| Əvvəlki mövzu :: Sonrakı mövzu |
| Müəllif |
İsmarış |
Afriya
.jpg)
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 860
|
Göndərilib: Ş. Dek. 16, 2006 11:58 pm İsmarış mətni: |
|
|
Sual: Qadın ərinin izni olmadan nafilə orucu tuta bilərmi?
Cavab: Peyğəmbər səllallahu aleyhi və səlləm bunu qadağan etmişdir.(Bu hədisi Buxari və Muslim rəvayət etmişdir) Qeyd etmək lazımdır ki, bu hökm ər səfərə çıxana qədər qüvvədə qalır. Yəni, səfərdə olan ərdən oruc tutmaq üçün izn almaq lazım deyil. |
|
| Əvvələ qayıt |
|
 |
Afriya
.jpg)
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 860
|
Göndərilib: B. Dek. 17, 2006 12:00 am İsmarış mətni: |
|
|
[colindigo]Sual: [/color]Davudun aleyhissəlam orucu deyildikdə nə qəsd edilir?
Cavab: Bunun üçün Peyğəmbərin səllallahu aleyhi və səlləm söylədiyinə nəzər salmaq kifayətdir: “Allahın ən çox sevdiyi oruc Davudun aleyhissəlam orucudur. O, günaşırı oruc tutardı.”(Bu hədisi Buxari rəvayət etmişdir) |
|
| Əvvələ qayıt |
|
 |
Afriya
.jpg)
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 860
|
Göndərilib: B. Dek. 17, 2006 12:01 am İsmarış mətni: |
|
|
Sual: Cümə və şənbə gününü xüsusiləşdirib oruc tutmaq olarmı?
Cavab: Xeyr, olmaz. Cümə günü oruc tutmaq üçün ondan əvvəlki və ya sonrakı günü də oruc tutmaq lazımdır.(Buna aid hədisləri Buxari və Muslim rəvayət etmişdir) Şənbə gününə gəlincə, qeyd etmək lazımdır ki, bu gündə nafilə oruc tutmaq ümumiyyətlə qadağandır.(Buna aid hədisi Əhməd, Əbu Davud, Tirmizi və başqaları rəvayət etmişlər) Yalnız cümə ilə şənbə günlərini birgə tutmağa rüsxət verilmişdir. |
|
| Əvvələ qayıt |
|
 |
Afriya
.jpg)
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 860
|
Göndərilib: B. Dek. 17, 2006 12:02 am İsmarış mətni: |
|
|
Sual: Qəza oruclarını tutmadan Şəvval ayının altı gününü tutmaq olarmı?
Cavab: Bəli, olar. |
|
| Əvvələ qayıt |
|
 |
Afriya
.jpg)
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 860
|
Göndərilib: B. Dek. 17, 2006 12:03 am İsmarış mətni: |
|
|
Sual: Rəcəb və ya Şaban aylarında xüsusi oruclar varmı?
Cavab: Buna dair heç bir mötəbər hədis varid olmamışdır. |
|
| Əvvələ qayıt |
|
 |
Afriya
.jpg)
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 860
|
Göndərilib: C.a. Dek. 21, 2006 1:22 am İsmarış mətni: |
|
|
Sual: Şaban ayının 30-u Ramazan ayının 1-i olduğunu güman edən və şəkk içində olan kəs həmin gün oruc tuta bilərmi?
Cavab: Xeyr! O gün oruc tutmaq haramdır. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Hər kim şəkk etdiyi gün oruc tutsa, Əbul-Qasimə (Əbul-Qasim Peyğəmbərin səllallahu aleyhi və səlləm kunyasıdır) asi olar!” (Bu hədisi Buxari rəvayət etmişdir)
|
|
| Əvvələ qayıt |
|
 |
Afriya
.jpg)
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 860
|
Göndərilib: C.a. Dek. 21, 2006 1:23 am İsmarış mətni: |
|
|
Sual: Bayram günü oruc tutmağın hökmü nədir?
