məsələlər varki, onları nəzərə almaq lazımdır. Oğrunun əli kəsilməlidir buyurulubsa, oğurluq edən hər bir kəsin əlini kəsməli deyilik axı. Buna görə də, Peyğəmbərimiz (S.A.S)-in vəzifələrindən də biri, Qurani Kərimi insanlara lazım olan və Allah buyurduğu şəkildə açıqlamaq idi. Unutmayınki, Peyğəmbərimiz (S.A.S)-in açıqlamaları və izahları da Allah Təala tərəfindən ona vəhy olunurdu, O özündən heç nə demirdi, danışdıqlari və anlatdıqları hamısı ona vəhy olunurdu.
Peyğəmbərimiz (S.A.S) buyurubki: “Oğurluq mal, bir dinarın dörddə bir dəyərində və ondan çox olarsa, o zaman əl kəsilməlidir.†Eləcə də Peyğəmbərimiz (S.A.S)-in etdiyi və səhabələrinin etdiyi haqqında rəvayətlərdə deyilirki, oğrunun əli biləkdən kəsilirdi.
Əgər Peyğəmbərimiz (S.A.S) bu ayəyə müvafiq açıqlama verməsəydi və səhabələrini necə etməyi öyrətməsəydi, biz bu ayəni tam anlaya bilməzdik.
Göndərilib: B.e. Mar. 08, 2004 11:13 am İsmarış mətni:
Çox təəssüfki, indiki zamanda bəzi alimlər varki, onlar ancaq Qurandan istifadə edirlər. Yəni sübut, dəlil və istinad üçün yalnız Qurani Kərimdən istifadə edirlər, kitablarında isə sünnəyə (Peyğəmbərimiz (S.A.S)-in hədislərinə) rast gəlmək olmur. Guya insanlara demək istəyirki, ən düzgün olan kitabdan istifadə edib və onun səhvləri olmaz. Qurani Kərimdən istifadə edərək də, bəzi alimlər, haram olan şeyləri halal ediblər. Məsələn; kişilərə qızıl və ipək geyməyi halal ediblər, halbuki bunları Peyğəmbərimiz (S.A.S) hədisdə haram buyurub kişilərə. Axı Peyğəmbərimiz (S.A.S) hədislərini oxuyub, ordakılara əməl etmək də elə Allaha itaət etməkdir. Məgər onlar Qurani Kərimdə bu ayələrə rast gəlməyiblər;
“Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur.†Ən-Nisa: 80
“Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar.†Ən-Nisa: 65
“Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!†Əl-Əhzab: 36
“Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin.†Əl-Həşr: 7
Buna əlavə olaraq bir şeyi də nəzərinizə çatdırımki, ərəb dilini sərbəst, mükəmməl bilən adam da Qurani Kərimi təfsir edə bilməz. Bəzan görürsənki, xüsusilə də ərəb ölkələrində, ərəb dili müəllimi, ərəb dili qrammatikasını sərbəst bilən bir alim gəlib Quranki Kərimi təfsir edir. Amma bilmirki, o qədər səhvlərə yol verir.
Peyğəmbərimiz (S.A.S) hədislərindən istifadə etməyincə Qurani Kərimi təfsir etmək mümkün deyil.
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1129
Göndərilib: C. Apr. 07, 2006 6:22 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
AsSalamu alaikum.
Əziz müsəlmanlar, bu mövzu son günlərdə forumumuzda aktual olduğundan, Allahdan xeyir umaraq, onu yenidən açmaq qərarına gəldim.
İnşaAllah, müsəlman əxlaqından kənara çıxmayaraq, müzakirə edə bilərsiniz. Lakin xatırladıram ki, İslama qarşı ən kiçik hörmətsiz yazı lazımı şəkildə cəzalandırılacaq.
Allah hamımızı eşidib faydalananlardan eləsin...Ameen!
MaasSalama.
Göndərilib: C. Apr. 07, 2006 7:24 pm İsmarış mətni:
Bu barədə Qurani Kərimin özündə net cavablar mövcuddur.
İlk əvvəl Quran özü Quranın izaha ehtiyac duyduğunu bildirir. İzahsız Quranı anlamaq mümkün deyil, bu yalnız vəhy ilə reallaşan bir işdir. Ona görə də Allah buyurur:
"“Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni izah edəsən və bəlkə, onlar da düşünüb dərk edərlər!†(Nəhl, 44)
Allah Öz kitabi kərimində Qurandan başqa vəhyi də bizlərə buraxdığını bir neçə yerdə qeyd etmişdir. Ona görə də Allah bizə Quranın kifayət olmasını diləsəydi, o zaman yalnız kitabı zikr edərdi.
