| Əvvəlki mövzu :: Sonrakı mövzu |
| Müəllif |
İsmarış |
Zəhra_H

Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09 İsmarışlar: 499
|
Göndərilib: Ç.a. Yan. 16, 2007 11:50 pm İsmarış mətni: Namazda lüzumsuz və çox hərəkət etmək - bundan çəkinin! |
|
|
Namazda lüzumsuz və çox hərəkət etmək.
Bu, namaz qilan bir cox adamlarin qurtula bilmediyi bir beladir. Cunki, onlar
Allahin "Allaha itaət üçün ayağa qalxın (namaza durun)" (Bəqərə, 238) əmrini yerinə yetirmir və Allah təalanın bu kəlamını anlamırlar:
"Həqiqətən, möminlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!)
O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)"(Muminun, 1-2)
Peyğəmbər (s.ə.s) səcdə üçün torpağın hamarlanması haqqında soruşulduqda buyurmuşdur:"Namaz qılarkən əlini (yerə) sürmə! Əgər bunu hökmən etmək lazımdırsa, bircə dəfə xırda daşları təmizlə"Əbu Davud:1/581; Bax: Sehihul-Cemi' ¹ 7452
Elm əhli ehtiyac olmadan bir-birinin ardınca edilən bir çox hərəkətlərin namazı pozduğunu bildirmişlər. Bu halda, namaz zamanı lüzumsuz hərəkətlər edənlərin vəziyyəti necə olar?! Allahın qarşısında dururlar. Biri saatına baxar və yaxud paltarını düzəldər. Digəri barmağı ilə burnunu təmizləyər, sağa-sola və ya havaya göz gəzdirər, kor olmasından və şeytanın, onun qıldığı namazını gizlicə oğrulamasından narahat olmur. |
|
| Əvvələ qayıt |
|
 |
MuselmanPerviz

Daxil ol: B.e. Yan. 15, 2007 11:12 İsmarışlar: 7 Şəhər/ölkə: Azərbaycan/Bakı
|
Göndərilib: Çər. Yan. 17, 2007 3:05 pm İsmarış mətni: |
|
|
Salamlar olsun
Mən "Namaz" qılmağa yeni başlamışam. Rükudan əvvəl dua oxuyarkən gözlərim məndən asılı olmayaraq sağa və sola baxır. Bu namazı pozur?? _________________ Baqi olan Allahdır..Son dönüşüm Onadır |
|
| Əvvələ qayıt |
|
 |
Afriya
.jpg)
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
|
Göndərilib: C.a. Yan. 18, 2007 2:22 am İsmarış mətni: |
|
|
Namazda olan söz və hərəkətlər üç qismdir: rüknlər, vacibatlar və sünnələr.
Namazın rüknünü bilərəkdən və ya unudaraq tərk edənin namazı və ya həmin rükəti batildir. Edilməyən rükn yenisi ilə tamamlanmalıdır.
Vacibatları bilərəkdən tərk edənin namazı batil, səhvən tərk edənin namazı isə batil olmur və bunun əvəzinə səhv səcdəsi etmək kifayətdir.
Namazın sünnələrini bilərəkdən və ya səhvən tərk edənin namazı hər iki halda doğrudur. Amma namazda naqislik olur.
Peyğəmbər (s.a.v.) rüknləri, vacibatları və sünnələri yerinə yetirərək kamil namaz qılmışdır. |
|
| Əvvələ qayıt |
|
 |
Afriya
.jpg)
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
|
Göndərilib: C.a. Yan. 18, 2007 2:24 am İsmarış mətni: |
|
|
Namazın 14 rüknü vardır, onlar:
