MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Sehabeler (A.O.R.O)

 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> İMAN
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Shahmar
idarəçi


Daxil ol: B.e. Fev. 02, 2004 03:18
İsmarışlar: 169

İsmarışGöndərilib: C. Dek. 03, 2004 1:35 am    İsmarış mətni: Sehabeler (A.O.R.O) Sitatla cavab ver

Əbu-Bəkr Əs-Siddiq


Cənnətlə müjdələnmiş 10 nəfərdən biri
Onun əsl adı Abdullah bin Əbi Qahafadır, Qureyş qəbiləsindəndir. Peyğəmbər (S.A.S)-dən 3 il sonra anadan olmuşdur. Anası (Xeyir anası) Səlma bint Saxr Ət-Teymiyyədir, atasının əmisi qızıdır. Atası ticarətlə məşğul olan və Məkkədə tanınan ən zəngin adamlardan biri idi. Əbu Bəkr yaxşılıq edən və əxlaqlı birisi kimi tanınırdı, hətta Islamı tərəddüdsüz olaraq qəbul etmişdi. O, azad olanlardan (qul olmayan) Islamı qəbul etmiş ilk kişi idi və sonra başqalarına da Islamı təbliğ etmişdi. Onun dəvətini Qureyşdən bir neçə kişi qəbul etmişdi, onlardan Osman bin Affan, Zubeyr bin Əl-Əvam, Əbdürrəhman bin Əuf, Ərqam bin əbil Ərqam idi.

Islamı qəbul etməsi;
Bir gün Əbu Bəkr, Peyğəmbər (S.A.S) ilə görüşərkən ondan soruşur;
Ey Muhəmməd, Qureyş sənin, bizim ilahlarımızı tərk etdiyini, bizi ağılsız hesab etdiyini və atalarımızı kafir hesab etdiyini deyir, bu doğrudurmu?
Peyğəmbər (S.A.S) deyir;
(Mən Allahın peyğəmbəri və elçisiyəm ey Əbu Bəkr, Allah məni onun dinini təbliğ etmək üçün göndərmişdir və səni də haqq olaraq Allaha çağırıram. Allaha and olsunki ey Əbu Bəkr, səni çağırdığım haqqdır. Allah təkdir, onun şəriki yoxdur, ondan başqasına ibadət etməməliyik və yalnız Ona itaət edənlərə itaət etməliyik.) Sonra Peyğəmbər (S.A.S) ona Qurani Kərimdən oxudu. Əbu Bəkr inkar etməyərək Islami qəbul etdi, bütləri rədd etdi, Islamın haqq olduğunu qəbul edərək geri döndü və sidq ürəklə mömin oldu.
Peyğəmbərimiz (S.A.S) deyirki; (Kimi Islama çağırdımsa hamısı ilk olaraq tərəddüd etdi, sıxıldı və fikirləşdi, yalnız Əbu Bəkrdən başqa. Ona dedikdə, tərəddüd etmədi.)

Ilk çağırışçı;
Müsəlmanların sayı 39-a çatanda, Əbu Bəkr Peyğəmbərimiz (S.A.S) üzə çıxmağı xahiş etdi. Peyğəmbərimiz (S.A.S) isə; (Əbu Bəkr, biz azıq) dedi. Əbu Bəkr Ondan əl çəkmədi və Peyğəmbərimiz (S.A.S) aşkara çıxmağı qəbul etdi. Müsəlmanlar məscidin ətrafında dolaşmağa başladılar və hərəsi özü ilə bir kişi gətirdi. Bu zaman Əbu Bəkr ayaq üstə onlara xütbə (ucadan danışdı) verməyə başladı, Peyğəmbərimiz (S.A.S) isə oturmuşdu. Beləliklə Əbu Bəkr, Islama və Peyğəmbər (S.A.S) dəvət edən ilk çağırışçı olmuşdu.
Müşriklər isə Əbu Bəkrə və müsəlmanlara qəzəbləndilər, onları möhkəm döyməyə başladılar. Hətta Əbu Bəkr yıxıldı, bu zaman Utbə bin Rabiə ona yaxınlaşdı və öz ayaqqabıları (şəp-şəp) ilə onu döyməyə başladı. Onlar hamını tərk etdikdən sonra, yenə Əbu Bəkrin yanına qayıtdılar və onu danışdırmağa çalışdılar, amma o dediki; bunu Rəsulullah (S.A.S) etməyib.

Malı ilə cihadı;
Əbu Bəkr (A.O.R.O), malının çoxunu, müşriklərdə olan qulları azad etməyə sərf edirdi. O, Bilil bin Rəbahanı (A.O.R.O) və onunla bərabər 6 nəfəri malı ilə azad etmişdi. Ona görə də Allahu Təala Qurani Kərimdə, Əl-Leyl surəsəndə 17-ci və 18-ci ayələri nazil edərək belə buyurmuşdur; “Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan uzaqlaşdırılar (nicat tapar). O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) təmizlənər”


Peyğəmbərimiz (S.A.S)-ə yaxınlışı;
Əbu Bəkr (A.O.R.O), Peyğəmbərimiz (S.A.S)-in qəlbinə ən yaxın olan adamlardan biri idi. Hətta Peyğəmbərimiz (S.A.S) bir dəfə buyurmuşdurki; “Allahdan sonra başqa bir xəlil (yoldaş) axtarsaydım, Əbu Bəkri seçərdim.”
Eləcə də Əbu Bəkr (A.O.R.O), ümmətin ən mərhəmətlisi idi. Peyğəmbərimiz (S.A.S)-dən olan başqa bir rəvayətdə də deyilirki, Peyğəmbərimiz (S.A.S) belə demişdir; “Amma sən Əbu Bəkr, ümmətimin içindən cənnətə daxil olan ilk adam olacaqsan”

Isra və Merac;
Isra və Merac gecəsindən sonra, camaat Əbu Bəkrin yanına gedib, ona belə demişdilər:
- Görürsənmi sənin sahibin (dostun) nə deyir? Deyirki guya gecə Beytül Məqdisə (Əqsa Məscidi-Yerusalim) gedib, orda namaz qılıb və yenə Məkkəyə dönüb.
- Əbu Bəkr: Siz onu yalançı sayırsınız?
- Onlar: Bəli, bax odur oturub məsciddə indi bu hadisəni camaata danışır.
- Əbu Bəkr: Allaha and olsun, əgər bunu o deyibsə, o həqiqəti deyib.

Peyğəmbər (S.A.S) ilə hicrəti;
Əbu Bəkr (A.O.R.O) ilə Peygəmbərimiz (S.A.S)-in Mədinəyə hicrəti haqqında hətta Qurani Kərimdə də ayə vardır, hansıki onların ikisinin mağarada tək olduqları halı vəsf edir.
Əbu Bəkr (A.O.R.O) malı-dövləti olan zəngin bir səhabə idi və o, Peyğəmbərimiz (S.A.S)-dən Mədinəyə hicrət etmək üçün icazə aldı, amma Peyğəmbərimiz (S.A.S) isə ona: “Tələsmə, bəlkə Allahu Təala sənə bir yol yoldaşı qismət elədi”
Hicrət günü isə Peyğəmbərimiz (S.A.S) qeyri adi vaxtda (adətən olmayan), Əbu Bəkrin evinə gəlir. Onu görən Əbu Bəkr isə One belə deyir: (Nə isə baş veribki, Allahın Rəsulu (S.A.S) belə vaxtı gəlir). Peyğəmbərimiz (S.A.S) onun yanına gəlməkdə məqsədi hicrətə çıxmaq barədə idi və (S.A.S) Əbu Bərkə dediki:
- “Allahu Təala mənə çıxmağa, hicrət etməyə izn verdi”
- Əbu Bəkr dedi: Yoldaşlıqmı ey Rəsulullah?
- Rəsulullah (S.A.S): “Yoldaşlıq”
Möminlərin anası Aişə (A.O.R.O) deyirki: (Mən, həmin gündən əvvəl heç bir vaxt, ağlayan bir insanı sevincindən ağladığını hiss etməmişdim, yalnız həmin günü Əbu Bəkr ağlayanda).

Fərqli xüsusiyyətlərindən:
Əbu Bəkri (A.O.R.O) başqalarından fərqləndirən bir çox gözəl xüsusiyyətlər var. Bu gözəl xüsusiyyətlər ən fərqlənəni, onun (A.O.R.O) ibadətlərə və xeyirli əməllərə biricini əl atmasıdır. Əbu Bəkr (A.O.R.O) həmişə çalışardı yaxşı əməlləri, xeyirli işləri, ibadətləri birinci etsin, həmişə savab işlərdə yarışardı. Hətta Ömər (A.O.RO) deyirki; (Hansı xeyir bir əməli Əbu Bəkrdən əvvəl etmək istərdimsə, həmişə o məni qabaqlayardı).
Əbu Bəkr (A.O.R.O) Peyğəmbərimiz (S.A.S) bəzi işarələrini və həmişə nə demək istədiyini anlardı.
- Eləcə də, Islamın ilk xəlifəsi Əbu Bəkrdir (A.O.R.O).
- Qurani Kərimi ilk olaraq tam şəkildə bir yerə yığan Əbu Bəkrdir (A.O.R.O).
- Peyğəmbərimiz (S.A.S) həyatda olarkən, insanların həccinə ilk başçılıq edən Əbu Bəkrdir (A.O.R.O)
- Cahiliyyət dövründə şərabı (spirtli içkiləri) özünə haram edən (qadağan edən) Əbu Bəkrdir (A.O.R.O)
- Peyğəmbərimiz (S.A.S) xəstəliyi dövrdə isə, Peyğəmbərimiz ona, müsəlmanlara namazda imamlıq etməyi əmr etmişdi.
Peyğəmbərimiz (S.A.S) vəfat etdikdən sonra isə, müsəlmanlara xəlifə seçilmişdir.
Peyğəmbərimiz (S.A.S) vəfatından sonra, mürtədlərlə (zəkat vermək istəməyənlərlə) mübarizə etmişdir və dini yıxılmaqdan saxlamışdı. Mürtədlərlə mübarizəni bitirdikdən sonra isə Əbu Ubeydəni (A.O.R.O) Şama, Xalid bin Əl-Validi (A.O.R.O) Iraqa göndərdi.

