Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: Çər. Dek. 01, 2004 2:04 pm İsmarış mətni: İslamda DOST və DÜŞMƏN anlayışları.
-b-
Həmd, şübhəsiz ki, Aləmlərin Rəbbi Allaha məxsusdur!
Peyğəmbərin, Ailəsinin, Səhabələrinin və Qiyamət gününə qədər onları özlərinə dost tutanlara Allahın Salamı olsun!
İslamda "dost" və " düşmən" anlayışları olduqca mühüm məsələlərdən biridir. Gününmüzdə bir çox müsəlmanların bu məsələyə səhlənkar yanaşmasının şahidi oluruq. Belə ki, onlardan bir çoxu istər İslama, istərsə də ayrı-ayrı müsəlman ümmətlərinə ziyan verən kafirlərə bacardıqları qədər şəfqətli, mehriiban davranaraq, öz din qardaş və bacilarını birbaşa olmasa da, dolayı yolla incidir, ən az həmin kafirlər kimi onlara əziyyət verirlər.
Ümid olunur ki, bu kiçik məqalə müsəlmanlar arasında sevgi və həmrəyliyin yaranması baxımından faydalı olacaqdır (inşaAllah).
DOSTLUQ VƏ DÜŞMƏNÇİLİK DEYƏNDƏ NƏ BAŞA DÜŞÜRÜK?
Dostluq- sevgidir, birinə qəlbən bağlanmaqdır. Heç bir əvəz gözləmədən, tərrəfini tutduğun insan "vəli" (vəla) adlanır. Başqa sözlə, dostluq birini özünə yaxın hiss etmək deməkdir. Dostluq və düşmənçilik bir-birnin əksi olan anlayışlardır.
Daha geniş mənada dosluğa belə bir tərif vermək olar. " Birini sevərək, ona uymaq əməllərdə tabe olmaq".
Qurani Kərimdə Uca Allah belə buyuru.
"Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir! (İnsanların Allaha şərik qoşmalarının əsas səbəbi onların Şeytana itaət etmələri, Şeytanı özlərinə dost, havadar seçmələridir!) " (Quran, ən-Nəhl, 100)
Dostluq eyni zamanda " kömək etmək" mənasına da gəlir. Belə ki
"Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır! " (Quran, Mumtəhinə, 9)
Düşmənçilik- birisini sevməmək, ona qarşı olmaq deməkdir. İntiqam almaq, zərər vermək üçün qəlbdə yerləşmiş bir hissdir, dostluq etmək anlayışının əksidir.
Redaktə edən: Humeyra, son redaktə tarixi: C. Dek. 03, 2004 9:32 am, cəmi 1 dəfə
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: C. Dek. 03, 2004 3:04 pm İsmarış mətni:
-b-
İslamda Dost və Düşmən.
Dostluğun bünövrəsində sevgi, düşmənçiliyin bünövrəsində isə nifrət durur. Beləliklə, demək olar ki, yaxşılıq, yardım etmək, cihad,, hicrət və s. istər bədənə, istər qəlbə aid olan bütün əməllər dost və düşmən qavramını özündə əks etdirir.
Elə isə bilməliyik ki, Allah bizlərdən yalnız Onun rizası üçün müsəlmanları sevməyimizi, kafirlərə nifrət etməyimizi istəyir, bu Onun əmridir.
Dost və Düşmən anlayışının əhəmiyyəti.