1. Fərz namazı qılmaq üçün qiyamda durmaq.
2. Təkbirətul ehram. Yəni namaza başlayarkən "Allahu əkbər" demək.
3. Fatihə surəsini oxumaq.
4. Hər rükətdə rüku etmək.
5. Rükudan qalxmaq.
6. Sonra qamətini düz tutmaqla rükudan əvvəlki vəziyyətə qayıtmaq.
7. Səcdə etmək.
8. Səcdədən qalxmaq və iki səcdə arasında oturmaq.
9. Deyilən bütün əməllərdə tələsməmək və onları lazımınca etmək.
10. Sonuncu təşəhhüd.
11. Sonuncu təşəhhüd "Ət-təhiyyatu vas-salavatu..." üçün oturmaq.
12. Sonuncu təşəhhüddə salavatı "Allahummə salli alə..." oxumaq.
13. Rüknləri deyilən tərtiblə etmək.
14. Salam "Əssalamu aleykum" vermək.
Hörmətli oxucu! Namazın rüknlərini yerinə yetirməyən adamın namazı batildir. Ona görə də rüknü tərk etdikdə onu tamamlamaq lazımdır. |
|
| Əvvələ qayıt |
|
 |
Afriya
.jpg)
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
|
Göndərilib: C.a. Yan. 18, 2007 2:27 am İsmarış mətni: |
|
|
Namazın vacibatları səkkizdir, onlar:
1. Təkbirətul ehramdan başqa bütün təkbirlər vacibdir.
2. Rükudan qalxarkən "Səmiəllahu limən həmidəh" demək.
3. Rükudan qalxdıqdan sonra "Rəbbənə və ləkəl həmd" demək.
4. Rükuda bir dəfə "Sübhanə rəbbiyəl azim" demək.
5. Səcdədə bir dəfə "Sübhanə rəbbiyəl ələ" demək.
6. İki səcdə arasında bir dəfə "Rəbbiğfirli" demək.
7. Üçrükətli və ya dördrükətli namazlarda birinci təşəhhüdü "Ət-təhiyyatu vas-salavatu..." demək.
8. Birinci təşəhhüd üçün oturmaq.
Namazın vacibatlarını bilərəkdən tərk edənin namazı batil sayılır. Səhvən tərk edənin namazı isə doğrudur. Lakin bunun əvəzinə səhv səcdəsi etmək kifayətdir. |
|
| Əvvələ qayıt |
|
 |
Afriya
.jpg)
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
|
Göndərilib: C.a. Yan. 18, 2007 2:28 am İsmarış mətni: |
|
|
Namazın sünnələri:
Namazın sünnələrini tərk etməklə namaz batil olmur. Onlar iki qismdir, sözlü və feli.
Namazın sözlü sünnələri çoxdur. Məsələn, Istiftah duası "Sübhanəkə Allahummə və bihəmdikə...", Istiazə "əuzu billəhi minə-ş-eytanir rəcim", bismilləh və amin demək. İlk iki rükətlərdə fatihədən sonra başqa sürə oxumaq. Rükudan qalxdıqdan sonra "Milu-s-əmavati və milul ardi və milu mə şitə min şeyin bədu"nu oxumaq. Rüku, səcdə və səcdəarası zikrləri bir dəfədən artıq demək. Sonuncu təşəhhüddə salavatdan sonra edilən duaları oxumaq.
Namazın feli sünnələri bunlardır: Təkbirətul ehramı deyərkən, rükuya gedərkən və rükudan qalxarkən əlləri qaldırmaq. Sağ əli sol əlin üzərinə və sinəyə qoymaq. Səcdə yerinə baxmaq. Rüku edərkən əlləri dizlərə qoymaq, onurğa sümüyünü düz tutmaq, başı və bədəni orta vəziyyətdə saxlamaq. Səcdə edərkən qarını baldırlardan, baldırları da topuqlardan aralı tutmaq və s. Deyilən bu əməllər sünnədəndir və bunları etməyin savabı çoxdur. Tərk edən adam isə günah qazanmır. |
|
| Əvvələ qayıt |
|
 |
Afriya
.jpg)
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
|
Göndərilib: C.a. Yan. 18, 2007 2:30 am İsmarış mətni: |
|
|
| Səhv səcdəsi: namazda sonuncu təşəhhüdü oxuduqdan sonra, salamdan öncə və ya sonra, tərk olunan və ya artıq edilən hərəkətin əvəzinə iki dəfə səcdə etməkdir. |
|
| Əvvələ qayıt |
|
 |
|