Humeyra idarəçi
.jpg)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1129
|
Göndərilib: C.a. Fev. 08, 2007 12:51 am İsmarış mətni: Millətçilik və vətəni sevmək İslam prizmasından. |
|
|
Millətçilik və vətənpərvərlik anlayışlarına İslam prizmasından baxış.
Günümüzdə fikir versək görərik ki, müsəlman torpaqlarının əksəriyyəti kafirlərin hakimiyyəti altındadır. Bu, ona görədir ki, kafirlər insanlara arasına millətçilik və irqçilik kimi batil anlayışları aşılayaraq, müsəlmanları ərazilərə bölmüş və ayrılmış torpaqların əksəriyyətini bircə-bircə özündən ya tam ya da qismətn asılı vəziyyətə salmışdır. Uca Allah buyurmuşdur:
"Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır."
(Quran, Hücurat, 13)
Ayədən aydın olduğu kimi, Uca Allah Adəmi (ə.s.) və Həvvanı yaradaraq, onlardan çoxlu nəsillər yetişdirmiş, daha sonra onları müxtəlif irqlərə, xalqlara bölmüşdür. Lakin bununla belə heç kəs deyə bilməz ki, hanasısa qəbilə yaxud xalq, hansısa dəri rəngi yaxud irq digərindən üstündür. Allah qatında yalnız o insan üstün hesab olunur ki, o, Allaha daha çox ibadət edir və Allahdan daha çox qorxur.
Çox təəssüf ki, günümüzdə bir çox insanlar özlərini millətlərə, ölkələrə və irqlərə bölərək parçalanırlar. Bu, sanki, eyni ailədəki qardaş və bacıların hansısa xüsusiyyətinə görə özünü digərlərindən üstün hesab etməsinə, lovğalanmasına bənzəyir və nəticədə isə ailə parça-parça olur. Halbuki əsl həqiqətdə hər bir qadaş və bacının yalnız ona məxsus xüsusiyyəti ümumilikdə ailənin zənginliyinə müxtəlifyinə işarədir, birinin digərindən üstünlüyünə yox. Biz insanlar unutmamalıyıq ki, hamımız eyni ata və anadan- Adəmdən (ə.s.) və Həvvadan) yaranmışıq və Allah qatında bizi üstün edən yeganə şey nə millətimiz, nə dərimizin rəngidir. Bizi üstün edən Allaha olan imanımızdır.
Əsil-nəcabətçilik, millətçilik, irqçilk günümüzdə bir çox ölkələrdə ifrat forma almışdır ki, bu da haramdır. Belə ki, kimi bayrağa, kimisi dövlət himninə elə bir hörmət, ehtiram göstərir, ayağa qalxır və s. ki, əsl həqiqətdə bu cür hörmət yalnız və yalnız Allaha göstərilməlidir. Bu cür hörmət, ehtiram Tövhidin, təkallahlılığın prinsiplərinə birbaşqa zidddir. gəlir.Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) iki qəbilə- Əvs və Xəzrac qəbilələri arasında qəbiləçilik düşmənliyi var idi ki, hansı ki, cahiliyyə əlamətlərindən hesab olunur.
Bu iki qəbilə arasında Cahiliyyə döründə, hələ İslam gəlməmişdən əvvəl çoxlu sayda müharibələr olar, qəbilə təəssübkeşliyi zəminində nahaq qanlar axıdılardı. İslam gəldikdən sonra isə bu iki qəbilə dinə gəldilər və Allahın hidayəti ilə qardaş oldular.
