MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Tövhidin əhəmiyyəti.
Səhifə Əvvəlki  1, 2
 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> TÖVHİD
Əvvəlki mövzu :: Sonrakı mövzu  

Sizcə Tövhid İslamda əhəmiyyətli məsələlərdəndirmi?
Bəli, olduqca əhəmiyyətlidir.
90%
 90%  [ 9 ]
Xeyr, nə əhəmiyyəti ola bilər ki?!
0%
 0%  [ 0 ]
Bilmirəm.
10%
 10%  [ 1 ]
Səslərin cəmi : 10

Müəllif İsmarış
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1129

İsmarışGöndərilib: Ç.a. Yan. 23, 2007 10:15 pm    İsmarış mətni: Sitatla cavab ver

. . .

32.
Tövhidi həyata keçirməyə görə Peyğəmbərlərin məqamlarının üstünlüyü müəyyən edilir. Daha çox uğur qazanan daha üstün olur.
Ən əzəmətli Peyğəmbərimizdir (səllallahu aleyhi və səlləm). Buna görə də o, məxluqlar üçün şəfaətində böyük kəramət sahibidir, ali məqam və birbaşa əlaqə dərəcəsinə çatmışdır. Allah Taala buna görə Özünü ən yaxın adam bilmiş, Taalanın ən şərafətli qulu etmişdir:
"...Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir)..."
(Quran, Hücurat, 13)
"Allahın bəndəsi (Muhəmməd əleyhissəlam) Ona ibadət etmək (namaz qılmaq) üçün qalxdıqda (cinlər) az qalmışdı ki, onun ətrafında keçə kimi bir-birinə keçsinlər (izdihamın çoxluğundan bir-birinin üstünə minsinlər).
(Ya Peyğəmbər!) De: “Mən ancaq öz Rəbbimə ibadət edirəm və heç kəsi Ona şərik qoşmuram!”
"
(Quran, Cinn, 19-20)
Həmçinin Allahın xəlili (sevimlisi) İbrahim də belədir. Bununla belə onlar şirkdən qorxmuşlar. Allahdan onları və ardıcıllarını bundan qorumağı dua etmişlər. Çünki Allah Ona şərik qoşanı baöışlamır.
"...Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq elə! "
(Quran, İbrahim, 35)
Yəni mən və övladlarımı bütlərə sitayiş və ibadət etməkdən qoru, çəkinməyi vacib olanları göstər.
"Ey Rəbbim! Onlar (bütlər), həqiqətən, çox insanı (haqq yoldan) azdırıblar..."
(Quran, İbrahim, 36)
İbrahim ət-Teymi demişdir:"İbrahimdən sonra özünü bu bəladan (şirkdən) kim təhlükəsiz biləcəkdir?"
Peyğəmbər (səllallahu aleyhi və səlləm) Məsih Dəccalı xatırladan səhabələrinə demişdir:"Mən sizin kiçik şirk etmənizdən qorxuram". Ondan soruşurlar:"Kiçik şirk nədir, ya Rəsulullah?" O belə cavab verir: "Riyakarlıq. Allah Taala Qiyamət günü insanları öz əməllərinə görə mükafatlandıran zaman deyir:"Gedin o kəslərin yanına ki, onlar üçün çalışmışdınız. Baxın görün onların yanında mükafatlana bilərsinizmi?"
İmam Əhməd, Təbərani, Beyhəqqi.
Deməli, Peyğəmbər (səllallahu aleyhi və səlləm) hətta onunla iman gətirən, hicrət edən, cihada fedən, səbr edən, birləşən səhabələrinə şirkin zərər yetirəcəyindən qorxmuşdur. O şirkin bu ümmətə yetişəcəyi barədə xəbər vermişdir.

ARDI VAR...

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1129

İsmarışGöndərilib: Çər. Fev. 07, 2007 11:49 pm    İsmarış mətni: Sitatla cavab ver

. . .

33.
Tövhid- təqvadır (Allahdan qorxmaqdır). İmanı Tövhidə əsaslanan möminin təqvası güclü olar. İmanı Tövhidə əsaslanmayan adam bundan heç bir xeyir görməz, nəsibi əziyyət və yorğunluq olar. O, buddistlərin zahidləri, xristianların rahibləri kimi olacaqdır.
Allah Taala Tövhidlə Allahdan qorxanları mədh etmiş, tərifləmişdir. Bu adamlar kəramətli səhabələr olmuşlar. Onlar barədə deyilmişdir:
"...onlara təqva gəlməsini (la ilahə illallah, Muhəmmədun rəsulullah” sözünü) xas etmişdi. Onların bu sözə (Məkkə müşriklərindən) daha çox haqqı var idi və ona layiq idilər..."
(Quran, Fəth, 26)

34. Tövhid bütünlüklə sədaqət və səmimiyyət deməkdir. Onunla insan səmimi olur. İnsanı öz Rəbbi, özü ilə, başqa insanlarla münasibədə sədaqət və səmimiyyət yoluna yönəldən Tövhiddir.
Allah Taala buyurur:
"Haqqı (Quranı) gətirən və onu təsdiq edənlər (Peyğəmbər və möminlər) isə əsl müttəqilərdir. "
(Quran, Zumər, 33)

ARDI VAR...

