MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

HƏSƏD

 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> ƏXLAQ
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 908

İsmarışGöndərilib: B. Dek. 17, 2006 12:20 am    İsmarış mətni: HƏSƏD Sitatla cavab ver

HƏSƏD...ONUN MƏNASI, HÖKMÜ, TƏSİRİ, SƏBƏBLƏRİ VƏ ƏLACI

Həmd və səna olsun aləmlərin rəbbi olan Allaha, Salat və Salam olsun peyğəmbərlərin ən şərəflisi Muhəmmədə:
Allahu Təala müsəlmanlar arasında bir-birlərinə məhəbbət hissi yaratdı və bunun ixlaslı olması üçün, yalnız Allah rizasına sevənlərdən bu məhəbbəti qəbul edəcək. Məhz Allah üçün bir-birlərini sevənləri qiyamət günü Öz ərşinin kölgəsi altında toplayacaq. Allah üçün olan bu məhəbbət müsəlmanlar arasında bəzi hüquqları muhafizə etməyə sövq etdi. Beləki, müsəlmanlar bir-birlərinin malını, canını, namus və qeyrətini pisliklərdən və əziyyətdən qorumalıdırlar.
Lakin bəzi nəfslər çirkin və iylənmiş sularda üzürlər, Allahu Təalanın başqalarına verdiyi xeyrə, ruzi və nemətə paxıllıq edirlər. Bunun nəticəsində də qeybət, söz gəzdirənlik, istehza və başqa çirkin əməllərə əl atırlar. Təəssüfki, heç bir cəmiyyət bu cür nəfslərdən xali deyildir.
Buna görə də, müsəlmanlar arasında yayılmış bu cür çirkin vərdişləri müalicə etmək, belə mövzulara diqqət yetirməliyik. Xüsusilə də müsəlman cəmiyyəti daxilində yaşayan gənclər arasında bu cür adətlər intişar etmişdir. Müsəlman qardaş öz müsəlman qardaşının gözəl səsinə, gözəl hafizəsinə və yaxud gözəl ibadətinə həsəd aparır.
Həsəd mövzusunu bir neçə hissəyə ayıraraq, sizə daha aydın olan şəkildə çatdırmaq istəyirik.
Həsədin mənası:
Başqasında olan nemətin itməsini və yox olmasını arzulamaq, həmin nemətin həsəd aparan şəxsdə olub, olmaması şərt deyil.
Həsədin iki növü var:
1. Həsəd aparılan şəxsdə nemət olduğuna görə, ona nifrət etmək. Bu pis həsəddir.
2. Başqasının fəzilətini və üstünlüyünü sevməmək, onunla bərabər və yaxud ondan üstün olmağı arzulamaq. Bu isə qibtə etməkdir.
Həsədin bir çox formaları vardır. Məsələn; başqasındakı neməti görüb, onda olmamasını arzu etmək, yaxud həmin neməti itirməsini arzulamaq, yaxud həmin nemətin onda deyil, özündə olmasını istəmək, yaxud da həmin nemətdən özündə də olmasını arzu etmək amma həsəd apardığı şəxsdən nemətin itməsini arzulamamaq və sairə.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 908

İsmarışGöndərilib: C.a. Dek. 21, 2006 1:38 am    İsmarış mətni: Sitatla cavab ver

slam şəriətinə görə həsəd aparmanın hökmü:

Həsəd aparmaq haramdır, Ənəs bin Malik (A.O.R) rəvayət edirki Peyğəmbərimiz (S.A.S) belə demişdir: "Bir-birinizə kin bəsləməyin (qəzəblənməyin), bir-birinizə həsəd aparmayın və bir-birinizdən üz döndərməyin. Qardaş olaraq Allahın qulları olun. Müsəlman öz qardaşıyla 3 gündən artıq küsülü qalmaz" Müslüm rəvayət etmişdir.