Bu qardaşlıq elə bir möhkəm hal aldı ki, yəhudiləri bu narahat etməyə başladı. Nəticədə onlar özlərindən bir adam göndərərək, hər iki qəbiləyə keçmiş müharibələrin, münaqişələrin yaranma səbəblərini xatırlatmağa və narazıçılığı yenidən qızışdırmağa başladı. Göndərilən kəs bunu o vaxtadək etdi ki, nəticədə Əvs və Xəzrac qəbilələrinin gəncləri arasında "siz günahkar idiniz!", "yox, siz günahkar idiniz!" formasında münaqişə yenidən alovlandı, bir-birlərinə qışqırmağa başladılar və hətta Mədinədə yerləşən Hərra deyilən yerdə döyüşə çağırdılar. Bu haqda məlumat Peyğəmbərimizə (səllallahu aleyhi və səlləm) çatdı və o, həmin yerə gələrək, hər iki tərəfi sakitləşdirməyə başladı və belə dedi:
"Mən hələ də sizin aranızda ikən bir-birinizi cahiliyyəyəmi çağırırsınız?"
Sonra isə bu ayəni oxudu:
"Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən, O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!"
(Quran, Ali İmran, 103)
Bu ayədən sonra hər iki qəbilə gənclərinin əlləri boşaldı və silahlarını bir kənara qoydular.
İnsanlara qarşı yaxşı yaxud pis münasibət onların sizinlə eyni (müxtəlif) torpaqda anadan olmasına, sizinlə eyni (müxtəlif) dili danışmasına görə yox, İslama görə olmalıdır.
Lakin millətçilik etməmək heç də insanın doğulub, boya-başa çatdığı yeri, vətənini sevməməyə işarə deyil. Peyğəmbər (səllallahu aleyhi və səlləm) anadan olduğu Məkkə torpağını çox sevərdi, ona görə ki, bura Allahın yer üzündə ən sevimli şəhəri idi.
İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) Məkkə haqqında belə deyərdi:
"Sən necə də gözəl torpaqsan, necə də mənə əzizsən. İnsanlar məni səndən nə qədər uzaqlşadırsalar da, mən heç vaxt başqa yerdə səndə yaşadığım kimi yaşaya bilmərəm"
Tirmizi. Şeyx Albani (Allah ona rəhmət eləsin) hədisin səhih olduğunu qeyd edir.
Həmçinin Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) səfərdən qayıdarkən Məkkənin yollarına baxar, sonra isə dəvəsini tez sürüb gedərdi.
Buxari
İbn Həcər (Allah ona rəhmət eləsin) bu hədisin şərhində qeyd ediir:" Bu hədis dəlildir ki, Mədinə mötəşəm bir şəhərdir, vətəni sevmək və onun həsrətini çəkmək şəriətdəndir" (Fəthul Bari, 3727).
Lakin Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) eyni zamanda Məkkədə yaşayan kafirləri sevmirdi, ona görə ki, onlar İslama qarşı vuruşurdular və müsəlmanları öldürürdülər. Lakin bununla belə, Məkkədən köçüb gəlmiş müsəlmanlar özlərini heç vaxt Mədinəli və ya başqa yerdən olan müsəlmanlardan üstün hesab etməzdilər. Eyni zamanda baxmayaraq kİ. onlar Məkkəni vətənləri olduğu üçün çox sevirdilər, Allahdan əmr gəlməyənədək bir dəfə oraya hücum etməmiş, kafirlərdən təmizləməmişdirlər. Bu böyük müsəlmanların Məkkəyə olan sevgisi heç vaxt Allahın əmrlərinə asi olmağa aparmamışdır. Çox təssüf ki, günümüzdə bunun əksini görmək mümkündür.
Beləliklə, aydın olur ki, nə qədər ki, bu təbii hissdir, ifratçılıq deyil, nə qədər ki, insanı Allahın qanunlarına zidd getməyə məcbur etmir, vətəni sevməkdə müsəlman üçün problem yoxdur, əksinə bu gözəl əməllərdəndir. Əks təqdirdə isə bu, müsəlmanları parçalamağa, onların bir-birindən İslamdan qeyri torpağa, millətə görə öyünməyə, mübahisələrə, döyüşlərə, müharibələrə aparan pis əmələ çevrilir. _________________
 |
|