İslamda dost və düşmən anlayışı xüsusi əhəmiyyət kəsb edir. Belə ki,
1. Bu "La ilaha illAlla" (Allahdan başqa ibadət ediləcək məbud yoxdur!) şəhadətinin bir hissəsidir.
2. Bu, imanın möhkəmliyinə dəlalət edir. Peyğməbər(s.ə.s.)"İmanın ən sağlam qulpu Allah rizası üçün sevib, Allah rizası üçün nifrət etməkdir." demişdir.(Əssilsilət`us Sahiha) 3.Bu, imanı tam mənasıyla hiss etməyə imkan verir. Peyğəmbər(s.ə.s)"Bu 3 xüsusiyyət kimdə olarsa, o imanln dadını alanlardandır. Allahı və sonra Rəsulunu hamıdan daha çox sevmək, başqasını Allah rizası üçün sevmək, Allah küfrdən qurtardıqdan sonra yenidən küfrə qayıtmaqdan oddan qorxan kmi qorxmaq." (Buxari, Müslim) 4. [/color]Dost-düşmən anlayşının tam mənasıyla müsəlmanda hiss olunası kamil imanın kamil nöqtəyə çatmasından xəbər verir. RəsuluLlah(s.ə.s.)"Kim Allah üçün sevib, Allah üçün nifrət edərsə, Allah üçün verib, Allah üçün qadağan qoyarsa, bu onun imanının kamilləşməyi deməkdir". (Buxari, Muslim) 5. Kim ki, Allahdan başqasını sevər, Onun dinindən başqa biir yol seçərsə, aləmlərin Rəbbi Allahı inkar etmiş, kafir olmuşdur. Çünki Allah belə buyurur:
"...Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır..." (Quran, Maidə, 51)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: B.e. Dek. 06, 2004 10:30 am İsmarış mətni:
-b-
İnancda dost və düşmən.
Dostunun və düşməninin kim olmasını bilmək İslamda mühüm məsələlərdəndir, Kəlimeyi-Şəhadətin şərtlərindən biridir. Quranda bu barədə bildirilir.
"İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir." (Quran, əl_Bəqəqrə, 165)
Rəsul(s)" Sizlərdən biri məni övladından, ata-anasından və bütün insanlardan daha çox sevmədikcə, iman gətirmiş olmaz." (Buxari, Muslim)
Həmçinin Rəsul(s)" Özünə mömindən başqasını dost tutma! Yeməyini dı hətta müttəqilərlə ye!" (Səhihul Cami)
Daxil ol: C. Dek. 03, 2004 20:06 İsmarışlar: 71 Şəhər/ölkə: Azer
Göndərilib: B.e. Dek. 06, 2004 10:41 am İsmarış mətni:
Salam!
Cox qozel sozlerdir! _________________ De ki: Sizlerden butun bu risaletimin muqabilinde Ehli-beytime mehebbetden bashqa bir shey istemirem. (Shura-23)
1. DostlarBunlar Allahın Kitabına və Rəsulullahın Sünnəsinə riaət edərək yaşayan müsəlmanlardır.
2. Bir yandan dost olan, digər yandan İslam əxlaqına uğun olmayan əməllərilə antipatiya hissi oyadan müsəlmanlar- Bunlar küfr etməsələr də, dinin vacib olan rüknlərini tərk edən, günah edən müsəlmanlardır. Belə müsəlmanların özlərinə yox, əməllərinə nifrət etmək gərəkdir. Özlərindən yox, əməllərindən uzaq olmaq, həmçinin onları düz yola gətirmək lazındır.
AbduLlah b. Hımar adında birisi içkili şəkildə gələrkən, səhabələrdən bəziləri ona lənət eləmişdilər. Amma bunu görən Rəsul(s)"Onu lənətləməyinş Çünki o, Allah və Rəsulunu sevir" deyərək, xəbərdarlıq etmişdi. (Buxari) 3. - DüşmənlərYəhudi, xrsitian yaxud məcusi (atəşpərəst) olan bütün müşrik və kafirlər bu qəbildəndirlər. Eyni zamanda bilə-bilə Allahdan başqasına dua edən, yalvaran, Allahdan başqasını özlərinə dost tutanlar da Allahın kamil dininə, İslama dil uzadanlar kimidirlər.
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: C. Dek. 10, 2004 2:18 pm İsmarış mətni:
-b-
Dostluğun şərtləri.
1. Hicrət- Küfr cəmiyyətindən İslam cəmiyyətinə yol almaq.
2. Canı, malı, nəfsi və diliylə müsəlmanlara kömək etmək, onların ümid və sevinclərinə, kədərlərinə şərik olmaq.
3. Özü üçün istədiyi xeyri yaxud uzaqlaşmaq istədiyi bəlaları din qardaş və bacıları üçün də istəmək, onlara lağ etməmək, əksinə onlarla sıx dostluq və qardaşlıq əlaqələri quraraq, tam mənası ilə İslam camaatı yaratmaq.
4. Xəstələrə ziyarət, cənazələrinin qaldırılması, mehriban davranmaq və bağışlanmalarını Allahdan istəmək və s. bu kimi haqları əda etmək.