Qısa olaraq həyatı:
Əbu Bəkr (A.O.R.O), hicrətdən 51 il əvvəl Məkkədə anadan olmuşdur, Peyğəmbərimiz (S.A.S) 2 il, 3 ay (hicrətin 13-cü ilində) sonra isə Mədinədə vəfat etmişdir. Əbu Bəkr (A.O.R.O) vəfat edərkən Mədinə əhli dəhşətə gəlmişdi və ağlamışdı, necəki Peyğəmbərimiz (S.A.S) vəfat edən günü dəhşətə gəldikləri kimi. Həmin günü Əli bin Əbu Talib (A.O.R.O) ağlayaraq tez-tez gəlmişdi və demişdirki; (Bu gün Peyğəmbərimizin xilafəti kəsildi). Ondan sonra Əbu Bəkrin (A.O.R.O) vəfat etdiyi evin qarşısında duraraq demişdirki: ( Allah sənə rəhmət eləsin ey Əbu Bəkr, sən bu qövmdə Islamı qəbul edən ilk adam, ən kamil imanlı, ən çox Allahdan qorxan, ən şiddətli inamı olan, ən bağışlayan, Peyğəmbərimizə (S.A.S) ən yaxın olan, səhabələrinə ən əmanətlisi, ən gözəl xüsusiyyətlisi, hər şeyə birinci, savablarda ən yüksək sən oldun. Hətta bu qövm arasında, hidayətdə, əxlaqda və əməllərdə Peyğəmbərimiz (S.A.S) ən oxşarı sən oldun…
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Shahmar
idarəçi


Daxil ol: B.e. Fev. 02, 2004 03:18
İsmarışlar: 169

İsmarışGöndərilib: B.e. Dek. 06, 2004 10:52 am    İsmarış mətni: Sitatla cavab ver

Ömər Bin Əl-Xattab (A.O.R.O)



Cənnətlə müjdələnmiş 10 nəfərdən biri.
Əl-Faruq Əbu Hafs, Ömər Bin Əl-Xattab bin Nufeyl bin Abdul Uzeyy Əl-Quraşi Əl-Advi.
Fil hadisəsindən 13 il sonra (Hicrətdən 40 il əvvəl) anadan olmuşdur. Cavan vaxtlarında şiddətli və qüvvətli bir cavan kimi tanınardı. Öz qövmü arasında yüksək yeri vardı, beləki cahiliyyət dövründə elçi və səfir kimi işləyirdi. Qureyşlilərin öz arasında və yaxud Qureyşlə başqa bir qəbilə arasında savaş olanda, Öməri (A.O.R.O) qəbilələr arasında elçi kimi işlədərdilər. Islama gəldikdən sonra isə ədalətli, şücaətli və tanınmış bir səhabə oldu. Neçə-neçə fəthlərin sahibi və Islamda ilk olaraq Əmirəl-Möminin adına layiq görüldü.

Islamı qəbul etməsi:
Ömər Bin Əl-Xattab (A.O.R.O), Peyğəmbərimiz (S.A.S) elçiliyindən (peyğəmbər olduqdan) 6 il sonra Islama gəlmişdir. Beləki, Xabbab bin Əl-Art, Fatimə bint Əl-Xattaba və onun həyat yoldaşı Səid bin Zeydə Qurani Kərimi öyrədərkən, Ömər Bin Əl-Xattab (A.O.R.O) onları yaxalamışdı. Həmin vaxtı isə Ömər Bin Əl-Xattab (A.O.R.O) öz qılıncını götürüb Peyğəmbərimiz (S.A.S) yanına gedirmişki onu hesaba çəksin. Amma Qurani Kərimdən bir səhifəni götürüb oxuyarkən hər şey dəyişmişdir və Muhammad hardadır, məni ona aparın demişdir. Onun sözlərini eşidən Xabbab bin Əl-Art gizləndiyi yerdən çıxmış və sevincək qışqırmışdı: (Ey Ömər, vallah Allahdan arzu edirəmki, Peyğəmbərimiz (S.A.S) duasına Allah məhz səni rəva bilsin. Çünki mən dünən eşitdimki O (S.A.S) belə deyir: “Allahım, Islamı, bu iki kişidən ən sevdiyin ilə dəstəkləndir, Əbil Hukm Bin Hişam, Ömər Bin Əl-Xattab”
- Ömər Bin Əl-Xattab (A.O.R.O) tez ondan soruşur: (Peyğəmbəri mən indi hardan tapa bilərəm ey Xabbab?)
- Xabbab (A.O.R.O) cavabında: (Səfada, Ərqam bin Əl-Ərqamın evində)
Ömər Bin Əl-Xattab (A.O.R.O) oraya gedir və Ərqam bin Əl-Ərqamın evinə çatanda onun qarşısına Rəsulullah (S.A.S) çıxır, Ömərin paltarından və qılıncından tutub belə deyir: “Allah Vəlid Bin Əl-Muğirəni cəzalandırdığı kimi səni də cəzalandırmayana qədər qurtarmayacaqsanmı ay Ömər? Allahım budur Ömər Bin Əl-Xattab, Allahım bu dini Ömər Bin Əl-Xattabla gücləndir”
- Ömər Bin Əl-Xattab (A.O.R.O): (Şahidlik edirəmki, sən Allahın rəsulusan)
Ömər Bin Əl-Xattabın (A.O.R.O) Islama gəlişi ilə, Islam da Məkkə də üzə çıxmağa başladı. O, Peyğəmbər (S.A.S)-ə və müsəlmanlara, Ərqam bin Əl-Ərqamın evində olarkən belə demişdi: (Səni haqq ilə göndərənə and olsunki, sən çıxacaqsan (camaat qarşısına), biz də səninlə çıxacaqyıq). Beləcə müsəlmanlar çıxırlar, Ömər Bin Əl-Xattab da (A.O.R.O) onlarla çıxır, Məscidül-Hərama gəlirlər, Müqəddəs Kəbənin ətrafında namaz qılırlar. Qureyş isə onlara nə etiraz edə bilir, nə də onlara mane ola bilir. Elə buna görə də Peyğəmbərimiz (S.A.S) Ömər Bin Əl-Xattaba (A.O.R.O) Əl-Faruq (ayıran) ləqəbi vermişdi. Ona görəki Allahu Təala haqq ilə batili ayırmışdı.

Haqq
Ömər Bin Əl-Xattab (A.O.R.O), cənnətlə müjdələnmiş 10 səhabədən biridir və o, bilikli, elmli, zahid səhabələrdəndir. Həmişə fikirləşdiyi və danışdığı haqq olardı, sanki Allahu Təala haqqı onun dilinə qoymuşdu. Hətta Qurani Kərimdən ayələr nazil olurduki, onun rəyinə muvafiq olurdu. Əli Bin Əbu Talib deyirki: (Biz Qurani Kərimdə onun sözlərinə oxşar sözlər və onun rəyinə oxşar rəylər görürdük).
Haqq yolunda həmişə şiddətli və cəsarətli idi, heç kimdən və heç kimin sözündən qorxmazdı. Bir dəfə Peyğəmbərimiz (S.A.S) ona demişdirki: “Ey Xəttabın oğlu, ruhum kimin əlindədirsə (Allahu Təala nəzərdə tutulur) Ona and olsunki, sən hansı yolda getsən, səni görən şeytan sənin yolundan çəkilib başqa yolu seçib”
O qədər şücaətli, heybətli və cəsarətli idiki, Mədinəyə hicrət edən zaman Qureyşlilər eşidə-eşidə demişdirki hicrət edir. Halbuki həmin zaman müsəlmanlar gizlənərək hicrət edirdilər. Hicrətə gedərkən belə demişdi: (Kim istəyirsə onu anası axtarsın, uşağı yetim qalsın, arvadı dul qalsın, onda qoy bu vadinin arxasında məni görsün.)
Ömər Bin Əl-Xattab (A.O.R.O) o qədər ciddi və heybətli idiki, onun xilafətindən sonra camaat yolun kənarında oturmurdular, uşaqlar küçədə oynarkən Ömər Bin Əl-Xattab (A.O.R.O) keçərsə, qaçardılar. Bu o demək deyilki Ömər Bin Əl-Xattab (A.O.R.O) təkəbbürlü və özünü yüksək tutan idi, sadəcə çox ciddi və hətta çox təvazökar idi. Xəlifə olduqdan sonra isə, təvazökarlığı daha da artmışdı. Yolda gedərkən özü ilə onu qoruyan (cangüdən) heç kimi götürməzdi.

Peyğəmbərimiz (S.A.S)-in hədislərində
Peyğəmbərimiz (S.A.S)-dən rəvayət olunan bir çox hədislərdə Ömər Bin Əl-Xattabın (A.O.R.O) adı çəkilib. Bu hədislərdən:
“Allahu Təala haqqı, Ömərin dilində və qəlbində qoymuşdur”
“Məndən sonra haqq Ömər ilədir, nə qədərki o vardır”
“Məndən sonra Peyğəmbər olsaydı, Ömər olardı”
“Səmada elə mələk yoxdurki, Ömərə hörmət bəsləməsin. Yerdə elə şeytan yoxdurki Ömərdən qaçmasın”

Xilafəti
Əbu Bəkr (A.O.R.O) özündən sonra xəlifə olmağa qadir olan və güclü bir şəxsiyyət axtarırdı. Buna layiq isə Ömər Bin Əl-Xattabı (A.O.R.O) görürdü və bu məsələ barədə Əbu Bəkr (A.O.R.O) muhacir və ənsar səhabələr ilə müşavirə etdi. Muşavirədən sonra isə, müsəlmanların vəhdəti naminə və onların məsləhəti üçün Əbu Bəkr (A.O.R.O) özündən sonra Ömər Bin Əl-Xattabı (A.O.R.O) xəlifə kimi vəsiyyət edir. Ömər Bin Əl-Xattabı (A.O.R.O) seçdiyinə görə öz rəyini belə izah etdi:
((Allahım, mən bunu etməklə yalnız onların salehliyini (doğru yolda qalmaqlarını və yaxşılığını) istədim, onlar üçün fitnədən qorxdum və olduğum müddətdə elədiklərimi Özün bilirsən, ictihad etdim, rəyimi bildirdim və onlar üçün ən xeyirlisini və ən güclülərini (Öməri) seçdim)).
Sonra müsəlmanların yığışdıqları məsciddə razılıq mərasimi etdi və müsəlmanlara üzünü tutub dediki: ((Sizin üçün seçdiyim xəlifəyə razısınızmı? Allaha and olsunki, öz rəyimi üstün tutaraq etmədim, nə də qohumlarımdan (yaxınlarımdan) seçmədim, mən Ömər Bin Əl-Xattabı sizə xəlifə etdim, ona qulaq asın və ona itaət edin.))
Müsəlmanlar da: (Eşitdik və itaət etdik) cavab verdilər. Hicrətin 13-cü ilində ona razılıq verdilər.

