Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: Ç.a. Mar. 14, 2006 7:56 pm İsmarış mətni: Tövhid.
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
TÖVHİD.
Allah Subhanahu va Taala hər bir şeydə birdir. Zatında, əməlində, İsim və Sifətlərində də. İbadət edilməyə layiq olub, bu xüsusda tək haqq sahibi olmaqda da birdir. Bu sayılanların heç birində ortağı (şəriki) yoxdur. Həmçinin yaratmaqda da, əmr etməkdə də, öldürməkdə də, diriltməkdə də, ruzi verməkdə də, xəstəlik göndərməkdə və şəfa verməkdə də ortağı (şəriki) yoxdur.
"Həqiqətən Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra Ərşə yüksələn, sürətlə təqib edən, gündüzü gecə ilə örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə tabe edərək, yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər uca və böyükdür." (Quran, Əraf, 54) "Ey insanlar! Allahın sizə olan nemətini yada salın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa heç bir ilah yoxdur. Elə isə necə döndərilirsiniz?" (Quran, Fatir, 3) Tövhid sözünün lüğəti mənası "bir şeyi bir etmək", "birləmək" deməkdir. Bu nacaq nəfy və isbatla olur.
Termin olaraq isə Tövhid "yalnızca uca və böyük olan Allaha ibadət etmək" mənasında istifadə olunur.
Yəni heç bir şeyi, nə bir rəsul, nə bir peyğəmbər, nə bir mələk, nə bir cinn, nə bir hakim, nə bir övliya, nəyir seyyid, nə bir daş, ağac, dəmir, nə də yaradılmışlardan hər hansı şeyi Ona-Allaha ortaq (şərik) qoşmayaraq, ibadət etmək deməkdir. Sevərək, təzim edərək, mükafatını umaraq, cəzasından qorxaraq yalnızca Allaha qulluq etmək, ibadətə sadəcə onu layiq görməkdir. Bu da Nuhdan (əlyehissəlam) nəbimiz Məhəmmədə (səlləlləhu əleyhi və səlləm) qədər gələn bütün peyğəmbərlərin gətirdiyi Tövhiddir. Bu Tövhid də Lə iləhə illəllah kəlməsinin mənasını ifadə edir. Bütün Peyğəmbərlərin dəvət etdiyi Tövhid də elə budur. Yəni Allahdan başqa ibadətə layiq heç bir haqq ilah yoxdur.
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: Çər. Mar. 15, 2006 10:49 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
. . .
Məkkə dövrünün müşrikləri bilirdilər ki, hər bir şeyi yoxdan var edən, ruzi verən, öldürən, dirildən, tədbir edən, uca və böyük Allahdandır.
"De ki, sizə göylərdən və yerdən ruzi verən kimdir, qulaqlara və gözlərə sahib olan kimdir, ölüdən diri, diridən də ölü çıxaran kimdir, hər işi düzüb qoşan, səhmana salan kimdir. Onlar Allahdır deyəcəklər. Bəs onda Allahdan qorxmursunuz? O, sizin həqiqi Rəbbiniz olan Allahdır. Haqdan sonra ancaq azmaq gəlir. Elə isə necə üz döndərirsiniz?" (Quran, Yunus, 31-32) "De ki, əgər bilirsinizsə, bu yer və yer üzərində olanlar kimindir? Onlar mütləq Allahındır. Sən de ki, bəs elə isə düşünmürsünüz. De ki, yeddi göyün Rəbbi və böyük əzəməli ərşin sahibi kimdir? Müşriklər "mütləq Allahındır" deyə cavab verəcəklər. Onda sən de ki, bəs elə isə qorxmursunuz? De ki, əgər bilirsinizsə, hər şeyin hökmü əlində olan, himayə edən, amma Özünün himayəyə ehtiyacı olmayan kimdir? Onlar Allahındır deyə cavab verəcəklər. Bəs elə isə nə üçün qaçırsınız?" (Quran, Mumniun, 84-89)
Gördüyünüz kimi bu şeyləri müşriklər də belə rədd etmirlər. Lakin onlar Lə iləhə illəllah kəlməsinin nə məna ifadə etdiyini başa düşüb :
"Əcəba o, ilahların hamısını bir ilahmı edir? Bu doğrudan da çox təəccüblü bir şeydir. Onların əyanları çıxıb gedərək belə dedilər:" Gedin öz ilahlarınıza (ibadətdə) möhkəm olun"" (Quran, Sad, 5-6)
Müşriklər, hətta cahillər də bu sözün həqiqi mənasını bilirdilər. Özünün müsəlman olduğunu irəli sürən, müşriklərin, cahillərin bu kəlməni ondan daha yaxşı başa düşdüklərini bildikdən sonra özünə müsəlmna deyən insana heyrət edilir. Hətta bu insan etiqad etmədən sadəcə bu sözü hərflərlə tələffüz etməklə işin bitdiyini zənn edir. Lə iləhə illəllahın mənasını müşriklərin və cahillərin ondan daha yaxşı bildiyi kimsədə xeyir yoxdur.
Kimisi də bu kəlmədə məqsəd yalnız Rububiyyət tövhidi olduöunu, yəni Allahdan başqa yaradıcı, ruzi verən olmadığına inanmaq olduğunu zənn edirlər.
Lakin bu belə deyil. Tövhid həm qəlb, həm dil, həm də əməl ilə qaçınılmazdır. Əgər bir kimsə Tövhidi bilməklə əməl etməzsə, o kimsə Firon, İblis və s. bənzəri kimi bir kafirdir. Çünki qəlbin Tövhidinin arxasından söz və əməl ilə Tövhid də gəlir. Əgər bir kimsə qəlbi ilə Tövhid edərsə, lakin Allaha söz və əməlləri ilə Tövhid etmirsə, bu kimsə haqqı kəsin olaraq, bilməklə yanaşı batil üzərində israr və inadkarlıq etmiş hesab olunur.
"Möcüzələrimizin həqiqiliyinə daxilən əmin olduqları halda, haqsız yerə və təkəbbürlük üzündən onları inkar etdilər. Bir gör fitnə-fəsad törədənlərin axırı necə oldu?" (Quran, Nəml, 14) "Musa da ona:"Sən bunların məhz göylərin və yerin Rəbbi tərəfindən açıq-aşlar möcüzə olaraq, endirildiyini, sözsüz ki, bilirsən. Mən isə, ey Firon, səni məhv olmuş zənn edirəm". (Quran, İsra, 102)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: Ş. Mar. 18, 2006 9:48 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
. . .
Onlara görə ilah istər rəsul, cin, övliya, seyid, ağac, daş, qəbir və s. olsun, şəfa, övlad diləmək, ruzi istəmək və s. məqsədlər üçün yönəldilmiş şeydir.
Bəziləri hətta instituta girmək, öz övladlarını evləndimək üçün və s. boş-boş bə faydasız şeylərlə müraciət edirlər. Baxın: Allah bizi Qurani Kərimdə daima bu kəlməyə tərəf gəlməyimizi, ona sarılmağımızı və bu ayələrdə ağıl, hikmət sahibləri üçün ibrətlər faydalar olduğunu buyurur: Bu Tövhidin təməl qaydalarındandır. Onun bənzəri heç bir şey yoxdur:
"Ona bənzər heç bir şey yoxdur" (Quran, Şüəra, 11)
O, yaratdıqlarından heç birinə bənzəməz. Yaratdıqlarından heç biri də ona nə zatında, nə felində, nə ismində, nə sifətində, nə də hüququnda bənzəməz. Heç bir şey Ona güc çatdırıb Onu aciz buraxmaz. O, dilədiyi hər şeyi etməyə qadirdir.