"Allahın evlərinizdə oxunan ayələrini və hikməti xatırlayın. Allah lütfkardır, xəbərdardır!†(Əhzab, 34)
"...Çünki Allah sənə Quranı və hikməti nazil edərək bilmədiklərini öyrətdi. Allahın sənə lütfü böyükdür!" (Nisa, 113)
Allah Qurani Kərimi yenə yuxarıda izah etdiyimiz kimi yalnız tək bir kitab kimi göndərməmişdir. Bu kitabın insanlara necə bəyan edilməsi də vəhy yolu ilə peyğəmbərimizə s.ə.s. öyrədilmişdir.
17."Çünki onu cəm etmək, oxutmaq Bizə aiddir.
18 - Biz onu oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə.
19 - Sonra onu bəyan etmək də Bizə aiddir! (Qiyamə surəsi)
Allah, əgər müsəlmanların arasında bir ixtilaf baş verərsə bunu yalnız Qurana müraciət edərək həll etməyi əmr etməmişdir. O həmişə ilk əvvəl Qurana, sonra da peyğəmbərimizə s.ə.s müraciət etməyi əmr etmişdir.
"Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin!" (Nisa, 59)
Elə həmin ayədə də, Allah ilk əvvəl Allaha, sonra peyğəmbərə, daha sonra isə ulul-əmrə itaət etməyi əmr edir. Maraqlıdır, bizlər peyğəmbərə necə itaət edək. Qurana tabe olmaqla biz Allaha itaət edirik, bəs Peyğəmbərə itaət etmək üçün nəyə tabe olaq? _________________ Doğrusunu Allah bilir!
Göndərilib: C. Apr. 07, 2006 8:00 pm İsmarış mətni:
Ən çox hədis rəvayət edən səhabələr:
1000-dən çox hədis rəvayət edənlər:
1. Əbu Hureyra (Abdurrahmən) 5374 hədis rəvayət etmişdir. hicri 59-da 78 yaşında vəfat etmişdir. (Radiyallahu anh) Onun tələbələrinin sayı 800-ə yaxındır.
2. Abdullah ibn Abbas (radiyallahu anh) hicri 68, 71 yaşında vəfat etmişdir. 2660 hədis rəvayət etmişdir.
3. Aişə Siddiqə (radiyallahu anha) hicri 58, 67 yaşında dünyasını dəyişmişdir. 2210 hədis rəvayət etmişdir.
4. Abdullah ibn Ömər (radiyallahu anh) hicri 73-də, 84 yaşında ölmüşdür. 1630 hədis rəvayət etmişdir.
5. Cabir ibn Abdullah (radiyallahu anh), hicri 78-də, 94 yaşında vəfat etmişdir. 1560 hədis rəvayət etmişdir.
6. Ənəs ibn Malik (radiyallahu anh), hicri 93-də, 103 yaşında vəfat etmiş, 1286 hədis rəvayət etmişdir.
7. Əbu Said əl-Xudri (radiyallahu anh), hicri 74-də, 84 yaşında ölmüşdür, 1170 hədis rəvayət etmişdir.
500 ilə 1000 hədisə qədər hədis rəvayət edənlər:
8. Abdullah ibn Amr ibn əl-As (r.a) h.63
9. Əli ibn Əbu Talib (r.a.) h.40
10. Ömər ibn əl-Xattab (r.a) h. 33
100-dən çox, lakin 500-dən az hədis rəvayət edən sıhabələr:
11. Əbu Bəkr əs-Siddiq (r.a) h.13
12. Usmən ibn Affan Zunnureyn (r.a.) h. 36
13. Umm Sələmə (r.a.) h.59
14. Əbu Musa əl-Əşari (r.a.) h. 52
15. Əbu Zərr əl-Ğafari (r.a.) h. 32
16. Əbu Əyyub əl-Ənsari (r.a.) h. 51
17. Ubey ibn Kəb (r.a.) h. 19
18. Muaz ibn Cəbəl (r.a.) h. 81
Məhz bu hədisləri sevərək, Quranı hifz etdikləri kimi hifz edərək, və yazaraq özündən sonra gələn tabiinlərə ötürən məşhur səhabələri yuxarıda sadaladıq. Və bu səhabələrdən böyük səylə elm alaraq, onu yazı halında qeyd edib özündən sonrakı nəsillərə ötürən tabiinlərdən bəzilərini qeyd edək:
1. Said ibn əl-Musayyab
Xəlifə Ömərin (r.a.) hakimiyyətinin ikinci ilində Mədinədən anadan olmuş və hicir 105-də vəfat etmişdir. O hədisləri və hədis elmini Usməndən, Aişədən, Əbu Hureyrədən və Zeyd ibn Sabitdən (radiyallahu anhum) öyrənmişdi.