Onun etdikləri
Ömər Bin Əl-Xattabın (A.O.R.O) xilafəti 10 il davam etmişdi və bu müddətdə o, bir çox faydalı işlər görmüşdü:
- Gecələr çıxar və camaatın halını və vəziyyətini öyrənmək üçün gəzərdi.
- Camaatı Ramazan ayında bir yerdə gecə namazı qılmağa toplamışdı (Hicrətin 14-cü ili).
- Hicrətin 16- ili Rəbiəl-Əvvəl ayından başlayaraq tarixi və olanları yazmağa başlamışdı.
- Dövlətin xəzinəsinə (beytul-mal) xarac (vergi) təyin etmişdi.
- Şəhərlərə və ölkələrə başçılar təyin etmişdi.
- Insanların məhkəməsi üçün qazilər təyin etmişdi.
- Divanlar (qanunlar) qoymuşdu.
- Camaatla 10 dəfə dalbadal həcc etmişdi.
- Möminlərin anası (Aişə A.O.R.O) ilə son dəfə həcc etmişdi.
- Peyğəmbərimiz (S.A.S)-in məscidini yenidən tikmiş, təmir etmiş və Mədinədə camaatın çoxaldığına görə onu genişləndirmişdi.
- Məscidə həsir saldırmışdı.
- Yəhudiləri Ərəb Yarımadasından çıxartmış və hamısını Şama göndərmişdi.
- Nəcran qəbiləsindən olanları isə hamısıni Kofa tərəfə göndərmişdi.
Bütün bunları ilk olaraq edən Ömər Bin Əl-Xattab (A.O.R.O) olmuşdu. Ibn Məsud (A.O.R.O) onun haqqında belə demişdi: (Ömərin Islama gəlməsi bir fəth oldu, onun hicrət etməsi bir qələbə oldu, onun imamlığı mərhəmət oldu. Evə (Kəbəyə) tərəf namaz qıla bilmirdik, Ömər Islamı qəbul etdikdən sonra onlarla mübarizə apardı və onlar bizi tərk etdilər, sonra qıla bildik.)

Şəhidliyi:
Ömər Bin Əl-Xattab (A.O.R.O) həmişə şəhid olaraq ölməyi arzu edərdi və daim Allaha dua edərdi: (Allahım, sənin yolunda şəhid olmağı mənə nəsib elə, Sənin elçinin vətənində ölməyi mənə nəsib elə).
Beləki bir dəfə məsciddə sabah namazını qılarkən Muğirə bin Şubanın adamlarından biri, Əbu Lulua Əl-Məcusi, onu belindən (qılıncla) bir neçə dəfə vurmuşdu. Hicrətin 23-cü ili, Zil-Hiccə ayının axırında, gecə şəhid olmuşdu. Vəfat etməmişdən öncə, bilmişdiki onu vuran Əl-Məcusi idi və Allaha şükür etmişdiki, onu vuran adam ömründə Allaha səcdə etməyib. Peyğəmbərimizin (S.A.S) və Əbu Bəkrin (A.O.R.O) yanında dəfn olundu. Hal hazırda onların qəbirləri Peyğəmbərimizin (S.A.S)-in məscidində Mədinə şəhərindədir.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
shef2004



Daxil ol: C. Dek. 03, 2004 20:06
İsmarışlar: 71
Şəhər/ölkə: Azer

İsmarışGöndərilib: B.e. Dek. 06, 2004 2:24 pm    İsmarış mətni: Sitatla cavab ver

Salam!

Həzrzt Əli (ə) barəsinde daha bir soz!!!!

TÓ˜VÓ˜LLÜDÜ
Peyğəmbərin hicrətindən 23 il qabaq, cümə günü Rəcəb ayının 13-də Ó˜bu Talibin ailəsində təkcə Məkkəyə deyil, bütün dünyaya nur saçan mübarək bir uşaq dünyaya gəldi.

Bu təvəllüd haqqında Məkkə əhalisindən Quá¾½nəb adlı birisi belə deyir: Abbas ilə oturmuşduq ki, birdən əsəd qızı Fatimənin sancı çəkərək Kəá¾½bəyə tərəf getdiyini gördük. O belə deyirdi:

«Ey Allahım! Sənə və peyğəmbərinə inanıram. Sənin əmrinlə bu evi tikən peyğəmbərin (Ibrahimin), eləcə də bətnimdəki uşağın izzəti hörmətinə bu körpənin dünyaya gəlişi əziyyətini mənim üçün asan et».

Elə həmin andaca Allah evinin yarılaraq, Fatimənin oraya girməsini daha sonra isə divarın bir-birinə yaxınlaşaraq bitişib bağlanmasını öz gözlərimizlə gördük. Hamımız qorxudan titrəyirdik. Daha sonra ayağa qalxdıq və sürá¾½ətlə Kəá¾½bəyə sarı qaçdıq ki, qapını açıb arvadlarımızı Fatiməyə kömək etmək üçün içəri göndərək. Amma nə qədər çalışdıqsa qapını aça bilmədik. Bu qəribə xəbər çox sürá¾½ətlə Məkkənin hər tərəfinə yayıldıqda hamı bundan heyrətləndi. Məkkə qadınları Fatimə ilə görüşü həyəcanla gözləyirdilər. Nəhayət dörd gündən sonra Fatimə qucağında gözəl bir uşaqla Kəá¾½bədən bayıra çıxıb dedi:

«Allah qadınlar arasında məni seçdi, Onun evində ikən mənim üçün cənnət xörəklərindən və meyvələrindən göndərdi».

Həzrət Fatimə evinə doğru gedən zaman ətrafına yığışan qadınların «uşağın adını nə qoyacaqsan?» - deyə verdikləri suala belə cavab verdi: «Allahın hərəmində əyləşdiyim vaxt nagahan səs eşitdim: uşağın adını Ó˜li qoy».

Bəli haqqında danışdığımız həzrət Ó˜li əleyhissalamdır. O, ülvi şəxsiyyət körpəlik və uşaqlıq dövranını təmiz, pak bir şəkildə başa vurdu. Necə ki, həzrətin özü də bu barədə «Nəhcül-bəlağə»də belə buyurur:

«Uşaqlığımda Peyğəmbər (s) məni qucağına alıb köksünə sıxar və yeməyi çeynəyib ağzıma qoyardı».

UŞAQLIQ DÖVRÜ
Həzrət Ó˜li əleyhissalamın özü bu dövr barədə belə buyurur: «Peyğəmbər hər il Hira dağına gedər və onu məndən başqa heç kəs görməzdi. Islamın hələ evlərə yayılmadığı ilk anlarda, təkcə Peyğəmbər ilə həyat yoldaşı Xədicə müsəlman olmuşdular. Mən isə vəhy və risalət nurunu görüb nübüvvət ətrini duyan ikinci şəxs idim.»

Peyğəmbərin qohumlarını islama dəá¾½vət etmək üçün Allah əmri nazil olanda, həzrət Ó˜li əleyhissalam Peyğəmbərin (s) yaxın adamlarından qırx nəfəri o həzrətin evinə qonaq çağırmışdı. Xörəyin azlığına baxmayaraq artıq hamı yeyib doymuşdu.

Şam yeməyindən sonra Peyğəmbər (s) məclisdəkilərə xitab edərək buyurdu:

«Ey Ó˜bdülmüttəlib övladları! Allah mənə sizləri çağıraraq islamı sizlərə tanıtdırmağı əmr edib. Hər kəs mənə kömək edib dinimə iman gətirərsə, mənim qardaşım və xəlifəm olacaqdır.»

Peyğəmbər (s) bu mətləbi üç dəfə təkrar etsə də Ó˜lidən başqa heç kəs ona cavab vermədi. Həzrət Peyğəmbər (s) hər dəfə öz istəyini təkrar etdikdə yerindən qalxıb həzrətin əlindən tutan və ona iman gətirdiyini eá¾½lan edən yeganə şəxs hələ uşaq yaşında olan həzrət Ó˜li əleyhissalam idi. Elə bu əsnada Peyğəmbərimiz belə buyurdu:

«Әli mənim qardaşım və xəlifəmdir. Onun sözünə qulaq asın və əmrlərinə itaət edin».

GÓ˜NCLIK DÖVRÜ
Həzrət Ó˜li əleyhissalam artıq uşaqlıq və yeniyetməlik dövrünü geridə qoyub qüdrət və qüvvət çağı olan gəncliyə çatmışdı. Eynilə bir kəpənəyin şamın başına fırlandığı kimi, həzrət Ó˜li əleyhissalam da həzrət Peyğəmbərin (s) başına fırlanaraq, biləyinin gücündən islamın və Peyğəmbərimizin xeyrinə istifadə edirdi.

Misal üçün Hüneyn müharibəsində müsəlmanlar məğlub olub qaçdıqları vaxt Peyğəmbərin ətrafında gəzib onun vücudunu qoruyan və düşməni qorxudan təkcə həzrət Ó˜li əleyhissalam idi.

Xeybər müharibəsində kafirlərin sərkərdəsi olan, eləcə də hamının gücü və cəsarətindən qorxduğu Məhrabı yerə yıxmışdı, iyirmi nəfərin güclə açıb bağlaya bildiyi qapını qaldıraraq xəndəyin üstünə atmış və onu əsgərlərin üstündən keçə biləcəyi bir körpüyə çevirmişdi.

Buna oxşar yüzlərlə misal həzrət Ó˜li əleyhissalamın iman və fədakarlığının açıq dəlili tutarlı bir sübutudur.

Ó˜LI Ó˜LEYHISSALAMIN FÓ˜DAKARLIĞI
Insan məhz özünü çox sevdiyi və canını başqasına fəda etmədiyi bir halda, həzrət Ó˜li əleyhissalam islamı və Peyğəmbəri (s) özündən daha çox sevdiyinə görə canını Peyğəmbərin yolunda fəda etməyə həmişə hazır idi.

Bu hadisə Məkkə müşriklərinin özlərinin məğlubiyyət təhlükəsi ilə qarşı-qarşıya gördükdə bu barədə mühüm bir qərar çıxarmaq üçün toplandıqları zaman baş vermişdi.

Onların hamısı Darün-nədvə adlı bir yerdə yığışaraq geniş müzakirədən sonra belə qərara gəldilər. Hər qəbilədən bir nəfər seçiləcəkdir ki, onlar gecə vaxtı Peyğəmbərin evinə həmlə edərək onu öldürəcəklər. Belələliklə bütün qəbilələr onun qanını tökməkdə şərik olduqlarına görə heç kim intiqam almağa təşəbbüs göstərməyəcəkdir.

Onların bu planını Allah öz Peyğəmbərinə bildirmiş və ona hələ gecə ikən evindən çıxıb Məkkədən hicrət etməsini əmr etmişdi. Lakin Peyğəmbər (s) bu hədəf üçün canını fəda etməyə hazır olan eá¾½tibarlı bir sirdaş axtarırdı. Bu fədakarlığı yalnız həzrət Ó˜li əleyhissalam öz öhdəsinə götürə bilərdi.

Məhz elə buna görə də Peyğəmbər (s) əhvalatı həzrət Ó˜li əleyhissalama danışdı. Bu fədakar və möá¾½min cavan üzündə təbəssüm sevinərək bu işi bütün varlığı ilə qəbul etdi.

Gecənin qaranlığı hər yeri bürümüşdü. Ó˜li (ə) Peyğəmbərin yatağında arxayın və ürək rahatlığı ilə yatmışdı. Həzrət Peyğəmbər (s) də artıq evindən çıxıb Məkkənin kənarında olan Sövr mağarasına getmişdi. Qüreyşli qatillər evi mühasirə edib əllərində qılınc və bıçaq həmləyə hazırlaşmışdılar.