5. Müsəlmanlar barədə xəbərçilik etməmək, onların sirr və günahlarını, xəbərlərini camaat arasında yaymamaq, yaxud düşmənlərə çatdırmamaq.
6. Müsəlman camaatında olmaq, ayrıseçkiliyə yol verməmək, təqva və xeyir ustundə bir-birinə kömək etmək, yaxşılığa dəvət edib, pislikdən çəkindirmək.
"Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir."
1. Şirk və kufr əhlinə, onların əməllərinə Allah rizası üçün nifrət etmək. İbrahim (ə.s.)in hər növ küfrə əsrlər əvvəlki hayqırışı da buna bənzəyir
"Mən sizin ibadət etdiklərinizdən (bütlərdən) tamamilə uzağam;
Yalnız məni yoxdan yaradan (Allahdan) başqa! Şübhəsiz ki, O məni doğru yola müvəffəq edəcəkdir!" (Quran, Zuxruf, 26-27)
2. Kafirləri sevməmək, onlarla dostluq etməmək. Uca Allah Quranda buyurur
".Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost (vəli) tutun! ..." (Quran, Mumtəhinə, 1)
3.Hər hansı bir zərurət yaxud İslami qaydaları yerinə yetirmək imkanı yoxdursa, küfr camaatının məskənində yaşamamaq.
Rəsul(s) demişdir "Muşriər arasımda yaşayan müsəlmanlardan uzağam" (Səhihul cami, 146)
4. Muüsəlmanlara ziyan yetirən kafirlər nə əməllə, nə sözlə, nə qəlblə kömək etməmək, tərifləməmək.
5. Onların ölulərinə rəhmət diləməmək bağışlanmaqları üçün dua etməmək. Belə ki
"Müşriklərin cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan sonra onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz! " (Quran, Tövbə, 113)
6. Din adına, onlara xoş gəlmək üçün şirin söz söyləyib, yumşaq davranmamaq.
"(Müşriklər) istərdilər ki, sən onlara yumşaqlıq göstərəsən, onlar da sənə yumşaqlıq göstərsinlər! (Sən onların bütləri barəsində pis söz deməyəsən, onlar da sənə əziyyət verməsinlər və ya sən onların bütlərinə tapınasan, onlar da sənin Allahına ibadət etsinlər!) " (Quran, Qələm, 9)
Onların söhbət və məclislərini tərk etmək
"Zülm edənlərə (rəğbət bəsləməklə, kömək göstərməklə) meyl etməyin, yoxsa sizə atəş toxunar (cəhənnəmlik olarsınız). " (Quran, Hud 113)
7. Onların qanunlarıyla mühakimə edilməmək, Allah və Rəsulunu tərk edərək onların qanunlarına tabe olmaq
"...Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!" (Quran, Maidə, 44)
Həmçinin
"(Ya Rəsulum!) Sənə nazil edilənə (Qurana) və səndən əvvəl nazil edilənlərə (Tövrata, İncilə) iman gətirdiklərini iddia edənləri (münafiqləri) görmürsənmi? Onlar Tağutun (Şeytanın) hüzurunda mühakimə olunmaq (Şeytanın məhkəməsinə müraciət etmək) istəyirlər. Halbuki onlara (Şeytana) inanmamaları əmr olunmuşdur. Şeytan isə onları (doğru yoldan) çox uzaq olan zəlalətə sürükləmək istər" (Quran, Nisa, 60)
8. Kafirlərin əmrlərinə itaət etməmək.
"Ey iman gətirənlər! Əgər kafirlərə itaət edəcək olsanız, onlar sizi geri (öz dinlərinə) döndərər və siz də zərər çəkmiş halda geri dönərsiniz. " (Quran, aliİmran, 149)
9. Salam verərkən ilk başlayan olmamaq
Peyğəmbər(s) buyurmuşdur" Yəhudi və xristyanlara ilk salam verən siz olmayın. İçlərindən biriylə yolda qarşılaşsanız, yolun dar tərəfindən qoyun, o keçsin." Muslim.
10. Dini və dünyəvi məsələlərdə ( nə dini simvollarda, nə yeməkdə, nə geyməkdə, içməkdə, adətlərdə və s.) onlara uymamaq, onlara bənzəməmək.