"Bir şey istədiyi zaman Allahın buyurduğu ona ancaq "Ol!" deməkdir. O da dərhal olar" (Quran, Yasin, 23)
Heç bir şey ona zor gələ bilməz. Heç bir şey də onu gücündən qoya bilməz.
"Göylərdə və yerdə Allahı aciz edə biləcək heç bir şey yoxdur" (Quran, Fatir, 44)
Bu Onun qüdrətinin kamilliyindəndir. Nəyi dilərsə, o olmuşdur, nəyi də diləməmişsə, o, olmamışdır. Bu da Onun Rübubiyyətinin kamilliyindəndir. Ondan başqa ilah yoxdur kəlməsi- Tövhid budur. Bütün rəsulların çağırışı da budur.
"Biz hər ümmətə Allaha ibadət edin, Tağutdan çəkinin deyə Peyğəmbər göndərmişdik. Onların bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə haqq yolundan azmalı olmuşdur. (Ey müşriklər) yer üzündə dolaşıb görün ki, (peyğəmbərləri) yalançı hesab edənlərin axırı necə oldu." (Quran, Nəhl, 36)
Allahdan başqa ibadət olunmağa layiq heç bir ilah yoxdur deməkdir. Çünki yaradan, ruzi verən, hər şeyə malik də Odur. Ondan başqa ibadət edilənlərə isə ancaq və ancaq batil bir yolla ibadət olunmuş olur. Bu belədir, cünki Allah haqqın özüdür.
"Çünki, Allah haqq, müşriklərin Ondan başqa ibadət etdikləri (bütlər, tanrılar) isə batildir. Həqiqətən Allah Uca və Böyükdür" (Quran, Həcc, 62)
Baxın, bu qədər kamil, gözəl ad və sifətlərə malik olan Allahı buraxıb, ehtiyacı olan, möhtac, aciz olan hər hansı bir şeydən kömək istəmək olarmı?
Fikirləşin...
Tövhid 3 növdür:
1. Rububiyyət4
2. Uluhiyyət;
3. İsim və Sifətlərin Tövhidi.
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: C. Apr. 07, 2006 1:19 am İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
RÜBUBİYYƏT TÖVHİDİ.
Rübubiyyə- Rəbb sözündəndir. Lüğətdə "tərbiyə edici", "yardımçı", "islah edən" və s. mənalarını ifadə edir. Şəriətdə isə hər bir şeyin Rəbbinin və mütləq Malikinin Allah olduğuna, ortağının olmadığına, tək yaradıcı o olduğuna, bütün kainatı idarə edən, qullarını yaradıb, onları ruzləndirən, həyat verən və canlarını alanın O olduğuna qəti olaraq inanmaq, Allahın qəza və qədərinə, zatında vəhdaniyyətinə, yəni bir və tək olduğuna inanmaq deməkdir:
"Həmd olsun Allaha- aləmlərin Rəbbinə" (Quran, Fatihə, 1) "Aləmlərin Rəbbi olan Allah nə qədər uca, nə qədər böyükdür" (Quran, Əraf, 54) "Hökm əlində olan Allah nə qədər uca, nə qədər uludur. O hər şeyə qadirdir!" (Quran, Mülk, 1) "Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq, onu yeddi qat göy halında düzəldib, nizama salan Odur. O hər şeyi biləndir!" (Quran, Bəqərə, 29) "Göyləri və yeri xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd olsun!" (Quran, Ənam, 1)
Tövhidin bu növünü Məkkə dövrünün müşrikləri belə qəbul edirdirlər. Onlar bilirdilər ki, hər şeyi yoxdan var edən, ruzi verən, öldürən, dirildən, tədbir edən Uca və Böyük olan Allahdır:
"(Ya Rəsulum!) De: “Sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə sahib olan (onları yaradan) kimdir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? Hər işi düzüb qoşan (səhmana salan) kimdir? Onlar: “Allahdır!†– deyəcəklər. De: “Bəs onda Allahdan qorxmursunuz?â€
O sizin həqiqi Rəbbiniz olan Allahdır. Artıq haqdan sonra zəlalətdən başqa nə qalır?! Belə isə (haqdan) necə döndərilirsiniz?†" (Quran, Yunus, 31-32) "(Ya Rəsulum! Bu müşriklərə) de: “Əgər bilirsinizsə, (bir deyin görək) bu yer və yer üzündə olanlar (bütün məxluqat) kimindir?â€
Onlar mütləq: “Allahındlr!†– deyə cavab verəcəklər. Sən də de: “Bəs elə isə (məxluqatı yaratmağa qadir olan kəsin öləndən sonra onları yenidən dirildə biləcəyini) düşünmürsünüz?â€
De: “Yeddi (qat) göyün Rəbbi, o (böyük) əzəmətli ərşin Rəbbi (sahibi) kimdir?â€
(Müşriklər) mütləq: “(Bunlar) Allahındır!†– deyə cavab verəcəklər. Onda sən də de: “Bəs elə isə (Allahın əzabından) qorxmursunuz?â€
De: “Əgər bilirsinizsə, (bir deyin görək) hər şeyin hökmü əlində olan, (istədiyini) himayə edən, amma Özünün himayəyə ehtiyacı olmayan kimdir?â€
Onlar mütləq: “(Bu qüdrət, bu vəsflər yalnız) Allahındır!†– deyə cavab verəcəklər. Sən də de: “Bəs elə isə (Şeytana aldanıb haqqa boyun qoymaqdan, Allahın ayələrinə inanmaqdan və yalnız Ona ibadət etməkdən) nə cür (aldanılıb) döndərilirsiniz? " (Quran, Muminun, 84-89) "(Ya Rəsulum!) Həqiqətən, əgər sən (müşriklərdən): “Göyləri və yeri kim yaratmışdır?†– deyə soruşsan, onlar mütləq: “Allah!†– deyə cavab verəcəklər. De: “Həmd olsun Allaha!â€" (Quran, Loğman, 25)
Gördüyünüz kimi bu şeyləri müşriklər belə rədd etmirdilər. Bunun belə olmasına səbəb qulların qəlbləri fitrətdən yeganə Rəbb olmuşu qəbul edəcək şəkildə yaradılmış olmalarıdır.
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: B. Apr. 09, 2006 10:51 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
. . .