Həmlə əmri verildikdə onların hamısı siyrilmiş qılıncla Peyğəmbərin evinə girib yatağına tərəf hücum etdilər. Lakin birdən-birə yataqdakının Ó˜li olduğunu gördükdə sarsılmış və narahatlıqla Peyğəmbərin evini tərk edib dərhal atlıları o həzrətin dalınca göndərmişlər. Lakin çox keçmədi ki, əliboş və ümidlərini itirərək geri qayıtmışlar.

Ó˜LI (Ó˜) VÓ˜ Allah YOLUNDA MÜHARIBÓ˜
Islam həyat və sülh dinidir. Bu müqəddəs din insanların öldürülməsi ilə müxalifdir. Bu din günahsız bir insanı öldürən kimsəyə belə ağır cəzalar tətbiq edir. Lakin daxili və xarici düşmənlər müsəlmanlara qarşı təcavüzə əl atdıqda, o zaman bu müqəddəs din ağıl və şəriətə əsasən müdafiə etməyi əmr edir. Bu isə islam cihadının bir hissəsidir.

Həzrət Peyğəmbərin (s) müdafiə xarakteri daşıyan bütün müharibələrində həzrət Ó˜li əleyhissalam, saf ruhlu bir igid təkin, Peyğəmbərlə çiyin-çiyinə islam yolunda var qüvvəsilə döyüşürdü.

O, Allahdan başqa heç bir şeydən qorxmayan bir möá¾½min bəndə, eləcə də yorulmaz bir mücahid sayılırdı. O, belə deyərdi: «Allaha and olsun ki, əgər haqqı bir tərəfdə və bütün xalqı da batil olaraq haqq müqabilindəki digər tərəfdə görsəm, haqq uğrunda tək-tənha qılınc oynadar, onların qabağında inamla duraraq bu yoldan bir an belə geri dönmərəm».

Ó˜LI Ó˜LEYHISSALAMIN Ó˜DÓ˜BI
Islam hökumətinin mərkəzi Kufə şəhəri idi. Elm öyrənməkdən ötrü dünyanın hər tərəfindən bu böyük islam mərkəzinə axışırdılar.

Bir gün şəhər qırağında iki nəfər bir-biri ilə rastlaşmışdı. Bunlardan biri həzrət Ó˜li əleyhissalam o birisi isə onu tanımayan bir xristian idi. Xristian Kufə şəhərinin ətrafındakı bir məntəqəyə, həzrət Ó˜li əleyhissalam isə Kufəyə gedirdi. Onlar birlikdə olduqları müddətdə darıxmamaq üçün söhbətə başladılar. Yol ayrıcına çatdıqları vaxt xristian xudahafiz deyib yoluna davam etdi. Ancaq müsəlman yoldaşının, yolu başqa tərəfə olduğuna baxmayaraq onunla bir gəldiyini görüb heyrətlə soruşdu: Məgər siz Kufəyə getmirdiniz?

həzrət Ó˜li əleyhissalam buyurdu: Bəli.

Xristian: Bəs onda nəyə görə bu tərəfə gəlirsiniz? – deyə soruşduqda həzrət Ó˜li əleyhissalam cavab olaraq buyurdu:

«Bir az səninlə birgə yerimək istəyirəm. Çünki Peyğəmbərimiz belə buyurub: «Iki nəfər yol yoldaşı olduqda bir-birlərinə haqq sahibi olurlar». Indi sənin mənim boynumda haqqın var ki, mən də bu haqqı ödəmək üçün səninlə bir az gələcəyəm. Beləliklə, haqqını bu dünyada ödəyəcək və sonra arxayınlıqla öz yoluma davam edəcəyəm».

həzrət Ó˜li əleyhissalamın bu insani rəftar və davranışı xristianın xoşuna gəlib öz-özünə dedi: «Islam əgər belə bir mədəni dindirsə, tərəfdarları bu qədər ali insanlardırsa, mən də gərək müsəlmanlığı qəbul edəm». Yoldaşının islam rəhbəri həzrət Ó˜li əleyhissalam olduğunu bildikdə daha da heyrətlənən xristian dərhal Ó˜li əleyhissalamın hüzurunda müsəlmanlığı qəbul edib islama iman gətirdi.

HÓ˜ZRÓ˜T Ó˜LININ ÖZÜNÜ Ó˜LÓ˜ ALMASI
Insan təbii şəraitdə özünü daha yaxşı ələ ala bilər. Belə ki, müxtəlif pislik və günahlardan çəkinərək iradəsinə hakim olar. Lakin qəzəb, hirs və əsəbləşdikdə insanın haqqı görməsi və Allahı xatırlaması olduqca çətin və ağırdır. Buna görə də cinayətlərin çoxu adətən insanın normal vəziyyətdən çıxdığı vaxt baş verir.

Amma kamilliyə çatıb, nəfsini tərbiyə etmiş həzrət Ó˜li əleyhissalam kimi ülvi bir insanın rəftar və davranışı da digər insanlardan fərqlidir. Hər hansı bir vəziyyətdə olursa olsun yalnız Allahın razılığını nəzərdə tutur, Allaha görə olmayan işlərdən çəkinirdi.

Istər evdə olsun, istər müharibə meydanında, istər sevincli anlarında olsun, istərsə də əsəbləşəndə onun üçün heç bir fərqi yox idi. Məsələnin daha da aydınlaşmasından ötrü o həzrətin müharibə meydanındakı rəftarına diqqət yetirək:

Bütün Mədinə xalqının şəhər ətrafında böyük xəndəklər qazaraq, düşmənin yolunu bağlamaq üçün, su ilə doldurduğu Xəndək müharibəsində məşhur ərəb cəngavəri Ó˜mr ibni Ó˜bdüvəd düşmən əsgərləri arasında dolanaraq döyüşmək üçün özünə rəqib axtarırdı. Müsəlmanlar arasında onunla döyüşə girməyə heç kəs cəsarət etmirdi.

Elə bu vaxt həzrət Ó˜li əleyhissalam mətn addımlarla irəli addımlayıb iman dolu qəlbi ilə onun qarşısına çıxaraq belə buyurdu: «Ey Ó˜mr! Başından yekə danışma! Səninlə döyüşmək istəyən qarşındadır!»

Ó˜mr həzrət Ó˜li əleyhissalama baxıb lovğa-lovğa dedi: Geri qayıt! Səni öldürmək istəmirəm. Çünki atanla dost olmuşam.

Ó˜li (ə) ona belə cavab verdi:«Allaha and olsun ki, mən isə səni öldrümək istəyirəm».

Bu sözdən hirslənib atından düşən Ó˜mr qılıncını siyirərək həzrət Ó˜li əleyhissalama həmlə etdi. Lakin qılınc şiddətlə Ó˜linin qalxanı ilə toqquşduqda həmləsi boşa çıxdı.

Daha sonra həzrət Ó˜li əleyhissalam onu yalnız bir zərbə ilə yerə yıxıb öldürmək üçün sinəsinin üstündə oturdu. Bu zaman Ó˜mr həzrət Ó˜li əleyhissalamın mübarək üzünə tüpürdü. həzrət Ó˜li əleyhissalam birdən Ó˜mrin sinəsi üstündən qalxıb bir müddət meydanda yeridikdən sonra təzədən Ó˜mrə tərəf getdi. Ó˜mr soruşdu: O cür zərbədən sonra məni buraxmağının məá¾½nası nədir?»

Həzrət Ó˜li əleyhissalam buyurdu: «Ey Ó˜mr! Mən Allah üçün qılınc çəkirəm, öz nəfsim üçün yox. Səni yerə yıxıb sinən üstündə oturduğum vaxt üzümə tüpürdün və məni hirsləndirdin. Ó˜gər o anda səni öldürsəydim, savab qazanmayacaqdım. Çünki artıq əsəbləşmişdim. Buna görə də sənin üstündən qalxdım və bir az yeriyib hirsimi yatırtdım».

Həzrət Ó˜li əleyhissalamın şücaəti, səbri və nəfsinə hakim olması ərəb pəhlivanı Ó˜mrə çox böyük təá¾½sir etmişdi. Hamı istər dost, istərsə də düşmən, həzrət Ó˜liyə diqqət yetirirdi. Dostların dilindən təkbir səsləri ucalarkən, düşmənin canını artıq qorxu bürümüşdü ki, bu da düşmənin tam məğlubiyyətinə zəmin hazırlamışdı. Həzrət Peyğəmbər (s) Ó˜li əleyhissalamın bu səciyyəvi qələbəsi haqqında belə buyurmuşdu:

«Әlinin Xəndək müharibəsində gördüyü iş və endirdiyi zərbənin dəyəri Allah yanında insanların və cinlərin ibadətindən daha çox və üstündür».

HÓ˜ZRÓ˜T Ó˜LININ MEHRIBANLIĞI
Həzrət Ó˜li əleyhissalamın müharibə meydanında göstərdiyi qəhrəmanlıq və igidliyini müşahidə etdik, lakin qəhrəman və qorxmaz bir insanın əgər mərhəmət və mehribanlığı olmazsa, o qəhrəmanlığın heç bir dəyəri yoxdur. O, müharibə meydanında yeridikdə yaralıların, acların və susuzların halını gözləyirdi. Quduz düşmənləri öldürər ac yaxud susuz bir düşmən əsgəri ilə qarşılaşıb üzbəüz gəldikdə isə ona rəhm edib, yarasını müalicə edərdi.

Düşmənlərlə qəhrəmanlıqla döyüşərdi. Lakin heç vaxt düşməni ac və susuz öldürməz, ev və ocaqlarını dağıtmazdı. Çünki o, belə rəftar və davranışın imana zidd olmasını bilirdi.

Məhz elə buna görə də Siffeyn müharibəsində suyu Müaviyə ordusunun əlindən almağa müvəffəq olduğu halda, əsgərlərinə əmr etdi ki, onu bağlamasınlar. Eləcə də düşmən əsgərləri sudan istifadə etmək istədikdə onlara mane olmasınlar.

Bu zaman həzrət Ó˜li əleyhissalamın ordusunda olanlar eá¾½tiraz edib dedilər: Düşmən bizi sudan uzaqlaşdıraraq bununla da bizləri təslim olmağa məcbur etmək istəyirdilər. Ó˜gər eyni işi biz də görsək, biz də mütləq müvəffəq olar, bu müharibədə qələbə çalarıq. Gərək bu fürsətdən istifadə edək.

Ó˜li (ə) onların cavabında belə buyurdu: «Xeyr, biz düşmələ kişi kimi döyüşəcəyik. Biz belə işləri mərhəmət və şəfqətə zidd hesab edirik. Ó˜gər onların gördüyü işi biz də görməli olsaq o zaman onlarla aramızda olan fərq nədir? Bilin ki, bütün işlər Allah üçündür və biz də Onun əmrinə zidd rəftar etməməliyik.»