Rəsul (s)" Kim hansı qövmə özünü bənzədərsə, onlardandır" (abuDavud, səhihdir)
11. Onların toy və bayramlarında iştirak etməmək, bayramlarını təbrik etməmək
Bəzi alimlər aşağıdakı ayədəki "yalan yerə" sözündə məqsədin kafirlərin bayramlarına qatılmaq olduğunu vurğulayırlar.
"O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları (lağlağı bir söhbət eşitdikləri) zaman onlardan üz çevirib vüqarla keçər (özünü ləyaqətlə aparıb onlara əhəmiyyət verməz); " (Quran, Furqan, 72)
Daxil ol: Ş. Yan. 31, 2004 01:55 İsmarışlar: 356 Şəhər/ölkə: Bakı, Azərbaycan
Göndərilib: C.a. Dek. 16, 2004 11:50 am İsmarış mətni:
-b-
Çox gözəl və aktual bir mövzudur.
Rəşidi xəlifə Əli bin əbu Talib (Allah ondan razı olsun) deyib ki;
"Dost olanda elə dost ol ki, bir gün düşmən ola bilərsən, düşmən olanda elə düşmən ol ki, bir gün dost ola bilrəsən".
Bir sözlə heç vaxt bu mövzuda körpüləri yandırmamaq lazımdır.
Allah xatirinə biri ilə dost olmalı, Allah xatirinə də birisi ilə düşmən olmaq lazımdır.
Şəxsi mənafelər üçün qurulan dostluqlar və ya bu minvalla düşmən olanların axırı haqqında çoxları yaxşı bilir.
Çalışaq belələrindən olmayaq. _________________ İbrət naqis başlanğıcda deyil, kamil sonluqdadır!!!
1. Həm zahirən, həm də daxilən (açıq və gizli şəkildə) kafirlərə bənzəmək. Bu hal icmanın rəyinə görə insanı İslamdan çıxarır, başqa sözlə küfrdür.
2. Yalnız batində (gizli şəkildə) kafirlərə bənzəmək. Bu da küfrdür, belələri münafiqlərdəndir. Lakin onu da qeyd etmək gərəkdir ki, Allahdan başqa heç kəs insanlarının qəlbindəkini bilmir. Odur ki, kimisə əməliylə, sözüylə bunu göstərməyuncəyə qədər münafiq, kafir elan etmək olmaz :!:
3. Yalnız zahirdə kafirlərə bənzəmək. Bu 2 halda ola bilər:
a) Mücərrəd bir təhdid olmamaq şərtilə. Məsələn, döyülmək, işgəncə verilmək və s. Belələrini təkfir etmək (kafir elan etmək) olmaz. Belə ki Uca Allah Quranda buyurur:
"Qəlbi imanla sabit olduğu halda (küfr sözünü deməyə) məcbur edilən (dil ilə deyib ürəyində onu təsdiq etməyən) şəxs istisna olmaqla, hər kəs iman gətirdikdən sonra küfr etsə (onu ağır təhlükə gözləyir)..." (Quran, Nəhl, 106)
b) Mal, mülk, vəzifəyə olan sevgiylə əlaqədar kafirlərə uymaq. Belələri haqqında 2 rəy vardır:
1) Aşağıdakı ayəyə əsasən belə insanları kafir elan etmək:
"Bu (əzab) ona görədir ki, onlar dünyanı (fani dünya malını) axirətdən (axirət nemətlərindən) üstün tutarlar. Allah kafirləri doğru yola salmaz! " (Quran, Nəhl, 107)
2) Kafir deyil, sadəcə böyük günahkar olduğunu elan etmək.
İkinci rəy daha üstündür. Belə ki:
a)Batini (içi) İslamdır
b)Dünya malına tamahkarlıq və hərislik fasqlərin xüsusiyyətidir
c)Göstərilən ayə müsəlamanlar haqqında deyil, kafirlər haqqındadır.
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: B.e. Dek. 20, 2004 2:41 pm İsmarış mətni:
-b-
AsSalamu alaikum.
Yeri gəlmişkən.