Cavab: Bayram günlərində oruc tutmaq haramdır. Ömər (r.a) demişdir: “Peyğəmbər səllallahu aleyhi və səlləm bu iki gündə oruc tutmağı qadağan etmişdir; orucunuzu açdığınız gün, qurbandan yediyiniz gün (ramazan və qurban bayramlarında)!” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)
|
|
| Əvvələ qayıt |
|
 |
Afriya
.jpg)
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 860
|
Göndərilib: C.a. Dek. 28, 2006 9:38 pm İsmarış mətni: |
|
|
Sual: “Təşriq” (Təşriq – qurutmaq deməkdir. Həcilər bu günlərdə qurban ətini qurudub saxladıqlarına görə həmin günlər təşriq adlanmışdır) günlərində (zil-Hiccənin 11-i, 12-i və 13-ü) oruc tutmaq olarmı?
Cavab: Xeyr, bu günlərdə oruc tutmaq olmaz. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Təşriq günləri yemək-içmək və Allahı yad etmək günləridr!” (Bu hədisi Muslim rəvayət etmişdir) |
|
| Əvvələ qayıt |
|
 |
Afriya
.jpg)
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 860
|
Göndərilib: C.a. Dek. 28, 2006 9:39 pm İsmarış mətni: |
|
|
Sual: Təşriq günlərində oruc tutmamaq hamıya şamil edilirmi?
Cavab: Xeyr! Təməttu (Təməttu – zövq almaq, rahatlanmaq deməkdir. Həccin bu növü ona görə belə adlanır ki, həcc edən şəxs ümrə ziyarətini yerinə yetirdikdən sonra ehramdan şıxır, zil-Hiccənin 8-i yenidən ehrama girib ziyarətinə davam edir) və qiran (Qiran – birləşdirmə deməkdir. Bu, ona görə belə adlanır ki, həcc edən şəxs ümrə ziyarətini yerinə yetirdikdən sonra ehramdan şıxmır və ziyarətinə davam edir) həcci edən, qurban kəsməyib əvəzinə oruc tutan şəxsə aid deyil. Uca Allah buyurur: “Hər kim [qurbanlıq] tapmasa, həcc əsnasında üç, [vətənə] qayıtdıqda isə yeddi gün oruc tutsun.” (“əl-Bəqərə” surəsi, 196) |
|
| Əvvələ qayıt |
|
 |
Afriya
.jpg)
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 860
|
Göndərilib: C.a. Dek. 28, 2006 9:41 pm İsmarış mətni: |

Göndərilib: C. Yan. 05, 2007 12:51 am İsmarış mətni: |
|
|
Sual: Şaban ayının 15-i ayrıca oruc tutmaq, gecəsini də ibadətlə keçirmək nə dərəcədə doğrudur?
Cavab: Bu haqda heç bir mötəbər dəlil varid olmamışdır. Lakin qeyd etmək lazımdır ki, 15-i də daxil olmaqla Şaban ayının hamısını, yaxud çox hissəsini, yaxud da biyd günlərində (13-ü, 14-ü və 15-i) oruc tutmaq olar. Peyğəmbər səllallahu aleyhi və səlləm də belə edərdi. (Bu haqda hədisləri Suyuti rəvayət etmiş və Albani onlari səhih hesab etmişdir) |
|
| Əvvələ qayıt |
|
 |
Afriya
.jpg)
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 860
|
Göndərilib: C. Yan. 05, 2007 12:51 am İsmarış mətni: |
|
|
Sual: Şaban ayının ortasına qədər oruc tutmayan şəxs, bu ayın qalan hissəsində oruc tuta bilərmi?
Cavab: Xeyr! Belə ki, Peyğəmbər səllallahu aleyhi və səlləm bunu qadağan etmişdir: “Şaban ayının ortası gəlib çatdığı zaman Ramazan ayına qədər oruc tutmayın!”( Bu hədisi Suyuti rəvayət etmiş, Albani də onu səhih hesab etmişdir) |
|
| Əvvələ qayıt |
|
 |
Afriya
.jpg)
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 860
|
Göndərilib: C. Yan. 05, 2007 12:52 am İsmarış mətni: |
|
|
Sual: İki və daha artıq günlərdə iftar etmədən dalbadal oruc tutmaq olarmı?