Ó˜LI Ó˜LEYHISSALAMIN RÓ˜HBÓ˜RLIK DÖVRÜNDÓ˜KI DAVRANIŞLARI
1. Xalq ilə birgə

Bütün çətinliklərə baxmayaraq Ó˜li (ə) şəxsən özü xalqın işlərinə yetişir, onların ağır problemləri ilə yaxından tanış olurdu. Heç vaxt o, düşmənlə şəxsi qərəzlik üzündən düşmənçilik etməzdi. Hətta onların maaşlarını da beytul-maldan verərdi. Dostlarına isə dostluqlarına görə, güzəştə getməzdi. Ó˜trafındakılara isə həmişə xalqla ədalətli və insaflı davranmalarını əmr edərdi. Qurá¾½ana zidd olan işləri əsla bağışlamazdı.

Misal üçün Sudə adlı bir qadın haqqını almaq üçün onun yanına gəldikdə, həzrət namaz qılırdı. Ó˜li (ə) namazını tez qurtarıb təbəssümlə ondan soruşdu: «Nə istəyin var?» Gözü yaşlı Sudə vergi məá¾½murundan və onun etdiyi zülmlərdən o həzrətə şikayət etdi.

Həzrət Ó˜li əleyhissalam elə həmin yerdə ağlayaraq buyurdu: «Allahım! Sən şahidsən ki, mən onlara Sənin bəndələrinə zülm etməmələrini əmr etmişəm». Sonra bir dəri parçası götürüb məá¾½murunu məá¾½murluq vəzifəsindən azad etdiyini yazıb məktubu Sudəyə verdi ki, aparıb həmin məá¾½mura çatdırsın.

Daha sonra Ó˜li (ə) belə buyurdu: «Allaha and olsun, əgər əlimdə olan bu vəzifədən məzlum insanların qurtuluşu üçün istifadə edə bilməsəm, əgər zülmün qarşısını ala bilməyib haqqı bərpa etməyi bacarmasam, bu vəzifə mənim üçün köhnə ayaqqabıdan da dəyərsiz olacaq. Rəhbərlik və xəlifəlik mənim üçün hədəf deyildir. Bu məqam ona görədir ki, ondan məhrum və məzlum xalqların xeyrinə istifadə edəm.»

2. Ayrı-seçkiliyin aradan qaldırılması

Xalq həzrət Ó˜li əleyhissalama beyá¾½ət edikdə o həzrət minbərə çıxıb buyurmuşdu:

«Allaha and olsun, o zamana qədər ki, Mədinədə tək bir xurma ağacım var, özümə beytül-maldan bir şey götürməyəcəyəm».

Qardaşı Ó˜qil ayağa qalxıb dedi: «Məni Mədinədə yaşayan zənci ilə bir tutursan?» Ó˜li (ə) belə buyurdu: «Otur qardaşım, sənin o zənci ilə müqayisədə iman və təqvandan başqa heç bir üstünlüyün yoxdur». Daha sonra Ó˜li (ə) eá¾½lan etdi ki, hökumətində ayrı-seçkiliyə yol verməyəcəkdir.

Yenə bir yay axşamı qardaşı Ó˜qil, qardaşını evinə şama qonaq çağırmışdı. O güman edirdi ki, bununla da maaşının çoxaldılmasını həzrət Ó˜li əleyhissalama qəbul etdirə biləcəkdir. Ó˜li əleyhissalam belə buyurdu: «Hazrıladığın bu şamın pulunu haradan qazanmısan?»

Ó˜qil cavabında belə dedi: «Mən və arvadım öz şəxsi xərclərimizi azaldıb qalan pulu yığıb sənən yaxşı yemək hazırlamaq istədik».

Həzrət Ó˜li əleyhissalam belə buyurdu: «Sabahdan sənin aylıq maaşını sənə kifayət edəcək qədər verəcəyəm (yəá¾½ni azaldacağam). Çünki eá¾½tiraf etdiyinə görə bir az qənaət edəndə daha az xərcləyirsən».

Ó˜qil qardaşının sözlərindən hirslənib çığır-bağır salmağa başladıqda həzrət Ó˜li əleyhissalam yanındakı dəmiri odda qızdırıb qardaşının əlinə basdı. Ó˜qil qırşqırıb «vay yandım» - dedi. həzrət Ó˜li əleyhissalam bu zaman belə buyurdu: «Qəribədir, sən mənim yandırdığım oddan qorxub qışqırdığın halda necə olur ki, öz rahatlığın üçün Allahın mənə hazırladığı əzab odunda yanmağıma razı olursan. Bu var-dövlət xalqındır və mən də onların eá¾½tibar etdikləri adamam».

Yenə də şahid oluruq ki, onun yanında çalışan məá¾½murlardan bəá¾½zisi həzrətin bu mövqeyinə eá¾½tiraz edib belə deyirlər: Ó˜gər üsyan edənlərə və qoşun başçılarına bir az artıq qiymət versəydin, yenicə qurulmuş bir islam sistemini daha yaxşı idarə etmək qüdrət və ədalətlə hökumətə rəhbərlik edə bilərdin.

Imam (ə) isə onların cavabında buyururdu: «Çox qəribədir, siz məndən islam naminə qurulmuş hökumətin təməlini zülm və ədalətsizlik üstündə qurmağımı tələb edirsiniz? Allaha and olsun ki, əsla bu işi görmərəm! Hətta bütün müsəlmanların dövləti mənim olsa belə yenə də belə bir işə girişmərəm. Halbu ki, bu mallar xalqındır və mən onların eá¾½tibar etdiyi bir nəfərəm».

ardi var!
_________________
De ki: Sizlerden butun bu risaletimin muqabilinde Ehli-beytime mehebbetden bashqa bir shey istemirem. (Shura-23)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: B.e. Dek. 06, 2004 3:13 pm    İsmarış mətni: Sitatla cavab ver

-b-
Hörmətli istifadəçilər, yazılarınızda istifadə etdiyiniz mənbələri göstərin, zəhmət olmazsa.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Shahmar
idarəçi


Daxil ol: B.e. Fev. 02, 2004 03:18
İsmarışlar: 169

İsmarışGöndərilib: C. Dek. 10, 2004 5:13 pm    İsmarış mətni: Sitatla cavab ver

Osman bin Affan (A.O.R.O)


Cənnətlə müjdələnmiş 10 nəfərdən biridir.
Osman bin Affan bin Əbil-As bin Umeyyəl Quraşi, cənnətlə müjdələnmiş 10 nəfərdən biri, Ömər bin əl-Xattabın (A.O.R.O) şuraya (məşvərət) yığdığı 6 nəfərdin biri, Əbu Bəkrin (A.O.R.O) dəvətiylə islamı qəbul etmiş 5 nəfərdən biridir. Peyğəmbərimiz (S.A.S) ondan razı qalaraq vəfat etmişdir. Iki qibləyə də namaz qılanlardan və hicrət edənlərdəndir və vəfat edərkən islamda ən birinci fitnə yaranmışdı.

Islama gəlməsi:
Osman bin Affan (A.O.R.O) cahiliyyətdə zəngin və şərəfli insanlardan idi, Islama yeni gələnlərdən sayılır və öz həyat yoldaşı ilə ilk dəfə Həbəşə hicrət edən o olmuşdur, hansıki onun həyat yoldaşı Peyğəmbərimiz (S.A.S) qızı Ruqiyyə (A.O.R.O) idi. Rəsulullah onun haqqında belə demişdir: ((Lutdan sonra, öz ailəsi ilə Allaha hicrət edən ilk adam o olmuşdu))
O, məscidi təmir edib gözəlləşdirən və zinətləndirən ilk şəxsdir, bir rükətdə Qurani Kərimi xətm eləyən də məhz ilk dəfə o olmuşdu.
Osman bin Affan (A.O.R.O) deyirki: ((Allahu Təala Məhəmmədi haqq ilə göndərmişdi və mən Allahın və Onun dəvətini qəbul etdim, Məhəmməd ilə göndərilənə inandım, sonra iki dəfə hicrət etdim və Məhəmməd (S.A.S) qohumu (kürəkəni) oldum, onun başçı olmağına razılıq verdim, Allaha and olsunki, onun nə dediyinə asi olmuşam nə də onu heç bir zaman aldatmışam.))
Osman bin Affan (A.O.R.O) islamı qəbul edərkən, əmisi əl-Hökm bin Əbil-As bin Umeyyə ona israrla belə demişdi: “Atalarının millətindən (dinindən) üz döndərib yeni bir dinəmi üz tutursan?” Osman isə demişdir: “Allaha and olsun bunu (islamı) buraxmaram və ondan ayrı qalmaram” Əmisi onun bu qədər inadkar və möhkəm olduğunu görüb ondan əl çəkmişdi.

Ləqəbi:
Osman bin Affan (A.O.R.O), iki nurun sahibi (zinnureyn) ləqəbi almışdı, Peyğəmbərimiz (S.A.S) iki qızı Ruqeyyə və Umm Külsüm (A.O.R.O) ilə evləndiyinə görə. Birinci olaraq Peyğəmbərimiz (S.A.S) ona, qızı Ruqiyyəni (A.O.R.O) vermişdi. Ruqiyyə vəfat etdikdən sonra, onun bacısı Umm Külsümü (A.O.R.O) ona vermişdi. O da vəfat etdikdə, Peygəmbərimiz (S.A.S) çox kədərlənmişdi və Osmana (A.O.R.O) belə demişdi: ((Nəfsim əlində olana (Allaha) and olsunki, üçüncüsü olsaydı, onu da səninlə evləndirərdim.))

Malı ilə cihadı:
Islama və onun tərəfdarlarına hər zaman kömək etmək üçün Osman bin Affan (A.O.R.O) canı və malı ilə cihad edərdi. Roma quyusunu 20000-ə almiş və onu sədəqə etmişdi. Eləcə də Peyğəmbərimiz (S.A.S) məscidini genişləndirmək üçün 25000 ödəmişdir.
Möminlərin Anası Aişə (A.O.R.O) deyirki; “Bir gün Peyğəmbər (S.A.S) evə gəlir və məndə ət olduğunu görüb soruşur: ((Bunu kim göndərib?)) Dedim: Osman. Gördümki Rəsulullah (S.A.S) əlini qaldırıb Osmana dua edir.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Shahmar
idarəçi


Daxil ol: B.e. Fev. 02, 2004 03:18
İsmarışlar: 169

İsmarışGöndərilib: C. Dek. 10, 2004 5:20 pm    İsmarış mətni: Sitatla cavab ver

Əli Bin Əbi Talib (A.O.R.O)



“ Kim Əlini sevərsə məni sevər, kim məni sevərsə Allahı sevər, kim Əlini qəzəbləndirərsə məni qəzəbləndirər, kim məni qəzəbləndirərsə Allahı qəzəbləndirər” – Hədisi Şərif.

O, Peyğəmbərimiz (S.A.S) əmisi oğludur, Peyğəmbərlikdən 10 il əvvəl anadan olmuşdur və həmişə də Peyğəmbər (S.A.S)-in evində yaşamışdır. Islamı qəbul edən uşaqlardan ən birincisidir. Cənnətlə müjdələnən 10 səhabədən biridir. Həyat yoldaşı Peyğəmbərimiz (S.A.S) qızı Fatimə Əz-Zəhradır və o Həsən və Hüseynin anasıdır.