Allah Subhanahu va Taalənin ruzi verməsi! "Mən onlardan ruzi istəmirəm, mən onlardan məni yedirtmələrini də istəmirəm! Şübhəsiz ki, ruzi verən də, yenilməz qüvvət və hikmət sahibi olan Allahdır" (Quran, Zariyat, 57-58) "De ki, göylərdən və yerdən sizə ruzi verən kimdir?(əgər onlar sənə "bilmirik" deyə cavab versələr) de ki, Allahdır.Elə isə doğru yolda olan, yaxud açıq-aşkar azan bizik, yoxsa siz?" (Quran, Səba, 24) "Sizi yaradan, sonra sizə ruzi verən, sizi öldürən və daha sonra (Qiyamət günü) dirildən məhz Allahdır. Şərikləriniz içərisində bunlardan heç olmasa birini edən varmı?" (Quran, Rum, 40) Əbu AbdurRahman Abdulla b. Məsud (radıyallahu anhu) rəvayət edir ki, doğru sözlü və doğru sözü təsdiq olunan Rəsulullah (səlləlləhu aleyhi və səlləm) buyurdur:"Sizdən hər birinizin yaradılışı onun anasının qarnında 40 gün nütfə (Nütfə-məni mənasındadır. Nütfə bəzən də saf su adlanır) şəklində olaraq, bir yerə gətirilir. Sonra bu müddət qədər alaka (laxtalanmış qan, ziyil deməkdir. [b]"O insanı laxtalanmış qandan yaratdı"(Quran, Ələq, 2))[/b] şəklində olur. Sonra yenə bu müddət qədər mudaka (çeynənilmiş ət parçasına oxşadığı üçün bu ad verilmişdi) şəklində olur. Sonra ona bir mələk göndərilir, mələk ona ruh üflədikdən sonra 4 xüsusiyyəti yazmaqla əmr olunur: Ruzisini, əcəlini, əməlini, bədbəxt və ya xoşbəxt olacağını" (Buxari, Müslim)
Allahın bizi ruziləndirməsinə ağlı dəlilə gəlincə, bizlər yemək yeyərək və içərək yaşaya bilərik. Yeyəcək və içəcək şeyləri isə Allah yaratmışdır.
"Bəs əkdiyiniz toxuma nə deyirsiniz? Əgər biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də mat-məəttəl qalıb:"Biz ziyana uğramış, bəlkə də məhrum olmuş kimsələrik"deyərsiniz. Bəs içdiyiniz suya nə deyirsiniz? Onu buluddan endirən sizsiniz, yoxsa biz? Əgər istəsəydik, onu acı bir su edərdik. Elə isə niyə şükr etmirsiniz?" (Quran, Vaqiə, 63-70)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: B.e. Apr. 10, 2006 8:46 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
. . .
Allah Subhanahu va Taalənin bizi əbəs yerə yaratmaması! "Yoxsa sizi əbəs yerə yaratdığımızı və hüzurumuza qaytarılmayacağınızı güman edirsiniz?!" (Quran, Muminun, 115) "Məgər insan elə güman edir ki, başlı-başına buraxılacaq? Məgər o tökülən bir qətrə nütfə deyilmi? Sonra laxtalanmı qan oldu və Allah onu yaradıb surət verdi. Sonra ondan biri kişi, biri qadın olmaqla iki çift yaratdı. Elə isə O- Allah ölüləri diriltməyə qadir deyilmi?" (Quran, Qiyamət, 40)
O ölüləri diriltdikdən sonra da Dirildicidir, diriltdikdən əvvəl də Dirildicidir.
Hər şey Ona möhtacdır.
Hər işin sonu Ona dönəcəkdir.
O, heç bir şeyə ehtiyacı olmayandır.
Allah heç kimsəni yaratmazdan əvvəl də Rübubiyyət sifətlərinə sahibdir.
Allah yaratdıqlarını onlar öldükdən sonra da onları yoxdan yaratdığı kimi, eləcə də dirildəcəkdir.
O, yaratdıqlarını var etmədən əvvəl də yaradıcı idi.
Üluhiyyət, İsim və Sifətlərin Tövhidindən fərqli olaraq, Adəm oğullarının fitrətdən, qəlbdən qəbul etdikləri Tövhid də elə budur.
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: C. May 12, 2006 7:28 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
ULUHİYYƏT TÖVHİDİ.
Bu da Allah Subhanahu va taaləyə ibadət ilə olur. Buna həmçinin ibadətdə Tövhid də deyilir. Uluhiyyə- ilha sözündəndir. Yalnız Allaha ibadət edilməli, boyun əyilməli, mütləq olaraq sadəcə Ona itaət olunmalıdır. Kim oursa olsun, Rəsul, mələk, cin, övliya, seyyid, daş, ağac, hansısa insan və s. Ona ibadətdə ortaq (şərik) qoşulmamalıdır. Namaz, oruc, zəkat, həcc, dua, istianə (yardım diləmək), nəzir, qurban, təvəkkül, ümid, qorxu, sevgi və s. zahiri və batini ibadətlərdən heç biri Ondan başqasına edilməməlidir. Allaha həm qorxu, həm ümid, həm də sevgi ilə ibadət olunmalıdır.
"Biz yalnız Sənə ibadət edirik v yalnız Səndən kömək diləyirik" (Quran, Fatihə, 4) "Kim Allah ilə yanaşı başqa bir tanrıya ibadət edərsə, bunun üçün isə onun heç bir əsası yoxdur" (Quran, Muminun, 117) "Rəbbin yalnız Ona ibadət etməyi buyurmuşdur" (Quran, İsra, 23) "Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın" (Quran, Nisa, 36)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: Çər. May 31, 2006 10:07 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
. . .
Bu Tövhidin gerçəkləşməsi üçün iki ünsür vardır.
1. İbadətləri qullaqrdan ər hansı birinə deyil, yalnız Allaha xas qılmalı, Allaha məxsus olan isim və sifətləri qullara məxsus etməməlidir. Mömin yalnız Allaha ibadət edər. Allahdan başqası üçün əsla namaz qılmaz, səcdə etməz, yalvarıb yaxarmaz. Allahdan başqasına and içməz, nəzir verməz və Allahdan başqasına təvəkkül etməz.
2. İbadətin Allahın əmrlərin itaətə sövq etməi, qadağalardan çəkinməsi və Nəbisinin (səlləlləhu aleyhi və səlləm) Sünnətinə uyğun olması gərəkdir. Tövhidi-Uluhiyyənin ən vacib ünsürü insanın tam mənada Kitab və Sünnətə təslim olmasıdır.
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: B. İyun 04, 2006 8:36 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
. . .
Allaha ibadət, itaət və əmrlərinə boyun əyməklə olur. Buna görə də Rəbb kimdirsə məbud da odur. Məbud isə ibadət olunmağa layiq olan kimsə deməkdir və ya ibadətə layiq olduğu üçün ona ibadət olunan deməkdir. Burada məqsəd ibadət olunan hər kəs Rəbbdir demək deyil. Allahdan başqa ibadət olunan ilahlar ilə o, ilahlara ibadət edənlərin, Allahdan başqa Rəbb etdikləri varlıqlar əslində Rəbb deyil, çünki Rəbb yaradan, hər şeyə mütləq məxsus olan və bütün işləri idarə edib, düzüb qoşandır.
"O, göylərin və yerin, onların arasında olan hər şeyin Rəbbidir! Yalnız ona ibadət et və onun ibadətinə səbrli ol! Heç ona bənzərini görürsənmi?" (Quran, Məryəm 65).
Allahdan qeyri ibadət olunanlar heç bir xeyrin gəlməsinə və ya bəlanın uzaqlaşdırılmasına belə maneəçilik törədə bilməzlər.
"De ki: Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan qeyri ibadət etdikləriniz onun zərərini aradan qaldıra bilərlərmi? Yaxud: Əgər Allah mənə bir mərhəmət əta etmək istəsə, onlar onun mərhəmətinə mane ola bilərlərmi? De ki: "Mənə təkcə Allah kifayət edər." (Quran, əz-Zumər 38). "Əgər Allah sənə bir zərər yetirsə, səni ondan Allahdan başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs onun nemətinə maneəçilik edə bilməz". (Quran, Yunus 107).
Onların ilah etdikləri bu varlıqlar Uluhiyyətdən heç bir xüsusiyyətə malik deyillər. Çünki onlar yaradılmış varlıqlardır. Özləri bir şey yaratmamışlar, onlara ibadət edənlərə zərrə qədər fayda verə və onlara gələn bəlanı aradan qaldıra bilməzlər. Həmçinin onlara həyat verməzlər, öldürməzlər.
