MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Mən inanıram.
Səhifə Əvvəlki  1, 2
 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> İSLAMA DƏVƏT
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: B.e. Yan. 08, 2007 6:32 pm    İsmarış mətni: Sitatla cavab ver

[size=14* * *

Sual: İnsanlar arasında elələri var ki, onlar əvəz göstəmədən yaxşılıq edir, hamıya xoş münasibət göstərirlər. Amma onlar İslam dininə iman gətirməyiblər. Məgər Yaradan belələrini bağışlamayacaq və onları mükafatlandırmayacaq?
Cavab: Bu dünyada yaxşı əməlləri müsəlman yaxud qeyr-müsəlman olmağından asılı olmayaraq, hamı yerinə yetirir.
Amma Allahdan Axirət günü mükafat gözləyən isə ancaq o kəs olacaq ki, Allaha, Onun Peyğəmbərlərinin hamısına və Qiyamət gününə iman gətirsin. Kim ki, bundan boyun qaçırır, onun xeyir əməlləri Axirət günü fayda verməyəcək.
Məsələn, iki nəfər içində çoxlu meyvə ağacı olan bağa girir. Onlardan biri heç br icazə gözləmədən, öz istədiyi kimi həmin ağacların birinin şitilini kəsib özü istədiyi kimi əkir. İkincisi icə bağın sahibini gözləyir. Bu vaxt bağban gəlir və olanları görüb hiddətlənir və şitili düzgün şəkildə necə basdırmağın yolunu öyrədir. İcazəsiz və öz bildiyi kimi şitil əkən birinci ona qulaq asmır, işinə davam edir. İkinçisi isə bağbanın məsləhət gördüyü kimi edir.
İndi fikirləşin, bunu bilən bağın sahibi bu iki şəxsdən hansına hirslənər?
Şübhəsiz ki, bu dünyanın və daha nələrin sahibi olan yalnız Allahdır və onun göndərdiyi elçilər isə bağbanlardır hansılar ki, düzgün yolu bizə öyrədirlər. Kim ki, qulaq asır, Allah onlardan razı qalacaq və mükafat olaraq Cənnəti onlara verəcək. Kim ki, qulaq asmayaraq, öz bildikləri şəkildə əməllər edirlər, onlar inanmayanlardır, hansılardan ki, Allah üz çevirib və hansılar üçün ki, odlu-alovlu yer hazırlanıb.
Gözəl əməl ancaq o vaxt dəyər kəsb edir ki, o kimin, nyin xətrinsə yox, Allahın xətrinə edilib və əvəz gözlənilmir.
Uca Allah boş-boşuna Qurani Kərimdə buyurmayıb:
"Onların etdikləri hər hansı bir (yaxşı) əməli Biz qəsdən (havadan uçan) dağınıq zərrələrə (toz dənələrinə) döndərərik! (Onların qohum-əqrəbaya, yoxsullara göstərdikləri köməyin, qonağa, qəribə etdikləri hörmətin və dünyada gördükləri digər yaxşı işlərin zərrə qədər qiyməti olmaz!) "(Furqan, 23)

* * *

Sual: Məgər bu qəddarlıq deyilmi?
Cavab: Xeyr, heç bir vəchlə bu qəddarlıq deyil, əksinə ədalətdir. Uca Allah bu dünyanı, içindəkiləri insana qulluq məqsədi ilə yaratmışdır. Və Allah insana şüur verib ki, insan bu nemətlərdən istifadə edib dünyada yaşaya bilsin. Amma nə üçün, nəyin xatirinə yaşaya bilsin?
İnsan maşın ixtira edəndən sonra, onu əldə edir və onun qulluğunda dayanır, benzinini verir, ayda bir dəfə texniki baxışdan keçirir və s. Bütün bunları o ona görə edir ki, maşının işləməyə gücü olsun, ona xidmət etsin.
Bax beləcə də biz başa düşürük ki, təbiətdəki heç nə elə-belə yaranmayıb.
Məsələn, Günəş işıq saçır və istilik verir. Buludlar yağış yağdırır və həyat üçün lazım olan btkilərin bitməsinə kömək edir. Həmin bitkiləri insanların qida rasionuna daxil olan heyvanlar yeyirlər və s.
Və şüurlu şəxs anlayır ki, bu mürəkkəb zəncir insanın xətrinə Kiminsə tərəfindən yaradılıb. Bəs əvəzində nə tələb olunur?
Beləliklə sual yaranır: İnsan nə üçün yaradılıb? Bu suala cavabı yalnız Allahın varlığını qəbul edib Onun qarşısında məsuliyyəti dərk edən insan tapa bilər. Məhz belə insanlar bilirlər ki, insanın yaradılış səbəbi yalnız birdir- onu Yaradana ibadət. Əzəmətli, Rəhman və Şəriki olmayana ibadət. Əgər insan bunu anlayıb yerinə yetirirsə, Allaha qulluq etməyi özünə şərəf sayır.
Bu sözlərin təsdiqi kimi aşağıdakı ayəyə nəzər salaq:
"Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!"(Zariyət, 56)
Həmçinin:
"Ona görə ki, Allah iman gətirənlərin dostudur (himayədarıdır). Kafirlərin isə dostu (himayədarı) yoxdur!
Allah iman gətirib yaxşı əməllər edənləri (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Kafirlər isə (dünyada) səfa sürər, heyvan kimi yeyib-içərlər. (Öləndən sonra) cəhənnəm odu onların məskəni olacaqdır! " (Muhəmməd, 11, 12)
Ona görə də Allahdan ədalətli heç kim ola bilməz. Və uca Allah Ona iman gətirməyənləri heyvanlara bənzədərək, onların şüursuz olduğunu qeyd edir. Çünki heyvan şüuru olmadığından etdiyi əməllərə görə məsuliyyət daşımır və nə üçün yaradıldığını anlamır və Qiyamət günü onları incidənlərə qarşı şahid kimi durduqdan sonra heyvanlar toza döndəriləcəklər. Qiyamət Günü bu hamının gözü qarşısında baş verəcək və iman gətirməyənlər bu mənzərəni görüb deyəcəklər:"Kaş ki, biz də heyvan olaydıq və öz əməllərimizin məsuliyyətini daşımaz, oda düşmək əvəzinə, toza dönərdik". Heyhat, həmin gün artıq peşmançılıq fayda verməyəcə və Allahın istədiyindən başqa heç bir kəs xilas olmayacaq.
Bu həqiqətən də dəhşətdir, elə bir dəhşət ki, düşündükcə insanın tükləri biz-biz durur və bunu anlayan hər kəs həmin Gündən qorxur. Bu Günü unutmamalıyıq.
Uca Allah da bizə Qurani Kərimdə bu günü xatırladaraq deyir:
"Həqiqətən, Biz sizi yaxın bir əzabla (qiyamət gününün əzabı ilə) qorxutduq. O gün insan öz əlləri ilə etdiyi (yaxşı, pis) əməlləri görəcək, kafir isə: “Kaş (bu əzabı görməmək üçün) torpaq olaydım!” – deyəcəkdir. "(Nəbə, 40)

* * *[/size]
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> İSLAMA DƏVƏT Bütün saatlar GMT + 4 Saat
Səhifə Əvvəlki  1, 2
2 səhifə (Cəmi 2 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.