Peyğəmbərimiz (S.A.S)-in öhdəliyində:
Əli Bin Əbi Talib-in (A.O.R.O) o zaman 10 yaşı olardı, Qureyşin agır vaxtları idi. Əbu Talibin böyük ailəsi vardı. Peyğəmbərimiz (S.A.S) əmisi Abbasa dediki: Ey Abbas, qardaşın Əbu Talibin ailəsində adam çoxdur, camaatın da başına görürsən nə gəlib. Onun yanına gedək, ailəsində olanlardan bir az azaldaq, uşaqlardan birini mən götürüm, birini də sən gətir, bir az onun üçün yüngüllük olsun.” Abbas “Bəli” – dedi.
Ikisi də Abu Talibin yanına gedirlər və ona deyirlərki: (Sənin yükünü yüngülləşdirmək üçün ailəndəki uşaqlardan götürmək istəyirik, ta ki camaatın başına gələn bu bəla qurtarsın).
Peyğəmbər (S.A.S) Əli Bin Əbi Talibi (A.O.R.O) götürür, Abbas isə Cəfəri götürür.
Məhəmməd (S.A.S)-ə peyğəmbərlik verilincəyə qədər Əli Bin Əbi Talib (A.O.R.O) onunla bir yerdə qaldı və Islamı da həmən qəbul etdi, Ona iman gətirdi və tabe oldu. Beləki, namazı vaxti gələrkən Peyğəmbərimiz (S.A.S) Məkkənin uzaqlıqlarına çəkilərdi, Əli də, atasından və qövmündən gizlənərək onunla gedərdi, bir yerdə namaz qılardılar və axşam olan kimi də qayıdardılar.

Peyğəmbərimiz (S.A.S) yanında məkanı:
Peyğəmbərimiz (S.A.S) öz səhabələrini bir-birinə qardaş edirdi və Əliyə də “Sən mənim qardaşımsan” – demişdi.
Bütün savaşlarda iştirak etmişdi, yalnız Təbuk döyüşündə olmamışdı. Bunu da Peyğəmbərimiz (S.A.S) özü ondan xahiş edib və ailəsi ilə qoymuşdu.
Şücaət və fərasətdə hamıya gözəl bir nümunə idi, heç kimdən qormazdı və mübarizə edərdi. Dünyada isə zahid idi, daim Axirət həyatını istərdi.
Peyğəmbərimiz (S.A.S) Ona, həyat yoldaşı Fatiməyə (A.O.R.O), Həsən və Hüseynə dua etmişdir, belə demişdir: “Allahım, onlar mənim əhli-beytimdir (ailəmdir), onlardan pisliyi uzaq elə və onları təmizlə (pak və tahir et).” Bu münasibətlə ayə də nazil olmuşdur.
Peyğəmbərimiz (S.A.S) bir dəfə də belə demişdir: “3 nəfər üçün Cənnət darıxıb, Əli, Ammar və Bilal üçün”

Hicrət gecəsi:
Hicrət gecəsi müşriklər bir yerə yığılıb qərar verdilər ki, Peyğəmbəri (S.A.S) yatağında öldürsünlər. Cəbrayıl əleyhissəlam Rəsulullahın yanına gəlir və deyirki: (Bu gecə, həmişə yatdığın yatağında yatma). Qaranlıq düşərkən müşriklər (S.A.S)-in qapısı önündə yığışdılar və Onun (S.A.S) yatmasını gözlədilər. Peyğəmbər (S.A.S) onları görəndə Əliyə dediki: ((Mənim yatağımda yat, sənə zərər dəyməz))
Həmin gecə Əli Bin Əbi Talib (A.O.R.O) Peyğəmbərimizin yatağında yatdı və Peyğəmbər (S.A.S) həmin gecə Məkkədəki evindən çıxa bildi. Səhərisi gün isə müşriklər Əlini Peyğəmbərimizin yerində görəndə məəttəl qaldılar. Əli Bin Əbi Talib (A.O.R.O) o hadisədən sonra 3 gün Məkkədə qaldı, Peyğəmbərimiz (S.A.S)-in əmanətlərini geri verdi və Onun ardınca Əli də getdi.

Xeybər günü:
Xeybər savaşı zamanı, Peyğəmbər (S.A.S) demişdiki: ((Sabah başçılığı elə bir kişiyə verəcəmki, O, Allahı və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevir, Allahu Təala onun yolunu açacaq yaxud da onun əli ilə fəth olacaq)). Xeybər günü isə başçılıq verilən Əli Bin Əbi Talib (A.O.R.O) oldu və onun əli ilə fəth oldu.


Xilafəti:
Osman (A.O.R.O), hicrətin 35-ci ilində şəhid olduqdan sonra, bütün səhabələrin, mühacirlərin və ənsarların seçimi və razılığı ilə Əli Bin Əbi Talib (A.O.R.O) 4-cü Raşidi Xəlifəsi oldu. Müsəlmanların sözlərini bir etməyə, fitnənin odunu söndürməyə çalışırdı. Eləcə də şikayət olunan valiləri və başçıları vəzifələrindən azad edirdi.


Dəvə hadisəsi:
Xəlifə Əli Bin Əbi Talib (A.O.R.O) başda olmaqla, müsəlmanlardan ibarət ordu ilə Məkkəyə tərəf getdiki, Möminlərin anası Aişəni (A.O.R.O) geri gətirsin. Lakin Əli onlara çata bilmədi və Bəsrənin yaxınlığındakı (Zi qar) məntəqəsində dayandılar. Tərəflər arasında danışıqlar oldu amma bir razılıq olmadı. Buna görə də onlar arasında savaş oldu və hicrətin 36-cı ilində, Cəmadül-Əxir ayında Dəvə savaşı kimi adlandı. Burda dəvə adı isə Aişənin (A.O.R.O) oturduğu dəvə nəzərdə tutulurdu. Xəlifə (A.O.R.O) bu savaşı qazandı və O, Aişənin (A.O.R.O) gözəl qarşıladı, geriyə Mədinəyə apardı. Əli Bin Əbi Talib (A.O.R.O), Möminlərin anası Aişənin (A.O.R.O) yerini rahatladıqdan sonra, hər şeyi hazır etdikdən sonra, yenidən Kufaya (Iraq) qayıtdı və orada qaldı. Kufa isə Islam aləminin paytaxtı oldu.


Müaviyə ilə mübarizəsi:
Əli Bin Əbi Talib (A.O.R.O) xəlifə olduqdan sonra, Müaviyə bin Əbi Süfyanı Şam hakimiyyətindən çıxartmağı qərara aldı. Müaviyə isə buna etiraz etdi, hətta Əlinin xəlifəliyini belə qəbul etmədi. Xəlifə Şama adam da göndərdiki, ordakı müsəlmanlar (biyət) xəlifəliyə razılıq versinlər, onlar isə inkar etdilər və razı olmadılar. Əli Bin Əbi Talib (A.O.R.O) ordusunu hazırlayıb oraya getməyi qərara aldı və onlara itaət etməyi əmr etməyi fikirləşdi ki, onlar müsəlman camaatının vəhdətindən xaric olmasınlar. Beləcə iki tərəfin əsgərləri, Firat çayının qərb sahilində üz-üzə gəldilər, hicrinin 37-ci ilində, Səfər ayınin 1-i savaş oldu.
Savaşın üstünlüyu Əli Bin Əbi Talibin (A.O.R.O) olduğunu görən Müaviyə, əsgərlərinə əmr etdiki, nizələrinin Qurani Kərimi havaya qaldırsınlar. Bunu görən xəlifə, bunun bir hiylə olduğunu anladı və öz əsgərlərinin davam etməsini əmr etdi. Amma bu zaman, bir qrup müsəlman savaşın davam etməsini tövsiyə etsələr də, başqa bir qrup savaşı dayandırmağı tövsiyə etdi və ortalığa gəlib razılıq etməyi fikirləşdilər. Beləcə Ramazan ayında görüş oldu. Şam əhlini və Müaviyəni təmsil edən Ömər bin Əl-Aas oldu, Iraq əhlini və Əli Bin Əbi Talibi (A.O.R.O) təmsil edən isə Əbu Musa Əl-Əşəri oldu. Bu danışıqlarda, mövzunu dərindən analiz edib yenidən Ramazan ayı qurtarmamış görüşməyi qərarlaşdırdılar. Tərəflə öz yerlərinə, Dəməşqə və Kufaya geri döndülər. Razılaşdıqları vaxt yenə iki tərəf bir yerə gəldi və hökm Müaviyənin xeyrinə oldu.
Xəvaric (Xaric olanlar):
Əli Bin Əbi Talibin (A.O.R.O) ordusundan bir qrup onun hökmünü rədd etdilər və ayrılıb itaət etməmək istədilər. O zaman, onlar təxminən 12000 nəfər idi. Xəlifə isə onlarla döyüşdü və Nəhrəvan döyüşündə, hicrətin 38-ci ilində onları yendi. Onların çoxunu yox etdi, amma yenə də onlardan bəziləri qaça bildilər və gizləndilər. Elə o vaxtdan, Islam dövlətindəki probləmlər və fitnələrin əksəriyyətin onlar törədirdilər.


Şəhidliyi:
Əli Bin Əbi Talib (A.O.R.O) xəvarcilərin şərrindən heç vaxt qurtula bilmədi. Xəvariclər Əlini, Ömər bin ƏL-Əsı və Müaviyəni eyni vaxtda, bir gecədə öldürməyi qərar verdilər. Onlar elə düşünürdülərki, belə bir hərəkət, müsəlmanları bir edəcək, vəhdət yaradacaq və hamının razı olduğu bir xəlifə seçiləcək. Onlar öz aralarından 3 nəfər seçdilər və bu işi onlara həvalə etdilər. Əbdürrəhman bin Məlcəm öz işini görə bildi, beləki Əli Bin Əbi Talib (A.O.R.O) sabah namazına gedərkən, Onu qılıncla öldürdü. Bu hadisə hicrətin 40-cı ili, Ramazan ayının 18-i, cümə günü baş verdi.
Müsəlmanlar, Əbdürrəhmanı öldürmək üçün hücum edərkən, Əli Bin Əbi Talib (A.O.R.O) onları dayandırdı və dediki: ((Əgər yaşasam, qan qisasını almaq və ya əfv etmək mənim borcumdur, əgər ölsəm onu arxamcaq göndərin, aləmlərin Rəbbi yanında onu hesab edəcəm, mənə görə ondan başqasını artıq öldürməyin. Allah, etida (zülm) edənləri sevməz)). Ölüm ayağında, müsəlmanlar Əli Bin Əbi Talibdən (A.O.R.O) xəlifənin kim olmasını soruşdular, O isə; (( Nə sizə əmr edirəm, nə də nəhy edirəm, özünüz öz işinizi yaxşı bilirsiniz.))
Beləcə Xüləfəir-Raşidin əhdi bitdi…
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
shef2004



Daxil ol: C. Dek. 03, 2004 20:06
İsmarışlar: 71
Şəhər/ölkə: Azer

İsmarışGöndərilib: C. Dek. 10, 2004 6:53 pm    İsmarış mətni: Sitatla cavab ver

Nəzarətçi qeydi:
Hörmətli istifadəçi, mövzudan yayındiğınız üçün, yazıniz silinmişdir. Növbəti yazınız xəbərdarlıqsız silinəcəkdir.
Diqqətinizə görə təşəkkür edirəm!
Yazınızı uyğun mövzuda yerləşdirin. Yazınız şəxsi ismarışıla özünüzə göndərilib.