"Müşriklər isə onu qoyub heç bir şey yarada bilməyən, əksində özləri yaradılan, özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən, diriltməyə, öldürməyə və yenidən diriltməyə gücləri çatmayan bütləri özlərinə ilah qəbul etdilər". (Quran, əl-Furqan 3).
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: B.e. İyun 05, 2006 9:11 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
. . .
Uluhiyyət Tövhidi bütün Peyğəmbərlərin çağırdığı Tövhiddir. Əvvəlki ümmətlərin məhv olmasına səbəb də elə bu Tövhidin inkarı olmuşdur. Baxın, Allah Nuh – əleyhissəlam – ın qövmi haqqında belə buyurur: Və (öz tabeçiliyində olanlara) dedilər:
«Öz tanrılarınızı tərk etməyin, (xüsusi ilə) Vəddi, Suvai, Yəğusu, Yəuqu və Nəsri atmayın». (Quran, Nuh 23).
İbn Abbas – radıyAllahu anhu – rəvayət edir ki, bunlar Nuh – əleyhissəlam- ın qövmünün əməlisaleh insanları idilər. Onlar öldükdən sonra şeytan onların yaşadığı qövmün insanlarına vəsvəsə edir ki, onların qəbirləri üstündə onların heykəllərini ucaltsınlar və onların adlarını həmən heykəllərə versinlər. Uzun müddət keçdikdən və elm yaddan çıxdıqdan sonra o, heykəllərə ibadət etməyə başladılar.
Həqiqətən də bu belədir. Bu hadisələri biz indiki günümüzdə də görə bilərik. Nə qədər əməlisaleh insanlar var ki, öldükdən sonra onların qəbirləri üstündə pirlər, məscidlər, ibadətgahlar tikilir. Uzun zaman keçdikdən sonra insanların o, qəbirlərin üstünə gəlib onlardan kömək dilədiklərini görürük. Lakin insan bir şeyi unutmamalıdır ki, sıxıntı, kədər, bəla gələndə insan o ibadət etdiklərini unudaraq, əllərini göyə açıb Allaha dua edir.
«İnsana bir sıxıntı üz verən zaman – uzananda da, oturanda da, ayaq üstə də bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü bizə heç dua etməmiş çıxıb gedər». ](Quran, Yunus 12).
Bəli, Allah bu bəlaları uzaqlaşdırdıqdan, sovuşdurduqdan sonra onlar yenə də Allahı unudub ona şərik qoşarlar.
«Müşriklər gəmiyə mindikləri zaman ancaq Allaha dua edərlər. Sağ-salamat quruya çıxdıqları zaman yenə də (Allaha) şərik qoşarlar». (Quran, əl-Ənkəbut 65).
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: B.e. İyun 12, 2006 9:05 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
. . .
Özünü müsəlman sayan hər bir kəs Allahın təkliyini qəbul edib, ondan qeyrisinə ibadət etməklə Allahın əzabından canını qurtaracağını zənn etməsin. Çünki İslam dininin başı, sonu, içi və çölü də Uluhiyyət Tövhididir. Peyğəmbərlərin ilk və son çağırışı da budur. Bunun üçün Peyğəmbərlər göndərilmiş, kitablar endirilmiş, cihad məqsədi ilə qılınclar çəkilmiş, möminlər ilə kafirlər, Cənnət ilə Cəhənnəm əhli bir-birindən ayrılmışdır. «Allahdan başqa ibadətə layiq heç bir ilah yoxdur» kəlməsinin mənası da elə budur.
«Səndən əvvəl elə bir Peyğəmbər göndərmədik ki, ona Allahdan başqa heç bir ilah yoxdur. Buna görə də yalnız mənə ibadət edin!» deyə vəhy etməyək». (Quran, əl-Ənbiya 25). «Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım». (Quran, əz-Zariyat 56).
O, dövr ilə indiki dövr, Allahdan qeyrisinə ibadət edənlər bir və tək ilaha ibadət etmirdilər. Onlar birdən çox ilaha ibadət edib, bununla Allaha yaxınlaşdıqlarını irəli sürürdülər.
O, dövr ilə indiki dövr, Allahdan qeyrisinə ibadət edənlərin sözləri də eynidir. Biz Allahı qəbul edirik, sadəcə biz bu salehlərlə Allaha yaxınlaşmağa yol axtarırıq. Allah Qurani – Kərimdə Allaha belə bir yolla yaxınlaşmağı axtaranlar barəsində buyurur:
«Allahı qoyub özlərinə dost tutanlar: «Biz onlara bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!» Deyirlər. (Quran, əz-Zumər 3). «Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: «Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!» deyirlər. De ki: «Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah özünə şərik qoşulan bütlərdən uzaqdır və ucadır». (Quran, Yunus 18).
O, halda ibadət Allaha edilərsə səhih olar. Allah Rububiyyəti qəbul edən müşriklərə bu Tövhidin fayda vermədiyini, əksinə Allah Qurani – Kərimdə onları mömin yox kafir olaraq adlandırmışdı. Əgər bir kimsə Rububiyyəti, İsim və Sifətlərin Tövhidini qəbul edib, lakin bununla bərabər qəbrə gedib o, qəbir sahibinə ibadət etsə və ya ona yaxınlaşmaq məqsədi ilə bir qurban kəssə, belə bir kimsə müşrik və kafirdir. Əbədi Cəhənnəmlikdir.
Həmçinin Rəsulullah – səllAllahu aleyhi və səlləm – də onlara qarşı qılınc qaldırmış, onların canlarını və mallarını halal qılmışdı.
De ki: «Şübhəsiz Rəbbim məni doğru yola, həqiqi dinə, batildən haqqa tapınan və müşriklərdən olmayan İbrahimin dininə yönəltdi!» De ki: «Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür». (Quran, əl-Ənam 161-162).
Möhtərəm oxucularımız! Allaha ibadət edin, ona heç bir şeyi ortaq (şərik) qoşmayın, öz əməllərinizi, işlərinizi puça çıxarmayın. Allah öz qullarına ona ibadət, itaət etməyi əmr edir. Ona itaət etdiklərinə görə, bundan ötrü onlara bol qarşılıq verəcəyini vəd etmişdi. Ona üsyan edilməsini qadağan etmiş, bundan ötrü onları cəzalandıracağını xəbər vermişdi.
«Bunlar Allahın sərhədləridir. (hökümləridir) Hər kəs Allaha və Peyğəmbərinə itaət edərsə, Allah onu ağacları altından çaylar axan Cənnətlərə əbədi olaraq daxil edər ki, bu da böyük uğur və qurtuluşdur. Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib onun sərhəd-lərini aşarsa, Allah da onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir». (Quran, ən-Nisa 13-14).
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: B. İyun 18, 2006 6:10 pm İsmarış mətni:
İSİM VƏ SİFƏTLƏRİN TÖVHİDİ
Bu ən gözəl İsim və Sifətlərin Allaha aid olduğuna kəsinliklə inanmaq deməkdir. O, bütün kamil sifətlərə malik və bütün əskik sifətlərdən münəzzəhdir.Əhli Sünnə vəl Cəmaat Rəbblərini Quran və Sünnədə gəlmiş sifətlərlə bilib və tanıyır.
«Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin». (Quran, əl-Əraf 180).
