Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1132
Göndərilib: C. Fev. 16, 2007 12:24 am İsmarış mətni: Faiz yemək = Sələmçilik = Riba haramdır!
Faiz yemək = Sələmçilik = Riba haramdır!
Qurandan dəlillər:
"Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!” – dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!
"Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafiri, günahkarı sevməz! " (Quran, Bəqərə, 275-276)
"Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!)
Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!" (Quran, Bəqərə, 278-279)
"Ey iman gətirənlər! Sələmi (borc üzərinə qoyduğunuz faizi) qat-qat artırıb yeməyin. Allahdan qorxun ki, bəlkə, nicat tapasınız! " (Quran, Ali İmran, 130)
"Yəhudilər zülm etdiklərinə və bir çoxlarını Allahın yolundan döndərdiklərinə görə (əvvəlcə) özlərinə halal edilmiş gözəl (təmiz, halal) nemətləri onlara haram etdik.
Və qadağan olunmasına baxmayaraq, sələm (faiz) aldıqlarından, haqsız yerə xalqın malını yediklərindən dolayı (halal olanı onlara haram buyurduq). Biz onlardan olan kafirlər üçün şiddətli bir əzab hazırlamışıq!" (Quran, Nisa, 160-161)
"(Sərvətinizin) xalqın mal-dövləti hesabına artması üçün sələmlə (faizlə) verdiyiniz malın Allah yanında heç bir bərəkəti (artımı) olmaz. Allah rizasını diləyərək verdiyiniz sədəqə (zəkat) isə belə deyildir. Bunu edənlər (dünyada mallarının bərəkətini, axirətdə isə öz mükafatlarını) qat-qat artıranlardır! " (Quran, Rum, 39)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1132
Göndərilib: C.a. Fev. 22, 2007 1:21 am İsmarış mətni:
Faizə aid hədislər.
1.Əbu Hureyrə (Allah ondan razı olsun) Rəsulullahın (səllallahu aleyhi və səlləm) belə dediyini rəvayət etdi:
"Həlaka aparan yeddi şeydən çəkinin:
1) Allaha şərik qoşmaq;
2) Sehir (cadugərlik) etmək;
3) Kimisə haqsız yerə öldürmək;
4) Faiz yemək;
5) Yetim malı yemək;
6) Düşmənə hücum anında ordudan qaçmaq;
7) Namuslu qadına zina isnad edərək iftira yaxmaq".
Buxari, Müslim, Əbu Davud, Nəsai.
2. Səmurə b. Cündub (Allah ondan razı olsun) Allah Rəsulunun (səllallahu aleyhi və səlləm) belə dediyini rəvayət etdi:
"Bu gecə (yuxumda) gördüm ki, yanıma iki mələk gəldi. Məni təmiz bir yerə çıxartdılar. Bir yerdə gedərək suyu qandan olan bir çayın yanına gəldik. Çayın içində duran bir adam var idi. Çay kənarındakı daşlıq olan yerdə də bir adam var idi. Çayın içindəki adam ər dəfə çıxmaq istədikcə çay kənarındakı adam onun ayağına daş atıb geri döndərirdi. Mən "bu çayda gördüyüm nədir?" soruşduqda "Faiz yeyəndir" deyə cavab verdilər." Buxari.
3.İbn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Məhəmməd (səllallahu aleyhi və səlləm) faiz yeyənə də, yedirənə də, ( digər verisyada alana da, verənə də) lənət etdi. Müslim, Nəsai, Tirmizi, İbn Macə.
4. Cabir ibn Abdulla (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (səllallahu aleyhi və səlləm) demişdir:
"Faiz yeyənə də, yedirənə də, yazana da, şahidlərə də lənət olsun. Onlar (günah iş görməkdə) eynidirlər." Müslim _________________
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1132
Göndərilib: B. Fev. 25, 2007 1:19 am İsmarış mətni:
. . .
5. Əbu Hureyrədən (Allah ondan razı olsun) Rəsulullahın (səllallahu aleyhi və səlləm) belə buyurulduğu rəvayət edilir:"Böyük günahlar yeddi dənədir:
1) Allaha şərik qoşmaq
2) Haqsız yerə bir nəfəri öldürmək
3) Faiz yemək
4) Yetim malı yemək
5) Hərbdən (döyüşdən) qaçmaq
6) Namuslu qadınlara zina isnad edib iftira etmək
7) (İslam yurduna) hicrət etdikdən sonra yenidən qeyri-müsəlman ölkəsinə qayıtmaq."Bəzzar
6. Əbu Cuhayfə (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (səllallahu aleyhi və səlləm) demişdir:"Vücüduna döymə (tatuirovka) edənə və etdirənə, faiz yeyənə və yedirənə lənət olsun. İtdən gəlir götürmək və saniyələrə görə pul almaq qadağandır. (Canlı insan, heyvan) şəkli çəkəndlərə də lənət olsun" Buxari, Əbu Davud
7. Abdulla ibn Məsud (Allah ondan razı olsun) deyir ki, faiz yeyən və yedirən, onların şahidləri, katibləri (əgər faiz olduğunu bilirlərsə), döymə (tatuiovka) edən və etdirən, zəkatı gecikdirib vermək istəməyən və hicrətdən sonra müsəlman ikən təkrar geriyə dönən kəslər Muhəmmədin (səllallahu aleyhi və səlləm) dili ilə lənətləniblər. İmam Əhməd, İbn Məsruk
8. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir:
"Dörd qrup insan var ki, onları Cənnətə salmamaq və Cənnət nemtləinin dadına baxmağı qadağan etmək Allahın haqqıdır. Bunlar daima içki içən, faiz yeyən, haqsız olaraq yetim malı yeyən və ata-anasına (Allahın qadağan etmədiyi işlərdə) asi olan kəslərdir." Hakim.
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.