Shahmar
_________________
De ki: Sizlerden butun bu risaletimin muqabilinde Ehli-beytime mehebbetden bashqa bir shey istemirem. (Shura-23)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
Shahmar
idarəçi


Daxil ol: B.e. Fev. 02, 2004 03:18
İsmarışlar: 169

İsmarışGöndərilib: Ç.a. May 24, 2005 11:47 pm    İsmarış mətni: Sitatla cavab ver

Peyğəmbərimiz (S.A.S) əmiləri:
Əl-Haris – Zubeyr – Əbu Talib – Həmzə - Əbu Ləhəb – Əl-ğeydaq – Muqavvim – Darar (Dırar) – Abbas – Qasm – Hicl (Muğira)



Peyğəmbərimiz (S.A.S) bibiləri:
Umm-Həkim (Beyda) – Barra – Atika – Safiyyə - Ərva – Umeymə



Peyğəmbərimiz (S.A.S) həyat yoldaşları:
Peyğəmbərimiz (S.A.S) bu qadınlarla sırasıyla evlənmişdir; Xədicə, sonra Sevda, sonra Aişə, sonra Həfsə, sonra Umm Sələmə, sonra Cuveyriyə, sonra Zeynəb bint Cəhş, sonra Zeynəb bint Xəzimə, sonra Umm Həbibə, sonra Safiyyə, sonra Meymunə. Xədicə və Zeynəb bin Xuzeymə, Peyğəmbərimiz (S.A.S)-in həyatda olduğu müddətdə vəfat etmişlər.


Peyğəmbərimiz (S.A.S)-in uşaqları:
Qasim, Abdulla, Tahir, Ibrahim, Fatimə, Zeynəb, Ruqiyyə, Umm Gülsüm



Peyğəmbərimiz (S.A.S)-in müəzzinləri:
Bilal - Sə'd – Ibn Umm Məktum – Abu Məhzura



Peyğəmbərimiz (S.A.S)-in yazıçıları (onun üçün yazanlar):
Əbu Bəkr – Ömər – Osman – Əli – Zeyd – Ubeyy – Muaviyə - Hənzalə - Xalib bin Sə'd – Əl-Alə bin Əl-Hadrami. Həmişə yazıya davam edən isə Zeyd və Muaviyə idilər.



Peyğəmbərimiz (S.A.S)-in həyatda olan müddətdə, Qur'ani Kərimi əzbər bilənlər:
Osman bin Affan – Ubeyy – Muaz bin Cəbəl – Əbu Dərda – Zeyd bin Sabit – Əbu Zeyd Əl-Ənsari – bir başqa rəvayətlərdə də Təmim Əd-Dari, Ubədə bin Samit və Əbu Əyyub.




P.S. Ibn Əl-Cövzinin (Əl-mudhiş) kitabından götürülüb.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Shahmar
idarəçi


Daxil ol: B.e. Fev. 02, 2004 03:18
İsmarışlar: 169

İsmarışGöndərilib: Çər. May 25, 2005 12:03 am    İsmarış mətni: Sitatla cavab ver

Səhabələrdən ən son ölənlər:

Uqbə əhlindən ən son ölən Cabir bin Abdulla bin Amru.

Bədrdə iştirak edənlərdən; Əbul Yusr

Muhacirlərdən; Sə'd bin Əbi Vaqqas. O, həmçinin Cənnətlə müjdələnənlərdən ən son
vəfat edəndir

Məkkədə ən son vəfat edən səhabə; Ibn Ömər.

Mədinədə isə; Səhl bin Sə'd bin Muaz

Kufada; Abdulla ibn Əbi Əvfi

Basrada; Ənəs bin Malik

Misirdə; Abdulla bin Haris

Şamda; Abdulla bin Yusr

Xorasanda; Bəridə

Peyğəmbərimiz (S.A.S) son dəfə baxan (Onun vəfatından sonra), Əbu Tufeyl Amir bin Vasilə-dir.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
kapitan



Daxil ol: C. İyun 18, 2004 15:44
İsmarışlar: 201

İsmarışGöndərilib: B.e. Okt. 03, 2005 3:18 pm    İsmarış mətni: Sitatla cavab ver

Muhəmməd (əleyhissəlam) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. (Qiyamət günü onlar üzlərindəki möminlik nuru alınlarındakı möhür yeri ilə tanınırlar). Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur![48:29]

Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab əhli də (sizin kimi) iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. [3:110]

(İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)![9:100]

And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı oldu. (Allah) onların ürəklərində olanı (sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi, onlara (öz dərgahından) arxayınlıq (rahatlıq, səbir, səbat, mənəvi qüvvə) göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir qələbə (Xeybərin fəthi) ilə mükafatlandırdı.[48:18]

Onlara: ”Başqaları (mühacir və ənsar) iman gətirdikləri kimi siz də iman gətirin!” –deyildiyi zaman (öz aralarında): “Biz də səfehlər (ağılsızlar) kimi iman gətirək?” -deyə cavab verirlər. (Ey möminlər!) Agah olun ki, səfeh onların özləridir, lakin (bunu) bilmirlər.
Onlar möminlərlə qarşılaşdıqları zaman: “Biz də (sizin kimi) iman gətirdik”,-deyirlər. Halbuki öz şeytanları ilə (onları aldadan dostları ilə) təkbətək qalanda: “Biz də sizinləyik, biz ancaq (möminlərə) istehza edirik”,-deyirlər. [2:13-14]

İman gətirib (Məkkədən Mədinəyə) köçənlər, Allah yolunda cihad edənlər (mühacirlər) və (Peyğəmbərlə mühacirlərə) sığınacaq verib kömək edənlər (ənsar) – məhz onlar həqiqi möminlərdir. Onları (axirətdə) bağışlanma və tükənməz (gözəl, minnətsiz) ruzi gözləyir![8:74]
Allah (müsəlmanlardan) bir qismini ürəyi (şəkk-şübhəyə düşüb Peyğəmbərdən və cihaddan) dömək üzrə ikən Peyğəmbərə, çətin saatda onun arxasında gedən mühacirlərə və ənsara tövbə nəsib etdi. Sonra da onların tövbələrini qəbul buyurdu (onları bağışladı). Çünki O, həqiqətən, onlara qarşı çox şəfqətli, çox rəhimlidir[9:117]

Zülmə məruz qaldıqdan sonra Allah uğrunda hicrət edənləri dünyada gözəl bir yerdə sakin edəcəyik. Axirət mükafatı (Cənnət) isə daha böyükdür. Kaş (kafirlər və hicrətdən geri qalanlar bunu) biləydilər!
(O mühacirlər hər cürə əziyyətə) dözənlər və yalnız Rəbbinə təvəkkül edənlərdir![16:41-42]

Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və (Muhəmməd əleyhissəlama qəlbən) iman gətirirmiş kimsələr (ənsar) öz yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qəzəb) duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır!
Onlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!”[59:9-10]
_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
şehadet



Daxil ol: B.e. Noy. 27, 2006 04:00
İsmarışlar: 11
Şəhər/ölkə: TÜRKİYE

İsmarışGöndərilib: Ç.a. Dek. 05, 2006 3:40 am    İsmarış mətni: Sitatla cavab ver

Azerce bilmediğim için Türkçe aktardım üzgünüm:(:(

SAİD B. ZEYD

Hələ yaşarkən Cənnətlə müjdələnən 10 səhabədən biri. Atası Zyed b. Amr olub, nəsil ağaıcı Peyğəmbərimizlə (səllallahu aleyhi və səlləm) birləşir. Künyəsi (təxəllüsü) Əbu-A`vərdir. Əbu Tür deyə də çağırılardı (İbnul Əsir, Üsdül-Ğabə, İİ, 387). Anası Fatma bint Ba`cədir. Zeyd Məkkə müşriklərinin dinlərini, yəni cansı bütlərə ibadət etməyi məntiqi qəbul etmədiyi üçün, haqqı axtarmaq üçün indiki Suriya ərazisinə səyahət etmiş, yəhudi və xristiyan alimləri ilə söhbətləri olmuşdur. Lakin onların verdiyi məlumat Zeydin (Allah ondan razı olsun) suallarına cavab olmamışdır. Bunu görən bir xristiyan keşişi ona şirk və xurafatlardan uzaq olan İbrahim peyğəmbərin (ə.s.) dinini, hənif olmağı tövsiyyə etmişdir. Zyed hənif olmağın nə demək olduğunu öyrənəndən sonra axtardığını tapdığını bilmiş və Məkkəyə qayıtmışdı. O Allaha üzü Məkkəyə dönülmüş şəkildə ibadət edər, bütün Məkkədən İbrahimin (ə.s.) dinindən yeganə şəxs olduğunu iftixarla söyləyər, bütlərə sitayiş edənləri bu əməllərindən çəkindirməyə çalışardı. Zyed İsmayıl Peyğəmbərin (ə.s.) nəslindən bir peyğəmbər gələcəyini öyrənmişdi. Dostu Amr b. Rabiaya əgər özü bu p
(İbn Sad, Təbaqatül Kübra, eyğəmbərə qovuşmadan ölərsə, özündən ona salam göndərməyi tapşırmşdı.( Beyrut (t.y), III, 379). Zeyd həqiqətən də Məhəmmədin (səllallahu aleyhi və səlləm) peyğəmbərliklə nemətləndirilməsindən əvvəl vəfat etdi.


Said, babası Zeyd'in kendisine telkin ettiği hanif dininin bilincinde olarak yetişmişti. Rasûlüllah (s.a.s), İslâm dinini tebliğe başladığı zaman, onun çağırdığı dinin babasının söylediği prensiplerle aynı olduğunu gördü ve ona tabi olmakta gecikmedi. Rivayetlere göre o, Rasûlüllah (s.a.s)'in az sayıdaki ashabıyla Erkam'ın evinde gizlice toplanmaya başlamasından önce iman etmiştir. Doğum tarihi kaynaklarda zikredilmemektedir. Ancak, onun Hicri 50 veya 51 yılında öldüğü zaman yetmiş yaşını aşmış olduğu (İbnül-Esir, Üsdül-Ğâbe, II, 389) gözönünde bulundurulursa Hicretten yirmi beş yıl önce doğmuş olabileceği söylenebilir. Said (r.a); Hz. Ömer'in kızkardeşi Fatıma ile evli idi. Hz. Ömer (r.a) da Said'in kızkardeşi Atîke ile evli bulunmaktaydı (İbnül-Esir, a.g.e., II, 387). Hz. Ömer, onların yeni dine girdiklerini öğrendiği zaman son derece kızmış ve yaptıklarının hesabını sormak için hemen evlerine gitmişti. Ancak olay Ömer (r.a)'ın iman etmesi sonucunu doğuracak bir şekilde gelişmişti (bk. Ömer ibn et-Hattab mad.).