Kafirlərə olan düşmənçiliyimiz onlarla pis rəftar edəcəyimiz, pis sözlər söyləycəyimiz mənasına gəlmir. Belə ki:
"Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et)..." (Quran, Loğman, 15)
Bu ayəyə əsasən müsəlman kafir yaxud müşrik olmasından asılı olmayraq, ata-anası, qohum-əqrəbası ilə gözəl rəftar etməlidir. Müsəlman nəinki yaxınlarıyla, hətta müharibə olmadığı təqdirdə hamı ilə gözəl münasibətdə olmalıdır. Bu Şəriət baxımından müsəlmanın vəzifəsidir.
Nəticə olaraq, hər bir müsəlmana istər varlığı, istər şəxsyyəti, istər xarici görünüşü, istərsə də daxilən kafirlərə bənzəməməyi tövsiyyə ediirk. Bilin ki, müsəlman adını daşımaq ən böyük şərəfdir :!:
Belə olduğu halda bütün qardaş və bacılarımızı belə mühüm bir məsələdə Quran və Sünnə ölçülərinə bağlanmağa və Allahın ipinə möhkəmcə sarılmağa dəvət edirik. Kafirlərl dəvət və İslamın təbliği istisna olmaqla dostluq, qardaşlıq bağları qurmaq məsələsində Allahdan qorxmağa cağırır və Allahdan hamımızı buna nail etməyi diləyirik. Şübhəsiz ki, qurtuluş yalnız Allaha qul olmaqdadır. Şeytan və onun yoldaşlarının hiylələri mömin üçün zəifdir. Əziz və Hakim Allahdır:!:
Göndərilib: B. Mar. 20, 2005 12:04 pm İsmarış mətni:
Hidayete tabe olanlara salam aleykum.Oncelikle cox sagol deyirem ki bu cur gozel movzuya toxunmusunuz.Movzunu bashdan oxudugum zaman men de bu haqda bezi sheyler yzmaq istedim.Amma sona qeder baxdiqda gordum ki kifayet qeder aciqlama getirmisiz..Heqiqetende gunumuzde LE ILHE ILLELLAHIN pozulan shertlerinden de biri budur.Teessuflenerek onu da qeyd etmek isteyirem ki bezi bu movzudan tamamiyla uzaqdirlar.bir de ki bashqa bir problemde var ki bu sheyleri bilenlerin coxu da bu heyatlarinda tetbiq etmirler.Misal olaraq:bu menim Atamdir ve ya Anamdir ve ya dostumdur Men onlara nece dushmen cilik ede bilerem.O insanlara Allahin bu ayelerini xatirladim. “Ey iman gətirənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün tuturlarsa, onları özünüzə dost bilməyin.Sizdən onları dost tutanlar özlərinə zülm etmiş olarlar.De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri gəlincəyə qədər gözləyin.Allah fasiqləri doğru yola yönəltməz!†Tovbə:9/23-24.Yeni demeyin odur ki kimliyinden asili olmayaraq Allahin kafir dediyi insana kafir Muselman deiyi insana da muselman hokmu vermemiz lazimdir.Amma cox teessufler olsun ki bu cur muselmanlar cox azdir.Yeni allahin dinini heqiqi menada yashayanlar cox azdir.Ele Forumdakilarinda bu movzu ile maraqlanmamalari da menim dediklerime de lelil ola biler.Bashqa movzulara girdiyinde gorursen hami cavb yazir.amma eqide ile bagli movzulara baxirsan 1 2 ve ya 3 nefer.Men Admnistratordan da xaish ederdimki bu cur eqide ile bagli movzular olduqda forum ishtirakcilarini movzuya teshviq etsin.