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1129

İsmarışGöndərilib: C. Fev. 16, 2007 1:23 am    İsmarış mətni: Sitatla cavab ver

. . .

35.
Tövhid qırılmaz və mətin tellər deməkdir. Onları qırmaq qeyri-mümkündür. Çünki o bir-birini tamamlayan iki hissədən ibarətdir: isbat və inkar.
"Lə iləhə" - "Tanrı (ilah) yoxdur" ifadəsi inkar, "illəllahu"- "Allahdan başqa" isbat bildirir. Bunu qəbul edən Tövhidi qəbul etmiş olur.
Tövhid öz sahibini ağır vəziyyətdə qoymur. Tövhid qəlbə girəndə orda sabitləşir, onu mətinləşdirir. Ona Allaha bağlılıqla xatircəmlik gətirir. Allah Taalanın buyurduğu kimi:
"Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Taqutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir! "
(Quran, Bəqərə, 256)

36. Tövhid əbədi bir kəlmədir, yəni Tövhidə çağırış bu gün də davam edir. İbrahim (ə.s.) Allahın əmri ilə bu sözün öz nəslində (zürriyətində) həmişəlik qalmasını istəmişdir.
Rəbbin dərgahında insana qalan, ona xeyir verə bilən yalnız Tövhiddir. Heç nə Tövhid qədər insana xeyir verə bilməz. Allah buyurur:
"(İbrahim) onu (la ilahə illallah kəlməsini) öz nəsli arasında həmişəlik qalan bir söz etdi. Bəlkə, (Məkkə müşrikləri bütpərəstlikdən əl çəkib babaları İbrahimin dininə) qayıdalar! "
(Quran, Züxruf, 28)

ARDI VAR...

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1129

İsmarışGöndərilib: C.a. Fev. 22, 2007 12:36 am    İsmarış mətni: Sitatla cavab ver

. . .

37.
Tövhid həm də təqva - Allahdan qorxmaq və Ona məhəbbət bəsləmək deməkdir. Allah taala belə buyurur:
"Kafirlər öz ürəklərində Cahiliyyət təkəbbürü təəssübünə qapıldıqları (Hüdeybiyyə sazişinə “bismillahir-rəhmanir-rəhim”, “Muhəmmədun rəsulullah” sözlərini yazmaqdan imtina etdikləri, hicrətin altıncı ilində Muhəmməd əleyhissəlamın Məkkəyə daxil olmasına razılıq vermədikləri) zaman Allah Peyğəmbərinə və möminlərə öz dərgahından arxayınlıq (qəlb rahatlığı, mənəvi möhkəmlik) göndərmiş və onlara təqva gəlməsini (la ilahə illallah, Muhəmmədun rəsulullah” sözünü) xas etmişdi. Onların bu sözə (Məkkə müşriklərindən) daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi biləndir! "
(Quran, Fəth, 26)
Allah Taaladan təqva (yəni Allahdan qorxu və Ona məhəbbət) Tövhidə əsaslanmalıdır. Tövhidə əsaslanmayan təqva yalandır. Yəhudilərin, xristianların və onlar kimilərin təqvası bu qəbildəndir. Onlar da ibadət edir, sədəqlər verirlər, xeyirxah işlər görürlər. Lakin onlar bütün bunları Tövhidsiz etdikləri üçün təqvaları məqbul olmur.
Bu ayə göstərir ki, Tövhidi qəbul etmək və ona əməl etmək adamın Allahdan qorxan (təva sahibi) olması üçün kifayətdir. Bu ayə Allahdan qorxan səhabələr üçün istəmiş olduğu təqvaya, onların bunu vacib bilməsinə, şəhadətinə, səhabələrin təqva sahibi olmalarına açıq-aydın dəlildir. Onlar Tövhidə çox mültəzim adamlar olmuşlar.
Biz də düşünək...

ARDI VAR...

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> TÖVHİD Bütün saatlar GMT + 4 Saat
Səhifə Əvvəlki  1, 2
2 səhifə (Cəmi 2 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.