Cavab: Olmaz. Çünki Peyğəmbər səllallahu aleyhi və səlləm bunu qadağan etmişdir: “Hər kim (orucunu) davam etdirmək istəyirsə, qoy səhura qədər davam etdirsin!” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir) |
|
| Əvvələ qayıt |
|
 |
Afriya
.jpg)
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 860
|
Göndərilib: B.e. Yan. 08, 2007 12:51 am İsmarış mətni: |
|
|
Sual: Rəcəb ayında hər hansı bir günü xüsusiləşdirib oruc tutmaq olarmı?
Cavab: Xeyr, olmaz. Ümumiyyətlə dəlil-sübutsuz olaraq hər hansı bir günü xüsusiləşdirib oruc tutmaq İslam dini tamam olduqdan sonra ona əlavə edilmiş yenilikdir. |
|
| Əvvələ qayıt |
|
 |
Afriya
.jpg)
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 860
|
Göndərilib: B.e. Yan. 08, 2007 12:52 am İsmarış mətni: |
|
|
Sual: Səfərdə oruc tutmaq olarmı?
Cavab: Həmzə ibn Amr (r.a) bu haqda Peyğəmbərdən səllallahu aleyhi və səlləm soruşduqda o demişdir: “İstəyirsən tut, istəyirsən tutma!”( Bu hədisi Buxari və Muslim rəvayət etmişdir) |
|
| Əvvələ qayıt |
|
 |
Afriya
.jpg)
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 860
|
Göndərilib: B. Yan. 14, 2007 10:25 pm İsmarış mətni: |
|
|
Sual: Orucu tərk edən kafir sayılırmı?
Cavab: Bu məsələni iki hissəyə bölmək gərəkdir:
- Orucun gərəksiz olduğunu etiqad edən şəxs kafirdir;
- Səhlənkarlıq ucbatından orucu tərk edən şəxs isə kafir deyil sadəcə günahkar sayılır |
|
| Əvvələ qayıt |
|
 |
Afriya
.jpg)
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 860
|
Göndərilib: B. Yan. 14, 2007 10:26 pm İsmarış mətni: |
|
|
Sual: Namaz qılmayan şəxsin orucu qəbuldurmu?
Cavab: Bu məsələni də iki hissəyə bölmək gərəkdir:
- Namazın gərəksiz olduğunu etiqad edən şəxs kafirdir və oruc tutmağının heç bir faydası yoxdur; Peyğəmbərdən səllallahu aleyhi və səlləm demişdir: “Bizimlə onların (kafirlərin) arasında olan əhd namazdır. Hər kim onu tərk etsə, küfr etmiş olar.”( Bu hədisi Əhməd, Tirmizi, Nəsai və başqaları rəvayət etmişdir)
- Səhlənkarlıq ucbatından namazı tərk edən şəxsin orucunun qəbul olub-olunmaması isə Allaha aiddir. |
|
| Əvvələ qayıt |
|
 |
Afriya
.jpg)
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 860
|
Göndərilib: B. Yan. 14, 2007 10:27 pm İsmarış mətni: |
|
|
Sual: Ramazan ayının üç gününü və ya axır on gününü oruc tutmaqla kifayətlənmək olarmı?
Cavab: Xeyr, olmaz. Ramazan ayını tam şəkildə oruc tutmaq hər bir müsəlmanın borcudur. |
|
| Əvvələ qayıt |
|
 |
ENGINEER

Daxil ol: Ş. Sen. 10, 2005 08:42 İsmarışlar: 116 Şəhər/ölkə: Baku, Azerbaijan
|
Göndərilib: Ş. Fev. 24, 2007 12:14 pm İsmarış mətni: RAMAZAN |
|
|
Salam Aleykum! Ashagidaki linkden istifade etmekle Afriya bacinin yazdiglarinin hamisinin cem shekilde olan versiyasini gore bilersiniz, bundan bashga faydali melumatlarda var.
http://www.amibi.org/ramadan/ _________________ Estegfiru-llahel aziymel-lezi la ilahe illa huvel-heyyul-gayyum ve etubu ileyhi. |
|
| Əvvələ qayıt |
|
 |
|