Bu cur hallara butun ISLAMi forumlarda rast gelinir.Baxirsan fikhi meselelere maraq gosterirler amma TOVHID-den danishdin uzaqlashirlar.Bu da sheytanin metodlarindan biridir."elhemdulillah muselmanam namaz qiliram oruc tuturam bashqa ne edim." Bu cur sozlerle ozlerini aldadirlar.guman edirem ki bu cur movzulara cox yer ayiracagiq.Allah tovhid ehline komek olsun.Allah tovhid ehlinin ibadetlerini qebul etsin.Allah islama qarshi savashanlari zelil etsin AMIN
XƏBƏRDARLIQ # 2: Hörmətli istifadəçi, bu sizə ünvanlanan 2-ci xəbərdarlıqdır. Qaydalara riayət etməyiniz tövsiyyə olunur. Əks halda növbəti, son xəbərdarlıqdan sonra forumdan xaric olunacaqsınız. Diqqətli olun. _________________ sunna
Daxil ol: Çər. May 18, 2005 20:26 İsmarışlar: 45 Şəhər/ölkə: baki
Göndərilib: B. May 22, 2005 9:56 pm İsmarış mətni:
XƏBƏRADRLIQ 1: Hörrmətli istifadəçi, forumda hər hansı məzhəb adından, yaxud məzhəb adına danışmaq qadağandır. Bu sizə ünvanlanan ilk xəbərdarlıqdır. Növbəti 2 xəbərdarlıqdan sonra forumdan xaric ediləcəksiniz. Diqqətli olmağınız tövsiyyə olunur. _________________ Inna lilahi ve inna ilayhi Rajiun
Əvvəldə də qeyd edildiyi kimi müsəlman özünə kafirləri dost tutmamalı, istər xarici görünüşdə, istər düşüncə tərzində, istərsə də adətlərdə, danışıqlarda özünü onlara bənzətməkdən çəkinməlidir. Çünki Uca Allah Quranda buyurur:
"Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun! ..." (Quran, Mumtəhinə, 1)
Bəzən elə olur ki, müsəlman bəzi xarici faktorlarda kafirlərə bənzəməklə onları özünə dot tumuş olur. Bunlardan bir neçəsinə daha yaxından nəzər salaq:
Geyimdə, danışıq tərzində və sairə məsələlərdə özünü kafirlərə bənzətmək:
Kafirə geyimdə, danışıq tərzində bənzəmək onu ifadə edir ki, müsəlmanın qəlbində kafirlərin həyat tərzinə qarşı məhəbbət mövcuddur. Halbuki əsl həqiqətdə Allahın haqqını tapdalayan, bəzən isə ümumiyyətlə Onu qəbul etməyən,hətta daha da irəli gedərək, Ona qarşı təhqirəmiz sözlər işlədənlərə məhəbbət bəsləmək olduqca murdar əməldir və tez bir zamanda, addım-addım müsəlmanın özünü kafirlər sırasına apara bilər (Allah qorusun!). Bu barədə Allah Rəsulu (səlləlləhu aleyhi və səlləm) buyurur:
"Kim özünü hansı qövmə bənzədərsə, o da onlardandır" Əbu Davud.
. . . Kafir ölkəsində yaşamaq və dini qorumaq üçün müsəlman ölkəsinə köçməkdən (hicrət etməkdən) imtina etmək.
"Hicrət" sözünün istilahi mənası müsəlmanın öz dinini qorumaq üçün pis bir şeydən Allahın qanunlarına üz tutmağı deməkdir. Aydın məsələdir ki, kafir ölkəsində müsəlmanın öz dinini qoruması olduqca çətin məsələdir, buna görə də o, imkanı varsa, tez bir zamanda kafir ölkəsindən müsəlman ölkəsinə hicrət etməlidir. Bu barədə uca Allah Qurani Kərimdə buyurur:
"Ola bilsin ki, Allah onları əfv etsin. Allah əfv edəndir, bağışlayandır!
Allah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik (bolluq) tapar. Kim evindən çıxıb Allaha və onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə (mənzil başına çatmadan) ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah Özü verər! Allah bağışlayandır, rəhm edəndir!" (Quran, Nisa, 99-100)
Lakin burda müsəlmanın imkansızlıqdan yaxud insanları islama çağırmaq üçün kafir ölkəsində qalması istisna hallardır.
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: C. Noy. 10, 2006 9:03 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
. . .
Kafir ölkələrinə əylənmək və zövq almaq üçün getmək.
Müsəlmana kafir ölkəsinə müalicə, ticarət (iş) və (müsəlman ölkəsində mümkün olmayan) hər hansı bir faydalı elm öyərnmək üçün getmək halları istisna olmaqla, getmək qadağandır. Başqa sözlə kafirlərin ölkələrinə yalnız zərurət halında getmək olar və həmin zərurət halı sona yetdikdən sonra müsəlman hökmən geri qayıtmalıdır.