O, kainatı yaratmazdan əvvəl nə olduğunu bildiyi kimi, hal-hazırda da hər bir şeyi bilməkdədir. Yaratdıqlarından heç bir şey ondan gizli qalmaz.
«(Rəbbin) onların keçmişini də, gələcəyini də bilir. (Quran, Ta Ha 110).
Qurandan və Sünnədən bizə Allahın 99 İsim və Sifətləri məlumdur. Rəsulullah – səllAllahu aleyhi və səlləm – buyurur:
«Allahın doxsan doqquz – yüzdən biri əskik adı var. Kim onları sadalasa Cənnətə girər.
Qurani – Kərimdən buna dəlillər isə:
«Şübhə yox ki, Allah çox Uca (ALİ) və çox böyükdür (KƏBİRDİR)». (Quran, ən-Nisa 34).
«Şübhə yox ki, Allah (hər şeyi) eşidən (SƏMİ) və görəndir (BƏŞİRDİR)». (Quran, ən-Nisa 58). «Şübhə yox ki, Allah yenilməz qüvvət (AZİZ) və hikmət sahibidir (HAKİMDİR)». (Quran, ən-Nisa 56). «Şübhəsiz ki, Allah bağışlayan (ĞAFUR) və rəhmlidir (RAHİMDİR)». (Quran, ən-Nisa 23). «Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir (RAQİBDİR)». (Quran, ən-Nisa 1).
«Haqq-hesab çəkməyə (HASİB) olaraq Allah kifayət edər».
(Quran, ən-Nisa 6). «Allah (möminlərə) lütfkardır (LƏTİF) və (bəndələrinin bütün əməllərindən) xəbərdardır (XABİRDİR)». (Quran, əl-Əhzab 34). «Şübhəsiz ki, Allah hər şeyi hifz edəndir (HAFİZDİR)». (Quran, Hud 57). bhəsiz ki, Allah təriflənib şükr olunmağa (HƏMİD) və öyülüb, mədh edilməyə layiqdir (MƏCİDDİR)». (Quran, Hud 73). «Şübhəsiz ki, Allah çox yaxındır (QƏRİB) və duaları qəbul edəndir (MUCİBDİR)». (Quran, Hud 61). «Allah ehtiyacsız (ĞANİ) və həlimdir (HƏLİMDİR)». (Quran, əl-Bəqərə 263). «Məgər Rəbbinin hər şeyə (ŞAHİD) olması kifayət deyilmi.» (Quran, Fussilət 53). «Allah (öz elmi ilə) hər şeyi ehtiva edəndir (MUHİTDİR)». (Quran, Fussilət 54). "O, özündən başqa heç bir ilah olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O, RAHMƏNDİR, RƏHİMDİR. O, özündən başqa heç bir ilah olmayan MƏLİKDİR (mütləq sahibdir), QUDDUSDUR (nöqsanlıqdan münəzzəhdir), SƏLAMDİR (zat və sifətlərində, fellərində hər cür qüsur və əskiklikdən uzaqdır), MUMİNDİR (öz bəndələrini şərdən qoruyan, əmin edəndir), MUNEYMİNDİR (hamilik edən, qoruyandır), ƏZİZDİR (hər şey hökmünə məhkum olan, güclü, qüvvətlidir), CƏBBARDIR (hökmünə məcbur edəndir), MUTƏKƏBBİRDİR (təkəbbürlük haqqına tək sahib olandır). Allah müşriklərin ona qoşduğu bütlərdən uzaqdır. O Allahdır ki, XALİQDİR (hər şeyi yaradandır), BƏRİDİR (yoxdan var edəndir), MUSAVVİRDİR (yaratdıqlarına istədiyi kimi surət verəndir), O, ƏZİZDİR, HƏLİMDİR (yenilməz qüvvət və hikmət sahibidir)». (Quran, əl-Həşr 22-24).
və s. ayələri dəlil göstərmək olar.
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: Ş. İyun 24, 2006 4:51 am İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
. . .
Allahın İsim və Sifətləri ağılla başa düşülməz. Zənlər, düşüncələr, təsəvvürlər onu başa düşüb dərk edə bilməz. O, da yaratdıqlarına nə zatında, nə əməlində, nə də isim və sifətlərində bənzəməz. Kimsə deyə bilər ki, bu sifətlərə biz də məxsusuq. Amma xeyir! İnsan görmə, eşitmə sifətlərinə malikdir. Lakin onun görməsi, eşitməsi Allahın görməsi, eşitməsi kimi deyildir. Çünki insan müəyyən bir həddə qədər görüb eşidə bilər, lakin Allah – subhanəhu və təala – üçün belə bir hədd yoxdur. Hətta elə bir hallar olur ki, ana öz oğlunu bağışlamır. Lakin Allah öz qullarına qarşı o, qədər rəhmli və mərhəmətlidir ki, onların bu qədər günah etmələrini bağışlayır.
İmam əbu Hənifə – rəhmətullahi aleyhi – bu haqda deyir ki, Onun sifətləri yaratdıqlarının sifətləri kimi deyildir. Onun bilməsi bizim bilməyimiz kimi deyil. Qüdrəti var, lakin bizim qüdrətimiz kimi deyil. Görür, lakin duyması bizimkinə bənzəməz. Danışır, lakin danışması bizimki kimi deyildir.
Çünki onun misli yoxdur.
«De ki, Allah birdir. Allah möhtac deyildir. O, nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı bərabəri, bənzəri də yoxdur». (Quran, əl-İxlas 1-4).
İsim və Sifətlərin Tövhidi əqidə məsələlərində ən çətin və təhlükəli mövzulardan biridir. Hətta bir çox alimlər bu mövzuda xətalar etmişlər.
Əhli Sünnə vəl Cəmaatın bu mövzu ilə mövqeyi belədir.
1) Nə ki, Quran və Sünnədə isbat olunub, biz də onu isbat edib, qəbul edirik. Məs: Allah görür, eşidir və s.
«Şübhə yox ki, Allah (hər şeyi) eşidən (SƏMİ) və görəndir (BƏSİRDİR)».
(Quran, ən-Nisa 58).
2) Nə ki, Quran və Sünnə ilə inkar edilir, biz də onu inkar edirik. Məs: Xristianlar deyirlər ki, Allah göyləri və yeri altı gündə xəlq etdi və bazar günü isə dincəldi.
«O, nə mürgü (HƏYYDİR), nə də yuxu bilər (QAYYUMDUR)». (Quran, əl-Bəqərə 255). «And olsun ki, biz göyləri, yeri və onlar arasında olanları altı gündə yaratdıq və bizə heç bir yorğunluq da üz vermədi». (Quran, Qaf 38).
Yəhudilər dedilər ki, Allah xəsisdir.
«Xeyr, Allahın əlləri açıqdır. İstədiyi kimi lütf və ehsan edər». (Quran, əl-Maidə 64). 3) Nə ki, Quran və Sünnədə varid olmayıb, sabitliyi və inkarı. Məs: Allah buyurur ki, danışır. Bu sabitdir. Lakin biz desək ki, Allah danışır, deməli dodağı, dili və s. var. Bu düz deyil. Çünki bu haqda bizdə heç bir dəlil yoxdur. Bununla bərabər biz onu da inkar etmirik. Yenə də dəlilimiz yoxdur.