Həsədə aparan yollar və səbəblər:

1- Həsəd aparanın başqasına qarşı kin bəsləməsi, düşmənçilik və nifrət etməsi.
2- Həsəd aparanın özündən razı qalması, təkəbbürlülüyü və öyünməsi.
3- Başçılığı, böyüklüyü və cah-cəlalı sevmək, kiməsə həsəd aparmağa səbəbdir.
4- Kimdəsə birdən-birə yaxşı bir şeyin peyda olması, Allahın ona nemət verməsi, başqasının ona həsəd aparmasına səbəb ola bilər.
5- Dünyanı və dünya malını sevmək.
Eləcə də, kimdəsə nemət olarsa, həmin şəxs başqalarından fərqlənərsə, onda olan nemətə görə başqalarına başçılıq edərsə, sözü keçən olarsa, ictimaiyyat arasında bu nemətə görə ad-san qazanarsa, bunlar hamısı kiminsə ona həsəd aparmasına gətirib çıxara bilər.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 908

İsmarışGöndərilib: C.a. Dek. 28, 2006 7:02 pm    İsmarış mətni: Sitatla cavab ver

Həsəd aparanın başqalarına və cəmiyyətə göstərdiyi təsiri və ziyanı:

- Həsəd aparanın imanı kamil olmur. Allah yolunda çalışan insanı eyni anda, getdiyi yolların tozu və cəhənnəm odu bürüməz. Eləcə də heç bir Allah qulunun daxilində iman və həsəd bir yerdə ola bilməz.

- Həsəd aparmaqla insan xeyir əməllərdən uzaq olur, cəmiyyətdə insanlar arasında nifrət və kin yaranır. İnsanlar bir-birlərinə həsəd aparmayınca daim xeyir içində olacaqlar.

- Həsəd aparmaq Allahın qəzəbinə də səbəb olur, bu da günahdır. Həsəd, yaxşı və savab əməlləri yeyir, necəki alov taxtanı yeyir.

- İnsanlar belə, həsəd aparana pis baxırlar və onunla düşmənçilik edirlər. İnsanların ən pisi və şərlisi, başqalarını incidib qəzəbləndirən və onlarla düşmənçilik yaradandır.

- Həsəd aparan həmişə həsəd apardığı adamın haqqını yeyir, yəni ona halal olmayan şeyləri danışır, yalan deyir, qiybət edir və hətta həsəd apardığı şəxsin sirrini yayır.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 908

İsmarışGöndərilib: C. Yan. 05, 2007 12:13 am    İsmarış mətni: Sitatla cavab ver

Bəs həsəd aparılan şəxs bu halda nə etməlidir?

Əgər bilsəki ona həsəd aparanlar var;
- Etdiyi günahlardan Allaha tövbə etsin
- Allaha təvəkkül etsin
- Allaha sığınsın, zikirlər etsin
- Həsəddən qorunması üçün Allaha dua etsin
- Həsəd aparana qarşı pis davranmasın və ədalətli olsun
- Hətta ona yaxşılıq etsin
- Həsəd aparana Allahın ona verdiyi nemət haqqında danışmasın
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ya islam ya olum



Daxil ol: C. Dek. 22, 2006 09:06
İsmarışlar: 316
Şəhər/ölkə: Baku/Azebaijan

İsmarışGöndərilib: C. Yan. 05, 2007 3:11 pm    İsmarış mətni: Sitatla cavab ver

Allah razi olsun bacim!!!
_________________
Dunya bir gun, O da bu gun.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax MSN
çiçek



Daxil ol: C.a. Dek. 28, 2006 20:08
İsmarışlar: 38
Şəhər/ölkə: ıstanbul/türkiye

İsmarışGöndərilib: C. Yan. 05, 2007 5:57 pm    İsmarış mətni: Sitatla cavab ver

Bildiğim kadarıyla Azerbaycanda insanların çoğu eğitimli.Okumayı sever.Oyüzden onların dini konuları öğrenmesi çok daha kolay olacak.Yeter ki,istesinler.Ben şahsen her şeyi ilk kaynağından yani MÜBAREK KUR'ANdan öğrenmelerini tavsiye ederdim.Azerbaycandaki insanların bu kapasitede olduklarını biliyorum.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər MSN
çiçek



Daxil ol: C.a. Dek. 28, 2006 20:08
İsmarışlar: 38
Şəhər/ölkə: ıstanbul/türkiye

İsmarışGöndərilib: C. Yan. 05, 2007 7:59 pm    İsmarış mətni: Sitatla cavab ver

İbn-i Sirin Hazretleri'den(r.a.) hikmetli sözler:
*''Şeytanın en büyük vesvese ve hilesi,kişiye,kendisini din kardeşlerinden üstün göstermesidir.Kul bu haldeyken vefat ederse,Allahü Teala onu sevmez,amellerinin ona faydası olmaz.''
*''Sakın hiçbir kimseye haset etme!Haset ettiğin kimse cehennemliklerden birisi ise,ceza olarak bu ona yeter.Eğer cennetliklerden ise,bu taktirde ona uymalı,onun gibi olmaya çalışılmalıdır.''
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər MSN
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 908