Bunun səbəbi ondadır ki, adətən turizm və yələncə məqsədi ilə kafir ölkəsinə gedən müsəlman oranın tarixi, mədəniyyəti ilə tanış olur, hətta bunun üçün xüsusi gidlər(məknalrla tanış edən, məlumat verən şəxslər) və s. tutulur. Heç kəs öz ayranına turş demədiyi kimi bu şəxslər də öz ölkəsini yalnız yaxşı tərəfdən tanıdacaq. Nəticədə də müsəlmanın, xüsusən qəlbi iman baxımından zəif olan müsəlmanın ürəyində həmin ölkəyə, ordakı həyat təzinə qarşı tədricən məhəbbət yaranacaq ki, bu da Allah Taalann yuxarıdakı ayələrinə birbaşa zidd gedir. Bu qadağanın ikinci bir səbəbi isə həmin ölkələrə getmək üçü müsəlman pul sərf edir, nəticədə də kafirlərə xeyir vermiş olur, onların iqtisadiyyatlarının möhkəmlənməsinə kömək edir. Gəzmək səyahət etmək istəyən şəxs eyni əyləncə növlərinin halal şəkillərini müsəlman ölkələrinə səyahət zamanı zövq ala bilərlər.
Kafir ölkələrinə icazəli olan səyahətlərdən biri də kafirlərə İslam dinini tanıtmaq məqsədi ilə edilən səyahətlərdir. Lakin bu, müsəlmanın özünün dinində və əqidəsində möhkəm olması və nəfsinə kifayət qədər hakim olması şərti daxilində icazəlidir. Əks halda isə qadağandır.
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: Ş. Noy. 11, 2006 8:42 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
. . .
Müsəlmanların əleyhinə iş görən kafirlərə kömək etmək, həmçinin kafirləri tərifləmək və onlara tərəf çıxmaq.
Yuxarıda sadalanan tip əməlləri etmək müsəlmanın İslama lazım olan qədər bağlı olmadığını göstərir və onun İslamdan çıxmasının səbəblərindən biri ola bilər. Qoy Allah bizi bundan qorusun...Ameen!
. . . Kafirlərə kömək üçün müraciət etmək, onlara etimad göstərmək, onları müsəlmanların sirlərini öyrənə biləcəkləri vəzifələrə təyin etmək, onları özlərinə ağsaqqal və məsləhətçi götürmək.
Uca Allah buyurur:
"Ey iman gətirənlər! Özündən başqasını özünüzə sirdaş (dost) tutmayın. Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin (zərərə və) əziyyətə düşməyinizi istəyirlər. Həqiqətən, onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər düşünüb dərk edirsinizsə, (onların sizə bəslədikləri ədavət barəsindəki) ayələri artıq sizə izah etdik.
Bəli, siz o kimsələrsiniz ki, onları sevirsiniz, onlar isə sizləri sevməzlər. Siz kitabın hamısına (bütün ilahi kitablara) inanırsınız. Onlar sizinlə görüşdükləri zaman: “Biz də inandıq”, - deyir, xəlvətdə olduqda isə sizə qarşı qəzəblərindən barmaqlarını gəmirirlər. (Ya Rəsulum!) De: “Acığınızdan ölün!” Əlbəttə, Allah ürəklərdə olanları biləndir.
Sizə bir mənfəət yetişəndə onlar qəmgin olur, sizə bir zərər toxunanda isə ona sevinirlər. Əgər səbr edib özünüzü qorusanız (Allahdan qorxsanız), onların hiyləsi sizə heç bir zərər yetirməz. Şübhəsiz ki, Allah onların nə etdiklərini biləndir." (Quran, Ali İmran, 118-120)
Bu müqəddəs ayələrin nazil olması ilə Allah bizə kafirlərin qəlblərindəkini açıb göstərir, bildiri ki, kafirlər qəlblərində müsəlmanlara qarşı necə dərin bir nifrət bəsləyirlər və istənilən üsulla onları hiyləyə salıb zərər vermək üçün can atırlar. Və bunun üçün də onlar müsəlmanların onlara olan etimadından sui istifadə edirlər.