Medine'ye hicret edildiği zaman Said, Rıfaa b. Abdul-Munzır (r.a)'ın evinde misafir olmuştur. Muâhât olayında bir rivayete göre Ebu Lübabe başka bir rivayete göre de Rafi' b. Malik ile kardeş ilan edilmişti (İbn Sad, III, 382). İbnül-Esîr ise, Ubey b. Ka'b ile kardeş ilan edildiğini kaydetmektedir (Üsdül-Ğabe, II, 387).

Saîd b. Zeyd, Bedir savaşı hariç, Uhud, Hendek ve Rasûlullah (s.a.s)'in diğer bütün savaşlarına katılmıştır.

Rasûlüllah (s.a.s), Said ile Talha b. Ubeydullah (r.a)'ı, Suriye taraflarına giden Kureyş kervanının dönüşü hakkında bilgi toplamak ve bu bilgileri hızlı bir şekilde Medine'ye ulaştırmakla görevlendirdi. Böylece, Ebu Süfyan'ın başkanlığındaki bu kervan Suriye dönüşünde yakalanabilecekti. Said, Talha ile birlikte el-Havra denilen yere kadar gitmiş ve kervanın dönüşünü beklemeye başlamıştı. Ancak onların bu kervanın dönüşü hakkındaki haberi Medine'ye ulaştırmadan önce Rasûlüllah (s.a.s) başka kaynaklardan gerekli bilgileri almış ve Medine'den Ensar ve Muhacirlerden oluşan ordusuyla yola çıkmıştı. Onlar Medine'ye Bedir savaşının vuku bulduğu gün ulaşabildiler. Rasûlüllah (s.a.s)'in, kervanın yolunu kesmek için Medine'den ayrılmış olduğunu gören Said ve Talha derhal ona katılmak için Bedir'e doğru yola çıktılar. Onlar Turban denilen yere geldikleri zaman Bedir'den dönmekte olan Rasûlüllah (s.a.s)'le karşılaştılar. Bedir savaşına fiilen iştirak edememiş olmalarına rağmen Rasûlüllah (s.a.s) onları savaşa katılmış sayarak ganimetten diğer mücahitler gibi pay vermişti (İbn Sa'd, III, 382-383). Said (r.a), Hz. Ömer zamanında Suriye bölgesinde sürdürülen askerî harekâtlara katılmış; Dımaşk muhasarası ve Yermuk savaşında bulunmuştur (İbnül-Esir, a.g.e., II, 388; İbnül-İmad el-Hanbelî, Şezerâtu'z-Zeheb, Beyrut (t.y), I, 57).

Said (r.a), ömrünün son günlerini, Medine'nin dışında bulunan Akik vadisindeki çiftliğinde geçirdi ve burada yetmiş yaşını geçmiş olduğu halde Hicrî 50 veya 51 yılında vefat etti. Abdullah İbn Ömer onun öldüğünü öğrendiği zaman doğruca Akik vadisindeki evine gitti ve cenazesiyle ilgilendi. Said (r.a)'ın cenazesi Medine'ye taşındı ve Sa'd b. Ebi Vakkas tarafından yıkandı. Medine'de defnedilen Said (r.a)'ın cenaze namazını İbn Ömer kıldırdı ve onu mezara Sa'd b. Ebi Vakkas ile birlikte indirdi (İbn Sa'd, III, 384; İbnül-Esir, II, 389). Onun Medine'de vefat etmiş olduğu kesin olarak bilinmekle beraber, Küfeliler, Muaviye döneminde Kufe'de vefat ettiğini ve cenazesinin Küfe valisi olan Muğîre b. Şu'be tarafından kıldırıldığını iddia etmişlerdir (İbn Sa'd, III, 381).

Said (r.a), Hz. Osman (r.a)'ın şehid edilmesiyle başlayan fitne olaylarına şahid olmuştur. O, ümmetin içine sürüklendiği fitne belasından ve kendini bilmez bazı kimselerin ileri gelen ashabdan bazılarına dil uzatmalarımdan aşırı derecede ızdırap duymuştur. Said (r.a), bir gün Küfe camiine gitmiş, orada Muaviye'nin Küfe valisi Muğîre b. Şu'be'yi, etrafında Kûfelilerden bir takım insanlarla otururken görmüştü. Muğîre ona saygı göstererek yanına oturtmuştu. O esnada bir adam birilerini kastederek kötü sözler sarfetti. Said, Muğîre'ye; "Bu adam kime küfrediyor" diye sorduğu zaman; "Ali b. Ebi Talib'e" cevabını alınca son derece üzüldü ve Muğîre'ye; "Muğîre, Muğîre! Rasûlüllah (s.a.s)'in Ashabı senin önünde sövülüyor ve sen buna susuyor ve bir harekette bulunmuyorsun öyle mi? Ben Rasûlüllah (s.a.s)'i; "Ebu Bekir Cennettedir, Ömer Cennettedir, Ali Cennettedir, Osman Cennettedir, Talha Cennettedir, Zübeyr Cennettedir, Abdurrahman b. Avf Cennettedir. Sa'd b. Ebi Vakkas Cennettedir" derken duydum dedi ve şunu ekledi; "Bunların dokuzuncusunu da gerekirse sayarım". Ertesi gün Küfeliler etrafını sarmış ve dokuzuncu kimsenin kim olduğunu söylemesi için çok israr etmişlerdi. Bunun üzerine o; "Dokuzuncu benim, onuncu da Rasûlüllah (s.a.s)'dir" dedi ve sonra da etrafındaki insanlara bakarak sahabilerin İslâm'daki seçkin konumlarını; "Bir kimsenin, Rasûlüllah (s.a.s) ile bir arada bulunarak yüzünün tozlanması, sizin herhangi birinizin Hz. Nuh kadar yaşasa bile, bu müddet zarfında amellerinden daha hayırlıdır" sözüyle vurgulamıştır (Ahmed b. Hanbel, I, 187).

Onun hakkında kaynaklar şöyle bir olay zikretmektedir: "Erva adındaki bir kadın, Medine valisi Mervan b. Hakem'e giderek Said b. Zeyd'in kendi arazisine tecavüzde bulunduğunu şikayet etti. Mervan, memurlarını Akik vadisindeki çiftliğinde bulunan Said (r.a)'a göndererek şikayet konusu olayı soruşturdu. Said (r.a) gelenlere; "Ona haksızlık ettiğimi zannediyorsunuz değil mi? Rasûlüllah (s.a.s)'in şöyle dediğini duydum:

"Haksız yere her kim bir karış toprağı gasbetse, kıyamet gününde yedi kat yerin dibinde dahi olsa o toprak boynuna dolanır". Sonra şöyle ekledi: "Allahım bu kadın yalan söylüyorsa gözleri kör olmadan canını alma ve kuyusunu ona mezar yap". Rivayet edildiğine göre bu kadın, daha sonra kör oldu ve evine yürürken kuyuya düşerek öldü. Bu olaydan dolayı Medineliler birisine kızdıkları zaman ona, "Allah seni Erva gibi kör etsin" diyerek beddua etmekteydi (İbn Hacer el-Askalanî, el-İsabe fi Temyizi's-Sahabe, Bağdat (t.y), II, 46; İbnül-Esîr, Üsdül-Ğabe, II, 388; ayrıca bk. Ahmed b. Hanbel, I, 188-189).

Said (r.a)'dan bazı hadisler rivayet edilmiştir. Bunlardan birisi, Cennetle müjdelenen on kişi hakkında olanıdır. Abdullah b. Zalim el-Mazınî, Said b. Zeyd'den şöyle rivayet etmektedir:

"Muaviye Kufe'den ayrıldığı zaman, Muğîre b. Şu'be'yi vali tayin etmişti. Hatipler minberlere çıkarak Ali (r.a)'a hakaretlerde bulunuyordu. Ben Sâid b. Zeyd'in yanındaydım. O, kızdı ve kalktı. Benim de elimden tutmuştu. Ben de ona uydum, o bana; "Şu nefsine zulmeden adamı görüyor musun? Cennet ehlinden olan bir adama lânet edilmesini emrediyor. Ben şahitlik ederim ki dokuz kişi vardır ki onlar Cennettedirler. Onuncusuna da şahitlik etsem günah işlemiş olmam" dedi. Ve sormam üzerine şöyle devam etti; "Rasûlüllah (s.a.s) (sarsılan Hıra dağına); "Hira, yerinde dur! Senin üzerinde nebi, sıddık ve şehidden başkası bulunmuyor" dedi ve arkasından Cennetle müjdelediği sahabileri saydı" (Ahmed b. Hanbel, I, 189; İbnül-Esir, a.g.e., II, 389; Sa'd b. Zeyd'in rivayet ettiği diğer hadisler için bk. İbn Hanbel, I, 187).

Sa'd b. Habib, Sa'îd b. Zeyd'in de aralarında bulunduğu, Cennetle müjdelenmiş kimselerin isimlerini zikrederek şöyle demektedir: "Onlar her zaman savaşta Rasûlüllah (s.a.s)'in önünde, namazda ise arkasında durmuşlardır" (İbn Hacer, el-Askalanî, a.g.e., II, 46) demektedir[/color]

_________________
TÜRKİYE'DEN MUHABBETLER!!!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: B.e. Dek. 11, 2006 1:51 am    İsmarış mətni: Sitatla cavab ver

AsSalamu alaikum.
Allah Subhanahu va Taala razı olsun, qardaşım...Amin! Oxudum, olduqca maraqlıdır.
İnşaAllah, mən bacardığım qədər hissə-hissə çalışıb yazınızı təcümə edirəm ki, müsəlmanlara oxuyarkən çətinlik törətməsin.
AsSalamu alaikum.

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Khadijah



Daxil ol: B.e. Dek. 26, 2005 13:45
İsmarışlar: 24
Şəhər/ölkə: Washington DC

İsmarışGöndərilib: B. İyun 03, 2007 4:45 pm    İsmarış mətni: Sahabelerin heyati Sitatla cavab ver

AsSalamu aleykum wa RahmatuLLahi wa BarakatuHu menim eziz baji ve qardashlarim. Allah elminizi ve imaninizi artirsin ve sizi haqq elmi uzerine emel edenlerden etsin!!! Ameen!!!
Men Sahabeler (radiyALLAHu anhum) haqqinda oxumaq isteyirem amma sehih menbe tapmaqda chetinlik chekirem. Online menbe bilen varsa zehmet olmasa linkler yollasin ve biz de faydalanaq ALLAHin iznile.

JazakumuLlahu xayran!!!

ASSALAMU ALEYKUM WA RAHMATULLAHI WA BARAKATUHU

_________________
AstagfiruLLAHI ve atuubu ileyHI
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> İMAN Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.