2. Urvə ibn zubeyr
Mədinənin ən böyük alimlərindən sayılırdı. Aişənin bacısı oğlu idi. O daha çox xalası, peyğəmbərin sevimli zövcəsi Aişədən hədisləri rəvayət etmişdir. Urvə eləcə də Əbu Hureyrədən və Zeyd ibn Sabitdən hədis əzbərləmişdir. Saleh ibn Kiysan və İmam Zuhri onun tələbələrindən sayılmışlar. Hicri 94-cü ildə vəfat etmişdir.
3. Salim ibn Abdullah ibn Ömər
O Mədinənin ən böyük 7 faqihindən biri idi. Hədisləri atası Abdullah ibn Ömərdən və digər səhabələrdən öyrənmişdir. Nafi, Zuhri və digərləri onun tələbələri idi. Hicri 94 vəfat etmişdir.
4. Nafii
Nafi Abdullah ibn Ömərin xadimi olmuşdur. O eləcədə ibn Ömərin xüsusi tələbəsi və İmam Malikin müəllimi olmuşdur. Ona görə də İmam Malikin, Nafidən, Nafinin İbn Ömərdən, onun da peyğəmbərdən rəvayət silsiləsi alimlər arasında qızıl silsilə adlanır. Hicri 117 də ölmüşdür. _________________ Doğrusunu Allah bilir!
Göndərilib: C. Apr. 07, 2006 9:05 pm İsmarış mətni:
İlk dövrün hədis barədə yazılmış əsərləri
1. Sahifə Sadiqa
Bu səhifəni Abdullah ibn Amr əl-As yazıb. Onun yazıb, qeydlər etməyə böyük sevgisi var idi. Bu səhabə peyğəmbərin sözlərini yazmaq üçün peyğəmbərdən s.ə.s. şəxsi icazə almışdı. (Muxtəsər Cami Bəyan əl-İlm, s: 36-37) Bu əsər təxminən 1000 hədisdən ibarətdir. Bu əsər onun ailəsində uzun müddət təhlükəsizlikdə, və əminliklə saxlanılmışdı. Bu hədislərin hamısı İmam Əhmədin Müsnədində tapıla bilər.
2. Sahifə Sahihə
Huməm İbn Munəbbihin (h. 101) müəllif olduğu bu əsər ilk dövr əsərlərdəndir. Huməm özü Əbu Hureyranın tələbələrindəndir. O bütün hədisləri öz müəllimindən yazmışdır. Bu manuskriptin surətləri Berlin və Dəməşqdəki kitabxanalarda əldə oluna bilər. Bu əsəri İmam Əhməd kateqoriyalara bölərək hamısını öz Müsnədində qeyd etmişdir. (İmam Əhməd, Müsnəd, 2/312-318) Dr. Həmudillah bu əsər haqqında "Səhifə ibn Huməm" adlı detallı bir kitab təlif etmişdir və Heydərabadda çap olunmuşdur. Bu əsər 138 hədisdən ibarətdir. Hədisin çox rəvayətləri Buxarı və Muslimdə vardır. Hədislərin kəlimələri tamamilə eynidir.
3. Səhifə Başir ibn Nahik
O Əbu Hureyranın tələbəsi idi, Əbu Hureyradan hədisləri yazmışdır. Və Əbu Hureyradan ayrılmadan əvvəl hədisləri ona bir dəfə də oxumuş və sonra onu tərk etmişdir. (Cami əl-Bəyan, 1/72, Təhzib ət-Təhzib 1/470)
4. Musnəd Əbu Hureyra
Bu əsər səhabələrin dövründə yazılmışdır. Əsərin surəti məşhur Misirin valisi, xəlifə Ömər ibn Abduləzizin atası Abduləziz ibn Mərvanda (h. 86) idi. O Kəsir ibn Murraha yazaraq ona səhabələrin hədislərini tplayıb yazaraq onları ona göndərməyi əmr edir. Və əmrlərlə yanaşı ona Əbu Hureyranın hədislərini göndərməməyi qeyd edir, çünki onda artıq o hədislər mövcud idi. (Səhifə Humam, s: 50, Tabaqat ibn Sad, 7/157)
Və "Musnəd Əbu Hureyra" İbn Teymiyyə tərəfindən əl ilə yazılı halda mövcuddur və dəqiq deyə bilmərəm, lakin bunun Almaniyadakı bir kitabxanada olduğunu Şeyx Safiyyur-Rahmənin kitabında oxumaq olar. ( Muqaddiməh Tuhfətil Əhvazi fi Şərh Cəmi Tirmizi, s: 165)
5. Sahifə Ali
Buxari bu əsərin çox cildli olduğunu qeyd edir. Əsərdə daha çox zəkat, və Mədinə elan olunmuş halal və haramlar barədə hədislər, Xutbətul Hacə əl-Vidah, və İslamın ana xəttləri barədəki hədislərlə zəngindir. (Sahih əl-Buxari, Kitab əl- İtisam bil-Kitab və Sünnəh, 1/451)
6. Xutbətul-Hacə əl-Vida
Peyğəmbər s.ə.s. vəda xütbəsini Əbu Şah Yəməniyə yazmağı əmr etmişdir.