Əbu Musa əl-Əşari (Allah ondan razı olsun) demişdir:"Bir dəfə mən Ömərə (Allah ondan razı olsun) dedim:"Mənim mirzəm (yazı işlərinə baxan adam) xristiandır". Cavabında o qışqırdı:"Sən öz yanında kimi saxlayırsan? Bəyəm Allahın bu sözlərini eşidmədinmi:
"Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar."
(Quran, Maidə, 51)
Məgər sən tək olan Allaha iman gətirəni öz yanına (işə götürə bilməzdinmi? Mən ona etiraz etdim:"Ey möminlərin əmiri, mən onu öz yanıma mirzə kimi götürmüşəm, onun dini isə özündə qalır (onun dininin mənə dəxli yoxdur)" O cavab verdi:"Mən (sənin yerinə olsaydım) Allah onlar haqqında nifrətlə danışdığı halda onlara hörmət göstərməzdim, Allah onları alçaltdığı halda onlara ehtiram etməzdim, Allah onları uzaqlaşdırdğı halda özümə yaxınlaşdırmazdım" İmam Əhməd. Peyğəmbər (səllallahu aleyhi və səlləm) Mədinədən Bədrə yönəldiyi zaman onun arxasınca müşriklərdən bir nəfər gəldi və əl-Hərra deyilən yerdə ona çatdı və dedi:"Həqiqətən mən sənin arxanca gəlib, səninlə bir yerdə uğur qazanmaq istəyirəm."Bunu eşidən Peyğəmbər (səllallahu aleyhi və səlləm) souşdu:"Sən Allah və Onu Rəsuluna iman gətirirsənmi?". O dedi:"Yox". Onda Allah Rəsulu (səllalllahu aleyhi və səlləm) dedi:"Elə isə qayıt, çünki mən müşriklərdən heç kimi köməyə çağırmaram!" İmam Əhməd.
Yuxarıdakı ayə və hədisləri oxuyan İslama yeni gəlmiş elə zənn edə bilərlər ki, qeyri-müsəlmanlara olan belə münasibət təkəbbürdən, yaxud qürurdan irəli gəlir. Əslində isə bu belə deyil. Qyeri-müsəlmanlara hörmət, ehtiram və etimad göstərməyin qadağan olunmasının hikməti ondadır ki, belə insanın qəlbində nə olduğunu və hansı hislərələ müsəlmanarın hərbi, iqtisadi, şəxsi və s. sirlərinə vaqif olması məlum deyil. Bəlkə də onlar üzdə özlərini dost kimi göstərib əsl həqiqətdə hiylə edirlər. Bu isə ümumi müsəlman ümmətinə zərər vuracağından bu tip münasibətlər qadağandır.
Həqiqətən də əgər baxsaq, günümüzdə bu qadağaya bir çox müsəlman ölkələrində riayət edilmir. Nəticədə də kafirlər müsəlmanları zəiflətmək üçün əllərindən gələni edirlər.
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: B.e. Noy. 20, 2006 10:52 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
. . .
Kafirlərin il dönümü, ilin başlanğıcı kimi hesab etdikləri (məsələn, guya İsa peyğəmbərin (ə.s.) ad günü) tarixlərindən və adət-ənənələrindən istifadə etmək.
Burda nəzərdə tutulan, xristianların öz başlarından uyduraraq, İsa peyğəmbərin (ə.s.) ad günü kimi qeyd etdikləri yanvarın biri tarixi nəzərdə tutulur. Bu tarixi xüsusiləşdirilmiş bir gün kimi qeyd etmək, onların adət, bayram və simvollarında iştirak etmək mənasına gəlir.
Və məhz kafirlərə bənzəməmək, onları təqlid etməmək üçün Ömərin (Allah ondan razı olsun) xəlifəliyindən etibarən, müsəlmanlar il hesabını Peyğəmbərimizin (səlləlləhu aleyhi və səlləm) Məkkədən Mədinəyə hicrət etdiyi ildən etibarən hesablamışlar. Ona görə də müsəlmanların yeni ili yanvarda yox, Məhərrəm ayının birində girir. Və kafirlərdən fərqli olaraq, müsəlmanlar bu günü xüsusiləşdirib qeyd etmirlər, bu sadəcə sənədləşdirmədə və s. istifadə olunan bir tarixdir.
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.