Müsəlman bacı və qardaşlarım! Bu mövzu təhlükəli və çətin olduğuna görə, bəzi azmış və hədlərini aşmış firqələr kimi Allahın ad və sifətlərini dəyişməmək, onları heç nəyə bənzətməmək, keyfiyyətini öyrənməyə çalışmamaqdan ötrü alimlər bəzi qaydalar müəyyənləşdiriblər. Bu qaydaları hər bir müsəlmanın bilməsi vacibdir.
1. TƏHRİF – bir sözü başqa sözlə əvəz etmək, dəyişdirmək deməkdir. Ayə və ya hədisi həm məna, həm də ləfzi etibarı ilə dəyişdirmək deməkdir. Məs: 1) Məna etibarı ilə təhrifə dəlil – Allah Qurani – Kərimdə buyurur:
«Rahmən ərşin üzərinə yüksəldi». (Quran, Ta ha 5).
Burada olan İSTİVA – ucalmaq sözünə, LƏ – şəkilçisi artıqmaqla İSTƏVLƏ hökmü altına aldı sözü ilə əvəz edirlər. Bu azmış firqələr özləri də bilmədən Yəhudilərin etdiklərini edirlər. Allah Yəhudilərə kəndin qapsından Allaha səcdə edən halda HİTTƏ – sözünü, HİNTƏ – «buğda» sözü ilə əvəz etdilər. (əl-Bəqərə 58-59). Allahın ƏL – sifətini qüdrət, nemət kimi təhrif etmək. 2) Ləfzi etibarı ilə təhrifə dəlil – Allah Qurani – Kərimdə buyurur:
«Allah Musa ilə sözlə danışdı».
(Quran, ən-Nisa 164) – ci ayəsini oxuduqda: «Musa Allah ilə sözlə danışdı» deyə təhrif edirlər.
2. TƏTİL– Allahın sifətlərini təmamilə inkar etmək və ya bəzilərini qəbul edib, bəzilərini inkar etmək.
3. TƏMSİL – Allahın sifətlərini məxluqatın sifətləri kimi olduğunu qeyd etmək. Buna həmçinin TƏŞBİH – də deyilir. Bənzətmək.
«Onun bənzəri heç bir şey yoxdur». (Quran, əş-Şura 11).
Bu ayə bu cür düşünənlərin fikirlərini alt-üst edir.
4. TƏKYİF - Allahın sifətlərinin mahiyyəti, keyfiyyəti haqqında fikir yürütmək. Sifətlərin necəliyi haqqında suallar vermək. Allahın sifətlərini bilmək lazımdır, lakin keyfiyyəti haqqında fikir yürütmək olmaz.
«Sənə Quranı nazil edən odur. Onun bir hissəsi quranın əslini, əsasını təşkil edən möhkəm, digər qismini isə mütəşabih (mənaca bir-birinə oxşar, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədi ilə mütəşabih ayələrə uyarlar. Halbuki onların həqiqi izahını Allahdan başqa heç kəs bilməz». Elmdə qüvvətli olanlar isə: «Biz onlara inandıq, onların hamısı Rəbbimiz tərəfindəndir» deyərlər. «Bunları ancaq ağıllı adamlar dərk edər». (Quran, Ali İmran 7).
Valid b. Müslim deyir ki, əl-Əvzai, Sufyan b. Uyeynə, Məlik b. Ənəs – rahmətullahi aleyhi – dən İsim və Sifətlər haqqında olan hədislər barəsində soruşdum. Cavabları: «Bunları gəldikləri kimi alın, onlarla əlaqəli keyfiyyət düşünməyin». İmam Zuhri – rahmətullahi aleyhi – deyir: «Risalə göndərmək Allahdan, təbliğ etmək Rəsullardan, bizə düşən isə təslimiyyət göstərməkdir». Əbu Hənifə – rahmətullahi aleyhi – deyir: «Kim qulları tanıyan kimi Allahı tanıyarsa kafir olar». İbn əl-Cövzi – rəhmatullahi aleyhi – İmam Əhməd – rahmatullahi aleyhi- in Musaddəd əl-Bəsriyyəyə yazdığı məktubu belə xatırlayır: «Allahı onun özünü vəsf etdiyi kimi vəsf edirik, Allahın özü haqqında nəfy etdiyini siz də nəfy edin». _________________
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: Ş. İyul 01, 2006 6:18 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
İSTİVA
İstiva – Allah – subhanəhu və təala – nin feli sifətlərindəndir. İstiva – üstə olmaq, yüksəlmək, çıxmaq deməkdir. Allahın yeddi səmanın üstündə yaratdıqlarından ayrı olaraq Ərşin üzərinə istiva etdiyinə və elmi ilə hər bir şeyi əhatə etdiyinə iman gətirilməlidir. Qatadə b. ən-Numan – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyururdu: «Allah yaratmağı qurtardıqdan sonra ərşin üzərinə istiva etdi».
Bu kəlməni Müxaliflərin yozduqları kimi zəbt etdi, hökmü altına aldı, qüdrəti ilə və s. mənalar ilə dəyişməməliyik. İstiva – məlumdur, keyfiyyəti isə məchuldur. Ona iman gətirmək isə vacibdir. Əbu Nuaym Cəfər b. Abdullah deyir ki, biz imam Məlik – rahmətullahi aleyhi – nin yanında idik. Bir nəfər: «Ey Abdullahın atası! Allah Ərşə necə istiva etdi?» İmam Məlik – rahmətullahi aleyhi – bu sualı eşidəndə bərk qəzəbləndi. Başını aşağı salaraq, əlindəki çubuqla yerə sürtərək fikrə daldı. Sonra başını qaldırıb əlindəkini atdı və: «Necəliyi ağılla dərk olunmaz. İstiva Allah üçün məlumdur. Buna iman vacib, bu haqda sual vermək bidətdir. Səni də bir bidətçi kimi görürəm və bu adamın qovulmasını əmr etdi».
Allah – subhanəhu və təala – Qurani Kərimdə yeddi yerdə: əl-Əraf 54, Ta ha 5, ər-Rad 2, Yunus 3, əs-Səcdə 4, Furqan 59, əl-Hədid 4-də ALƏ – üzərinə ön qoşması ilə,
«Rahmən ərşin üzərinə yüksəldi». (Quran, Ta ha 5).
İki yerdə isə: əl-Bəqərə 29, Fussilət 11-də İLƏ – tərəf ön qoşması ilə,
«Sonra səmaya tərəf üz tutaraq». (Quran, əl-Bəqərə 29)
Bu ayədə İstiva etdiyini bəyan etmişdi.
Müxaliflər İstiva kəlməsini bir çox mənalar ilə dəyişmişlər. Bunlardan ən məşhuru İSTİVA – sözünə LƏ – şəkilçisi artıraraq İSTƏVLƏ – zəbt etmək, hökmü altına almaq mənasıdır. Heç bir qrammatika alimləri bu sözlərin eyni məna ifadə etdiklərini qeyd etməmişlər. İSTİVA – felin səkkizinci fəslinə aiddir və kökü Sin, Vav, Və – dən ibarətdir. Əlif və Tə artırılaraq əmələ gəlib. İSTƏVLƏ – felin onuncu fəslinə aiddir və kökü Vav, Ləm, Və – dən ibarətdir. Əlif Sin artırmaqla düzəlir.