(Sahih əl-Buxari, 1/20, Muxtasər Cami Bəyan əl-İlm, s: 36, Səhih Muslim, 1/439)
7. Sahifə Cabir
Cabirin tələbələri Vəhb ibn Munabbih və Süleyman ibn Qeys Ləşkari onun hədislərini toplamışdır. Əsərdə həcc və vəda xütbəsi barədə yazılmışdır.
(Təhzib ət-Təhzib, 4/215)
8. Aişənin hədisləri
Aişənin hədisləri onun tələbəsi və bacısı oğlu Urvə ibn Zubeyr tərəfindən yazılmışdır. (Təhzib ət-Təhzib, 7/183)
9. İbn Abbasın hədisləriİbn Abbasın hədislərini çoxları yazıblar. Lakin bunlardan ən məşhuru Said ibn Cubeyrin topladığı əsərdir. (əd-Darimi, s: 68)
10. Ənəs ibn Malikin səhifəsi
Səid ibn Hilal rəvayət edir ki, Ənəs ibn Malik öz hafizəsindən yazdığı hədisləri yada salardı və bunları qeyd edərkən deyərdi:
"Mən bu hədisləri Peyğəmbərdən özüm eşitdim və mən onları yazaraq qeyd edərdim və sonra onları peyğəmbərə təkrar edərdim və O təsdiqləyərdi." (Sahifə ibn Humam, s: 34, Kitəb əl-Bağdadidən və əl-Hakim, 3/574)
11. Əmr ibn Həzm (r.a.)
Yəmənə vali təyin edilib ora göndərildikdə, ona yazılı göstərişlər verilmişdi. O nəinki o yazıları qorudu, hətta ora Peyğəmbərin 21 əmrini əlavə etmişdi və bunu kitab halına salmışdı. (əl-Vasaiq əs-Siyasə, s: 105, Tabari, s: 104)
12. Samurah ibn Cundubun Risaləsi
Bu risalə bu böyük səhabənin oğluna miras kimi verilmişdi, və alimlər tərəfindən xəzinə sayılırdı. (Təhzib ət-Təhzib, 4/236)
13. Məktub Nafi
Süleyman ibn Musa qeyd edir ki, Abdullah ibn Ömər, Nafiyə diktə edərdi və o da yazardı. (əd-Darimi, s: 69, Sahifə ibn Huməm, s: 45 Tabaqat İbn Saddan.)
14. Məən qeyd edir ki, Abdurrahmən ibn Abdullah ibn Məsud bir kitab çıxardı və kitabı açaraq söylədi: "Mənim atam bunu yazmışdır!" (Muxtasər Cami Bəyan al-İlm, s: 37) _________________ Doğrusunu Allah bilir!
Daxil ol: Ş. Fev. 10, 2007 21:22 İsmarışlar: 1 Şəhər/ölkə: Baki,Azerbaycan
Göndərilib: C. Fev. 16, 2007 7:46 pm İsmarış mətni:
Salam aleykum va rahmatullahi va barakatuhu!
Qardash bunlari yazmisan,eger mumkundurse bunlarin hansi kitabda yazildigini da qeyd edesen!Bir de ki,qardash,o biri sehifede senin hedis alimlerinin kitabindaki zeif ve uydurma hedisler yazmisan(Sheyx Albaninin -Allah ona rehm etsin-arashdirmasi),mumkundurse Sheyx Albaninin-Allah ona rehm etsin-hansi kitabinda yazilib.Allah rizasi uchun bundan sonra ne yazsaz chalishin deqiq melumati yazin!
Allah elminizi artirsin!
Salam aleykum va rahmatullahi va barakatuhu! _________________ “Savaşmaq əllə və dillə olmaq üzrə iki cürdür. Eyni şəkildə fitnəkarlıq da əllə edildiyi kimi dillə də edilə bilər. Üstəlik dilin dində törətdiyi pozuculuq, əllə edilən pozuculuqdan daha çoxdur”
Daxil ol: Ş. Sen. 10, 2005 08:42 İsmarışlar: 116 Şəhər/ölkə: Baku, Azerbaijan
Göndərilib: Ş. Fev. 17, 2007 7:21 am İsmarış mətni: Salam Aleykum
Salam Aleykum, gardash ahli-wasat gardash bunu kechen ilin aprel ayinda yazib, 2 aydan sonra 1 il olacagg.CHoxdandirki o bu forumda gorunmur. _________________ Estegfiru-llahel aziymel-lezi la ilahe illa huvel-heyyul-gayyum ve etubu ileyhi.
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.