İsmarışGöndərilib: B.e. Yan. 08, 2007 12:11 am    İsmarış mətni: Sitatla cavab ver

Salam aleykum.
ya islam ya olum, butun muselmanlardan Allah razi olsun. Amin!
Cicek bacim, dogru soyleyirsiniz, Azerbaycan insani ekseriyyet etibarile hegigeten de Islama meylldir, amma herden elmsiz insanlarin yanlish yonlerdimeleri neticesinde choxlu xurafatlara (Allahdan yox, gebirlerden, ocaglardan turbelerden komek istemek, falchilara inanmag ve s.) inanirlar, bilmirler ki, bu emel nece gunahdir.
Amma umumi shekilde oten il Rusiyada kechirilen bir statistik melumati oxumushdum. Orda deyilirdi ki, Sovet birliyinden azad olmush Zagafgaziya olkeleri arasinda Islamin son iller erzinde en suretle yayildigi olke mehz Azerbycandir. Elhemdulilleh!
Salam aleykum.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 908

İsmarışGöndərilib: C. Yan. 12, 2007 11:45 pm    İsmarış mətni: Sitatla cavab ver

Həsəddən necə qorunmalı?

Ola bilsinki, kimsə özündə və qəlbində həsəd yarandığını hiss etsin. Bundan qurtulmaq üçün bəzi xüsusiyyətləri və İslami əxlaqları, insan öz daxilində yeniləməlidir.
- Təqva və səbr
- Kiməsə həsəd aparırsansa, onun haqqını tapdalamamaq
- Kin saxlamamaq
- Unutmaki həsəd aparmaq bu dünyada və axirətdə ziyandır
- Həsəd apardığın şəxslə gözəl rəftar etmək
- Həmişə görəndə ona salam vermək
- Daxilindəki təkəbbürlüyü və öyünməyi boğmağa çalışmaq
- İxlas
- Quran oxumaq
- Hesab və cəza gününü xatırlamaq
- Dua etmək və sədəqə vermək
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 908

İsmarışGöndərilib: C.a. Yan. 18, 2007 2:35 am    İsmarış mətni: Sitatla cavab ver

Həsədin necə də çikrin və xoşagəlməz bir adət olduğunu, aşağıdakı ayələrdən oxuyun.

"Mələklərə, Adəmə səcdə edin dedik səcdə etdilər, yalnız İblis səcdə etmədi, o, cinlərdən idi və Rəbbinin əmrindən çıxdı, fasiq oldu." Kəhf surəsi, 50-ci ayə
Deməli göydə Allaha ilk dəfə asi olaraq işlənilən günah həsəd olub.

"Onlara haqqla Adəmin iki oğlunun xəbərini (hekayəsini) oxu. Qurban verdilər, onlardan birinin qurbanı qəbul olundu, o birinin qurbanı qəbul olunmadı. (Qurbani qəbul olunmayan dediki) səni öldürəcəm, (qurbanı qəbul olunan isə dediki) Allah yalnız müttəqilərdən (Allahdan qorxanlardan) qəbul edir." Maidə surəsi 27-ci ayə
Bu da, yer üzündə Allaha asi oluraq işlənilən ilk günah idi, hansıki qardaş öz qardaşına həsəd apardı.


"Kitab əhlindən çoxları, onlara haqq yolu aydın olandan sonra (haqq yolunu açıq-aşkar tanıyandan sonra) həsəd apararaq, sizi iman gətirdikdən sonra yenidən kafir etmək üçün can atdılar" Bəqərə surəsi, 109-cu ayə

Fikir verinki həsəd aparmaq kitab əhlinin, yəhudi və xristianların sifətlərindəndir.

Peyğəmbərimiz (S.A.S) buyurmuşdurki: "Sizdən əvvəlki ümmətlərdə olduğu kimi, həsəd, kin və küdurət xəstəliyi sizə də keçib" Bu hədisdə də görə bilərikki, həsəd bir xəstəlikdir və bizdən əvvəlki ummətlərdə və əsrlərdə də olmuşdur.


Allah bizi həsəddən qorusun!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> ƏXLAQ Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.