Həmçinin bizə Qurani – Kərimdən göründüyü kimi, sonra ərşə yüksəldi. Muxaliflərin dediyi kimi olsa, sonra hökmü altına aldı – belə çıxır ki, əvvəl Ərş Allahın hökmü altında deyildi, həmçinin hökmü altına almaq acizliyin əlamətidir. Allah əvvəl aciz olub, sonra güc toplayaraq öz hökmü altına alıb. İkinci tərəfdən əgər Allah, onların dediyi kimi Ərşi hökmü altına alıbsa bəs qalan məxluqlar necə? Biz bilirik ki, Allah göyləri və yeri yaratmamışdan əlli min il əvvəl də her bir şey Allahın hökmü altında olub və olacaqdır.
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: B.e. İyul 17, 2006 7:01 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
ƏRŞ VƏ KURSİ
Əhli Sünnə vəl Cəmaat – Ərş və Kursinin də haqq olduğuna inanırlar. Ərş – kəlməsi Qurani-Kərimdə iyirmi bir yerdə qeyd olunur.
«Şanlı ərşin sahibi də odur». (Quran, Buruc 15). «Ərşin sahibi olan Allah». (Quran, əl-Mumin 15). «O, böyük ərşin sahibi olan Allahdan başqa ilah yoxdur». (ən-Nəmi 26). «O, uca və kərim olan ərşin sahibidir». (Quran, əl-Muminun 116).
Ərş – Taxt deməkdir.
«Onun çox böyük əzəmətli ərşi (taxtı) də vardı». (Quran, ən-Nəml 23). «Yusif ata-anasını taxt (öz taxtının) üstünə qaldırdı». (Quran, Yusif 100).
Ərş mələklərin daşıdığı və tutacağı taxtdır. Ərşin tutacağı vardır. Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurur: «İnsanların çaşqın olan vaxtı ilk oyanan mən olacağam. Bir dəfə baxıb görəcəm ki, Musa – əleyhissəlam – Ərşin tutacağından tutub». Aləmin üzərində Qübbə formasındadır, bütün məxluqatın tavanıdır. Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: «Allahdan Cənnəti istədiyiniz zaman Firdovs Cənnətini istəyin. Çünki o, Cənnətin ən yüksək yeri və Cənnətin ən orta yeridir. Onun üstündə Rahmənin Ərşi vardır».
Ərş – kəlməsini mülk, qüdrət kimi təhrif ( dəyişmək) etmək istəyənlər bu ayələrə nə deyirlər.
«Həmin gün Rəbbinin ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır». (Quran, əl-Həqqa 17). «Onun ərşi suyun üzərindədir». (Quran, Hud 7).
İbn Abbas – radıyallahu anhu – rəvayət edir ki,Rəsulullah – sallallahu aleyhi və səlləm – səhabələrə buyurdu: «Bilirsinizmi, səma ilə yer arasında nə qədər məsafə var?» Səhabələr: «Allah və Rəsulu daha gözəl bilir». Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: «Hər bir səma qatı arasında 500 –il piyada getmək üçün məsafə vardır. Yeddi səma ilə ərşin arasında dəniz vardır. Bu dənizin dibi ilə səthi arasında səma ilə yer arasında olan məsafə vardır. Allah bunların hamısından yuxarıdadır. Adəm övladlarının heç birinin əməli ondan gizli qalmaz».
Rəhmanın ərşinin ağırlığı, böyüklüyü haqqında Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurur: «Yaratdıqlarının sayı qədər, özünün razı olacağı qədər, Ərşinin ağırlığı qədər və kəlmələrinin sayı qədər Allaha həmd edərək o, pak və nöqsansızdır».
Rəsulullah – səllallahu aleyhi və səlləm – sıxıntı anlarında buyurardı: «Allahdan başqa heç bir ilah yoxdur.O, çox böyükdür, Həlimdir. Allahdan başqa heç bir ilah yoxdur. O, böyük Ərşin Rəbbidir. Allahdan başqa heç bir ilah yoxdur. Göylərin Rəbbidir, yerin Rəbbidir. Kərim olan Ərşin Rəbbidir».
Kursi ərşdən sonra gəlib, ondan ayrıdır. Kursi dilsə – döşək və ya üzərində oturulan hər şey deməkdir.
«And olsun ki, biz Süleymanı imtahana çəkdik. Taxtının üstünə bir cinn oturtduq (və ya ruhsuz bir cəsəd atdıq). Sonra o (peşman olub tövbə etdi və yenidən öz mülkünə taxtına) qayıtdı». (Quran, Sad 34).
Allahın Kursisi isə onun iki ayağının qoyduğu yerdir. İbn Abbas – radıyallahu anhu – dedi: «Kursi iki ayağın qoyulduğu yerdir. Ərşin böyüklüyünü isə Allahdan başqa heç kəs bilməz». O, da Qurani – Kərimdə yalnız bir yerdə qeyd olunur.
«Onun kursisi göyləri və yeri əhatə etmişdi». (Quran, əl-Bəqərə 255).
Kursinin elm olmaz haqda bəzi alimlər hədislər də gətirirlər. Lakin bu hədislərin hamısı zəifdir.
Ərş ilə Kursinin müqayisəsini Rəsulullah – səllallahu aleyhi və səlləm – belə izah edir. «Yeddi qat göy və yeddi qat yer, Allahın Kursisi yanında geniş səhraya atılmış bir halqa kimidir. Ərşin Kursiyə üstünlüyü isə bu geniş səhranın halqaya üstünlüyü kimidir». İbn Zeyd – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Yeddi qat göy və yeddi qat yer Kursi ilə müqayisədə qalxanın içərisinə atılmış yeddi dirhəmə oxşayır».
Allahın Ərşə də Kursiyə də ehtiyacı yoxdur. Allah Ərşə ehtiyacı olduğu üçün isteva etməmişdir. Allah Ərşə də, başqa şeylərə də möhtac olmaqdan münəzzəhdir. Allahın izzəti və uluhiyyəti Ərş və Kursidən də çox ucadır. Ərş də Kursi də Allahın qüdrəti və hökmü ilə daşınmaqdadır.
«Əlbəttə, Allah aləmlərə möhtac deyildir». (Quran, Ali İmran 97). «Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə (heç nəyə) möhtac deyildir». (Quran, Fatir 10).
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: B. Dek. 03, 2006 6:53 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
AsSalamu alaikum va RahmatuLLah.
Zakir qardaş, məlum məsələdir ki, ayələri öz başımızdan təfsir etmək olmaz, bu barədə Peyğəmbərimizdən (səllallahu aleyhi və səlləm) gələn qadağa mövcuddur. Ona görə də baxmaq lazımdır ki, böyüktəfsir alimləri bu ayəyə necə baxıblar. Bəziləri ayədəki "vəsilə" sözünün ölmüş övliyaları, saleh müsəlmanları vasitə tutaraq Allaha yaxınlaşmağa işarə olduğunu iddia edirlər. Lakin bu təmamilə yanlış bir fikirdir. Nəyə görə? Birincisi ona görə ki, əgər klassik Quran təfsirçilərinin (İbn Kəsirin, Abdurrahman as Saadinin, Tabarinin (Allah onların hamısına rəhmət eləsin) və b.) əsərlərinə baxsaq, görərik ki, aəyədə nəzərdə tutulan "vasitə" gözəl əməllərdir. İnsan yalnız gözəl əməllərlə- nafilə namazları və orucları, sədəqə, dua və zikr etmək və s. Allaha yaxınlaşa bilər. Əgər nəzərdə tutulan qəbirlər, pirlər olsaydı, onda bunu ilk olaraq Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) edərdi deyilmi? Amma o həyatı boyunca bir dəfə də olsun ölmüş insanlar vasitəsilə Allaha yaxınlaşmaq kimi bir ibadət növünü nəinki etməmiş, heç buna işarə də göstərməmişdir. Eləcə də Peyğəmbərimizin (səlləlləhu aleyhi və səlləm) vəfatından sonra səhabələrə baxsaq, onlar da istəsəydilər Allahdan yağış diləmək üçün Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm qəbrinə gedib (onlar ki, Bakıda yaşamırdılar, Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) qəbri də düz yanlarında idi), onu vasitə tutardılar, deyilmi? Amma bunu n əvəzində onlar Peyğəmbərə(səllallahu aleyhi və ən yaxın olan, amma həyatda olan şəxsi - əmisini öndər təyin edərək İstisqa(yağış diləmək üçün qılınan namaz) namazı qılaraq, Allahdan iağış istədilər. Bu da dəlildir ki, ölülərdən nməsə istəmək Allaha yaxınlaşmaq üçün vasitə ola bilməz. Əgər bu məntiqlə getsək, onda bizim "biz öz bütlərimizi Allaha yaxınlaşmaq üçün vəsilə hesab edirik" deyən müşriklərdən nə fərqimiz oldu ki?
Uzun sözün qısası, ayədə nəzərdə tutulan "vəsillə" gözüəl əməllər- dua, zikr, namaz və s. ibadətlərdir.
AsSalamu alaikum. _________________
Göndərilib: B.e. Dek. 04, 2006 5:15 pm İsmarış mətni: cavab
[quote="Humeyra"]Rəhmli, Mərhəmətli Allahın adı ilə!
AsSalamu alaikum va RahmatuLLah.
Zakir qardaş, məlum məsələdir ki, ayələri öz başımızdan təfsir etmək olmaz, bu barədə Peyğəmbərimizdən (səllallahu aleyhi və səlləm) gələn qadağa mövcuddur. Ona görə də baxmaq lazımdır ki, böyüktəfsir alimləri bu ayəyə necə baxıblar. Bəziləri ayədəki "vəsilə" sözünün ölmüş övliyaları, saleh müsəlmanları vasitə tutaraq Allaha yaxınlaşmağa işarə olduğunu iddia edirlər. Lakin bu təmamilə yanlış bir fikirdir. Nəyə görə? Birincisi ona görə ki, əgər klassik Quran təfsirçilərinin (İbn Kəsirin, Abdurrahman as Saadinin, Tabarinin (Allah onların hamısına rəhmət eləsin) və b.) əsərlərinə baxsaq, görərik ki, aəyədə nəzərdə tutulan "vasitə" gözəl əməllərdir. İnsan yalnız gözəl əməllərlə- nafilə namazları və orucları, sədəqə, dua və zikr etmək və s. Allaha yaxınlaşa bilər. Əgər nəzərdə tutulan qəbirlər, pirlər olsaydı, onda bunu ilk olaraq Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) edərdi deyilmi? Amma o həyatı boyunca bir dəfə də olsun ölmüş insanlar vasitəsilə Allaha yaxınlaşmaq kimi bir ibadət növünü nəinki etməmiş, heç buna işarə də göstərməmişdir. Eləcə də Peyğəmbərimizin (səlləlləhu aleyhi və səlləm) vəfatından sonra səhabələrə baxsaq, onlar da istəsəydilər Allahdan yağış diləmək üçün Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm qəbrinə gedib (onlar ki, Bakıda yaşamırdılar, Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) qəbri də düz yanlarında idi), onu vasitə tutardılar, deyilmi? Amma bunu n əvəzində onlar Peyğəmbərə(səllallahu aleyhi və ən yaxın olan, amma həyatda olan şəxsi - əmisini öndər təyin edərək İstisqa(yağış diləmək üçün qılınan namaz) namazı qılaraq, Allahdan iağış istədilər. Bu da dəlildir ki, ölülərdən nməsə istəmək Allaha yaxınlaşmaq üçün vasitə ola bilməz. Əgər bu məntiqlə getsək, onda bizim "biz öz bütlərimizi Allaha yaxınlaşmaq üçün vəsilə hesab edirik" deyən müşriklərdən nə fərqimiz oldu ki?
Uzun sözün qısası, ayədə nəzərdə tutulan "vəsillə" gözüəl əməllər- dua, zikr, namaz və s. ibadətlərdir.
AsSalamu alaikum.[/quote]
Axi sehabeler bele bir is edibler, meselen Ibni Abbasi vesile tutdu ve yagis yagdi. _________________ mutalie
Göndərilib: B.e. Dek. 04, 2006 5:18 pm İsmarış mətni: cavab
[quote="Humeyra"]Rəhmli, Mərhəmətli Allahın adı ilə!
AsSalamu alaikum va RahmatuLLah.
Zakir qardaş, məlum məsələdir ki, ayələri öz başımızdan təfsir etmək olmaz, bu barədə Peyğəmbərimizdən (səllallahu aleyhi və səlləm) gələn qadağa mövcuddur. Ona görə də baxmaq lazımdır ki, böyüktəfsir alimləri bu ayəyə necə baxıblar. Bəziləri ayədəki "vəsilə" sözünün ölmüş övliyaları, saleh müsəlmanları vasitə tutaraq Allaha yaxınlaşmağa işarə olduğunu iddia edirlər. Lakin bu təmamilə yanlış bir fikirdir. Nəyə görə? Birincisi ona görə ki, əgər klassik Quran təfsirçilərinin (İbn Kəsirin, Abdurrahman as Saadinin, Tabarinin (Allah onların hamısına rəhmət eləsin) və b.) əsərlərinə baxsaq, görərik ki, aəyədə nəzərdə tutulan "vasitə" gözəl əməllərdir. İnsan yalnız gözəl əməllərlə- nafilə namazları və orucları, sədəqə, dua və zikr etmək və s. Allaha yaxınlaşa bilər. Əgər nəzərdə tutulan qəbirlər, pirlər olsaydı, onda bunu ilk olaraq Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) edərdi deyilmi? Amma o həyatı boyunca bir dəfə də olsun ölmüş insanlar vasitəsilə Allaha yaxınlaşmaq kimi bir ibadət növünü nəinki etməmiş, heç buna işarə də göstərməmişdir. Eləcə də Peyğəmbərimizin (səlləlləhu aleyhi və səlləm) vəfatından sonra səhabələrə baxsaq, onlar da istəsəydilər Allahdan yağış diləmək üçün Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm qəbrinə gedib (onlar ki, Bakıda yaşamırdılar, Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) qəbri də düz yanlarında idi), onu vasitə tutardılar, deyilmi? Amma bunu n əvəzində onlar Peyğəmbərə(səllallahu aleyhi və ən yaxın olan, amma həyatda olan şəxsi - əmisini öndər təyin edərək İstisqa(yağış diləmək üçün qılınan namaz) namazı qılaraq, Allahdan iağış istədilər. Bu da dəlildir ki, ölülərdən nməsə istəmək Allaha yaxınlaşmaq üçün vasitə ola bilməz. Əgər bu məntiqlə getsək, onda bizim "biz öz bütlərimizi Allaha yaxınlaşmaq üçün vəsilə hesab edirik" deyən müşriklərdən nə fərqimiz oldu ki?
Uzun sözün qısası, ayədə nəzərdə tutulan "vəsillə" gözüəl əməllər- dua, zikr, namaz və s. ibadətlərdir.
AsSalamu alaikum.[/quote]
Axi sehabeler bele bir is edibler, meselen Omer Ibni Abbasi vesile tutdu ve yagis yagdi. _________________ mutalie
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.